Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər”Ailəsinin 

37-ci ildə IV “Ailə Günü” törəninin 

Gediş Yazısı 

 

Gün:  25 Şölə Ayı; Yer:  İnam Evi (İçərişəhər); 



Başlanır: saat 17.00 

 

Oda  Törənin  ruhuna  uyğun  hazırlanır.  Gül-çiçək,  qələm-



kağız hazırlanır. İşə sorumlu Ulusəs Atalıdır. 

 “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır. 

  

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

Ocağı aqibətimə çevirməkdə mənə əngəl olan nədənlər. 

Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər. 

  

Qutsal  Oxuma: “Hallar”  kitabından  oxunur  və  Ata  fikirlərinə 

Evlad açıqlaması verilir. 

 

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!”  səcdəsiylə “Ailə Günü” başa çatır. 

  

Carlar 

Mütləqə İnam  – İnsanın özünə bərabər olması! 

Mütləqə İnam – bireylərin xalq yaratma olayı! 

  

Gediş Yazısını yazdı: İnamlı Atalı 

17 Şölə Ayı, 37-il. Atakənd. 

   


Qəbul olunur. 

                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

                                    

     19 Şölə Ayı, 37-ci il. Saray-Soylu. 

 

145 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Uluyol-Hünər” Ailəsinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 



Ocaq  Günsırası  ilə  25  Şölə  Ayı,  37-ci  ildə  (iyun,  2015)  İnam 

Evində  “Uluyol-Hünər”  Ailəsinin  “Ailə  Günü”  toplantısı  keçirildi. 

“Ata  Ruhuna  pənah  gətirmişik!”  səcdəsilə  “Ailə  Günü”nə 

başlanıldı. 

“Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə 

ilə  sözünə  başladı.  O,  öncə  Ocaq  Yükümlüsü  Soylu  Atalının  “Ailə 

Günü”nə uğurlamasını oxudu: 

  

Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 



Asif Ataya – İnam Ataya ali səcdəylə! 

 

“Uluyol-Hünər” Ailəsinə uğurlama 



 

Ürəyinizdə Ata Günəşi olsun, istəkli Amaldaşlarım! 

Gerçəklik bütün anlamlarda Ocağın dediklərinə, istəklərinə uyğun 

deyil.  Nəinki  uyğun  deyil,  qarşıdır.  Ocaqçının  bu  cür  qarşı  olma 

sürəcində  çalışmaları  davamlı,  dayanıqlı,  özünü  kamilləşdirmə  yö-

nündə olmalıdır. Bu nədəndən gərək Ocaqla gerçəkliyin başqalığını 

(fərqini)  hər  anlamda  özünə  aydınlaşdırmağı  bacarasan.  Bu  nə 


 

146 


deməkdir? Bu o deməkdir, gerçəkliyin halından, gedişindən baxsan, 

nə gerçəkliyin özünü dərk edə bilərsən, nə də Ocağın istəyini, tələ-

bini. Gərək Ocağın ideyalarını hər an özünə açasan, aydınlaşdırasan. 

Arxayınlaşmayasan,  deməyəsən  hər  şeyi  bilirsən.  Onda  gerçəkliyi 

Ocaq  açısından  görə  biləcəksən.  Heç  bir  olay  göründüyünə  tən 

(bərabər) deyil. Hər bir olayın arxasında onu doğuran, yanlış, ya da 

doğru anlam olur. Biz, Ocaq olaraq, gerçəkliyin toplumda yaratdığı 

uyumsuzluğa, nizamsızlığa vərdiş edə bilmərik. Vərdiş eləsək, ruhani 

savaş (mübarizə) apara bilmərik. Hər bir olay toplumun düşüncəsini, 

dözümünü  özünə  uyğunlaşdırır.  Ocağın  başqalığı  (fərqi)  ondadır: 

Ocaq heç bir olaya, gedişə, gerçəkliyə uyğunlaşmır. Hər an gələcək-

səl  düşünür,  hər  an  insanın,  ulusun  gələcəyinin  indikindən  qat-qat 

yüksəyə  qalxmasını,  daha doğrusu,  qalxmalı  olduğunu  özünə  deyir, 

çalışmalarını  da  bu  yöndə  sürdürür.  Ömür  bu  tələbdə  qurula  bilər 

yalnız.  Ruhani  yetkinlik  bu  çalışmalarda  nizamlanar,  işə  keçə  bilər. 

Mən  istəyirəm  Amaldaşlarım  bu  başqalığı  bütün  sürəclərdə  (daim) 

düşünsün,  Ata  ilə  dünyanın  ideya  baxımından  başqa  (fərqli)  oldu-

ğunu, bir daha vurğu edirəm, özünə anlatsın. Onda Ocaqçının ruhani 

gücü artar, xalqa çağırış eləmək etkisi yeni aşamaya çıxar. 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



Atamız Var olsun! 

  

24 Şölə Ayı, 37-ci il. Atakənd. 



(iyun, 2015. Bakı.) 

  

Nurtəkin Atalı: Bu ay mən Atanın “Əxlaq” kitabını oxuyub bitir-

mişəm. Doğrudur, Atanın elə kitabları var, bir aya oxumaq mümkün-

dür. Bu il Atanın kitablarını ardıcıl oxumağı gözə almışam. Son bir 

yeddicədə  (həftədə)  Atanın  kitabını  oxudum,  bəzi  fikirlər  də  yaz-

mışam. Ardıcıl oxumaq mənə çox yaxşı etki göstərdi. 

Bu ay keçən aydakına baxanda Ocaq işlərim az olub. Ancaq gün 

içində,  anım  olan  kimi,  Ocaq  işləri  görürəm.  Ardıcıl  oxuyanda  o 

düşüncələrin  içində  oluram.  Hara  baxıramsa,  o  düşüncələr  yönündə 

sonuc  çıxarıram,  o  halda  oluram.  Düşüncələrimi  Ata  nizamlayır. 

Bəzən olur, nəyəsə üz tutanda, ya olayın içində olanda onun etkisin-

də  olursan.  Atanı  oxuyanda  isə  oxuduğun fikirlərin  ortamında  olur-

san. Bu da mənə yaxşı etki göstərir. Uğurlamada da Ocaq Yükümlü-

sü  vurğulayır:  bəzən  adama  elə  gəlir,  bilir.  Doğrudan  da,  ümumi 



 

147 


anlamda elə şeylər var, onu bilirsən. Ancaq sonsuzluq anlamını hər 

dəfə özüm üçün üzə çıxardıram. Düşünürəm, Ocaq işləri görsəm də, 

Amallaşmaya  hər  gün  çağ  ayırım.  Çünkü  ardıcıl  oxuma  düşüncəmi 

aydınlaşdırır, itiləşdirir, ruhani halımı kökləyir. 

Ata fikri: “Əxlaq həyatüstü həyat yaradır”. 

Böyük ideyalarla yaşamaq – həyatdan üstünlükdür. Həyat böyük 

ideyalar  tələb  etmir.  Bioloji  yaşamın  qaydaları,  gərəkliyi,  yaşamaq 

uğrunda savaşı ilə adamın ömrünü doldurur. Bu doluluq adamın gö-

zünü  bağlayır.  Amal  adamı  biolojilikdən  ayırır,  gözünü  açır.  Onsuz 

da  insan  bioloji  olaraq  yaşayır,  ancaq  ömrünü  böyük  ideyalara 

bağlamaq – insanı fərəhə çatdırır, ömrü ölümsüzləşdirir. Həyatda hər 

şey sonludur, bitəndir, olanağa (imkana) sığandır. Amalda insan ola-

naqsızlığı (imkansızlığı) ötür, sonsuzluğa çatır. 

Ata fikri: “Əxlaq – İnama Məqsəd kimi baxmaqdır. 

İnamı vasitəyə çevirmək – Əxlaqsızlıqdır”. 

Biz  İnama  ömrümüzdə  Məqsəd  kimi  baxırıq.  Ömrümüz  dəyişir, 

yetkinləşir. 

Din  İnamı  araçıya  (vasitəyə)  çevirir.  Doğrudan  da  əxlaqsızlıq 

yaranır. Dünyaya qaranlıq yayılır. 

  

Ata fikri: “Əxlaq – Mütləq İnam hökmü tələbidir”. 



  

Mən  bunu  oxuyanda  düşündüm,  niyə  hökm?  Çünkü  özünə  zor 

eləmədən,  özünün  qarşısına  kəskin  tələb  qoymadan  ciddi  sonuca 

varmaq olmur. Məndə bəzən olur, deyirəm, sabahdan başlayaram, sa-

bah edərəm. Özünə kəskin tələb kimi qoyanda, onu yerinə yetirəndə 

adamın özünün özündən xoşu gəlir. Özünə inanır, ömrünü yetirir. 



 

xxx 

Adam  gah  doğru  danışır,  gah  yalan.  Harda  necə  özünəyarar 

bilirsə, elə davranır. Ancaq özünə qarşı başqasının yanaşmasının yal-

nız doğru olmasını istəyir. 

Gah doğru, gah yalan davranmaq özünə qarşı da haqsızlıqdır, baş-

qasına qarşı da. Həqiqətçi olmaq – özünün özünə qarşı yanaşmasının, 

inamının  yaranmasıdır,  eləcə  də  başqasına  qarşı  yanaşmanın  doğ-

rulmasıdır. 



xxx 

Kimsə  bədbincəsinə  danışanda  qarşıdakı  adam  daha  da  bədbin-

ləşir.  Çünkü  onun  da  içində  bədbinlik  oturub.  İnamla  danışanda 


 

148 


qarşıdakı  adamın  içində  nəsə  tərpənə  bilər.  Ancaq  umuda,  özünə 

inama,  nikbinliyə  yetmək  özüylə  döyüş  tələb  edir.  Umudsuzluqdan 

çıxanda özünə də, həyata da, dünyaya da yanaşma dəyişilir. 

Ata fikri: “Əxlaq – Hünər tələbidir. 

Əxlaqlı yaşamaq – Hünər istəyir. 

Həyatdan üstün yaşamaq – Hünər istəyir, Gərgin, Çətin, Davamlı, 

Ağır Ruhani əməl istəyir”. 

xxx 

İnsan  İdrak  yolu,  İnam  yolu  gedir.  Doğmalıq  –  kədəri,  fərəhi 

bölüşmək gərəkliyindən, istəyindən yaranır. Yeni düşüncəni, duyğu-

nu bölüşürsən, işıqlanırsan, işıqlandırırsan, doğmalaşırsan. 

  

xxx 

Bilimin (elmin) uğurları dünya üçün qorxuya çevrilib. 

Dinin yayılması dünya üçün qorxuya çevrilib. 

Texnikalaşma, sənayeləşmə dünya üçün qorxuya çevrilib. 

Adam  özü  dünya  üçün  qorxuya  çevrilib.  Çünkü  Adam  Adamlı-

ğında  qaldıqca  qorxunun  növləri  artır,  qapsamlılığı  (miqyası) 

böyüyür. 

Adam insanlaşmalıdır, İnsanilik yeni nizam gətirsin dünyaya, qor-

xular yox olsun. 

 

xxx 

Quldarlıq aradan qalxmayıb, başqa biçimə keçib. Çağdaş sürəcdə 

(dövrdə) Adamın özünü almasalar da, ömrünü alırlar. 

 

xxx 

Adam yaltaqlığından utanmır, yaltaqlığıyla öyünür, çünkü yaltaq-

lığının “özünəyararlığını” (bəhrəsini) görür. 

  

xxx 

Həvəslə yol getmək olmaz, eşqlə yol getmək olar. 

Həvəslə dünyanı dəyişmək olmaz, eşqlə dünyanı sarsıtmaq olar. 

Həvəs adamı yarı yolda qoyar, eşq məqsədə qovuşdurar. 

  

xxx 

Yüklənmək  gərəkdir,  gücünün  hara  kimi  yetdiyini  görəsən, 

gücünü artırasan. 

 


 

149 


xxx 

Həyatdan bərk yapışanlar həyatı sevdirə bilmədilər. Çünkü həyat 

sonda  onları  yoxluğa  sürüklədi.  Ölümədək  olan  ömür  elə  ölümlə 

sonlandı. 

Amal üstə yaşayanlar, Amal üstə özündən keçənlər Amalı sevdirə 

bildilər.  Amal  üstə  yaşayanın  əzabı  da  sevildi,  fərəhi  də  sevindirdi, 

əlçəkməsi (imtinası) inandırdı, özündənkeçməsi heyrətləndirdi. Amal 

onlara ölümsüzlük verdi. 



xxx 

Dünyanın  çağdaş  mənzərəsini  görən,  anlayan  İnsanlaşma 

tələbinin gərəkliyini də anlayar. 

Adamın yaşamını görən, anlayan İnsanlaşma tələbinin gərəkliyini 

anlayar.  

xxx 

Adam  özünə  uduzanda  həyata  uduzur,  dünyaya  uduzur,  gedişə 

uduzur. 

Adam özünə qalib gələndə həyata qalib gəlir, dünyaya qalib gəlir, 

gedişə qalib gəlir. 

Özünə uduzanda həyat dəyişmir, dünya dəyişmir, gediş dəyişmir. 

Özünə qalib gələndə həyat dəyişir, dünya dəyişir, gediş dəyişir. 

  

xxx 

Günü  ruhani  əməllərlə  doldurmayanda  həyat  boşluqla  onu 

doldurur. 

  

Bu  ay  bizim  iki  səfərimiz  oldu.  “Ata  Sonevini  Ziyarət  Günü” 



törəni  Ağstafada  keçirildi,  “Xəlqilik”  Bayramı  təbiət  qoynunda. 

Səfər  –  ruhani  halın  yönləndirilməsidir,  eləcə  də  gerçək  durumun 

yönləndirilməsidir. Törən keçirdik, söz dedik, özümüzdə hal yarandı, 

yörədə hal yarandı. Sorumluluğumuz artdı, ruhani halımız yeniləndi. 

Özümüzü  yenidən  gördük,  bir-birimizi  yenidən  gördük.  Doğma-

laşdıq, Ocaqlaşdıq. 

“Ata Sonevini Ziyarət Günü” törəni mənim ruhani halımı yenilə-

di. Hər dəfə ora gedəndə özümün Ata qarşısında sorumluluğumu bir 

daha anlayıram, yükümü anlayıram. 

Bayram  səfərinin  gerçəkləşməsi  Üstünün  önərisi,  hazırlaması  ilə 

bağlı idi. Törənə qatılanların halının köklənməsi, qıraq şeylərə yayın-

maması,  toplaşdığımız  qonuya  düşüncələrin  yönəldilməsi  –  Ocaq 

Yükümlüsünün  ruhani  yönləndirməsini  bir  daha  gördük.  Ağrıları-


 

150 


mızı,  fərəhimizi,  düşüncələrimizi  bölüşdük,  halımız  yeniləndi.  Bay-

ramın keçirilməsinin asan bir olay olmadığını da gördüm. 

Göylünün   ruhani  hazırlamaçılığını  ayrıca  vurğulamaq  istəyirəm. 

Baxışları özünə çəkmədən, hər şey hazır, yerindəymiş kimi oldu. Biz 

nə ediriksə, əmək qoyuruq, ürək qoyuruq, ordan uğur çıxır, gözəl dü-

şüncələr yaranır. 

Ailə Gününün qonusu – “Ocağı aqibətimə çevirməkdə mənə ən-

gəl olan nədənlər”lə bağlı nə deyə bilərəm?! Belə düşünürəm, mənim 

ən böyük əngəlim özüməm. Çünkü anlayıramsa həyat nə deməkdir, 

ortam nə deməkdir… Atanın fikri var: imkansızlıqdan imkan yarat-

maq gərəkdir, bunları anlaya-anlaya Ocaq əməllərini edə bilmirəmsə, 

əngəl  özüməm.  Ancaq  özümün  qarşıma  tələb  qoyanda  edə  bilirəm. 

Suçu qayğıların boynuna atmaq olmaz. İşi sabaha qoymaq qüsurum 

var.  Çalışıram, bunları aradan qaldıram. 

 

İnamlı Atalı: Bu ay Atamızın ikinci bitiyini –  “Mütləqləşmək – 

Var olmaq” bitiyini oxuyuram. Çağım çox azdır. İş, ev işləri iki aydır 

çağımı alır. Tam açıla bilmirəm onlardan. Olanağım (imkanım) olan-

da   Amallaşıram.  Ordan  gəldiyim  sonuclar  da  var.  Atanın  elmi, 

təcrübi, ruhani idrakla bağlı deyimləri üzərində düşündüm. Ata deyir: 

elmi  idrak  dağı  görür,  ancaq  dağın  vüqarını  görmür.  Çayı  görür, 

çayın  nəğməsini  görmür.  İnsanı  görür,  insandakı  Mütləqi  görmür. 

Mənim gəldiyim sonuc nədir? Dünya Atayadək ən çox elmi idrakla 

uğraşıb.  Din  idrakı  da,  elmi  idrak  da  dünyanın  anlamını  göstərə 

bilmədilər. Elmi idrak olayı görür, olayı doğuran mənanı görmür.  

Elmi idrak qazanccıllığa dayanır. Nə edirsə qazancını güdür. Heç 

bir şeyi umacaqsız eləmir. Hər şeydə öz  marağını güdür.  Dünya da 

bu marağın qurbanına çevrilir, insan da. Bizim yaşadığmız dünyada 

hər  bir  şey  pulla  ölçülür.  Heç  kim  heç  kimə  bir  yumurtasını  belə 

qarşılıqsız  vermir.  Çünkü  elmi  idrak  elə  bir  iqtisadi  ortam  yaradıb, 

hər  bir  şey  alınıb-satılır.  İnsanın  mənliyi  belə,  alınıb-satılır.  Çünkü 

elmi idrak insandakı genişliyi, mənəvi kamilliyi, inamı, iradəni gör-

səydi, ondakı yerə-göyə sığmayan mahiyyəti görə bilsəydi, dünyanın 

bugünkü  gedişi  belə  olmazdı.  İnsana  başqa  yandan  baxardı,  verdiyi 

qiymətə  görə  insanın  ölçüsü-biçisi  olardı.  İnsan  bugünkü  kimi 

qiymətsiz olmazdı. Dünyanı kapitalistləşdirməkdə, pulçuluğa qulluq 

eləməkdə  elmi  idrakın  etkisi  çox  oldu.  Bu  gün  də  onun  acısını, 

ağrısını  insan  çəkir.  Çünkü  insan  heç  bir  an  elmdən  yuxarıda 

tutulmayıb, elmin qulu kimi tutulub. Elm insana qulluq eləməliykən, 



 

151 


insan elmə qulluq edib. Qarşılığında elm dirçəlib, insan itib. Bu gün 

qlobal  istilikləri  yaradan,  elmin  “uğurları”dır.  Süni  isti,  süni  soyuq, 

süni virus, süni xəstəlik yaradırlar. Bura qədər ruhani idrakın olma-

ması  elmi  idrakın  zərər  verməsinə  gətirib  çıxardı.  Ruhani  idrak 

dirçəlsəydi,  dünya  bunca  dağıdıcı  qüvvələrin  basqısına  uğramazdı. 

Bunca  savaşlar  olmazdı.  İnsan  ruhani  varlıqdır,  insanın  ruhaniliyi 

elm  tərəfindən  təsdiq  olunmayıb.  Bu  gün  xalqımız,  planetin  yarısı 

oruc tutur.  

 

 

Televiziyada  aparıcı  deyir:  Ramazan  ayı  milli  dəyərlərimizdən 



biridir.  Ramazanı  milli  dəyər  sayır.  Onda  mən  özüm  özümü  sorğu-

ladım: Ramazan bizim dəyərimizdirsə, bəs dəyərlərimiz nədir?! 

Ata  deyir:  elmi  idrak  heçdir.  Elmi  idrak  dünyanı  dağıdandır, 

dünyanı  heç  gözündə  görəndir.  Elmi  idrak  gözlə  görünəni  görür, 

gerçəkliyi görür. Ancaq mahiyyəti, mənanı görmür. 

Əgər ruhani idrak elmi idrakdan daha çox qabağa getsəydi, bugün 

Ramazanı milli dəyər kimi sunmazdılar. 

Xalqlaşma ilə bağlı, son iki ayda çox gecikmişəm. Mənim yaxşı 

planlarım  var  idi.  İşim  məni  çox  geri  qoydu.  Gözə  aldığım  səfərlər 

var idi, gedə bilmədim. Mənim Ocaq işində yürümək istədiyim, can 

atdığım  xalqlaşma  işidir.  İçdən  yaranır  məndə  bu.  Ancaq  qayğılar 

məni bu istəkdən alır. 

Həyatdan tam qopmaq da olmur. Bəlkə ona görə dahilərin ailəsi 

olmur. Bu kimi şeylər mənə daha çox əngəl olur. Maddiyyat, gəlirin 

azlığı, çıxarın çoxluğu. Bu şeylər son iki ayda ayağımdan geri çəkib. 


 

152 


Kamilləşə bilmirəm, gerçəkliyi görürəm, ötə bilmirəm, həqiqəti gö-

rürəm  yetə  bilmirəm,  ortama  bağlanıram.  Özümdən  yuxarıya  qalx-

mağıma çox əngəl olur. Bununla bağlı çox danışmaq istəmirəm. 

Atamız Var olsun! 

 

Nurtəkin  Atalı: Dahilərin  ailə  məsələsinə  toxundun.  Doğrudur, 

tarixdə ideya adamının ailəsi çox halda uğursuz olub. Atada da alın-

madı,  çünkü  qadını  həyatçı,  məişətçi  qadın  idi.  Ancaq  tarixdə, 

məsələn, həyat yoldaşının dalınca Sibirə gedən qadınlar olub. 

Düzdür,  bizim  ailəmiz  var,  məişət  qayğılarımız  var.  O  qayğılar 

çözümünü  tapmalıdır,  bizdən  asılı  olan  nə  varsa,  onu  yerinə  yetir-

məliyik. Ancaq hal baxımından bizdə ailə də, dostluq da, qohumluq 

da, hər bir şey Amala tapınmalıdır, Amala yönəlməlidir. Onsuz da bu 

sorunun içindəsən, onsuz da bunu çözürsən, onsuz da işləyirsən. Bir 

də var, bütün düşüncəni qapdırırsan həyata. 

Soylu Atalı keçənlərdə  misal çəkdi, deyir qız oğlanı sevirsə, nə iş 

görür-görsün,  ağlı  ondadır,  inək  sağır,  ya  nəsə iş  görür,  ancaq  ürəyi 

işdə deyil. Ürəyi verməmək gərəkdir. 

Mən elə özümdən götürürəm. Bəzən Uluyol elə rahatsızlıq yara-

dır, mən deyirəm, onsuz da mənə olanaq saxlamır iş görəm. Ancaq 

özümü kökləyəndə, gözüm onda olsa da, düşüncəm başqa yerdə olur

yəni Ocaqda olur. Bəzən elə yaxşı sonuclara gəlirəm də. 

Mənim xarakterimdə belə hal var: oxumağım, düşünməyim üçün 

tam  küysüzlük  olmalıdır,  mənə  əngəl  olan  heç  nə  olmamalıdır. 

Ancaq  bu  ortam  bütün  gün  içində  olmur.  Bununla  belə,  ruhaniliyə 

köklənəndə  qayğılar  didib-parçalamır  adamın  içini.  Yenə  deyirəm, 

onsuz  da  çözürsən  o  qayğıları  da.  İşləyirsən  də.  İndi  neyləyəsən, 

Azərbaycan  bu  gündədir.  Sıradan  həyat  qayğılarını  aylıq  ödəmək 

olmur.  Ancaq  hal  baxımından  Amala  köklənəndə  həyata  da,  gedişə 

də başqa cür baxırsan. 

İki il öncə biz Ağstafaya – “Ata Sonevini Ziyarət Günü” törəninə 

gedəndə,  törəndən  sonra  sən  (İnamlı  –  N.A.)  parka  yığılıb  oturan 

insanlarla Soylu Atalının görüşünü təşkil elədin. O baxımdan uğurlu 

təşkilatçılığın  var.  O  insanlardan  mən  telefon  nömrələri  götürmüş-

düm.  Bu  il  gedəndə  onları  aradım,  həmin  insanlar  bizimlə  birgə 

törənə  qatıldılar.  Onlardan  biri  axşam  mənə  zəng  edib  deyir:  mən 

hələ də o tədbirin etkisi altındayam, təşəkkürünü bildirdi bizlərə. 

Uğurlu xalqlaşma işlərin olub. Özünün dediyin kimi, son aylarda 

zəifləyib, bu isə fərəhinə də etki göstərir. Diləyirik bu halı ötəsən. 



 

153 


 

Ulusəs  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Mən  hazırlaşma-

mışam yenə. Ancaq qonu ilə bağlı bəzi fikirlərimi demək istəyirəm. 

  

 

 



Bu, hamıya özgündür (aiddir). Mənə daha çox. Mən İnamlının da, 

Nurtəkinin  də  dedikləriylə  razılaşıram,  nə  olur-olsun,  yenə  də  öz 

payıma deyirəm, yenə yer var. Nurtəkin də onu deyir, oxumaq üçün 

küysüzlük  gərəkdir.  Mən  də  o  xasiyyətdəyəm.  Mən  bir  işi  tam  gör-

mək  istəyirəm,  başqa  işlər  əngəl  olmasın.  Mən  bu  halı  uzun  çağlar 

yaşamışam.  İstəyirdim  Atanı,  24  saatın  az  kəsimini  çıxmaqla,  oxu-

yum. Doğrudan da bir eyforiya halı idi. Mən bu halı yaşamışam, bu 

halım  üçün  darıxıram  da.  İndi  mən  özümdən  də  ağır  yükün  altın-

dayam. Ancaq bu, özünə haqqvermə deyil. Gün içində 2-3 saat ayıra 

bilərəm.  İş  də  görə  bilərəm.  Ancaq  deyirəm,  bu  qayğılardan  qurta-

rım,  arı  bir  halla,  arı  duyğularla,  mənə  əngəl  olmayan  koşullarla 

Ocaqçılığımı  göstərim.  Özüm  də  anlayıram,  belə  koşullarla  Ocaq-

çılıq alınmaz. Ancaq yenə də… 

 Bu  qonu  mənə  yaxın  bir  qonudur.  Çünkü  əngəl  insana  elə  özü-

dür.  Bəs  “Özüylədöyüş”  nəyə  görədir?  Özünün  yaratdığın  əngəli 

qırağa  qoymaq  gərəkdir.  Həyatın  sənə  basqısı  var,  günü-gündən  də 

azalmayacaq,  artacaq.  Gözləyim,  basqı  azalsın,  sonra  nəsə  edim, 

olmayacaq. Sadəcə bir şey var,  əngəli özün özünçün yaradırsan, onu 

qaldırmaq gərəkdir. 

 


 

154 


İnamlı Atalı: Əslində əngəlsiz Ocaqçı olmur. Əngəl olmayan yer-

də  Ocaqçı  nəyə  gərəkdir?!  Ata  niyə  Ocağı  yaratdı?  Əngəllər  olma-

saydı  Ocaq  yaranmazdı.  Biz  əngəllərlə  üz-üzə  duraraq   Ocaqdayıq. 

Ocağın  tələblərinə  yetməliyik.  Əslində  mənim  çağım  çox  olur. 

Sadəcə  işdən  gəlirəm,  halsızlıq  olur.  Əlim  qalxmır,  Atanın  kitabını 

götürəm oxuyam. Halım kökdə deyil. Fikirləşirəm, özümü zorlasam, 

düşünə biləcəm, yazı da yazacam. 

Haqsızlıq var, hamımız bunu görürük. Biz də elə buna görə döyü-

şürük, toplum dəyişilsin. Kapitalizm getsin, yerinə ruhaniyyat gəlsin. 

Ayaz  Şıxalıoğlu: Bu  dövlət  sənə  əmək  haqqı  yox,  yemək  haqqı 

verir. 


 

İnamlı  Atalı: Mən  Atanın  bitiyini  oxuyuram,  yaxşı  düşüncəyə 

gəlirəm, birdən maddi qayğılar qarşıma durur, düşünməyə qoymur, – 

axşam çörək almalıyam. 

Ayrı-ayrı aşamalarda mən sorunları itələyirdim, indi yığılıb hamı-

sı üstümə gəlir. Ona görə də evdə qalan günümü xalqlaşmaya ayıra 

bilmirəm.  Ruhaniyyat  cəhətdən  zərər  edəndə  heç  maddiyyatım  da 

düzəlmir,  sorunlarım  da  çözülmür.  Bayaq  dedim,  hər  gün  evdə  iki 

saat çağım olur. İki saata Ocaq işi görmək də olar, düşünmək də. An-

caq  o  iki  saatım  elə  ağır,  anlamsız  şeylərlə  yüklənir,  gərgin  düşün-

məli oluram. Bunları düşünməsəm də olmur. 

 

Nurtəkin Atalı: Bütün Azərbaycan çətin gündədir. Xəstəsi əlində 

qalır,  dərman  almağa  pulu  yoxdur.  Biz  o  ağırlığı,  çətinliyi  bilirik, 

ancaq  ondan  üstün  olmağı  da  bilməliyik.  Atanın  ömrünü  oxumaq 

gərəkdir. Atanın son bircə ilini görmüşəm, evində olmuşam. Bir ildə 

də Atanın məişəti düz-əməlli olmayıb. Soylu Atalıdan asılı olub çox 

şeylər.  Atanın  evinin  olmayan,  dostlarının  da  üz  çevirdiyi  günləri 

olub.  Çox  balaca  bir  evdə,  bir  çarpayı,  bir  stol  sığışan  evdə  kitab-

larını  yazıb.  Ata  deyirdi,  mənim  şəkillərim  o  çağlar  çəkilməli  idi, 

üzüm alışıb-yanırdı. 

Özünü  Atanın   çətinliklərilə  tutuşduranda  görmək  olar  əngəlləri 

necə ötmək gərəkdir. 

 

Ulusəs Atalı: Mənim üçün də, İnamlı üçün də işıq söhbəti olsay-

dı, bizi sıxıb-boğan, əzib-tökən sorunları qırağa qoyardıq. İndi qoya 

bilmirik. Mən şəxsən heç cür qoya bilmirəm.Mənə elə gəlir,  yükümü 

qırağa qoysam, hər şey yas olacaq. Mən qoya bilmirəm. Sanki mənə 


 

155 


verilib,  bunu  daşımalıyam.  Elə  şeylər  var,  elə  öz-özündən  çözülür. 

Bir  var  düşünürsən,  düşüncə  səni  qaldırır,  bir  də  var  düşünürsən, 

düşüncə  adamı  yerə  basdırır.  İnsan  gərək  üstün  olmağı  bacarsın. 

Yaşadığı həyatdan, yükləndiklərindən də üstün olsun. 

 

Nurtəkin Atalı: Biz Ocaqçıyıq, hər birimiz bu yolu anlayaraq gəl-

mişik. Hər bir Ocaqçı  qayğısının dalınca gedərsə, Ocağı kim yaşa-

dacaq?  Biz  böyük  ideyalardan  danışırıq.  Böyük  ideyalar  asanlıqla 

həyata keçməyəcək  ki. Bütün Azərbaycan elə fikirləşir, iqtisadiyyat 

düzəlsə, hər şey düzələcək. İqtisadiyyat düzəlsə də, hər şey düzəlmə-

yəcək. Çünkü o hal olmayacaq, o düşüncə olmayacaq.  

Gərək  özünü  kökləyə  biləsən.  Özünü  kökləyəndə  qarşılaşdığın 

hər bir şeyə baxışın da dəyişəcək. 

 

Ulusəs  Atalı: Mən  Ocağa  gələndə  tamam  özgür  bir  adam  idim, 

bilirdim hara gəlirəm. Mən seçim eləmişdim, düz seçim eləmişdim. 

Ancaq sonralar üstümə elə yük düşdü, dəyişdi. Belə gətirdi. 

 

Nurtəkin  Atalı: Belə  gətirdi,  sən  özünü  tamamilə  o  qayğılara 

verdin,  düşüncə  baxımından  da,  fiziki  baxımdan  da.  Bu  qüsur  idi, 

özünü tamamilə verdin. Özünü tamamilə verməli deyildin. 



 

Ulusəs Atalı:  Buna görə də güc gərəkdir. 

 

Nurtəkin Atalı: Özüylədöyüş də ondan ötrüdür. 

 

Elqala: Bəs Soylu Atalı necə eləyib? 

 

Nurtəkin  Atalı: Soylu  Atalının,  3  körpə  ilə  kirayədə  qala-qala, 

çox  çətin  günləri  olub.  Mən  o  ailəyə  yaxın  olduğum  üçün  bilirdim. 

Evində ərzaq belə olmadığı günləri olub. Ancaq başqası onun çətin-

liyini bilmirdi. Çünkü Soylu Atalı o halla yaşamırdı. O, hər an Ocaq 

əməllərində,  görüşlərində,  söhbətlərində  idi.  Deməli,  özünü  köklə-

mək, yenə də özünü Amal üstə qurmaq gərəkdir. 

 

Ayaz  Şıxalıoğlu: Əgər  Elqala  bu  sualı  veribsə,  özü  də  cavabını 

bilir. Deməli, Soylu Atalı sorunları özü çözür, o, özü üçün sorunları 

yaratmır.  Biz  ancaq  özümüz  yaradırıq.  Biz  deyirik,  işə  gedirəm, 

çağımı iş alır. O birinin başqa qayğısı var. Bu birinin aylığı azdır. 


 

156 


Bütün  bunlar  var  deyə  özünü  Ocağa  verə  bilmirsən.  Mənim  də 

çətin  günlərim  olub.  Ancaq  bu  gün  pis  yaşayıramsa,  pis  düşünüm, 

yaxşı yaşayıramsa, yaxşı düşünüm söhbəti olmayıb. Necə varam, elə 

də düşünürəm. 

 

Ulusəs  Atalı: Mən Elqalanın sualını özüm üçün düşünürəm.  Ata 

söhbəti  var,  Soylu  Atalı  söhbəti  var,  bizim  söhbətimiz  var.  Bayaq 

dedik, Ata deyirdi, mənim şəklim o çağlar çəkilməli idi. Yəni hansısa 

bir pillə, sınır var. O sınırı keçirsən, o an bu qayğılar səni çox apar-

mır. Ata o səviyyəyə qalxmışdı, o sınıra çatmışdı. O, qayğılarda özü 

üçün özgür idi. O qayğıları içinə çəkmirdi, düşüncəsinə yükləmirdi. 

Onun  içindəki  od-alov  qayğıları  yandırırdı.  Soylu  Atalı  da  o  sə-

viyyəyə  çatıb,  qayğıları  yandırıb,  qayğılardan  özgürdür.  Mənim  isə 

qayğıları  yandıran  gücüm  yoxdur.  İçimdəki  alov  o  dərəcədə  deyil 

ki.   Məgər  Soylu  anasına  baxmırmı,  ya  gəlib  burda  mənim  bacımla 

uğraşmırmı,  ya  da  başqa  qayğılar,  mənimkilərlə  də  uğraşır.  Eyni 

halda  öz  alovu  ilə  Ocağı  yandırır.  Özü  də  yanır,  Ocağı  da  yandırır. 

Gərək o düşüncəni, səviyyəni özündə yaradasan. 

 

Nurtəkin  Atalı: Ata  deyir,  zamandan  üstün  olmaq  gərəkdir, 

ortam-dan,  mühitdən  üstün  olmaq  gərəkdir.  Mühitdən  üstün  necə 

olursan? Pulla üstün ola bilməzsən. Halla, düşüncə ilə üstün olursan. 

Özünü ideyaya elə kökləyirsən ki. Onsuz da nəsə yeyirsən, yeməli-

sən  geyməlisən,  işləyirsən,  ruhani tələblər  elə  yön  alır,  yemək  kimi 

gərəkliyini duyursan.  Kökdən düşməmək üçün də Atayla hər an bir 

olmaq,  düşünmək  gərəkdir.  Özünü  böyük  insanlarla  tutuşdurmaq 

gərəkdir.  Ata  ilə,  Soylu  ilə  tutuşdurmaq.  Mən  hardayam,  nə  hal-

dayam?  Ata  deyirdi,  mənə  qorxudan  salam  vermirdilər.  Hələ  biz  o 

cür  təklənməmişik,  o  hala  yetməmişik.  Mən  demirəm  maddi  məsə-

lələri çözməyək. Əgər ailə qurmuşuqsa, onun sorumluluğunu daşıyı-

rıq. Ancaq onu beynimizə yük etmirik. Yolumuzu gedirik, qayğıları 

da çiynimizə alıb gedirik. 

       ` 

Üstün  Atalı: Əslində  Nurtəkin  mənim  demək  istədiklərimi  dedi. 

Qonu ilə bağlı deyim: bizim yolumuz asanlıqla aqibətə çevrilmə-yə-

cək. Asanlıqla adamların içinə yeriməyəcək. Ancaq mən öz ömrüm-

də əngəl elə özümü görürəm. Mənim xalqlaşmamda da əngəl özüm 

oluram,  kamilləşməmdə  də,  amallaşmamda  da.  Bu  an  mənim  üzə-

rimdə ağır yük yoxdur. Mənə qıraq bir etki, basqı yoxdur. O etkiləri 



 

157 


özüm  özümə  yaradıram.  Məişət  qayğıları  ilə,  özümü  məişətə 

verməklə. 

Ata  ilə,  Soylu  Atalı  ilə  bağlı  danışıldı.  Mənə  elə  gəlir,  burda 

oturanların heç birinin həyatı asan olmayıb. Hamının ömründə çətin 

anlar olub. Məsələn, Nurtəkinlə Göylü kirayələrdə qalırdılar. Öyrənci 

hazırlayırdılar,  corab  sexində  işləyirdilər,  bununla  birlikdə  Ocaq 

səfərləri edirdilər. Çoxlu Ocaq işləri görürdülər. Onların o məqamda 

halını saxlayan səfərlər idi. 

Ömrümü Ocağa verəndə halım yüksəlir, ömrümü məişətə verəndə 

halım enir. Ocağa verəndə qazanırsan. Mən elə düşünürəm, Ocaqda 

olan indiki Ocaqçılar elə bir səviyyədə, elə bir durumdadırlar, bu aşa-

manı  keçməlidirlər,  hardasa  keçiblər  də.  Mən  söhbət  edəndə  deyi-

rəm,  Azərbaycanın  yaxın  gələcəyi  üçün  yaxşı  heç  nə  gözləmirəm. 

Bundan da pis şeylər gözləyirəm. Ola bilər, sabah heç yol gedə bil-

məyək. Bu onu güllələsin, o bunu vursun, adamlar azğınlaşır. Adam-

ların ağlında vətəni qurmaq, vətəni sevmək yoxdur. Onların ağlında 

yarışlardır, ev qurmaq, məişət qurmaqdır. Əslində elə olmalıdıri, ailə 

də qurulsun, ev də qurulsun, xalq da. 

Söhbətin  gedişində  ağlıma  gəldi,  birdən  elə  oldu,  məni  işdən 

çıxardılar. Onda mən necə olaram? Sizi inandırım halım dəyişmədi. 

Mən Ocaqçılarda elə hal görürəm, daşdan da çörək çıxaracaq, Ocağı 

da yaşadacaq. Hər birində elə hal görürəm. Bundan az ağılla, bundan 

az  iradəylə  böyük  çətinlikləri  keçmişiksə,  bundan  sonra  da 

keçəcəyik. 

 

Ayaz Şıxalıoğlu: Sizlərlə söhbətdə mən sevinirəm. Burdakı qonu 

ilə bağlı cavabı da dediniz – insan elə özü özünə əngəldir. Özü özünə 

sorun  yaradır.  Əgər  insanın  canı  sağdırsa,  bu,  böyük  xoşbəxtlikdir. 

Ağrıyanda  heç  nəyi  görmüsən.  Ancaq  sən  bilirsən,  sağlamsan,  dü-

şüncən  də  sağlamdır,  mənəviyyatın  da  sağlamdır.  Buna  sevinmək 

gərəkdir. Mən bunu aqibətə çevirim yox, bu elə mənim aqibətimdir. 

Mən  belə  doğulmuşam,  belə  düşünürəm,  evdə  də  belə  tərbiyə 

olunmuşam. 

Həyatda  yük  də  daşıyacam,  faciələr  də  baş  verəcək,  sevincli 

günlər  də  olacaq.  Həyat  olduğu  üçün  bütün  bunları  başa  düşəsən, 

dərk edəsən gərək. Hədəf odur, mən nadan ömrü yaşamıram. Mənim 

ömrüm  budur.  Mən  bunda  yanılmıram.  Düşüncəmdə  yanılmıram. 

Özümü həlak eləmirəm. Məni içimdə böyük saxlayan da budur. 


 

158 


“Don  Kixot”u  oxumaq  istəyirəm.  Həcmcə  böyükdür,  səbrim 

çatmır oxuyam. Mən istəyirəm, xırda olsun, tutumlu olsun. “Don Ki-

xot”la bağlı yazı oxudum. O, Tolstoyunku kimi ciddi əsər deyil. Don 

Kixot  istəyir  haqqı  bərpa  eləsin,  haqsızı öz  yerində  oturtsun.  Haqqı 

çatan  adam  ona  yetsin.  Köhnə  cəngavərlər  kimi  bir  arıq  ata  minib, 

onun  silahdaşıyanı  da  var,  çıxıblar  dünyada  haqsızlığa  qarşı  savaş 

aparmaq üçün. Birdən gözüm yaşardı. Gülürəm. Mən niyə gülürdüm, 

niyə  gözüm  yaşardı?!  Bu  insan  nə  böyük  insandır.  Hər  bir  insanın 

içərisində, Asif Ata deyir Mütləq var. Bir var insanın bundan sorağı 

olur, bir var olmur. Sorağı olmayan nadan da gedir elə. Bunun içində 

bu var. O istəyir haqqı adamlara versin. Döyüşdüyü obyektin böyük-

lüyünü  bilə-bilə  döyüşə  gedir.  Burda  o  insanlıq  var.  O  haqsızlığa 

qarşı  vuruşmaq  istəyi  var.  O,  dəbilqə  yerinə  başına  cam  qoyur. 

Bunları oxuyanda gülürsən. Onsuz da o, gedib heç nəyə yetməyəcək. 

Haqqı bərpa edə bilməyəcək. Ancaq sevinirsən, bu haqq deyilən bir 

şey  ölmür.  İnsanın  içində  var,  yaşayır.  İnsan  da  buna  meyillidir. 

Onun möcüzəsi ondadır, neçə yüzillərdir bu yaşayır. 

Bizim içimizdə də o var. O Don Kixotluq var. Toplumda da nələ-

rəsə  bizim  gücümüz  çatmayacaq.  Ancaq  bizim  ideyamız  çox 

güclüdür. Gedişə qarşı biganə ola bilməzsən. Sən insansan.  

Biz də ona gedirik. Bu, bizim ömrümüzdür, aqibətimizdir. Başqa 

cür ola bilməz. Var olun. 

 

“Qutsal Oxuma” tələbinə görə “Hallar” Bitiyi oxundu. 

 

“Ailə  Günü”  törəni  “Ata  Ruhunu  Ürəyimzidə  aparırıq!”, 

“Atamız Var olsun!” səcdəsiylə sona yetdi. 

  

Şölə Ayı, 37-ci il. Atakənd. 

(iyun, 2015. Bakı.) 

 

 



 

 

 



 

 

159 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin