Ayaz Şıxalıoğlu: Soylu, Asif Atanı oxumaqla başa gəlmir, Asif
Atanı yaşamaq gərəkdir.
Soylu Atalı: Asif Atanı – 1. Eşitmək.
2. Asif Atanın dediyinə inanmaq.
3. Asif Atanın dediyini yaşamaq.
4. Asif Atanın dediyin bilmək.
Bunlar hamısı birlik əmələ gətirir. Bunların biri olmayanda ol-
mur. Asif Atanın dediyini bilməlisən, bu, dünyanın mənasına, yaşa-
mın mənasına, insanın mənasına bağlı bir bilikdir. O biliyə yetməsən,
onda inanmayacaqsan. Mən danışacam, görəcəksən ki, qarşında bir
Soylu çırpınır, sənin halına təsir edəcək, ancaq burdan ayrılıb gedən-
dən sonra fikirləşəcəksən ki, niyə o özünü çırpırdı. Asif Atanın
dediyini bilirsənsə, vəcdə gəlirsən, onda deyirsən ki, Soylunun içini
dağıdan nə imiş. Bildikcə inamın möhkəmlənir. İnamın möhkəmlən-
dikcə yaşamaq istəyirsən. Yaşadıqca dərk edirsən. Bütün bunlar bir-
lik yaradır. Bu da bizim axtaracağımız əlçatmaz bir şey deyil ki, Asif
Ata bizim ömrümüzdən dışarı heç bir şey demir. Adama elə gəlir ki,
əlçatmaz bir fəlsəfədir. Əlçatmaz bir fəlsəfə deyil. Əlçatandır.
95
Bir var ağılla danışmaq, bir var ürəklə danışmaq. Bizim işimiz
ürəyin sevdası ilə danışmaqdır. Ağlın eşitdiyi başqadır, ürəyin
eşitdiyi başqa. Ağlın eşitdiyi, bildiyi ilə danışmaq məni inandırmır,
sevdirmir. Yol da göstərmir. Ürəyin harayı ilə, sevdası ilə cilvələnən
fikirlər məni aparır, məni böyüdür. Kim idi, bir dəfə məndən soruş-
du, necə yazım? Dedim, yazı yazmaq çox çətindi, baxmayaraq ki,
qəzetlərin səhifələri doludur, o yazı deyil. Hamısı bir-birini təkrar
edir. Hamısı ağlın çıxışıdır. Eşitdiyini, oxuduğunu yazma, düşün-
düyünü yaz. Mən bu çağa qədər düşünmüşəm ki, oxuduğumu və
eşitdiyimi yazmayım, düşündüyümü yazım. Tərsinə olanda heç kim
kitab oxumur. O qədər kitab var ki, adamlar bilmir axı hansı kitabı
oxusun. Demokratiya ondan ötrü deyil ki, elə kim gəldi kitab payla-
sın. Fikrin olmalıdır, sözün kəsəri olmalıdır. Sənin Allahı tərpədən
sözün olmalıdır. Dünyanı yaxşı anlamda çalxalayan sözün olmalıdır.
İnsanın içini (içindəki pisliyi) dağıdan sözün olmalıdır. Ona görə
ağılla danışmaq yox, ürəyin sevgisi, harayı ilə danışmaq.
Mən “Ulufərəh” Ailəsinə bunu diləyirəm və düşünürəm ki, siz
ruhani qırımınızı daha da artıracaqsınız. Artırmaqdan başqa yol yox-
du. Əməllərinizin, hünərlərinizin zənginliyi ömrün zənginliyinə tən
olsun. Əməl çoxdu, hünər çoxdu, iş də var. Ancaq Asif Atanın dediyi
mənəviyyatın olması üçün özünü ötmək gərək. Çox böyük sarsıntı-
larla özüylədöyüş yolu keçmək gərəkdir. Buna mən inanıram.
Bugünkü Ocaqçının lap 50 il əli yetməz, ancaq sənin ardınca gələnin
əli yetəcək. İnsan özündən qıraqda əbədi yaşaya bilməz. Öz anlamın-
dan əbədi qıraqda yaşayarsa, yaşam sönər. İnsanın öz anlamından
ötəri qıraq yaşamasına inanıram, ancaq yaşamın sönməsinə
inanmıram.
Yükümüzdən Böyük Fəhərimiz yoxdur! – Atanın dediyi sözdür.
Yükümüz nə qədər ağırdırsa, fərəhimiz bir o qədər yüksəkdir!
Atamız Var olsun!
“Qutsal Oxuma” hisəsində Göylü Atalı “Təməl” kitabını oxuyur
– Ü.A.
Ata fikri: “İnam yolu əzablı yoldur, fərəh yaradan.
İdrak yolu əzablı yoldur, fərəh yaradan.
Mənəviyyat yolu əzablı yoldur, fərəh yaradan.
İradə yolu əzablı yoldur, fərəh yaradan.
Ədalət yolu əzablı yoldur, fərəh yaradan.
Həqiqət yolu əzablı yoldur, fərəh yaradan.
96
Xeyir yolu əzablı yoldur, fərəh yaradan.
Mahiyyət yolu əzablı yoldur, fərəh yaradan.
Məna yolu əzablı yoldur, fərəh yaradan”.
Soylu Atalı: Danışırsan ki, Məlikməmməd getdi qaranlıq dünyaya
divlə döyüşdü, onu yıxdı, bunu vurdu, axırda saçından asılmış qızı
qurtardı. İndi bunu belə deməyək, deyək ki, Məlikməmməd getdi,
Altıağacda bir süfrə açdı, yedi-içdi kef elədi, durdu, gəldi. Baxın gö-
rün hansı sizin ağlınızı etkiləndirir, fərəh yaradır?! Bu əzablı yollar.
Demirəm Altıağacda oturmaq gərək deyil, orda da oturmaq gərəkdi.
Məsələ istədiyinə getmək məsələsidir. O istədiyinə çatmaq əzabdan
keçir.
Ayaz Şıxalıoğlu: Ötəri və keçici. Asif Ata nəyi nəzərdə tuturdu?
Soylu Atalı: Olayın öncəsi (əvvəli) var, əgər öncəsi varsa, o ötüb
keçəcək. Ötəridir. Əzəli odur ki, öncəsi yoxdur. Keçici odur ki,
bunun axırı varsa, etkisi yoxdur, bu qurtarıb gedəcək. Ötərilik olayın
öncəliyi ilə bağlıdır, keçicilik olayın axırı ilə bağlıdır. Əzəli mənaya
bağlıdır, ötəri gerçəkliyə. Sona çatırsa, deməli bu, keçicidir…
“Ailə Günü” toplantısı “Ata Ruhunu Ürəyimizdə aparırıq!”
səcdəsilə sona yetdi.
İşıq Ayı, 37-ci il. Saray-Soylu.
(may, 2015.)
97
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin
37-ci ildə III Aylıq Törəninin
Gediş Yazısı
Yer: İnam Evi; Gün: 23 İşıq Ayı, Murad Günü;
Başlayır: 18:00
Təşkilatca hazırlığa sorumlu Üstün Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə törən başlayır.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
Törən qonuları:
1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
2) Mənəviyyatın tələbləri ömrümə nə dərəcədə hakimdir?
3) İnamsızlıq yadlığı nə deməkdir?
Qutsal oxuma: “Təməl” kitabının davamı.
“Dünyadakı Mütləqlə Axşam Təmasını”nı –Türkel,
“Ataya Axşam Ricası”nı –Göylü deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Ailə Günü başa çatır.
CARLAR:
• Kamilləşmə – özüylədöyüş tələbi əsasında aqibət quruculuğumuz!
• Amal Yükü – Yolumuzun ömrümüzdə yaratdığı fərəhdir!
Gediş Yazısını yazdı: Türkel Atalı.
18 İşıq Ayı, 37-ci il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
18 İşıq Ayı, 37-ci il. Saray-Soylu.
98
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Ulufərəh” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 23 İşıq Ayı, 37-ci ildə (may, 2015) İnam
Evində “Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Törə-
nin quralları yerinə yetirildikdən sonra “Ulufərəh” Ailəsinin Yüküm-
lüsü Göylü Atalı Ataya səcdə ilə sözünə başladı: Hər birinizə “xoş
gəlmisiniz” deyirəm. Bu gün burada Ocaqdan soraqsız kimsə yoxdur,
ona görə birbaşa qonulara keçmək istəyirəm. Ay içində necə yaşa-
mışam, nə işlər görmüşəm, bu yöndə hesabat verim. Bu ay yaşamıma
göz yetirəndə ciddi bir dəyişiklik olmadığını düşündüm. Hər zaman
nə iş görürdümsə, elə eyni işləri də görmüşəm. Saytlarla işləmişəm,
sayta qoymaq üçün ayrı-ayrı (video) görüntülər kəsib hazır eləmi-
şəm. Bir sözlə, işim əsasən bilgisayar üzərində gedib.
Dünya ədəbiyyatından da nələrsə oxumuşam. Bir də ki ölkədəki
son durumları izləmişəm. İzlədikcə durumun nə dərəcədə acınacaqlı
olduğunun fərqinə vardım. Yəni sorun təkcə üzdə görünən, sosial
durumun, maddi durumun aşağı olması deyil. Çox dərinlərə gedir.
Dövlətin başında duranlarla xalq arasında yad, hətta yağı münasibət
formalaşıb. Bu da böyük fəlakətlərdən soraq verir. “Nəsimi” filmində
bir epizod var. Orda Şirvanşah öz hakimiyyətini qorurmaqdan ötrü
99
toplumdan artıq vergi yığır. Təxminən buna bənzər “Tütək səsi” fil-
mində də var, müharibədə olanlara yardım məqsədilə toplum nəyi
var ortaya qoyur. Bu, obrazlaşmış bir şey deyil. Xalq bundan keçib
gəlibdir. Doğrudan da, xalq gərəkəndə düşmənə qarşı birləşə bilir.
Ortaya özündənkeçmə qoya bilir. Ancaq bugünkü Azərbaycan ger-
çəkliyinə baxanda, təəssüf ki, maddi yığımlar yenə var, ancaq nəyə
xərclənir, nə üçündür? Bunu düşünəndə adamı xəcalət duyğusu bürü-
yür. Bununla bağlı qısa bir şey yazdım:
Dövləti təmsil edənlər “mən də varam” deyərək xalqı mənasız
oyunlara qurban verirlər. Xalqın təkcə malı yox, ləyaqəti də oyunun
bir parçasına çevrilir. Səhərdən-axşama kimi televiziyada, radioda
xalqı “tərbiyə” edirlər. “Mədəni olun, davranışlarınıza fikir verin, əl-
ayağa dolaşmayın”. Avropanın gözündə mədəni, sivil görüntüsü
yaratmaq xatirinə özlərini də, xalqı da gülünc duruma qoyurlar. Bu
gerçəklik dəyişmədikcə hələ çox faciələrə şahid olacağıq.
