379
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 37-ci ili
Ulufərəh Ailəsinin Sərt Ayı üçün Aylıq törəninin
Gediş Yazısı
Gün: 1 Qar Ayı; Yer: İnam Evi; Başlanır: saat 14:00
Oda Amal Ruhuna uyğun hazırlanır. Gül-çiçək, kağız-qələm, foto
və görüntü çəkilişləri üçün araclar. Hazırlığa sorumlu Üstün Atalıdır.
Hamı: “Ata Ruhuna pənah gətirmişik!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması” Türkel, “Ataya Günorta
Ricası”nı Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə Uğurlaması dinlənilir.
Hesabat qonuları:
1)
Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən.
2) Xalq öz mahiyyətinə – Amal yoluna qayıtması üçün nədən
başlamalıdır?
Qonaqlara söz verilir.
Qutsal oxuma: “Sədaqət”dən bir parça oxunur.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsi ilə Ailə Günü sona çatır.
Günün carı:
Amal Fərəhi – Özünə bərabər yaşamaq – İnama sarılmaqdır!
Gediş Yazısını yazdı: Üstün Atalı
25 Sərt Ayı, 37-ci il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
25 Sərt Ayı, 37-ci il. Saray-Soylu.
380
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Ulufərəh” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Qar Ayı, 37-ci ildə (yanvar, 2016) İnam
Evində “Ulufərəh” Ailəsinin X “Ailə Günü” toplantısı keçirildi.
Ocaq quralları yerinə yetirildikdən sonra “Ulufərəh” Ailəsinin
Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Öncəliklə
“xoş gəlmisiniz”. Bugünkü tədbirin İçrişəhərdə keçirilməsi nəzərdə
tutulmuşdu. Ancaq sağlıq durumumla bağlı olaraq burada – mənim
evimdə keçiriləsi oldu. Nədəninin bu olmasını istəməzdim. Ancaq
doğrudan da, bir Ocaqçının evində Ailə Günü tədbirinin keçirilməsi
şərəfdir. Bununla qürur duyuram.
Gediş yazısında qoyulan qonularla bağlı söz deyim. Amallaşmada
Atanın belə bir fikrini oxudum: “İnsan təbiətin basqısından çıxa bil-
di, cəmiyyətin basqısından çıxa bilmir. Təbiətin basqısından çıxmaq
üçün adam olmaq bəs idi. Cəmiyyətin basqısından çıxmaq üçün
İnsan olmaq gərəkdir”.
Cəmiyyətin insana qarşı etkisi üzərində düşündüm.
Əslində cəmiyyət təbiətin davamı idi. İlanlıq, tülkülük, canavarlıq
başqa biçimdə davam elədi cəmiyyətdə. Cəmiyyət insana qulluq
381
edən göründü, əslində özünə qulluq etdirdi. Canavarlaşdırdı, qamar-
lamağa, haramçılığa yönəltdi ki, yaşasın. Tülküləşdirdi, yalana,
ikiüzlülüyə alışdırdı ki, yaşasın. İlanlaşdırdı, – bir-birini sancmaq,
birinin sözü o birinin boğazından keçməməyə alışdırdı. Təbəqə orta-
mı yaratdı bununla. Ağasan, ağalığını bil. Nökərsən nökər yerini bil.
Sonucda şər yaşadı.
Biz bu mövzuya dönə-dönə qayıtmışıq. Şər həyatdan silinə bilər-
mi? Bunun cavabını da vermişik ki, həyatdan şərin tamamilə silin-
məyi mümkün deyil. Doğum var, həyat var. Yeni doğulanlar genlə,
nəsillərdən gələn şər duyğuları da özüylə gətirirlər. Bu, cəmiyyətdə
bu və ya başqa biçimdə aşkarlanır. Ancaq şərin etkisi insanda qurta-
rır, bu da fərdlərin aqibətiylə bağlıdır. Soylu Atalı demiş: “Şər insan-
da aradan gedir”.
İçində bulunduğumuz sosial-iqtisadi-mənəvi bir boşluğun fəsad-
ları ilə üz-üzəyik. Dövlət olaraq da, fərdlər səviyyəsində də çaşbaş
durumdayıq. Ümumiyyətlə, toplum olaraq nəzərdə tuturam. Getdikcə
daha çox mənfi etkilərlə üzləşirik. Toplum boğazıyla imtahana çəki-
lir. Psixoloji travmalar get-gedə artır. Səbəblər bəllidir. Toplumsal
formasiyaların özü yanlış qurulub. Heç bir sahədə ölçü doğru deyil.
Xalqa xalq kimi baxılmır, kütlə kimi, cəmiyyət kimi baxılır. Ona
görə də dövləti yönətənlərlə xalq arasında bağ yoxdur, birlik yoxdur.
Biz bunun fəsadlarını görürük. Qanunları sərtləşdirirlər, ayrı-ayrı
addımlara əl atırlar. Kütləni, əslində xalqı məngənə içərisində saxla-
maqla hakimiyyətini qorumağa çalışır dövlət. Bu da, əlbəttə, çıxış
yolu deyil. Hara üz tutsan da görürsən ki, böyük qurtuluş gərəkdir.
Bu böyük qurtuluş tamamilə Ocaqla bağlıdır. Ciddi şəkildə ruhaniy-
yat işi getməlidir, Ocağın ölçülərinə üz tutulmalıdır.
Özüylədöyüşümlə bağlı nəyi demək istəyərdim. Xarakterimdəki
daha çox tamahın etkisiylə üzləşdim, burda, təbii, başqa duyğular da
var, mən bunu dönə-dönə demişəm. Təkrar qayıtmaq istəmirəm. An-
caq halımda qənaətcil olmamaq, mənim xarakterimi pis etkiləyən o
duyğudan arınmağa çalışmışam. Düzdür, özümə dönə-dönə soru ver-
dim ki, bu hazırkı imkansızlıqdanmı irəli gəlir, yoxsa doğrudanmı
bunu içdə oturuşdurursan? Görürəm ki, yox. Elə şeylər var ki, təcrü-
bə dərsini veribdir. Ağılla, düşüncəylə bu qənaətə gəlmişəm. Bu öm-
rümdə ciddi bir sonucdur həm də. Bəlkə də bu adi görünə bilər
kiməsə, ancaq mənimçün ciddidir.
382
Məni məndən alan bəlkə də öndə gedən duyğulardan biri bu olub.
Pərakəndəlik, sorumsuzluq. Bundan da arınmağa çalışıram.
Xalqlaşma yönündən: bu günlərdə iki məktəbdə olmuşam. Hər
ikisində Təhsil şöbəsinin icazəsini istədilər.
Mən hansısa tədbirdən sonra, mərasimdən, bayramdan sonra
köklənirəm, qərar verirəm ki, ciddi şəkildə xalqlaşmaya başlama-
lıyam. Nə yazıq ki, bir çox hallarda həvəsi ötə bilmirəm. Bir gün, iki
gün hansısa addımlar atıram, sonra yenə işə, məişətə bağlanıram.
Düzdür, tamamilə Ocaq işi görmürəm demək olmaz, bu mümkün
olan şey deyil, bəlli işlərim hər zaman var. Ancaq məndən gözləni-
lən, mənim özümdən gözlədiyim səviyyəni hələ yetirə bilmirəm.
Soylu Atalı: Ağıllanmısan da. Bir vaxtlar Göylünü tutub saxla-
maq olmurdu ki. Ancaq Ocağa ağıllanan adam yox, aşiqlənən adam
gərəkdir.
Göylü Atalı: Bilirsən, mərasimdə də mən vurğuladım, xalqlaş-
maya getmək üçün insan birinci növbədə getdiyi yerdən üstünlüyünü
hiss etməlidir. Ruhən, mənən adamın fərəhi o qədər yüksək olmalıdır
ki, getmək eşqi olsun. Əlbəttə, qıraq etkilərin rolunu bəhanə gətirmək
olmaz. Bilirəm ki, hər şey özümdən asılıdır.
Soylu Atalı: Razılaşmıram. Elə məqamlara toxundun ki, disskusi-
yaya çəkdin məni. Razılaşmıram, çünkü hara gedirsənsə get, ən azı
383
sən orda Ocaq biliyinlə, Ocaq əməlinlə üstünsən. Bu həmişə var.
Səni qane etməyə bilər bu üstünlük. Ancaq üstünlük həmişə var.
Gözləmək, üstün, üstün demək, bu sənə əngəl olur. Üstünlüyü yarat-
maq necə olur ki?! Tutalım ki, sən özünü zəif həlqədə görürsən, bir
az özünü az üstün sayırsan. Tərsinə, onda daha da çıxmaq gərəkdir.
Çıxıb getmək o əngəli qırmaq gərəkdir.
Sizin aglınıza bir fikir yeriyir ki, kütləvi görüşlər keçirək, məktəb-
də-filanda. Məktəb olmaya da bilər. Bir ayda ikicə adamla da görü-
şüb söhbət edə bilərsən. İkicə adamla. Bunu az say, ancaq heç nə
sayma. Fərdi görüşlərdə quruculuq var, beynini dəyişmək, qəlbini
dəyişmək, duyğularına etki göstərmək ən çox fərdi görüşlərdə olur.
İnkar eləmirik, kütləvi görüş çox gərəklidir. Çünkü insanların qulağı,
beyni dolmasa sonra quruculuq üçün də addım atmır. Gərəkdir. An-
caq hər şeyi yalnız ona bağlamaq ki, bu yoxdursa, heç nə yoxdur, bu
doğru deyil. İstənilən addım Ocağa gərəkdir. Bu işləri az say, ancaq
özünü onun qarşısında ruhsuz görmə. Özünə mane ola bilərsən.
Sonra, bundan çıxmağın bir yaxşı yolu da odur ki, hamınıza deyirəm,
hamınıza deyəndə Günev istisnadır, son vaxtlar Güntay, Nurtəkin də,
yerdə qalanlarınıza deyim ki, internetə yalnız və yalnız Ocağı
yaymaq üçün girin. Mütaliəyə meyil edin. Kitaba üz tutun. Kitaba üz
tutun, o sizi çox dəyişəcək. Mən kitaba üz tutanda xoşbəxt oluram.
Dünən, məsələn, ikicə yarpaq oxumuşam, yazı qoymayıbdır ki, oxu-
yam. Diqqətimi çəkib yazmışam. Oxuduğumdan çox yazmışam.
İkicə yarpaq oxumuşam, özümü o qədər xoşbəxt hiss edirdim ki. Nə
oxuyursunuz oxuyun (böyük şeyləri deyirəm), kimi oxuyursunuz
oxuyun, böyük ədəbiyyatlardan, tarixdən, fəlsəfədən gedir söhbət,
Atanın özünü oxumaqdan gedir söhbət, nə oxuyursan oxu, onu sağ-
lam olaraq oxu. Düşün. Ancaq davamlı oxu, sistemsiz yox. Son vaxt-
lar mən özüm mütaliəmi sistemdən çıxarmışdım. Özünüzə əngəl
olmayın şüurunuzda, düşüncənizdə. İstəyim odur.
Göylü Atalı: Burada qonu var: xalq öz mahiyyətinə, Amal yoluna
qayıtması üçün nədən başlamalıdır? Məhdud çərçivədə götürsəm,
məndən başlamalıdır. Mən var olduqca o da var olacaq.
Soylu Atalı: Hə, bağışla, məhdud deyil, elə səndən başlamalıdır.
384
Göylü Atalı: Böyük anlamda, əlbəttə, ideyaya söykənməlidir.
Atamız Var olsun!
Soylu Atalı: Sən ideyasan da elə. İdeya da səndədir, özünü dəyiş-
mək də səndədir. Örnək olmaq da səndədir, yol göstərmək də
səndədir.
Maksimum dərəcədə idrak qüdrətinə yetin. Bütün əməl, əməl-
sizlik hər şey idrak qüdrətinin qarşısında aciz qalır. Yenilir. Hər bir
barışmadığın səviyyə idrak qüdrətinin qarşısında yenilir. Ona görə
idrak qüdrətinə yetmək gərəkdir. Bundan ötrü idrakla məşğul olmaq
gərəkdir. Ocaqçı fikirləşməlidir, daha çox idrak qüdrətiylə məşğul
olmalı, yəni məsələn, oxumağı elə belə ötürmək üçün oxumaq olmaz.
Özünə çoxsaylı sorular ver, işlət beynini. Görürsünüz, mənim özünə
sorular dəftərim var. Orda yüzdən çox sorular vermişəm özümə.
Verirəm düşünürəm, heç cavabını yazmıram çox vaxt. Ancaq düşü-
nürəm, düşünürəm. Lap yaz cavabını. Yorulmamaq üçün, azalma-
maq üçün, usanmamaq üçün, hər şey üçün idrak qüdrəti aşkarlan-
malıdır. Atanın dediklərinin incəliklərinə, dərinliklərinə girmək –
adamı dayanıqlı edir, davamlı edir. Çünkü idrak o qədər hərtərəfli
işləyir, hər şeyi anlayır, hər şeyi sənə öyrədir, anladır onda görürsən
fərəhin yerə-göyə sığmır. Bizi ayaqda tutan, mənəviyyatımızı qoru-
yan fərəhdir. Fərəhlənmək üçün səbəb olmalıdır. Səbəbi də biz
özümüz yetiririk.
Niyə deyirəm ki, idrak qüdrəti ilə məşğul olun, mən istəyirəm
sizin ağzınızdan çığır-bağır yox, fikir, düşüncə baxımından od tökül-
sün. Ağzınızdan od tökülməsə, sabah dayanacaqsınız. Ağzınızdan od
tökülmək o deməkdir ki, Atanın incəliklərinə girirsiniz hər an, dərin-
liklərinə girirsiniz və tədbirlərə çağırdığınız insanlara Atanı verir-
siniz. İdrakınızın verimlilik qabiliyyəti artır. Öz aramızdır, açıq danı-
şaq, tədbirə gələn görsə ki, sən ağzını sürüyürsən, ay mən belə eləyə
bilmədim – filan, hər dəfə bunu demək, gərək deyil. Çıxın ondan.
Böyük fikir demək gərəkdir. Böyük söz demək gərəkdir. Sarsıdıcı
söz demək gərəkdir. Gəlib sənə qulaq asan gərək sarsılsın.
Gərək donsun heyrətindən. Onda Ocağa zaval yoxdur. Onda Ocaq
gedəcək. Qorxmayın heyrətli, vəcdli danışmaqdan. Vəcdli danış-
maqda təvazökarlıq eləmək gərək deyil. Təvazökar olmaq gərəkdir
“Mən”də. Çünkü orda təvazökar olmayanda mənəmlik qabağa keçir.
Orda Ocaq demək, ata demək, nə qədər Ocaq deyirsənsə, Ata deyir-
385
sənsə, bir o qədər sən varsan. Çünkü sən Atadan, Ocaqdan qıraq
deyilsən ki. Sən nəyi deyirsənsə, sənin düşüncən nəyi haraylayırsa
sən osan. Ona görə haraylayın.
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram. Bayrağımızı
öpürəm.
Bu ay başqa-başqa mütaliəm olub. Eyni zamanda Atanın “Bədiiy-
yat”ından oxumuşam. Nəsə içimdə bir ehtiyac oldu onu oxumağa.
Yaxşı bir hal onda oldu ki, oxudum, həm də onu bölüşdüm iş yoldaş-
larımla. Fərqli düşüncələr oldu. Ancaq elə bir ortam idi ki, bir az adi
söhbətlər gedirdi. Mən birdən bunu oxudum və yaxşı bir hal yarandı.
Ondan sonra daha heç kim başqa şey danışmadı. Ancaq mən
danışdım. Əslində demək üçün, təhlil etmək üçün gərək insanlarda
bir yön ola. O öz yerində. Atanın “Axilles və Priam” yazısını oxu-
dum. Orda nəyi ən çox vurğuladım. Dünyanın indiki halı, aydındır
ki, harda oturursan, hansı çərçivədə oturursan, əsas qonu dünyanın
indiki halı ilə bağlıdır, indiki iqtisadi böhranla bağlıdır. Çatış-
mazlıqlarla bağlıdır, yəni hamının dərdi birdir. Səbəb nədir? Səbəb
odur ki, Atanın dediyi kimi, dünya böyük bir səhv üzərində qurulub.
Hara çevirirsən, kimdə günah axtarırsan axtar, bu səhv üzərində
qurulub. İnsanlıq üzərində qurulmayıb, ağalıq üzərində qurulub. Ata
orda bir cümlə deyir: “dünya böyük səhv üzərində qurulub. Gəl
dünyanın halına ağlayaq”.
Ata bu yazını 1984-cü ildə yazıb. Ancaq həyatın bütün dövrləri
ilə səsləşir. Elə bu günlə də səsləşir. Üzdən baxanda gəlişmə olub. O
dövrlə bu dövr arasında nə qədər fərq var. Ancaq insanların ağlında
gəlişmə olmayıb. Şüurda gəlişmə olmayıb. Hal elə həmin haldır.
Deyərdim bəlkə də bir az geriləmə olub, nəinki irəliləmə. Mühari-
bədə insan simasını ititrir. Bütün hisslərdən, duyğulardan məhrum
olur. Bəzən sağ qalmağa çalışırlar, nəyə görə sağ qalmaq deyirəm.
Elə bir durumda ola bilərsən ki, öldürmək niyyətin olmasın. Ancaq
özünü qorumaq, sağ qalmaq niyyətiylə addım atarsan. Bəzən də şan-
şöhrət üçün. İnsan o zaman yırtıcıya çevrilir. Artıq ölüm adiləşir.
Ağlın, müdrikliyin gücü çatmayanda qol gücünə davranmalar olur.
Bu münaqişələrin yaranmasının səbəbi nədir? Heç bir münaqişəni də
müdrikliklə həll eləmirlər, qol gücünə həll eləmək istəyirlər. Silah
386
gücünə. Yəni bu, insani qaydalarla həll eləmək deyil, heyvani qayda-
larla, yırtıcılıqla həll eləməkdir.
Birlik olan yerdə qol gücü heç şeydir. Ancaq bu gün o birlik də
yoxdur. İnsanların içi boşdur. Yalniz ailəyə bağlılıq var. Milli hisslər
yox dərəcəsindədir. Çünkü öyrədilmir, yaşanmır hisslər. Elə buna
görə də dünyanın halı ağlamalıdır. Yeni insanlar yetişməli, hər şey
sifirdan başlanmalıdır. Sizif əməyi kimi. Yenidən bir də başlayırsan,
bir də başlayırsan. Bugünün halı budur. Elə bil hər gün yenidən baş-
lamalısan. O halla yaşamaq gərəkdir.
O yazıdan mənə iki hal çatdi: insanların halı və özümün halım.
Özüm özümü nə dərəcədə sevirəm, nə dərəcədə qiymətləndirirəm.
Özüm özümə yarayırammı? Özüm özümçün mövcud olmasam, baş-
qası üçün mövcud ola bilərəmmi? Elə bir ömür yaşamalıyam ki,
özüm öz gözümdə qalxım. Özüm özümün qədrimi bilim. Özüm özü-
mə möhtac olum. Mütaliə edəndə özümü sevirəm. Özümü qazanmış
oluram. Öyrəndiyimi, ağlımın yetdiyini yetirmək istəyirəm. Öz sö-
züm olanda yaşayıram, var oluram. Ona görə də dünyaya gərək
olmaq üçün özümdən yenidən başlamalıyam.
Bir də orda “Qabil Etirafı” var. O yazını oxuyanda yaranan fikir-
lərim oldu. Kamil olan, qutsal olan Allah niyə belə dünya yaratdı?!
Gözünü açandan yalvarır bəndə. Təhqirə uğrayır, alçalır, mənli-
yini itirir, ancaq yenə də bu halı doğru sayır. Atanın “Qabil Etirafı”
yazısı tam fərqli baxışdır. Çünkü bəndə baxışı deyil. İnsanilik,
müdriklik tələbindən doğan baxışdır. Bütün dünya Qabili lənətləyir.
387
Ancaq Ata onun nədən yarandığını, səbəbini aydınlaşdırır. Ata bilir
ki, mütilik xoşbəxtlik deyil. Qismət eybəcərliyi qatilə haqq qazandır-
mamalıdır.
Şüurlara o qədər dərin yeriyib ki. Bu yaxınlarda Sarayda bir yas
olayı vardı. Ölən adamı da mən tanıyırdım. Eşitdim uşaqların içində.
Çox təəssüf elədim ki, cavan adam idi. Öldürənin də bir qohumu
oxuyur sinifdə. Qayıtdı ki, müəllim, onun qisməti ora qədərmiş də.
Onun alın yazısı bura qədər imiş. Məni elə pis etkilədi ki. Sən öz
qohumuna haqq qazandırmaq üçün gör nədən yararlanırsan. Qismət-
çilikdən. Onda belə çıxır ki, hər şeyə haqq qazandırmaq olar. Bütün
murdarlıqlara, bütün çirkinliklərə, bütün o yırtıcılığa haqq qazan-
dıraq ki, bunun qisməti imiş?! Əslində bəndəçilik ona gətirib çıxarır.
Bütün o eybəcərliklərə haqq qazandırmağa gətirib çıxarır.
İnsan ona görə xeyirxah olmalı deyil ki, mükafat qazanacaq.
Kiminsə gözünə girəcək. Cənnəti qazanmaq üçün dəridən-qabıqdan
çıxmaq eybəcərlikdir. Nəyə görə həyatımızdakı yaxşı əməllər səninki
olur, pis əməllər isə yox. Səcdəyə layiq olan Allahın yaratdığı dünya
niyə bu qədər qanla, zülmlə doludur?! Qabil sonda deyir orda ya
Allahı öldürməliydim, ya da özümü. Allah yaşayırsa, deməli, bəndə-
lik də yaşayır. Əslində bu sözdədir onun mənası, məğzi. Bəndəni öl-
dürməklə onun yaratdığı o halı, ağıllardakı etkisini öldürmək olmur.
Bəndəliyi ağıllarda öldürmək gərəkdir ki, insanı özünə göstərəsən…
Ümumi halım yaxşıdır, fərəhliyəm. Mərasimi kitablaşdırıram. Yeni-
dən qulaq asıram. Yenidən bir çox şeyləri öyrənirəm.
Geniş xalqlaşma işim olmayıb. Ancaq insanların içində söhbətlər
elədikcə maraq yaranır. Bəzən sorular verirlər. Onda da yaxşı söhbət
eləmək olur. Ancaq Soylu Atalı bayaq onu yaxşı vurğuladı ki, məq-
sədyönlü daha yaxşı olar. Mənim özümü çox dəvət ediblər. Özəllikcə
də iş yoldaşlarım ki, gəl bir dəfə oturub söhbət edək. Hamı indi
qaçaqaçdadır, işlə bağlı qaçır. Onu gələn aya planlaşdırmaq istəyi-
rəm. Məqsədyönlü şəkildə evlərə, ailələrə getmək fikrindəyəm.
Atamız Var olsun!
Türkel Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram. Bayrağımızı
öpürəm.
Özümdə bir şey görürəm, daha doğrusu, hesabatlarımda. Hələ ki,
tam səviyyədə hesabat verə bilmirəm Ailə Günlərində. Bir vaxtlar
388
özüylədöyüşümlə bağlı hesabatlarım olurdu. Ancaq indi Amallaşma
yönündə oxuyuram, düşünürəm, o barədə hesabatım olur. Son za-
manlar Amallaşmanın məndə yaratdığı dəyişiklikləri izləyirəm.
Bir aşamada Amallaşmam yox səviyyəsində idi. Bu səbəbdən
fikirlərim ən çox özümü qınamalar, gileyli əhvallar üzərində quru-
lurdu.
Demirəm ki, o hallar içimdə yoxdur. Qalsa belə, Amalla bağlı
oxuduqlarım, düşündüklərim bu halımı yeniləyir sanki. Amallaş-
mamı, söz yox, tam, dolğun hesab eləyib onunla yetərlənmək olmaz.
Bunun özünü də bir aşama hesab edirəm. Əvvəl özümlə bağlı ifadə
elədiyim düşüncələrim kimi. Ata deyir, insanın göründüyündən,
bilindiyindən artıq ola bilməsinə inanmaq gərək. Əsas olan içimdə bu
inama yetə bilməyimdir. Ondan sonra daha böyük aşamalar aşmaq
olar. Mənim indiki yaşadığım aşama on ildən artıq Ocaq yolunda
addımlayan biri üçün çoxdan keçilməli səviyyədir.
Ay içində Amallaşmam iki yöndə olur əsasən. Biri Ocaq tədbir-
lərini kitabdan oxumaq, o biri tədbirin səsdən sözə çevrilməsi. Bu ay
Ocağın iki tədbiri oldu. “Ruhani Səfər Günü” Törənini hələ yazma-
dığım üçün çox söz deməyəcəm, ancaq Bəşərilik Bayramı üstə bəzi
fikirlərimi demək istəyirəm. Ocaq Yükümlüsü ötən “Bəşərilik bay-
ramları”nın birində belə bir ifadə işlətdi: “Bayram məna, məzmun
deməkdir. İnsanı özüylə üz-üzə qoymalıdır. İnsanı öz mənası ilə
doğmalaşdırmalıdır”.
Bu gün dünyanın qeyd elədiyi 2016-cı il hansı mənanı, məzmunu
ifadə eləyir? Bayram hesab olunduğuna görə ağıllarda yalnız əylən-
cəyə meyil var. Ocaq 20-ci ildən bəri, yəni 17 ildir Bəşərilik Bayramı
keçirir. Bayramda deyilən söz, çalınan saz insanı özüylə üz-üzə qo-
yur. Mütləq doğmalıq halı, yaşanılan sözün ifadə olunması bayramı
öz məzmunu ilə zənginləşdirir.
Səfər Günü mərasimindən aldığım təəssüratı bir neçə sözlə
deyim. Ocaq Yükümlüsü söhbətlərinin birində Atayla bağlı bir
məqamı xatırlayır. Bir dəfə Atanın Bərdədə görüşündə arxada out-
ranlar səs salır. Ata orda deyir ki, özünüzü apara bilmirsiniz, ağzınız
əyilər. Ocaq Yükümlüsü deyir: “mən bunu hərfi mənada anlamışdım,
doğrudanmı Ata elə hesab edir ki, hansısa qüvvələr adamın ağzini
əyər?! Sonradan anladım ki, dəyərə arxa çevirmək, xalqsızlaşdırmaq,
xalqsızlaşmaq ağzın, qəlbin, həyatin əyilməsinə gətirib çıxarır”.
İnsanlar o durumdadır indi. Getdikcə əyintilər çoxalır. Yaşam öz
389
mənasını itirir. Səfərlər insanları dəyərə yiyə durmağa, doğru yaşama
çağırmaqdır.
Tədbirlərdə, əsasən də Səfər Günü mərasimində İnamın xalqa
gərəkliyi fikrini bir daha özümdə təsdiqlədim. Ocaq Yükümlüsünün
yenə belə bir fikrinə rast gəlmişdim: “ömrünü özündən sonrakı çağ-
lara həsr eləmək xoşbəxtlikdir”.
Mən Ailə Günü tədbirlərindən oxuduqca Ocaqçıları fikirlərində,
düşüncələrində, yaşamlarında xoşbəxtliyə yetdiklərini görürəm,
doğrudan da, hər bir şey sabaha qulluq edir. Sabaha deyilən sözdür.
Atamız Var olsun!
Bayrağımızı öpürəm!
Dostları ilə paylaş: |