Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Xəzan Ayının 24-ü
Atagün Elinə Ocaq səfərimiz oldu. “Atagün” və “Ulufərəh” Ailəsinin
birlikdə “Ailə Günü” törənini keçirdik. Atagünə səfər həm də ziyarət
anlamı daşıyır. Amal bağımız, Məbədimiz, eləcə də Ailə özü çox
böyük bir ab-hava yaradır, həm də çox nikbin baxış formalaşdırır –
bölgəmizdə o cür qəti işlərin olması.
Söhbətimi öncə Amaldaşlarımızın, dostlarımızın vurğuladığı
məsələlərlə bağlı qurmaq istəyirəm. Çünkü mən bu Ailədə hesabat
vermirəm, Atagün Ailəsində hesabat verirəm. Hər Ailə Günündə
hesabat vermək gərək də deyil. Mən Ocaq Yükümlüsü olaraq burda
söz deyirəm, uğurlama sözü də deyə bilərəm, yönətici söz də deyə
bilərəm.
Qardaşımız Ağşın bəyin iradını anlaşıqlı qarşılamaq doğrudur,
hiss olundu ki, İnamlı qardaşımıza toxundu. Məsələ nədədir, mən
sizə bir şey deyim ki, istər İnamlı olsun, istər başqa Amaldaşımız
olsun, burada və ya başqa törəndə onların səsi zəif çıxır. Mən də
doğru sayıram ki, zəif çıxmamalıdır səs.
Ancaq onların səsi zəif olsa da, işi ortaya çox bərk çıxır. Bunu da
mən işin içində olduğum üçün, bağlı olduğum üçün deyirəm.
İnamlıda oturuşmuş bir özündənkeçmə var. Ocağın bir sıra işləri
ondan keçdi. Onun yeriş fədakarlığı da var, işə yaramaq fədakarlığı
da var. Bu, Ocağın qurucu əməllərindən olduğu üçün qısaca vurğu
eləmək istəyirəm. Mən son, bu günümüzə bağlı çağları vurğulamaq
istəyirəm. İstər Asif Atanın 80 illik Törəni olsun, istərsə də İnam Evi
dərgisinin çapa hazırlanması. Bu işlərin hamısı özbaşına əmələ
gəlmir, ciddi xərclə əmələ gəlir. Asif Atanın 80 illiyinin əmələ gəl-
290
məsi filan qədər paraya başa gəldi. Bunu bir daha sizə deyirəm ki,
görün bu paranı kimlər ortaya qoyub?! – İnamlı kimi yetim, Göylü,
Güntay kimi yetim. Atanın 80 illiyinə 3 kitab basıldı. Musiqi, Haray-
ların kanonda ifası və s. bunlar hamısı əsaslı işlərdir ki, Ocaq
əməlləri onun üzərində yeriyir və qurulur.
Ağşın bəyin də fikri ilə razıyam ki, söz və səs ucadan gəlməlidir.
Fikir yetkinləşməlidir, qətiləşməlidir. Çıxışlar sərbəst olmalıdır, özü-
nü təkrarlar olmamalıdır. Bunlar doğrudur. Ancaq qayıdıb diqqətinizi
Atanın özüylədöyüş ideyasına yönəltmək istəyirəm. Mən bu çağa
kimi çox qorxa-qorxa Ocaqçılara irad bildirmişəm. Mən həm də
bunu haqq edib demişəm, niyə, çünkü Ocağın Yükümlüsü olduğum
üçün. Onlar yaxalarını verirlər mənə ki, yaxasından tutum, bacardı-
ğım qədər ayaqda saxlayım. Ocaqçıların özlərinə də deyirəm ki, bir-
birinizi tənqid etməyin. Nə qədər tənqidin təyinatı doğru olsa da,
yönü uğurlu olsa da, o, mütləq dəyir.
Hazır deyil insanlarımız, həm də, ümumiyyətlə, duyğuya dəyir.
Bu baxımdan Asif Ata deyir, özüylə döyüşmək gərək. Özüylədöyüş
o deməkdir ki, mən bütün varlığımla örnək oluram, həm özümə, həm
Amaldaşıma, həm də başqasına. Burada soru çıxa bilər, tutalım ki,
adam özüylə döyüşmür. Onda da Asif Ata deyir ki, bu məsələnin
ixtiyarını mənə verin.
Söz deyəndə də ehtiyatlı olun. Düşünün ki, o nə dərəcədə sənin
sözünü qarşılamağa hazırdır. Buna görə hər zaman vurğu elədiyimi
yenə də vurğu edirəm: doğmacasına xatırladıram ki, Ata doğru deyir.
291
Atanı eşidək. Ola bilər ki, Ağşın bəy bir az da qabağa gedərdi, o da
İnamlıya ciddi toxunardı. Diqqətli olmağımız gərəkdir. Tənqid Asif
Atanın Ocağında özünü doğrultmur. Bunu sizə ərk edib deyirəm.
Baxmayaraq ki, Aşğın bəyin Ocaqda ayrı-ayrı addımları var, bilirsi-
niz. Sözə söykəyi var və s. Ancaq İnamlı qayıdıb deyə bilərdi ki,
Ağşın bəy özü görükmür. Bu cavab verərdi, o deyərdi, bu deyərdi,
Ailə Günündə fikir, məqsəd qırağa çıxacaqdı. Bir sözlə, sözü deyən-
də fərqinə varmaq gərəkdir.
Bizim işimiz Azərbaycan uğrunda mübarizədir. Bugünkü tədbir
ondan ötrüdür ki, Azərbaycan uğrunda mübarizəmiz doğrulsun. Bura
ona görə gəlirik. Azərbaycan bizim özümlüyümüzdür. Azərbaycan
uğrunda döyüş, mübaruzə özümlük uğrunda döyüş, mübarizədir.
Bundan ötrü gərək içini yaradasan, gücünü yaradasan, mənəviyyatını
yaradasan. Mənəviyyatı olmayan adam döyüş aparmır. Mənəviyyatı
olmayan adam başqa şey uğrunda döyüşür, Azərbaycan uğrunda
döyüşmür. Hakimiyət uğrunda döyüşənlər ordusu var. Hakimiyət
uğrunda döyüşənlər ordusu elə bir fon yaradıb ki, Azərbaycan toplu-
mu üçün də sanki onların döyüşü hər şeydir. Hər şey ordan keçir
sanki. Siyasi anlam daşıyır. Deyir ki, onlar dövlətin başına gələr,
yeni bir quruluş yaradar, yeni rejim yaradar, ayrı bir yaşayış aşaması
başlaya bilər. Ona görə hər şey sayırlar. Ancaq nə yazıqlar ki,
hakimiyət uğrunda döyüşənlər, dediyim kimi, özləri ilə döyüşmür.
Öz millətinin tarixini bilmir, dəyərini bilmir. Ona görə də sizin hər
biriniz hansısa bir idarənin qapısını döyürsünüz, haqqınızı istəyir-
siniz, haqqınızı ödəməyəndə deyir, get hara istəyirsən şikayət elə.
Özüylədöyüşən adam, özünü quran adam bu ifadəni işlədərmi? Necə
yəni hara istəyirsən şikayət elə. Mən sənin üstünə gəlmişəm. Dövlət
sənə bu görəvi verib ki, mən sənin üstünə şikayətə gəlim. Sən məni
hara göndərirsən? Mənim dərdimi sən həll eləməlisən axı. Bunların
hamısı ona görədir ki, özümlüyü tapmayıblar. Ona görə də onların
ağlına girmir Azərbaycan nə deməkdir.
