Güntay Atalı (Asif Ataya səcdə ilə söz dedi): Amallaşma,
Kamilləşmə hesabatı vermək istəyirəm. Özüm üçün kəsdirmişəm ki,
bunların üçü də bir-birinə bağlı olan bir şeydir. Sən xalqlaşdıqca
Amallaşırsan. Kamilləşdikcə xalqlaşmaq istəyirsən. Bu, Ocaqçının
birinci dərəcəli qonusudur və vacibdir. Ocaqçı bunun üzərində özünü
təsdiq edir. Mən dolğun şəkildə deyə bilmərəm ki, Amallaşmışam.
Ancaq yox da deyil. Atanı oxuyuram, ayrı-ayrı ədəbiyyatlara da üz
tutmuşam. Son vaxtlar bəzi inanclarla bağlı oxuyuram, fikirlərimin
yönünü aydınlaşdırıram.
Kamilləşmə yönündə düşünəndə özümdə bəzi qüsurlar üzə çıxart-
mışam son vaxtlar. İş yerimdə yersiz davranışlarım, zarafatlarım
olur. O anda fərqinə varmıram. Sonradan dönüb özümə baxanda öz
adiliklərimdən rahatsız oluram. Anında özümlə bacarmamağım qay-
ğılandırıb düşündürür məni.
Kütləvi xalqlaşma işim olmayıb, ancaq bu yaxınlarda Soylu qar-
daşıma telefonda deyirəm: xalqlaşma işinin gözəl xüsusiyyəti var,
adamı həvəsləndirib qabağa aparır. Xalqlaşmam olan kimi darıxıram
192
ki, onu Soylu Atalı ilə paylaşım. Bu da mənim düşüncələrimdə
nizam yaradır. Qonşularımla yaxşı söhbət etmişəm, Soylu Atalının
“İnam sorağında” kitabını vermişəm onlara.
Ötən il evimizdə keçirdiyimiz görüşə qatılmamışdı, mən ona ədə-
biyyat vermişdim, ədəbiyyat götürməkdən çəkinib, qorxmuşdu. Oruc
tuturdu, sonra buraxdı. Mənə görə deyil, başqa səbəb idi. Bu barədə
onunla çox uğurlu söhbətimiz oldu. İki gün dalbadal işdən gələndən
sonra gördüm Atamla söhbət edir, məni görəndə özü o söhbətdən
aralanıb mənimlə danışmaq istəyirdi. Mən ona Asif Ata haqqında de-
dim.
Onu da deyim ki, qıraqda adam dil-dil ötür, ancaq nəsə burda
alınmır. Şəxsən məndə alınmır. Öncə ona görə ki, bu bayrağın qarşı-
sında durub danışmalıyıq, sorumluluq məsələsi var. Basqının səbəbi
də özümdədir. Kamilliyə yetməməyimdədir. Ancaq qıraq üçün bizim
fikrimiz, istənilən məsələyə yanaşmağımız tamamilə fərqli bir hal
yaradır ki, bu da başqaları üçün yenilikdir. Ocaq üçün, özüm də bi-
lirəm ki, bir az çalışqanlığımı itirmişəm, Ocaq qarşısında özümü hər
an borclu bilirəm. Həyat bir az başımı qata bilibdir. Üstünlük həyatın
əlinə keçib.
Qonumuzla bağlı deyim – “Amalın tələbləri üstə yaşamağın
çətinliyi hara kimidir?”.
Yüksək təhsil almaq kimi bir şey deyil, deyəsən ki, mən beş il
oxuyub təyinatımı harasa alıb gedəcəm. Bu çətinlikləri aşamalara
bölsək görərik ki, öncələr burada ailənin də basqısı olur. Ancaq bir
dövrdən sonra ailə onunla razılaşır. Deyək ki, yağı kəsilmir. Ümumi-
likdə götürdükdə, Ocaq üstə, Amal üstə yaşamağın çətinliyi mənə elə
gəlir ki, bitməyəcək. Çünkü həyat var və sən yolçusan. Gerçəklikdə
olan bütün neqativ hallar, əyrintilər olduğu üçün çətinlik olacaq. Bu
çətinliyi hər aşamada ötmək üçün insandan ləyaqət tələb edilir. Mən
örnək olaraq öz Ocağımızı görürəm. Örnək olaraq Soylu Atalını
görürəm. Düzdür, mən Nurtəkin Atalının çalışmalarını, əməllərini
bilirəm, ancaq ölçü olaraq, Soylu Atalını özümə örnək götürürəm.
Yenə deyirəm, burda birincilik söhbəti yoxdur. Atamız Var olsun!
Günev Atalı: Maneə, çətinlik həmişə olacaq, o çətinliyi aşmaq
gərək. Maneələri aşmağın bir aşamada çətinliyi olur, sonra asan olur.
Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ümumi
düşüncələrimi bölüşmək istəyirəm. Son vaxtlar məndə xeyli dərəcədə
hər şeyə həvəssizlik, vecsizlik, soyuqluq var. Nə həyatımı normal
193
yaşayıram, nə də Amal yönündən özümü nizamlaya bilirəm. Ay için-
də çox vaxt gərgin halda oluram. Bədbinliyi yaxın buraxmamağa
çalışıram. Bu cür hallardan ancaq tədbirlərdə ayrılır, duruluram. O
səbəbdən də özümü tədbirdəki kimi duyub dəyişməz halımdan çıxış
eləmək istəyirəm. Keçən il “Xəlqilik” Bayramındakı halım yadım-
dadır. Onda əsgərlikdən dincəlişə (məzuniyyətə) gəlmişdim. Fikrim,
düşüncəm, hələ də orda olduğuna görə, ağlıma ayrı şeylər gətirə bil-
mirdim. Bu səbəbdən də tədbirdə yuxulu durumda oldum. Bu ilki
bayrama da yenə halsız getmişdim. Ancaq ordakı ümumi hal, deyilən
fikirlər içimə elə doldu ki. Tədbiri çox böyük heyranlıqla dinlədim.
Sanki eşitdiklərimin bitməsini istəmirdim.
Bu gün yaşıma uyğun yaşamımı təmin eləyə bilməməyim və xeyli
başqa şeylər, düşüncə fəaliyyətimi, hərəkətetmə qabiliyyətimi ləngi-
dir. Söz yox, nə olur-olsun, orda özümə bu yöndən haqq verirəm ki,
bunlar təbii istəklərdir və olmalıdır. Oxul, öyrənci olduğum illərdə və
qoruma qulluğunda (hərbidə) olduğum çağlarda xeyli əksikliklərimin
olması gözümün önündə canlanır. Bu səbəbdən də özüm üçün nəsə
eləməyi atamdan, qohumdan umub, gileyli əhvalda olmaq yox,
özümdən umub hərəkət eləməyi düşünürəm. Bunları heç də bədbin
düşüncələr kimi qeyd eləmirəm. Ola bilər elə görünsün.
Ancaq son bir neçə aydan bəri çalışıram soyuqqanlı olum, bəd-
binliyi özümdən uzaq tutum. Bəlkə də yaşımın bu çağının etkisidir
ki, çox şeyi öz rəngində görə bilmirəm.
194
Qiymətləndirmələrimdə yanlışlar ola bilər. Amalın tələbinə uy-
ğun, həqiqətçi kimi danışmağı öyrənə bilməmişəm. Həqiqəti anlasam
da, içimdə yetə bilməmişəm. Millət, Bəşər kimi böyük anlayışlar
məni o dərəcədə cəlb eləmir. Ancaq tədbirdə, qulaq eşidəndə, sanki
mən də o dərdi, yükü cəfakeşcəsinə çəkirmişəm kimi düşünürəm. Bu
baxımdan tədbirin özü, onun yaratdığı əhval mənim üçün düşüncə-
lərimin sistemləşib yön almasında çox böyük önəm daşıyır.
Bu dediklərimi sistemləşdirib yazmaqda dünənki tədbir xeyli
kömək oldu.
Ocaq Yükümlüsünün “İnam Sorağında” kitabını oxumuşam.
Onunla fərqlərimizdən biri də, mənim gözümün qabağında onun
kimi örnəyin olmasıdır.
Həyatda nə qədər firavan yaşasan da, onun özü belə çətin
yaşamdır. Amalla həyatın çətinliyi arasındakı fərq, Amalın çətinli-
yinin səni xoşbəxtliyə yetirməsidir. Atamız Var olsun!
Göylü Atalı: Qonuyla bağlı bir məqama toxunmaq istəyirəm. Hər
birimiz örnək kimi Soylu Atalını göstərdik. Mən də Atadan sonra
Soylu Atalını örnək göstərirəm. Hər birimizin ömrümüzdə bəlli ça-
larlar var ki, barmaqla göstəriləcək səviyyədir. Ancaq bütöv insan
ömrü baxımından yanaşanda Soylu Atalı həyatı ötmüş insandır.
Soylu Atalının ömründə həm də nəyi görmüşəm? Ocaqdan başqa heç
nə onun fərəhinin qaynağı deyil. Hətta bizim içimizdən arada din-
cəlmək istəyi keçir, həyati yöndən nələrisə yerinə qoymaq keçir.
Soylu Atalıda isə dəfələrlə izləmişəm ki, onu Ocaqdan başqa heç nə
ala bilmir. Günevin ömrü də bir örnəkdir. Özəllikcə son illər
izləyirəm.
Soylu Atalı səcdəylə sözünə başladı:
“Atagün” və “Ulufərəh” Ailələrinin 5-ci aylıq törənində söz de-
məzdən öncə Ataya səcdə qılıb Bayrağımızı opürəm.
Mən, doğrusu, xatırlamadım “Atagün” Ailəsi hansı ayı buraxıb?
Günev Atalı: Keçən ayı. Anım Törəninə görə ertələdik.
Soylu Atalı: Aydın oldu.
İndi Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat
vermək istəyirəm. Sonra da qoyduğumuz qonuyla bağlı sizin düşün-
cələrinizə qatılmaq istəyirəm. Özümə aydınlatdığım fikirləri burda da
195
demək istəyirəm. Öncə Amallaşmağımla bağlı düşüncələrimi bölü-
şüm sizinlə. Mənim Amallaşma məsələm ömrümdə dəyişməz, da-
vamlı bir yol cızır. Bəlkə də mənim Amallaşmağım özü təkcə Ocaq
üçün deyil, başqa tarixi olaylar üçün də bir örnəkdir. Çünkü mənim
Amallaşmağımda dayanma yoxdur. Dayanma yoxdur, ona görə yox
ki, mən özümü oda-közə vurub dəridən-qabıqdan çıxıram. Sadəcə
Amallaşma içimdə dönməz bir tələbə çevrilib. Ona görə daim Amal-
laşma üstəyəm. Amallaşmam da Atanın dünyagörüşünü bütün
çalarlarıyla aydınlatmaq, ortaya gətirmək, sunmaq anlamı daşıyır.
Öncə bir fikrinizə yönəlik vurğu eləmək istəyirəm. Çünkü hər
biriniz onu deyirsiniz, başqa tədbirlərdə də deyirsiniz ki, amaldaş-
larımın yanında, Soylu Atalının yanında yaxşı danışa bilmirəm.
Günev vurğu elədi ki, mən bir tədbirdə danışdım, Soylu mənə dedi,
birinci dəfədir görürəm ki, Soylunun basqısı yoxdur. Təxminən
xatırladım o tədbiri. Nədən yox idi? Bizim mənəvi özgürlüyümüz
var. Ocaq bizə bunu verib. Ancaq fikir özgürlüyümüz tam olmaya
bilər. Burada mən qınamaq istəyiylə demirəm. Olan bir fakt kimi
aydınlaşdırmağa çalışıram. Çünkü bu elə bir məsələdir ki, qınamaq
üçün deyil. Ocaqçı Ocağın divarından çölə çıxır. Kim qabağına çıxır-
sa, onu dinləmək istəyirsə, ona eşitdiyini verir. Bir var eşitdiyini
verəsən, bir var yaratdığını verəsən. Ocaqda hər kəs Atadan, Ocağın
tədbirlərindən eşidir. Ümumən, Ocağın böyük prinsiplərini əsasən
eşidir. Yalnız özünün yaşamındakı çalarları özü deyir. Bunu elədim,
ora getdim. Ancaq Atanın dünyabaxışı üstə yeni fikirlər yaratmaq,
yeni çalarlar üzə çıxarmaq (aşkarlamaq), anlayıram ki, çox çətindir.
Bunu Ocaqçı eləyərsə, onda onun fikri öz mühitində, yəni amaldaş-
ları qarşısında özgür olur. Ancaq fikir yaradıcılığı yetkin olmadığına
görə sorumluluq (məsuliyyət) onun üzərində basqı yaradır. Bu, Soylu
Atalının basqısı deyil. Günev sadəcə onu belə izah edir ki, Soylu
fikri tutur. – Bu var. İnkar eləmirəm. Burda sən sorumluluq üçün
özünə bir ölçü götürürsən Soylunu. Ancaq əsasən basqını yaradan
yeni fikir yaradıcılığının olmaması, ya da az olmasıdır.
Mən nə diləyirəm? Onu deyim ki, yeni fikir iki çalarda özünü
göstərir. Deyək ki, Atanın ideyaları əsasında düşünürsən, həyatı
araşdırırsan, gedişi görürsən, qiymətləndirirsən, münasibətləri qiy-
mətləndirirsən. Bir də var, böyük prinsipləri, anlamları açırsan. Bu
artıq özəl, çətin məsələdir. Bu baxımdan Ocaqçı, fikirləşirəm ki,
Atanın böyük ideyalarını görüntüyə gətirə bilmirsə, anlatmaya, ay-
dınlığa gətirə bilmirsə, ən azından onu saran münasibətləri, gedişləri
196
daim araşdırıb (təhlil eləyib) qiymətləndirməyi bacarmalıdır. Bunda
addımı dala qoymamalıdır. O baxımdan o yöndə yeni fikirlər əmələ
gələ bilər. O fikirləri ifadə eləyəndə yenə də sorumluluq öz sözünü
deyəcək ha. Niyə? Çünkü sən münasibəti araşdırıb qiymətləndirirsən,
bunu qiymətləndirərkən Atanın ölçüsünə dayanırsan. Fikirləşirsən ki,
görəsən Atanın ölçüsünə doğrumu yetmişəm, o açıya dayanıb doğru-
mu qiymətləndirirəm? Bu da yenə sorumluluqdur. Sorumluluq da
Ocaqçını heç bir vaxt tərk etməyəcək. Ancaq dediyimiz kimi, qıraq-
da insanlara nə deyirik? Ocaqdan öyrəndiyimiz, eşitdiyimiz insan
varlığının gözəlliklərini deyirik. Burda heç bir irad yoxdur. Bu bəlli
həqiqətlərdir, fərəhli həqiqətlərdir. Ona görə onu haraylayırsan, çağı-
rırsan. Ona görə orda çətinlik əmələ gəlmir.
İndi mən Amallaşmağımla bağlı fikirlərimi deyim. Bilirsiniz ki,
həmişə mən Atayla başqa dünyabaxışları tutuşdururam. O tutuşdur-
mada Atanın üstünlüklərini açmağa çalışıram. Bunlardan biri də bu-
rada demək istədiyim bir məsələdir.
Gəlin görək, peyğəmbər xalqla, insanla birliyə yetirmi? Məsələn,
Məhəmməd-türk birliyi varmı? Biranlamlı olaraq deyirik ki, yoxdur.
Niyə yoxdur? Çünkü Məhəmməd türkdən özünə qul düzəltmək istə-
di, hardasa ona yetdi. Türkdən qul düzəltdi, özünə ümmət düzəltdi.
Ümmətlə peyğəmbərin birliyi ola bilməz. Onun üzərində basqı
yaratdığı üçün ola bilməz. Gərək türkün üzərində Məhəmməd basqı
yaratmayaydı. Basqı yaratdığı üçün biranlamlı şəkildə deyirik ki,
onun birliyi yoxdur.
197
Bəs Asif Ata – türk birliyi varmı? O da yoxdur. Siz deyə bilərsiz
ki, bu birlik mənada, anlamda var. Razılaşıram. Ancaq gerçək olaraq
yoxdur. Niyə yoxdur? Çünkü türk toplumunun özgürlüyü yoxdur.
Özgür olmayan toplumla, xalqla onu qüdrətə çağıran, qüdrətə yük-
səltmək istəyən şəxsiyyətin, peyğəmbərin birliyi ola bilməz. Asif Ata
ilə onun toplumunun, yəni türkün birliyinin yaranması üçün türk öz-
gürlüyə yetməlidir. Asif Atanın tələblərinə yetməlidir. Onda onun
birliyi yaranacaq. Onun da tələblərinə yetmək üçün milləti var edən,
şəxsiyyəti var edən, insanı var edən çalarlar var. Ona yüksəlmək gə-
rəkdir. Asif Atanın yaratdığı hal budur.
Keçənlərdə mən bir fikir yazmışdım, yenə tutuşdurub demişdim
ki, Məhəmməd bəşəri peyğəmbər deyil. Ancaq Asif Ata bəşəri
peyğəmbərdir. Bu fikri izah eləməsən, bunu aydınlatmasan istənilən
müsəlman da, müsəlman olmayan da, eşidər, mənim uydurmam kimi
baxar buna. Məhəmməd bəşəri deyil, Asif Ata bəşəri peyğəmbərdir.
İstənilən fikri deyirik, onun arxasında dayanırıq. Məhəmməd ona
görə bəşəri deyil ki, bəşər xalqların özgür varlığı deməkdir. Özünün
mahiyyətini özgür olaraq ifadə eləməsi deməkdir. Məhəmməd buna
qarşıdır. Xalqları basqı altına alır, ərəbvari qurur, ərəb mədəniyyə-
tinin etkisi altına alır, onun dilinə, dünyagörüşünə, mədəniyyətinə,
milli varlığına, milli şüuruna basqı yaradır. Basqı yaradırsa, əslində
bəşərə qarşı davranmış olur. Bəşəri inkar eləmiş olur. Fəlsəfəmizdə
dediyimiz kimi, bəşər ayrı-ayrı xalqların özünəxaslığının birliyidir,
böyük mədəni quruculuğunun birliyidir, milli keyfiyyətləriylə üzə
çıxmasının birliyidir. Bəşər budur. Məhəmməd isə bunların hamısını
inkar edir. Deməli, bəşəri deyil. Asif Ata bəşəridir deyirik. Çünkü
Mütləqə İnam Dünyagörüşündə Asif Ata vurğu eləyir ki, dünya
əzəli, əbədi, kamil, sonsuz mənayla birlikdədir. İnsan da əzəli, əbədi,
kamil, sonsuz mənasıyla birlikdədir. İnsan təkcə türk demək deyil. O,
insanın bu cür dərin anlamını üzə çıxarır. O insan ki, o ingilisdir,
fransızdır, almandır, türkdür, farsdır və başqa kimilər. Deməli, hər
bir millət bu ideyadan, fikirdən yapışıb özünü qura bilər, ifadə edə
bilər. Özünün yüksək keyfiyyətlərini üzə çıxara bilər. Özünün
yüksək varlığını ortaya qoya bilər. Asif Ata onlar üçün belə bir yol
açır, zəmin yaradır. Belə bir yol açdığı üçün xalqların var olmasını
təsdiq edir. Xalqları varlığa yüksəldir, özünə yüksəldir. Asif Ata ona
görə bəşəridir.
İndi bunun üzərinə bir fikir də demək istəyirəm. Asif Ata türkə
bəşəri sima yaradır. Nədədir bu? Bütün dünya xalqları, çoxluq ola-
198
raq, Semit dünyabaxışının etkisindən çıxa bilmədi. İngilis xristiandır,
rus xristiandır, alman xristiandır, yəhudi iudaizmdir, ərəb islamdır.
Ərəb ayrı şeydir, ingilis ayrı şey. Ancaq onların daşıdığı dünyagörüş
semit dünyagörüşüdür. Semit təfəkkürünün yaratdığıdır. Yəhudi,
ərəb fərq etməz. Xristianlıq yəhudi təfəkkürünün ortaya çıxartdığıdır.
Özündən yaradan xalq çox azdır. Onlardan biri hinddir. Hind ona
görə dərindir fəlsəfə baxımından. O fəlsəfə hind xalqının simasını
bəlli eləyir. İndi Asif Ata türkü Semit dünyagörüşünün basqısından
çıxarıb türk mahiyyətindən doğan bir dünyabaxışın ortamına gətirir,
yaşamına gətirir. Türkə onun mahiyyətindən gələn yeni dünyabaxış
verir, dünyaya yanaşma ölçüsü yaradır. Yaşama yanaşma ölçüsü
yaradır. Türkün öz mahiyyətindən doğan bir ölçüylə. Bax buna görə
Asif Ata türkə bəşəri sima yaradır. Bu, əslində türk mahiyyətindən
doğan yeni bir bəşər düzənidir, yeni bir bəşər nizamıdır, sivilizasiya-
sıdır. Bu, bəşəriyyətə yön verməklə yanaşı həm də sima yaratmaqdır.
Bunu cəsarətlə, sevgiylə, fərəhlə türk toplumuna vermək gərəkdir ki,
gözünə təp. Ayaqlar altından, yerdən qaldırır səni, göylərə yüksəldir.
Səni Tanrına qovuşdurur, ən yüksək səviyyədə.
Doğrudan da, Asif Atanın dediyi fikir, bu çağa kimi dünya xalq-
larının insanla bağlı dediyi fikirlərdən biri, hətta birincisidir. Bundan
öncə də türkün inancları olubdur. O inanclar da əsasən türkün mahiy-
yətindən doğub. Ancaq biz deyə bilərik ki, o inancların sistemində
qırağa çıxmalar var, bəhrələnmələr var, qatqılar var, az və çox məna-
da. Bunu niyə deyə bilərik? Ona görə deyə bilərik ki, biz Asif Atanın
dünyagörüşünün türkün bəşəri siması olduğunu vurğu eləyəndə,
bizim qarşımıza kötük dığırlamasınlar ki, türkün o biri inancları da
olubdur. Biz onun nə demək olduğunu bilirik…
Biz deyirik insan gerçək varlıqdır. İnsanlıq onun kamil, sonsuz
mənasıdır. Bu özünü nədə göstərir? Bu özünü göstərir insanın
yanaşmasında. Ədalətliliyində, vicdanlılığında, həqiqətliliyində və
başqa keyfiyyətində. Bir də deyirik, bəşər anlamı var. Bəşər anlamı
özünü nədə göstərir? Nə vaxt biz cəsarətlə, ürəklə deyə bilərik ki,
bəşəriyyət özünə bənzəyir. O vaxt deyə bilərik ki, onun insana
münasibəti ədalətli olar, doğru olar. Deməli, əslində bəşərin taleyi
burda üzə çıxır. Bəşər – mahiyyətinə uyğun olduğu dərəcədə var.
Uyğun olmadığı dərəcədə yoxdur. Ona görə bəşərin varolma, ya
yoxolma taleyi, fərq etməz, özünü İnsana münasibətdə göstərir.
İnsana münasibətin nə dərəcədə yüksəkdirsə, bir o dərəcədə özünü
təsdiq edirsən, bir o dərəcədə var olursan. İnsana münasibətin əyri
199
olduğu dərəcədə bəşəri keyfiyyətlərini itirirsən. Quldarlıq quruluşu
sənin bəşəriliyinin məhv olması deməkdir. Kapitalizm bəşəriliyinin
məhv olması deməkdir. Bütün sivilizasiyalar, yaranan quruluşlar,
izləyirik, görürük ki, heç biri bəşəri bəşər eləməyib. Çünkü insana
münasibət tamam əyri olub. Qul olub insan, quldar olub insan,
feodal, kapitalist olub insan – hər şey olub, İnsan olmayıb. Burada
Asif Ata insana münasibəti – İnsanı Allahın yerinə qoymaqla doğ-
ruldur. İnsana, insanlığa münasibət yaratmaqla. Asif Ata insana mü-
nasibətin göy səviyyəsini yaradır. Əslində insana münasibətin göy
səviyyəsinə qalxması, yüksəlməsi bəşərin taleyini, varlığını təsdiq
eləyir.
“Türkdən başlayan yeni Bəşər İnamı” ilə Asif Ata türkə sima
yaradır. Təkcə türkə yox, bəşəriyyətə sima yaradır. Bəşəriyyəti var
edən, onun taleyini təsdiq edən bir nizam yaradır, sivilizasiya ortaya
gətirir. Bu da Asif Atanın dünyagörüşünün qutsal özəlliklərindən
biridir. Bizim qonumuz elə mənim Amallaşmamla çox bağlıdır. Əs-
lində o Amallaşma qonusudur özü. Ayrıca qonu kimi qoyulub, ona
görə ki, Amallaşma ümumi anlamdır. Konkret amallaşma hesaba-
tının verilməsi üçün ayrıca bir qonu da düşünüb qoyuruq ki, bu,
Ocaqçının amallaşmasının özəlliyini yaradır.
Mənim kamilləşmə prinsipim də amallaşmağımın səviyyəsi qədər
özümə yönəlik ciddi tələbdir. Amallaşdıqca, düşündükcə, yeni an-
lamlar ortaya çıxardıqca mənim idraki kamilliyim yeni aşamaya
keçir. Yəni idrakda kamilləşmə yolu keçirəm, o yolu keçdikcə inam-
da kamilləşmə yolu keçirəm. Çünkü bildikcə, açdıqca, aşkarladıqca,
təsdiq elədikcə mənim inamım bərkiyir, kamilləşir. Ancaq mənəviy-
yatımda, mənəvi kamilliyimdə qüsurlar var, – qeyzlərim var. Qeyzlə-
rimin etkisindən çıxa bilmirəm. Asif Ata Ruhaniyyatının ifadəsi olan
ayrı-ayrı ruhani keyfiyyətlərə dayanıb aydınlaşmasını desək (izahını
versək), mən belə yanaşıram. Yəni İnam, İdrak, Mənəviyyat kamil-
liyinə. O cümlədən iradə məsələsinin özünə. Həmin qeyzlərin yaran-
masını görə bilmir mənim iradəm. Belə görünür ki, iradəm idrakım
qədər ayıq deyil. Burada Atanın kamilliklə bağlı dediyinə gəlib
çıxıram. Ata bizdən tələb elədi ki, siz iki ilə, üç ilə kamilləşməlisiniz.
Heç kim deməz ki, mən kamil ola bilərəm və nə vaxtsa kamillikdən
geri dönərəm. Dönə bilməzsən böyük mənada, bütöv anlamda, ancaq
özünü unutsan mənəviyyatında ayrı – ayrı qüsurlar ortaya çıxa bilər.
Xalqlaşma qonum dərindir, zəngindir. Xalqlaşmada nələr deyi-
rəm, nələr bölüşürəm? Bunu Atanın qoyduğu tələblərə görə açmalı-
200
yıq. Buna bəs qədər vaxt ayırmalıyıq. Çünkü Ailə Gününün adı Ailə
saatı, dəqiqəsi deyil. Ancaq mən bunu daim sizinlə söhbət elədiyim
üçün açmıram. Toplum üçün açmaq pis olmaz. Nə deyirəm, necə
deyirəm? Üslub var burda, yanaşma var, hal var. Bunlar açıla bilər,
doğrudan da, açılmalıdır. Ancaq dediyim kimi, mən açmayacam indi.
Çox vaxt aparar. Çünkü mənim bireysəl (fərdi) görüşlərim çoxdur.
Yayda kütləvi görüşüm olmur. Çünkü kütləvi görüşü, biz əsasən,
oxullarda həyata keçiririk. 5-7 adamla bir yerdə, ona kütləvi demək
olarsa, o cür də görüşlərim olur. Ən çox isə bireysəl görüşlərim olur.
Bu görüşlərdə də mən ünsiyyətdə olduğum insanı, ya insanları sözün
əsil mənasında silkələyirəm. Onların içini ulusal-insani sevgimlə dö-
yürəm. Bir neçə yöndən yararlanıram döymək üçün. Birinci, biz,
Ocaqçılar, özümüzü ruhani türkçü sayırıq. Türkçülüyü Ocaqdan
qıraqda hər kəs ideoloji hədəf sayır. Biz ideoloji hədəf saymırıq,
ruhani nizam sayırıq. Nəinki xalqımız üçün, bütövlükdə bəşəriyyət
üçün ruhani nizam sayırıq. Onu ideoloji hədəf sayanda nə baş verir?
Bizdən qıraqda millətçilik ideoloji hədəfdir. İdeoloji hədəf olanda bir
millətin dövləti millətçilik anlamını, qeyri-insani səpkidə ələ keçirir.
Məsələn, ingilis siyasəti ingilis millətçiliyini ələ keçirib neçə yüz
illərdir. Heç millətçiliyin adını tutmadan həmin prinsiplə hərəkət
eləyərək başqa xalqların mədəniyyətini sıxışdırır, basqı altına alır.
Onun etkilərini genişləndirməkdən ötrü başqa xalqları basqı altına
alır. İdeolojilik, millətçilik – bunlar bir araya sığmır axı. Çünkü mil-
lətçilik ruhani anlamdır. Ona görə ki, millətin mənəvi, ruhani varlı-
ğını yaradır. Millətin mənəvi, ruhani varlığını yaratdığın halda, onu
ideoloji məqsədə çevirirsənsə, onda millətin varlığını var edən mil-
lətçiliyi mənafelər döyüşünə çevirirsən. Çəkişmə (Rəqabət) olayına
çevrilir. Millətçilik çəkişmə olayı deyil axı. Necə çəkişmə olayıdır ki,
millətçiliklə sən bəşəriyyəti təsdiq eləmiş olursan?! Çünkü millətin
var olması – bəşərin var olmasıdır. Ancaq indi necə var olur? Bir
millət, dövlətin əliylə, öz siyasi varlığını təsdiq eləmək üçün başqa
millətə qarşı çıxır. Başqa millətə qarşı çıxmaqla bəşəriyyəti təsdiq
eləmir, inkar eləyir.
Deməli, millətçilik kimi ruhani bir anlayış, gözəl bir anlayış çə-
kişmə (rəqabət) meydanına girir. Çəkişmə meydanına girir və siyasi
mənafelər döyüşünə çevrilir. Ona görə də Ocağın millətçiliyi ideoloji
hədəf deyil. Yəni bizim üçün türkçülük ideoloji hədəf deyil. İdeo-
logiya siyasi anlam daşıyır, o, olmalıdır, ancaq millətçiliyi ona qat-
201
maq gərək deyil. İdeologiya dövlətin nizamı üçündür, Millətçilik
millətin ruhani təsdiqi.
İngilisçilik ingilis üçün ideoloji hədəfdir. Bu gün bizdən qıraqda
türkçülük deyənlərin hamısı da türkçülüyü ideoloji hədəfə çevirir.
Türkçülüyü ideoloji hədəfə çevirmək o deməkdir ki, türkçülüyü
başqa xalqlara qarşı qoyurlar. Başqa xalqlara qarşı qoymaq birinci
növbədə türkün özünün belini qırır. Türkün özünə qarşıdır. Sən gö-
zəlliklərini necə ortaya çıxara bilərsən ki, çəkişmə olayına çevrilir-
sən. Ona görə xalqlaşmada, insanlarımızla ünsiyyətdə olanda onun
ağlını, düşüncəsini siyasi çəkişmədən, niyyətlərdən, yırtıcılıqlardan
geriyə çəkirəm. Millətçiliyin sağlam rüşeymlərinə yönəldirəm onun
diqqətini. Millətini var et, dəyərlərini tanı, ona yiyə dur.
Başqalarla döyüşə cəlb eləmə. Bax, burdan başlayıram və burdan
başlayaraq onların ağlına Asif Atanın yaratdığı millətçiliyin anlamını
yazıram. Atanın yaratdığı, millətçiliyin arxasında duran, böyük bəşə-
ri ruhaniyyatçılıq olayını verirəm. Təəssüf ki, birbaşa ruhaniyyatçı-
lıqdan danışanda, səni dinləyən bir gənc üçün, hansısa bir azərbay-
canlı üçün mücərrəd bir şey kimi görünür. Düçünərlər ki, biz xəyal-
çıyıq. Mən onların ağlını islah eləyirəm ki, gözünü yaxşı aç, Asif
Atanın Ocağı xəyalçılıqla uğraşmır. Asif Ata əsil mənada millətçidir.
Sən isə millətçi deyilsən. Sən şovinistsən, nəsən, bilmirəm. Millətçi
mənəm. Mənim millətçiliyimi öyrən. Mənim millətçiliyimi də öyrə-
nəndə görəcəksən ki, Asif Atanı mənimsəmək gərəkdir. Asif Ataya
dayanmaq gərəkdir.
İndi qonumuza keçmək istəyirəm. Ocaq üstə yaşamağın çətinliyi
hara kimidir, bu çətinliyi tam aradan qaldırmaq olurmu, nə etməli,
örnək varmı?
Örnəyi siz öz içimizdən dediniz. Yaxşı elədiniz. Mən, ümumiy-
yətlə, bunu bəşər anlamında düşünmüşdüm. İndi Ocaq üstə yaşama-
ğın çətinliyi haqda bir neçə kəlmə deyəcəm. Mənə elə gəlir ki, orda
çox şeylər aydın ola bilər. Dediyiniz fikirlərə qatılıram. Günevin
vurğu elədiyi daha doğrudur, yəni nə qədər ki, kamil deyilsən, Ocağı
yaşatmaq, yeritmək sənə hər cür çətinlik yaradır. Hər şeyin basqısı
üzərinə gəlir. Ancaq içəridən yetkinləşdikcə, kamilləşdikcə onu ifadə
eləmək, həyata keçirmək çətinlikləri aradan qalxır. Belədə heç nə
asan deyil. Çətinliksiz nə var ki? Əgər iki ayağının üstə gəzir, hələ
nəfəs alırsansa, hər şey çətindir. Ancaq çalışma (fəaliyyət) baxımın-
dan çətinlik nədə özünü göstərir? Ocaqçı toplumu Asif Atanın dün-
yagörüşünə çağırır. Toplum Asif Atanın dünyagörüşünə çətin gəlir,
202
ya gəlmir. Niyə? Ona görə ki, onun içində İslam dünyagörüşü out-
rub. İslam dünyagörüşü onun içinə hakimdir. Ömrünə, mənliyinə
hakimdir. İslam dünyagörüşü ömrünə hakim olan insanı o ortamdan
ayırıb, çıxarıb, Asif Ataya yönəltmək, əlbəttə, asan bir məsələ deyil.
Sən özün öz sevginlə, öz düşüncənlə, öz usanmazlığınla o sınırları
aradan qaldırmağa çalışmalısan.
Sən çağırırsan, toplumun ağlında, düşüncəsində demokratiya
ideolojisi oturub, hakim olub ona. O demokratiya ki, onlar bunu
bütünlüklə özgürlük hesab eləyirlər. Sən onu özgürlüyə çağırırsan,
onun içində demokratiya əngəl olur. O, demokratiyanı sənin çağırı-
şından üstün bilir. Çünkü ona köklənib, inanıb, nizamlanıb, bütün
varlığına o hakim olub. Yanlışdır, əlbəttə. Ancaq varlığına hakim
olub. Toplumda sənin qarşına çıxan insanların hamısı budur. Ayrı
etkilərin, ayrı baxışların basqısı altında yaşayır. Onu ordan qoparmaq
asan deyil. İndi gərək sən özün öz çağırışından usanmayasan. Özgür
olmayan soydaşlarınla barışmayasan. Onların biri olmağa aldan-
mayasan. Ömrünün axırına qədər də onlardan biri olmağa uyma,
aldanma. Özünü qoru, özünü öz baxışıyın altında (nəzarətdə) saxla.
Əsasən Ocağın işini yeritməyin çətinliyi – insanların ağlında,
düşüncəsində oturuşmuş istər ruhani, istər ideoloji yadlığın etkisinin
olmasına görədir. Bunu Ocaqçı bilir, bilməlidir, dərk eləməlidir və
bundan usanmamalıdır. Toplumdakı gerilikçi öz geriliyindən (cəha-
lətindən) yorulmur, usanmır. Çünkü öz geriliyini dərk eləmir. Sən isə
geriliyi döymək ləyaqətindən, fərəhindən usanma. O dərk eləmir,
ancaq sən dərk edirsən. Bax buna görə də bu çətinliyi yaşamaq özü
qeyrət deməkdir, ərdəmlik deməkdir. Ondan qırağa durmaq isə ölüm
deməkdir. Bura qədər gəlib, sonra da qırağa durasan, doğrudan da,
bu ölüm deməkdir.
Sonuncu olaraq bir fikri də sizə deyim. Dünən epizodik bəzi
şeyləri dedim. Mənim amallaşmamda ortaya çıxardığım məsələ-
lərdən biri də odur ki, müsəlmanın (bizim soydaşlarımızdır) Allaha
ibadəti bütünlüklə yalana dayanır. Allaha ibadət etmək əslində
umacaqlı (təmənnalı) ibadətdir, istəkdir. Nədir o umacağın əsasında
duran? Müsəlman Allaha yalvarır ki, günahımdan keç. Namaz qılır,
oruc tutur. Fikir vermisiniz, qayıdıb istənilən bir müsəlmandan
soruşsan ki, sənin ibadətin nəyə görədir? Deyər ki, cənnətdə yerimi
bulmaq istəyirəm. Cənnət də nədir? “Zəhmətsiz, əzabsız, istisiz,
soyuqsuz bir yer. Hər şey hazır, yüksək səviyyədə”. Belə deyir din.
Burada Allahdan istənilənə səcdə var, Allaha səcdə yoxdur. Başqa
203
sözlə, Allahın vəd elədiyinə səcdə var. Allah Cənnəti vəd eləyir. “Ya
Məhəmməd, müsəlmanlara de ki, cənnətdə onları filan şeylər
gözləyir”. Bunu Allah vəd eləyir. Ona görə Allaha səmimi münasibət
yoxdur, sevgi yoxdur. Allahın vəd verdiyinə sevgi var. Allah, dedi-
yim kimi, həzz vəd eləyir. Kefə səcdəyə çağırır. Müsəlman rahat
yaşamaq istəyir, elə bilir ki, gedib o dünyada bu cür fiziki mövcud
olub kef eləyəcək. Görün xurafatın dərinliyi hardadır. Dolayısıyla,
üzr istəyirəm, cinsiyyətə səcdədir, şəhvətə səcdədir.
Səmavi dinlər çağdaş sayılır, ən sonuncular sayılır. Ancaq ən
sonuncuların özündə ibtidailiklər hələ qalır. Bəşəriyyətin min illər
öncəki ibtidailiyi bu və başqa biçimdə qalır: “Cənnətdə səni hər şey-
dən pak olan zövcələr gözləyir, hüri-pəri gözləyir”. Bu elə cinsiyyətə
səcdə yaratmaqdır. (Şəhvətə pərəstiş yaradır). Uzaq keçmişlə bunun
arasında fərq azdır. Ordan qaynaqlanır.
Bu məsələləri gərək anlayasan və öz içində ayağa duran Asif
Atanın qədrini biləsən. Asif Ata səndən gör nə düzəldir.
Onun üçün vurğu eləyirəm ki, İnam böyük söhbətdir. İnsanı
inandırıb qul da eləyə bilərsən, yəni heyvana tən, inandırıb şəxsiyyət
də eləyə bilərsən. Asif Ata insana elə inam verir ki, onu şəxsiyyətə
çevirsin. Asif Atadan qıraqda insana elə inam veriblər ki, o qula
çevrilib, onu murdarlığa səcdəyə gətiriblər. İnsan özündən ayrılır.
Din, insanı özünə qovuşdurmaq yerinə, mahiyyətinə yetirmək yerinə,
onu özündən ayırırsa, nəyi inamdır?! Onu murdar eləyir sənin baxış-
larında. Asif Ata insanı kamil eləyir, Allah eləyir. Müsəlmanlar
deyirlər insandan Allah olar? Asif Ata deyir, olar. Allaha səcdə elə,
yəni sənə cənnət vəd eləyən Allaha yox, adam kimi danışan, eşidən
Allaha yox. Əsil Allaha, Mütləqə üz tut, Allah kimi qüdrətli olacaq-
san. Sən əsil Allaha üz tutmursan, uydurulan Allahın vəd elədiyinə
üz tutursan. Allahın özünü istə, onda Allah kimi qüdrətli olacaqsan,
yenilməz olacaqsan. Onda dünya gözəl olar. Dünyanı gözəl eləyən
insanın Allahlıq səviyyəsidir. Bəndəlik, heyvanlıq səviyyəsi dünyanı
gözəl eləyə bilməz.
Asif Atadan möhkəm tutmağımızın anlamı budur. Onun dediyi-
nin, yaratdığı dünyagörüşünün gözəlliyinin anlamı budur. Biz də
insanı bura çağırırıq. Bura çağıran insanın ürəyi göylərə dayanma-
lıdır. Fərəhindən göylərə dayanmalıdır onun ürəyi. O, heç bir anda
usanmamalıdır. Addımı dala qoymamalıdır, bədbinləşməməlidir. Gör
nə boyda Amalla, İnamla yaşayırsan, mənayla yaşayırsan. Bu boyda
böyük mənanın qabağında sənin hansı başqa istəklərin güclü ola bilər
204
ki, sən balacalığa enirsən. Özüylədöyüşün tələbi odur. Hansı istək-
lərə enirsən sən? Gör nə boyda qapı açıb Asif Ata sənə. Nə boyda
sənə yol göstərib. İnam işığı salıb ki, sənin ürəyin göyə bənzəsin,
Allahın surətinə bənzəsin. Sən də durub balaca istəklərin dalınca
düşürsən. Kamilləşə bilmirsən, özüylədöyüşə bilmirsən. Asif Ata
səndən böyüklük istəyir. Ona görə yaşasın Ata.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
Sonra Qutsal Oxuma bölümü yerinə yetirildi.
Dostları ilə paylaş: |