Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq ilsırasının 37-ci ili 

Ocaq Ailələri – “Atagün” və “Ulufərəh”in 

birgə keçirəcəkləri Ailə Günü”nün 

Gediş Yazısı 

 

İlsıra: 24 Xəzan Ayı; Yer: Atagün Eli; Çağ: 16-00. 

 

Törən Odası Ocaq ruhunda hazırlanır: Gül-çiçək, kağız-qələm, foto 



və  görüntü  çəkilişləri  üçün  araçlar.  Hazırlığa  sorumlu  Günev  və  Üstün 

Atalılar. 

 

Ailə Günü törəninin qonuları: 

1)

 



Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat. 

2)

 



Ocaqçıların Ocağa və bir-birinə bağlılıqlarının qorunması. 

3) “Ata Günü” Törənindən özümləşdirdiklərim. 

 

Törənə qatılanların düşüncələri dinlənilir. 



 

Qutsal Oxuma: “Fəlsəfənin Təməli”ndən bir bölüm oxunub öyrənilir. 

 

  Ocaq hədiyyələri sunulur. 



  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!”  səcdəsilə 

Gün başa çatır. 



 

Carlar: 

 Ailəni yaşatmaq – Amalı aqibətləşdirmək deməkdir! 

 Ailəmizin Fərəhi Ocağımızın runsal uğurlarından doğur! 

 

 



Gedişi yazdı: Üstün Atalı 

14 Xəzan Ayı, 37-ci il. Saray-Soylu. 



 

 

Qəbul olunur. 

Mütləqə İnam Ocağının Yükümlüsü 

                                          Soylu Atalı 

 

          15 Xəzan Ayı, 37-ci il. Saray-S. 

 

 

256 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” 

törənində deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  24  Xəzan  Ayı,  37-ci  ildə  Atagün  Elində 



“Atagün”  və  “Ulufərəh”  Ailələrinin  birgə  “Ailə  Günü”  toplantısı 

keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə tədbir başladı. 

“Atagün”  Ailəsinin  Yükümlüsü Günev  Atalı (Ataya  Səcdə  ilə 

sözünə başlayır – Ü.A): Amallaşmam  – “Mütləqə  İnam” kitabından 

həyatda yaşanacaq halları, Yüksək (ali) Həyata qədər olan məqamları 

yığcamlaşdırmışam.  Əsas  səbəb  özümün  vaxtaşarı  təkrar  eləməyim 

üçündür. Mən bəzən bunu oxuyuram, ancaq indi iki Ocaq Ailəsi bir 

yerdə  olduğu  üçün  şifahi  deyəcəm.  Həyatda  əhvallar var  –  dostluq, 

düşmənçilik,  özüylədöyüş,  özünüqoruma,  özündənkeçmə,  umacaq-

sızlıq; sünilik, doğallıq, zahiri, içsəl, loğmanlıq, naşılıq, insan, insan-

sızlıq,  olanaq  (imkan),  olanaqsızlıq,  faciəlilik,  həyat,  sonsuzluq, 

ölüm. Bunlardan mən nə öyrəndim?! Deyilənlərdən Mütləq yönlülər 

niyə həyatda qələbə çalmır? Çünkü insanın naqisliyi buna yol vermir. 

İnsan Mütləqə çata bilmir, Nisbi ilə də yetərlənmir, döyüş başlayır. 

Naşılığı yol vemir ki, insan Mütləqə qədər artsın. Ruhsallığın qələbə-

sini  duysun.  Bu  iki  hal  həyatda  bir-biri  ilə  döyüşsə  də,  həyat  hər 

ikisinə  qoynunda  yer  verir,  birinin  qələbəsi  ilə  sonuclanmır. 



 

257 


Həyat  daim  Mütləqə  meyil  edir.  Əbədi,  Əzəli,  Sonsuz,  Kamil  hal 

insanın içində onu ruhsallığa, ucalığa səsləyir. 

Burda  bir  başlıq  var  “Loğmanlıq  –  Naşılıq”.  İnsan  Mütləq 

mənada  loğman  ola  bilmir,  həyatı  tam  tanımır.  Hadisələri  qiymət-

ləndirə  bilmir.  Mütləq  yaşamı  qiymətləndirə  bilmir.  Bu  baxımdan 

içindəki  naqisliklər  istər-istəməz  onun  yolunu  kəsir.  İnsanın  sonsuz 

olanaqları öz çözümünü tapmır. Bu baxımdan həyat faciəlidir. 

Həyat Mütləqə çatmır və nisbiyə də qane olmur, çünkü insan həm 

ruhsal xilqət kimi var, həm cismani xilqət kimi var. Onun ruhsallığa 

yüksələ  bilməməsinin  qarşısını  cismaniliyi  kəsir.  Özündənkeçmə 

tələbi  var, ancaq  insan  özündən  keçə  bilmir,  özünə  haqq  qazandırır 

ki,  yeməsəm,  içməsəm  ölərəm.  Hətta  getdikcə  eybəcərliyin  dərinli-

yinə keçir: “Mən zülm eləməsəm, olmaz. Mən onda seçilmərəm”… 

Nə yaxşı ki, ölümlə həyatın döyüşündə həyat ölmür. 

 

 

 



Bu,  həyatın  qələbəsidir,  nikbin  bir  haldır.  Bu  halları  oxuduqca, 

axşamlar  Elana  ilə  fikirlərimizi  bölüşürük.  Görürəm  Elana  yaxşı 

fikirlər deyir, özünəxas yanaşmalarını bildirir. Elanada son zamanlar 

bu hal yüksəlməkdədir. Özümdə yenilik görürəm, bu fikirləri başqa-

larına uğurla çatdırmağı bacarıram. Bildiyini demək, çatdıra bilmək. 

Kamilliyim də bu qədərdir, elə bu əhvalla da yaşayıram. Bu əhvallar 

məni  yüksəltməyə  bilməz.  Həyata  düzgün  qiymətlər  vermək  İnsanı 

Yüksək həyata yüksəldir. 



 

258 


Xalqlaşmam  yönündə  düşüncəmi  gündəlikdən  oxuyacam.  Ağca-

bədinin  Hüsülü  kəndindən  Eldəniz  adlı  bir  şəxslə  tanış  oldum, 

evimdə  oldu.  Neməti  (Ocaqsevəri)  soruşdum.  Əmimdir  dedi.  Öncə 

“Ailə  Günündə”  yazılmış  carla  maraqlandı.  Yanımızda  6  nəfər 

başqaları da var idi. Söz düşdü, danışdım, Ocağımızdan bilgi verdim. 

İdeyalarımızla tanış etdim. Yaxşı dinlənildi. Sonda ədəbiyyat da ver-

dim,  Nemətə  də  göndərdim.  Səhəri  gün  Nemət  zəng  edib  razılığını 

bildirdi. 

2  Xəzan  Ayı:  4-cü  dəfədir  (müxtəlif  vaxtlarda)  toy  şənliyi,  yas 

yeri,  adi  kənd  toplantılarında  uğurlu  söz  demişəm,  dinlənilib,  qarşı 

çıxan  olmayıb.  Hətta  sonuncu  dəfə  Boyat  kəndində  söhbətimə 

Məhəmməd  adlı  bir  müəllimin  daha  odlu  marağını  gördüm.  Asif 

Atanı tanıdığını, ancaq Ocaq haqda eşitmədiyini dedi.  

Bir  neçə  nəfərlə  toplumdan  ayrılıb  yaxşıca  qonuşduqdan  sonra 

xeyli sayda ədəbiyyat verdim. Ayrılanda işlədiyi müəssisədə çalışıb 

görüş təşkil etməsini istədim, qəbul etdi. 

