İsa Mehdioğlu: Gənclərin elə bir vaxtı olur ki, onlar nəsə axtarır-
lar. Bu hal çox qorxuludur. Fanatiklərin əksəriyyəti elə onlar olur.
Cavan oğlandır, çağdaş elm adamıdır, onillik oxulu bitirib. Onilliyi
221
bitirən adam XI yüzildə yaşayan, o təfəkkürdə olan birinin hədisini
qəbul edə bilərmi? Çünkü o zamanın təfəkkürü fərqlidir. Bugünkü
gənclik bunu qəbul edə bilmir. Qəbul edə bilməyəndə onlarda aclıq
yaranır. Həmin aclıq onları axtarmağa məcbur edir. Bəzən səhv yola
da düşür. Başqa dinə gedirlər. İnsanda nəyəsə inam olmalıdır.
Asif Atanın İnamı özü elə dindir. Din ərəbcə yol deməkdir. Siz
bir Amal yolu, ideya yolu gedirsiniz. Gənclər nə isə axtarmalıdır.
Gəlməlidirlər bura. Eləsi var ki, tapa bilmir. Ərəbistanda vuruşanlar
hamısı dinin fanatikləridir. Onlarda axtarma ehtiyacı olub. Bu axtar-
ma ehtiyacını orta oxullarda vermək gərəkdir uşaqlara.
Heyif ki, yanlış verirlər. İnam elə olmalıdır ki, çağdaş elmə, tə-
fəkkürə zidd olmasın. Bu İnamı orta oxulda verə bilsək, düzgün
yönləndirə bilsək, gələcəyimiz yaxşı olar.
Din siyasətdir, ondan hər kəs öz xeyrinə yararlanır.
Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaq olaraq bizim
işimizin özülü ən çox tədbirlər deməkdir. Çünkü hər bir əməlin, hər
bir yerişin, səfərin yaranması tədbirlərdən başlayır.
Çünkü tədbir söz deməkdir, ruhani şüur deməkdir, mənəvi gəliş-
mə deməkdir. Bunu həyata keçirən insan özündə güc, istək tapır ki,
qırağa çıxır, addım atır.
Bir neçə fikir tədbirin gedişi ilə bağlı deyim, sonra fikirlərimi
bölüşəcəm.
222
Birinci, mən bunu xatırlatma kimi deyirəm, tənqid kimi demirəm,
çünkü Ocaq tədbirlərinin yönü, mənası həmişə diqqətdə saxlanılma-
lıdır, doğru bilinməlidir ki, o bizim əsas hərəkətverici gücümüzdür.
Onda qırağaçıxmalar olmamalıdır. Məsələn, tədbirin əsas işi yerinə
yetirilməmiş çox dialoqlara gedilir. Onda tədbirin anlamı itir, fikir
səpələnir. Fikir səpələnir, yığmaq olmur. Məzmun azalır, qonular qa-
rışır bir-birinə. Bu da son anda yoruculuq gətirə bilər, qarışıqlıq olar.
Mən bunu Amaldaşlarıma bir daha xatırladıram, stolun başında otur-
maq çox ağırdır. Çox çətindir, çox böyük sorumluluqdur. Asif Ata
ölən çağda bizim 50-yə yaxın adamımız vardı. Onlarla, Asif Ataının
ölümündən sonra ilk günlərdəcə, fikir ayrılığı başladı. Niyə başladı?
Çünkü heç kim Asif Atanın dediyinin içinə girmir, doğru öyrənmirdi.
Öyrənmir ki, sorumluluq məsələsi var burda. Dünyanın qabağına
nəylə çıxmısan? Hayla-həşirlə dünyanın qabağına çıxmaq olar?
Sənin nə qədər dərin ağlın, düşüncən, məntiqin olmalıdır. Nizamın
olmalıdır ən əsası. Onlar bu başdakı stulu boş qoyurdular. Bu, ağıl-
sızlıqdan irəli gəlirdi. Stulu boş qoyurdular ki, bura Asif Atanın yeri-
dir. Yaxşı, əgər həmişəlik o stulda heç kim otura bilməyəcəksə, onda
sənin səviyyən nədir? Bu o deməkdir ki, Ocaq dayanacaq. Çünkü
Ocaq başqa oturub söz deməyi, yönəltməyi bacarmaq deməkdir.