Ötən yüzilin başlarında Cabbarlı “Sevil” əsərində bir epizoda
toxunmuşdu. Boğazından kəsib oğullarına yedirən atasından, oğlu
Balaş, an gəlir ki, utanır. Qızı Gümüş isə “sən indi həyata qarşı çıl-
paqsan, səni həyat soyundurmuşdur, özü geyindirəcəkdir” deyib
paltarlarını ocağa atır. Sözlər sovet ideologiyasının etkisi altında
mədəni devrimə çağırış idi. Bizim çağımızda yazıq vətəndaşın özünü
ocağa atırlar bir heç uğruna. Burda mən bəlli məsələlərə toxunmaq
istəmirəm. Yetərincə sosial şəbəkələrdə çək-çevir olundu bu məsələ.
Toxunmaq istədiyim xalqı “etik normaların”, süni dəbdəbənin
ayağına vermək naşılığıdır. Yerindən duran xalqa necə yaşamağı,
necə sevməyi, necə atalıq, analıq eləməyi öyrədir. Bu gün dövlət
bütün bunlara önləm almasa, bunun bədəlini daha ağır ödəmək
zorunda qalacaq…
Özüylədöyüş hesabatıma gəlincə, mənəviyyatımdakı dağınıqlığı
aradan qaldırmağa çalışmışam. Bu ay buna çalışdım, alınır da. Bir
çox təbii anlar var. Mən onların hər birini görürəm. Ancaq son
durumlar üçün deyə bilərəm ki, qüsurumun başında duran etki
özümü yaşamın bulanıq axarında boş buraxmağıma, özümü gözləyə
bilməməyimə görə idi. Getdikcə axına qoşulduğumun fərqinə var-
dım. Yəni hər kəs kimi yaşamaq, hər kəs kimi adi düşünmək, – özü-
mə göz yetirməyim azalan kimi belə bir halda oluram. Tez-tez işlət-
diyim “boş vermək” ifadəsi var. Boş verə-verə boşluğa düşdüyümü
görürəm.
100
Özüylədöyüşlə bağlı özümə dediyim çox şeylər var. Əməli olaraq
deyirəm özümə. Təkcə düşüncə olaraq buna yetməmişəm. Bunlar
nədir, deməzdim ki, demək gücündə deyiləm, sadəcə ehtiyac
görmürəm.
Soylu Atalı: Ancaq gündəliyə yazmaq olar.
Göylü Atalı: Qeyd eləmişəm, sadəcə elə bir məsələdir ki, gərək
görmürəm bölüşmək üçün. Ancaq özümə deyirəm təbii ki. Yəni
gəldiyim yön nədir və nə olmalıdır.
Xalqlaşmamla bağlı, təəssüf ki, heç nə deyə bilməyəcəm. Əsasən
olduğum mühit iş və evdir. Əlbəttə, yeri gələndə kimliyim görünür.
Ancaq məqsədli olaraq harasa getməmişəm, söhbətlər eləməmişəm.
Ona görə çox uzatmadan sözü amaldaşlarıma vermək istəyirəm.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Üstün Atalı: (Ataya səcdə edib, bayrağı öpür – T.A.) Keçən “Ailə
Günü”ndən bura qədər ömrümdə ciddi dəyişiklik gözləyirdim. Ancaq
tam olaraq gözlədiyim olmadı.
“Ata Səsi” kitabından “Yeni İl” mərasimini oxudum. Orda Ata nə
edəcəyimizi deyir. Bunu oxuduqca indi demək istədiklərimi demək
istəmirəm. Yəni onların qarşılığında çox balaca bir şey görürəm. Ata
orda üç böyük yağını – marksizm ehkamını, sosializm quruluşunu,
təşkilat (partiya) yadlığını vurğulayır. Bu, 88-89-cu illərin yazısıdır.
26 il keçməsinə baxmayaraq, şər azalmaq yerinə daha da artır. Heç
bir təşkilat xalq yaratmaqla uğraşmır. Ata orda belə bir vurğu edir:
“Onu anlamaq üçün mən 20 il oxudum. Gecə-gündüz. Bütün dünyanı
öyrəndim. Heç bilmədim ailə, ev necədir. Öyrəndikcə boşluğa düş-
düm. Bu boşluqdan çıxmaq üçün gecə-gündüz düşündüm, Ocaq
yaratdım. Belə bir gərgin yaşam”. Yəni ağlında həqiqətə yetmək
üçün davamlı özünlə uğraşasan gərək. Həqiqətə yetmisənsə, onu
başqalarına vermək istəyəcəksən. Bir yerdə qala bilməyəcəksən. Ata-
nın belə gərgin yaşamının qarşısında mənim yaşamım nədir ki?
Bütün eybəcərlikləri görmək və özünü ona qarşı qoymaq – Atanın
dediyi budur. Görmək, özünü yaratmaq və özünü buna qarşı qoymaq
gərəkdir. Yeni bir dünya yaratmaq, onunla nəfəs almaq gərəkdir.
Bu gün bir yazarın kitabının tanıtım törənində oldum. Orda insan-
larla söhbətlər elədim. Əsasən öyrənci qızlarla yaxşı söhbət alındı.
İnsanların üzündə qəribə bir soyuqluq, qorxaqlıq vardı. Hətta buraxı-
101
lış verirəm, götürmək istəmirlər, qorxurlar. Ora yığışan adamlar
oxumağa meyilli adamlardır. Mən onlara deyirəm, izləyin, görün
Ocaq nə istəyir? Hər bir insanın bunu bilməsi gərəkdir.
Qonumuz var: “inamsızlıq yadlığı nə deməkdir?” İnsanın həyatın-
dakı hər bir olay inamdan asılıdır. Atdığımız addımın uğuru inamdan
asılıdır. İnamsız olmaq mənəvi çolaqlıq deməkdir.
