Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
37-ci ildə birgə VI “Ailə Günü” törəninin
Gediş yazısı
Gün: 26 Qürub Ayı;
Yer: İnam Evi;
Başlanır: saat 19.00
Oda Törənin ruhuna uyğun biçimlənir. Gül-çiçək, qələm-kağız,
çəkiliş üçün gərəkən araçılıqlar. İşə sorumlu Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlayır.
“Ataya Axşam Ricası”nı – Güntay Atalı,
“Dünyadakı Mütləqlə Axşam Təması”nı İnamlı Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailələrə uğurlaması dinlənilir.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
“İnam – Mütləqilik üzərində qurulan Aqibət yaradır” Ata fikrinin
(“Təməl” Bitiyindən) açıqlaması.
Xalqlaşma əməlinin ömrümdə yaratdığı hallar.
Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər.
Qutsal Oxuma: “Mütləqilik” Bitiyindən “Yüksəklik” yazısı oxunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Carlar
Ata Yolu – uzun, fərəhli!
Ata Yolunu getmək – gerçəklikdən üstün yaşamaq tələbidir!
Gediş yazısını yazdı: İnamlı Atalı
19 Qürub Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
19 Qürub Ayı, 37-il. Saray-Soylu
.
233
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 26 Qürub Ayı, 37-ci ildə (avqust, 2015) İnam Evində
“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə VI “Ailə Günü”
toplantısı keçirildi. Gün`ün quralları yerinə yetirildikdən sonra, “Uluyol-
Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başla-
dı:
Bu aykı Ocaqçılığım, Amallaşmam haqqında hesabat vermək istəyirəm.
Atanın “Özümlük – Özgəlik” Bitiyini bitirdim, “İnsanilik” Bitiyini oxuyu-
ram. Ocaq əməllərim də bu ay çox olub. Tədbirlər kitablarını çap etmişəm,
tədbir kitablaşdırmışam, Atanın Bitiyini çapa hazırlamışam.
Atanı oxuduqa idrakım aydınlanır. O aydınlıqda hər bir şey, hər bir olay,
toplum, insan, Ocağın halı, insanın halı ağlımda daha aydın canlanır. Bu
baxımdan Atanı oxumaq mənim üçün xüsusi bir aşamadır, hava-su kimi
gərəkdir.
Yazılarımı oxumaq istəyirəm:
xxx
Toplum elə hal yaradır ki, ləyaqət ağırlıq edir Adama və Adam ondan
qurtulmağa çalışır.
xxx
Adamlar uğursuzluqlarının səbəbini bəxtsizlikdə axtarırlar. Uğur-
suzluqların səbəbini qıraqda axtarmaq özü uğursuzluqdur. Bəxt, tale,
234
qismət axtarışını aqibəti qurmaq əməli ilə əvəz etmək gərək. Uğur
da, uğursuzluq da insanın sorumluluğundadır. Bu sorumluluğu yük
kimi çiynindən atmaq yox, fərəhlə daşımaq gərək. Onda uğura yet-
mək olar.
xxx
İnformasiya bolluğunun basqısı altındadır adam. Atanın “Səda-
qət” kitabında ictimai şər deyə vurğu elədiyi fikir var. Məsələn: “Te-
leviziya əsarəti…” Ata o bölümü indiki çağda yazsaydı yəqin ki,
oraya internet və telefon əsarəti sözlərini də əlavə edərdi. Çünkü
indiki çağda bunlar adamı elə əsarətə salır ki, ondan imtina eləməyə
ağlın gücü çatmır. “Bol informasiya” ağlı düşünməyə də qoymur.
Ağlın da yetkinsizliyi və yolsuzluğu informasiyanı necə gəldi qəbul
etməsinə gətirir.
Mənim yolum, yönüm var. Mən yolumun, yönümün bəlli elədiyi
informasiyanı qəbul edirəm, necə gəldi qəbul eləmirəm.
Elə yolsuzluq da bol informasiya ilə ağlın azmasına gətirib
çıxarır.
xxx
İdrak həqiqətə yetdikcə yetkinləşir. Həqiqətin dərki – idrakın yeni
aşamasını və olanaqlarını yaradır. Həqiqətə yetmək – İdrakın yalan-
dan, şərdən imtina gücünü yetirir.
xxx
Adam özünün köməksizliyini görür, özünə yiyə axtarır.
Adam özünün köməksizliyini dərk edəndə özü özünə yiyə duracaq.
Yəni duyursan ki, təksən, toplum sənə biganədir.
İnsan özü özünə yiyə duranda özünü dünyanın yiyəsi kimi biləcək.
xxx
Adam həqiqətdən imtina edir, toplumdan başqalanmaq (fərqlən-
mək) istəmir. Toplumsa onu öz həddində başqalaşdırır – təbəqələrə
bölür.
xxx
Dinin suçu yalnız dinçini avamlıqda, gerilikdə saxlamaq deyil,
həm də ondan avamlıq, gerilik uğrunda döyüş tələb etməsidir. Ömrü
işğal etməklə – dünyanı işğal etmək azğınlığı yaranır.
xxx
Hər quruluş öz “qəhrəmanını” yaratmaq və sunmaqla özünə necə
yarınmağın yolunu göstərir. Əsil qəhrəman quruluşdan və zamandan
üstündür.
235
xxx
Hakimiyət özünü adamların şöhrətində, həsədində, rəqabətində,
rüşvətində… möhkəmlədir və qoruyur. Ona görə xalq xalqsızlaş-
dırma gedişinə qarşı bir ola bilmir. Şöhrət hər adamı hakimiyətdən
asılı edir. Rüşvət, rəqabət və b.k. həmçinin. Adamın içindəki Adam-
lıq başqasının içindəki Adamlıqla bir-birinə dayaq durur.
Bir-birindən mənfəət, faydalanma duyğuları ilə deyil, insanlıq
duyğularıyla asılı olanda toplumun halı dəyişəcək. Şöhrətdən, həsəd-
dən, rəqabətdən özgür olan xalq hakimiyət basqısından da özgür
olmaq istəyəcək.
xxx
Ölümsüzlüklə tutuşdurmada şöhrət necə də balacadır. Ölümsüz-
lük əbədilikdə yaşayır, şöhrət – toplum və zaman çərçivəsində.
xxx
İnsan İnsanlığına təndir – zora tən deyil, vara, şöhrətə, rəqabətə
tən deyil. İnsanlıqdan uzaqlaşan – varlaşan, zorlaşan, rəqabətləşən
insan – dəyərsizləşir.
xxx
Gediş – hər halıyla, olaylarıyla təslim etmək üçün hücumdadır.
Əməlsizlik, düşüncəsizlik gedişə təslim olmaqdır. Ona görə “ömrün-
də gedişmi təsdiq olmalıdır, Amalmı?” sorusu ilə üz-üzə qalmamaq
üçün hər an Ocaq əməlində, düşüncəsində olmaq gərək.
xxx
Din həyatı, dünyanı adamın gözündən elə salır ki, o,
həyatdakılarla, dünyadakılarla döyüşür. Adamın gözündə həyatın,
236
dünyanın dəyəri yoxdursa, onun uğrunda da, onu qorumaq üçün də
döyüşməz.
xxx
“Allah qarşısında hamı birdir” sözü adamlar diri ikən deyil, ölü
ikən doğrudur. Diri ikən varlı-yoxsul, ağa-qul başqalığı ilə bir-birinə
tən olmaq halı yaranmır.
xxx
Atanın belə bir fikri var: “İnam Sirri, Sehri inkar eləmir.
Dünyanın Dünyalıq Sirri var, Sehri var. Həyatın Həyatlıq Sirri var,
Sehri var… İnam Cəfəngiyyat Sirrini, Sehrini rədd edir”.
Bu fikirləri oxuyanda həqiqəti düşünürəm, sonra yeni bir aşama
gəlir, sonra daha üstün. Bunun özü elə sirri yaradır, aşkarlandıqca
aşkarlanır. Sonra düşündüm ki, dünyanın dərk olunmazlığı sirr
yaradırmı?! Dünyanın dərk olunmazlığı sirr yaratmır, elə bil bəlli
olmayan qara qutudur. İnsana qarşı inamsızlıq var, sənin idrakın
bunu dərk edə bilməz. Heç bir cazibə, sehr yaranmır. Dərk
etmirəmsə, heç can atmaram. Ancaq həqiqətə hər aşamada yetdikcə
elə bil üfüqlər açılır qarşımda.
xxx
“Tarix təkrarlanır” deyirlər. Çünkü Adam dəyişmir, Adamlıq
dəyişmir.