Burada o vaxt oturursan ki, fikir, düşüncə zənginliyin olur. Nizam
zənginliyin olur. Yön verirsən. Hər şeyi bilirsən, yəni Ocaqla bağlı
hər şeyi bilirsən. Mən demirəm ki, sən gedib antropologiyanı da bil.
Burdan Ocaq bir nizam tapır. Bu, Ocaq üçün olduqca önəmlidir.
Mən bunu dönə-dönə deyirəm. Amaldaşlarımız bunları öyrənməlidir,
bunlara dönə-dönə qayıtmalıdır. Sabah biz olmayacağıq, ancaq Ocaq
olacaq. Ocağın olması üçün bu nizam öyrənilməlidir.
Məsələn, yadınıza salıram, hansısa partiyadan bir qadın bizim
tədbirə gəlmişdi. O cür adamlar partiyadan gətirdiyi əhvalla bura
gəlir. Burada ona səbəb verilməməlidir ki, ordakı kimi davransın. O
deyir ki, mən istəyirəm filankəs danışsın. Soruşmaq gərək, sən kim-
sən ki, istəyirsən. Bura demokratiya qurumu deyil. Bura hər kəsin
istəyi, arzusu ilə, necə gəldi yönələn qurum deyil.
Baxın, bu gün dünyanı qatıb-qarışdıran o əhvaldır, özbaşınalıq.
Bir nizam olmalı, bu nizamın yiyəsi olmalıdır. “Mən istəyirəm
filankəs danışsın”. Filankəs hazırlanmış adamdır bəlkə. Sən onu irəli
niyə verirsən? Deməli, bizim nizamımızı pozmaq üçün verirsən.
Ondan irəli gəlir bu, bilərəkdən, ya bilməyərəkdən.
223
Nizamı pozmaq yolverilməzdir. Kim danışsın, nədən danışsın, o,
burda oturanın nizamına bağlıdır. Tərsinə olanda alınmır.
Biz Asif Ataya bağlı adamlarıq. Bura qıraqdan da adamlar gəlir.
Elm adamları, filan. Onların hamısı iddialıdır. Ocaq tədbirini aparan
Ocaqçı o iddiaların hamsına meydan versə, bu tədbirin adı nə olar?!
Burda iddia keçmir. Sənin elmin var, alimsən, kimsən, ancaq burada
bir xətt var, nizam var. Bura ruhaniyyat yeridir. O xətdən qırağa çı-
xarsan, orda din də olar, avropaçılıq da olar, hər şey olar. Biz dindara
da söz veririk, avropaçıya da söz veririk, danış, bilək nə düşünürsən,
ancaq dağıtma. Sözün sorumluluğunu bilmirsənsə danışma. Biz bura-
da milli yön yaradırıq, insan yaradırıq. İnsanı yaradan söz de. Milləti,
bəşəriyyəti yaradan söz de. Yox, ona uyğun deyə bilmirsən, onda da-
nışma. Mənə dinin “möcüzələrini” yeritmə. Onun yeri deyil bura.
Mənə Avropanın əqliyyətçiliyini yeritmə. Mənim “ağıla” ehtiyacım
yoxdur.
Bu qırım olmalıdır Asif Atanın Ocağında və onun yörəsində. Bu
qırım da, dediyim kimi, insani qırım olmalıdır, idrak qırımı. Heç
kimi basıb əzməməlidir.
Bayaq İnamlı kamilləşmə yönündə danışanda, paxıllıq duyğusu
haqqında epizodik vurğuladı. Mən istəməzdim epizodik olsun. Bir
vaxtlar İnamlıda özünüqoruma duyğusu çox güclü idi. Atanın Oca-
ğında böyüdüyü üçün o duyğu getdikcə azaldı. O duyğular zəiflə-
dikcə onun ağlında da, düşüncələrində də gəlişmə başladı.
Ancaq deyirsən o duyğunu ötdüm. Onu gərək düşünəsən, doğru-
danmı ötdüm? O duyğuları ötmək asan deyil. Bir dəfə ilə olmur o.
Adam özünü arxayın salmamalıdır. Mən Soylu olaraq gündəliyimdə
yazıram, elə duyğu var ki, onun üzərində dayanıram, o duyğunu asan
ötə bilmirəm. Üzdə görünmür ha. Ancaq içimdə bilirəm o qalır. Elə
duyğular var, onu tanısan da, bir dəfəyə getmir. Bir dəfəyə o vaxt ge-
də bilər ki, sənin içində kamillik etkisi bitkin, yetkin bir şəklə düş-
sün. Əgər bu yoxdursa, onda arxayınlaşmaq demək olar ki, filan duy-
ğunu özümdə gördüm və ötdüm.
Sonra, qıraqda balaca çıraqların işığına sevinmək olmaz. Ocaq
ömründə o qədərmi adidir ki, kimdənsə biz deyənə bənzər söz eşidən
kimi sevincin parıldayır?! Bir dəfə, Asif Atanın sağlığında, Ocağın
törənində Ocaqçılardan kimsə dedi ki, filan professor Atanı öyürdü.
Bunu həmin Ocaqçı sevinə-sevinə dedi. Bu hal Ataya yaxşı gəlmədi.
Dedi ki, hansısa professorun, alimin Ata haqqında öygüsünə sevinir-
siniz. Belə çıxır ki, Asif Ata qüsurludur. Asif Atada qüsur var ki, o
224
balaca, rütbədən asılı olan alim Atanı öyür… Balaca işartılara sevin-
mək uşaqlıq olar.
Ramin, Ayaz bəy danışanda, soruşdu ki, çıxış yolu nədədir. Ayaz
bəy dedi ki, hər kəs oxuyub öz üzərində işləməlidir. Bu, maraqlı bir
məsələdir. Biz insanların hamısına deyə bilmərik ki, sən oxumalısan
və özünü qurmalısan. Bu, az adamlara nəsib olan bir şeydir. Bütün
millət oxuyan deyil axı. Hamının oxumaq olanağı yoxdur. Oxumaq
kimə xasdır? O kəsə ki, ağlı, düşüncəsi var, o kəs ki, içində millət
var, vətən var, ona özgündür oxumaq. Sən oxuyub nizam yaratmalı-
san, sən oxuyub milli quruluş yaratmalısan. Oxumayan, təsərrüfatla
uğraşan, uşaq böyüdən sənin yaratdığın quruluşun içində o nizamla
yaşamalıdır. Oxuyanların ağlı o nizamı yaratmalıdır.
İndi mən Ocağımızın ayrı-ayrı məsələlərlə bağlı baxışını demək
istəyirəm. Çünkü biz ruhsal oxuluq, öyrənən və öyrədən. Öyrənirik
özümüzdən, öyrədirik özümüzdən. Bir də Ocaqçıların bilməsi gərək,
bayaq söhbətimin başlanğıcında dediyim kimi, biz bilməyərəkdən
müsəlmanların yolunu gedə bilərik. Müsəlmanlar ancaq və ancaq
“Quran”ı oxumağı tövsiyə edirlər. Asif Atanın Ocağı təkcə Asif Ata-
nın kitablarını oxumağı tövsiyə eləmir. Bizə qədər, bu çağa qədər
yazılan uğurlu kitabları tapıb oxumaq gərəkdir, öyrənmək gərəkdir.
Dünyada oxunası kitablar var. O kitablardan çox gözəl bəhrələn-
mələr mümkündür. O kitablardan bəhrələnməklə Asif Atanın yoluna
qulluq eləmək mümkündür. O şəxsiyyətlərlə Asif Atanı bir-birinə
bağlamaq mümkündür.
İndi mən keçirəm bəzi məsələləri, Ocağın ölçüsündən, açısından
yanaşmaqla, qiymətləndirməyə. Bu yaxınlarda Borçalıya yasa get-
dim. Borçalıya gedərkən tələskənliyimdən pasportumu evdə qoydum,
zəng edib arxadan gələnlərə, pasportumu gətirtdim. Onlar gəlib çata-
na kimi 8 saat Qırmızı Körpüdə qaldım. Çayçıda oturub başladım
yazı yazmağa. Sonra endim Kür qırağına. Kürün həzin şırıltısı, ağac-
lar, təbiət yüksək əhval yaradırdı məndə. Qayıdıb yenə çayçıda otur-
dum. İkinci bir yazı yazdım. İkinci yazıda qonu psixologiya ilə bağlı
idi. Biz, Ocaq olaraq, psixologiya elminin insana sınırlı yanaşmasını
rədd edirik. Psixologiya insana qiymət verməkdə yanıldı. O yanlışlığı
bilimə çevirdi, bu gün də həmin bilim, o yanlışlıqla insana qarşı
çalışır. Bu nədə özünü göstərir? 4 temperament deyirlər, insanları bu
4 temperament içrə öyrənirlər. Onun xarakterini – xolerik, sanqvinik,
melanxolik və fleqmatik adlanan temperamentlərlə bəlli edirlər. Bu
temperamentlərin hərəsinin özünəxas xarakterik cəhətləri var. Yəni
225
hansı xarakterli insanlar xolerikdir, ya fleqmatikdir. İnsanları xarak-
terlərinə görə bölürlər. Psixologiya burdan yaranıb. İnsan bioloji
varlıq sayılıb. İnsanın, bioloji olaraq, özündə daşıdığı xarakter
Adamlıq xarakteridir. İnsana yox, Adama xasdır.
Adam daha çox bioloji yaşayır, daha çox bioloji keyfiyyətlərdən,
xarakterlərdən oluşur. Onu həmin xarakterin üzərində öyrənir və de-
yir ki, bu insanın psixologiyası budur. Asif Ata biranlamlı olaraq,
həmin sınırlılığı (məhdudluğu) rədd edir. O deyir, insan ruhani var-
lıqdır və insan hallardan oluşur. İnsanın halını nə yaradır? İnsanın
halını üz tutduğu nəsnə yaradır. Nəyə üz tutursansa o yaradır. Məsə-
lən, sən gerçəlkliyə, deyək ki, məişət qayğılarına, sosial məsələlərə,
siyasi məsələlərə, sənin üçün sunulan toplumsal gedişlərə üz tutur-
sansa, sənin halını o yaradar. Yəni onun qarışıqlığından, gedişindən,
pozuntularından asılı olaraq sənin halın formalaşır və dəyişir. Əgər
insan mənaya üz tutursa, özünün içindəki Allaha üz tutursa, Mütləqə
üz tutursa, insanın halını həmin Mütləq yaradır. Bütün o gözəlliklər,
duyğular, hamısı. Əgər insan gerçəkliyə üz tutarsa, onda onun xarak-
terik olaraq öyrənilməsi psixologiya adlanan bilimin ixtiyarına keçir.
Ancaq insan öz üzərində işləyərsə, özünü içəridən ruhsal varlıq kimi
yaradarsa, onda psixologiyanın ona əli girmir. Çünkü adamlıq xassə-
lərini ötür insan. Temperamentdəki cəhətləri, cılızlığı, paxıllığı və s.
bunları insan ötür. İnsan ötəndən sonra psixologiyanın əli oraya gir-
mir. Artıq onu ruhaniyyat öyrənir, fəlsəfə öyrənir. İnsan özünü yarat-
mırsa, necə var, elə də qalırsa, özünün Adamlıq xassələri ilə yaşa-
yırsa, onda psixologiya onu o xassələrə tən götürür, bu səviyyə
bilimə gətirilir, tədrisə gətirilir, insan dəyişmir. Necə var elə də qalır.
Yəni insan xarakterinə tən qalır. Bu da dinin dediyinə uyğundur.
Çünkü din deyir ki, insan anadangəlmə günahkardır, ulu babasıyla,
ulu nənəsinin günahlarını daşıyır. Yəni əzəli günahkardır insan. Əzəli
günahkar olan insana Allah möhür vurub. Qismətçilik məsələsi
psixologiya tərəfindən qorunur əslində. İnsanın alnına filan xarakter
yazılıb, insan ondan qırağa çıxa bilməz. Asif Ata onu rədd edir.
Deyir ki, İnsan ruhsal varlıqdır, o, temperamentlərdən çıxa bilər və
çıxmalıdır. İnsan dünyaya ona görə gəlib.
Heç kim heç kimin yerinə gəlməyib bu dünyaya. Hər kəs öz
yerinə gəlib və hər kəs öz yerinə öz içindəki ilə gəlib. Hər insan
içində, mayasında Allahla gəlir. Yəni Mütləqlə. Onun mayasında
Mütləq var. Ana bətnində gedən proseslərin mayasında var – Mütləq.
İnsan Mənanın təzahürü kimi, Allahın gerçəkliyi kimi dünyaya gəlir.
226
Gəlir ki, mayasında olan həmin mənanı üzə çıxartsın və onu təsdiq
eləsin. Ancaq adını çəkdiyimiz din, psixologiya onun qarşısını alır.
Dünyada gedən proseslər, siyasət, bütün oyunlar, insana münasibət,
əyintilər hamısı ordan başlanğıc götürür. Həmin psixologiyanın
yaratdığından başlanğıc götürür. Dindən başlanğıc götürür və deyir
ki, bu insan düzələn deyil. O bu xarakterin yiyəsidir, bunun başına
qapaz vurub onu idarə eləmək gərəkdir. Siyasət ordan başalyır.
İnamsızlıqdan. İnanmır, ona görə başlayır siyasət, oyun, kələk,
münasibətlərdə əyrilik.
Asif Ata Yeni Sivilizasiya gətirdi, Yeni Nizam gətirdi, Yeni
Quruluş gətirdi. İnsana inamdan başlamalıdır quruluş. İnsana
inamdan yaranmalıdır gediş. İnsana inamdan başlamalıdır nizam.
İnsana inamın əsasında biçimlənməlidir dövlət. İnsana inamın təsdi-
qinə qulluq eləməlidir dövlət. Asif Ata bunu deyir. Zarafat məsələ
deyil. Ocaqçılar çox böyük gücün yiyəsidirlər. Onu dərk eləmək
gərəkdir. Bizim sayımızın azlığı-çoxluğu məsələsi burda rol oyna-
mır. Çox böyük ideya daşıyıcılarıyıq biz. O ideyaya yiyələnməklə
dünyanın axarını dəyişmək olar. Zatən Asif Ata ona görə gəlib. Yeni
Bəşər Halı yaratmaq üçün.
Dünyada nə baş verir versin, mən sizə səmimiyyətlə deyirəm.
Buna dayanıb çox nikbin yaşamaq olar. Bilirsiniz ki, mən çox oxu-
yan adamam. Çox şey oxuyuram, çox şey düşünürəm. Mənim düşün-
mədiyim saniyə yoxdur. Oxumadığım məqam yoxdur. Nə dediyimin
fərqindəyəm.
İlham Soylunun danlamaq məsələsinə toxundu. Əslində mən heç
vaxt münasibətlərdən sui-istifadə etməmişəm. İlham mənim sözümü,
dediyimi ölçü kimi götürüb. Mən İlhamın söhbətində, sözündə doğru
olmayan, yanlış bir şey görəndə onu demişəm. Bu danlaq anlamına
gəlmir.
Ata da bizi danlayırdı, düz eləyirdi. “Ruhani hökmlər”də yazıb ki:
“Ata danlağı məktəbdir. Ata danlağı su kimi içilməlidir”. Elə olmasa,
ruhaniyyat yaranmır. Nizam olmasa, ruhsal tabelik olmasa, onda
özbaşınalıq olur.
Deyirlər masonlar belə getdi və s. Heç birinin etkisi mənim
qulağıma girmir. Bunu səmimiyyətlə deyirəm. O qədər güvənirəm, o
qədər inanıram, o qədər dayanıram Asif Ataya. Min il bundan sonra
qələbə çalacaq, qoy çalsın. Mason tipli əyriliklərin, imperiyaların
sonu yoxdur. İnsan bunu axıra qədər uda bilmir. Ayağa durur, onu
məhv eləyir. Yetər ki, insanın içində elə bir qüdrəti üzə çıxarasan.
227
Ona görə dünya məhv oldu, əyildi, getdi, o belə idarə elədi, yaraq
belə getdi, bomba belə qaldı-filan. Bunların heç biri mənim qulağıma
girmir. Bu saat bayıra çıxanda bomba təpəmə düşsə belə, mənim
qulağıma bunun etkisi girmir. Girməyəcək də. Asif Atadan mən
o ilhamı almışam. Dünyanın dağılıb yox olacağına inanmıram.
İsa müəllim sual verdi ki, niyə Asif Atanın şəkli Günəşdədir. Asif
Ata “Azərbaycanımız – Azərbaycanlığımız” adlı dəyər sistemi yara-
dıb. O dəyərdə Azərbaycanın ruhsal mahiyyətini bütünlüklə biçim-
ləyib, izhar edib. Dünənimiz, bugünümüz, sabahmız deyə, həmişə
görüşlərdə vurğu edirdi. Dünənimiz Azərbaycanın ruhsal mahiyyə-
tindən oluşur, onu da “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər
sistemində göstərir. Həmin “Azərbaycanımız – Azərbaycanlığımız”
dəyər sistemini mən bütün yazılarımda açmışam. Bu Dəyər sistemi
Azərbaycanın işıqçılıq mahiyyətidir. Azərbaycanın mahiyyəti işıqçı-
lıq deməkdir. Mənəvi işıqçılıq. Zərdüştdə işıqçılıq, Dədə Qorqudda
ağsaqqallıq – işıqçılıq. Babəkin Xürrəmdinliyində – Fərəhçiliyində
işıqçılıq. Nəiminin hürufiliyində – insançılığında işıqçılıq. Füzulinin
aşiqliyində işıqçılıq. Muğamın mənəvi təmizləməsində işıqçılıq.
Sazın tanrıçılığında işıqçılıq. Hamısı işıqçılıq mənası daşıyır. Asif
Ata bunların hamısını öz içinə alan yeni bir dəyər yaradıb. 6 ideya-
sıyla. Bu da işıqçılıqdır. Asif Atanın işi mənəvi işıqçılıqdır. O mənə-
vi işıqçılığın simgəsəl (rəmzi) ifadəsi Günəşdir. Asif Atanın günəşi,
işığı, mənəvi işığı, mənəvi qüdrəti.
İsa Mehdioğlu: Mən sizin herbinizdə görmüşəm, alovu 4 dilli
verirsiniz. O nə deməkdir?
Soylu Atalı: O, mənim ideyamdır. O herbin bütün biçimini mən
vermişəm. Bu herb Ocağın deyil, Uluyurd Hərəkatının herbidir. Asif
Atanın ayrıca Uluyurd Hərəkatı adlanan ideyası var. Biz ruhani
hərəkatıq. Bizim işimiz on illərə, yüz illərə dayanır. Ancaq bizdən
asılı olmayan proseslər, gedişlər var. Azərbaycanın siyasi nizamı
olmalıdır. Bu siyasi nizamı ələ alan hərəkat olmalıdır. Bu hərəkat
tam siyasət olmasa da, siyasətə etki göstərən, onu öz etkisi altına alan
hərəkat olmalıdır. Onun adına Asif Ata Uluyurd Hərəkatı deyir.
Uluyurd Hərəkatının beş prinsipi var. Bunlarla bağlı burada
danışmayacam. Çox vaxt gedər. Herbdə iki bayrağın qovuşması var
– Uluyurdun və Ocağın.
228
Onun üstündə yeni abe ilə “Azərbaycan – Türkel Dövləti” sözü
yazılıb. İçində də alov verilib, Azərbaycanın işıqçılıq anlamı kimi.
O dörd dil də Asif Atanın insanda ruh anlayışına verdiyi tərifdən
irəli gəlir. Asif Ata ruhu 4 keyfiyyətin birliyi kimi götürür. Deyir ki:
İnsan – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. Ruh budur. Həmin
ruhdan yaranan işıqdır herbdəki simgə (rəmz) – dörd alov dili.
İsa Mehdioğlu: Bu elə bir ideyadır ki, dünya getdikcə bəlkə bir
xalq yox, bir neçə xalq buna inandı. Bunu siz hansı yolla qəbul
edirsiniz – ateizmləmi, teizmləmi?
Soylu Atalı: Nə deizmdir, nə teizmdir, nə ateizmdir. Mütləqçilik-
dir. Teizm – Allahın varlığını dinə, quruma bağlı olaraq götürür və
din, qurum birliyində ibadətlərin, Allaha münasibətlərin formalaş-
masını özündə saxlayır.
Deizm – dinin məscid, kilsə və bunların əsaslılığını irəli sunan
baxışı qəbul etmir, onun hegemonluğunu, ona ayrıca münasibət for-
malaşdırmağı qəbul etmir, yalnız Allahın olmasını qəbul edir.
Ateizm – bunların hamısını inkar edir, rədd edir. Ateizm üçün nə
Mütləq olan var, nə əzəli olan var, nə qutsal olan var, heç nə yoxdur.
Maddiyyatçılığa dayanır bütövlükdə.
229
İsa Mehdioğlu: Onda sən kainatı bütövlükdə qəbul eləmirsən.
Sən onun bir hissəsisən. Mütləq varlığın, böyük varlığın bir hissəsi-
sən.
Soylu Atalı: Mütləq varlıq deyə bir şeyin hissəsi deyiləm. Mütləq
varlıq deyə ayrıca bir şey yoxdur. Kainatın özünün içsəl qüdrəti var,
nizamı var, uyumu var. Mən də kainatın qüdrətinin daşıyıcısıyam, o
qüdrət məndə var. Bütövlükdə o Dünyalıq adlanır, məndəki İnsanlıq
adlanır. Kainat Mütləqə özgün (aid) deyil. Mütləq Kainatın yiyəsi
deyil. Yəni kainat ona özgündürsə, onda Mütləq olur kainatın yiyəsi.
Bu, deizmdir. Asif Atada kainatın yiyəsi yoxdur. Kainatın içsəl qüd-
rəti var. Bu qüdrət kainatın ağası deyil, nizamıdır, uyumudur,
anlamıdır.
İsa Mehdioğlu: Onda belə çıxır ki, hər hansı bir layihəverici
qüvvə bunları idarə edir.
Soylu Atalı: Bizdə eləmir.
İsa Mehdioğlu: Siz bu qüvvəni qəbul eləmirsiniz.
Soyu Atalı: Biz idarəçiliyi qəbul eləmirik.
İsa Mehdioğlu: Bu var axı, sən qəbul eləsən də var, eləməsən də
var. Günəşin dalınca gecə gəlir, gecənin dalınca gündüz.
Soylu Atalı: O idarə deyil.
İsa Mehdioğlu: Kainat hamısı zəncirlə bir-birinə bağlıdır. Sən
cazibə qüvvəsinə inanmrsan?
Soyu Atalı: Öz üzərimdə izah edirəm. Mənim daşıdığım İnsanlıq
adlı qüdrət məni əşya kimi, mexanizm kimi idarə eləmir. Mən
içimdəki İnsalığın tələbi ilə yaşayıram. İdarə olunmuram.
İsa Mehdioğlu: İnsanlıq deyəndə, insanlığı sən idarə edirsən.
Soylu Atalı: İnsanlıq idarə olunmur. O ayrı şeydir, təzahür ayrı
şey. Onun görüntüyə gəlişi ayrı şeydir, onun yaratması ayrı şey.
230
Deizmdə o qüdrət yaradır. Həmin qüdrət kainatda nə var, hamısını
yaradır. Ancaq Asif Atada kainatdakıları kainatın qüdrəti yaratmır.
Kainatın qüdrəti kainatdakılar biçimində təcəlla tapır, təzahür edir,
görüntüyə gəlir, üzə çıxır (aşkarlanır), yaratmır onu. Böyükdür fərq.
Kainatın içsəl qüdrəti kainat biçimində təcəlla tapır, təzahür edir,
görüntüyə gəlir. Belə bir harmoniya var, uyum var, nizam var. Öncə
yaradır, sonra onu yönətir (idarə edir) ki, ay sən çıx, günəş sən bat,
belə şey yoxdur. O, Asif Atada yoxdur…
“Atagün” və “Ulufərəh” Ailə Günündə vurğu elədim, yazımda da
var, Asif Ata türkə bəşəri sima yaradır. Bu nədə özünü göstərir? Bü-
tün xalqlar, Hindi, Çini çıxsaq, dünyanın yerdə qalan kəsimi semit
dünyagörüşünün etkisindədir. Asif Ata semit dünyagörüşünün etki-
sindən türkü çıxarıb, onun öz içindən, mahiyyətindən gələn dünya-
görüş ortaya qoyur. Bu əslində türkə bəşəri sima yaratmaqdır.
Bunu daha incəliyinə qədər açmışam, burda çox vaxt almaq
istəmirəm.
Həm də bəşəriyyətə milli sima yaradır. Bəs bu nədə özünü
göstərir? Bütün dünyabaxışlarda millət anlayışı dışlanır. Asif Ata hər
bir milləti, öz dəyərləri əsasında bütün keyfiyyətlərini üzə çıxarıb
bəşər olmağa çağırır. Bu böyük ideyaya qulluq göstərir.
Asif Ata deyir ki, millətsiz bəşər yoxdur və bəşər millətlərin uca
keyfiyyətlərinin birliyidir.
Bu hikmət, bu məntiq ona gətirir ki, Asif Ata bəşəriyyətə milli
sima yaradır.
Onun ardınca yazmışam, Asif Ata bəşəri peyğəmbərdir, yəni
İnam dünyagörüşü yaradıcısıdır. Peyğəmbər o demək deyil ki, Cəb-
rayılın qanadlarında daşınan ayələri topluma diktə edə. Yəni soraq
gətirən anlamını daşımır. Biz Peyğəmbərliyin fəlsəfi mənasını
götürürük.
Yəni yeni inam dünyabaxışı yaradıb. Yaratdığı yeni dünyabaxışı
ilə bəşəridir. Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil.
Çünkü ayrı-ayrı millətlərin etnik kimliyinə əl uzadır, mahiyyətinə
soxulur və həmin millətin milliliyini rədd edib onu ümmətçiliyə
bağlayır. Milləti inkar edən millətin peyğəmbəri ola bilməz. Millətin
peyğəmbəri ola bilməyən bəşərin peyğəmbəri sayıla bilməz. Asif Ata
hər bir millətin oluşmasını təsdiq elədiyi üçün bəşəri peyğəmbərdir.
231
İsa Mehdioğlu: Peyğəmbər sözünü türkləşdirmək olarmı?
Soylu Atalı: Əgər biz peyğəmbər sözündən bu gün əl çəksək,
peyğəmbərlik meydanını Məhəmmədə buraxmış olacağıq. Asif
Atanın baxışı türkdə oturuşduqdan sonra yalnız Ata sözü qalacaq.
İsa Mehdioğlu: Hər şeyi biləndir peyğəmbər. Çevirmədə elə
verilir. Farsca – hər şeyi qabaqcadan bilən. Türkcə Bilqamıs elə hər
şeyi bilən deməkdir.
Soylu Atalı: Peyğəmbər hər şeyi bilməyə də bilər. Hər şeyi bilən
o mənada ki, yaşamla bağlı, dünyanın insanca nizamı ilə bağlı hər
şeyi bilən. Yoxsa başqa mənada hər şeyi bilən deyil.
Peyğəmbər anlamı, məzmunu bu gün bütünlüklə cəm olur həmin
sözün başında. O sözün başında cəm olduğuna görə, türkün ağlında,
istər farsın sözü olsun, istər ingilisin, peyğəmbər sözü oturub. Asif
Ata qəbul olunub bəşərə çıxandan sonra, o aşama başlayandan sonra
peyğəmbər sözü aradan gedəcək, qalacaq Atalıq məsələsi. Ata hər
şeyi görəndir, hər şeyi nizamlayandır, elə həmin peyğəmbər
anlamıdır…
“Ailə Günü” “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var
olsun!” səcdəsilə sona yetdi.
Qürub Ayı, 37-ci il. Atakənd.
(avqust, 2015. Bakı.)
|