Özüylə bacarmayan, özünü yaxşı tanımayan insanlar, özünü
şərdən qoruya bilməyən insanlar inamsız olur. Birinci özünə qarşı,
ikinci yörəsinə qarşı. Əgər özümü yalan danışmaqdan çəkindiri-
rəmsə, yalanı ötə bilirəmsə, içimdə özümə inam yaranır. Həm də
inanıram ki, bunu başqası da eləyə bilər. Əslində özün ötürsən, özünə
inanırsan. İnsan onu ötəndə sənin halında da olur. İnsanın danışı-
ğında, münasibətində, hərəkətində görünür.
İçində inamsızlıq daşıyırsansa, ortamda da onu sərgiləyirsən. İçin-
də qələbəlik halı varsa, onu sunursan. İnam sevgi yaradır, doğmalıq
yaradır, dostluq yaradır, birlik yaradır, gözəllik yaradır. Ən böyük
yadlıq inamsızlıqdan yaranıb. Bu yadlığı ötmək üçün içində inama
yetmək gərəkdir.
İkinci qonumuz – “mənəviyyatın tələbləri ömrümə nə dərəcədə
hakimdir?” Əgər mənəviyyat ömrümə hakim olmasaydı, onda mənə-
viyyatsızlıq hakim olacaqdı. Mənəviyyatım nə vaxt yaranır? – İçim-
dəki şərdən imtina edəndə. Özümlə barışsam, yetərlənsəm onda içimi
102
yarada bilməyəcəm. Çünkü mənim vicdanım nisbi olacaq. Vicdanın
tələbi – ədalət, həqiqətsevərlik, xeyirxahlıqdır.
Mənəviyyatın tələbi budur ki, öz ömrünə ucanı gətirmək, həm də
bunun uğrunda döyüşmək gərəkdir. İdealların uğrunda vuruşmaq,
xeyir uğrunda vuruşmaq gərəkdir. Mənəviyyatın tələbləri ömrümdə
özüylə döyüşümlə bağlıdır. Yəni özünü qorumaq mənəviyyat tələ-
bində yaşamaqdır, vicdan tələbində özünü yaratmaqdır. Nə qədər ki,
həyatla uğraşıram itirirəm, nə qədər ki, Ocaqla uğraşıram qazanıram.
Ata Ruhu ürəyimdədir!
Güntay Atalı (Ataya səcdə edib, bayrağı öpür – T.A.) Keçən
“Ailə Günü”nə qatılmamışdım. Ona görə mənim hesabatım bir az
dolğun olmalıdır. Bu ayımla keçən ayımı tutuşduranda keçən ayım
daha fərəhli idi. Özümü daha fərəhli hiss eləyirdim. Beyləqan səfəri,
ondan sonra Soylu Atalının evində bir görüş keçirtdik, Asif Ozan və
İsa Mehdioğlu ilə. Çox mənalı, gözəl günlər yaşadım ardıcıl.
Keçən ay işimizlə bağlı Mingəçevir şəhərində ezamiyyətdə
oldum. Mənə ayrılan çağdan yararlanıb Ocaq üçün addımlar atdım.
Televiziyada oldum. Televiziya işçisi ilə yaxşı söhbətimiz oldu.
Həm Amalımızla bağlı, həm ölkədəki bəzi gedişatları çək-çevir elə-
dik. Çox güman ki, bəlli Avropa oyunlarından sonra Soylu Atalının
çıxışını təşkil edəcəyik. İşıq Ayında məktəblərdə görüş keçirsəydik,
gəlib onu işıqlandıracaqdılar. Sonra, Gənclər Evində Turqut adında
cavan oğlanla görüşdüm. O, Gənclər Evinin təşkilatçısının nömrəsini
verdi mənə. Telefon danışığından sonra axşam görüşdük onunla,
söhbət elədik. Mən orda Soylu Atalının görüşünü təşkil eləmək üçün
ona üz tutdum. Ancaq təəssüf ki, belə bir cavab aldım: “biz hara nə
addım atırıqsa, birbaşa İcra Hakimiyyətinin icazəsi olmalıdır.” Bakı-
ya gələndə, bizim tədbirlərə qatılacağına söz verdi.
Bu əməllərlə keçən ayım fərəhli oldu. Ancaq bu ay bir az iş sıxın-
tılarım çox oldu. Bu yandan da bəlli yanğın olayının baş verməyi bizi
üzüb. İnsanın qiymətinin nə olduğu aşkara çıxdı. Bir epizod demək
istəyirəm. Bir qonşumuz var idi. Çox məğrur bir insan idi. “20
yanvar” olayında şəhidlər gömüləndən sonra bizim qonşular yığılıb
yenə nərd, domino oynayırdılar. Qonşumuz Arif kişi gəlib dedi ki,
kaş Azərbaycanın hər evindən bir şəhid çıxaydı. Yəni onda bu millə-
tə etkisi olardı onun. İndi mən deyirəm ki, o yanan binada da ona
bənzər bir şey oldu. Uşağı ölən uşağının, mebeli yanan mebelinin
dərdini çəkir. Başqa cür orda fikir birliyi yaranmır. Xalq öz haqqını
103
istəyə bilmir. Bu olay mənə sübut elədi ki, insanın bir yiyəsi varsa, o
da Ocaqdır. İnsanın qədrini, qiymətini, kimliyini bilən Ocaqdır. Ocaq
insana sosial olay kimi baxmır. Onun içindəkinə inanır. Bu səbəbdən
Ocaqçı olmağımın sevincini yaşadım. Ağlıma qoydum ki, umudsuz
olmaq olmaz. Adi anlarda ilişib qalmaq olmaz. Yalnız Ocağın varlı-
ğına bağlanmaq gərəkdir.
Amallaşmam yüksək səviyyədə deyil, təəssüf ki. Atanın “Özüllər
Özülü” Bitiyini oxuyuram. O həcmcə kiçik kitab olsa da, birnəfəsə
oxumaq olmur. Mənə çox yaxşı etkisi olur, çox şeylər aydınlaşdırı-
ram özüm üçün. Anladığım gözləntilərimdən artıq oldu o kitabda.
Kamilləşmə əməlim bu ay üçün çox az olub. Elə anlar var ki, orda
nöqsanlarımı bilirəm, indi gərək onları aradan qaldırım. Özümə göz
yetirməliyəm ki, kimliyimi ortaya qoya bilim. Çünkü kimliyini
ortaya qoymasan nə Ocaqdan Ocaqçı olmaq olur, nə də yaşamdan
yaşamçı.
Mənim mənfi cəhətlərimdən biri də odur ki, qələmlə dostluq
eləyə bilmirəm. Çox az hallarda olar ki, götürüb gündəliyimə nələ-
risə yazıram. Atamız Var olsun! Bayrağımızı öpürəm.
Türkel Atalı: Bu ay 35-ci ilin “Qutsal Öyrənim Günü” kitabından
oxuduqlarımla həm fikrimi, həm də halımı ifadə eləmək istəyirəm.
Bu kitabda düşündürücü suallar ətrafında fikir bölüşmələri var.
Bunlar mənim fikirlərimi sistemləşdirdi. Halımı da xeyli qabağa
apardı. Kitab məni bu günün yaratdığı fikirlərin etkisindən qurtarıb,
sabaha baxmaq imkanı yaratdı. Ocaq Yükümlüsü orda vurğu eləyir
ki, kim dinləməyi və düşünməyi bacarırsa, o, uzağa gedəcək. Məndə
dinləmək və düşünmək o dərəcədə dərin deyil.
Yasin bəy Üstün bacıya sual verir ki, özüylədöyüşdə mühitin etki-
si mütləqdirmi? Polemik söhbətdən gəldiyim qənaət o oldu, mühitin
etkisi o mənada olar ki, mənə hansısa qüsurumu göstərər. Atanın da
“Kamilləşmə Əməli”ndə dediyi kimi, içdəki ilanı, zalımlığı, inamsız-
lığı əməlsiz qoymaq iradə əməlinin, insanilik əməlinin işidir.
İkincisi, iki mühit gözə alına bilər burda: Ocaq və toplumçuluq.
Toplumçuluq mühitində qüsurunla qarşılaşarsan. Ocaq mühitində
bütövlükdə özünü görürsən.
Güntay Atalı orda vicdanla üz-üzə qalmaq məsələsini qeyd eləyir.
Onu oxuya-oxuya ağlımdan Ocaq Yükümlüsünün anasına göstər-
diyi qayğı keçdi. Ocaq Yükümlüsü aşırı özündən keçəndir. Ancaq
özünün dediyi kimi, ömrü boyu bir xəstəyə qulluq etmək adamı
104
yorar. Çünkü əqidə qulluqsuz qalar. Çıxış yolu tapmaq gərəkdir
deyir. Vicdanı ağrıya alışdırmaq məsələsi var…
Mən özüm vicdansız deyiləm, ancaq bu və ya bənzəri məsələlərdə
axıra qədər vicdana boyun əymək çətindir.
Bu kitabda vurğu eləyir ki, borcda umacaq var. Ona görə hesab
eləyirəm, onu mənəvi borcuna görə də eləmir. Başqa bir yerdə Ocaq
Yükümlüsü deyir ki, vətən və ana mühakimə olunmur. Deməli, bu
sözdən onun zəhmətini anlamaq olar.
Bir də gedişatda qoyulan “Mənəviyyatın tələbləri ömrümə nə
dərəcədə hakimdir” qonusu. Kitabda gərginlik məsələsinə toxunulur.
Ocaq Yükümlüsü deyir ki, ruhani tələblər asudə yaşayanın ömrünə
gərginlik gətirir.
Mənim ömrümdə yaranan gərginliyin səbəbləri anlaşılandır, an-
caq əsil gərginliklə tutuşduranda bəsit gərginlikdir. Mənəviyyatın
tələblərinin ömrümə tam hakim olmamasından irəli gəlir. Ruhaniy-
yatın tələbləri, sorumluluq ömrə – özü olmaq gərginliyi gətirir. Ger-
çəkliyin tələbləri ömrə – ona bərabər olmaq gərginliyi verir.
Axtarışlar etmək gərəkdir, ortaya sonuc çıxartmaq şərti ilə.
Atamız Var olsun!
Göylü Atalı: Soylu Atalının fikrini Türkel burda dedi – Ruhani
tələblər asudə yaşayana gərginlik gətirir. Şəxsən mən özümdən danı-
şıram. Nə vaxt ki, dolu yaşamışam, onda tədbirə uça-uça gəlirəm. O
105
sorumluluğun yaratdığı hal gərginlik olsa da, onu yüngül keçirirəm.
Ancaq nə vaxt ki, boş yaşayıram, onda basqı altında gəlirəm tədbirə.
Ağşın Ağkəmərli: Çox sağ olun mənə söz verdiyinizə görə. Mən
istəyərdim bunlar danışsınlar (uşaqları göstərir). Öncə məcazi məna-
da olsa da, taleyə minnətdaram ki, mənim üçün, Ocaq kimi, belə bir
ortam yarandı, bir araya gələ bildik.
Burda gedən söhbətlərdən bir məqam məni özünə çəkdi. O
məqam ki, xalq içində bir növ ümidsizlik, həyatın boşuna getməyi,
inamı itirmək var. Mən fikirləşirəm ki, bu doğal bir məqamdır. Yəni
qarşı tərəfə haqq vermək gərəkdir. Ona görə ki, ən azından bizi kimi
bir araya gəlmək ortamları yoxdur. Bizim xoşbəxtliyimiz ondadır ki,
biz bir araya gələ bilirik, sevincimizi, kədərimizi paylaşa bilirik.
Bəlkə də bu mühitimiz olmasaydı, özümüzdə də inam olmayacaqdı.
Onların bir fərdi kimi olacaqdıq. Xoşbəxtliyimiz odur ki, Ocaq
var və o, bizi bir araya gətirir. Bir araya gətirərək bizi düşündürür.
Başqasını düşünə bilirik. Üstəgəl mühitimizi, dünyamızı düşünə
bilirik. Bu gözəl bir şeydir. Çünkü yaranan bu birliyin təməlində
Ocağın məfkurəsi, düşüncəsi, Asif Atanın fəlsəfəsi, dünyabaxışı
durur. Bizə bir sistem verib. Elə eləyək hamını özümüzlə aparaq.
Çox sağ olun ki, məni dinlədiniz.
106
Soylu Atalı: Yaxşı məsələyə toxundu. Ocaq sənə elə bir göz verir
ki, təkcə sən özünə baxmırsan, öz bioloji həyatına baxmırsan.
Dünyanın mənəvi halına baxırsan. Çox ciddi məsələdir.
Ayaz Şıxalıoğlu: Bir az gurultulu çıxmasın, mən özümü anadan-
gəlmə Ocaqçı sayıram. Ağlım kəsəndən. Çünkü bağımsız düşünə
bilmişəm və dünyanın rəngləri məni çaşdırmayıb. Asif Ataya da ona
görə bağlanmışam.
Asif Ata ömrünü yaşayıb. O ömür ki, bəşəriyyət necə olmalıdır,
insan necə olmalıdır, onu göstərir. İnsan özü-özünü, öz ayağını, əlini
bağlayıb. Həmin zəncirləri Asif Ata açmaqla uğraşır. Sadəcə insanlar
gərək başa düşsünlər bu fəlakəti, özlərinin düşüncəsində. Bundan
qurtulmaq gərəkdir.
Onda dünya da gözəlləşəcək, yaşamaq da, insanın qiyməti də ola-
caq. Həyatın ən ağır məqamlarında mən heç vaxt ruhdan düşmürəm,
çünkü məndən betər zindanlarda olan insanlar var. Ancaq onlar
insanlığın böyüklüyünə inanırlar. Həqiqətin böyüklüyünə, haqqın
qələbəsinə, gecədən sonra səhərin açılmasına inanırlar. Var olsun
belə bir düşüncə. Asif Ata bizə bunu deyir.
Bu arada mütaliələr çox eləyirəm. Toğrul Nərimanbəyovun əsər-
lərinin hamısını götürüb oxudum. Mən o şəkilləri oxuyuram. Səttar
Bəhlulzadənin çəkdiyinin içində vətən var. Başqa rəssamlarda gör-
mürəm. Əməkçi insan, filan yaradırlar. Halbuki, Bakı neftçisiylə
Rusiya neftçisi arasında heç bir fərq yoxdur.
107
Baxıram ki, bunlar boş söhbətlərdir. Sovet ideologiyasıdır, orda
insan yoxdur. Ancaq Toğrulun, Səttarın çəkdiyi rəsmlərin içində və-
tən var. Bütün inanclarımız, nağıllarımız var orda. Bizim müqəddəs
saydığımız bütün şeylər, ruhumuz var, yəni hər adam başa düşə bil-
mir onu.
Hətta rəssamlığı qurtaran bir adamla söhbətim oldu. O deyir ki,
bu abstrakt şeylər çəkir. Halbuki orda abstrakt heç nə yoxdur.
Sadəcə bu millətin tarixini, keçdiyi yolu bilmirlər. Balaca bir tab-
loda bütün inancların hamısını verə bilir. Asif Ata Ocağı bu düşün-
cədə olan insanları özünə çəkən bir yerdir. Nə yaxşı ki, bu yer var.
İlham bəy: Deyiləsi sözlərin hamısı həryönlü vurğulandı.
Toplum yalnız çalışır, axşam yatım, səhər qaçım. Dünən Soylu
Atalı ilə söhbət elədim. Elə bir sistem, rejim yaradılıb ki, ancaq
pulçuluğa doğru hərəkət olsun. Ancaq xalqlaşmaq, insanlaşmaq uğ-
runda adamlar, ümumiyyətlə, fikirləşmir. O dərəcədə zəka geriliyi
var. Toplumda bizim başımıza gələn bəlaların hamısı insanın haqqını
tələb edə bilməməsindən irəli gəlir. Milli kimliyə qarşı yadlaşma
gedir. Asif Ata bizi çağırır – “İnsanlaşın – İnsanlaşdırın!
Çox arzu eləyərdim ki, toplum eşitsin, qurtulsun özünə yadlaş-
maqdan, başqa fəlakətlər gəlməsin. Ağşın bəy dedi, yaxşı ki, bura
var, bura toplanırıq.
108
Burada Ailənin Yükümlüsü Ağşin bəyin iki azyaşlı oğluna
özlərinəxas danışmaq ortamı yaratdı. Onlar Ağşın bəydən, Ocaqdan
öyrəndikləri sözlər söylədilər, şeirlər dedilər. Bu ortamda onların
onların duyğuları böyüyür, gələcəyin özgür insanlarının özülü
qoyulur.
Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ata-
ya – İnam Ataya uca səcdə ilə. Mən sözümə Erolla Arazın çıxışından
başlamaq istəyirəm. Onlar yavaş-yavaş Ocağa yaxın gəlməyə
başlayıblar.
Nadir şah, Şah İsmayıl kimi tariximizdə güclü simalar olub ki,
onlar da dövlətçilik yaradıblar, biz indi geriyə baxanda o dövlətçiliyi
görürük. Bir az da onunla fəxr edirik. Yaxşı edirik, ancaq Nadir şah,
deyirsiniz ki, fəth elədi, bu, tariximiz üçün qürur qaynağıdır, biz tari-
ximizə baxanda onu xatırlayırıq. Ancaq görürük ki, Nadir Şahın fət-
hindən bu gün heç nə yoxdur. Ona görə bizə Asif Atanın insanı fəth
eləməyi gərəkdir. Asif Ata İnsanı fəth eləməyə başlayıb, biz də Asif
Atanın dalınca insanın fəth olunmasına doğru yol gedirik. Biz in-
sanın oz insani mənasına bərabər, yaşamasına çalışırıq, ona inanırıq.
Ocağımızın vurğu elədiyi məsələlər var. O məsələlərdən biri bizim
ritualımızdır. Bütövlükdə Azərbaycan toplumuna biz göz yetirəndə
özünə yadlaşmanın ən aşağı həddini görürük. Bu aşağı hədd özünü
nədə göstərir? İnsanlarımız qıraq etkilərə o qədər boyun əyir ki, onun
altında boynunun əyri olduğunun fərqinə varmır.
109
Başqasının çətirinin altına girir, başqasının çətirinin altına girdiyi
üçün onun üzü göylərə dirənmir. Onun başı basqı altındadır. Hara ge-
dirsə, hamı Allah, Allah, Məhəmməd-filan deyir. Bu sənin başından
basan basqıdır, bu sənin boynunu qısaldan basqıdır. Ancaq burda sən
nə deyirsən, burda beş-üç adam sözünə Atanın adı ilə başlayır. Ərə-
bin qaranlıq şüuruna əyilmiş toplum bizə ağız əyir, deyir ki, Asif
Atanı bütləşdirirlər, Asif Ataya səcdə qılırlar. Ancaq özünün hansı
durumda olduğunun fərqinə varmır. Faciə budur. Özünə, özüm-
lüyünə üz tutmağı faciə sayırlar. Öz şəxsiyyətini tanımağı qəbahət
sayırlar. Öz şəxsiyyətinə, öz ucana, böyüyünə səcdə qılmağı qəbahət
sayırlar. Gərək ərəb keyfiyyətləri ilə yüklənmiş, ərəb psixologiyası
ilə biçimlənmiş Allaha səcdə qılasan. Gərək səni millət kimi sıradan
çıxarmağın özülünü yaradan Məhəmmədə səcdə qılasan. Məhəm-
mədə səcdə qılardım, Məhəmməd məni vurub sıradan çıxarmasaydı,
bəşəriyyətin böyük şəxsiyyəti olsaydı. Bəşəriyyətin böyük şəxsiyyəti
millətləri ayağa qaldırmalıdır. O bunu eləmədi. Kiçiltdi, alçaltdı,
bunu biz dönə-dönə demişik. Həryönlü demişik.
Asif Ata bizə deyirdi ki, xalqı Ocağa gətirin, təsdiq edin. Hökm
deyil ki, 9 milyonun hamısını Ocaqçı edəsən. Mümkün deyil bu.
Ocağa gətirmək o deməkdir ki, onun ağlını, düşüncəsini özümləş-
dirin. Qibləsini özündə yaradın. Bunun üçün nə gərəkdir? Azərbay-
canın içindən çıxıb burda mühit tapan insanlarımız qabağa dursun,
zəhmət çəksin, yorulmasın. Atanın dediyi kimi, ağac-ağac, hal-hal
becərsin, gətirsin. Kütləvi olmur, olmayacaq. Dünən biz bir tədbirə
qatıldıq, orda ağız deyəni qulaq eşitmirdi. Hamı bir-birinin üstünə
qışqırırdı ki, sakit dur. Nə deyirdilər ki, orda. Fikir yoxdur, şüar var.
Biri “nə mutluyam türkəm deyənə!” deyir, hamı əl çalır. “Azərbay-
can bizimdir!” hamı əl çalır. “Qarabağ bizim sorunumuzdur!” hamı
əl çalır. Şüar. Buna yüyürürlər, gedirlər. Buna görə Asif Ata deyir ki,
ağac-ağac, fərd-fərd, hal-hal qurmaq gərək.
Biz tarix səhnəsindən çıxarılmağa doğru sürüklənirik. Bunun qar-
şısını almaq üçün Asif Ata Ocaq yaratdı. Gəlin yeni söz öyrənin,
yeni söz söyləyin. Yeni ömür yaradın, yeni ömür yaşadın. Onda
görəcəksiniz ki, bir araya gəlməyiniz nə qədər gözəldir. Usanmaya-
caqsınız, yeni fikir, yeni söz, yeni əməl, yeni əhvallar bizi həmişə bir
arada saxlayacaq. Əgər bu dediklərimiz olmasa, azalan xətlə bura da
gəlmək istəyən olmayacaq. Bunun da özülündə duran nədir – Xalq-
laşma. Kimin əməlində xalqlaşma yoxdursa, deməli, Ocaq ola bilmir.
110
Ağac-ağac, fərd-fərd. İki kəlmə deyirsən, üç kəlmə deyirsən. Bu elə
xalqın içində yaratmaq əməli daşıyır.
Bunu etməsən, günlərin bir günü kiminsə kitabının tanıtım
törənində görərsən ki, hamı hürkmüş, qorxmuş yaşayır. Belə bir
durumda Ocaq gərəkdir. Bizim işimiz “damcı və qaya” məsələsidir.
Xalq ayrı-ayrı insanlardan oluşur, min nəfərə söz deyəcəksən, bir
nəfər eşidəcək. Bir nəfər hardadır, elə onu bilmək üçün min nəfərə
söz deyirəm. Cahildən çəkinmək olmaz. Cahildi, sən aqilliyini ortaya
qoy. Hər yerdə davamlı iş getməlidir. Bircə nəfərə söz demisənmi, o
işdir. Ruhaniyyat tarixinə yaxşı baxın, görün necə zəhmət çəkiblər.
Elə-elə yığıblar zirzəmilərə minlərlə xristian olacaq insanları.
Dövlətin xofu altında, qılıncı çəkib doğrayırdılar.
Biz xalqın içinə çıxırıqsa, söz deyiriksə, heç vaxt gileyçi olmaya-
cağıq. Daim qınamayacağıq, faktlar sadalamayacağıq. Kəmaləddin
bu qədər taladı, Hacıbala bu qədər yedi, Pirməmməd bu qədər taladı,
bu bizim qonumuz olmayacaq. Adını çəkdiklərim qurtarmayıb, qur-
tarmayacaq da. Sən onun yanından, fiziki mənada, yel olub ötə
bilməyəcəksən, mübarizəni qoy ortaya. Sənin işin basqıda olanların
ağlını böyütməkdir. Deyəcəksən ömrünün axırına qədər beş nəfər
səni eşidəcək. Bəli, elə bu beş nəfər böyük bir tarix yaradacaq.
Sivilizasiya bir adamdan başlayır. Ona görə xalqlaşma işi Ocaq üçün
olduqca önəmlidir.
111
Bir də İlham qardaşımızın dilədiyi, insanlarımızın Ocaqda bir ara-
ya gəlməsini, sonra deyir, başqa yerdə də bir araya gəlsinlər. Başqa
yer yoxdur, olmayacaq. Başqa yer olsaydı, onda sorunlar olmazdı.
Fikir yoxdur, fikir yoxdursa, ideya yoxdur. Ürəklər yüksüzdür. Ona
görə mütləq Ocaq gərəkdir. Bütün dünyaya Ocaq gərəkdir, təkcə
Azərbaycana yox. Ocaqdan qıraqda insanın yiyəsi yoxdur, ideyanın
yiyəsi yoxdur, bu məsələ də ciddi düşünüləsi vacib məsələdir.
Həqiqət üstə yaşamaq məsələsi var. Bəzən adamlar sual verirlər
ki, necə edək ki, həqiqət üstə yaşayaq. Həqiqət nədir? Həqiqət
kiminsə kitabında, dəftərində yazılan bir şey deyil. Həqiqət bizim
ömrümüzdə olan mənadır. Biz addım atanda onu düşünmürük, necə
gəldi addım atırıq. Məişət zəminində düşünürük. Mənəviyyat zəmi-
nində düşünmədən addımlar atılır. Ona görə də nəyin yaxşı, nəyin
doğru olduğunun fərqinə varılmır. Hər bir insanda yaxşının mayası
var. Bizim şüurumuzun altında o var, biz düşünəndə bilirik atdığımız
addım səhvdirmi, doğrudurmu. Ancaq hər addımda düşünmək olmur.
Onun pis olduğunu bilsək, addım atmarıq. Əgər onun pis olduğunu
bilərək o yöndə addım atmırsansa, bir dəfə, iki dəfə, beş dəfə, ömrün,
əməlin pis üstə deyil, yaxşı üstə formalaşır. Formalaşandan sonra nə
düşünəcəksənsə həqiqət olacaq. Həqiqət ondan sonra başlayır.
Həqiqət elə bir şey deyil ki, onu mən götürüm əzbərləyim. Həqiqət
bizim içimizdədir. Sadəcə kitab bizə yön verir. Asif Ata çağırır ki,
“insanlaşın, insanlaşdırın, bəşərin nicatı ondadır”. İnsanlaşma ilə
bağlı insana deyir ki, içində Mütləq olanı gəzdirirsən. Onun adı in-
sanlıqdır. Bir az düşünəndə görəcəksən ki, səhvmi edirsən, doğrumu.
Bunun üçün də qolumuzdan tutan, yön verən Asif Atanın böyük
kitablarıdır. O bizə öyrədir, düşündürür. Yoldan sapma deyir, o bizə
doğrunu öyrədir və biz onu öyrənib əməl edirik. Buna görə də Atanın
çağırışı insanın özünün ərdəmliyində səslənir. Atanın çağırışı kitab-
dan deyil, insanın içindəndir. Bizə sual verirlər ki, siz Asif Ataya
peyğəmbər deyirsiniz, peyğəmbər elçi deməkdir, soraq verəndir.
Baxın, Asif Ata fərdin içindəki ərdəmlikdən, insanlıqdan soraq verir,
göydəki qorxulu Allahdan yox. Asif Ata insanın insanlığından, bəşə-
rin bəşəriliyindən soraq verir, millətin millətliliyindən soraq verir.
Həqiqətin həqiqətliliyindən soraq verir. Asif Ata içdən soraq verir.
Asif Ata Cəbrayıla ehtiyac duymur. Onunla müqavilə-zad bağlamır.
Bu çox böyük bir ləyaqətdir və çox böyük bir nikbinlikdir. Dünya
sənin içindədir. Allah sənin içindədir, ömründədir, mənandadır. Oca-
112
ğımız bu həqiqətləri bilir, öyrənir, öyrədir. Kim öyrənirsə qüdrətlidir,
öyrənmirsə, öyrədə bilməyəcək.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
Atamıza səcdə qıldıqca ucalıram.
Qutsal Oxuma hissəsində Göylü Atalı “Təməl” kitabından
oxuyur.
Dostları ilə paylaş: |