Nurtəkin Atalı: Günev qardaş Brunodan danışdı. Gözümün qarşı-
sında belə bir mənzərə canlanır ki, nəyə görə Günev Brunonu
anlayır. Çünkü Bruno da əqidə insanı idi.
Sən də əqidənə bağlı bir insansan. Sıradan bir adam əqidə insanı-
nın əqidəyə vurğunluğunu, əqidəyə görə canından keçməsini, özün-
dən keçməsini anlaya bilməz.
Azərbaycanda nə qədər Füzulişünaslar var. Ancaq Atanın Füzuli
haqqında dediyni onlar deyə bilmədilər. Çünkü Ata içindəki ideala,
dünyabaxışa aşiq idi. Aşiq aşiqliyi görə bilir, dəyərləndirə bilir. Ata-
440
nın Füzuli haqqında yazısını oxuyanda Füzulini özün üçün açırsan,
yenidən görürsən elə bil. Biz anlaya bilirik Nəsimini.
Hürufilər necə öz əqidələrini yayırdılar, İsanın apostolları necə
gedib yayırdılar, hansı eşqlə gedirdilər. Biz özümüz səfərlərdə olmu-
şuq, ac qalmışıq, soyuq yerdə qalmışıq. O çətinliklər gözə görünmür,
çünkü istək vardı ki, biz öz fikirlərimizi çatdıraq. Neçə yüzillərdən
bəri gəlir, ancaq biz yenə də öz ruhsal doğmalarımızı görürük. O
çətinliklər o zaman olub, insanların gözünü, ağlını açmaq baxımın-
dan. İndi də var o çətinliklər.
Əqidəli əqidəlini anlaya bilir. Aşiq aşiqi görə bilir, dəyərləndirə
bilir.
Günev Atalı: Ən böyük qiymət heyrətdir.
Mən xalqlaşmam haqqında danışmaqla söhbətimi davam eləmək
istəyirəm. Bu ay xalqlaşma əməlim də olub. 3 yerdə söz demişəm.
Bizim kəndimizdə şəhidlərlə bağlı abidə düzəldiblər. Bir neçə kənd
ora toplaşmışdı. 20 yanvar günü. Oxul öyrənciləri şeir dedilər. Sonra
bildirdilər ki, proqramda mollanın yasin oxuması da var. Mən dedim
sözüm var. Bir neçə dəfə çalışdılar ki, mənim çıxışımı əngəlləsinlər.
Ancaq mən təkidlə söz demək istədiyimi vurğuladım. İnadımı gör-
dülər, söz verdilər. Mən orada fərqli bir çıxış elədim. Birinci, Atanın
Azərbaycanımız-Azərbaycanlığımız vurğu elədiyi 6 kədərdən biri
“20 yanvar” fəlakətidir. Bir-bir fəlakətləri açdım. Türkmənçay fəla-
kətinin ortaya qoyduğu aqibəti açdım ki, bütöv bir xalq parçalandı,
Araz boyda dağ çəkildi sinəsinə. Bir az da qeyzlənmişdim ki, niyə bu
yöndə söz demirsiniz. Bu qədər öyrətmən yığışıb bura. Heç kəs də
danışmaq istəmirdi. Orda dedim ki, 20 yanvar faciəsi sonuncu faciə
deyil. Silsilə faciələrin davamıdır. Bundan sonra da davam edə bilər.
Bilgə Xaqanın sözünü dedim: “Üstdən göy çökmədikcə, altdan yer
dəlinmədikcə türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozul-
maz”. Bu fikirləri əsaslandıra-əsaslandıra istəklərimi çatdırdım. Biz
necə eləməliyik ki, növbəti 20 yanvar faciəsi başımıza gəlməsin.
Mən buna cavab istəyirəm. Bu sualın da cavabı bizdə var. Nə qədər
ki, biz özgəçilikdən yapışmışıq, özümlüyümüz olmayacaq, başımıza
gələn fəlakətlərə qarşı dura bilməyəcəyik. Əsas sözümü ora gətirdim.
Özünü aydın sayanlardan bəziləri gəlib qıraqda təbrik elədilər ki,
çox gözəl bir çıxış idi, haray idi. Mən onlara irad bildirdim: gərək
441
mənim çıxışımdan sonra 5 mollaya moizə oxumağa icazə verməyəy-
diniz.
Sonra Beyləqan rayonunun mərkəzində, Ocaqsevər Elxasın araçı-
lığı ilə, bir adamla bağlaşdım. Dediyinə görə bir neçə ildir mənimlə
tanış olmaq istəyirmiş, onunla telefonlaşdım, rayonda görüşdüm.
Söhbət elədim, bizim tədbirlərə qatılmaq istəyir.
Sumqayıtda da Ocaq söhbətləri eləmişəm. Övlad tərbiyəsi ilə bağ-
lı Ocaq yönündən gözəl söhbət oldu. Xanım öyrətmən də vardı,
fikirlərimi bölüşdüm. Özləri dedilər ki, oxullara gedib söhbət eləsə-
niz çox yaxşı olar. Mən də xanım öyrətmənə dedim ki, sən öz oxulu-
nuzda təşkil elə gəlim. Elə ordaca sözünü geri götürdü ki, onu elə-
mək çətindir. Dedim ki, mənim qorxulu bir adam olmadığımı, ziyan
verməyəcəyimi deyib inandıra bilərsən.
Təəssüf ki, qıraqdan məsləhət verirlər, addım atmaq gərək olanda
geri çəkilirlər…
Atamız var olsun!
Türkel Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): 37-ci ilin
son Ailə Gününü “Uluyol-Hünər” Ailəsində başlamaqla bitirirəm.
Bundan sonra bu Ailədə yeni əhvallar sərgiləməyə çalışacam.
Bu ilki amallaşmamı əsasən Ocaq tədbirlərinin səsdən sözə
çevrilmiş kitablarından oxumaqla yerinə yetirdim. Tədbirlər təkcə
amallaşmama təsir eləmir. Çünkü mənim üçün tədbir, ay içində, han-
sısa seçilmiş gündə, Ocaqçıların bir araya gəlib ifadə elədiyi fikirlər
deyil. Ayın 30 günü cəmiyyətin içində eyni yaşam, eyni durum görü-
442
nür. Tədbir günü Ocaqçı yaşamını ifadə eləyir. Oxuduqca baxıram
öyrəniləsi, örnək olası zəngin yaşam var. Ocağı yaşatmağımızla bu
zəngin yaşamın qədrini bilirik.
Konkret olaraq özümlə bağlı: artımımda ardıcıllıq yoxdur. Hansı-
sa tədbirdə uğurlu söz demişəm, hardasa Ocağın ayrı-ayrı arxiv-
ədəbiyyat yaratma işinə qatılmışam, ancaq yenə də bütöv deyil.
Günev Atalının çıxışlarına baxanda özümlə bağlı belə qənaətə gəl-
dim. Günev Atalı tədbirdə özündəki zəif cəhəti gördüyünü deyir.
Onu deməsiylə əslində zəifliyini ifadə eləmir. O, Ocaq üstə yaşaya-
raq, özüylədöyüşərək o qənaətə gəlib. Ancaq mən çox hallarda həyat
tələbiylə yaşayıram. Özümlə bağlı gileyli danışıram. Təbii ki, mənim
çıxışımda zəiflik ifadə olunacaq. Sanki özümü aldadıram.
Hansısa məqamda gərginliyə qapılıb bədbin düşüncələrlə olsam
da, Ocaqla bağlı inamımda gileyli deyiləm. Ocaq Yükümlüsü tədbir-
lərin birində belə bir söz deyir: “Məndən soruşurlar ki, siz Asif Ata
Ocağında kamil fərd göstərə bilərsinizmi? – Deyirəm göstərərəm.
Ocaqçıların hər biri kamilliyin bəlli qatındadırlar”. Ancaq mənim
özümün düşüncəmdə, gördüyüm əməldə Ocaq baxımından yetkinlik
görünsə də, kamilləşmə səviyyəmin hələ olmadığını düşünürəm.
Amal yönündən axtarışlar olanda kamilləşmənin tələbi ortaya çıxır.
Ocaq Yükümlüsünün belə bir fikrini demək istəyirəm: “Biri deyir
dünya göründüyündən artıq deyil. Çünkü o dünyaya öz yaşamından
baxır. Öz yaşamından o tərəfi görmür. Biz də öz yaşamımızdan
baxırıq. Ancaq bizim yaşamımız görünəndən artığa çatıbdır. Amala
bağlı yaşamımı deyəndə görünəndən artığı deyirəm. Bu səbəbdən də
cəmiyyətçinin yox, mənim dediyim doğru olur. Mən haqlı durumda
oluram”.