Bu gün iki cəbhə var, istər iqtidar, istər müxalifət cəbhəsi. Eyni
şeyi görürük. Biz burdan iqtidarı suçlayırıq ki, niyə sən sənə alter-
nativ olan qüvvəni içəridən dağıdırsan, məhv edirsən, çökdürürsən,
tutuqlayırsan, qınayırıq. İttiham edirik, üstünə gedirik. Ancaq niyə
mənim içimə iqtidarın əli çatmalıdır, birliyimi qıra bilməlidir. Əgər
bir qurumun başında duran adamlar, idarə heyəti əgər sağlam qüvvə-
lərdən oluşarsa, vətənini, millətini sevən və anlayan, dərk eləyən,
292
onun tarixini bilən, heç bir anlamda satılmayan, satmayan bir qüvvə
formalaşarsa, necə ola bilər onun içini iqtidar və ya başqası dağıda
bilsin. Mümkün deyil. İçin yoxdur dağılır da. İçin yoxdur, ona görə
iqtidarın əli asanlıqla girir sənin içinə. İçin olmalıdır. Yalandan
ağlamaqla deyil. Onunla kim məşğul olacaq?
Baxın, bu Ailə Günü, 10 nəfərin qatıldığı bir Ailə Günü. Üzdən
baxarsan, fikirləşərsən, bununla nə iş düzələcək ki?! Hansı yaralar
sağalacaq ki?! Mən onu doğru saymamışam, bu gün də doğru say-
mıram. Bugünkü toplantı böyük gedişlərin qurulmasıdır. Burada səs
zəif çıxa bilər. Çıxmamalıdır ha, ancaq bu böyük gedişlərin sinte-
zidir. Ciddi əməllərin sintezidir. İndi neyləyim, o əməlləri Ocaqçı
ifadə edə bilmir. Gördüyü işləri ifadə edə bilmir. Onun anlamını aça
bilmir. İfadə eləmək o demək deyil ki, “mən”, “mən” deyə sadalasın.
O anlamda demirəm. O işlərin anlamı ortaya gəlməlidir. Nə baş
verdi? Bu ciddi bir sorudur. Bunun cavabı ortaya gəlməlidir.
İnamlı deyir ki, mən özümü xalqyaratma əməlində görmürəm.
Xalqyaratma əməli yalnız gedib görüş keçirməkdi?! Bu, işin çox az
bir cəhətidir. Xalqyaratma əməli Asif Atanın qoyduğu – Amallaşma,
Kamilləşmə, Xalqlaşma hesabatı ilə böyümək, ciddi işlərə girişmək –
budur xalqyaratma əməli. Mən deyirəm ki, heç bir təşkilat, qurum
xalqının dəyərlərini öyrənmir, tarixini bilmir, özüylə də uğraşmır.
Amallaşarsan, Atadan öyrənərsən, tarixdən öyrənərsən, Azərbayca-
nın qədimliyindən öyrənərsən, özündən öyrənərsən, dühalardan öyrə-
nərsən. Nəyi öyrənərsən? Millət olmağın yönünü, vətəni sevməyin
yönünü, insan olmağın anlamını öyrənərsən. Kamilləşmə nədir –
özünü yaratma. İçindəki balaca səslərin hamısını boğmaq gərək. Bu
da olur başqa bir bağ.
Sonra da xalqlaşma. Bildiyin böyük halları xalqın diqqətinə sun-
maq. Qulağına doldurmaq, ürəyinə doldurmaq. O bilmir, özü də məş-
ğul olmur. Sən deyirsən, öyrətmənlik edirsən. Ona görə xalqyaratma
budur elə. Ailə də odur. Öyrənirəm, düşünürəm, dərk edirəm, yazı-
ram, yetkinləşirəm, içəridən dəyişirəm, kamilləşirəm. Xalqın içində
haraylayıram. Xalqyaratma budur. Ona görə siyasətdə xalqyaratma
baş tutmur. Nəinki xalqyaratma, hakimiyəti yaratma da baş tutmur.
Hakimiyət xalqa qulluq deməkdir, insana qulluq deməkdir.
Bizim bu dediklərimiz, elə sizlərin də tək-təkinizin dediyiniz və
vurğu elədiyiniz kimi, İnamın Evində baş tutur. Zəif olur, güclü olur,
fərq etməz, ancaq İnamın Evində baş tutur. Allahın evində bu, baş
293
tutmur. Allahın evi məsciddir, kilsədir. Allahın evində Elçin bəyin
dediyi qaraköynəkləri qırmızı qana boyayırlar. Tək bu gün yox, ilin
bütün aylarında. Orada insana kiçikliyini öyrədirlər. Burada isə
insana böyüklük öyrədirlər. Yerlə göy qədər fərq var. Allahın evi ilə
İnamın evi – anlamda da, biçimdə də, qüdrətdə də yerlə göy fərqidir.
Sayda isə tərsinə, Allahın evi çoxdur, İnamın evi azdır. Az olduğuna
görə deyil, anlamına görə qüdrətlidir. Allahın evində Allah insanları
hədələməklə məşğuldur. Asif Ata insanlara sevgi öyrədir, yeriş öyrə-
dir, ucalma öyrədir yarpaq-yarpaq. Görün nə qədər böyük qətiyyət
gərəkdir.
Mən hər kəsi anlayıram, ancaq qəbul eləmirəm. Nəyi anlayıram?!
– Dolanışıq çətindir, gediş çətindir, o çətindir, bu çətindir, anlayıram,
ancaq qəbul eləmirəm, haqq vermirəm ona, ətalət yaransın. Asan nə
var ki? Hansı çağda asan olub ki? Biz təkcə ruhsal asılılığın 1500 illi-
yini yaşamırıq. Biz Zərdüştdən sonrakı bütün çağların ruhsal asılılı-
ğını yaşayırıq. Görürsünüzmü, nə qədər çətindir? Gəlin anladın
görüm necə anladacaqsınız. 5 kişiyə deyirsən, səndə ağıl görürəm,
gəl Asif Atanı eşit. Deyir, mən Tanrıçılığı eşidirəm. Tanrıçılıq nə
deməkdir? Tanrı var? Tanrı yoxdur. Sistemi yoxdur, etkisi yoxdur,
anlamı yoxdur, anlayışı yoxdur. Bilirsən, de görüm. Bilmirlər. Biri
də deyir mən yalana inanmıram, xurafata inanmıram, mən ateistəm.
Biri də deyir şiəyəm. Biri deyir ələviyəm. Mən də deyirəm Asifçi-
yəm, hər biriniz də ortaya ideya qoyun. Ağlınız olsun, tutuşdurun,
analiz eləyin. Bu çətinliyin içində yol, işıq nədir, necədir, nəyə
bağlıdır? Mən topluma əgər bəyan edirəm, deyirəmsə sənin özgürlü-
yünə yol mənim ürəyimdən keçir, gərək o ürəyi qutsallaşdırım.
Mənim ürəyimdən, beynimdən keçir sənin yolun. Araşdırın, görün
yoldurmu, uçurumdurmu? Beyin nəylə yüklüdür? Ürək nəylə yüklü-
dür? Cəfəngiyyatlamı yüklüdür, arı-duru ideya iləmi yüklüdür? Nə
salqılıyırsan, nə qoyursan ortaya? Özüylədöyüş dediyimiz, kamilləş-
mə dediyimiz əməl budur. Ürəyindən keçən yola çağırırsan insanları.
Asif Ata bizi ora çağırır. Asif Ata deyir, sizin yolunuz mənim
ürəyimdən keçir, o ürək ki, o ürəkdə Mütləqə İnam adlı ideya yara-
nıb, doğulub. O ürək ki, o ürəkdə özüylədöyüş əsasında yetirilən
kamil insan doğulub. O ürək ki, orda özgür, bağımsız vətən böyük-
lüyü doğulub. O ürək ki, o ürəkdə xalqın yönü (qibləsi) formalaşıb.
O ürək ki, o, bəşər səviyyəsini haraylayır. Ordan keçir. Mən olduqca
nikbinəm. Ancaq Elçin bəyin fikrini çox yaxşı anlayıram. Niyə
294
anlayıram və niyə nikbinəm? Nikbinəm ona görə ki, əsaslı mübari-
zənin peşindəyəm. Bu mübarizə ilə özümü aldatmıram ki, sabah, o
biri gün hər şey həll olacaq. Bilirəm ki, mənim mübarizəm 10 illər
sürəcək. Elçin bəyi də ona görə anlayıram ki, biz həm də bu gün bir
dövlətik, bir xalqıq. Bugünümüzdə faciələr, fəlakətlər yaşayırıq. Onu
anlayıram. Bizim Azərbaycan olaraq çox dərin, əsaslı potensiyamız
var. Bunu mən öyrənmişəm. Min ildir bizi tarix səhnəsindən çıxar-
mağa çalışırlar. Alınmır. 200 ildir bir xalqın içində, Güney Azərbay-
canda, ən dəhşətli, faciəli bir şəkildə assimilyasiya prosesi gedir.
Ancaq onun ruhu hələ ölməyib, dili hələ ölməyib, onun vətən nisgili,
sevgisi hələ ölməyib. Ona görə mübarizə aparmaq gərəkdir. Deməli,
bu cür ki, möhtəşəm, nəhəng potensiya var, bu potensyanı üzə çıxar-
maq, qurmaq gərəkdir kərpic-kərpic. Asan deyil. Latını və latın kimi,
başqalarını da tarix səhnədən çıxarıb. Bizə bəlli olan odur. Ancaq
mən bilmirəm ki, latının üzərində konkret hansı proseslər gedib.
Bilsəydim nə yaxşı. Ancaq çağımdadır, gözümlə görürəm, bizim
üzərimizdə gedən assimilyasiya bəşər həyatının üzərində gedən assi-
milyasiyaların ən dəhşətlisidir. Ona görə mən xalqımızı bəzən qına-
yıram, həm də düşünürəm. Qınayıram ona görə ki, passionar xalq
olsa da, bir az aktivliyini itirib. Ancaq düşünürəm ki, bunun mənliyi,
ruhsal varlığı dilim-dilim doğranıb. Amaldaşlarım da bəzən, konkret
dil məsələsilə bağlı, deyirlər ki, sənin dilin qabaqlar daha yaxşı idi.
Hansı ki, mən türkcələşdimişəm dilimi. Qabaqlar daha çox ərəb-fars
sözləri ilə qarışmış dildə deyirdim, ona görə yaxşı idi? Bu mənim
amaldaşımdır. Təsəvvür edin durumumuzu.
Hansı həddə, səviyyədə qınanılasıdır, hansı həddə qınanılası
deyil. Ərəb-fars sözləri dilimizə dolub. Düşüncəmizin yönünü o
müəyyənləşdirir. Söz. Söz bizim içimizin şəklini çəkir. Çox pis çəkir
ancaq. Hər şeyi də o cür qorxulu şəkildə üzə çıxardır.
Bizim, Ocaq olaraq, çalışmalarımız, zəhmətlərimiz olduqca dərin
və genişdir. Ancaq yenidən qayıdıram ki, Ocaqçı harayının yaran-
ması, düşüncəsinin yaranması mənim arzuladığım səviyyədə deyil,
hesab edirəm ki, çox yüksəlməlidir.
Ayaz Şıxalıoğlu: Mənim ən axırıncı sığındığım söz olub. O söz
ki, o bizim milli varlığımızı, insanlığımızı müəyyən eləyib. Mənim
yazdığım şeir də dərdimizi həll eləmir. Mən özüm də istəyirəm ki,
əlimi, qolumu bağlayan nədir, bilim, bir görüş təşkil edə bilmə-
295
rəmmi? Qoy mən yazdığım şeiri orda deyim. Onda onun təsir səviy-
yəsi daha böyük olar. Babəklə bağlı şeir yazmışam, burda deyirəm.
Burdakılar məni tanıyır. Burda demək azdır mənə. Bunu mən niyə
təşkil edə bilmirəm. Soylunu da çağırım deyim ki, bunu da mən
hazırlamışam. Siz danışın, mən də o şeiri orda deyim, bu, rezonansı
artırsın. Hesab elə, 10 adam bu gün məscidə gedirdisə, heç olmasa
biri tərəddüd eləyib dayansın, mən ora niyə gedirəm ki. Mən ora
getməməliyəm. Bu yönə getməliyəm.
Soylu Atalı: Yenə qayıdıram özüylədöyüş məsələsinə. Mən bu
qədər vaxtda ikimizin arasında ummuşam da, söz də demişəm,
ərkimi də demişəm, ancaq özəl olaraq bir dəfə mən sənin yaxandan
tutub silkələməmişəm. Sən özün silkələ demişəm özünü. Mən silkə-
ləməklə alınmır.
Hüsaməddin bəy: Mən nurçuların içində işləyirəm. Onların da
imam evləri var. Orda tədbirləri olur. Çox qatılmışam. İbadət eləyir-
lər, ondan sonra “Quran”ı oxumağa başlayırlar. Orada heç kəsin
Qurana nə fikir bildirməyə ixtiyarı var, nə də müzakirə edə bilərsən,
nə sorğu verə bilərsən. Allahın kəlamı oxunur, yorucu şəkildə sən də
dinləyirsən. Ancaq ilk dəfədir Ocaqçıların “Ailə Günü” tədbiri-
nə qatılıram. Fərq çox böyükdür, çünkü burada fəlsəfi, tarixi yanaş-
ma var, fikir bildirmə var. Asif Atanın fikirlərinə az-çox bələdəm.
Hesab edirəm, nəinki Türk Dünyasında, bəşəriyyətin dünyagörü-
şündə inqilab edə biləcək bir ideyası var. Ağşın bəyin fikrinə də
qatılıram ki, yeməyi nə qədər gözəl bişirsən də, təqdimat gözəl olma-
yanda o yemək adama ləzzət vermir. Bəzən hesab edirəm ki, böyük
orduların görə bilmədiyi işi xüsusi təyinatlı bir dəstə həyata keçirə
bilir. Bilirəm ki, həqiqətən də Ocaqçıların yükü böyükdür. Tək
Azərbaycan üçün yox, bəşəriyyət üçün bu ideyaları göstərmək,
öyrədə-öyrədə öyrənmək və çatdırmaq asan iş deyil. O da ola, onun
maliyyə dəstəyi olmasın.
Mən bunu sosial şəbəkələrdə də görürəm. Çünkü bəzən insana bir
fikir çatdıranda dini dünyagörüşdən uzaqlaşdırır. Güney Azərbaycan-
da assimilyasiya gedir 200 ildir, bunun sırf səbəbi dindir. İslamın
etkisiylə nəinki Güney Azərbaycan, bütün Şərq inildəyir. Geriliyi-
mizin tək səbəbidir. Ən əsas mübarizəmiz də siyasi dünyagörüşlə
yox, dini dünyagörüşlə olmalıdır. Bunu da hər birimiz fərd şəklində
296
eləməliyik. Çünkü aydın dediyimiz, intellekti olan bir kəs idrakının,
məntiqinin sözünə qulaq asıb onu eləməlidir.
Fikirləriniz böyük fikirlərdir. Ancaq Asif Atanın bəzi sözləri var
ki, mənə tam çatmr. Quranda bizim sorğulamağa imkanımız yoxdur.
Mənim kimi adamlar soru verir, söhbət yoxdur. (Mən heç bir dini
tanımıram, çox kəskin mövqeyim var dinə qarşı)… Asif Ata deyir ki,
Adamlıqdan İnsanlığa, kamilləşməyə gedən bir yol. Mənə bir şey
çatmır ki, adam və insan sözləri ərəb sözləridir, bunların anlamını
Asif Ata açıbdırmı? Adam deyəndə daha aşağı bir səviyyəni nəzərdə
tutur, İnsan deyəndə kamilləşmiş bir səviyyəni nəzərdə tutur. O
sözlərin mahiyyəti açılıbmı, Ocaqçılar yəqin ki, bilirlər. Belə görüş-
lərdə, ya da başqa görüşlərdə mənim kimi adamlar üçün bəzi fikir-
lərin mahiyyəti açılmalıdır.
Başqa bir soru, Mütləqə İnam nədir, mən hələ dərk edə bilmirəm.
Bilirik ki, Ocaqçıların fikirləri nə ateist fikirdir, nə də dindarların
fikirləri deyil. Ancaq ruhani bir dünyagörüşdür. Mütləqə İnam nədir?
Bəlkə də İlham qardaşımızın, ya mənim Ocaqçı olmamağımızın
səbəbi o mahiyyəti dərk edə bilməməyimizdir. Dəqiq bilmirik. Nə
demək istəyir Asif Ata? O, Allaha İnam kimidirmi?
Soylu Atalı: Çox sağ olun sorğunuza görə. Mütləqə İnam ciddi
sistemdir. Asif Atanın kitablarının içinə girib onu anlamaq çətin ola
bilər, başa düşürəm. Ancaq bəri başdan ərk edib sizə deyirəm ki, Asif
Atanın kitabını anlamamaq səbəb ola bilməz Asif Atanın Ocağına
gəlməməyə. Onu doğru saymıram. Çünkü inam məsələsi başlıca şərt-
dir. Birinci inamdan başlayır hər şey. İnsanın eşitdiyi, gördüyü
nəsnələr var. O nəsnələr onda umud yaradır. Məsələn, mən elə bir
inamla gəlib Asif Atanı tapmışam, heç bilmirdim ki, o nə istəyir.
Mən Asif Atanın Ocağının içində öyrəndim İnam nə deməkdir. Çox
adam deyir ki, mən özümü Ocağa hazır bilmirəm, kamil deyiləm,
filan. Qıraqda heç kim kamilləşib Ocağa gəlmir ki. Ocağa gəlib
kamilləşir. Yəni Ocağa qədər də hər hansı bir təriqətin qalxınması,
gəlişməsi elə olub. İnsan gəlir və müəyyən bir sorumluluq daşıyır, o
sorumluluğun etkisi altında fikri dəyişir, yanaşması dəyişir, içi
dəyişir, mənəviyyatı qurulur və i.a.
Yoxsa qıraqda öz evimizin içində məişətimizlə uğraşarıqsa, ayda
bir dəfə Asif Atanın Ocağı kimi, ya da Asif Atanın Ocağından öncəki
çağların olayları yadımıza düşüb ayda, üç ayda bir dəfə gəlib onun
297
tədbirinə qatılarıqsa, əlbəttə, bu, bizim içimizdə doğru bir yön forma-
laşdıra bilməz.
Bu əngəli doğru saymıram, ona görə deyirəm. O ki qaldı İnamın
özünün yönü. Tutuşdurma aparmaq gərəkdir. Mən müyyən tezislər
deyəcəm, sizə öz kitabımı da bağışlayacam. Onu oxuyarkən adam
düşünmək olanağı tapır. Əslində Mütləqə İnam Asif Atanın elə
birdən-birə ağlına gəlib ki, belə bir şey yaratsın, belə bir şey olmayıb.
Asif Ata çox ciddi çalışıb ki, dövlətçilik məsələsində doğru yol tap-
sın, necə eləmək olar ki, insanların ağlına gələn qanunlar onların öz
içinə işləsin. Bunu necə eləmək olar? Axı bu dövlət yaxşı qanunlar
qəbul edir bəzən. Ancaq bu qanunlar işləmir. Bu və buna bənzər
axtarışlar olub içində. Düşünüb ki, hakimiyətə gəlib yeni bir sistem,
yeni br dövlət quruluşu yaradaq. Ancaq sonradan bu sorun qarşısında
qalıb ki, milli dövləti kiminlə yaradım. 70-ci illərdə onun başına top-
laşan ayrı-ayrı adamlar bir dəfə DTK-nın işçiləri ayağını yerə döyən
kimi hamısı dağılışıb qaçdı. Hamısı özünü güvənsizlikdə gördü.
Hamısı özünü təhlükənin ağzında gördü və heç kim o təhlükənin
ağzının içində millət üçün çalışmaq istəmədi. Gələcək üçün çalışmaq
istəmədi, özgür olmaq istəmədi. Asif Ata ona görə dedi: düşündük,
daşındıq, Ocaqlaşmaq yolu tutduq. İndi gərək insan dəyişsin, insan
yetişsin, yetişən insanla dövlət qurmaq olar, millət yaratmaq olar,
gələcəyə addım götürmək olar. Yoxsa sürüylə, kütləylə belə bir
addım atmaq mümkün deyil. Adam özü deyib özü eşidəcək. Bu
baxımdan o belə düşüncələr içində gəlib ora çıxdı ki, yeni dünyagö-
rüşü yaratmaq gərəkdir. Ancaq bu dünyagörüşü də yaratmaq asan
deyil. Rüşeym şəklində ayrı-ayrı tezislər var idi. Öz üzərində işlədi,
dünyanın üzərində işlədi, tarixin üzərində işlədi, mifologiyanın
üzərində işlədi illərlə. 52-ci ildən 79-cu ilə qədər işlədi. 27 ilin sonu-
cu kimi Mütləqə İnam dünyagörüşü ortaya çıxıb.
Qayıdıram Mütləqə İnam ideyasının özünün açımına. Bunu bir az
da aydın olsun deyə tutuşdurmalarla deyəcəm. Əslində hər bir dini
dünyabaxış, ya da filosoflar tarixdə çox çeşidli axtarışlar ediblər. Bir-
birinə doğma olasalar da, hardasa, bir-birindən fərqlənən ölçülər
qoydular. Konkret bəşər həyatının keçdiyi yolda dediklərimiz özünü
göstəribdir. Öncələr bilirsiniz ki, ibtidai inanclar olub. Göyel
(Səmavi) dinlərə qədər olan müxtəlif inanclar olubdur. Bu inancların
hamısında da fərqli nəsnələr olub. Bir-birindən bəzi nəsnələri ilə
ayrı, həm də bir-birinə bənzər. Bunun, bilirsiniz ki, ən qədim forması
298
animizmdir. Animizmdə başlayıblar hər şeydə ruh axtarmağa, hər
şeydə ilahi qüvvə axtarmağa, özünün bacarmadığı, anlamadığı,
şüuruna yetmədiyi bir şeylər axtarıb insan. Ona da cavablar tapa bil-
məyib, həm də bir az kor qalıb. Göyel dinlərə gəlib çıxana qədər,
baxmayaraq ki, göyel dinlərə qədər Zərdüştçülük olub, Buddizm
olub, bunlar daha ciddi ideyalarla ortaya çıxıblar. Bəşər həyatında bu
gün üç semit dininin çox etkisi olduğuna görə bunların üzərində daha
çox vurğu eləmək zorunda qalırıq. Bu dinlərin də axtarışı dünya
nədir, niyədir sorğularına cavab olub. Bu sorğulara doğru cavab
tapmayıblar. Deyiblər ki, Allahın işinə qarışmaq olmaz. O insan ağlı-
nın gücü dışındadır. İnsan ağlının gücü ora girmir. Əslində buna
gətirdi. Dinlər deyir Allahın işinə qarışma, sən onun sirrinə vaqif ola
bilməzsən. Asif Ata deyir ki, Allahın işinə qarış. Çünkü sən Allahın
işinə qarışmadıqca, dünya əyrisindən düzəlməyəcək. Allah deyə o
məfhumun sirri nədir – qutsallıq, gözəllik, nizam, ahəng, uyum, bun-
lardır. Bunu da sən anlamasan, yaratmasan, bilməsən onda dünya
necə var, ona da bərabər qalacaq. Sadəcə toplumsal (ictimai) quru-
luşlar bir-bir dəyişəcək, ancaq böyük anlamda insanla bağlı, insanın
dünyaya münasibəti ilə bağlı hansısa bir dəyişiklik baş verməyəcək.
Ona görə Asif Ata deyir, Allahın işinə qarış. Allahın işini biz dinlərin
dediyi xurafat anlamında götürmürük. Dində Allah adamabənzər bir
qüvvədir, onun qurduğu var, yaratdığı var, hökm elədiyi var, göstə-
rişi var, ağız-burun əyməyi var. Bunu da ən yaxşı halda, bəsirət
gözüylə də görmək insana xas deyil. İnsan ona qadir deyil.
Allah anlamı – varlığa münasibət məsələsidir. Antologiya deyir-
lər. Allahı necə verəcəksənsə, necə sunacaqsansa, insanın baxışı o
cür də əyilə-əyilə, ya da qurula-qurula gedəcək. Ya Allahı ümum-
bəşər anlamında doğru bəyan eləməlisən, sunmalısan insana, insan-
lığa. Ya da zor göstərməli deyilsən. Məhəmməd bizə göstərdiyi zor
kimi. Niyə zor göstərməli deyilsən? Bu Allah deyilən bir anlamın
insanda yaratdığı hal var. Mən bu Allah anlamına üz tutub ona ibadət
edirəm, ona dua edirəm. Bu duanı mən necə edirəm? Mənə Allahın
obrazı necə qayıdır? O obrazın xarakterinə uyğun ibadət gedir insan-
da. İnsana verilən Allah obrazı necədirsə, onun xarakteri də, duaları
da ona uyğundur. Baxın, İslamda bu adamabənzər qüvvəyə mən
ibadət eləyəndə, dua eləyəndə Allah obrazı necə canlanır?! Cəhən-
nəmli, cənnətli, hürülü-pərili, hökm edən, qəsd edən, qorxudan-filan
edən bir Allah obrazı. Mən ibadət edəndə o obraza edirəm, o canlanır
299
mənim şüurumda. O mənim şüurumda oturub taleyimi bəlli eləyir,
yönəldir məni. Mən də o ibadətdə milli kimliymi tapmıram. Mən
ərəb kinindən qaynaqlanan bir obraza üz tuturam, ona dua edirəm.
Ərəbin mənim ağlımda yaratdığı, “emanasiya yoluyla”, fəlsəfi dillə
desək, mənim özümə qayıdır. Özümə ərəb xarakteri ilə qayıdır. O
gəlib məni mütiləşdirir. Türk kimliyi ilə qayıtmır. Mən o Allaha türk
kimliyinin xarakterini verməmişəm axı. Mənim türk millətimin
insanının xarakteri o Allahda öz işığını tapa bilmir.
Axı insan içində Allah gəzdirir, hürufilərin təbirincə desək. İnsa-
nın içində Allah var. İnsanlıq Allahın bir cəhətidir. Onu mən içimdə
daşıyıram. İçimdə daşıdığımdan da mən o ümumiləşmiş obraza key-
fiyyət verməliydim axı. Ki mən ona ibadət edəndə, dua edəndə
həmin keyfiyyətlər mənim özümə qayıdıb içimi bərkitməliydi, tərbi-
yə eləməliydi, milli kimliyimə bağlamalıydı məni. Bağlamır. Çünkü
türk ona heç nə verməyib. Türkün tanrısı vardı. Tanrıçılıqda təcəlla
tapmışdı türkün özünəxas keyfiyyətləti, xarakterləri. O, tanrıya dua
edəndə tanrıdan ona az və ya çox mənada gərəkən bir anlam, belə
deyək, qayıdıb onun ruhuna qida verə bilirdi. Onun sevincini, fərəhi-
ni cilalayırdı. Allahçılıq gəlib Tanrıçılığı içimizdən çıxartdı, ləğv
elədi. Onun yerinə özünü sırıdı. O Allah ki, o Allahda biz Allah tapa
bilmirk. O Allahda da qatil görürük, cəllad görürük, cənnət-cəhən-
nəm görürük, şəhvət görürük, – “Ya peyğəmbər, səninlə hicrət etmiş
filankəsləri sənə halal buyururuq”. Bunu görürəm mən. Belə Allah
obrazı olmaz axı. Ona dua edəndə nə gəlir içimə? Bu və ya o birilər.
Fərq eləməz.
Bunlar hamısı feodalizm qanunlarının ortaya gətirdiyi düşüncələr-
dir, ayələrdir. Asif Ata deyir ki, Allah obrazını elə canlandırmalısan
ki, elə təqdim eləməlisən ki, hər bir bəşər övladı onda özünü görə
bilsin. Allahı görə bilsin. Mən niyə Ağşın bəyi sevirəm, İnamlını
sevirəm, məsələn. Çünkü onda özümü görürəm. Özüməxas ayrı,
gözəl, yüksək keyfiyyətləri onda görürəm, doğmalaşıram ona. Yox-
sa, özümə əks nəsnələr görürəmsə, necə doğmalaşaram ona. İndi mən
Allahda özümü görməliyəm. Nə görməliyəm? Yenilməz bir qüdrət,
özünə sığmayan, kükrəyən, yeri-göyü titrədən hikmət yiyəsi, mənə-
viyyat yiyəsi, iradə yiyəsi. Onu görəndə nə baş verir? – Dünyaya
münasibətim dəyişir; Həyata münasibətim dəyişir; Vətənə müna-
sibətim dəyişir; Millətə, insana münasibətim dəyişir; Körpəyə, zəlilə,
səfilə münasibətim dəyişir. Hamısı əsilləşir. Mən Allaha duadan
300
içimdə əsillik tapmalıyam. Ancaq dua eləyən deyir, mən cənnətə
gedib hürü-pərilərlə kef edəcəm. Ona görə namaz qılır, ona görə
ibadət edir. Buna görə Allah məfhumu öz keyfiyyətini itirir.
Allah anlamını Asif Ata aradan qaldırmadı. Ateistlərə dedi ki, siz
Allah anlamını aradan qaldıra bilməzsiniz. Çünkü Allah anlamı
mücərrəd deyil, cəfəngiyyat deyil, insanın içində, dünyanın maya-
sındadır. Ona yanaşmanı doğru qurmaq gərəkdir. Onu tanımaq gərək,
onu sevmək gərək, o qüdrəti və onu özündə görmək gərək. Mütləq –
insanda, dünyada, həyatda yüksək bir qüdrətdir, uyumdur, bir nizam-
dır. Bizim İnsanlıq deyə daşıdığımız məna Allah anlamına, əslində
Mütləqə aiddir. Mütləq – insanlıqdır. İnsan cılız ola bilir, kiçilə bilir,
insanlıq, mahiyyət heç vaxt dəyişilmir, kiçilmir, ölmür, itmir. İnsan-
lıq Əzəlidir, Əbədidir. İnsan dünyaya ona görə gəlib ki, öz mahiyyə-
tinə qovuşsun. Onunla bir olsun, dünyaya nizam gətirsin.
Düzdür, bu fəlsəfi açımı vermirdilər, ancaq Hürufilər ona görə
deyirdilər ki, insan Allahdır. Nəiminin aşamaları o idi. Peyğəmbərlik
aşaması, imamlıq aşaması, Allahlıq aşaması. Allahlıq aşaması insan-
dan başlayır. O da mənəm. Həqq mənəm, həqq məndədir, ona görə
deyirdi. Bunu da təkcə Fəzlullah Nəimiyə aid eləmirdilər. Bütövlük-
də insanlığa aid idi. Seçilmişlərə, seçkinlərə yox, insana.
Çatmaq üçün də Asif Ata deyir özünlə döyüş, içindəki cılızlığı,
keçiciliyi, əksikliyi öldür, onda ömrün mənaya bərabər olacaq. Onda
başlayır hər şey. İşıqlı üfüqlər onda açılır. Onda sən qanad çalırsan.
Onda yaradıcılıq başlayır, onda vətən başlayır, hamısı o nöqtədən
başlayır.
Mütləq – həyatlıq deməkdir. Həyat ötəridir, keçicidir əlamətlə-
riylə, filanla. Ancaq Həyatlıq – ondan artıq olan mənadır. Məsələn,
Ata deyir – bir var ana, bir də var analıq. Ana gördüyümüz hər bir
qadındır. Analıq isə onun özündə daşıdığı ilahi keyfiyyətdir ki, bala-
ya onu həsr edir. Yas törənlərində dönə-dönə vurğu edirəm (özü heç
dərk eləmir, mahiyyətindən gəlir), ana bizə layla çalır, bizim içimizə,
alt yapımıza millilik yeridir. Dilin gözəlliyini, doğmalığını saxlayır.
Ona görə deyirik ki, o bizim ana dilimizdir, qutsaldır. Ərəb mənim
layla dilimi öldürdü. Ərəb Allahla öldürdü layla dilimi. Allah öldür-
məli deyildi, Allah diriltməliydi. Ona görə də mən deyirəm: Asif Ata
bəşəri peyğəmbərdir, Məhəmməd bəşəri peyğəmbər deyil. Məhəm-
məd milləti öldürür, çünkü insanı öldürür. Kölə, müti, bəndə insan-
dan kamil, yetkin millət yarana bilməz. Milləti öldürürsən, necə sən
301
mənim peyğəmbərimsən. Məni necə inkişaf elətdirə bilərsən, necə
mən tərəqqiyə qədəm qoya bilərəm. Sən mənim milli kimliyimi
öldürürsən. Sən məni ümmət adlı bir sürüyə çevirirsən. Üzü bəlli
olmayan, düşüncəsi bəlli olmayan heyvanat aləminin sakininə çevi-
rirsən. Necə sən bəşərisən?! – Bəşəri deyilsən.
Asif Ata isə deyir ki, bəşər millətdən başlayır. Hər bir millət özü
qutsaldır, hər bir millət özü dəyərdir. Öz içindəki keyfiyyətlərlə
aşkarlanmalı, qurulmalı, özünə uyğarlıq (mədəniyyət) yaratmalıdır.
Millət özünə bənzədikcə, öz içindəki yüksək, gözəl xüsusiyyətləri
aşkarladıqca, ortaya çıxartdıqca bəşər səviyyəsinə qalxır. Xalqların
hər biri bu səviyyəyə ucalarsa, içindəki kimliyin əsilliyi ilə, böyük-
lüyü ilə Birlik əmələ gətirir, olur bəşər. Burdakı insanlar heç biri bir-
birinə bərabər deyil, hərəsinin içində bir gözəllik var. Burdakı
doğmalığı o gözəlliklərin birliyi yaradır. Bəşəri olan odur. Bəşərilik
– bu birliklərin yüksək formasıdır…
Mütləq – dünyada Dünyalıq adlanır. Biz Dünyalıq deyəndə təkcə
planetimizi götürmürük, əlbəttə. Dünyanı böyük anlamda götürürük,
kainatı içinə alır. Kainatın içsəl qüdrətidir, insanlıq ahəngidir. O qüd-
rət təcəlla tapır, oluşur. O qüdrət bənna deyil, usta deyil, əliylə götü-
rüb kərpic-kərpic tikmir, yaratmır 6 gündə öncə bu planeti, sonra o
biri planeti. Belə bir nağıl yoxdur. Belə bir cəfəngiyyata inanmaq
olmaz.
Ən əsası Asif Atanın fəlsəfəsinin əsasında bu durur: Dünya məna-
ca Əzəlidir. Bütün dinlər deyir ki, Allah onu bir baxışla yaratdı. Bir
kəs soruşmur ki, yoxluqdan varlıq necə yarandı bəs? Yoxdan da var
yaranarmı? Onu soruşan yoxdur. Asif Ata deyir dünyanın olmayan
vaxtı olmayıb. Dünyada dəyişikliklər gedir, kainatda dəyişikliklər
gedir. Planetin biri dağıla bilər içindən. Bu, kainatın dağılması anla-
mına gəlmir. Qravitasiya sabiti deyilən bir şey var. Bərpa edəcək
özünü. Başqa bir ulduz yaranacaq, ya da bizim planetimizi götürün.
Bizim planetimizdə bu qədər katastroflar əmələ gəlir. İnsan ölür,
ağac quruyur, çay soğulur, daşqın əmələ gəlir, yeni çay əmələ gəlir,
biri dağılır, o biri əmələ gəlir. Bu dəyişir, bu dağ burda var idi, indi
yoxdur. Ancaq bütövlükdə varlıq yoxa çıxmır. Yoxa çıxmayacaq.
Çünkü varlığın yox olma anlamı yoxdur. Mütləq yoxluq anlayışı
yoxdur, nisbi yoxluq anlayışı var. Atanın bitiqlərindən birinə önsöz
yazanda vurğu elmişəm: bəzən deyirlər mütləq qaranlıq. Mütləq
qaranlıq yoxdur. Hər bir qaranlığın içində işıq var. Əgər Yer plane-
302
tini bir anlıq götürərsən və deyərsən ki, planetin ortası mütləq qaran-
lıqdır. Mən deyirəm mütləq qaranlıq deyil. Aç bax, görəcəksən ki,
işıq var. Təsəvvüründə mütləq qaranlığı formalaşdıra bilərsən. Ger-
çək olaraq mütləq qaranlıq yoxdur. Mütləq yoxluq yoxdur. Bədən
ölür, insan ölür, mütləq yox olmur. Nəsil var, torpaqdan, təbiətdən
oyanıb yenidən qayıdır əlamətləriylə, nişanələriylə. Mifologiyalar
onun əsasında yarandı: Tanrı göydən sel qopartdı, palçıqlar əmələ
gəlib mağaralara doldu. Günəş doğdu, qızdırdı, onun içindən canlılar
əmələ gəldi. Mifologiyalar hamısı onun üzərində qurulub. Ona görə
də mütləq yoxluq yoxdur.
Mütləq – kainatın içsəl qüdrətidir ki, Asif Atada o, bir cəhətiylə
insanlıq adlanır, bir cəhətiylə həyatlıq adlanır, ümumiləşmiş olaraq
Dünyalıq adlanır. Təzahür, təcəlla məsələsi. İnsanda kədərdən göz
yaşı doğması məsələsi. Göz yaşını doğuran səbəb var. Biz bilirik
kədər var. O maddi deyil, ona toxuna bilmirik. Onun təzahürünü biz
görürük göz yaşı biçimində, yaxud üzün ifadəsində, cizgilərdəki
dəyişiklikdə. Bu, kədərin göz yaşı biçimində təzahür etməsi məsələ-
sidir. Dünyalıq dünyada o biçimdə təzahür edir. Deyək ki, insan
biçimində təzahür edir, təbiət biçimində. Daha bunu götürüb əliylə
yaratmır. Kədər göz yaşını quraşdırıb yaratmır, bağlamır onu vint
kimi. Təcəlla tapır da onunla.
Ataya qədərkilər dünya yaradılıb deyəndə onlar qəsd edirlər ki,
öncə Allah olub, ondan qıraqda mütləq yoxluq olub. Allah istədi,
yoxluqdan var yaratdı. Mənim ağlıma girmir axı bu. Elə elə ki, elmin
ağlına batsın bu. Əgər istənilən bir məntiqin bu və ya başqa biçimdə
gerçək əsası yoxdursa, nağıldır, daha doğrusu, cəfəngiyyatdır o. Na-
ğıl yaxşı şeydir. Yenə öz yazdığımdan çıxış eləmək istəyirəm: bizim
nağıllarımızda qəhrəman olur, gedir qaranlıq yeraltı dünyaya, döyü-
şür, əslində yeraltı qaranlıq dünya insanın iç dünyasıdır. Yerin
altında dünya, bəlldir ki, yoxdur. O gedir ora, qarşısına 40 otaqlı qəsr
çıxır. Birinci otaq bağ-bostan, ikinci otaq gül-çiçək, 39-cu otaq qızıl,
ləl-cəvahirdir. Qəhrəman bunun heç birində dayanmır. Qəhrəman
olmayan ora gedib çıxa bilmir. Hamısı yarı yolda qalır. Quyunun içi-
nə salan kimi deyir, vay, yandım, çıxart məni. Ancaq qəhrəman deyir
çıxartma, gedir axıra kimi. O aşamaların hamısından keçir, nəfs onu
saxlaya bilmir. 1-ci otağın qarşısında dayanmır, 39-cu otağın qarşı-
sında dayanmır. Demir ki, bu elə mənə bəsdir. Bağ-bağça, gül-
bülbül, çay. Dayandırmır bunu. 40-cıya girəndə görür ki, qaranlıq bir
303
otaqdır, bir gözəl qız saçından asılıb orda. Qızı saçından açıb yerə
qoyur, olur xilaskar. Çıxanda da divlə döyüşür, qızı çıxardıb qurtarır,
ailə qurur və həyat davam edir. Xilaskarlıq ideyası və həyatın davam
eləməsi ideyası. Bunu uşaqlarımızın beyninə Asif Ata fəlsəfəsi ilə
yeritmək olmaz, belə nağıllarımızla yeritmək olar. Təbii, o demək
deyil ki, uşaq nağıla qulaq asıb artıq mən dediklərimi tutur. Onun alt
yapısında bu məsələlər oturur, böyüdükcə də Asif Atanın dediyini
anlayacaq. Ona bir aşamadır, hazırlıqdır. İnsanın formalaşması üçün.
Qayıdıram qardaşımızın o sorusuna ki, adam və insan anlayışı nə-
dir. Bir var fərdiyyət, bir var şəxsiyyət. Fərdiyyətçilik bir fərdin içsəl
keyfiyətiylə bağlı, davranışları ilə bağlı bir nizamdır. Nizamı ifadə
eləyən sözdür. Ancaq şəxsiyyət bir az genişdir. Yəni fərdin topluma
bağlı xarakerinin, keyfiyyətlərinin aşkarlanması, ifadə olunması ilə
bağlı bir anlayışdır. Bunu kim verir? İnsan özü verir bu sözə belə bir
anlam. Özü o sözə işlənmə dəyəri verir. Adam sözü bizim dilimizə
ərəbdən keçsə də, Ata onu ümumi insana xas olan bir şey kimi
götürür. “İnsan” – bir az fərdiləşib hardasa. Asif Ata onlara öz
anlamını verir. Yəni adam deyəndə nə başa düşürəm, insan deyəndə
nə başa düşürəm. Ata Adama bu keyfiyyəti verir, insana bu keyfiy-
yəti verir. Ümumiləşdirib deyir: Bəşər övladı dünyaya məxluq kimi
göz açır, adam kimi böyüyür, insan kimi özünü yenidən yaradır.
Dilimizə ərəb sözləri elə girib ki, tam çıxara bilmirik. Biz də hələ-
lik Asif Atanın qoyduğu özül anlayışlara toxunmağa gərək bilmirik.
Çünkü o anlayışlara toxunmaq ciddi bir sorumluluqdur. Bu gün elə
toxunarsan, sabah bir başqa cür. Axırda, deyək ki, 100 il sonra
deyəcəklər bu Soylunun düzəlişidir, Asif Ata belə deməyib.
Məxluq kimi doğulur, adam kimi böyüyür, insan kimi yenidən
doğulur. Bu sözlər araç (vasitə) rolunu oynayır. Məxluq kimdir –
qarnının qulu. Qısa deyirəm, sıralamaq istəmirəm. Onun üçün nə
vətən var, nə həqiqət var, heç nə yoxdur. Adam kimdir – Yarı
məxluq, yarı insan. Həm qarnının quludur, həm də bir az vətənini
sevir. Vətəni sevir, ancaq vətəni uğrunda savaşmır. Həqiqət uğrunda
savaşmır, ölmür vətən uğrunda. Onun da ipinin üstünə odun yığmaq
olmaz. Çünkü bu adam vətən sevgisindən danışar, danışar, sən ona
bel bağlayarsan, güvənərsən, gedərsən vətəni qorumağa, arxadan
sənə güllə çaxar. Bizim çağdaş azərbaycanlılarımız kimi, müsəl-
manlarımız kimi. Asif Ata deyir ki, insan öz içindəki müsbət
keyfiyyətləri tapmış fərddir, şəxsiyyətdir. Ona hər mənada güvənə
304
bilərsən. Heç bir vaxt o, xəyanət eləməz. Onun içində xəyanət eləyə-
cək bir şey qalmayıb.
Hüsaməddin bəy: Belə çıxır ki, o sözlər şərti seçilib.
Soylu Atalı: Axı adam, insan sözləri təsadüfən yaranmayıb.
Nəyəsə əsaslanıb yaranıb. Adam, insan sözləri də nəyəsə əsaslanıb o
biçimi alıb. Biz bunun içinə girmədən Asif Atanın ona verdiyi
keyfiyyətlərə üz tuturuq. Ümumiləşdirir, insana özünü tanıtmaq üçün
o cür keyfiyyətlərlə sunur.
Hüsaməddin bəy: Birinci dəfədir belə bir izahatla qarşılaşdım,
tam mənası ilə dərk eləyə bildim.
Bir dəfə dindarların məclsində cəsarət elədim, sistemi pozmaq
istədim, dedim ki, nə üçün Quran deyir ki, insan iradəsi azaddır, həm
də allahın adından deyir ki, mənim icazəm olmadan heç bir şey baş
verə bilməz. Bu ziddiyyət, təzad nədir? Cavab o oldu ki, biz o işə
qarışa bilmərik. O, böyük alimlərin işidir. Sən nahaq o sorunu
verirsən. Bir də belə şey eləmə. Ancaq insan ilişdiyi bir şeyə izahat
istəyir axı. Ona görə deyirəm ki, birinci dəfədir məsələlərə bu cür
gözəl izah eşitdim. Kitabdan oxusam da, bu cür dərk eləməmişdim.
Ocaqçılar belə açıqlamalar verilməlidirlər ki, mənim kimi insanlara
aydınlaşsın.
Soylu Atalı: Baxın, deyir ki, insan iradəsi azaddır, bir də deyir ki,
mənim icazəm olamdan nələrsə yapmaq olmaz. Bunu dinin adına
bağlamaq olmaz. Çünkü din onu demir. Lap götürək, Asif Atanın
fəlsəfəsinin içinə girsək, orda da İnsan iradəsinin azad olduğu vur-
ğulanır. Söhbət nədən gedir. Asif Ata arılmış, durulmuş şəxsiyyətə
deyir insan. Onun iradəsi azaddır. Əgər o, insan olmayıbsa, əgər o,
kamilləşməyibsə, onun iradəsi azad deyil, onun iradəsi yanlışlar edə
bilər, ziyan verə bilər. Beləsinə nəyisə yasaq da eləmək olar. Əslində
dövlət bunun üçün yarandı. (Ancaq o başqa məsələ ki, dövlət öz
mənasını tam ifadə eləmədi). Yalnız yetkin, kamilləşmiş, mənasına
bərabər yaşayan insan öz iradəsini ifadə eləyə bilər. Ancaq Adamlıq
səviyyəsini ötə bilməyənin iradəsi isə zor yetirir, qəbahət gətirir,
başqasını əzir, başqasını sıxışdırır. Ona nəzarət gərəkdir. Ona nəzarət
üçün dövləti fikirləşiblər.
305
Ayaz Şıxalıoğlu: Məndə hikkə yaradır, deyirsiz Quranda belə
yazılıb filan. Orda heç bir iradə azadlığı yazılmayıb. Əgər orda elə
bir şey yazılsaydı, bəli, insan iradəsi azaddır, mən o kitabı öpərdim,
heç bura gəlməzdim.
Mirzə Cəlil İslamı bilirdi, ona görə “Danabaş kəndinin əhvalat-
ları”nı yazdı. O ağrılar indi də qalır. Bu gün də davam edir. Asif
Atanı da Asif Ata eləyən həmin ağrılardır. Bəşərin ağrısıdır.
Orda yazır ki, biz istəməyincə… Allahın adından deyir, o deyir
Cəbrayıla, Cəbrayıl da Məhəmmədə deyir. Biz, yəni Allah. Biz
istəməyincə, heç bir insanın beyni işıqlana bilməz, mən yazdığımı
başa düşə bilməz. Biz icazə versək, o başa düşəcək. Ona görə də
möminlərə xitabən deyir ki, görürsən bir adam başa düşmürsə, siz
ona baş qoşmayın. Çünkü Allah özü istəmir o başa düşsün. Onu
Allah özü istəmir, ona görə də şər yolda da saxlayıb. Sən onu doğru
yola çəkmək istəyirsənsə, deməli, Allaha qarşı çıxırsan. Məntiq
belədir. Allah özü istəyir ki, o elə şər yola qayıtsın. Tutaq ki, sabah
bu adam qayıtdı haqq yoluna.
Deyir ki, Allah istəməyincə o, haqq yoluna gələ bilməz. Bu adam
qayıtsa belə, ondan da yenə bunun sözü göyərir ki, Allah istədi deyə
o qayıtdı. Bunun hər iki başında bu peyğəmbər düzdür. Qayıtsa,
deməli Allah istədi qayıtdı. Qayıtmasa, deməli, Allah istəmədi.
Mirzə Cəlildə eşşəyin itməkliyi var. Həsən əmi getdi Naxçıvana
Danabaş kəndinə. Getdi eşşəyi axtarmağa. Karvansarada Kərbalayi
Cəfərdən soruşur ki, eşşəyimi görmədin ki. Deyir, sənin eşşəyin
306
içəridədir. Deyir, ver aparım. Deyir ki, ə, sən mənə eşşək vermisən?
Lap sənin eşşəyin olsa da, mən sənə verə bilmərəm. Yeri get. Sonra
Cəfər əmi buna baxır, görür yazıq adamdır. Deyir ki, bilirsən nə var,
sənin eşşəyin burda idi, ancaq götürüb apardı. Kim apardı? Deyir
sənin kəndçin idi. Bilmirəm. Hara apardı, bilmirəm. Yenə soruşanda
deyir ki, belə cəhənnəmin ortasına apardı, mən nə bilim. Çıx get
burdan. Bu kişi də gəlib oturub söykəndi divara. Öz-özünə danışıb
deyir: ay Allah, sən bilirsən ki, mən neçə ildir Kərbəlaya getmək
istəyirəm. O müqəddəs torpağı ziyarət eləmək istəyirəm. Sənə qur-
ban olum, sən görürsən bu köpəkoğlu gəlib mənim eşşəyimi aparır,
sən buna necə rəvac verirsən? Sonra birdən deyir ki, ayə, mən nə asi-
asi danışıram. Bu, Allaha kəc gələr, ağır gedər, deməli, bu qurban
olduğum özü istəmir də mən o müqəddəs torpağa gedim. Ona görə
də mənim eşşəyimi Xudayar bəy aparıb. Oğru gəlib apardı, demək,
Allah istəmir ki, mən Kərbəlaya gedim. Onda belə çıxır ki, mən də
eşşəyimi tələb eləməyim də. Halal xoşu olsun. Bu, Quranın qoyduğu
məntiqdir…
İlham bəy Allah sözü haqqında soru verir.
Soylu Atalı: Bir var Allah sözü, bir var Allah anlamı. Allah sözü-
nü 7-ci yüzildə Məhəmməd yaratdı. Qureyşilərin baş bütünün
adından götürdü. Bu da bir variantdır hər halda. Qədim Şumerlərdə
Ellax sözü olub. Ellax yaradan deməkdir. Ancaq mən daha çox
üstünlük verirəm Əlillahın adından götürülənə. Məhəmmədin
Allahında qureyşilərin bütünün keyfiyyətləri özünü çox tapıb. Bir
çox keyfiyyətlərini axtar Quran ayələrində görəcəksən onu. Allah
anlamı nə vaxt yaranıb? Allah anlamı yaranıb Tanrıçılıqla. 7 min il
öncəyə gedib çıxır. Tarixən axtarışlar ondan da öncədir…
“Ailə Günü” Törəni “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsilə sona yetdi.
Yağış Ayı, 37-ci il Atakənd.
(noyabr, 2015. Bakı.)
|