Adam insanlaşanda tarix təkrarlanmayacaq, dəyişəcək.
xxx
Hakimiyətə yarıyanlar hakimiyəti öyürlər.
Hakimiyətdən yarımayanlar hakimiyəti söyürlər.
Xalq da çaşbaş durumda qalıb.
“İnam – Mütləqilik üzərində qurulan Aqibət yaradır” – Ata fikri
üstə.
Aqibət – ömrün ideyaya həsr olunmasıdır, ideya əsasında qurul-
ması, yaşamasıdır. Hər ideya həqiqət olmadığı kimi, hər aqibət də
ruhsallığa, insanlığa yüksələ bilmir. Başqa-başqa inanclar var və
başqa-başqa aqibətlər var. Ancaq hansı aqibət həqiqət əsasında
qurulur və hansı aqibətdən dünyaya qaranlıq deyil, işıq yayılır?
Burada din və inam qarşılığı yaranır. Din qismət əsasında yaranan
aqibət verir. Adamı bəndələşdirir, Allahdan asılı duruma salır. Dinçi-
nin özü qarşısında tələbi yoxdur, verilənə baş əymək, boyun əymək
istəyi var.
237
Ruhsal aqibət – insanın özü qarşısında qoyduğu Mütləq tələb əsa-
sında yaranır. Həqiqətə yetmək əməli, həqiqətə yetirmək əməli və
Həqiqət uğrunda döyüşmək əməli birləşir ruhsal Aqibətdə. Ruhsal
aqibət bireyin yalnız öz ömrü ilə bağlı deyil, millətlə, bəşərlə
birliyidir.
Özüm üçün yaşamıram, millət üçün yaşayıram. Qurduğum, yarat-
dığım dəyərlər millətimin gələcəyinə gərəklidir. Nikbinlik yalnız öz
ömrümə bağlı yaranmır, həm də aqibətimi yaratdığım yolun millə-
timdə davam edəcəyinə bağlı yaranır. Əbədilik ölçüsü – millətin
sabahıyla bağlıdır. Məndə yaranacaqsa, millətimdə yaranacaq, millə-
timdə yaranacaqsa bəşərdə yaranacaq və əbədiliyə qovuşacaq
dəyərlər.
Aqibət – sevdiklərin üçün döyüşməkdir həm də. Ailən üçün,
millətin üçün, vətən üçün, bəşər üçün.
Həyatda sarsıdıcı olaylar yaşayan şəxs haqqında deyirlər ki, nə
talesiz adamdır. Hər şeyi qaydasında olan, xəstəliklə, itki ilə üzləş-
məyən adam isə taleli adam sayılır. Ocaqçı haqqında talesiz sözünü
işlətmək olarmı? – Olmaz. Çünkü ömrünü özü qurur, qarşısına çıxan
çətinlikləri, həyatın ağırlığını yenir, yetkinləşir, mətinləşir. Ömür
mənimdirsə, seçim də mənimdir. Uğuru da, uğursuzluğu da mənim-
dir. Bu, aqibətdir.
Bəzən adamlar fikirləşir ki, sabah necə gəlir gəlsin və ya hər şeyi
öz axarına buraxmaq gərəkdir. Ancaq sabah haqqında düşünməsək,
sabah bizə qarşı olacaq. Ona görə də öz aqibətimizi qurmaqla, ruhsal
əməllərə yetməklə sabahımızın da bizim istəyimizlə qurulması baş
verir…
İndiki halımda arxayınlaşmamağa çalışıram ki, evin içində Ocaq
əməlləri görsəm də, bunlar azdır, tam deyil. Oxullarda dərs açılanda
çalışacam ki, yaşadığım bölgədə görüşlər təşkil edəm. Atamız Var
olsun!
Günev Atalı: (Ataya səcdə edib Bayrağı öpür – N.A.). Amallaş-
mamla bağlı “Mütləqə İnam” Bitiyinin Həyat əsərindən “Azadlıq –
Əsarət”, “Eşq – Şəhvət”, “Həqiqət – Yalan”, bir də “Gerçəklik –
İdeal” bölümlərini oxumuşam, konspektləşdirmişəm. Qısaca bu
yöndə danışmaq istəyirəm.
Həyatda Özgürlüyün təyinləri həmişə öz mahiyyətindən aşağı
bilinib. Özgürlük deyəndə, yəni bir xalqın başqa xalqın əsarətindən
qurtarması, ya da kimsə dustaqlıqdan qurtarıb özgür oldu kimi dü-
238
şüncələrlə sınırlanır. Ancaq Ata, Ocaq təyinləri ilə gerçək özgürlük
təyinləri başqadır. Özgürlük – insanın Adamlığından özgür olma-
sıdır. Şər duyğularından, şübhəsindən, cahilliyindən, nadanlığından,
ümumiyyətlə, antiinsani duyğu nə qədər varsa, ondan qurtarmaqla
başlayır özgürlük. Sonra toplumun etkisindən özgür olmaq. Xurafa-
tın etkisindən özgür olmaq. Dinlərdə xurafat var. Dinlərin tapındığı,
idealı olan Allah fikri ki, onu düşünüb, ondan o yana yoxdur. Əzəli,
Əbədi, Sonsuz, Kamil olmalıykən Allah da əsarətçi olur əslində.
İnsan bütünlüklə Allahın əsarətindədir. “Səni mən yaratmışam, mən
yönətirəm”. İslamda bu özünü daha qabarıq şəkildə göstərdi. Adama
dedi ki, sənin taleyin nədirsə, odur, bundan qırağa çıxa bilməzsən.
Bu da bir əsarətdir.
İnsan varidat əsarətindən də özgür olmur. Bunun üçün birinci
növbədə inam gərəkdir, özüylədöyüş, ruhaniyyat halı gərəkdir. İdeal
ömür – yəni Xeyirə, Ədalətə, Gözəlliyə, Kamiliyə əsaslanan bir ömür
olur. İnsan özüylədöyüş araçılığı ilə içsəl şərdən özgür olur, toplum-
dakı şərlə döyüşə bilir, xurafata qarşı çıxa bilir, maddiyyatçılığa qarşı
çıxa bilir. İnsan özgür olur. Ancaq həyatda özgürlüklə əsarət
daim döyüşür. Biri o birinə tam qələbə çala bilmir.
Bəzən özgürlük bəlli məqam üçün həyatda özünü təsdiq edir.
Həyat cismani yanaşmalar gedişi olduğundan heç vaxt Mütləqlə
yanaşı yaşaya bilmir. Bu, baş tutsa bireyin ömründə baş tuta bilər.
Həyatda tam qələbə çalmır. Əbədi özüylədöyüş məsələsi gərəklidir.
Əbədi şərlə döyüş var – ta Zərdüştdən başladı Asif Atada özünün
zirvəsinə çatdı. Özüylədöyüş qurtaran yerdə İnsanlıq qurtarır.
Zərdüşt də deyirdi ki, dünya əbədi Xeyirlə Şərin döyüşüdür.
Eşq insanın cismani cazibədarlığı ilə içinin ucalığının birliyidir.
Eşq insanların təkcə bir-birinə olan cismani yanaşmaları deyil. Eşq
insanın öz Amalına, idealına, gələcəyə… yanaşmaları kimi özünü
göstərə bilər. Aşiq oduğunun səsi, sözü onun üçün Mütləqin təzahü-
rüdür. Ata deyirdi ki, Məcnun Mütləqi sevirdi, elə bilirdi Leylini
sevir.
Şəhvət adicə nəşəsevərlikdirsə və özünü aşiq kimi göstərirsə,
daim Eşqlə döyüşür. Burada heç birinin tam qələbəsi olmur. Çünkü
həyatın doğub-törəməsi ikincidən asılı olur. Eşqin qələbəsi baş tuta
bilər Yüksək Həyatda.
Həqiqət – insan ömürünü mənəvi, kamil yaşamaqda, ədalətli
olmaqda görür. Yəni Mütləqin tələbləri ilə yaşamaqda. Ancaq yalan
– insan ömrünü maddi nemətlər uğrunda döyüşdə görür. İnsan dün-
239
yaya gələndə, sanki bütün ömrünü həsr eləməlidir maddiyyata.
Ondan qırağa həsr olunan ömrü – cəfəngiyyat sayır yalan.
İdeal və gerçəkliyin savaşı bu günə qədər davam edir, edəcək.
Gerçəklik nisbi olaylarla sınırlaşdığından idealla gerçəklik arasında
ziddiyyət yaranır. Yanaşmada həmişə gerçəklik idealı inkar edir.
Eləməyə də məcburdur, çünkü özünü inkar edə bilməz. İdeal ayrı-
ayrı nişanələri ilə görünür və Yüksək Həyatda tam qələbəsi baş tutur.
Bu, mənim Amallaşma və Kamilləşməmlə bağlı düşünüb araşdır-
dığım, özümləşdirdiyim fikirlərdir.
Xalqlaşma əməlim zəngindir. Birinci növbədə Məbədlə bağlı
olduğuna görə. Çünkü görüb dönənlər çox olur. Məbədin forması
indi daha aydın görünür, qıraqdakılar da deyirlər ki, nə gözəl tikin-
tidir. Onun haqqında eşidirlər.
Anamın törənindən sonra bu ay içində yaxşı sədalar gəldi, heyrət-
li fikirlər gəldi. Doluruq o bölgəyə. Çox qaranlıqlar əriyib gedir.
Əməl ortaya qoyduqca camaat arasında müsbət fikir formalaşır.
Demək olar, ancaq razılıq edirlər. Bir nəfərin də olsun, niyə başqa
cür oldu sözü olmadı. Görənlər də gedib başqalarına danışırlar, onlar
da deyirlər ki, eşitdiyimizə görə uğurlu olubdur. Molla olmayıbdır,
salavat çevrilməyibdir. Bizdə kənddə belədir, hər adam yas yerinə
girəndə də, çıxanda da həmd-surə ilə qarşılayıb, həmd-surə ilə yola
salırlar. Bu, birdəfəlik ordan çıxdı. Bu hal da maraq doğurmaya
bilməzdi. Hətta molla mənə deyir, eşitmişik ki, yaxşı məclis keçir-
misən. Mollanın belə yanaşması artıq toplumun bizə üz tutmasına
görədir.
Halı görürlər camaatda. Nəyə etiraz edəcəksən? Etiraz eləsən,
onlar sənə qarşı etiraz edəcəklər. Ərəbin hansısa şəxsiyyətinin
bioqrafiyasını danışırsan, bundan mənə nə?!
Ancaq məclisdə belə fikir dedilər: bütün insanlığın xəritəsi gözü-
müzün qarşısında cızıldı. Axır ki, öz məclislərimizdə söz eşitdik.
Sonra Məbədi ziyarət etmək istəyənlər oldu, apardım, söz də
dedim. Bütünlüklə İnam haqqında, Asif Ata, Ocaq haqqında söhbət
elədik. Kitab da bağışladım.
Yasin Türksoy: Günev bəy, çıxışınızda bir söz vardı: əsarətlə
özgürlüyün döyüşündə mütləq qalibiyyət olmur.
Günev Atalı: Həyatda tam qələbə olmur. Ancaq bireyin, məsələn,
Asif Atanın həyatında baş tutdu. Soylu Atalının həyatında baş tutub.
240
Gerçəklikdə tam qələbə olmur, çünkü gerçəklik nisbinin üzərində
qurulur. Gerçəklikdə Mütləqilik yoxdur ki, sənin qələbən təsdiqlən-
sin. Həyatda tam qələbə olmayacaq. Ancaq əbədi döyüş olacaq. Şərlə
döyüş dayansa, şər çoxalır. Dünya əbədi bu savaşın üstündədir.
Yasin Türksoy: Soylu bəy, bəlkə nəsə artırmaq istəyirdiniz.
Soylu Atalı: Həyat üzdə olan adamlardan oluşub qalmır. Bir
yandan doğuluş var. Heç kim anadan kamil doğulmur. O, özüylə
döyüşməlidir, şərlə döyüşməlidir. Onun içində, xarakterində irsən,
genlə gələn nələrləsə döyüşməlidir. O qüsurlar içindədir. Ona görə
həyatda daim döyüş olacaq. Özünə qələbə çalan ömür geridə qalan
üçün örnək olacaq, yol olacaq, onun özüylə döyüşməsi üçün, onun da
həyatını yüksək səviyyəyə qaldırması üçün örnək olacaq. Atanın
çalışdığı odur. Yoxsa mümkün deyil ki, hamı anadan kamil
doğulsun.
Sənin rahatsızlığın odur ki, indiki quruluş olmasın. Başqa quruluş
olsun. Olsun! Ancaq o quruluşun içində hamı ucdantutma kamil
şəxsiyyət olmayacaq.
Ancaq, razıyam, quruluş dəyişməlidir, insanlıq gəlməlidir dövlə-
tin başına, insanlıq gəlməlidir yönətim qurallarına, insanlıq gəlməli-
dir hər yerə.
Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Ayım xalqlaşma
cəhətdən zəngin olsa da, Amallaşma və kamilləşmə əməlim olmayıb.
241
Dünya ədəbiyyatından oxuyuram, bitirməmişəm. Kitabı oxuyanda
sorular da yaranır. Məsələn, mütləq mənada umacaqsızlıqla rastlaşı-
ram, düşünürəm ki, mən bu məqamda bunu eləyə bilərdimmi?
Həyatdakı xeyirxahlıqla qarşılaşanda düşünürəm ki, məndə varmı?
Belə düşüncələrim də yaranırdı oxuduqca, ancaq sistemli deyildi.
Xalqlaşma əməlim – Xaçmaz və Şabran bölgələrində oldum.
Xaçmazda ilk getdiyim ünvan kitab evi oldu. Rəsm qalereya-
sında, muzeydə yaxşı söhbətlərim oldu. Gənc kitabxanaçılar birliyin-
də gənclərlə söhbət elədim, maraq göstərdilər, sorular verirdilər.
Şabran səfərində bir dostumuzla yenidən görüşdüm, doğmalaşdıq.
Çox qəribədir ki, keçən dəfə verdikləri soruları təkrar yenə də verir-
dilər. Duydum ki, verdiyim ədəbiyyatları oxumayıblar, ya istəkləri
yoxdur öyrənməyə. Elə söhbətlərdən halları yaranır.
Şabranda Mədəniyyət evini axtarırdım, iki nəfər şair mənə bələd-
çilik elədi, yolboyu söhbətləşdik, sorularına cavab verdim. Atanın
gömülməsi ilə bağlı sorular verdilər. Onlara da ədəbiyyat verdim.
Kitab evinin özündə 20-yə yaxın adamla görüş keçirdim. Atadan,
Ocaq əməllərindən danışdım. Adamların üzünə baxanda görürdüm
ki, bəziləri mənim dediyimi tutur, məni anlayır. Bəziləri də gözləyir-
dilər ki, nə vaxt söhbət bitəcək.
Gedişin özü, atdığım addımı az hesab edirəm. Tutuşdururam
şərin, toplumun içimizə etkisini. Qarşı-qarşıya qoyanda çox az sayı-
ram. Daha çox xalqlaşmaq, daha çox soraq vermək, daha çox ünsiy-
yət qurmaq istəyirəm. Yeni səfərlərə, yeni söhbətlərə hazırlayıram
özümü. Atamız Var olsun!
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Çox olub ki, mən
tədbirlərimizə qatılmaq üçün yalanlar danışmışam. Bizim ölçümüz
var – Mütləq. Düzdür, deyirlər ki, Xeyirə görə Şəri azdırmaq olar.
Bu gün tədbirə işdən gəldim, dedim ki, evi su basıb. Deyə bilərdilər
ki, tədbirin varıydısa, dincəliş gününü bu günə salardın.
Fikirləşirəm, mən doğrumu addım atıram, yoxsa yanlışmı? Düz-
dür, mən hər gün tam Amala uyğun yaşamıram. Əsəbləşirəm, iş yol-
daşımla qovğa edə bilirəm, evdə əsəbləşirəm, səsimi qaldırıram.
Amalın qurallarına uyğun yaşamıram. Ancaq mən yalanı bilərək-
dən danışıram. Axı mən Mütləqçiliyə qarşı gedirəm. Bəlkə mən
doğrudan da olanı deyib gəlməyi bacarmalıyam. Bəlkə elə güclü
olmalıyam ki, o zənciri həqiqətlə qırıb gəlməliyəm?!
242
Günev Atalı: Sən dediyin zirvədir. İşi itirməlisən, ailə ac
qalmalıdır.
İnamlı Atalı: Məsələni də ona gətirirəm ki, Ata sırf Amalın
quralları əsasında yaşadı. Yəni biz Ocaqçılar doğrudanmı o səviy-
yəyə çatmalıyıq ki, həqiqətən hər bir fədakarlığa yetməliyik. İşimizi
itirməkdən belə qorxmamalıyıq, maddi çətinlik çəkməkdən qorxma-
malıyıq. Bir tikə çörəyə möhtac qalmaqdan qorxmamalıyıq.
Bunu mən işdən çıxıb bura gələrkən yol boyu düşündüm.
Amallaşmamla bağlı qonuya gəldikdə isə “Mütləqləşmək – Var
olmaq” Bitiyindən “Xurafat” bölümünün “İnsansızlıq” qonusunu
oxudum. Ümumiyyətlə, Atada daha çox məni çəkən qonu insanla
bağlı olub. Çünkü Ataya qədər heç ağlıma gəlməzdi ki, dünyada baş
verən olayların günahkarı insandır. Mən hər şeydə səbəb axtarırdım.
Bircə insanda səbəb axtarmırdım. Bəzən islamçı olurdum, deyirdim
bu, taleyin işidir. Bu uğursuz adamdır, filandır. Bir gün mən, yeni
Ocağa gələndə, Atanın bir bitiyini oxudum. Yadımdan çıxıb. Orda
yazılmışdı ki, toplum kordur, günahkar insandır. Filan şey belədir,
günahkar insandır. Mənə çatmırdı. İndi oxuduğum “İnsansızlıq”
bölümündə gəldiyim düşüncə var, bir-iki cümlə bölüşmək istəyirəm.
Orda Ata vurğulayır: “deyirlər insanı toplum yaradır, şərait yaradır,
düşdüyü mühit yaradır, ictimai münasibətlər yaradır. Biz isə deyirik
ki, toplumu, mühiti insan yaradır”.
243
Orda söhbət xurafatdan gedir. Mən düşünürəm ki, insanın yolunu
xurafat kəsib. Həmin bu fikirlər də xurafatdan gəlir. İnsanın İnama
yetməyinə xurafat mane olub. İdraka yetməyinə, Mənəviyyata yet-
məyinə mane olub və sonda insan yetməli olduğuna yetməyib. Ona
görə də insan maddiyatın, toplumun etkisində qalıb. Hər yerdə insan
aşağıda göstərilib, insansızlıq baş verib. İslamın etkisidir ki, bu xura-
fat yaranıb. İnsan o xurafatın altında əzilib, görünməyib. Ona görə
bəşəriyyət bu günə düşüb. Ona görə də insanın adına hər şeyi qoyub-
lar. İstehsalat insanı aşağıda qoyub. İnsan becərdiyinin, yaratdığının
quluna çevrilib. İnsana sadəcə istedadına görə, qabiliyyətinə görə
qiymət verilib. İnsanı siniflərə bölüblər. Bunların hamısının da basin-
da xurafat ağası dayanıb. Bunun hamısı ona qulluq eləyib.
Ataya qədər mən maddiyatın dalınca düşürdüm. Elə bilirdim bun-
lar hər şeydir. Əsasən insan maddiyatın dalınca qaçıb. Kim ruhsal
anlamda özünü düşünüb? Heç kim. Həyatda bizim üçün ölçü mad-
diyat dalınca qaçmaq, yaxşı gün-güzəran qurmaq, diplomlu olmaq,
mənsəb yiyəsi olmaqdır. Ata özüylədöyüş ideyasını kamil formada
ortaya çıxartdı ki, insan öz içinə varsın. Bəşərin indiki hala düşmə-
sinin səbəbi insansızlıq olub…
Ocaqda mənim ən çox qane olduğum xalqlaşma əməlimdir.
Onunla bağlı mən Günev qardaşıma yaxşı mənada qibtə eləyirəm ki,
bizim hamımızın ümumi xalqlaşması Günev qardaşımızın yanında
çox zəifdir. Çünkü bizim dediyimiz, demədiyimiz sözlər, Günev
qardaşın ünvanından Məbəd araçılığı ilə bütün Azərbaycanda eşidi-
lir. Ən böyük xalqlaşmanı o ev görür. Biz gedib oxullarda söz
deyirik. Biri götürür, beşi götürmür.
Atamız Var olsun!
Nurtəkin Atalı: Mən indi 36-cı ilin “Ailə Günü” kitabını çap elə-
yirəm. Gələn törəndə o hazır olacaq. Yaxşı olar ki, tədbirləri hər dəfə
oxuyaq. Çünkü orda elə şeylər var ki, Soylu Atalı onun düzəlişlərini
eləyir. Ancaq tədbirlərdə bəzi şeylərə yenidən qayıdılır. Demək o
diqqətlə oxunmalıdır ki, ifadəyə fikir verilsin. Məsələn: bir “Ailə
Günü”ndə Ulusəs dedi ki, mən həsəd aparıram. Soylu etiraz elədi:
Ocaqçı qibtə, həsəd sözünü iştətməməlidir. Hətta yaxşı mənada da.
Bu haqda bir dəfə söhbət olub. Yenə də belə şeylərə diqqət eləmək
gərəkdir ki, bu cür hal bir də təkrar olunmasın. Yenidən qayıdılmasın
o məsələlərə. Bir şey var ki, Ocaqçılar danışanda elə şeylər hələ də
var. Mən özüm haqqımda deyə bilərəm ki, belə şeyləri aradan qal-
244
dırmışam. Sonra, biri özü haqqında danışır, deyir biz. Hamının adın-
dan danışmaq yerinə, öz adından danışmaq gərəkdir. Onlara diqqət
yetirmək gərək.
Türkel Atalı: (Ataya səcdə edib, Bayrağı öpür – T.A.) Bu ay
Ocaq Yükümlüsünün redaktə elədiyi bir neçə tədbirin bilgisayarda
düzəlişlərini eləmişəm. O tədbirlərdə, fikir vermişəm, mənim elə
çıxışlarım var ki, üstündən xətt çəkilir, sadəcə “filankəs sözünü
bildirdi” yazılır.
Hər dəfə özümü təkrar etmələrdən qaça bilmirəm. Bu ay “Ata-
gün” Ailəsinin “Ailə Günü” kitabını bir neçə dəfə oxumuşam. Orda
mən Günev Atalının çıxışlarına baxıram, valeh oluram, sistemli,
yerində.
Amaldaşımın hesabatı məni yaxşı etkiləndirir. Öz hesabatımı
onun hesabatıyla tutuşduranda görürəm ki, mən əslində heç nə
demirəm. Elə bilirəm ki, halımı ifadə eləyirəm. Elə çıxır ki, mən
tədbir xatirinə söz demiş oluram.
Bu ayın son günlərində Ocaq Yükümlüsünün “Kəpənəkçim – Ulu
Elim” əsərinin yenidən düzəldilmiş variantının redaktəsinin bil-
gisayarda düzəlişlərini etdim. Elə diqqətlə yanaşdım ki, məndə kitab
oxumaq həvəsi yarandı. Söz yox, ayımı o məqama bərabər tutub da-
nışmaq istəmirəm. Ancaq o anda olduğum haldan çıxış eləyib ayımı
dəyərləndirmək istəyirəm. Ağlımda xeyli gərəkli və gərəksiz düşün-
cələr var.
“Atagün” Ailəsinin Ailə Günlərində Ocaq Yükümlüsünün bəzi
çıxışlarını oxudum. Onun çıxışlarında harayladıqları şeylər adamı
riqqətə gətirir. Özünün içində təpər yaranır.
Düzdür, yüksək oxul öyrəncisi olduğum vaxtlar, hərbidə olduğum
vaxt çox gileyli idim bir oğul kimi. Öyrənci olduğum çağlarda
yörəmə baxırdım, öyrəncilərə göz yetirirdim. O anlarda yadımdadır,
özümə söz verirdim ki, gələcəyimlə bağlı filan şeyi eləməyəcəm,
filanı eləyəcəm və s. İşdən, gecə növbəsindən əli qara mazutlu
instituta gəlirdim. Bilmirdim mən öyrənciyəm, gəncəm, ya nə ad
verim özümə. Hətta bir ara mənə çox yaxşı gəlirdi belə mənasız əziy-
yət. Özlüyümdə fikirləşirdim ki, bir çox imkanlıların öncəsi dilənçi,
yoxsul gündə olub. Həvəslənirdim elə yaşayışdan ki, deyəsən mən də
həmin yolu keçirəm. Ləzzət eləyirdi ağır işləmək. Sözümü bu yöndə
davam eləmək istəmirəm.
245
Sadəcə belə bir məqama toxunmaq istəyirəm. Bu gün heç bir
kimsənin həyatı mənə maraqlı gəlmir ki, filankəs də çox zülümlə
yaşadı və indi normal yaşayışı var. Sadəcə gileyli əhvallarım var idi:
mən bilmirəm niyə varam, mənim bu cür yaşamımın səbəbi nədi və
s. Baxmayaraq ki, Ocaq Yükümlüsü olaraq onun nəyə qadir oldu-
ğunu, hansı gücdə olduğunu, kim olduğunu bütöv şəkildə anlamasam
da, içimdə duyurdum. Məndə bir az normadan artığa can atma var.
Durumu, kimlərisə qəbul etməmək var. Ocaq Yükümlüsü o kitabda
aqnostisizm deyə bir cərəyanı vurğu eləyir. Sanki mən heç Ocaq bi-
reyi yox, o cərəyanın bir üzvüyəm. İdrakıma, bilə-bilə, Mənanı dərk
eləməmək yasağı qoymuşam.
Belə bir şey də deyir ki, Məna sirdir. O sirlərə yetməyəndə adam
avam qalır. Avam da hər cür eybəcərliyə enə bilir. Öyrənci olduğum
çağlar bilərəkdən çox eybəcərliklərə enirdim. Ancaq həqiqətən
Mənanı dərk edib, aşiqə çevrilmiş insan kimi Ocaq Yükümlüsünün
ömrü çox böyük örnəkdir. Onun halı, sözü qurtuluşdur əslində. Söz
yox, Amal yönündən deyirəm. Həyat yönündən, dediyim kimi, örnək
götürmürəm ki, belə əziyyət çəkdi, necə çətinlikləri oldu. Artıq o cür
düşüncələr, tutuşdurmalar mənim üçün önəm daşımır.
Bütün bunlara baxmayaraq, bu düşüncəyə gəldim ki, Ailə Gününə
o cür əhvallarla gəlməmək doğrudur. Atamız Var olsun! Bayrağımızı
öpürəm.
Nurtəkin Atalı: Keçən “Ailə Günü”nü Türkel kitablaşdırdı, mənə
göndərdi. Onda özünə zəng edib dedim. Hər dəfə bəlli yanlışları
246
olurdu. Ancaq bu dəfə hərf yanlışları az idi. Çox yaxşı işləmişdi. Bu
onu göstərir ki, Türkel əmələ sevgiylə yanaşır, yaradıcı yanaşır. O
qədər az yanlış vardı ki, zəng eləyib dedim.
“Ailə Günü”ndə Türkel belə bir ifadə işlətmişdi. Deyir ki, Ocaq
Yükümlüsü millət haqqında danışanda mən də elə bilirəm millət
dərdi çəkirəm. Onu oxuyanda məni gülmək tutdu. Nəyə görə? Çünkü
vaxtilə Atanın sağlığında məndə də o hal var idi. Ata deyirdi biz.
Mən də hesab eləyirdim ki, heç bir əməlim olmaya-olmaya, mən də
millət dərdi çəkirəm. Ancaq o halımda mən onu ifadə eləyə
bilmirdim. Türkelə dedim ki, sənin görümün məni çox yaxşı etki-
ləndirdi. O da soruşur ki, məndən həryönlü razı qalıbsan?
Türkelin çox doğru izləmə, araşdırma bacarığı var, mənə olduqca
yaxşı etki göstərir.
İndi “Ailə Günü”nü çap eləyirəm. Hər bir Ocaq əməlindən çox
gözəl duyğularım yaranır. Ocaq tədbirini kitablaşdıranda elə bil
yenidən onun içinə düşürsən və tamam başqa hal yaradır adamda.
Eləcə də çap eləyəndə, elə şeylər var ki, yenidən oxuyuram. Vərəqlər
çıxdıqca mən onları üst-üstə qoyuram. Orda elə olur ki, vərəqin
üstündə ad yazılmır. Ancaq mən oxuyuram, ordakı fikirlərdən başa
düşürəm ki, bu kimindir. Sonra ağlıma gəlir ki, bütün Ocaqçıların
özünəxaslığı var. Hər bir Ocaqçı bilir ki, o təxminən nə danışacaq.
Məsələn, Türkeldə gözlənilməzlik var. Soylu Atalıda da, təbii,
bilirsən ki, yeni şeylər var. Fikirləşirəm, məndə də elə olmalıdır.
Yəni hər tədbirdə o biri tədbirdən başqa (fərqli). Bilirsən ki, nə
deyəcək yox, başqa olması gərəkdir.
Günev Atalı: Türkelin bir şeyi var ki, həmişə etiraflarla başlayır.
O gözəl şeydir.
Yasin Türksoy: Çoxdandır görünmürdüm. Darıxmışam. Bundan
öncəki aylar işdən göndərirdilər Avropa oyunlarına. Orda millətin
necə ruhsuzlaşdırılmasını gördüm. Həm də ürək ağrısıyla baxırdım.
O mühiti görəndən sonra Ocağın yönünü, işini düşünüb, Asif Atanın
prinsiplərinin İnsanlığa, bəşəriyyətə necə gərəkli olduğunu görürsən.
Doğru yol olduğunu anlayırsan. Burda zəhmət var, ürəyin sevgisi
var.
Yolu düşünürəm. Görürəm ki, necə əzablı, həm də fərəhli yoldur.
Həyat tam başqa bir şeydir. Ancaq Atanın prinsipləri tam başqa
aləm. Atanın kitabını oxuyuram, başqa bir aləmə düşürəm. Kitabı
247
qatlayıb, yörəmə baxıram, həyata baxıram havalanıram sanki. Kitab-
da elə bil üfüqlərə çəkilirəm, göylərə qalxıram. Məni həyat, mühit
sıxır. Bunlar məni oxumağa qoymurdu. Çünkü ideyalar, fikirlər hə-
yatdan qopmuş insana əzab verirdi. Oxuduqlarım başqa, gördük-
lərim, yaşadıqlarım tamam başqa. Sonra gördüm ki, bu ötəridir. Artıq
o halımdakı qarışıqlıq, kitabı oxudum gördüm, həyatdakılarla Atanın
ideyaları arasındakı başqalıq (fərq), təzad daha məni çaşdırmır. Atanı
indi oxuduqca məni çəkir. Axtardığımdır. Öncələr buna çata bil-
mirdim. Oxuduğum mənə əzab verirdi. Çünkü onun mənası sıradan
bir qəzet, kitab yazısı deyildi. Tam başqa idi. Gələnəksəl fəlsəfələr
kimi də deyil. Gələnəksəl fəlsəfələrə baxırsan, ən yaxşı halda oxuyub
qırağa qoyursan. Ancaq Atanın fəlsəfəsində yol başqadır. İndi o aşa-
manı aşmışam. Əzab vermir. Oxuduqca daha da fərəhlənirəm. Buna
sevinirəm. Bilirdim ki, bir aşama idi o çətinliyi aşmaq. İndi ona
yetmişəm. Çoxdandı ağlımdaydı, ancaq alınmırdı.
Atamız Var olsun!
Soylu Atalı: (Ataya səcdə edir) Qürub Ayının sonuncu yeddicəsi,
ayın 26-sı Mütləqə İnam Ocağının üç Ailəsinin birgə keçirdiyi aylıq
törənində söz deməzdən öncə Bayrağımızı öpürəm və Ataya səcdə
qılıram.
Öncə fikirlərə yönəlik söz demək istəyirəm təbii ki. Qismən irad
xarakteri daşıyır. Ancaq mənim iradımın, xahiş eləyirəm, sevgimdən
gəldiyini qəbul edin. Qırağa çıxma deməzdim. Ancaq istəsək də,
248
istəməsək də olur nələrəsə düzəliş vermək. Fikrə, hala düzəliş vermə-
yimiz gərəklidir, pis deyil.
Nurtəkinin çıxışında sözün qaçmasını (Nurtəkin yazısını oxuyan-
da söz ağzında yüyürür – bundan çıxmaq gərək) dedim, yenidən ona
qayıtmaq istəmirəm.
“Sən duyursan ki, sən düşünürsən ki, sən eləyirsən ki, sən sən”.
Bu yaxşı şey deyil. Bu, başqasına ağıl vermək anlamına gəlir. Ən
çox bu özünü Üstündə göstərir. “Mən” üzərində qurmaq gərəkdir
söhbəti. “Hesab eləyirsən ki, onda sənə necə baxırlar”… Bunu
demək gərək deyil. Burada söhbət “mən”dən gedir. Ocaqçı natiqliyi
üçün hesab eləyirəm ki, o qüsurdur.
İnamlının söhbətiylə bağlı iki məqama vurğu eləmək istəyirəm.
Öncə Ocaqçının səhv eləməmə məsələsi ilə bağlı fikir bildirmək
istəyirəm. Bir var Ocaqçının səhv etməsi, biri də var günah etməsi.
Ocaqçının səhv etməsi pis deyil. Ona görə ki, Ocaqçı davranır, düşü-
nür, addım atır. Ruhaniyyat xəttində möhkəmlənməyən adam orada
səhvlər eləyə bilər, qüsurlar işləyə bilər, ancaq o qüsurları görüb de-
mək gərək. Amaldaşlar arasında çox böyük sayğıyla, hətta sevgiylə
demək olar. Buna da qarşılıq verməyə tələsmək olmaz. Qıcıqlanmaq
gərək deyil. Qıcıqlanmaqdan çıxmaq gərəkdir.
İnamlı deyir ki, yalan deyib gəlmişəm bura. Ancaq İnamlının belə
deməyi doğrudurmu, yanlışdırmı? Bu qapanmadı, açıq qaldı. Mən
hesab eləyirəm ki, doğru deyil. Mən o halı özümdə yetirmişəm. Mən
işdə olanda deyirəm, tədbirim var. Deyək ki, gələ bilmərəm bu gün.
Mən açıq deyirəm. Bəzən demirəm. Heç borclu da deyiləm deməyə.
Mənim nəyim var, özüm bilərəm. Mən deyirəm, çox vacib işim var,
qaçılmaz işim var. O qaçılmaz iş nədirsə, özüm bilərəm. Ata deyir,
şəri aldatmaq gərək. O demək deyil ki, şəri aldatmaq üçün özünü
aldatmalısan. Şər, deyək ki, dövlətin inzibati bir strukturudur. İdeo-
loji işin başında durur, gəlib tutur aparır, dindirir. Sənin filan davra-
nışın hakimiyyətə ziddir deyir. Onda mən onu aldadaram. Ancaq
indiki quruluşda artıq elə gizlənmələrə gərək yoxdur. Ata Nişanəni
son anda cırmağı, yandırmağı deyib. Belə hökm yazıb: “Yada göstə-
rilmir, verilmir, son anda cırılıb yandırılır”. Bu, sovet inzibati struk-
turlarına özgündür, çünkü orda mümkün deyildi ki, sən belə bir ad-
dım atasan. Adamı dara çəkirdilər. Ata ona görə elə deyib. İndi kimin
ağlına nə gəlir, çap edir, yazır, ağlına nə gəldi danışır. Belə bir vaxt-
da yalan haqqında düşünmək gərək deyil. Ona görə, mən nəinki
Ocaqçıların davranmasına, hətta siyasətçilərə deyirəm ki, siyasətinizi
249
işlədəndə görürsən ki, filan fikir ziyan gətirir, onu demə. Onun yeri-
nə başqa şey də demə. Bu çox böyük mərifət olar, qanacaq olar.
Yoxsa deyir ki, gəl filan yerə gedək, bir məsələni çözək. Mən
qapıdan çıxanda bu, üzünü tutub o yana gedir. Mən də orda onu
gözləyirəm. Bu, siyasət deyil axı. Bu, yanaşma deyil. İşdən icazə də
onun kimi. İcazə alanda deyə bilərsən ki, mənim qaçılmaz işim var.
Hamımız ev yiyəsik, ailə yiyəsiyik, qaçılmaz işlərimiz ola bilər. Mən
heç kimə durub hesabat verməli deyiləm ki.
Mən İnamlının çıxışının üzərində deyirəm, başqaları da özlərinə
nəsə götürə bilər. Birini izah eləmək üçün o birini kiçiltmək var.
Məsələn, Asif Atanı sunmaq üçün din pisdir, budur, odur deyir.
Nədir Asif Atanın gözəlliyi, açılmır.
İnamlı deyir ki, bizim keçirdiyimiz görüşlər, filanlar sönükdür
Günevin Məbəd işinin qarşısında. Burada hissə qapılmaq var. Hissə
qapılmaq olmaz axı. Qiymətləndirəndə doğru qiymətləndirmək
gərəkdir. Qiymətləndirəndə hissə qapılmaq doğru deyil. Bu boyda
dağlar aşmışıq, işlər görmüşük, necə yəni sönükdür, hardan sönük-
dür. Məbəd işin bir cəhətidir. Bu baxımdan qiymətləndirəndə diqqətli
olun. Bir nəsnəni qiymətləndirmək üçün birini kiçiltməklə o birini
böyük göstərmək olmaz. Onun özünün böyüklüyü nədir, ucalığı nə-
dirsə onu açmağa çalışmaq gərəkdir. Ocaqçı natiqliyi odur. Özündə
onu tərbiyə eləmək gərəkdir.
Türkelin çıxışında bir məqam. Deyir ki, mən Ocaq Yükümlü-
sünün filan-filan cəhətlərini örnək götürürəm, ancaq həyatdakı ağır
zəhmətlərini yox.
Ocaq Yükümlüsü ona görə Ocaq Yükümlüsü oldu ki, ağır
zəhmətlər çəkib. Ağır zəhmətləri örnək götürmək gərəkdir. Əgər mə-
nim havayı, yaxud da asan gəlirlərim gəlsəydi, mən Ocaq Yüküm-
lüsü ola bilməzdim. Ocaq Yükümlüsü olmaq üçün mən qazanc
dalınca getmədim. Ailəmin boğazının dalınca getdim, izafi qazanc
dalınca getmədim. Örnək odur…
İndi ayrı-ayrı qeydlərimi oxumaq istəyərdim.
Məsum, arı bir qəlbin sevgiyə bürünməsindən sonra maraqlı
qüsurlar ortaya çıxır. Sevən adam çox yanlışlar edir. Çünkü özünü
itirir. Ancaq həm də yanlışlara yol verdiyini anlayır.
Sevgi ürəyi yaxır. Ürəyi yaxılan adamın rahatlığı pozu-
lur. Rahatlığı pozulan ağılla davrana bilmir, yanlışlar edir. Bunu
ancaq sevgini tanıyanlar anlaya bilər.
250
Ancaq bunu demək sevgili ürəyin yanlışlarını qınamaq anlamına
gəlmir. Məsələn, Ocaqçının ömründə də belə şeylər olub. Hər birimiz
belə yanlışlarla üzləşə bilərik. Məsələn, mən üzləşdiyim bir çaları
sizə deyim. O çağlar ki, bizim evimizdə mənə qarşı rahatsızlıqlar
başladı, atam-anam, kimim-kimsəm öz aralarında danışırdılar ki,
mən yolumu azmışam. Bunları eşitmirəm, sözləri mənim üçün
heçdir-filandır. Əslində atanın-ananın sözünü nə vaxt eşitmirsən, –
vurulanda, sevəndə. Mən də Amala vurulmuşdum, əqidəyə vurul-
muşdum. Qız istəyən adam da atasının-anasının evləndirmək istədiyi
ilə evlənmək istəmir, çünkü ürəyini, ixtiyarını verib artıq. Ata-ana da
ayağını dirəyib ki, yox ey, sənə öz istədiyimi alacam. Həmin şeydir.
Mən Amala vurulmuşam. Ata-anam da deyir ki, sən həyata vurul,
dinə vurul. Sən, işinin başı-ayağı bilinməyən bir kişinin dalınca
getmə. Ancaq vurulan ürəyin səsini dinləmək gərəkdir ki, gör o nə
deyir. Bu ürəyin ixtiyarı səndə deyil axı, heç məndə də deyil.
Belə məsələlər var ki, bu, ruhaniyyatın özəyidir, ana xəttidir, onu
gərək, doğrudan da, duyasan, görəsən.
xxx
Gənc, bakirə bir qızı zindana salasan və 15 ildən sonra qürurla
çıxarasan ki, bu qız öz bakirəliyini qoruyub.
Din gənc uşaqların şüuruna şeytanı, mələyi elə yerləşdirir ki, bu
gənclər qocalanda da qonuları şeytan və mələkdən başqa bir şey
olmur. Əslində insanın qəlbinə doldurulan Allah xofu insanı necə arı
göstərirsə, zindana salınan bakirəlik də qız arılığını eləcə göstərir.
Allah xofunu oturdursan adamın içində, ömrü boyu onun da qonusu
şeytandır, mələkdir. Adamlar da elə bilir ki, bu arı adamdır. Halbuki
arı deyil. Bakirə qızı zindanda saxlayırsan ki, qoruyasan, bəs çöldə
olanda özünü necə qoruya bilərdi? Sən Allah xofunu al bu insanın
qəlbindən, gör o, mələk-şeytan qonusuyla yaşayacaqmı? Bu, işin bir
tərəfi. İkinci bir tərəfi, insanı guya arı-duru saxlayırlar. Elə təbliğat
da gedir. Uşaqların uşaqlıqdan ağlına Allah kəlamını yazırlar,
şeytanı-mələyi tanıdırlar, “həqiqəti” tanıdırlar. O da bunların
içərisində müti davranır. Ağzı bağlı gəlin kimi. Deyirlər ki, bu, arı
adamdır. Arı adam deyil. Avam adam arı olmaz, avam adam qorxu-
ludur. Məqam düşər… Nə qədər ki, dananı kəndirdə bağlamısan,
açandan sonra biləcəksən ki, o, haraları dağıdacaq. Kəndirlə bağlıdır
avam. Onun qəfil içində dönüş yarana bilər. Onu indiyə qədər basqı
altında saxlamısan. Qəfildən basqının altından qalxmaq istəyər. Onda
bilmirsən ki, o avam nələr eləyər, cinayət törədər. Əslində insanı o
251
cür ağlı sönük, “mömün” bəsləmək cinayətə stimul verməkdir. Fikir
verirsinizisə, bir çox hallarda kimsəsiz uşaqları aparırlar körpəlikdən
din “sevgisi” ilə böyüdürlər. Böyüyəndə onlardan terrorçu, kami-
kadze düzəldirlər. Həmin “Allah sevdası” ilə dolmuş “arı-duru”
adamdır. Ondan kamikadze, quldur düzəldirlər. O elə bilir ki, bu
quldurluq deyil, düz eləyir.
xxx
Demokratik inqilab xalqlar üçün ən qorxulu prosesdir. Demok-
ratiya adlanan “xalq hakimiyəti” sözündə xalqı dəyərsiz, yersiz,
gələcəksiz qoymaq əməlləri yetişir və gerçəkləşir. Öncə aldadırlar ki,
biz xalq hakimiyəti qururuq. Xalq ayağa durur, döyüşür, ona deyirlər
sən öz hakimiyətin uğrunda döyüşürsən. Hər yerdə xalqın özünü
özünə qarşı qaldırırlar. Xalq ayağa durur – kimlə döyüşür – özüylə.
Baxın, Misirdə oturuşmuş hakimiyəti devirdilər, yerinə müxalifəti
gətirdilər. Sonra həmin müxalifət oldu qatil. Başladılar ona qarşı
savaşmağa. Tutdular onun başçısını. Bəs bu sənin xalqının nümayən-
dəsi idi? Yəni xalqın, əslində, hər bireyi özündən ayrılmış durumda
döyüşə girir. Xalq dəyərindən, xalq mənasından ayrılmış durumda.
Ayağa durub bir-biri ilə döyüşənlər hamısı xalq mahiyyətindən
ayrılmışlardır. Bir-biriylə döyüşür, əslində özü ilə döyüşür. Xalq
mahiyyətini itirmiş “özü” ilə döyüşür.
Xalq öz dəyərləri ilə, gələcəyiylə vuruşur. Bunu xalqa anlatmaq
üçün xalqın içini, şüurunu demokratiyaya bağlayanları ifşa etmək
gərəkdir. Demokratiya min ildir birlikdən, özgürlükdən, haqdan
danışır. Ancaq onu xalqlara verə bilmir. Çünkü birlik, özgürlük, haqq
demokratiyanın göz qamaşdıran saraylarında deyil, Ağ evdə – filan
yerdə deyil, insanlığın dərk olunmasındadır. Demokratiya ən pis
dindir. İnsanı öz yalanlarına inandırıb onu özündən qıraqdakı başqa
qüvvələrə bağlayır. Din də özündən qıraqdakına bağlayır. Biri ilahi
səviyyədə bunu yerinə yetirir, biri toplumsal (ictimai) səviyyədə. Bu
qüvvələr də insanı millətsiz, dövlətsiz, gələcəksiz aqibətə sürüyür.
Sürünən, süründürülən insanı demokratiya adlanan şərlə savaşa qal-
dırmaq gərəkdir. Vicdan bu həqiqəti qanan adamlardan belə bir çətin
işə girişmək tələb edir.
Heç kim onu demir ki, demokratiya filan şeydir. Dönə-dönə mən
sübuta yetirirəm ki, demokratiya siyasi qarşıdurmadır. Siyasal, top-
lumsal qarşıdurmadır, çünkü demokratiyanın dediklərini hədəf götü-
rüb ayağa duran adamlar içindən uçurulmuş, dağılmış adamlardır.
Adam içindən sağlam olarsa, onda onun demokratiyaya ehtiyacı yox-
252
dur. Döyüşmək üçün demokratik dəyər deyə bir şeydən sallaşmaq
gərək deyil. Demokratiya ancaq və ancaq uçurur. Demokratiya səni
yaratmır. Sənin ağlına doldurur ki, sənin hüququn var. Ancaq səni
yaratmır. Səni sənə tanıtmır. Sənin içini sənə öyrətmir. Sənin gücünü
üzə çıxarmır. Sənin mənəviyyatını üzə çıxarmır ki, bununla qalib ola
bilərsən. O deyir ki, özünə bənzəyənləri bir yerə yığ, əlinə dəhrədən,
baltadan al, çıx küçələrə. Onda qalib gələcəksən. Qırğına verir,
ölümə verir, öldürməyə göndərir, – qarşıdurmadır bu. Pozğunluqdur,
pozuculuqdur.
xxx
Dini möcüzələrdən danışırlar. Məsələn, deyirlər ki, donuzun qula-
ğının üstündə Allah sözü yazılıb. Ya fındığın qabığında Allah sözü
yazılıb. Sadə müsəlman avamdır, qanmır. Müsəlmanlığın başında
duran ona etiraz eləmir ki, ayıbdır, belə şeylər gərək deyil, dinimizi
gözdən salırsınız. Heç kim etiraz eləmir. Bir ağıllı din adamı qabağa
durub demir ki, tutalım Allahın əli var, əlində də qələmi. Bu bədbəxt
niyə öz adını fındığın qabığında yazır?! Nəyi sübut eləyir?! Yəni
yolundan azmışlara sübut eləyir ki, o var?! Tutalım ki, sübut elədi,
bildim ki, sən varsan. Varsan varsan da. Axı mənim dəyişməyim
gərəkdir. Mənim dəyişməyimə səbəb vermirsən, fındığın qabığına
adını yazırsan. Bundan mənə nə? Yer tapmadınmı adını yazmağa?!
Dini möcüzələrdən danışırlar. Əslində ən böyük möcüzə xalq
ruhunun Mütləqə doğmalaşmasıdır, yəni xalqın özünə oxşamasıdır.
Möcüzə ondan sonra başlayır. Ondan sonra xalq hansı addımı atırsa,
hansı yaxşı işi görürsə, o, möcüzə olur. Birdən xalq elə gözəl iş
ortaya qoyur, odur möcüzə. Çünkü özünə bənzədi, özünə oxşadı.
Adam özünə oxşayanda gözəl bir görüntü olur. Ata “Əks-səda”
yazısı yazıb. Deyir ki, əks-səda başqasının son sözünü təkrarlamaqla
uğraşır.
Dinin möcüzələri fantaziyalardan gəlir. Fantaziya insana gerçək
yön vermir, yəni insan gerçəklikdə fantastik möcüzələrlə xoşbəxt ola
bilmir. Mənə fantastik olmayan möcüzə ver ki, xoşbəxt olum. Çünkü
fantastik olmayan möcüzə gerçəkdir, realdır. O mənim əlimdən tutur,
xoşbəxt edir. Sənin dediyin fantaziyadır. O məni xoşbəxtliyə çatdır-
mır. Heç xoşbəxtliyin qapısını göstərə bilmir. Çünkü dini möcüzənin
məqsədi insana xoşbəxtlik bəsləmək deyil. Ancaq xalq özünə
oxşayandan sonra yaşam əsilləşir. Mənəviyyatın insanların yanaşma-
sında gerçəkləşməsindən, yaşamasından, var olmasından yüksək
möcüzə yoxdur, olmur.
253
Çağımızda həyatın gedişinə baxırıq. Nə görürük? Bir yanda
qorxunun, nifrətin, qəzəbin yaratdığı gedişlər, davranışlar, yanaşma-
lar, ünsiyyətlər, hədyanlıqlar, əxlaqsızlıqlar. Bir yanda isə sevginin
yaratdığı təbəssümlər. Həzin pıçıltılar, nəğmələr, bala üçün, ana üçün
həyəcanlanmalar, doğmalıq axtaran kədərli gözlər. Ancaq bunlar bir
yandadırmı? Bunlar azdır, çox azdır. Bunların yerləşməsi, bir yan
olması, yaşaması üçün yan, yer yoxdur. Hər yan, hər yer xaosun,
pozğunluğun, cinayətin təqlidi üçün hazırlanıb. Hər yerdə cinayəti,
pozğunluğu, əxlaqsızlığı təqlid edirlər. Hər yer onun üçündür. Bir
yan yoxdur, bir yan qalmayıb sevginin təbəssümləşməsi, cilvələşmə-
si, gözəlləşməsi üçün. O yanı, yeri Ocaqçı öz köksündə yaradır. Öz
mühitində yaradır. O, həyatda yoxdur, gerçəklikdə yoxdur. Küçədə
yoxdur, kənddə yoxdur.
Mənim Amallaşma işimlə bağlı yazım, qeydlərim çox olur. Çün-
kü əsər yazmağa hazırlaşdığıma görə yazmasam belə, düşüncələrim
çox olur. Onların hamısını oxumağım gərək deyil. Sadəcə özümün
içimdə tutduğum bəzi məqamları bölüşmək istədim.
Burdakı məsələlərə qısaca aydınlıq gətirmək istəyirəm. “İnam –
Mütləqilik üzərində qurulan Aqibət yaradır”. Bu fikirdə Asif Ata öz
dünyabaxışını qəsd edib. Bir var inam birey keyfiyyəti kimi, bir də
var dünyabaxış kimi. Burda dünyabaxış kimi İnamı qəsd edib. Nə
deməkdir “Mütləqilik üzərində qurulan Aqibət yaradır”. Mənə insanı
tanıdır. Deyir ki, sənə tanıtdığım insana inan. Mən də inanıram. Niyə
inanıram? Ağlımın gözünü açır, qandırır ki, inanıram. Qanıram və
inanıram. Mənə vətəni tanıdır. Mənə milləti tanıdır. Mənə bəşəri
tanıdır. Vətən mənim üçün ayrı bir məna daşıyır. Asif Ata mənə insa-
nı tanıdandan sonra, Millət də mənim üçün ayrı bir məna daşıyır.
Böyük anlamda bəşər də mənim üçün ayrı bir anlam daşıyır. O ayrı
məna baxın görün nədir? Vətənə yanaşmanı adiliklərdən və bəsitlik-
lərdən qurtarır. Heç vaxt biz Ocaqçı olaraq dilimizə alıb deyə bilmə-
rik ki, vətənin filan parçası mənim nəyimə gərəkdir, mənim uşağım
niyə gedib qorusun. Heş vaxt bu ifadəni Ocaqçı işlətməz. Ancaq
toplumda ən yüksək vətənsevər belə bunu deyir. Deyir ki, hər kəsin
öhdəsinə düşən payını qoy sevsin. Onun payı yoxdur vətəndə. Vətəni
bütöv götür, gör içinə yerləşirmi? İçinə yerləşmirsə, sənin vətənə
yanaşman necə qutsal ola bilər? Ona görə insanı mənə tanıdır, inan-
dırır. İnandırandan sonra vətənə yanaşmanı dəyişir. Ayrı bir məna
daşıyır. Millətə yanaşmam ayrı bir məna daşıyır.
Heç vaxt Ocaqçı millətin ən axmağının belə cibinə gözünü dik-
məz. İnanmıram. Onun boğazına gözünü dikməz. Ocaqçı bunu elə-
məz. Niyə eləməz? Asif Ata inamını verib, insanı sənə tanıdıb, sənə
bu tərbiyəni verib. Onun inamını qəbul eləməklə sən yeni bir tərbiyə-
yə yüksəlirsən. Yeni bir aşama qazanırsan. Mütləqilik üzərində quru-
lan aqibət yaradır. Hər şey səndə dəyişir, Mütləq olur. Heç nəyə nisbi
254
yanaşmırsan, Mütləq yanaşırsan. Nə qədər böyük aqibətdir bu.
Səndən soruşsalar xoşbəxtsənmi – bunu demək yetərlidir.
Xoşbəxtlik odur ki, biz ölməzliyin nə olduğunu sadəcə tanıma-
mışıq. Biz ölməzliyin köksünü açıb ora çatmışıq. Atanın bu fikri
əslində ideya səviyyəli fikirdir.
Xalqlaşma əməlinin ömrümdə yaratdığı hallar. Xalqlaşmanın çox
gözəl bir cəhəti və çox qorxulu bir cəhəti var. Gözəl cəhəti nədir,
qorxulu cəhəti nədir? Gözəl cəhəti odur ki, biz ruhaniyyatçı
olaraq evimizdə oturub ruhaniyyatla uğraşmırıq. Ruhaniyyatçı olma-
ğımız üçün bizim qarşımızda bəs qədər əngəllər var. Bizə mane olur.
Qoymur ruhaniyyatçı olaq. Qoymur ruhaniyyatçı kimi yaşayaq.
Qoymur ruhaniyyatçı kimi düşünək. Biz o əngəlləri ortadan qaldır-
malıyıq. Əslində biz döyüş adamlarıyıq. Ruhaniyyatçılıq – döyüşçü-
lük deməkdir. Sufilərin ruhaniyyatçılığı biryanlı idi. Ancaq bizim
ruhaniyyatçılığımız həryönlüdür. Biz ruhaniyyatçı olduqca qarşımıza
çıxan əngəllərlə döyüşürük. Atanın dediyi kimi, içsəl şər və toplum-
sal şər məsələsi var. İçində də əngəl olan var, çölündə də. Xalqlaşma
işində Atadan öyrəndiyini gedirsən haraylayırsan, deyirsən, fərəhlə
dolursan. Fərəhlə dolursan, xoşbəxt olursan. Ancaq gərək ruhani
fikirlə, biliklə dolasan, dolmasan getdikcə adamın enerjisi azalır.
Xalqlaşmada güc tükənə bilir. Özün təkrar-təkrar eyni şeyi demək-
dən usana bilərsən, dalı gəlməyəcək. Əgər daim dolsan ruhani bilik-
lə, zənginləşsən, dediklərinin içində o qədər gözəl yenilənmələrin
olar ki. O qədər gözəl düşüncələrin, variasiyaların qurular ki, o sənin
ürəyini yorulmaqdan qurtarar.
Adamın enerjisi tükənə bilər, yorula bilər. Ona görə gözümüzü
torpağa yumana qədər işləməliyik.
Atamız Var olsun!
Qutsal Oxuma bölümündə Asif Atanın “Mütləqilik” Bitiyindən
“Yüksəklik” yazısı oxundu.
Ocaq Yükümlüsü Asif Atanın qarşıdan gələn 80 illik törəninə
hazırlıq yönündə fikirləini bölüşdü.
“Dünyadakı Mütləqlə Axşam Təması”nı Güntay Atalı, “Ataya
Axşam Ricası”nı İnamlı Atalı dedilər.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun”
səcdəsilə “Ailə Günü” törəni sona yetdi.
Qürub Ayı, 37-ci il. Atakənd.
(avqust, 2015. Bakı.)
|