Bu ay iki faciəli yas olayı olub. Bu yas yerlərində Ocağı sunmağa 

başladım. Baş kəsənlərin sayı gün-gündən artır. Mən ağzımı açıram-

sa, susurlar. Çünkü bilirlər ki, nəsə bir şeyi haraylayıb açacam. İstər-

istəməz  insan  ruhudur,  onun  buna  ehtiyacı  var.  Ehtiyacdan  dinləyir 

səni. 

Həyatımızın  bu  günü  də  var:  adamlar  aşura  günündə  başına-



gözünə  niyə  döydüyünü  bilmir.  Gedib  baş  yaranlara  qoşulur,  bura 

gəlməyə  vaxt  tapmırlar.  10  gündür  axşamlar  başlayıblar  ağlamağa. 

Səsi  bura  gəlir.  Axşam  da  səsləri  bura  gəlir.  Axı  orda  adbaad  oxu-

yanların,  orda  nöhə  deyənlərin  hamısı  ilə  mən  söhbət  eləmişəm. 

Başımıza  gələn  oyunları,  bu  gün  səcdə  qılınanların  kim  olduğunu, 

sənin  xalqının  başına  hansı  oyunu  gətirdiyini  heç  bilirsənmi?  Hə 

deyib, səhəri gün gedir nöhə deməyə. Bu da onu göstərir ki, Ocağın 

yaşaması göz bəbəyi kimi qorunmalıdır. 

Bu  ay  bir  az  da  İnam  Evinin  (Məbədin)  tikintisində  işləmişəm. 

Elxas qardaşımız iki dəfə məni çağırıb gedə bilməmişəm. Bura çağır-

mışam.  Məni  kənddə  Asif  Atanın  davamçısı  kimi  sunur,  nə  qədər 

gücü çatırsa. Onun çalışması ilə də diqqətlər Ocağa yönəlir. Qardaşı 

Təvəkkül də, özünün bütün qüsurları ilə yanaşı, çalışır. Bəzən başqa 

yerlərdən  gələnlər  mənə  deyirlər  ki,  kimlərdən  soruşdumsa  səni 

müqəddəs adam bildilər. Bu, kəndin Asif Ataya qarşı münasibətinin 

göstəricisidir. 



 

259 


Ocaqçıların  bir-birinə  bağlılıq  qonusu:  Ocaqçıların  bir-biri  ilə 

bağlılığı olmayanda Ocaq nələr çəkdi? Adamın içi qırılıb-tökülürdü, 

adam sarsılırdı. Var olsun, yaratdı, saxladı. Borcluyuq Soylu Atalıya, 

Ocağı  bütün  çaxnaşmaların  əlindən  aldı.  Bir  qrup  var,  guya  çalış-

maları  olur.  Əslində  yığışırlar,  ancaq  heç  bir  əməli  iş  yox,  kitab 

açmaq  yox.  Filankəsləri  pisləmək,  filankəsləri  söymək,  sonra  öz 

aralarında dartışmaq. 

Burda,  Ocaqda  bu  cür  yüksək  münasibətlərin  qorunması  Ocağın 

qələbəsidir.  Yaşasın  Ata,  yaşasın  Ocaq!  Yaşasın  Soylu  Atalı  ki, 

Ocağı qorudu, qurdu. 

Burda bir qonu var, “Ata Günü” törənindən özümləşdirdiklərim. 

Bu  sorunun  özündə  elə  cavab  var.  Ondan  da  gözəl  münasibət, 

doğmalıq, özündənkeçmə mən  görmədim. Musiqi var idi, əhval var 

idi.  O  qızlar  necə  gözəl  kanon  çaldılar.  Mən  ordan  ancaq  bütövlük 

götürmüşəm.  Yəqin  ki,  siz  cavab  verəndən  sonar  bu  soru  tamam 

aydınlaşacaq. Özümləşdirdiklərimi kəşf edəcəm. 

Atamız Var olsun! 

 

Göylü  Atalı (Ataya  Səcdə  ilə  sözünə  başlayır):  Biz  əslində  iki 

ayın hesabatını verməliyik. Bəri başdan deyim ki, tədbirlər arasında 

böyük  ara  olmağı  şəxsən  mənə  ciddi  zədə  vurur.  Düzdür,  ənənəvi 

olaraq  nə  iş  görməliyəmsə,  o  işi  də  görürəm.  Ancaq  hal,  doğrudan 

da,  başqa  bir  şeydi.  “Ata  Günü”  tədbirinin  hazırlanmasında  hər  bir 

Evladın  qatqısı  oldu,  çox  ciddi  də  sonuc  əldə  etdik.  Onun  ardınca 

“İnam  Evi”  jurnalının  hazırlığı,  yəni  bunun  içərisində,  özümə  aid 

olan məsələdə çabalamışam. Bu günə qədər içimdə bir duyğu var idi 

ki, tədbirə gedirəm. Sözsüz, əməlsiz, sanki boş əllə. Ancaq əhvalım 

çox yüksəkdi. Bu sadəcə bir məqama bağlı məsələ deyil. 

Ancaq  mənəvi  cəhətdən  son  ayları  durğunluq  içərisindəyəm.  Bu 

bir az maddi tərəfdən də qaynaqlanır. Ya da özünü kökdə saxlama-

maqdandır.  Konkret  olaraq  düşüncəyə  köklənməməkdən  də  irəli 

gəlir. Kaş ki, bugünkü əhvalımı qoruya bilim. Kaş ki, sözdə qalma-

yım, həm də səfər baxımından. 

Jurnalla  bağlı  mən  araşdırmalar  edirdim.  İstər  millətçilik  yönün-

dən,  istər  bəşəri  yöndən.  Bir  şeyin  fərqinə  vardım  ki,  Ocaqçısansa, 

tarixini  bilməlisən.  Mənəviyyat  tarixini  bilməlisən.  Tutalım  bilirəm 

ki,  filan  şeyə  Ata  mənfi  münasibətdədir,  niyə,  bax  onu  araşdırmaq. 

Hər  bir  Ocaqçının  tarixi  öyrənməyi  absurd  da  görünə  bilər,  vaxt 


 

260 


baxımından, beyninin tutumu baxımından. Ancaq o şey ki, mümkün-

dür, əgər istəyin varsa, vaxt ayıra bilərsən. 

Bu qədər, bilirəm ki, bu hesabat deyil. Ancaq əhvalım bu gün çox 

yüksəkdir. Atamız Var olsun! 

 

Türkel Atalı (Ataya Səcdə ilə sözünə başlayır): Mən elə bir aşa-

maya gəlib yetə bilməmişəm ki, Ailə Günü olmasa belə, özümlə da-

vamlı olaraq məşğul ola bilim. Ailə Günü 5 ay da olmasa, mən yenə 

ümumi  fikirlərimi  deyirəm.  Hələ  də  görürəm  ki,  o  mənada  arta 

bilmirəm.  

“Atagün”  Ailəsindən  Günev  əminin  çıxışları  mənə  yaxşı  təsir 

edir, yəni xüsusi olaraq Ailə Gününə hazırlaşmaq, söz demək. Ancaq 

baxıram ki, mənim ondan ilhamlanmağım məni qurmur, gərək özüm 

qurulam. 

Amallaşmam az olduğu üçün özüylədöyüşüm də elə ciddi getmir. 

İçimə hələ ki, İnamın tələbindən çox həyatın tələbləri hakim kəsilir. 

Özüm haqda tələbəlik illərindən qalma fikirlərim olub. Belə edəcəm, 

elə edəcəm, o vaxtdan bu haldan ayrıla bilmirəm. Çox vaxt dağınıq, 

sistemsiz hərəkət edirəm. 

 

 

Ocaq  Yükümlüsünün  “İnsanlığın  İnam  Yolu”  kitabından  fikirlə-



rimi sistemləşdirmək üçün bəzi fikirləri örnək götürmüşdüm. “İnsan 

öz  mövcudluğunda  yaşayırsa,  deməli,  Allah  onun  ömründə  ifadə 

olunmur”. Mənim İnama bağlılığım – tapşırılan Ocaq işlərinin görül-

məsi  ilə  bağlıdır.  O  işi  görsəm  də,  halım  gerçəkliklə  bağlıdır.  Mən 



 

261 


deyə bilmirəm ki, Ocaqçılıq tələbinə layiq həyat tərzi yaşayıram. O 

mövcudluqdan  ancaq  tədbir  məqamında  qırağa  çıxa  bilirəm.  Əsil 

tələbləri tədbir məqamında anlayıram ki, geriyə baxanda filan şeylər 

belədir. Onda daha aydın görə bilirəm. 

“Mütləqə İnam elə bir hal yaradır ki, yaşamaq adama fərəh gəti-

rir”.  Həyatın  boşluğu  ilə  yaşayıram,  daim  ömrüm  fərəhsiz  keçir, 

ancaq  tədbir  məqamında  istər-istəməz  o  hala  yüksəlirəm,  özümün 

ağzımı sürüyə-sürüyə etdiyim çıxışımı tutuşdururam. 

Yükümlümüzün fikri ki, “Əslində gözəl dünya yaratmaq Allahın 

deyil,  insanın  işidir.  Başqa  sözlə,  insan  dünyanı  yaratmır,  onun 

gözəlliyini  yaradır”.  Bayaq  Amal  bağında  deyəcəkdim  fikrimi  ki, 

bizim belə bir dünyamız var, onun gözəlliyi bizim gözəl yaşamımıza 

bağlıdır. 

Göylü  bacının  fikirlərinə  qatılıram  ki,  Ailə  Günü  olmayanda  bir 

addım geri gedirik. Atamız Var olsun! 

 

Günev  Atalı: Orda  bir  cümlə  işlətdin  ki,  mən  özümü  sıradan 

bilirəm,  xeyr,  mümkün  deyil  ki,  Asif  Ata  həqiqətini  dadasan  və 

sıradan biri olasan. Mənim özüm də sən əhvaldayam, həmişə özümü 

az bilirəm. Doğrudan da, mən Soylu Atalının, Göylünün, Nurtəkinin 

yanında  ağzımı  sürüyə-sürüyə  danışıram.  Soylu  Atalının  yanında 

dilim topuq da çalıb, nə olsun mənim yaşım ötüb. Ancaq mən özümü 

yüksək  dünyada  hiss  edirəm  və  səni  ora  çağırıram.  Sən  lap  tay-

tuşlarınla söhbət edəndə belə, o əhvalı onlara göstərməyə çalış. Sən 

içində hansı dünyanın sakinisən, hansı gözəlliyin, hansı mənanın, nə 

gəzdirirsən özündə?! 

Keçən  ay  Elananın  atasının  sonevi  üstündə  gördüm  ki,  adamlar 

qıraqda gəzişir, mən onları çağırdım. Gələnlərin biri də bizim məktə-

bin direktorudur. Gəldilər, insan kimdir, insan həyata nə üçün gəlir, 

mənasını  dedim,  sonra  da  quralları  yerinə  yetirdik.  Hamı  razılıq 

elədi,  onlar  üçün  çox  maraqlı  idi.  Halbuki  bunu  iki  daşın  arasında 

eləmək  mümkündür.  Mümkün  deyil  ki,  gözəlliyi  içində  gəzdirəsən 

və onu göstərməyəsən. Bu baxımdan sən Böyük Yolun yolçususan. 

 

Üstün Atalı (Ataya Səcdə ilə sözünə başlayır): Günev qardaş, bu 

ev sənin əhvalınla, sevginlə elə dolub ki, bura gəlib əliboş qayıtmaq 

olanaqsızdır.  Göylü  deyəndə  ki,  bizim  tədbirimiz  Atagün  Elində 

olacaq, çox sevindim. Bura gəlişim düşdüyüm adi mühitdən uzaqlaş-

maqdı. Elə bil məni ordan dartıb çıxartdı. Elə bildim ki, mən bu ayda 


 

262 


elə bu iki günü yaşayacam. Keçən dəfə Ailə Günündə Nurtəkin belə 

bir  ifadə  işlətdi  ki,  Ailə  Gününü  yazıya  alanda  artıq  duyursan  ki, 

hansı  Ocaqçı  necə  hesabat  verəcək.  Nurtəkinin  sözü  doğrudur,  bu 

sözü mən özüm üçün götürürəm, eyni əhval, eyni söz, artıq, oxuyan 

bilir  ki,  mən  nə  deyəcəm.  Yəni  getdiyim  o  cığırdan  hələ  qırağa 

çıxmamışam, hələ ki, eyni üsulla gedirəm. Özümə elə gəlir ki, yeni 

fikir deyirəm, ancaq hərlənib, fırlanıb eyni fikiri vurğulayıram. Yəni 

irəliləməm  yoxdu.  Bu  məsələ  məni  sıxır,  o  çevrədən  çıxmaq, 

eynilikdən çıxmaq istəyirəm. Özünü qaydaya salmaq, özünü tərbiyə 

eləmək övladı tərbiyə eləməkdən çətindir. 

Xalqlaşma yönündə Ata Günü ilə bağlı dəvətlərim olub, ancaq o 

qədər dəvətin qarşısında bir nəfər gəlib. İnsanların qorxusunu görən-

də  adam  hardasa  sınır,  hardasa  küsürəm.  Bir  müxbirlə  söhbətimdə 

deyirəm  ki,  H.Cavidi  evindən  götürüb  aparanda  insanlar  necə  lal-

dinməz durub baxırdılarsa, səslərini çıxarmırdılarsa, bu gün də həmin 

hal  var  adamlarda.  Heç  kim  etiraz  eləmədi.  Hamı  öz  hücrəsinə 

çəkilib gizləndi. Biz elə indi də o halı yaşayırıq.  

 

 



Hansı mətbuata deyirsən, televiziyaya gedirsən, hamısı yan qaçır. 

Hamısı deyir məsləhət edim cavab verəcəm, sonra heç bir cavab da 

vermir.  Nə  “hə”  deyir,  nə  “yox”  deyir.  O  bilir  ki,  sən  nə  deyə  bi-

lərsən, sən nəyi haraylayırsan. Sənin hazırladığın milli düşüncələrdən 

qorxurlar. 

Ata Günündə çox gözəl hal yarandı, yüksək əhval yarandı. Göylü 

bacımız,  Güntay  qardaşımız  gözəl  təşkil  eləmişdilər.  Bütövlükdə 


 

263 


Soylu  qardaşımız,  Göylü  bacımız,  Güntay  qardaşımız  çox  zəhmət 

çəkdilər.  O  əziyyət  öz  işini  gördü,  insanların  içində  ümid  yarada 

bildik. Orda artıq ömür göründü, Atanın yaratdığı ömürlər göründü. 

Soylu  Atalının,  Günevin,  Nürtəkinin  çıxışında  Atanın  izləri  görü-

nürdü.  Eləcə  də  o  evin  halının  hazırlanması  səmimi  idi.  Güntay 

qardaşımız  ailədə  elə  bir  hal  yarada  bilib,  elə  bildim  ki,  onlar  da 

Ocaqçıdırlar. Atamız Var olsun! 

 

 



 

Güntay  Atalı (Ataya  Səcdə  ilə  sözünə  başlayır):  Amallaşma, 

Kamilləşmə, Xalqlaşma yönündə qısa bir hesabat vermək istəyirəm. 

Amallaşmam  vaxt  azlığı  ilə  bağlı  yüksək  səviyyədə  deyil,  buna 

baxmayaraq,  Atanı  sistemli  şəkildə  oxumağa,  özüm  üçün  aydınlaş-

dırmağa  çalışıram.  Xalqlaşma  yönündə  bir  sıra  işlərim  olubdu. 

Atanın 80 illiyi ilə bağlı insanlarla ünsiyyətdə olmuşam. 

Bu  yaxınlarda  Ucar  rayonunda  nənəmin  yası  ilə  bağlı  getdik, 

Ocaqdostu  Vaqif  Ucatay  da  getmişdi,  İnamlı  Atalı  da.  Orda  Soylu 

Atalı yaxşı iş apardı. İnsanlara Ocaq sözünü dedi. Mən orda olduğum 

üçün,  o  halı  gördüyüm  üçün,  deyirəm  ki,  həqiqətən  insanların 

gözlərində ancaq heyrət var idi. İnsanlar həqiqətin acıdırlar, yetər ki, 

həqiqəti eşitsinlər. Orda duyumlu adamlar var idi, Soylu qardaşımıza 

minnətdarlıq  elədilər,  belə  bir  zor  işin  peşində  olduğumuz  üçün. 

Ədəbiyyatlarımızdan da verdik. 

Kamilləşməm  isə,  özümün  qüsurlarımı  görürəm,  bunu  aradan 

qaldırmaq  üçün  özümdə  güc  tapmağa  çalışıram.  Ocaqçılıq  –  həyatı 



 

264 


sıradan biri kimi yaşamaq deyil, başqa bir aqibət yoxdu bizim üçün. 

Biz bu aqibəti seçmişik. 

Günümüzün qonusu çox gözəl qoyulubdu – Ocaqçıların bir-birinə 

bağlılığı. Bir dəfə Göylünün bacısı qızı ilə söhbət edirdim, orda belə 

bir  fikir  dedim  ki,  bizim  hərəmiz  bir  bölgədənik,  ancaq  bizi  birləş-

dirən  Ocaqdı.  Hərəni  bir  tərəfdən  çəkib  gətirir  Atanın  cazibəsi. 

Ocaqçıların  bir-birinə  bağlılığı  və  Ocağa  bağlılığının  qorunması 

ancaq Ocaqçıların özüylədöyüşündən asılıdır, ciddi şəkildə Amallaş-

madan asılıdır. Bizi bir-birimizə bağlayan ideyadır. İdeyayla məşğul 

olmağımız bu bağı qoruyur.  

Atamız Var olsun! 

 

Günev  Atalı: Sənin  nənənin  vəfatı  ilə  bağlı  başsağlığı  vermişik, 

elə  bu  gün  də  Atagün  Ailəsi  adından  başsağlığı  veririk,  ulusunda 

yaşasın, balalarında  yaşasın,  orda  bir  maraqlı  halı eşitdim  ki,  molla 

sizdən ədəbiyyat istəyib. 

 

Güntay  Atalı: Soylu  Atalı  quralları  yerinə  yetirdi,  o  da  qulaq 

asırdı, sonra o kitabı bizdən istədi. 

 

Günev  Atalı: Kim olursa olsun, marağı varsa bu yaxşıdır.  Mənə 

bir  şey  xatırlatdı  bu.  Minəxorda  bibimin  yasında  söhbət  apardım, 

Ocağı açdım. Molla çağırdı ki, gəl otur mənim yanımda danış. Sonra 

muğam  fəlsəfəsindən  danışdım,  Çahargahdan  da  danışdım,  o  qədər 

bağlandı, dedi ki, sənə qurban, olar o Muğam fəlsəfəsi kitabını mənə 

gətirəsən?  Mən  də  gəldim,  bir  neçə  qəzetlər  də  var  idi,  yığdım 

apardım ona. O qədər sevinmişdi, deyirdi mənim söhbətlərimə çatan 

molla söhbəti olmayacaq. Çünkü o istəyir yeni söz desin. Hər kəsin 

içində  var,  kimliyindən  asılı  olmayaraq.  Yeniliyə  meyil.  Ona  görə 

bizim üçün önəmi yoxdur, heyrətlənən molladır, ya başqası. 

 

Soylu  Atalı (Ataya  Səcdə  ilə  sözünə  başlayır  –  T.A.):  Mən 

gələnəklərə uyğun olaraq, Amallaşma, Xalqlaşma, Kamilləşmə sözü 

demək istəyirəm. Amallaşma hər zaman gərgin yaşadığım bir qonu-

dur. Ona görə gərgin ki, bir az da açıq demək istəyirəm, mən amal-

daşlarımın, elə özümün də Ocaqda hər şeyi doğru deyə bilmələrimizi 

təmin  etməyə  çalışıram.  Bu  olduqca  önəmli  bir  məsələdir.  Çünkü 

Atadan sonra onu davam eləmək, onun sözünü yeritmək, çətin oldu-

ğu qədər də, böyük ehtiyat tələb edir. Səndən Asif Atanı öyrənirlər 


 

265 


axı. Sözündən, yaşamından Asif Atanı öyrənirlər. İndi bax gör, Asif 

Atanı  öyrədə  bilirsənmi?  Asif  Atanı  elə  öyrədərsən  ki,  tamamilə 

başqa şeylər düşünərlər. Elə də öyrədə bilərsən ki, hər şey Asif Ataya 

qayıdar, onun işinin içinə girə bilər. Bizim də istədiyimz odur ki, hər 

şey  Asif  Atanın  içində  olsun.  Bu  çağa  qədər  yaxşı  şeylər  bir  iş 

görməyib,  doğru  iş  görməyib,  qorunmayıb.  Asif  Atanın  içində  ona 

görə olsun ki, Asif Ata o gözəl işləri işə çevirəcək. Gözəl məsələlər 

iş  görəcək.  Asif  Atanı  biz,  onun  çağına  qədərkilərin  içində  versək, 

onda  Asif  Ata  çağında  olanlar  kimi  toplumsal  gedişdə  iz  buraxa 

bilməyəcək. 

Bu,  olduqca  ciddi  bir  məsələdir.  Buna  görə  də  mən  istəyirəm, 

Atanı verəndə doğru deyək, yanlış deməyək. Mənim istəyim odur ki, 

biz  nə  Atanın  çağına  qədər  olanları  gözümüzün  ardına  atmayaq,  nə 

də onlara vurulmayaq. Gözümüzün ardına atmaq olmaz, çünkü bizim 

sözümüz  yeriməz,  eşitməzlər  bizi.  Deyərlər  ki,  bunlar  elə  bilir  Asif 

Ata göydən zənbillə düşüb, elə bunlar Asif Atadan yapışıb, Asif Ata 

hər şeydir. (Bizə belə baxa bilərdilər, bir vaxtlar baxırdılar da.) Eyni 

halda  biz  Asif  Ataya  qədər  olanları  bilirik,  öyrənirik.  Asif  Atanın 

sunulmasında, verilməsində onlar bizim əlimizə, ayağımıza dolaşmır. 

Daha  doğrusu,  ağlımıza  dolaşmır.  Ancaq  bilməzlikdən  ağlımıza 

dolaşar  və  bizi  çaşdırar.  Bu  gün  nə  baş  verir,  artıq  görürlər  ki,  biz 

Asif Atadan korcasına sallaşmırıq, tərsinə, biz Asif Atanı elə veririk 

ki,  dünyanın  gözü  çıxır  kəlləsinə.  Artıq  sanırlar,  dünyaya  yeni  bir 

baxış  gəlir,  yeni bir  sistem  gəlir.  Artıq  deyirlər,  boyunlarına  alırlar, 

deməyə  bilmirlər.  Çox  adam  deyir  ki,  dünyaya  tamamilə  bağımsız 

bir olay gəlir – o, Asif Atadır. 

Biz  bu  gün  həm  nəzəriyə  yaradırıq,  həm  də  nəzəriyənin  gerçək-

liyini yaşadırıq. Bu ikisini bir yerdə aparırıq. Nəzəriyə və gerçəklik. 

Nəzəriyəni  öyrənməsək,  onda  onun  gerçəkliyini  yarada  bilmərik. 

Tarixdə  buna  bənsər  olaya  emanasiya  deyiblər.  Emanasiya  –  ruhun, 

insandan (ruhsal yolla) enerjinin, işığın dalğalanması, yayılması, baş-

qalarına  keçməsi.  Bu  nədən  irəli  gəlir?  İdeyanı  öyrənirsən,  nəzəriyə 

əsasında  yaşayırsan.  Nəzəriyənin  gerçəkliyini  yaradırsan.  Asif  Ata 

öləndən  sonra  biz  başladıq  bir  sıra  məsələləri  həyata  keçirməyə. 

Onlardan biri, bu gün az qala 20 ildir həyata keçirdiyimiz, bayram-

lardır.  Bayramları  başlayanda  mənə  keçmiş  amaldaşlarımızdan  irad 

tutanlar  da  olurdu.  Onda  mən  bunu  anlamırdım.  Mənim  sadəcə  bir 

inadım  vardı  ki,  bu  mənim  beynimə  gəlib,  bunu  həyata  keçirəcəm. 

İndi  qanıram  ki,  nə  gözəl  eləmişəm  onu.  Çünkü  nəzəriyə  nəzəriyə 


 

266 


olaraq  qalırsa,  sən  bu  bayramdan  nə  qədər  danışacaqsan?!  Bir  var 

nəyinsə  haqqında  danışasan,  bir  var  nəyisə  danışasan.  Nəyisə  yaşa-

malısan  ki,  danışasan.  Yaşamırsan,  bunun  haqqında  nə  qədər  söz 

deyəcəksən axı? Asif Ata bir ideya verib, 5 dənə cümlə yazıb verib. 

Ha  onu  o  tərəfə  çevir  de,  bu  tərəfə  çevir  de.  Ancaq  bir  də  var  onu 

gerçəkliyə  gətirirsən,  tədbirdə  fikir  açılır,  söz  açılır,  ideya  açılır, 

yaşam  söyləyirsən,  məzmun  söyləyirsən.  Bütün  hamısı  gəlir  işə 

keçir. Ona görə bunlar çox ciddi məsələdir. 

Biz deyirik hər şey Mütləq olmalıdır. Ancaq olmur. İnsan Mütləq 

olmalıdır, ancaq olmur. Niyə olmur? İndi Avropanın çabalarına müs-

bət qiymət verirlər ki, Avropa orta bir mövqe seçməyə çalışır, necə 

eləyək  ki,  bəşəriyyət  bir-biriylə  adam  kimi  dil  tapsın,  yaxşı  yola 

getsin,  hər  kəsin  haqqı  orda  görünsün.  Bunu  eləyirlər,  hər  kəsə  də 

hüquq  tanıyırlar.  Ancaq  bu  hüquq  heç  nəyi  ifadə  eləmir,  heç  nə 

yaratmır axı. Çünkü onların eksperimentləri heyvanın üzərində gedir. 

Onların gördüyü işlərin hamısı heyvanat aləminə xas olan bir şeydir. 

Axı  insanın  üzərində  getməliydi  bu.  İnsanın  üzərində  də  getməz, 

getmir. Çünkü heç kim insana insan olmağının açarını vermir. İnsan 

olmağının  açarını  verəndən  sonra  görəcəksən  ki,  sənin  bu  cür  dəri-

dən,  qabıqdan  çıxmağına  gərək  yoxdur.  Baza  yaranır,  əsas  yaranır. 

İnsan  həmin  əsas  üzərində  dərk  eləyir  bəşəriyyət  nə  deməkdir.  Bu 

bəşəriyyətin  ləyaqətini  qorumaq  nə  deməkdir.  Bəşəriyyəti  dərk  elə-

məli,  tanımalıyam  ki,  onun  ləyaqətini  qoruyum.  Bəşəriyyət  bu  gün 

mənim  gözümdə  sürüdür.  Bu  gün  bəşəriyyətin  içərisində  hər  bir 

kəsin biri olaraq “mən” onlarla döyüşmək mövqeyində dayanmışam. 

Bunların  hər  biri  mənim  üçün  dartışma  araçıdır.  Əgər  mən  yenmə-

səm, qazanmasam, uğura yetməsəm o yetəcək, mən basılacam. O da 

eyni şeyi düşünür. Yəni biz bu ortama gətirilmişik. Belə bir rəqabət 

ortamında,  dartışma  ortamında  Avropa  bizə  sistem  qurmağa  çalışır, 

neyləyək  ki,  bunlar  dinc,  yanaşı  əmin-amanlıqla  yaşaya  bilsinlər. 

Yaşamayacam. Necə ki, yaşamıram. 

Dünya qana qərq olub gedir. Bu da ona görə var ki, quruluş doğru 

deyil.  Biz  Asif  Atanı  niyə  veririk?  Asif  Atanı  veririk  ki,  quruluş 

dəyişsin.  Quruluş  doğru  deyil.  Kapitalizm  quruluşudur.  Kapitalizm 

quruluşu  feodalizm  quruluşundan  bir  az  yaxşıdır.  Feodalizm  qul-

darlıqdan  bir  az  yaxşıydı.  Bu  bir  az  yaxşılar  köklü  məsələləri  çöz-

mür.  Quruluş  dəyişməlidir.  Quruluşu  dəyişməyin  də  yolu  var,  açarı 

var. Asif Ata quruluşu dəyişmək üçün ideya verir. 



 

267 


Allah bu gün iş görmür. Allahın iş görməsi üçün gərək düşüncəni 

də, ürəyini də açasan Allahın üzünə ki, o iş görsün. Din Allah üçün 

ortam  yarada  bilmədi.  Allah  neylədi  yalnız  Məhəmməd  üçün  elədi. 

Bəşəriyyət üçün Allah heç nə eləmədi. Niyə eləmədi?  

Çünkü  bəşəriyyətin  sağlamlığı  üçün,  salamatlığı  üçün,  gəlişməsi 

üçün, gərək Allahın iş görməsinə ortam yaradasan. Asif Ata onu ya-

radır.  

Həmin  ortamı  yaradır.  Necə  yaradır?  İnsana  deyir  ki,  aç  ürəyini 

və ordakı paxırları gör. Onu gör və yavaş-yavaş silməyi düşün. Sən 

onu silmək haqqında düşündükcə fəzilət keçəcək onun yerinə. Allah 

orda  iş  görəcək.  Mütləqilik  ölçüsüylə  danışırıq.  Mütləqilik  ölçüsü 

odur  ki,  gərək  doğrudan  da  bizim  daşıdığımız  Mütləq  işə  keçsin. 

Yəni Allah iş görsün, üzə çıxsın. İnsanlıq adlı Mütləq iş görməlidir, 

üzə çıxmalıdır. İşə keçməyəcəksə, onda Avropa nə qədər dartışdırırsa 

dartışdırsın o tərəfə, bu tərəfə, heç nə alınan deyil. Heç nə alınmaya-

caq. Demokratiya qırğın yaratdı, qan yaratdı, devrim yaratdı. Dirçəliş 

yarada bilmədi. Dirçəliş demokratiyanın işi deyil. 

 

 



 

Asif  Ata  ortaya  çıxıb.  Bizim  səsimizlə,  bizim  harayımızla  deyir 

bu  gün  demokratiyayla  dirçəliş  yaratmaq  mümkün  deyil.  Dirçəliş 

mənim işimdir. Məni eşit, onu eşitmə. 

Bəzən fikir verin, deyirlər ki, qoy informasiya bol olsun. İnternet 

qapılarını hər kəsin üzünə geniş açsın. Qoy insanlar seçim eləsin. Sən 

də sözünü de, Con da sözünü desin, filankəs də sözünü desin. Sənin 


 

268 


də qulağın var, ağlın var. Sən də hansını istəyirsən onu götür. Hansı 

sənə uyğundur, sərfəlidir, yaxşıdır onu götür… Onlar bunu başa düş-

mür ki, mən mənə uyğun olanı götürməyəcəm. Mən güclünü götür-

məyəcəm. Burda güclü, gücsüz məsələsi var. Güclü ideya, fikir var. 

Bir də gücsüz ideya, fikir var. Mən güclü ideya götürə bilməyəcəm. 

Çünkü  güclü  ideya  götürə  bilmək  üçün  gücüm  olmalıdır.  Ürəyimin 

gücü  olmalıdır.  Mən  asanı  götürəcəm,  gücsüzü  götürəcəm.  Ondan 

yapışacam.  Ondan  da  yapışanda  mən  olacam  bir  heç.  Məni  seçim 

qarşısında  qoyursan,  qoy  özü  seçsin.  Mən  nə  seçirəm?  Sən  məni 

seçim  qarşısında  qoyma.  Sən  mənə  seçilməlini  ver.  Seçilməlini 

göstər ki, sənə bu gərəkdir. Sən zibili də qoyursan bura, bunu da qo-

yursan.  Ağlım  da  yoxdur.  Deyirsən  seç.  Gücüm  olmalıdır  seçə  bil-

mək  üçün.  Gücümün  yaranması  üçün  qarşıma  ortam  çıxartmalısan. 

Mən güclənim, onu götürüm. Bax, Asif Ata ona görə demokratiyanı 

rədd  eləyir,  qəbul  eləmir.  Məsələn,  dinlərdə  bəzi  yasaqlar,  təlqinlər 

olub.  Mən  o  üslubun  özünü  pis  saymıram.  Ancaq  yönünü  doğru 

saymıram. Etkisini, ideya gücünü doğru saymıram.  Bu gün gələndə 

onun  haqqında  söhbət  elədik.  Mən  Ocaqda  bilə-bilə  eləmirdim. 

Sadəcə  olaraq,  xarakterdən  irəli  gəlirdi.  Bəlkə  də  mahiyyətdən  irəli 

gələn  bir  şeydir.  Mən  deyirdim,  Nurtəkin,  get  görüş  keçir.  Mən 

deməsəm  gedib  keçirmir  axı?  O  bilmir  ki,  gedib  görüş  keçirmək 

gərəkdir. Məndən soruşurlar ki, Asif Ata sağlığında özünə peyğəm-

bər  deyirdi?  Deyirəm  Asif  Ata  deyirdi  də  mən  peyğəmbərəm.  Mən 

hardan bilim ki, o peyğəmbərdir. Peyğəmbər özü bilir o, peyğəmbər-

dir. O qüdrəti özündə görür, deyir, mən filankəsəm.  

Deyirlər  adam  seçim  edib  hər  şeyi  özü  eləsin.  Özünün  gücü 

yoxdur  axı  eləsin.  Ağlının  gücü  yoxdur.  Əgər  özü  eləyəcəkdisə, 

bəşəriyyət  bu  günə  qalmazdı  ki,  eləyərdi  də.  Bunlar  hamısı  ona 

görədir ki, insanı biologiya deyilən canavarın ağzından alasan. O elə 

yapışıb ondan. Ondan başqa həyat görmür, həqiqət bilmir. Yalnız elə 

onun dalınca gedir. Sən durub deyirsən ki, balam, bu sənə filan şeyə 

görə  gərəkdir.  Ancaq  sənin  içində  başqa  havalar  var.  Onları  dinlə. 

Bundan ötrü böyük ideyalar yaranır, böyük məsələlər ortaya çıxır… 

Mən  əslində  bir  hesabatda  iki  yönü  vurğulayıram.  Amallaşma, 

Kamilləşmə.  Həmişə  məndə  bu  bir  məna  daşıyıb.  Qıraqdan  qulaq 

asarsan,  deyərsən  ki,  Soylu  burda  Amallaşma  hesabatımı  verir,  Ka-

milləşmə hesabatımı? Görərsən həm odur, həm bu. İdeya baxımından 

deyirəm ki, içimdə gedən proseslerdir bunlar. Bunlar həm də mənim 

yaşamımda gedən işlərdir. 


 

269 


Bizim  xalqlaşma  yönündən  işlərimiz  bundan  öncəki  çağlarla 

tutuşduranda, say etibarilə az görünə bilər. Ancaq daha yetkindir və 

sanballıdır.  Nədədir  yetkinliyi,  sanballığı?  Öncələr  biz  daha  çox 

görüşlər keçirirdik. Görüşlərdən başqa bir də əsasən arxiv yaradırdıq. 

Ancaq  indi  təkcə  o  və  bu  deyil.  Burda  elə  əməllər,  hünərlər  ortaya 

çıxır  ki,  o  artıq  həm  gələcək  üçün  üfüqə  çevrilir,  həm  də  tarixə 

çevrilir. Tarixi yaradırıq ki, örnək olsun. Üfüqləri açırıq ki, adamlar 

orada həqiqətin işıqlarını görə bilsinlər. Çox gözəl gedir bu yöndən 

Ocağın işi. Mən bundan öncəki iki ayın uğurlarından danışsam, yığ-

cam  desəm,  çox böyük  əməli  gəlişmələri izləyə  bilərik.  Baxın,  Ata-

nın kitabı – “Fəlsəfənin Təməli” ərsəyə gəldi. Bunu hazırlamaq, çap 

eləmək  nə  qədər  ciddi  vaxt,  sorumluluq  tələb  edir.  Sonra  Quralları 

yenidən işlədik.  Yenidən onu  təkmilləşdirib  çapa  verdik.  Mənim  8-

10 dəfə fərdi görüşüm olub. Söz yox, mənim fərdi görüşlərim əsasən 

qurucu  olur,  yön  verir.  Atanın  ədəbiyyatlarını  da  verirəm.  Məmnu-

niyyətlə aparırlar oxumağa. Niyə? Çünkü söhbətin özü o kitabı oxut-

maq  həvəsi  yaradır.  Kiminlə  söhbət  eləyirəm,  deyir  ki,  verin  kitabı 

biz də oxuyaq. Təbii ki, kitabdan mənim halımı oxuya bilməyəcək. O 

elə  bilir  gözlə  gördüyü  bu  hallar  kitabdadır.  O  halı  mən  iyirmi  beş 

ildir  yaradıram.  Ancaq  hər  halda  o  sevgi,  o  hal  ki,  adamın  içində 

yaranır, bu özü ciddi bir məsələdir. 

Atanın  80  illiyinin  gerçəkləşməsi,  həyata  keçməsi.  Deməli,  ora 

gələn və gəlməyən adamların hər biriylə ən azı mən 4-5 dəfə danış-

mışam.  Onun  ora  gedib  çıxmasına  qədər  biz  çox  böyük  zəhmətlər 

çəkmişik. Onun hazırlanması, təşkil olunması elə-belə sözlə ifadəyə 

gəlmir. Bundan başqa, Güntayın vurğu elədiyi yas törənini keçirdik. 

Eləcə  də  bu  törəndən  sonra  dostumuz  Vaqif  Ucatayın  rəssamlıq 

məktəbində  oldum.  Orda  bizim  görüşümüzü  təşkil  eləməyə  çalışır. 

Başçılarıyla ciddi söhbətimiz oldu. O mənə dedi: kimsə deyir ki, din 

yarandığı vaxtdan bu yana heç bir iş görə bilmədi. Yəni mənəviyyatı 

düzəldə bilmədi. İndi Asif Atanın özünün dünyabaxışı var, mənəviy-

yatı  düzəltmək  üçün.  Biz  bunu  bilirik-filan.  Ancaq  başladı  ki,  sizin 

rəsmi qeydiyyatınız, filan. Biz necə icazə verək? Dedim ki, mən sizə 

replika  atmaq  istəmirəm.  Xahiş  eləyirəm,  mənim  sözümü  replika 

kimi götürməyin. Biz hara görüş keçirməyə  getmişiksə, orda yalnız 

döydüyümüz  qapının  arxasındakı  insanın  ləyaqətinə  güvənmişik, 

vətən, millət sevgisinə güvənmişik. Çünkü siz məni göndərəcəksiniz, 

gedəcəm Təhsil nazirliyinə, mən Təhsil nazirliyində nə qədər proses 

keçməliyəm.  Mən  bu  prosesləri  keçə-keçə  nə  qədər  vaxt  itirəcəm. 


 

270 


Bəlkə  də  bir  görüşü  hazırlamaq  üçün  ən  azı  bir  ay  vaxt  gərəkdir. 

Üstəlik  də  bu  alınacaqmı,  alınmayacaqmı,  mən  bilmirəm.  Dedim, 

ona görə mən harda görüş keçirmişəmsə, o qapının arxasındakı insa-

nın  vətən  sevgisinə  dayanmışam.  O  vətənini  sevirsə,  mütləq  mənə 

qapı açmalıdır. Bu söz onu tutdu və razılaşdı. Bunu xırdaladım, niyə? 

Millətin  içində  bəzən  iş  görürük  və  bu  işi  insanlara  sadalayırıq.  İş 

sözlə az gələr. Sanki bunlar Bakıdan getdilər, Günev də bunların qar-

şısına çıxdı, tədbir keçirdilər. Hər şey əla. Elə deyil axı. Gedirik heç 

kim üzümüzə qapı açmır axı. O qapını açmaqdan ötrü açanın özünün 

qafasıyla məşğul oluruq. Bunların hamısı böyük zəhmətlər hesabına 

əmələ  gəlir.  Bayaq  mən  sözümün  öncəsində  də  deyirəm  ki,  necə 

eləyək? Axı biz deyirik ki, hər şey Mütləq olmalıdır. Olmur. Durum 

nədir bəs? Durum tamamilə tərsinə salqılayır. İndi hamı əsəb xəstə-

sidir.  Bir  adamla  normal  oturub  söhbət  eləyə  bilməzsən.  Hamı  bir-

birini sancır. Baxın, biz belə bir vaxtda işləyirik. Kapitalizm feoda-

lizmdən üstün quruluş olsa da, bizim çalışmalarımız bu çağacan çalı-

şanların  hər  birindən  heç  də  adi  deyil.  O  vaxt  orta  çağlarda  kapita-

lizm başlamamışdı. Nəimi durub insanın Allah olmasından danışırdı. 

İslam  dininin  içində  qapalılığa  düşənlər  maddım-maddım  onun 

ağzına baxırdı. Yasaq olunan şeylər deyilirdi. Bu gün bizə üzdə elə 

yasaq qoymurlar. 

Demokratiyadır,  kim  nə  istəyir  getsin  danışsın.  İndi  gəl  bu  sözü 

beş  adam  tap  və  onun  beyninə  de.  Olduqca  çətin  bir  məsələdir.  Bu 

çətinliyin  içərisində  Ocaq  monolit  bir  sistemə  çevrilib.  Bu,  əslində 

böyük bir avantajdır. Bu, Asif Atanın uğurudur.  

Belə bir çətinliyin içərisində monolit bir qurum yaratmışıq. Hamı 

bir-birinə bağlıdır, sevgi duyur. 

Bəzən  hətta  sayğıdan,  sevgidən  daha  üstün  münasibət  yaranır. 

İndi niyə yaranır və necə eləmək gərəkdir ki, o dayanmasın? Göylü 

danışır,  deyir  ki,  mən  bundan  artıq  heç  nə  deyə  bilmərəm.  Halbuki 

Göylü heç nə demir. Ancaq Göylü Ocağın içində yüyürür. Bəs nədir 

onu  yüyürdən?  Heç  vaxt  bütöv  hesabat  verə  bilməyib,  ifadə  eləyə 

bilməyib özünü. Bəlkə bunun fikri, halı dağınıqdır. Hazırlaşa bilmə-

yib.  Ancaq  neçə  ildir,  necə  olub  o,  Ocaqda  qalıb?  Vaxtilə  keçmiş 

Ocaqçılardan  biri  deyirdi  ki,  Ocaqçılar  onun  bağçasında  əyləşib, 

onun  kölgəsində  olmalı,  onu  dinləməlidirlər.  Dinləmədi  heç  kim. 

Hara qədər dinləyəcəksən? İnsan dinləməkdən daha çox uçmağa me-

yillidir.  Ona  qanad  vermək  gərəkdir.  O  özü,  bağımsız  olaraq,  sənin 

kölgəndən çıxıb uçmaq istəyir. Göylünü əməl və hünər Göylü elədi. 


 

271 


Bir-birinin dalınca sınırsız əməllər, hünərlər onu gətirib Göylü elədi 

və uzun illər Ocağa bağladı. İndi Günev deyir, mən Göylünü görəndə 

susuram, Güntay deyir Göylü ayrı bir olaydır. Niyə deyir? Belə götü-

rəndə  Göylüdən  nəhəng  fikir  dalğası  duymamısan.  Bəs  nə  duymu-

san? Həmin hünəri. Sarsıdıcı əməl, sarsıdıcı hünər. Ona görə Ocaqçı 

çıxır  toplumun  içinə,  görür  ki,  bu  toplumun  içində  hamı  bir-birini 

sancmaqla məşğuldur. Hamı bir-birini küçümsəməklə məşğuldur. Bu 

toplumun içində sən də kiçilirsən. Ocaqda belə deyil. Orda səni anla-

yan insanlar var. Orda səni sevən insanlar var, yaşadan insanlar var. 

Buna görə insanın bağlandığı, bağlı olduğu bir dünya var. İndi gərək 

o  toplumun  içinə  gedəsən,  orada  iş  görəsən,  söz  deyəsən.  Gedib 

orada  söz  deyəndə  onun  halını  görəcəksən,  cılızlığını,  balacalığını 

görəcəksən. Onda sən öz Ocaqçına bağlanacaqsan. Yəni əməl, toplu-

mun içinə çıxmaq, səfər, çətinliklərlə üz-üzə gəlmək. 

Mən  dəyişmək  istəyirəm.  Belə  dünyada  yaşamaq  istəmirəm. 

Gözəl  dünyada  yaşamaq  istəyirəm.  Hanı  o  gözəl  dünya?  Yaratmaq 

gərək. Bax yaratmaq istədiyin gözəl dünyanı təkcə yarada bilmirsən. 

Hətta  sənin  qədər  hünərli,  əməlli  amaldaşın  olmasa  da,  sən  səni 

eşidən, sənə təkan verən, səni təpərləndirən amaldaşlarının olmasını 

düşünürsən.  Ona  dayanıb  daha  dərinliklərə  doğru  yürüyürsən.  Bu 

bağlayır Ocaqçıları bir-birinə. Yoxsa səhərdən-axşama kimi otur bu 

stolun  qırağında  nə  qədər  istəyirsən,  nəzəriyyə  danış,  sonra  da  çıx 

get. Alınmayacaq. Bir gün, beş gün, sonra da qutaracaq. Yəni əməl, 

hünər məsələsi səni sevdirir, bağlayır. Səndən ümid alır, ilham alır. 

Quru  söz  deyil  bu,  işə  keçir.  Bax,  Ocaqçıların  bir-birinə  bağlanma-

sının başlıca qaynağı hünərdir, əməldir, özündənkeçmədir. Bu hünər, 

əməl,  özündənkeçmə  də  boşdan  yaranmır.  Ciddi  düşüncədən,  Atanı 

bilməkdən  yaranır.  Mütləqi  tanımaqdan  yaranır.  Onu  getdikcə  daha 

artıq  dərk  eləməkdən  yaranır.  Belə  bir  sistem  Ocağı  min  il  qabağa 

apara  bilər.  Adam  buna  əmin  olur.  Biz  də  bu  çağa  qədər  özünüz 

görürsünüz  ki,  belə  bir  sistem  yaradırıq.  Hər  bir  fərd  özünün 

hünərini,  işini  yarada  bilsin.  Tutalım  ki,  qələm-kağıza  yazı  yaza 

bilmir.  Burda  özünü  ifadə  eləmir,  orda  eləyir.  Atatürkün  yaxşı  bir 

sözü  var.  Deyir  tarix  yazmaq,  tarixi  yaratmaq  qədər  önəmlidir.  Bir 

var  tarixi  yaradan,  bir  də  var  yazan.  O  yazan  yaradandan  az  iş 

görmür.  Bunlar  bir-birinə  bağlanar  və  işin  gələcəyə  getməsi  üçün, 

doğrudan  da,  gözəl  bir  zəmin  yaranar.  Mən  bu  məsələylə  bağlı  nə 

vaxtsa, xatırlayıram, Ulufərəh ailəsində danışmışam. 



 

272 


Sonra,  “Ata  Günü”ndən  özümləşdirdiklərim.  Əslində  hər  biriniz 

ayrı-ayrılıqda  vurğu  eləyirsiniz  ki,  Ocağın  tədbiri  olmayanda  adam 

elə  bil  nəsə  itirir,  qırılır,  boşluğa  düşür.  Bu  boşluq  adamı  bir  az  da 

ətalətə  bağlayır.  Elə  bil  ki,  addım  dala  gedir.  Ancaq  tədbir  olanda 

adamın üzü də gülür, içi də gülür. Çünkü tədbir adamı kökləyir, yeni 

sözə, yeni fikrə, yeni əmələ sövq eləyir. Adamın beynindən pası silir, 

yerişindən  əngəli  götürür.  Mən  elə-belə  fikirləşmədim  ki,  burda 

tədbir  keçirək  iki  nəfərlə.  Mən  hər  ay  durub  bura  gəlim.  Bir  an 

təsəvvür edin ki, “Atagün” Ailəsi burda tədbir keçirmir. Əgər Günev 

deyirsə, biz axşam filan şeyi danışıb bölüşdük, ona görə eləyirlər ki, 

Ailə Günü keçirilir. Ordan qaynaqlanır, ilhamlanır. Yoxsa bir-iki gün 

davam  eləyər.  İstənilən  Ocaq  tədbiri  insanı  ayaqda  saxlamaq  üçün 

çox böyük ruhsal bir etkidir, zəmindir. 

Hər  bir  mərasimdən  öyrəndiyimiz,  addım  götürdüyümüz  kimi 

“Ata Günü”ndən də biz addımlar götürürük. Nədir bizim orda götür-

düyümüz  addım?  Hər  bir  Evladın  Ataya  münasibətinin  nə  demək 

olduğu bəlli olur. O nə dərəcədə Ataya, Onun işinə inanır, can yandı-

rır, əmək qoyur. Nə qədər eləyirsən elə, ora gələnlərin görüntüsünə 

zəhmət çəkə bilməzsən ki. Bu mənim evimin qonaq-qarası deyil ki, 

süfrəmdə  aşı,  plovu  çox  eləyim,  onların  xoşuna  gəlsin  və  mənim 

qonaqsevərliyim görünsün. O çəkilən zəhmət ondan ötrü deyil axı. O 

çəkilən  zəhmətlər  ondan  ötrüdür  ki,  mənim  Asif  Ataya  münasibə-

timin  nə  demək  olduğu  bəlli  olsun.  Hər  kəs  baxır  qibtə  eləyir. 

Ocaqçıların bir-birinə nə gözəl münasibəti var. Bəlkə də Ocaqçıların 

içində  hardasa  bir-birinə  qarşı  narazılıq  da  ola  bilir.  Ancaq  ümumi 

anlamda  Ocaqçıların  bir-birinə  yalnız  uca  münasibəti  var.  O  uca 

münasibət nəyə görədir? – Ataya görə, Atanın qarşısındayıq. O bizi 

tərbiyə  eləyir,  O  bizi  bir-birimizə  bağlayır.  O  bizi  sevdirir, 

doğmalaşdırır. Bu bir örnək olur, bir işığa çevrilir başqaları üçün. Biz 

həmin  tədbirdə  Atanı  insanlara  vermək  istəyirik.  Atanı  necə  verək? 

Atanı  o  mühiti  yaratmaqla  və  o  mühitdə  Atanın  işini,  yolunu  sun-

maqla.  Mənim  içimdə  yaranan  hal  odur  ki,  bu  gün  həmin  tədbirdə 

Atanı  filan  qədər  sayda  gələn  adamlara  hərtərəfli  verə  bildik.  Ən 

əsası  Asif  Atanı  verəndə  onların  ağlından  bəzi  ehkamları  da  sildik. 

Yəni  təkcə  elə  gərgin  söz  mühiti,  fikir  mühiti, de  eşit  mühiti  deyil. 

Burada  hesabat  getdi.  Görülən  işlərin  hesabatı  sunuldu.  Orada 

yanılmıramsa, Rafiq Turabxanoğlu idi deyən ki, mənim üçün sonuc 

var  burda.  Eyni  halda  orda  bədii  hissələr,  başqasının  da  özünü 

ifadəsinə  imkan  yaradırıq.  Mən  hətta  önərdim  ki,  ideoloji  söz  də 


 

273 


demək olar. Qoy o ideoloji söz deyən də bilsin ki, burda Asif Atanın 

basqısı  yoxdur.  Qoy  özünü  ifadə  eləsin.  Onsuz  da  kim  özünü  bəsit 

ifadə  eləsə  də,  qırağa  çıxsa  da,  bu  saat  biz  Ocaq  olaraq,  elə  möh-

kəmlənmişik ki, elə bir sistemə və gücə çevrilmişik ki, kim özünü nə 

cür  istəyir  ifadə  eləsin,  Ocağa  ziyan  verə  bilməyəcək.  Heç  kimi 

çaşdıra bilməyəcək Ocaqla bağlı. Çünkü artıq Ocaq bir sistem halına 

gəlib. Bax, bu, insanlarımızın ağlına da çatır, düşüncələrinə də çatır. 

Gedirsən  orda  “Beşikbaşı”  Törəni  keçirirsən,  bu  xalqın  gələnəyinin 

içinə girirsən, deyirsən o biri pisdir, bu yaxşıdır. Gedib xalqın ölüsü-

nə  ağlayırsan,  deyirsən  milli  gözlə  ağlamaq  gərəkdir,  ərəbcə  yox. 

Gedirsən görüş keçirirsən, deyirsən sənin içinə Ata gəlib, peyğəmbər 

gəlib.  Gedib  kitab  verirsən,  deyirsən  sənin  indiyə  qədər  öpüb  göz 

üstə qoyduğun kitablar sənin ruhuna yaramır. Sənin ruhunu böyüdən 

budur,  gətirmişəm.  Bunu  da  hamı  görür,  bütün  evlərə  gedir.  Bu 

boyda  ədəbiyyatlar  gedib  evlərə.  Bunlar  hamısı  soraq  verir,  bəli, 

dinlər, ölçü götürün. İnam gəlir. Siz gedəcəksiniz, İnam qalacaq. Bu 

odur. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun! Atamızın 



Bayrağını öpürəm. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin