Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 

 

128 


Soylu  Atalı: İndi  mən  qonumuzu  başqa  səmtə  yönəltmək  istəyi-

rəm.  Ötənlərdə  telefonla  qardaşımız  dedi,  hansısa  bir  xeyir  işdə 

oldunuz. Dedi mən danışdım, sonra Elana məni davam eləmək istədi. 

Çox uğurlu danışdı, bir sıra adamları düşündürdü. Ancaq orda özü nə 

danışdı,  Elana  nə  danışdı,  onu  mənə  deməyib.  Mən  istəyirəm  onu 

bacımız  desin,  orda  nə  danışdın,  hansı  hal  səni  o  cür  ruhlandırdı, 

gedib orda başladın danışmağa? 

 

Elana  Atalı: Mütləqim,  Müqəddəsm,  ulu  peyğəmbərim  Asif 

Atanın adına səcdə ilə başlayıram. Bayrağımızı öpürəm. 

 

 



 

Ağcabədi rayonunda qonşunun uşağının xeyir işi idi, böyük məc-

lis idi. Qonşu kimi, uşağın atasının ağsaqqal saydığı insan kimi, öncə 

Günevə  söz  verildi.  Qonşularla  birlikdə.  Günev  danışdı.  Mənim  də 

içimdə bir hal yarandı, eyni halda düşündüm Günevin sözünə söykək 

mən də nəsə deyim. Mən də elə Günevin yanına gəldim, belə də baş-

ladım: “Ürəyinizdə Günəş olsun, əziz insanlar.  

Ürəyinizdə Günəşin işığı, istisi ömür yollarınızın qaranlığına işıq 

salsın,  soyuqluğuna  istilik  gətirsin.  Bu  işıq  altında  qaranlıq  həyatı-

nızdan  çıxmağa,  insanlıq  yolunda  insan  kimi  yaşamağa  çağırıram 

sizləri. 


 

129 


 

 

Hər  kəs  insan  olduğu  üçün  xoşbəxtdir.  Hər  kəsi  insan  olduğuna 

görə qutlayıram. Var olun sayğılı insanlar”. 

 

Soylu  Atalı: Doğru  demisən.  Yəni  insan  ailə  qurur,  ailə  qurma-

sına görə onu xoşbəxt saymırsan, onu insan olduğuna görə qutlayır-

san. Çünkü ailə insan olduğunu gözə almazsa, onda heyvan kimi döl 

artırmaq  xassəsini  ifadə  edər.  Mən  də  səni  qutlayıram.  Ayrı  nə 

deyərdin? 

 

Elana  Atalı: Həmişə  olduğu  kimi,  Atanın  sözünü  danışdıqca 

yaşamın adiliyindən ayrılır insan. Atamız Var olsun! 



 

Soylu Atalı: Ailə Gününün məqsədi də elə odur. Ata hərdən hid-

dətlə  deyirdi:  “artmayan  azalır”.  O  bizi  çağırırdı,  artmağa  meyilli 

olun. Necə artarsan? Ailə Günü keçir, söz de, amallaşmanla, kamil-

ləşmənlə,  xalqlaşmanla  bağlı  söz  de,  yaşa!  Bu  səni  nizamda  saxla-

yacaq.  Məsələn,  gedib  bir  addım  atırsan,  bu  bir  nizamdır,  qayıdıb 

onun hesabatını verirsən, bu ayrı bir nizamdır. Ailə Günü özü bizim 

artmağımızı sağlayır. Ona qulluq edir əslində. Uzaqlaşmırıq o anla-

yışlardan,  o  anlamdan,  o  tələbdən.  Daim  onunla  bir  araya  gəlirik. 

Ona  görə  içimizi,  halımızı  qoruyur  o.  Yenidən  çölə  addım  atmağı-

mızı  qoruyur.  Ona  görə  Ailə  Gününün  məramı  bizi  daim  kökləyir, 

ayaqda saxlayır. Nə istimiz azalır, nə işığımız. 

 


 

130 


Hamı: Ata Ruhunu Ürəyimizdə aparırıq! 

Atamız Var olsun! 

 

Sonra Amal Bağı ziyarət olundu 

 

Soylu  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

Bizim, Ocaq baxımından, ayrı-ayrı tarixi günlərimiz var. O günlər 

Ocağın törənlərinə, Atanın doğumuna, ölümünə, Ocaqda ruhani bəl-

gələrlə təsdiq olunan olaylara bağlıdır. Tarixi günlərimiz. Ancaq bu 

günün özü də tarixi gündür. Söz yox, bu gün gələcək günlərdə təkrar 

olunmayacaq.  Ancaq  Atagün  Ailəsinin  Ailə  Günü  bir  tarixdir. 

Atagün  Ailəsinin  Ailə  Gününün  tarixində  Atanın  ziyarət  tarixi  də 

var. 

Atanın 80 illiyi qarşısındayıq. 



Biz Atanın torpağını ziyarət edirik. Mənim üçün dünyanın bütün 

qutsal yerlərindən ən ucası, ən dəyərlisidir bu yer.  

Ona  görə  mənim  üçün  bu  ziyarətim  bütün  dünyanın  gələcəyinə 

bağlı qutsal ziyarət yeridir. Ataya üz tuturuq, Ataya hesabat veririk. 

Onun  yaratdıqlarını  yaşatdıqlarımızla  bağlı  hesabat  veririk,  söz 

deyirik. 

 

 


 

131 


 

 

Hər zaman Atanın qarşısında olmağımızla qürur duyuruq. Atanın 



qarşısında  olmağımız  hər  zaman  bizi  sorumlu  edir.  Biz  nədən 

sorumlu  olduğumuzu  dərk  edirirk.  Hər  zaman  Atanın  hüzuruna 

gələndə öz görəvimiz, öz işimiz yadımıza yüklənir, ağlımıza, ürəyi-

mizə yüklənir. 

Ona  görə  ömrümüz  bütövlükdə  qutsal  tarixə  bağlanır.  Belə  bir 

yerə bağlanır. 

 

 


 

132 


 

 

Atanı ziyarət eləyəndən sonra doluram. 



Bu  Ziyarət  ucadır  dedim.  Ona  görə  ucadır,  Atada  bəşər  yaşayır. 

Atada insan anlamı yaşayır.  

Biz Atayla insana yetdik.  Atayla insanlığa yüksəldik. Biz Atayla 

dünyanın  mənasının  insanlıqda  olduğunu  anladıq.  Biz  Atayla  allahı 

insanda tapdıq.  

 

 



 

 

133 


Biz Atayla dünyanı, yaşamı insanda, insanlıqda tapdıq. Ona görə 

anladıq. Ona görə bildik. Ona görə Atanın dalınca düşüb “insanlaşın, 

insanlaşdırın” harayını çəkdik. 

Qutsal  günümüz,  qutsal  ziyarətimiz  hər  zaman  ömrümüzə  fərəh 

gətirsin,  hər  zaman  qeyrətimizdən  doğan  günümüz  Yola  çevrilsin, 

İşığa  çevrilsin.  Belə  bir  diləklə  Atamızın  hüzurunda  baş  əyirəm. 

Atamızın bizə tapşırdığı, bizə öyrətdiyi idealları öz üzərimizdə saba-

ha daşıyırıq. Öz ömrümüzdə sabaha daşıyırıq. Qutsal günümüz qutlu 

olsun. 

Bir neçə kəlmə İnam Evimizlə bağlı deyim, indi İnam Evinə gi-



rəcəyik. Nə böyük bəxtiyarlıqdır – bax belə bir Bağda, belə bir yerdə 

Atanın Evi var. Atanın Evi, yəni İnamın Evi. Ata İnam anlamı daşı-

yır. Atanın Evi qıraqdan baxanda yoxsul, hardasa baxımsız görünür. 

Ancaq  Atanın  Evinin  adı  böyükdür,  anlamı  da  dərindir.  Allahın 

Evindən  daha  ucadır.  Çünkü  Atanın  Evində  biz,  bayaq  dediyim 

anlamı,  mənanı  tapırıq.  Allahın  Evində  o  anlam  yoxdur.  Allahın 

Evində, təzadlı səslənsə də, deyim, insan özündən ayrılır. İnsan mü-

tiləşir.  İnsan  ulusdan  ayrılır.  Atanın  Evində  insan  özünə  dönür. 

Ulusuna dönür, gələcəyinə dönür.  

Ona görə Atanın Evi – İnam Evi çox böyük anlam daşıyır, biz bu 

dərinliyin  fərəhiylə  yaşayaraq  bu  anlamı  xalqımıza  veririk. 

Verməkdən usanmıırıq, yorulmuruq. 

Mən Amaldaşlarıma bu anlamı yaşatmaqda, onu öz ulusuna ver-

məkdə  yorulmazlıq  ərdəmliyi  diləyirəm.  İstəyirəm  Amaldaşlığım 

həmin yorulmazlıq anlamına dayansın.  

Həmin usanmazlığa bağlansın. Onu diləyirəm. Onda bizim Amal-

daşlığımız  dərin  qatlara  işləyəcək.  Onda  uzaq  hədəflərə  gedib 

çatacaq.  

Bundan böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliklə yaşamaq istə-

yirəm. Elə hey bu xoşbəxtliklə nəfəs almaq istəyirəm. Hər gəlişimdə 

mən o anlamı daşıyıram. Xoşbəxtliyin o çalarını içimdə daşıyıb gəti-

rirəm  bura.  Burdan  da  həmin  çalarla  dönürəm  Bakıya.  Bakıdan  da 

yenə  başqa  yerlərə  gedəndə  həmin  halla,  həmin  havayla  gedirəm. 

Hər zaman Atanın yörəsində dolanıram! Atanın yörəsi Amal bağıdır, 

Məbəddir,  İnam  Evidir,  Atagün  Elidir,  Ailəsidir,  Uluyol  Ailəsidir, 

Ulufərəh  Ailəsidir.  Ocaq  səfərləridir.  Atanın  yörəsində  dolanıram. 

Atanın yörəsində böyüyürəm, dolğunlaşıram. 

 

 



 

134 


 

 

Bundan böyük xoşbəxtlik özüm üçün vurğu eləmərəm. Mən yaşa-



mın yörəsində deyiləm, Atanın Amalının yörəsindəyəm. Yəni mənim 

əməlim,  əməyim  Atanın  Amalının  yörəsindədir.  Ömrüm  Atanın 

Amalının yörəsində deyil, içindədir. 

Bax, bu anlamı, bu məzmunu vermək gərəkdir. Sevgiylə, fərəhlə 

bunu  hər  yerdə  vermək  gərəkdir.  Qoy  bizim  xoşbəxtliyimiz  boğaz-

dan  yuxarı  söz  kimi  qiymətləndirilməsin.  O  anlamı  qoy  bizim 

heyrətimizin işığından görsünlər. Bax, Amaldaşlarımla bir yerdə, be-

lə  bir  havayla  yaşamaqda  tapıram  mənanı,  ruhani  savaşın,  döyüşün 

yolunu, yönünü. Atamız Var olsun! 

 

İşıq Ayı, 37-ci il. Atagün Eli. 



(may, 2015. Örənqala). 

 

 



 

 

 



 

 

 



 

135 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər”Ailəsinin 

37-cı ildə III “Ailə Günü” törəninin 

Gediş Yazısı 

 

Gün:  26 İşıq Ayı; Yer:  İnam Evi (İçərişəhər); 

Başlanır: saat 16.00 

 

Oda  Törənin  ruhuna  uyğun  hazırlanır.  Gül-çiçək,  qələm-



kağız hazırlanır. İşə sorumlu Ulusəs Atalıdır. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır. 

  

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

Milli şüurun oyanmasında Ocağımızın etkisi. 

 Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər. 

  

Qutsal  Oxuma: “Təməl”  kitabından  oxunur  və  Ata  fikirlərinə 

Evlad açıqlaması verilir. 

 

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!”  səcdəsiylə “Ailə Günü” başa çatır. 

  

Carlar 

İnam Ocağımız – Ruhani ucalığımız! 

İnamsız bəşərə Mütləqə İnam harayı gərək! 

  

Gediş Yazısını yazdı: İnamlı Atalı 

19 İşıq Ayı, 37-il. Atakənd. 

   


Qəbul olunur.                                          

                                          Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

       20 İşıq Ayı, 37-ci il. Saray-Soylu. 

 

136 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Uluyol-Hünər” Ailəsinin 

“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

 Ocaq  Günsırası  ilə  26  İşıq  Ayı,  37-ci  ildə  (may,  2015)  İnam 

Evində  “Uluyol-Hünər”  Ailəsinin  “Ailə  Günü”  toplantısı  keçirildi. 

Törənin  quralları  yerinə  yetiriləndən  sonra   “Uluyol-Hünər”  Ailə-

sinin  Yükümlüsü Nurtəkin   Atalı Ataya  səcdə  ilə  sözünə  başladı.  O, 

öncə  Ocaq  Yükümlüsü  Soylu  Atalının  “Ailə  Günü”nə  uğurlamasını 

oxudu: 

  

“Uluyol-Hünər” Ailəsinə uğurlama 

  

Ürəyinizdə Günəş olsun, ağır yükə sorumlu amaldaşlarım! 



Biz, Ocaq olaraq, çox ciddi, sorumlu aqibət seçmişik. Bu aqibətin 

yaşatdığı və yaşadığı olay Asif Ata Ocağının ruhani Ailəçilik məsə-

ləsidir. Bizim üçün hər şey burdan başlayır. Ancaq düşünmək gərək-

dir. Ailəçilər üçün doğrudanmı hər şey burdan başlayır, yoxsa yaşa-

mımızın əsas xətti məişətdənmi başlayır? Biz Ocağın, bu Yolun vur-

ğunuyuqmu,  yoxsa  özümüzü  vurğun  kimimi  göstəririk?  Vurğunu-

yuqsa,  bu  özünü  nədə  göstərir,  vurğunu  deyiliksə,  özümüzü  nədə 

aldadırıq? Bu gün “Uluyol-Hünər” Ailəsi öz anlamına, daha doğrusu, 

Ocağın ruhani tələblərinə tam uyğun yaşamır. “Uluyol-Hünər” Ailəsi 


 

137 


böyük tələblə tutuşduranda gah var, gah yoxdur. Ən çox birey olaraq, 

Nurtəkinin  çabaları  var.  Ailə  yetkin  Evladlaşma  aşamaları  yetirə 

bilmir. Sarsıdıcı fikir, sarsıdıcı əməl, sarsıdıcı ömür halı ortada yox-

dur. Əgər hesab eləmək olarsa, elə bu gedişlə Ocaq adlanmaq müm-

kündür,  kökündən  yanlışlığa  uğramaq  olar.  Ocaq  eşq  məsələsidir. 

Aşiq  məişətin  əlində  zarımaz,  aşiq  üçün  məişət  olduqca  balaca 

yükdür. Mən Ocağın Yükümlüsü olaraq, eləcə də Asif Atanın, Onun 

Yolunun vurğunu olaraq, bildirirəm: belə Ocaqçılıqla nəinki dünyanı 

dəyişmək  olar,  tərsinə,  dünyada  aldadıcı  aqibət  görüntüçüsü  olmaq 

olar.  Hər  bir  Ailəçi  özünü  yoxlamalıdır.  Görsün  o,  toplumda  olan-

lardan nəyi ilə üstündür. Üstündürmü? Danışanda hər kəsi qınayırsı-

nız.  Toplum  aşağı  yaşayır,  millət  olmaq  istəmir  deyə  suçlayırsınız. 

Ancaq özünüz “Olmaq”da qərarlı deyilsiniz. Bu, mənim sizdən amal-

daşlıq umacağım, tələbimdir. Ocağı ciddi öyrənin. Özünüzü ciddi öy-

rənin. Ocağa ciddi başlayın. 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



Atamız Var olsun! 

 

 Ocaq Yükümlüsü Soylu Atalı 



 

25 İşıq Ayı, 37-ci il. Atakənd. 



 

Nurtəkin  Atalı: Bu  yazı  həm  bizim  Ailə  Gününə  uğurlamadır, 

həm  də  burda  elə  məsələlər  qoyulub  ki,  növbəti  “Ailə  Günü”nün 

qonularıdır.  Bu,  bizim  qarşımızda  həm  də  gerçək  bir  tələbdir. 

Hər  bir Ailəçi “Uluyol-Hünər” Ailəsi haqqında düşünsün. 

Ay  içində  son  10  gündə  Amallaşmaya  vaxt  ayırmışam.  Çoxlu 

Ocaq  əməllərim  olub,  disklər  hazırlamışam,  tədbirlər  kitablarından 

çap etmişəm, tədbir kitablaşdırmışam və b. 

Bütövlükdə götürəndə özüylə üz-üzə qalmağa, amallaşmaya ciddi 

vaxt ayıra bilmirəm. 

Xalqlaşma əməlim, bir məktəbdə görüş təşkil etmişdim, o da hələ 

alınmadı,  həmin  gün  zəng  edib  sonraya  saxladılar.  Bundan  başqa 

xalqlaşma əməlim olmayıb. 

Bu  ay  mənim  Ocağa  gəlişimin  19  ili  tamam  oldu.  Fərəhli  bir 

olaydır, ömrünün 19 ilini Ocağa vermək, ardıcıl bir yolda olmaq. 

Bu,  özü  fərəhdir,  bu  başqa.  Ancaq  harda  olmalıydım?  Yaxud 

hansı aşamaları aşmalıydım? Mən ideal Nurtəkinə, içimdəki Mütləqə 



 

138 


nə dərəcədə çatmışam? Bunlar məni ciddi düşündürür. Hər il hesabat 

hazırlayırdım, bu il “Evlad Günü” törənində hesabat verəcəm. 

İndi isə ayrı-ayrı yazılarımı oxumaq istəyirəm. 

 

 



 xxx 

Yaşamağın  sadəliyi  –  yolunu,  yönünü  bəlli  eləməkdən  keçir.  O 

yolda  nələr  yaşayacaqsan,  bu  ayrı  məsələdir.  Yol  seçimi  –  Amal 

Yolu seçimi – aydınlaşmadır, arılmadır. Mürəkkəblik – yolsuzluqdan 

yaranır. 

xxx 

Həyatın  fərəhi  səthidir,  üzdədir.  Kədəri  daha  ağrılı,  acılı,  aman-

sızdır.  Adam  faciəyə  düşəndə  həyat  gözündən  düşür.  Çünkü  həyat 

özündən, özümlüyündən qıraqdadır. 

Amalçının  başına  fəlakət  gələ  bilər.  Ancaq  Amalçının  Amal 

gözündən düşməz. Çünkü Amallı olmaq – özümləşməkdir. 

Başına nə olay gəlir gəlsin, ağrını içində əritməlisən. İnsanın özü-

nə inamının,  idrakının, iradəsinin təsdiqi var bu qarşılaşmada. İnsan 

sınmamalı,  qırılmamalı,  yerişində  dayanmamalıdır  faciəylə  qarşıla-

şanda.  Bu  özünütəsdiq  insanı  da  öz  gözündə  ucaldır,  Amalın 

gərəkliyini, dəyərini də anladır. 

 xxx 

Haqqı  qazanasan  gərək.  İnsan  o  zaman  haqlı  olur  ki,  haqqa 

əzabla,  özündənkeçmə  ilə  qovuşur.  Haqq  qıraqda  olan  olay  deyil, 

içində yaratdığın, yetdiyin həqiqətdir. Haqq  – ruhun özüdür. Haqqa 

toxunmaq – ruha toxunmaq demək olur. 



 

139 


xxx 

Milli  şüur  onda  oyanır  ki,  millətinin  keçmişini  öyrənirsən,  həm 

fəlakətini, həm dəyərlərini dərk edirsən, sabahı necə olmalıdır düşün-

cələriylə yaşayırsan. 

Rahatsız, gərgin düşüncə-əməl birliyindən doğan ömür yaranır. 

  

 xxx 



Adamlığa,  Adam  səviyyəsinə  bir  anda  yenmək,  düşmək  olur. 

Çünkü  Adamlıq  təbiətin  verdiyidir.  Sadəcə  Adamlıq  səviyyəsinə 

düşməklə o aşkarlanır. 

İnsanlığa  bir  anda  yetmək,  onu  bir  anda  aşkarlamaq  mümkün 

deyil. İnsanlıq olanaqlarını aşkarlamaq üçün özünü qurursan, özüm-

lüyünə doğru yolu qurursan. 

İnsanlaşma Göyləşməkdir, Göyə yüksəlmək üşün qanad gərəkdir. 

O qanadları qurmaq, yaratmaq gərəkdir. 

  

 xxx 



Dində  günah  anlayışı  dinin  özünün  anlamına  uyğundur.  Əslində 

bir  günah  var  –  İnsaniliyə  yetməmək.  Dinin  insanın  adına  yazdığı 

günahları dərk edəndə, insan din adlı günahdan çıxır. 

  

 xxx 



Biz deyirik ki, yolumuz uzun yoldur. Sonucu min illərə hesabla-

nacaq  bir  yoldur.  Mənim  ömrüm  yüz,  min  illərin  davamlılığını 

yaratmaq üçün elə qurulmalıdır, Yol da, ömür də doğrulsun. 

 

 xxx 



Atanın “Dövlət” əsərində dövlətin, başçının necə olması haqqında 

fikirləri var. İndiki gedişatda bu fikirlərin gerçəkləşməsi mümkünsüz 

görünür. Çünkü xalq gözünü açıb özünü dövlətin basqısı altında gö-

rüb.  Xalq  özü  kimdir,  hüququ  nədir,  bilmədiyi  kimi,  dövlətin  də 

görəvlərini bilmir. Ona veriləni qəbul edir, tabe olur. 

Dövlət  xalqı  qorumalıykən  xalqdan  özünü  qorudu  və  xalqla  özü 

arasında  sınır  yarandı.  Bu  sınırı  dövlət  varıyla,  zoruyla,  zəhmiylə, 

hökmüylə qoruyur. 

Mədəniyyət  xalqı  təmsil  etməli,  xalqdan  yaranmalı  və  xalqı 

qorumalıykən, siyasəti təmsil edir, siyasət tərəfindən yaradılır. 

İqtisadiyyat  xalqa  qulluq  etməliykən  xalqa  qulluq  etdirilir. 

Mədəniyyətlə, iqtisadiyyatla xalq arasında sınır yaranır. Xalq dövlət-



 

140 


çiliyi bilməli, ağlında, şüurunda dövlətçiliyi dərk edərək onu qurma-

lıdır. 


 xxx 

Dinin  ən  böyük  ödülü  cənnətdir.  Onu  da  öləndən  sonra  görmək 

mümkündür. Adam ölənə kimi nigarançılıqda qalır, görəsən cənnətə 

düşəcəkmi?  Gerçək  ömrü  yaşaya  bilmir,  ölümünü  gözləyir  adam, 

ömrü boyu ödülünü gözləyir. Ömrü, yaşamı bu dərəcədə qiymətsiz-

ləşdirən, dəyərsizləşdirən din həyatı ölüdürür. 

 

 xxx 



Din  adamın  ağlına  zor  edir,  onu  öz  istədiyi  kimi  düşünməyə, 

yaşamağa qoymur. 

Toplum,  siyasət  adamın  ağlına  zor  edir,  onu  öz  istədiyi  kimi 

düşünməyə, yaşamağa qoymur. 

Zora tabe olduqca zor yönəldəcək adamları. Zor basqısından çıx-

maq üçün insanlaşmaq gərəkdir. 

 

 xxx 



Yalanı  doğru  bilib  özündənkeçmək  faciəvilikdir.  Yalana  inan-

mağın özü faciəvidir. 

Həqiqət üçün özündənkeçmək özünü təsdiqdir, həqiqəti təsdiqdir. 

Həqiqəti yaşatmaqdır, özünü yaşatmaqdır. 

 

 xxx 



Asılılıq  duyğusu  ilə  yaşayır  adamlar.  Allahdan asılı  olurlar,  top-

lumdan,  mühitdən,  zamandan,  ortamdan…  Asılı  olmadan  yaşamağı 

ağıllarına gətirmirlər. 

Ölkələr də eləcə. Asılı olmadan yaşamağı olanaqsız sayırlar. Ona 

görə  “yiyə”  axtarırlar,  qurban  bahasına  mövcud  olmağı  gedişatla, 

zamanla ayaqlaşmaq sayırlar. 

Asılılıq  duyğusu  adamın  içində  olduqca  o  özünə  yox  yerdən  də 

olsa ağa tapacaq. Özümləşmək gərəkdir ki, asılılıqdan çıxasan.  

Atamız Var olsun! 

 

İnamlı  Atalı Ataya  səcdəylə  sözünə  başladı:  Son  bir  neçə  ayda 

yörəmdə, şəxsi həyatımda baş verən bəzi olaylar məni toplumda baş 

verən  olaylara  göz  yetirməyə  yönəltdi.  Bütün  günü  avtobusda,  işdə 

diqqətimi insanların davranışına yönəltdim. Doğrudanmı hər şey belə 

kökündən dəyişib. Bir az düşündüm, hardasa 15 il öncə toplumdakı 


 

141 


davranış,  adamların  bir-birinə  qaba  münasibəti  –  heç  kim  heç  kimi 

dinləmir, qəbul eləmir, hamı aqressiv. Başa düşürük, bunların kökün-

də sosial sorunlar var, yaşam sorunu var, maddi sıxıntı var, hər biri-

mizin iş yerində bizə olan basqılar var, ailədə doğmalıq itib. Düşün-

düm, kaş 15 il öncəyə qayıdardım, heç olmasa ondakı doğmalığı bir 

də  yaşayardım.  Bugünkü  toplumda  insanlar  arasındakı  münasibət 

yox  səviyyəsindədir.  Son  çağlarda  bunu  izlədim,  söhbət  elədiyim 

adamların  danışıq  tonuna  fikir  verdim,  sonra  Atanın  kitablarına  üz 

tutdum insan, heyvan münasibətlərilə bağlı. Ata deyir heyvanı təbiət 

yaradır,  insanı  təbiət  doğur.  Mən  belə  düşündüm,  Ataya  qədər  nə 

insan olub, nə xalq olub, nə bəşər. Niyə bu düşüncəyə gəldim? Ata 

deyir,  insan  məxluq  kimi  dünyaya  gəlir,  adam  kimi  böyüyür,  insan 

kimi  yenidən  doğulur,  yəni  özünü  yetkinləşdirir.  Biz,  insan  olaraq, 

hələ  üçüncü  aşamaya  yetməmişik,  əsasən  məxluqla  adam  arasında 

qalmışıq. Demək olar insan yaranmayıb. İnsan yaranmayıbsa, demə-

li, xalq da yaranmayıb. Xalq nə deməkdir? Ata deyir, sinfi, silki zid-

diyyətlərdən ayrılmış toplumun birliyi. Yəni ruhani, bağımsız birey-

lərin  birliyindən  yaranmış  toplum.  Xalq  da  yoxdursa,  deməli,  bəşər 

yoxdur. Bəşər nədir? Bəşər də xalqların birliyindən yaranan olaydır. 

Hamının  yaxşı  nəyi  varsa,  mədəniyyəti  və  b.  onların  qorunması, 

birliyi bəşəri təmsil edir. 

Nəyə  görə  xalq  olmayıb,  bəşər  olmayıb?!  Çünkü  insan  olmayıb. 

İnsanla  heyvan  arasındakı  fərq,  demək  olar,  aradan  qalxıb.  Son  bir 

neçə ayda izlədiklərim də bu fikirlərimi oluşdurub. 

Ata  deyir heyvanı  təbiət  yaradır, insanı  təbiət  doğur.  Heyvan  da 

təbiətdən gəlir, insan da. Heyvanla insanın fərqi təkcə onun şüurunda 

deyil. İnsanın qarşısında borc var, o, mahiyyətinə yetməlidir, kamil-

ləşməlidir. Heyvanın qarşısında borc yoxdur. Onun işi-gücü dünyaya 

bala  gətirmək,  balanı  böyütməkdir.  Heyvanla  balası arasında da  elə 

bir doğmalıq yoxdur. İnsanda insan-ailə münasibəti, insan-insan mü-

nasibəti,  doğmalığı  var,  bir-birinə  həsrət  çəkməsi  var.  İnsan  bioloji 

olaraq doğulur, əgər özü üzərində döyüşərsə, özünü ifadə edərsə, özü 

özünü yenidən doğur. Ancaq heyvan özü-özünü yenidən doğa bilmir. 

Heyvan təbiətdə doğulur, ölür, təbiətə qarışıb gedir. Heyvanın qoyub 

gedəcəyi bir şey yoxdur. Ruhani varlıq deyil, ruh gəzdirmir özündə. 

İnsan ruhani xilqət olduğundan onu təbiət doğsa da, o, yenidən do-

ğulur. Bundan sonra o, ölməzlik qazanır. İnsan özü üzərində qələbə 

çalırsa, yaşarıya qovuşa bilir. Yaşarını bu dünyada yarada bilir. 



 

142 


İslam  deyir  ki,  insan  bu  dünyaya  imtahan  vermək  üçün  gəlib. 

Yanlışdır. Bizim yaşadığmız bu planet onun üçün deyil axı. İnsan bu 

dünyaya özünü təsdiq eləmək üçün gəlib. Heç bir Allahın qarşısında 

borc vermək üçün gəlməyib. Cənnət-cəhənnəmə düşmək düşüncəsiy-

lə  yaşamağa  gəlməyib.  İnsan  ona  görə  gəlib  ki,  öz  ruhani  təsdiqini 

tapsın, insanlığını tapsın, mahiyyətinə bərabər olsun, özümləşsin. Bu 

cür  özümləşən  bireylərin  birliyindən  xalq  yaransın,  dünya  bəşərləş-

sin, bəşər gözəlləşsin, heyvanlaşmasın. 

Atanın  bir  sözü  var  –  deyir,  toplumun  məqsədi  insanı  təsdiq 

etmək olmalıdır. Ancaq çağdaş toplum insanı təsdiq yox, inkar edir.  

 

 

 



Əslində  bu  gün  insan  yoxdur,  çünkü  özündən  ayrılmış  insan  ol-

mur. Toplumdakı çoxluq özündə yarı heyvan, yarı insan gəzdirir. 

İnsanın özgürlüyü onun içindədir. 

Mən  məişət  sorununda  sıxılıram,  istəyirəm,  bu  şey,  o  şey  yaxşı 

olsun.  Mən  görürəm,  həmin  şeyin  əsarətinə  düşürəm.  Rahatsız  olu-

ram,  gecə  yata  bilmirəm,  fikirli,  qayğılı  oluram,  bir  az  da  əsəbi 

oluram.  Bu  ay  çətinliyim  oldu,  özüm  üçün  keçinərəm,  düşünürəm, 

qadn var, uşaq var, çörək niyə yaxşı olmasın. Çörəyi qazanmaq kölə-

sinə çevrilirəm. Onda mən özgürlüyümü itirirəm. 

Ata deyir, dünyada baş verənlər topuğundan olmasa, Ocaqlaşmaq 

baş tutmaz. Bəşər ona görə xoşbəxtdir ki, insanlıq ölmür. Xalqın ölən 

vaxtı olmaycaq. Bu da mənə nikbinlik verir. 



 

143 


Qonu ilə bağlı fikirlərimi deyim. Öncələr düşünürdüm, 5-3 nəfər-

lə nə edə bilərik. Mən əsasən gerçəkliyin gözüylə baxırdım. İnsanlaş-

maya yetən, insanlığa qulluq edən bir qurum varsa, o da Ocaqdır. 

Dünyanın heç bir yerində Ata Ocağı qədər üstün bir ailə yoxdur. 

Dünyanı qurmaq yönündə çabalar göstərən ikinci bir qurum, təşkilat 

yoxdur. Mən buna tam əminəm, heç bir hissə qapılmadan deyirəm. 

 

Nurtəkin Atalı: Sənin hansısa “Ailə Günü” törənində dediyin bir 

fikir vardı. Dedin, Soylu Atalı ilə söhbətdə mənə dedi ki, düşünürsən, 

əgər  o  düşüncə  həqiqətə  aparıb  çıxarmırsa,  deməli,  doğru  düşüncə 

deyil. 


Deməli, düşüncələrimizi biz özümüz yönəltməliyik. 

Məişət  məsələsinə  toxundun,  biz  hər  birimiz  işləyirik,  maddi 

baxımdan  asılı  olmayaq,  ailəmiz  ac  qalmasın.  Ancaq  işləsək  də, 

ruhumuzu  işə  vermirik.  Eyni  zamanda  ağlımız,  davranışımız  bizə 

yönəlik münasibəti formalaşdırır. 

Ocağın,  Ocaqçıların  xalqa  etkisi  məsələsi.  Biz  sayca  azıq,  hər 

birimiz  Xalqlaşma  əməllərinə  cəhd  göstəririk.  Sayımız  çox  olarsa, 

etki  daha  da  çoxalar.  Ayaz  bəy  burdadır,  elə  onun  üzərində  örnək 

gətirmək  istəyirəm.  Əgər  Soylu  Atalı  onunla  ardıcıl söhbətlər  apar-

masaydı,  Atanı,  Ocağı  tanıtmasaydı,  Ayaz  bəy  də  Ocağı,  Atanı  bu 

dərəcədə anlamazdı, ona doğmalaşmazdı. Hər birimiz öz yörəmizdə 

insanlar yetirməliyik. Onda etki də çoxalacaq… 

 

Ayaz  Şıxalıoğlu  dəyərlərimizdən  danışaraq  vurğuladı:  heç  bir 

dəyərimiz  yarımçıq  qalmayıb.  Birində  sonlanıbsa  da,  o  birində 

yenidən üzə çıxıb. Sonucda Asif Atada təcəlla tapıb. 

Millətin,  bəşərin  gələcəyinin  Asif  Ata  dünyabaxışında  olduğunu 

vurğulayan Ayaz bəy özünün Ocağa doğmalığını və sevgisini də dilə 

gətirdi. 



“Ailə Günü”nün “Qutsal Oxuma” bölümündə “Təməl” bitiyinin 

son hissələri oxundu. 

Nurtəkin  Atalı  növbəti  aydakı  tədbirlərdən  danışaraq,  hər  bir 

törənə  ciddi  hazırlaşmağın  gərəkliyini  vurğuladı.  Ailəçilər  də  bu 

yöndə fikirlərini bölüşdülər. 

“Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 

səcdəsilə törən sona yetdi. 

 İşıq Ayı, 37-ci il. Atakənd. 

(may, 2015. Bakı.) 

 

144 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin