İnam Atanın – Asif Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 37-ili
Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin
VIII “Ailə Günü” Törəninin
Gediş yazısı
Gün: 29 İnam Günü, Yağış Ayı; Yer: İnam Evi; Vaxt: 15.00
Tədbir keçiriləcək Oda Amal Ruhunda hazırlanır. Təşkilatca işlərə
Üstün məsuldur.
Törən “Ata Ruhuna Pənah Gətirmişik!” Səcdəsiylə başlayır.
“Ruh üstə” İçsəsini Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə Xeyir-Duası dinlənilir.
Törən qonuları:
1. Sözü nə dərəcədə tanıyıram, ya da söz mənim üçün nə deməkdir?!
2. Amalın istəkləri ilə Həyatın istəkləri içimdə döyüşürmü, anlaşırmı?
Nə dərəcədə səmimiyəm?
Qonaqların soruları olarsa, cavablandırılır.
Qutsal oxuma: “Özüllər özülü” Bitiyindən bir hissə oxunub şərh
olunur.
CARLAR:
1. İnam – Ata, Söz – Ata, Yol – Ata – İnam yaşadır, söz öyrədir, Yol
sabahlaşdırır!
2. Yükümüzdən qıraqda varlığımız yoxdur!
“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,
“Atamız var olsun!” Səcdəsiylə Gün başa çatır.
Gediş yazısını yazdı: Göylü Atalı
25 Yağış Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
25 Yağış Ayı, 37-ci il. Atakənd.
328
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Ulufərəh” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 29 Yağış Ayı, 37-ci ildə (noyabr, 2015) İnam
Evində “Ulufərəh” Ailəsinin IX “Ailə Günü” toplantısı keçirildi.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı.
“Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı (Ataya səcdə edib Bay-
rağı öpür – Ü.A.): Burada Ocaqla tanışlığı olmayan bir qonağımız
var. Ona görə də qısaca bilgi verim: Asif Ata Ocağı Ailələr biçi-
mində çalışır. Bunlardan biri də Ulufərəh Ailəsidir. Hər bir Ailə aylıq
toplantı keçirir. Biz burada Amallaşma, Kamilləşmə, Xalqlaşma
hesabatı veririk. Ay içində gördüyümüz işləri, düşüncələrimizi bölü-
şürük. Ocaq səfərlər edir, görüşlər keçirir, toplantılar düzənləyir, ədə-
biyyatlar hazırlayır, saytlar işlədir, dərgi çıxarır, Atanın, Ocaqçıların
kitabını çap edir və b.k. Məqsəd nədir? Bəllidir ki, bu gün dünyada
baş verən siyasal olaylar var. Bu olaylar toplumun yaşamına ciddi
etki göstərir. Demokratiyanın gətirdiyi “hər kəsin öz fikri, öz düşün-
cəsi var” prinsipi bağımsızlıq yerinə özbaşınalıq yaratdı. Hər kəs
çaşqın durumdadır indi. Kapitalizm gəlişmə yerinə fəlakətlər gətirir
təəssüf ki. Belə bir gedişə dirəniş göstərən, ideyada, düşüncədə,
329
yaşamda, Asif Ata Ocağıdır. Asif Ata Ocağı əslində Bəşərin gələcə-
yini işıqlandıran ideya daşıyıcısıdır. Bu ideyaların əsasında insanlar-
da milli-bəşəri yöndən şüur oyanıqlığı yaranır. Söz yox, Gələcəyə
umudu ayaqda saxlamaq baxımından. Bugünkü tədbir buna qulluq
edən tədbirlərdən biridir. Düzdür, hər kəsin ağlında sorğu yarana
bilər ki, üç-beş adam neyləyəcək ki? Əslində böyük ideyalar təklərin
ağlında meydana gəlir, minlərin həyatını etkiləyir. Yəni bizim istədi-
yimiz durum oturuşarsa, üç-beşin ağlında, doğrudan da, bu, dünyanın
diqqətinə sunula bilər. Biz buna inanaraq yola çıxmışıq.
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı vermək istəyirəm.
Amallaşmam, demək olar ki, olmayıb. Oldura bilmədim. İçim qarı-
şıq, dolaşıq, yüklü olduğundan əlim heç nəyə yatmır. Atanın bir fikri
var, “Ruhaniyyat maddiyyatla ölçüləndə ləyaqətsizləşir”. Ruhaniy-
yata qulluğun iki yolu var – maddi və mənəvi. Mənəviyyat adamın
gücü içindəsə, zatən maddi qulluğunu əsirgəmir. Eyni halda, şəxs
həqiqəti yaxşı tanıdığından ruhaniyyata birbaşa özgün olmayan
məsələlər üzərində çox dayanmır. Ən böyük zənginliyi mənəviyyatın
arılığında gördüyündən heç vaxt yanılmır.
Bir şey deyim ki, gözlə görünən qulluqda özünü axtarmaq, tap-
maq ehtiyacı həm də gizli şöhrətin əlamətidir (Bu mənim həm də
özüylədöyüş üstə fikirlərimdir). Mən bu duyğunun, üstəgəl ağılsız-
lığın, üstəgəl tamahın etkisinə qatılıb boyumdan, olanaqlarımdan
böyük işlərə qatışıram və sonucunu da ağır ödəyirəm.
Bu günlərdə bir nəfərlə Amal üstə söhbət etmək istədim. Ağzım
söz tutmadı, ağzımın, ağlımın kəsərsizliyi məni sarsıtdı. Başa düş-
düm ki, sıfır nöqtəsindən başlamaq gərəkirsə, başlamalıyam. Ancaq
belə yaşamaq olmaz. Bir insanın ağılsızlıq edib, yanlış addım atması
anlaşılandır. O insan Amal yükü daşıyır və şöhrətə, tamaha yenilirsə,
bu qüsurdur. Bütün bunlar qana-qana edilirsə, bu artıq günahdır.
Günahdan arınmağın yolu bütün dinlərdə tövbədir. Yəni Tanrıya və
özünə verdiyin söz. Söz özüylədöyüşün başıdır. Söz özünü dərketmə-
nin ölçüsüdür. Hər şey sözdən başlayır, sözdə bitir.
Elə şey var ki, bunu topluma açıq-açığına sunmaq olmur, mən
özümə nə demək gərəkirsə, onu demişəm. Bir sıra şeyləri sıfır nöqtə-
sindən başlamışam. Ataya, sözün böyük anlamında, böyük sözü
demişəm, ömrümdə yeni səhifə açdım və bu, doğrudan da, arı səhifə
olacaq. Başqa yolum yoxdur.
330
Burda bir qonu var, “Amalın istəkləri ilə həyatın istəkləri içimdə
döyüşürmü, anlaşırmı, nə dərəcədə səmimiyəm?”. Bu sarsıntıya qə-
dər mənim içimdə həyatın istəkləri ilə, Amalın istəkləri anlaşdı. Yəni
mən Amala özündənkeçməmdə tam olmuşam, ancaq eyni zamanda
həyata da bac vermişəm. Bu gün bir ruhaniyyat adamı üçün mənim
məişət ortamım yaxşı səviyyədir. Zəruri olan nədirsə, varımdır.
Həyata son borcum var, o borcu verib bütünlüklə Amala həsr olun-
maq, bu, mənim sonucumdur.
Xalqlaşma ilə bağlı deyim ki, bütün bu qərarlardan sonra, belə bir
sonuca gəldim ki, həftədə ən azı bir dəfə oxullara səfər edim. Yəni
görüş keçirmək əhvalında olmalıyam. O niyyətlə bu həftə iki oxulda
oldum. Təəssüf ki, hər ikisində baxanlığın iznini istədilər. Bu da, ay-
dın məsələdir, alınmayan bir şeydir. Addımı geri qoymamaq, bölgə-
lərə çıxmaq qərarındayam.
Atamız Var olsun!
Amaldaşlarımdan da, qonaqlardan da xahiş edirəm, əsasən qonu
üzərində dayanaq, söhbətin ikinci aşaması çay süfrəsi olacaq, əlavə
söhbətləri o zaman edərik.
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Bundan öncəki Ailə Günümüz Atagündə oldu. O gündən bu günə
xüsusi amallaşmam olmayıb. Ancaq yön almışam bədii ədəbiyyat
oxumağa, o mənim halıma bir az duruluq gətirir. Xüsusən Tolstoyun
əsərini oxuyuram. Orda özümü çox görürəm. “Etiraflarım” əsərini
oxudum. Oxuma çox şey verir, qazanıram.
Kamilləşmə, Xalqlaşma hesabatım yetkin səviyyədə deyil.
Qonu ilə bağlı demək istəyirəm. Söz haqqında qonu qoyulub.
Demək olar ki, son vaxtlar ixtisasımla bağlı söz bolluğuna düşmü-
şəm. Tanış olmayan söz, termin bolluğuna düşmüşük, onun içində
itib-batır insan.
Söz var ki, onunla çıxış yolu tapırsan, söz də var ki, onun qarşı-
sında donub qalırsan. Sözü dərk eləməyəndə, bilməyəndə, Tolstoyun
sözü ilə desək, bilmədiyini öyrədirsən. Dediyini özün dərk edəsən ki,
başqasına da öyrədə biləsən. Söz sanki mənim ətrafıma tökülmüş
xəzinədir. Əgər fikrimi doğru ifadə edirəmsə, qarşımdakını anlada
bilirəmsə, onda o xəzinədən ona da vermiş oluram. Sözümün gücü,
bax, budur.
331
İlk gəlişi belə, fərəh verir, həyəcanlandırır. İnsan sözü həsrətlə
gözləyir. Övladın bir “ana” kəlməsi onu necə həyəcanlandırır, fərəhlə
doldurur, sevindirir. Ondan daha artıq şeylər gözləyirsən. Əslində o
söz səni təsdiq edən sözdür, doğmalıq yaradan sözdür.
İçimin rəvanlığı sözümdə bilinir, təlaşı da sözümdə bilinir, dola-
şıqlığı da sözümdə bilinir; qorxusu da sözümdə bilinir, tərəddüdü də;
eşqi də, harayı da sözümdə bilinir. İçsəl dünyamızı sözlə aşkarla-
yırıq. Söz həm də insanı əbədiləşdirir, qəhrəmanlaşdırır, kamilləş-
dirir. Söz məni Mən edəndir. Sözə görə döyülürük, sözə görə dərimiz
soyulur, sözə görə çarmıxa çəkilirik, sözə görə həm də böyüyürük.
Sözü demək, düşünüb dərk etmək və onu yaşamaq gərəkdir. Üçü bir
yerdə olanda söz öz anlamına çatır, artıq o mənim ömrümdə bugün-
ləşir. Ailə Günündə də biz halımızı sözlə ifadə edirik, ancaq hal o hal
olmalıdır ki, yaşadığımı sözlə ifadə edə biləm. Atamız Var olsun!
Türkel Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Ay içində Amallaşmam, Kamilləşməm yönündə düşündüklərim.
Ailə Günləri kitabını oxumuşam, o yöndə düşüncələrim olub. Bu ay
“İnam Evi Günü” tədbirini və Nəimi ilə bağlı tədbiri səsdən sözə
çevirdim. İnam Evi Gününə çağrılmışlar arasında Nəimi ilə bağlı
tədbirə çağrılanlar da var idi. Onların arasında ola bilər ki, kiminsə
çıxışı bir az zəif olsun, kim isə özünü təkrarlaya bilsin-filan. Önəmli
olan gəlişin əsasında Ocaq həqiqətinin zamandan, cəmiyyətdən üstün
olmasına inamdır. Ocaq mühitindəki səmimiyyəti, doğru məntiq
əsasında həqiqətləri dərk eləməsi, bilməsidir.
Ailə Günü tədbirində Ocaq Yükümlüsünün dediklərindən özüm
haqqında gəldiyim qənaətlərim. Ocaq Yükümlüsünün belə bir fikri:
“İnsanın üstünlük istəyi var, ancaq bioloji tələblərlə yaşadığı üçün
özünü başqaları ilə tutuşdurur”. Bu fikirdən sonra özümdə eqoizm
duyğusunun olduğunu gördüm. Gerçəkliyə bağlı yaşayıram demək
olar ki. Fikrin davamı kimi Ocaq Yükümlüsünün başqa fikrini demək
istəyirəm: “Ölməzlik deyilən bir həqiqət var. Ömrün məqsədi ona
yetməkdir”. Ölməzlik deyilən bir həqiqət nə vaxt dərk oluna bilər,
təkcə biolojiliyə bağlı yaşamayanda.
Gerçək yaşam – zahiri üstün olmaq tələbi yaradır. Bu səbəbdən də
içsəl üstünlük, içsəl ucalıq yaşanılmır, bilinmir. Ona can atılmır.
Hesab edirəm ki, mən də hələ ömrümün məqsədini tam dərk eləmi-
332
rəm. İçimdəki hansısa deyə bilmədiyim, gizlətdiyim duyğular sirr
deyil, məchulluqdur. Sirr Anlamdır, Allahdır. Mənim özümü bütöv
şəkildə izah etməməyimdə bəzi əngəllər var. Özüylədöyüşümü –
dəyişmək, içdəki sirri aşkarlamaq, anlamla bir olmaq üçün yetərli
saymıram. Deyəcəyim sözü ətrafıma, onun yanaşmasına hesablamaq
hələ də içimdə gücsüzlüyün, hardasa ikili yaşamın olmasıdır.
Ocaqçının ən böyük Mənliyi fərəhçilik üstə olmalıdır. Bir var
sözdə deyirsən mən fərəhlənirəm, bir də var, doğrudan da, fərəhə
yetmisən. Bu günə kimi tədbirlərin çoxunda, ay içində iş görəndə,
deyirəm ki, mən fərəhlənmişəm. Ancaq Günev əminin çıxışı ilə tu-
tuşduranda görürəm ki, o, doğrudan da, yetdiyini izhar edir, mən isə
ay içində hansısa olduğum məqamı gəlib deyirəm. Mənimlə onun
fərqini onda tutuşdurdum ki, mən hələ də o halı yaşaya-yaşaya geriyə
doğru gedirəm.
Həmin o Ailə Gününün kitabını oxuyarkən belə bir qənaətə
gəldim, o kitabda həm Göylü bacının, həm də Üstün bacının çıxış-
larına baxıram ki, mən hardasa iki ay bundan qabaq onu demişəm,
sanki o halı yaşamışam, tutuşdururam ki, onlar nə cür bu haldan çıxa
bildilər?!
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı şəxsiyyətin yaran-
ması yoludur. Bu kitab da mənim yaranmağıma yardımçı olub.
Atamız Var olsun!
Ayaz Şıxalıoğlu: Nəsiminin həmişə vurğunuyam. Nəsimi, Asif
Atanın dili ilə desək, Mütləqdən danışırdı. Nəsiminin Allahı elə Müt-
ləq idi. İnsanı Özünə tanıtdırmaq. Nəsimi deyir ki, söz Allahdı.
Deməli, söz Mütləqdir. Söz mənim üçün Vətəndir. Söz Allahdır,
vətən Allahdır. Həmin şeydir. Bununla oynamaq olmaz, bu ciddi
məsələdir. Sözə xəyanət vətənə xəyanətdir, bəşəriyyətə xəyanətdir.
Qələmi əlinə alan adam, bu gün Azərbaycan üçün yaşayır. Bu bir
ehtiyacdır, onu məcbur edən həmin o Mütləqdir. Onun içindəki onu
məcbur edir, bu da onun insanlığını göstərir. Özünü özünə tanıtdırır.
Bunu borc sayır və heç kimə də minnət qoymur.
Asif Ata deyir ki, insan ömrünü gərək fərəhlə yaşasın. Fərəhə
yetmək gərəkdir ki, yaşayasan. Bax, o insana fərəh verir.
Sən həqiqəti bilirsən. Ömrünün anlamı da hamısı orda görünür.
Ən çətin məqamlarda sənin için işıqlı olur. Çünkü sən bilirsən ki,
kimsən. Sən bu dünyaya niyə gəlmisən və niyə yaşayırsan. Sanki
333
cəmiyyətin vuruşduğu hamısı boş şeylərdir. Sən əbədilik üçün vuru-
şursan, sənin mahiyyətin də budur.
İsa Mehdioğlu: Amallaşma haqda söhbət gedir, Söz haqda söhbət
gedir.
Söz, sözü deyən adamın içsəl güzgüsüdür. Özü nə cür şəxsiyyət-
dirsə, özünə uyğun sözü də deyəcək. Cılız adamların ağzından cılız
söz eşidəcəksən, dahilərin ağzından böyük söz eşidəcəksən. Bu da
Amallaşmanın bir yönüdür. Hər bir insanın özünün Amalı olmalıdır.
Amal onun içsəl aləmidir, arzusudur, istəyidir. O amalı insan yaxşıya
da apara bilər, pisə də apara bilər. Pisi cəmiyyət özündən atacaq,
yaxşısını qəbul edəcək.
Bu gün Asif Atanın ideyaları da insanlaşma, amallaşma işindən
başlayır. Neçə min ildir insanlaşma ideyası ortaya atılıb, hələ tam
oturuşmayıb. Yenə də mübarizə gedir. Ocaqdan mənim diləyim odur
ki, həmin o Amallaşma, Kamilləşmə ideyasını tam yerinə yetirsinlər.
Ağşın Ağkəmərli: Bildiyimiz kimi, söz insanı əks etdirən məqam-
dı. Bu sözün əsasında keçmişdəki şəxsiyyətlərimizi bu günə kimi
gətirib çıxardırıq. Bu məsələ ilə bağlı Avestada, “düzgün düşün,
düzgün danış, düzgün əməl et” sözünü xatırladım.
334
Sözün təməlində qərar tutan o fikir və düşüncədir ki, bunu biz
Füzulidən, Nizamidən tutub gəlirik. Zaman-zaman söz özü bir məf-
kurəyə, düşüncəyə gəlib çatır. Burdan təriqətlər ortaya gəlir. Təriqət-
də sükut, sükutdan sonra nöqtə gəlir. Nöqtəvilik ordan əmələ gəlib,
Mənsur Həllac ilə bağlı. Sükut, nöqtə, söz. Söz gəlir Hürufilikdə can-
lanır. Bunların sintezi gəlir Səfəvilikdə, sufilikdə özünü göstərir.
Ardıcıl bir proses var, nöqtədən hərfə, hərfdən də işə gəlib çatanda
biz bunu üç aşamada, 17-ci yüzillə 14-cü yüzil arasında çox açıq-
aydın görürük, ancaq dərinə gedəndə biz bunu “Avesta”da görürük.
Bu bir xətdir.
… Hər kəsə bəlli olduğu kimi bu gün Azərbaycanda çox həssas
dönəm yaşayırıq. Bu gün Nardaranda baş verən olaylar həqiqətən
məni sarsıtdı. Bu olaylarda özümdən daha çox şikayət edərdim, bir
növ bizim laqeydliyimizdən irəli gələn səbəblərdir. Bu düşünülmüş
səkildədir. Bu yaxınlarda hicab məsələsi ilə gündəmə gəldi, “Müsəl-
man qardaşları” adıyla gündəmə gəldi. Biz susmaqla məsələ həll
olmur. Bunun arxasında əllər var. Azərbaycanın bu gün nə gəlişmə-
sini, nə dincliyini, nə hərəkətini heç kəs görmək istəmir. Bu gün tale
bizə qismət edibdir bu dövləti, bu bayrağı. Bizim bəzi tənqidlərimiz
olsa belə, onu dişlə-dırnaqla qoruyub saxlamağımız tək-təkimizin
milli və toplumsal borcudur.
Şah İsmayılın 1mln kv.km. torpağından bu gün 86 000 kv.km.
qalıbdır. O da təhlikədədir. Biz uşaqlarımızı harda böyüdək? Bu
bizim evimizdir, bu evdə biz yaşayırıq. Bu ev olmasa, biz harda
yaşayacağıq?! Biz küçələrdə böyüyəcəyik, ya onun-bunun qoltu-
ğunda böyüyəcəyik.
Bu gün tale bu dövləti bizə qismət edibsə, bunu hərtərəfli qoru-
malıyıq. Biz istəmirik ki, kiminsə arxa bağçası olaq. Məsələsini
atasıyla həll edə bilməyən kəs gəlib mənim evimdə həll edir. Getsin
evində həll eləsin, eləyə bilmir. Çünkü atasına gücü çatmır. Gücü
çatmayanda gəlib mənim evimdə söhbət salır. İran dövləti və Rusiya
eyni durumda yaşayırlar. Eyni ortamda yaşayırlar. İçəridə olan top-
lumsal, siyasal, iqtisadi çatışmamazlıq bu gün İran dövlətini böyük
bir fəlakətə aparır. Rusiya da eyni haldadır. Bu günləri Rusiya öz
taleyini içəridə həll edə bilmədiyi halda, İran dövləti içəridə taleyini
həll edə bilmədiyi halda, eşikdə şou göstərməklə məşğuldurlar. Bu
şou göstərmək mənə çox baha başa gəlir. Suriyada, Hələbdə, Şamda
sən bir binanı salamat görmürsən. Bu, fəlakətdir ki, bu gün bu millət-
335
lərin nə qədər insanı Avropanın qapılarında dilənçi kökündə yaşayır.
Eyni halda bu durumda yaşaya-yaşaya sığınacaq yerlərinə gəlib od
vururlar, yandırırlar. İnsanlar diri-diri yanır. Mən həqiqətən indi də
danışanda tüklərim ürpəşir. İnsanın ürəyi yanır, bu nə durumdur?
Bəzən İrandan söhbət aparanda elə ideal şəkildə danışırlar ki: Heç
İranda rüşvət var? Heç İranda ac qalan var? Dünən internetdə oxuyu-
ram ki, Tehranda 15 milyon əhali var bir bölgədə, 250 min nəfər
küçədə yatır. Bunun yarısına yaxın qadındır.
İranda bir yüksək oxul (universitet) müəllimi 3 ay bunlarla yaşa-
yıb, o yazır. Ana qarnındakı uşağı 75 min tümənə, təxminən 20 dol-
lara satıb. Bizim televiziyamız açıb bunu göstərmir, görsünlər ki,
üzünü tutub cəhənnəmə gedənlər görsünlər ora nə durumdadır. Bu
gün İranda baş verən fəlakətlər bir deyil, iki deyil. Gün içində İran
ərazisində 40 ton narkotik maddə istehsal olunur. Körpə uşaqlar nar-
kotiklə məşğuldurlar. Bu günləri bizim üzdəniraq axmaqlar üzünü tu-
tub ora getmək istəyir. Burdakı televiziya açıb göstərsin orda nə var.
Mən bir zaman komunist idim. Mən komunist ideyasını daşıdığım
dövrdə o tayda hərəkat aparırdıq ki, qalib olaq. SSRİ-nin bayrağını
qutsal bir bayraq kimi bilirdik. Bizim qohumların yarısı o vaxt Milli
Hökumət dağılandan sonra bu taya keçiblər. Biz fikirləşirdik ki, so-
vet sistemi bütün xalqları qurtaran yoldur. Bizdə sovetə, rusa böyük
bir sevgi yaranmışdı. Bizdə belə təsəvvür yaranmışdı ki, orda krantı
açanda birindən bal gəlir, o birindən də süd gəlir. O sevginin, o həs-
rətin əsasında mən, 89-cu ildə, Arazı üzüb keçdim. SSRİ-nin dönə-
mində, Füzuli tərəfdən Arazı üzüb gəldim. Əhmədlidə Qulam Yəhya
küçəsi var, biz bir müddət orda qaldıq. Mən birinci dəfə bura gələndə
bir şey məni dəhşətə gətirdi. Gördüm pəncərələrdə dəmir barmaqlıq-
lar var. SSRİ-çilik düşüncəsində əmniyyət o qədər boldur ki, düşün-
düm ki, bu dəmir barmaqlıq nəyə gərəkdir? Orda Əhmədlidən üzü
aşağıda bir balaca bağ yeri var idi, meyvə-tərəvəz əkilmişdi. Biz
dostlar soruşduq ki, o nədir? Dedilər, birinin evi var, orada da bağça-
sıdı, meyvə-tərəvəz əkir. Biz heç düşünmürdük ki, orda yaşayan ola
bilər. Düşünmürdük ki, o qutuda ailə yaşaya bilər. Bizim beynimizdə
belə təsəvvür var idi. Ancaq o zaman elə bir dönəm idi ki, internet
yox idi, televiziyaya kim çıxırdı?! Hər kəs danışa bilmirdi. Biz bunun
olmadığına görə aldanmışdıq. Yaxşı, bu gün İranda baş verən fəla-
kətlər niyə açıqlanmır?! Ata Xorasanda 9 körpə uşağını başına topla-
yıb, zəhər verib hamısını öldürüb. Bu bir deyil, iki deyil, niyə onu
336
açıb göstərmirlər?! Ancaq İran televiziyası 20 ildir, “Səhər” deyilən
bir televiziya ki, bunu İranda heç kim izləmir, ancaq Quzey Azərbay-
can üçün ağzını açıb, gözünü yumur. Özü də bu taya deyir İrani
Şimali. Yaxşı, qardaş, nə vaxta qədər susacaqsan, nə vaxta qədər
güzəştə gedəcəksən, nə vaxta qədər dinməyəcəksən?
Bu gün biz üzümüzü tuturuq Ocağa, üzümüzü tuturuq bu sevgiyə,
bu məhəbbətə özümüzə gəlmək üçün. Özümüzdə bir dönüş yaratmaq
üçün. Siz çox gözəl dediniz, böyük hərəkatların təməli kiçik oda-
larda, az şəxsiyyətlər tərəfindən qoyulur, az şəxsiyyətlərin əsasında
qoyulur. Böyük inqilablar kütlə ilə yaranmır. Az olan nüvə kimidir,
işıq kimidir.
Elçin bəy: Çox gözəl qonudur. O mənada böyük qonudur ki, söz
əslində ən böyük silahdır. İnsanın bu gün əlində olan ən böyük
silahdır. Ancaq təəssüf ki, o silah mən gözümü açandan biz gənclərə
qadağa qoyulub. Biz dərk elədiyimiz yaxşı sözlərin ardınca getmə-
mişik. Həqiqəti deyən insanların, haqqa çağıranların sonda təhlükə-
lərlə üzləşdiyini, həyatdan köçdüyünü eşidəndə, loru dildə desək,
mənim də birdən başım divara dəydi qayıtdım ki, bəs biz nə üçün
yaşayırıq, həyatımızın mənası nədir?
Sözümün canı odur ki, həqiqəti deyənlərin öldürülmə təhlükəsi,
tutulma təhlükəsi olduğuna görə insanlar o sözü deməkdən qorxur.
337
Qorxduqca da kütlələşməyə doğru gedir. Mən özüm bildiyimi dedi-
yimə görə dəfələrlə basqılara uğramışam. Mən də çalışıram ki, bu
yaşdan sonra öz gənclərimizə haqqı deməyə, ədalətin dalınca getmə-
yə nəsə bir köməklik eləyə bilim. Azərbaycanda baş verən olaylara
biganə qalmayan insanlar öz fikrini ifadə eləsinlər.
Dostları ilə paylaş: |