Təəssüf ki, Ailə Gününün üçüncü tələbi olan xalqlaşma məsələ-
sində axsayıram. O yöndə səylərim olmadığı üçün sevincim
yarımçıqdır.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Ağşın Ağkəmərli: Mən burda bir az qeydlər götürdüm. Nurtəkin
xanımın, Günev bəyin, Türkelin söhbətləri ilə bağlı. Deyim ki,
üçünüzün də söhbətlərinizdə böyük həqiqət var. Gözəl duyğular,
çalarlar görünür. Amallaşmaq məsələsi də xüsusidir.
Neçə vaxtdır ki, ürəyimdən keçən bir söz var. Bu gün özümdə
cəsarət tapdm ki, deyəm. Sizin oxuduqlarınızda Avropa və rus yazar-
443
larını görürəm. Bizim Türkiyədə olan Orxan Pamuk, İncə Məmməd,
İsmayıl Bozqurd kimi fəlsəfi və geniş düşüncəli adamlar var.
Güneydə elə şəxsiyyətlər var ki, Güney Azərbaycan mübarizəsində
həm sözlərini deyiblər, həm kitabları. Əşrəf Dehqani vardı ki, solçu
olmasına baxmayaraq, söz almaq üçün gözünün qabağında qarda-
şının ayaqlarını mişarla kəsirlər, o qardaş özünü xəstəxananın 3-cü
mərtəbəsindən atır, Cavad Heyət onu sağaltdı təzədən. Cavad Heyətə
deyir ki, qoy mən ölüm, təşkilat məhv olmasın. Ancaq Cavad Heyət
bunu qəbul eləmir.
Sührəverdidən, Şəbüstəridən söhbət getmir, onların da fəlsəfi
baxışları vardı. Düşünürəm ki, Ocaqda bu yönə gəlmək gərəkdir. 20-
ci yüzilin əvvəlində müəyyən təriqətlər olub, Güneydə və burda. O
təriqətlərin içində babilik, sufilik olubdu. Tarixi öyrənmədən gələ-
cəyə ciddi addım götürmək olmaz. Soylu bəy söhbətlərində Hüqonun
adını çəkir. Hüqo yaxşıdır, ancaq mən fikirləşirəm ki, özümüzə bir az
səmt vermək düzgün olar. Ç.Aytmatovun özünün fikirləri vardı, ya
müsbət, ya mənfi, düşünürəm ki, onları da öyrənmək, araşdırmaq
gərəkdir. Türkiyənin özündə bu gün Avropanın özünə etki göstə-
rəcək müəyyən bir fikirlər var. Dostlarımız düşünə bilər ki, bu gün
Azərbaycan türkcəsində onların əsəri olmadı. Ancaq internet çox
şeyləri həll edir. Düşünürəm ki, bu məsələnin üzərində Ocaq və
Ocaqçılar daha da dərinə getməlidirlər. 18-19-cu yüzilin tarixini
xüsusən Güney təşkil elədiyinə görə mən arzulayıram o tərəf daha
çox öyrənilməlidir.
Soylu Atalı (Ataya səcdə ilə sözünə başladı – T.A.): Amallaşma,
Kamilləşmə, Xalqlaşma yönündən bir neçə kəlmə söz demək istəyi-
rəm. Mənim Amallaşmam həm Ocağın ideya fəlsəfi əsaslarını öyrən-
mək, həm də Ocağın yaşama prinsiplərini öyrənməkdir. O anlamda
ki, Ocaq bir ruhsal qurumdur. Bu qurum nəyə dayanıb yaşayır, nəyi
ifadə edir, nəyi çatdırır, necə çatdırır.
Ocaq olaraq Ailə günlərində hesabatlarımız qıraqdan standart
görünəcək bir etki bağışlaya bilər. Ancaq biz o tələbdən qırağa çıxa
bilmərik. Amallşama, Kamilləşmə, Xaqlaşma – konkret Ailə Günü-
nün tələbi budur. Ancaq Amallaşma, Kamilləşmə, Xalqlaşma yönün-
dən fikirlər, düşüncələr daim yeniləşir.
444
Bu hesabatlar yeni əhvallardan, yeni səviyyələrdən doğur.
Mənim Ocağı öyrənməyim çoxşaxəlidir. Bayaq da vurğu elədi-
yim kimi, həm Atanın özündən öyrənirəm, ideyalarından öyrənirəm,
həm də Atanın ideyalarını dünyanı öyrənməklə öyrənirəm. Dünyanı
araşdırdıqca öyrənirəm.
İnsan mənasına bərabər yaşamır. Ancaq insan daim məna axtarır.
Mənanı bəsit şeylərdə tapır, bu başqa söhbət. Asif Ata deyir, dünya
özünün Dünyalıq mənasından yaranıb. Yəni dünyanın biçimi, ger-
çəkliyi Dünyalıq mənasının görünüşə, təzahürə gəlməsidir. O deyir
ki, dünyanın mənası dünyanın özündədir. Ondan qıraqda deyil. Dün-
yanın mənası dünyada olsa da, dünyadan yüksəkdir, artıqdır, böyük-
dür. Adamlar bəzən bunu başa düşmür ki, görəsən Dünyalıq mənası
nədir? Onu necə tutaq, necə tanıyaq? – Hər şeyi sözə salmaq, ifadəyə
salmaq çətindir. Çünkü məna sözə bütöv şəkildə sığsaydı, onda ötəri
olardı. Məna tükənən olardı. Məna sonsuzdur. O, bütöv varlığıyla sö-
zə sığmır, çünkü məna bu gündə, bu çağda bizim izlədiyimiz biçimdə
görünür, üzə çıxır. Sabah başqa bir biçimdə aşkara çıxacaq. Başqa
olaylar var, başqa gedişlər var, gələcəkdə də olacaq gedişlər var.
Məna tükənməz olaraq daim olmalı gedişləri ortaya çıxaracaq. Mən
bu gün bunu necə yığıb bir sözün içinə yerləşdirə bilim?! Bu müm-
kün deyil axı. Biz Mənanı nişanələriylə ifadə edirik. Bədəni götürək.
Bədən gözümüzün qabağındadır. Bədən qaş, göz, qol, ayaq – bundan
ibarətdir. Ancaq bədəndə bədəndən artıq olan var. İdrak bədəndədir,
445
ancaq bədəndən artıqdır. Biz onu görmürük, biz onu ifadəyə gələndə
görürük. Kimsə ağlını ortaya qoyanda deyirəm ki, nə yaxşı ağlı var
bunun. Yoxsa mən elə üzünə tamaşa eləməklə, uzaqbaşı, deyə
bilərəm ki, bunun nə yaxşı ağıllı gözləri var. Nə yaxşı sakit, mədəni
duruşu var. Ancaq mən onun hansı səviyyədə idrak yiyəsi, mənə-
viyyat yiyəsi, hünər yiyəsi olduğunu, o, hərəkət elədikcə görürəm.
Yüz il yaşayacağı ömrü bir anda göstərmir ki, mən deyəm bundan
ibarətdir. Hər anda, hər saniyədə, hər gündə o, özünü yeni-yeni
çalarlarda ifadə edir. Mən də onun o ifadələrini görürəm. Ancaq
ümumən mən bunu tanıyıram. Onun bütün bundan sonra ifadəyə
gələcək halını bu saat görmürəm, ancaq onu özünüifadədən tanıyı-
ram. Dünya da eləcə. Dünyanı ayrı-ayrı nişanələrindən artıq tanıyı-
ram, dərk edirəm. Ancaq mən dünyanın daim təzahür olunmasını,
yeni olaylarla üzə çıxacağını, min il bundan sonrakı olayları bu gün
izləyə bilmirəm, görmürəm.
Bu, Asif Atanın dünyanın Dünyalıq mənası Əzəlidir, Əbədidir,
Kamildir, Sonsuzdur ideyasıdır. Böyük ideyadır. İnsan özündə İnsan-
lıq mənası daşıyır. İnsanlıq mənası da Əzəlidir, Əbədidir, Kamildir,
Sonsuzdur. İnsan o mənaya yetirmi, yetmirmi, azmı yetir, çoxmu
yetir, ölənə kimi. Bu da yenə ayrı bir məsələdir. Ayrıca vurğu olunası
qonudur. Ancaq mən vurğu elədim ki, insan daim məna axtarır.
Mənanı özünün daşıdığı insanlıq tələbinə uyğun tapa bilmir, ifadə
edə bilmir. Çünkü özünü ona kökləmir, çünkü onu yaşamır. Ona görə
insan bəsit şeylərdə məna axtarır. Çox üzr istəyirəm, adi səslənsə də
deyim. İndi qızlarımız şalvar geyir, dizləri cırıq. Bir vaxtlar belə bir
geyim görəndə – ictimai yerlərdə, kənddə-kəsəkdə, qınayırdıq. Bu-
nun yiyəsi yoxdurmu cırığına yamaq vursun. Ya da yamaqlı geyimi
ictimaiyyətin içinə geymək olmaz. İşdə-gücdə geymək olar. İndi
bunu geyinib ictimaiyyətin içinə çıxırlar. O cırıqlardan, söküklərdən
əzaları görünür. O da bunda məna tapır. Baxın görün nədə məna
axtarır ha. Ya da başqa bir şey – 3 nəfər, 5 nəfər yığılır, deyir gəlin
qumaq oynayaq. Onda bir məna tapır. Onunla bekarçılığı, boşluğu
doldurur. Asif Ata deyir ki, “bəşərin nicatı insanlaşmaqdadır. İnsan-
laşın, İnsanlaşdırın”.
Yəni sənin boşluğu doldurmaq üçün axtardığın məna boşluqdur.
Məna axtarırsan, boşluğa düşürsən. Çünkü Mənanı boşluqda axtarır-
san. Mənanı Mənada, Mənalılıqda axtarmırsan.
446
Nə qədər ki, mənanı boşluqda axtaracaqsan, nə qədər ki, o boşlu-
ğa düşəcəksən, sənin xeyirlə bağlılığın olmayacaq. Topluma, xalqa,
gələcəyə xeyir verməyəcəksən. Sən bir cücü (həşarat) ömrü yaşaya-
caqsan. Dünyaya gələcəksən, gedəcəksən, qurtaracaqsan.
Bu gün dünyada çox sarsaq oyunlar gedir. İnsanları cücü kimi
qırırlar. Biz buna qarşıyıq. Bu antiinsani bir gedişdir. Çünkü insanı
cücü yerində görürlər. Çünkü insan mənalı deyil, mənalı yaşamır.
Qıran da, qırılan da mənalı yaşamır. Deyirlər nə olacaq ki, yalandan
mənasız həyatı doldurub da. Elə plan qururlar. Ona görə fikirləşirlər
ki, aclıqdır, qida çatdırmaq olmur, planet insanla dolacaq. Elə deyil.
Qoy təbii gediş insanı qırsın. Sən planeti 70 milyard yüklə. O 70 mil-
yardın təbiətdə nəyəsə gücü çatmayacaqsa, qoy təbiət ona cavab
versin. Qoy təbii dağıntılarda qırılsın. Sən onun alnına güllə sıxma.
Əslində insanı öldürmürsən, insanlığı öldürürsən. O insanın insanlığa
yetib-yetməməyini demirəm. O hərəkət özü insanlığı öldürməkdir.
İçindəki, mənadakı insanlığı öldürürsən. Ona görə Asif Atanın çağı-
rışı bütün gedişlərdən yüksəkdə durur.
Deyirlər ki, insanlar çoxalır. Ona yemək çatdırmaq olmur. Niyə
olmur? Bir adamın əlində 10 milyard pul yığılıb. 10 milyard bir döv-
lətin illik büdcəsidir. Bu büdcə nələrə xərclənmir? Hər şeyə. Bu bir
adamın əlində yığılıb. Sonra da deyirsən ki, insanları qidalandırmaq
olmur. Pul qazanmaq üçün niyə laboratoriyalarda xəstəlik icad eləyib
447
buraxırsan, sonra da ona qarşı dərmanlar buraxıb satırsan. Ondan
gələn milyardlarla gəlir yığırsan.
Heç kimin ağlına gəlməsin ki, dünyada düşünənlər var. Guya
onlar nizam yaratmağa çalışırlar ki, əhali çoxalır, onları qırıb həyatı
nizamlamaq gərəkdir. Boş söhbətdir. Bu, insanlığa xəyanətdir. Qoy
artım getsin. Sən ədalətlə davran. İnsanın planetdə çəkdiyi əmək
onun özünü dolandıracaq. Sən onun əməyini mənimsəmə. Qoy 10
min ilə planet 10 trilyon olsun. Planet o yükü götürəcək, götürmə-
yəcək özü bilər. Sən niyə süni şəkildə oyun oynayırsan? Hələ plane-
tin nə hissəsi yüklənib ki, sən indidən onu qırırsan? Bunların hamısı
insanın mənadan ayrılmasına görədir. Xəyanətdir. Buna boy verən,
buna ağıl qapısı açan özü də ona qoşulur və səhv eləyir.
İnsanların istər insana, istər təbiətə, vətənə, istər böyük anlamda
bəşərə münasibəti bioloji tələblərdən ortaya gəlir, İnsani tələblərdən
ortaya gəlmir. Bu özünü hər yerdə pis göstərir. Ailədə də, ictimai qu-
rumlarda da, mübarizələrdə də, – çalışmaların bütün sahələrində özü-
nü pis göstərir. Niyə özünü pis göstərir? Heç kim özüylə məşğul ol-
mur. Hamı özündən qıraqdakıyla məşğul olur. Özüylə məşğul olma-
dığına görə, başqa işlə məşğul olmaq üçün bir araya gələnlər sabah
bir-birini məhv eləyirlər, ayrılırlar. Onda da vəhşi kimi ayrılırlar.
Ayrılırsansa, mərifətlə ayrıl. Bil ki, ayrılmaq pis şeydir. Bunu niyə
nümayiş etdirirsən? Bütün məqsəd, niyyət yönəlib o ayrıldığını sanc-
mağa. Nə olur-olsun onun üzərində qələbə çalsın. Bu qələbənin adı
nədir? Bilmirəm. Sonucda hər ikisində insanlıq məğlub olur. Sonuc-
da hər ikisində xalq məğlub olur. Mərifət, qanacaq, gələcək məğlub
olur.
Bu günlərdə mənə Vaqif Ucatay zəng eləmişdi. Bizim üç ay bun-
dan öncə rəssamların oxulunda görüşümüz olmuşdu. Soruşurdu ki, o
görüş nə vaxt olub? Soruşdum nə məsələdir? Bəlli olur ki, narazılıq
yaranıb. İndi Vaqif bəydən izahat alırlar. Kim alır, nə üçün alır?
Səyyad Aran deyə biri məktub yazıb ki, orda dinə qarşı təbliğat olub.
Nə qədər bəsit adamdır, dinə qarşı təbliğat nə deməkdir?! Mənim ki-
tabım əllərindədir. Onu oxuyub, ordan deyir. Halbuki o görüşdə heç
dinin adını tutmamışam. Bunun bir cəhəti odur ki, bunlar ölkədə o
qədər pozuntular yaradıblar, indi hər bir yarpaq tərpənəndə belə,
hürkürlər, birdən hakimiyyətə qarşı çağırış olar. Özlərini o qədər qor-
xu yaradacaq duruma itələyiblər ki, hər an belə şeylərdən qorxurlar.
Mən Asif Atanın bir Ocaqçısı olaraq bu çağa qədər çalışmalarımı
448
sürmüşəm, düşüncəmi ortaya qoymuşam, bütün çalışmalarım mənim
üzümü ağ eləyir. Dövlətimin, millətimin, vətənimin qarşısında, eli-
min, obamın, ailəmin qarşısında (o bunu anlasa da, anlamasa da)
üzüm ağdır. Bu gün mənə ancaq üzümün ağlığına görə irad bildirir-
lər. Hər kəs mənə irad bildirsə, yalnız ona görə irad bildirəcək. Başqa
cür mənə irad bildiriləcək bir məsələ yoxdur ortalıqda. Əgər ailə,
elim, obam məni anlamasa, o mənim üzümün ağlığını anlamayacaq.
Bayaq Cordano Brunonun adını çəkdi qardaşımız. Cordano Bruno-
nun “suçu” – elmi, tərəqqini qabağa aparmaq və insanları cəhalətdən
qurtarmaq idi. Ona görə onu ittiham eləyirdilər, oda tuturdular…
Mənim xalqlaşma yönündən işim çoxdur. Kütləvi görüşüm ötən
tədbirimizdən üzü bu yana olmayıb. Fərdi görüşlərim isə çox olur.
Bilirsiniz ki, mən ən çox görüşlərim oxullarda olanda kütləvi sa-
yıram. Mən daim söhbət aparıram. Azərbaycanın ruhsal kimliyi, ruh-
sal mahiyyəti mənim öyrənməyimin əsas motividir və mən bunu hər
yerdə deyirəm.
İndi bir neçə kəlmə qardaşımızın (Ağşın bəyin) dediyinə fikir bil-
dirim. Mən Tolstoyu Atadan sonra özümün öyrətmənim saymışam.
O cür yüksək münasibəti bu gün, öyrətmən səviyyəsində olmasa da,
Hüqoya sərgiləmişəm. Onu oxuyub qurtarandan sonra bu qənaətə
gəldim. Bizim Özümlü Şərq ideyamız var. Bu ideya Şərqin içində
yaranan böyük baxışları, dəyərləri bərpa eləmək, onu yeniləməkdir.
Bu nədə özünü göstərirsə, onları vurğu etmişik. Məsələn, Buddada,
Rumidə, Azərbaycanın dəyərlərində – Babəkində, Nəsimisində, Nəi-
misində və s. Daim bu bizim əsas hədəfimizdir, qonumuzdur. Ancaq
bədii ədəbiyyata, fəlsəfi yönə gəlincə, Asif Atanın fikirlərini izah
eləmək üçün üz tutacağımız məsələləri biz Ağşın bəyin adını çəkdik-
lərində görmürük. Mən Sührəvərdini, Əl-Qəzalini oxumuşam. Onlar
kimdir? Məsələn, Əl-Qəzali xurafatı gözəl fəlsəfi fikirlərlə deyən
biridi. Vacibul-Vücudçudur onlar. Mən ona istinad eləyə bilmirəm.
Mən ondan nə sitat gətirim? O, xurafatı gözəl bəzəyir və mənə qayta-
rır. Əl-Biruni Aristotelin şərhçisidir. Fərabi bütünlüklə Aristoteli şərh
eləyib. Yəni şərhin şərhçisi ola bilmərik. Orxan Pamuk antiTürkiyə
bir postmodernistdir, bu adam dəyərləri asanlıqla dışlaya bilir, ondan
nə götürək?!
Güney Azərbaycan məsələsiylə bağlı. Mən Əşrəf Dehqaninin
haqqında eşitmişəm, bilirəm. Mübarizə adamıdır. Ancaq fikir adamı
449
deyil. O fikir ki, mübarizənin, ideyanın gücünü gücləndirir, o fikir-
dən istifadə eləyirəm, yararlanıram. Eləcə də başqaları.
Çingiz Aytmatov Sovet nökəridir. Onun ayrı-ayrı əsərlərində
bədii yön var. Bu əsas deyil. Ya da bu gün Azərbaycanda da müsbət
bədii yön var. Onların çoxluğu hakimiyyətin nökəridir. Taqora üz
tutmuşam, onunla bağlı yazmışam. Taqorda bizə gərək olan bədii
çalarlar çoxdur. Onun “Köçəri quşlar”ında çox gözəl bədii çalarlar,
duyğular, çağırışlar var. Ancaq istəyirəm qardaşımız bilsin ki, mən
onları oxumuşam, araşdırmışam. Özü onları oxuyub, oxumayıb bil-
mirəm. İkinci, Tolstoy anlamıyla, mahiyyətiylə Şərq deməkdir. Bəşə-
ridir o. Ona görə biz bu cür yanaşsaq, burda da yanıla bilərik, ayrı-
seçkilik eləsək. Bir az ehtiyatlı olmağımız doğrudur. Bəşəri olan
mənim üçün həm Şərqidir, həm də millidir. Azərbaycanın böyüklü-
yünü anlamaq üçün Hüqodan da öyrəndim. Fransa xalqının indiki
durumunu bilirik. Hüqo Fransa xalqının düşdüyü fəlakətləri necə
gözəl, sevgiylə deyir. Həm də xalqın içində olan, üzə çıxmayan,
gəlişdirilməli olan keyfiyyətləri tapır, sunur. Halbuki Fransa dövləti
o vaxt onu qəbul eləmirdi. Gedib uzun illər başqa ölkələrdə yaşayıb.
Onu az qala öldürürdülər.
Onun milliliyi doğmadır bizə. Hər kəs öz millətinin içində gözəl
keyfiyyətləri tapır, çatışmazlıqları tapır və onu sunur. Bunu sunarkən
başqa xalqların da uyğun örnəklərindən bəhrələnir. Bu özü Bəşəri
yön, hal yaradır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Ağşın Ağkəmərli: Mən bu söhbətlərlə bağlı bir şeyə toxunmaq
istəyirəm. Bu gün hansısa Azərbaycan vətəndaşı üçün Tolstoyun
“Hərb və Sülh” əsəri bir şey verməyəcək. Təcrübə mənə göstəribdir
ki, “Xudafərin körpüsü”nü oxuyanda bir ailənin içində bir pəncərə
açır ki, bu Azərbaycandır. Yaxud “Dumanlı Təbriz”i oxuyanda. Düz-
dür, orda səhv hərəkətlər var, fərqli fikirlər var. Ancaq bu ölkənin
pisini də, yaxşısını da bilməliyik. Əgər bu ölkənin insanı onun yaxşı-
sını, pisini bilməsə, sabah hansı addımlarla gedəcək? Ocağın fikirlə-
rinə bir açıqlama olmadan kimsə o məqama çata bilməz. O mərhələ-
mərhələ qabağa getməlidir. Babəki ayrıca bir adam üçün açıqlayanda
bizim fikrimiz ona çatmır. Onu qınamaq da olmur. Ancaq Cəlal
Bərgüşadın kitabını mən bir zaman oxuyanda çox fərəhlənirdim.
450
Bu gün oxuyanda isə utanıram. Ancaq mən bu günümü yox, o
günümü düşünəndə mənim üçün o çox şeylər vermişdi. Məmməd
Səid Ordubadini oxuyanda Təbrizə gedəndə təbrizlilərin görmədiyini
mən görürdüm.
Soylu Atalı: Deməli, bir vaxtlar Bərgüşad sizə çox şey verib,
ancaq illər keçəndən sonra Bərgüşada görə utanmısınız. Deməli, bir
vaxtlar sizi aldadıb. Bunu çox sonralar anlamısınız. Bəs onda nə
üçün sizin yanlış keçdiyiniz yolu hamının aldanıb keçməsini istəyir-
siniz?! (Gülür – N.A.)
O ki, qaldı kiminsə kimisə oxumaq istəməsi, getsin oxusun.
Adamların kitab oxumasına əngəl olmuruq ki. Ancaq mənə çatmayan
odur ki, biz niyə insanları Bərgüşadları oxumağa çağırmalıyıq?!
Azərbaycanı qurmaq üçün balaca ədəbiyyatları oxumağa çağırmalı
deyilik ki. Mən mübarizə adamıyam. Orta oxul öyrətməni deyiləm
axı deyim ki, gedin filan kitabdan filan hissəni oxuyun. Deyə bilmə-
rəm ki, get Çingiz Aytmatovu oxu. Bu bizim işimiz deyil.
Ağşın Ağkəmərli: Bizim insanlarımızın savad səviyyəsi ibtidai
səviyyədədir. Yəni bunun idrakı bu gün bu mərhələdən keçməlidir.
Soylu Atalı: Yenə deyirəm, kiminsə hansısa kitab oxumasının
əleyhinə deyilik. Ancaq biz insanlarımızı böyük fikirlərə yönəldirik.
451
Onlara şeir oxumağı, povest, roman oxumağı təbliğ eləmək də
Ocağın işi deyil. Biz xalqı Ruhaniyyat Ocağına çağırırıq. Elə seçim
eləyə bilmərik ki, birini Fərman Kərimzadəyə çağıraq, bir hissəsini
Asif Ataya çağıraq. Onda Ocaq ola bilmərik. Biz nəyə çağırmalıyıq-
sa, ona çağırırıq – Bəşərin nicatı insanlaşmaqdadır! Bunu Asif Ata
deyir, balaca ədəbiyyat demir.
(Nurtəkin Atalı “Ruhani hökmlər” bitiyindən “Müqəddəs Borc”
hissəsini oxuyur – T. A.)
“Ata Ruhunu ürəiyimizdə aparırıq!” “Atamız Var olsun!”
səcdəsilə “Ailə Günü sona yetir.
Köçəri Ayı, 37-ci il.
(fevral, 2016).
|