Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   2   3   4   5   6   7   8   9   ...   31

 

Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Amallaşma haqqında 

daha çox danışmaq istəyirəm. Çünkü mən hər gün Amallaşıram. Söz 

yox,  mənim  başqa  əməllərim  Amallaşma  əməlimdən  dala  deyil. 

Ancaq Amallaşmaya, onun anlamına böyük üstünlük verirəm. Niyə? 

Biz  yeni  fikir,  yeni  dünyabaxış  daşıyıcılarıyıq.  Dünyanı  əyən, 

düzəldən  ideyalar  axtarırıq.  Onların  içində  müsbət  çalarları  görüb-

göstərmək  istəyirik.  Əyənləri  isə  araşdırıb  qırağa  qoymaq  istəyirik 

insanların şüurunda, ağlında. Atanın Ocağı üçün bu, olduqca önəmli 

bir məsələdir. Bunun üçün də mən ən çox əski dünyabaxışların ide-


 

65 


yalarıyla  əlləşirəm,  araşdırıram  və  ələşdirirəm.  O  ideyalar  ki, 

toplumun  gəlişməsinə  ciddi  şəkildə  əngəl  olur.  Onlardan  bir  neçəsi 

haqqında istəyirəm fikirlərimi bölüşəm. 

Semit dünyasının ideyalarından biri “Axirət Dünyası”na inamdır. 

“Axirət  Dünyası”  bizim  yaşadığımız  dünyanın  tərsidir,  ziddidir. 

Bizim yaşadığımız dünya “Axirət Dünyası” ilə tutuşdurulur və bizim 

yaşadığımız  dünya  dışlanır,  heçlənir.  Deyilir  ki,  bizim  yaşadığımız 

dünya  haqsız  dünyadır.  Yalnız  “Axirət”  haqq  dünyasıdır.  Bu  ideya 

kökündən  yanlış  və  olduqca  zərərli  bir  ideyadır.  Nədədir  bunun 

zərəri, yanlışı? Semit ruhlular dünyabaxışlarında bu fikri irəli sürər-

kən  onlar  topluma  və  gələcəyə  toplumun  o  çağdakı  durumundan, 

şüurundan yanaşdılar. Hesab elədilər ki, o çağlarda toplumun duru-

mu aşağıdır, bunu ancaq qorxutmaq, şirnikdirmək gərəkdir. 

Qorxutmaq, şirnikdirmək istəyi ilə bəs qədər yalanlara getdilər ki, 

bu yalanlar bu gün də Gələcəyin qapısını bağlayır. 

“Axirət  Dünyası”  haqq  dünyasıdır  deyirlər.  Ölənlər  haqqında 

deyirlər  ki,  ölən  haqq  dünyasındadır,  biz  haqsız  (nahaqq)  dünya-

dayıq.  Bizim  dünyamızı  niyə  haqsız  düşünürlər?  Sanırlar  ki,  bizim 

dünyamızda  həyat  var  və  bizim  dünyamızda  həyatın  tələblərindən 

irəli gələn çabalar var, bu çabaların içərisində yanlışlar, qüsurlar var.  

 

 

 



Buna  görə  dünyanı  haqsız  saymaq  olmaz  axı.  Çünkü  yanlışın 

ortaya  çıxması  da  bu  dünyada  baş  verir,  yanlışın  ortadan  qalxması 

da. 


 

66 


Heç kim öləndən sonra səhvlərini aradan qaldırmayacaq. Heç kəs 

öləndən  sonra  yanlışlarının  üstündən  xətt  çəkməyəcək.  Hər  kəs 

yaşadığı  bu  dünyada  yanlışlarının  üzərindən  xətt  çəkə  bilər.  Özünü 

arıldar, duruldar. Özünü yetkinləşdirər, kamilləşdirər. Əgər biz hesab 

eləsək ki, hər şey axirət dünyası üçündür, onda bu dünyada göstərilən 

çabaların  anlamı  itir.  Onda  bu  dünyada  zəhmət  çəkmək  heç  gərək 

deyil. Çünkü mənim bəri başdan inamımın qarşısı alınıb. Mən inan-

mıram bu dünyaya. Bu dünya haqsız dünyadır. Niyə inanım? Haqsız 

olan  dünyaya  nə  üçün  inanım?  İşin  ən  pis  cəhəti  odur  ki,  burada 

Allah anlamı zədə götürür. Baxın, dünya haqq və haqsız adlanan iki 

yerə  bölünür.  Haqq  dünya  “Axirət  Dünyası”  olaraq  Allahın  ixtiya-

rındadır. Bizim yaşadığımız dünya haqsız adlanaraq İblisin ixtiyarın-

dadır. Deməli, biz İblisin dünyasında yaşayırıqsa nə etməliyik?! İblis 

yenilməz gücdür, onu biz yenə bilmirik. Minillərdir ki, bu ideya bi-

zim beynimizə yeriyib və biz onu yenə bilmirik. 

Dünyanı  haqsız  saymaq  dünyanın  gəlişməsini,  sabahını  ortadan 

qaldırmaqdır. 

İkinci,  gələcəyə  inamı  ortadan  qaldıran  ideya  nədir?  “Qiyamət” 

ideyası. Qiyamət qopacaq, dünya təlatümə gələcək, dünya məhv ola-

caq,  hər  şey  alt-üst  olacaq.  Dünyadan  heç  əsər-əlamət  qalmayacaq. 

Əgər doğrudan da “Qiyamət” qopacaqsa, dünyanın altı üstünə çevri-

ləcəksə, onda mənim kamilləşməyimin anlamı nədir? Mənim bu dün-

yanı gözəlləşdirmək istəyimin anlamı nədir ki?! Gec-tez ölümlü olan 

bir  dünyanı  gözəlləşdirməyin  anlamı  aradan  gedir.  Əgər  mən 

deyirəmsə  bu  dünyanın  gələcəyi  yoxdur,  gələcəyi  olmayan  dünya 

haqqında uğurlu düşünmək mümkün deyil. 

Asif Atanın ortaya qoyduğu Baxış, ideya əsasən bu cür yanlışlara 

qarşı doğrunu gəlişdirməkdir, doğrunu ortaya çıxartmaqdır. Gələcək 

haqqında  insanların  düşünməsini  sağlamaqdır.  İnsanlar  gələcəyi 

düşünməlidirlər, gələcəkli düşünməlidirlər. Asif Ata o ideya ilə nik-

binlik  yaradır  və  deyir:  Dünya  mənaca  Əzəlidir.  Yəni  dünyanın 

olmayan vaxtı olmayıb. Dünya mənaca Əbədidir. Dünyanın olmayan 

vaxtı  olmayacaq.  Dünya  mənaca  Kamildir.  Dünya  mənaca  Son-

suzdur. Görün bu, nə qədər böyük nikbinlikdir. Bunu əsaslandırır. Bu 

nə qədər böyük bir nikbinlikdir ki, sən dünyanın gələcəyindən əlini 

üzmürsən.  Gələcək  haqqında  düşünməli  olursan,  gələcək  haqqında 

mübarizə  aparmalı  olursan,  savaşa  girirsən.  Gələcəkli  yaşayırsan. 

İnsanların  ağlında,  düşüncəsində  gələcəyi  tanıtmaq  və  gələcək 

uğrunda savaşı təmin eləməkdir əsas əməl. Onda qalxınma (tərəqqi) 


 

67 


deyilən bir şey  məna daşıyacaq. Qalxınma deyilən bir şeyin anlamı 

olacaq. Tərsinə olarsa, qalxınma adında bir anlam yoxdur. 

Başqa bir ideya. Hər bir Dünyabaxışın hədəfi nədir, nə olmalıdır? 

Dünyabaxışın hədəfi o olmalıdır ki, toplumda yaşamı doğru yönəlt-

mək üçün bir ölçü yaratsın. Bir ölçülü ortam yaransın böyük anlam-

da. Niyə? Hər kəs həyata özünün açısından baxır. Fərqinə varmır ki, 

onun  açısı  yanlışdırmı,  doğrudurmu?  Vahid  açı  yoxdur.  Hərə  bir 

açıdan yanaşdığı üçün hər bir kəs başqasını yanlış sayır. Hər kəs öz 

açısını doğru sayır, başqasının açısını yanlış sayır. Bir misal çəkim. 

Məsələn,  mənim  evimin  qadını  daha  çox  məişət  ölçüsüylə  yaşayır. 

Nə qədər Amal məsələsində o, məni anlasa da, anlamağa çalışsa da, 

elə  məsələlər  var  ki,  mənim  Amal  üzrə  davranışımı  o,  yanlış  sayır. 

Çünkü mənim Amal üstə davranışım onun məişət açısına uyğun gəl-

mir. 


Dinlər, dünyabaxışlar gəlirlər ki, topluma bir açı versinlər və hər 

kəs bu açıdan bir-birinə münasibət bəsləsin, o açıdan yanaşsın. O açı 

gərək  sağlam  olsun,  kamil  olsun,  insani  olsun.  O  açı  doğru  olsun, 

oyun  oynamasın,  oyuna  bənzəməsin.  Mən  insanı  qorxutmaq  üçün 

filan şeyi belə dedim, – oyundur bu. Ölçü deyil axı. Mən insanı şir-

nikdirməkdən ötrü filan şeyi belə dedim, bu ölçü deyil. Qorxutmaq, 

aldatmaq, şirnikdirmək. Sən onun dışında nə edirsən et, maya sağlam 

olmalıdır. Maya həqiqətdən olmaldır. Binanın özülü dağılmaz dəmir-

betondan  olmalıdır.  Saman  çöpündən  binanın  özülü  olmaz.  Yalan 

saman çöpü kimi bir şeydir. Yüngül və gərəksiz. Ona görə açı bütöv 

olmalıdır,  doğru  olmaldıır,  o  açıya  dayanıb  insan  öz  həyatının, 

yaşamının  yönünü  bəlli  eləməlidir.  Əgər  belə  olarsa,  onda  insanın 

insan üçün qədri-qiyməti olar, urvatı olar. 

Heç kəs heç kəsi gözdə görmür. Min illərdir bizə ölçülər verirlər, 

açılar  verirlər.  Min  ildir  insan  insanı  urvatda  görmür,  qədirdə-qiy-

mətdə görmür. Hər kəs özü üçündür. Dərinə gedəndə, quyruğu qapı 

arasında  qalanda  deyir  ki,  elə  belə  olmalıdır,  insan  nankordur. 

İnsanlığı vururlar. Deyirlər bu elə özüldən belədir, dünya belə gəlib, 

belə də gedəcək. Yaxşı, dünya belə gəlib, belə gedəcəksə, onda Allah 

nə  üçündür?  Onda  din  nə  üçündür?  İnam  nə  üçündür?  İnsanlıq  nə 

üçündür? Bəs bunlar nə vaxt doğrulacaq? Belə gəlib belə gedəcək nə 

deməkdir? Belə heyvan kimi gəlir. Heyvanat aləmindən çıxa bilmir. 

Sən  də  öz  küt  ağlınnan  möhür  vurursan  ki,  belə  gəlib  belə  də 

gedəcək. Belə gəlib belə getməməlidir. Belə gəlibsə dayandır. Papa-

ğını  qoy  qabağına,  bir  düşün.  Hardayam,  kiməm,  nəyəm,  nəçiyəm? 


 

68 


Bu ömrü sən yaşayırsan, otur düşün. Asif Ata həyata onu verib. Mən, 

Soylu  olaraq,  işlədiyim  müəssisədə  (elə  olub  ki,  yeri  gələndə 

demişəm  də  bunu,  izah  eləmək  üçün  misal  çəkirəm)  18-20  il  öncə 

əyləncəli  oyunlar  oynayırdım,  araq  içirdim,  papiros  çəkirdim,  hamı 

kimi  işin  olanaqlarından  oğurluq  edirdim.  Bunları  niyə  edirdim? 

Mənim ölçüm yox idi. Asif Ata mənə öyrətdi ki, dayan və düşün. Bu, 

bəşəriyyətə  ünvanlanan  sözdür  –  dayan  və  düşün.  Belə  gəlib  belə 

getməli deyil. Mən, Soylu olaraq, elə gəldim, ancaq belə davam elə-

mədim. Dayandım, dedim olmaz. Əxlaq var, mənəviyyat var, insan-

lıq var, insan var. Allah var, bəşər var, yer var, göy var. Dayan. Və 

dayandım.  Asif  Atanın  çağırışı  odur  –  bəşəriyyətə  deyir  “dayan”. 

Heyvanat  aləminə  sürünmə.  Sən  heyvan  deyilsən,  sənin  adın 

insandır.  Sənin  daşıdığın  mənanın  adı  insanlıqdır,  heyvanlıq  deyil. 

Heyvan  kimi  yaşayacaqsansa  daşıdığın  mənaya  niyə  insanlıq  adı 

qoymusan?! Ona görə ölçü məsələsi çox önəmlidir. Mən üzümü bəzi 

böyük fikir adamlarına, söz adamlarına tutub deyirəm: siz dünyanın 

sirriylə, Allahın sirriylə uğraşmamısınız. “Olmaq” istəməmisiniz, ola 

bilməmisiniz. Ona görə də nə insanlığı tanıyırsınız, nə Allahı tanıyır-

sınız, nə mənəviyyatı.  

Heç  bir  Böyük  Anlamı  tanımırsınız.  Bunu  cəsarətlə  deyirəm  və 

arxasında dururam. 

Hər  bir  toplumun  yaşaması  üçün  varlığa  münasibəti  olduqca 

önəmlidir. Varlığa münasibətin mayasında nə durur? Allahlıq ideyası 

durur.  Çünkü  o  maya  insan  üçün  idealdır.  İnsan  hər  şeyi  onunla 

tutuşdurur.  O  ideal  etalondur  onun  üçün.  O  etalon  Həqiqətlə  bir 

bütün  təşkil  edir.  Orda  yalan  ola  bilməz.  Orda  qarışıq  ola  bilməz. 

Orda başqa əhvallar ola bilməz. Orda rəzalət ola bilməz. Ancaq gəlin 

görək xalqlar o ideyaya, o prinsipə necə yanaşırlar. Sonuncu əsərim-

də  bunları  daha  geniş  işləyirəm.  Orada  vurğulayıram  ki,  hər  bir 

toplum üçün toxunulmaz ideya var. Hər kəs deyir ki, o ideya birdir. 

O  ideyaya  müsəlman  Allah  deyir,  rus  Boq  deyir,  deyək  ki,  yəhudi 

Yəhva deyir, yunan bir başqa ad deyir, hind bir başqa ad deyir. Fərq 

etməz.  O,  anlam  bir  olsa  da,  sənin  düşüncəndə,  təsəvvüründə  bir 

deyil. Gərək o ideya o qədər arı, duru, doğru, toxunulmaz olsun ki, 

hər bir xalq o ideyaya, o ideala üz tutanda öz milli, etnik mahiyyətini 

görsün, dərk eləsin, anlasın. Ancaq gəlin görək, bu baş verirmi ger-

çəkdən?  Baş  vermir.  Məsələn,  türk  özünü  müsəlman  sayaraq  Allah 

sözünü işlədəndə, görün, onun ağlında nə canlanır? Onun şüurunda, 

düşüncəsində  canlanan  nədir?  Hürülü-pərili,  cənnətli-cəhənnəmli, 


 

69 


axirətli,  qiyamətli  bir  Allah  obrazı.  Bu-nun  içində  türk  toplumuna 

xas olan keyfiyyətləri axtarsaq tapmarıq. Allah obrazı deyəndə bizim 

şüurumuzda ərəbin ona verdiyi keyfiyyətlər canlanır. Ərəb ona hansı 

keyfiyyətlər  veribsə,  onlar  bizim  şüurumuzda  canlanır.  Orada  mə-

nim,  türk  olaraq,  keyfiyyətim  yoxdur.  Ona  görə  mən  Allaha  dua 

edəndə Allahın ortamına girə bilmirəm. Allaha üz tutanda öz keyfiy-

yətimi tapa bilmirəm. 

Ruslar  Boq  deyəndə  təsəvvürdə,  düşüncədə  rusun  Boqa  verdiyi 

keyfiyyətlər canlanır. Yəhudilər Yəhva deyəndə onlar özlərinin milli-

etnik  keyfiyyətlərini  ki  ona  verib,  onların  ağlında,  şüurunda  həmin 

keyfiyyətlər canlanır. Bəs yaxşı, mənim türk olaraq qatqım hanı? Bəs 

mənim keyfiyyətim hanı? O yoxdur. 

İnsanlar  bir-birinə  deyirlər  ki,  Allah  köməyin  olsun,  Allah 

yardımçın  olsun.  Bu  sözün  iki  mənası  var.  Birinci,  dilənçi  anlamı 

var, ikincisi, vüqar anlamı var. Dilənçi anlamı nədir? Hər kəs özünün 

kimliyini unudur, özünün varlığını unudur, deyir ki, sən özün elə heç 

nəsən,  Allah  sənə  kömək  olsun.  Dilənir,  əl  açır.  Bir  də  var,  Allah 

deyilən  obrazda  sən  öz  İnsani  vüqarını  tapasan.  Onun  köməyi  odur 

ki, sən o obraza üz tutanda orada sənin milli və insani keyfiyyətlərin 

canlanır, sənə o keyfiyyətlər qayıdır və səni tərbiyə edir, səni böyü-

dür, ayıldır, qaldırır. Vüqar anlamı odur. Bizim insanlarımızda o sö-

zün yalnız dilənçi anlamı var. Allah köməyin olsun, Allah yardımçın 

olsun, Allah xoşbəxt eləsin. Allah, Allah, Allah, bu anlam olub heç 

nə.  Allah  olub  zavod  direktoru.  Bununla  Allahı  dərk  eləmək  müm-

kün deyil, tanımaq mümkün deyil. Orada mən gərək milli-insani key-

fiyyətlərimi  tapım.  O  anlayışa  üz  tutanda  gərək  mən  öz  vüqarımı 

tapım.  Allaha  verdiyim  yüksək  keyfiyyətlər  içimə  axsın,  dolsun  və 

məni vüqarlandırsın, kamilləşdirsin, yetkinləşdirsin, mütiləşdirməsin, 

qoyunlaşdırmasın, cahilləşdirməsin. Qanmaz olduqca basıb səni əzə-

cəm.  Qanmaz  olduqca  sənin  əlindən  çəkib  yeyəcəm,  səni  ac  qoya-

cam.  Dünyanı  qana  çalxalayacam.  Ona  görə  içim  heyrətlə,  insani 

keyfiyyətlərlə dolmalıdır. 

Asif  Atanın  dediyi  yüksək  anlam  nədir?  Dünya  Əzəli,  Əbədi, 

Kamil, Sonsuz Dünyalıq mahiyyətindən yaranıb. İnsan Əzəli, Əbədi, 

Kamil, Sonsuz İnsanlıq mahiyyətindən yaranıb. Həyat Əzəli, Əbədi, 

Kamil,  Sonsuz  Həyatlıq  mahiyyətindən  yaranıb.  Allah  o  Mənadır. 

Mütləq – Əzəli, Əbədi, Kamil, Sonsuz olandır. Kainatın iç qüdrətidir. 

Burada insanlğın yüksək anlamı təkcə türk üçün özünü doğrultmur. 

Burada  ingilis  də,  alman,  ərəb,  rus,  fars  da  öz  keyfiyyətini  tapır. 


 

70 


Burda bir Bəşərilik axını var, Bəşərilik baxımı var. Burada hər kəs öz 

keyfiyyətini,  öz  kimliyini  tapır.  Onun  əsasında  öz  etnik  gələnək  və 

görənəklərini yaradır. Türk ərəb basqısının, baxışının altına girir, öz 

türk  gələnəyini  və  görənəyini  yarada  bilmir.  Hər  şeyindən  əl  çəkir. 

Dili  ərəbləşir,  mədəniyyəti  ərəbləşir,  soyadı  ərəbləşir,  atası,  kimi-

kimliyi, hər şeyi dəyişir. Özündən bircə yarpaq belə qalmır. Ona görə 

simasını  itirir.  Ona  görə  şəxsiyyətliliyini  itirir.  Ona  görə  sürüyə 

çevrilir,  yönləndirilir,  ona  görə  başı  qapazlı  olur,  ona  görə  aşağı 

təbəqə sayılır və i.a. 

Mənim  Asif  Atanın  ideyalarına  dayanaraq  xalqlaşmam  onun 

xalqda,  bəşərdə  yeriməsini  sağlamaqdır.  Onun  anlamının  sağlam, 

doğru olmasını göstərməkdir. 

Tanrıçılarla  çox söhbətlərimiz  olub, Tanrıçılıq  ideyasının  daşıyı-

cılarıyla.  Deyirsiniz  ki,  Tanrıçılıq  türkün  baxışıdır,  birləşmək  üşün 

Tanrıçılığa  üz  tutursunuz.  Mən  sizə  deyirəm  ki,  Tanrıçılıq  köhnə 

çağda  qalıb.  Tanrıçılıq  bizə  ayrı-ayrı  mifik  faktlarla  gəlib  çatıb. 

Hindlilər bir dünyabaxış daşıyırlar. Həyat tərzləri, gələnəkləri, görə-

nəkləri,  nələri  varsa,  daşıdıqları  dünyabaxışa  bağlıdır.  Müsəlmanlar 

bir dünya-baxış daşıyırlar. Gələnək, görənəkləri ona bağlıdır. Xristi-

anlar  bir  dünyabaxış  daşıyırlar,  gələnək,  görənəkləri  ona  bağlıdır. 

Deyirəm,  sizin  dünyabaxışnız  nəyə  bağlıdır?  Sən  az-çox  nəsə 

öyrənmisən, sözdən çıxış edirsən. Sən bunu yaşamırsan. Mən Ocaqçı 

olaraq Ocağın gələnək-görənəklərini yaradıb-yaşayıram. Xalqın içinə 

görənəklə (ənənə) ilə girirəm. Bəs sən? – Quru sözlə. Sənin Tanrıçı-

lığın  ateistcəsinədir.  Ateistcəsinə  inam  olmur.  Ateistcəsinə  inkar 

olur.  Ona  görə  indiki  çağ,  dönəm,  aşama  Asif  Atanın  çağıdır,  o 

başlayıb. İçində yarananı gör, ərdəmliyin olsun. İçində yarananı gör, 

qədrini bil, tanı. Bil ki, o sənin əlindən tutub özgürlüyə aparır, qurtu-

luşa  aparır.  Səni  insanlıq  ortamına  aparır.  Sənə  doğru  olanı  göstər-

məklə,  verməklə  bəşər  olmağını  sağlayır.  Sivilizasiya  onun  sivili-

zasiyasıdır.  Bu  gün  onu  qəbul  edən  beş  nəfərdir,  on  nəfərdir,  bu, 

məsələyə özgü (aid) deyil. O başlayıb. Türkün mahiyyətindən gələn 

və bəşərə yönələn. Ərəbin xarakerindən gələn və bəşərə yönəlməyən 

baxış  var.  Yəhudinin  xarakterindən  gələn  və  bəşərə  yönəlməyən, 

eləcə  də  o  biriləri.  Burada  türkün  mahiyyətindən  gələn  və  bəşərə 

yönələn  olay  var.  Doğru  olanı  sənə  deyirəm.  Bu  doğru  olan  sənin 

ağlına nə vaxt girəcək? Bu sənin öz işindir. Bu soyun ağlına girəcək, 

girməyəcək, ya sonrakı soyun ağlına girəcək, girməyəcək, bu da öz 

işidir.  Mənim  işim  həqiqəti  haraylamaq,  Həqiqəti  sənə  açıb 


 

71 


göstərmək və örnək verməkdir. Mən öz görəvimin daşıyıcısıyam. Öz 

görəvimin sorumlusuyam. 

Mən  bu  gün  qəsd  etdim  ki,  yalnız  Amallaşma  sözümü  deyim, 

dayanım,  çünkü  öz  sözümün  etkisinin  azalmasını  istəmirəm.  Gələn 

“Ailə  Günü”  tədbirimizdə  Kamilləşmə  və  Xalqlaşma  hesabatını 

geniş verərəm. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

 

Ağşın  Ağkəmərli: Söhbətlərinizi  eşitdim,  çox  gözəl,  çox  dəyərli 

idi. Səhv eləmirəmsə, Şeyx Mahmuddan bir şey oxudum, sizin söh-

bətinizlə  üst-üstə  düşür.  Deyir  ki,  özgəni  yaxşı  görmək  üçün  özün 

yaxşı olmalısan. 

Burda yeni simaları görmək xoşdur. Eyni zamanda Günev qarda-

şımızı da burda görmək xoşdur. Onun dediyi söz mənim deyil, mən 

oxumuşdum bir yerdə ki, istək inamın cövhəridir. Sizlərlə bir arada 

olmaq çox xoşdur, qürurvericidir və oxuldur. 



 

Ayaz  Şıxalıoğlu: Məndə  deyiləsi  fikirlər  çoxdur.  Bəzən  gözümü 

yumuram ki, onların hamısını deyim. Bəzən də qorxu məni daha da 

qorxudur,  daha  da  unutdurur.  Mən  fikrimi  deyirəm,  qorxuram  ki,  o 

birisini  çatdıra  bilməyəm.  Mən  o  fikirlərə  o  qədər  qapılıram.  Mən 

istəyərdim  ki,  dialoq  quram,  Soylu  danışsın,  mən  həmin  anda  nəsə 

deyim. Belə ehtiyacım var söhbətə. 

Oxuduğum az-çox dini kitablarda deyirlər ki, bütün dinlər Allahı 

tanıyırlar.  Ancaq  dünya  düzəlmir  axı.  Bəs  niyə  düzəlmir?  Deməli, 

Allahı  tanımırlar.  Soylu  Atalı  da  onu  deyir.  Həmin  dini  kitablarda 

əslində Allaha şər atırlar. Çünkü Allahın mahiyyətini dərk eləmirlər. 

Ancaq elə danışırlar ki, Sabir, Cəlil, Nəsimi, Babək Allahsız olublar 

sanki. Millətin gözündə də bu gün elədir. Mənə, eləcə də Ocaqçılara 

Allahsız  kimi  baxacaqlar.  Ancaq  bu  toplumda  guya  bunlar  ağıl-

lıdırlar, vicdanlıdırlar, haqlıdırlar. 

Məni  sevindirən  bir  şey  var  ki,  Azərbaycan  çox  böyük  zəkalar 

yetirən bir torpaqdır. Bunun kökü var. Nəsimi boyda dahini heç kim 

verməyib bəşəriyyətə. Cavidin “İblis”i var ha, onun dediyini bəşəriy-

yət  deməyib.  Dinlər,  hamı  Allahdan  yazıb.  Əslində  bunlar  hamısı 

xırda, nisbi həqiqətlərdir. Mütləq həqiqəti Asif Ata deyir. Biz Ocaqçı 

olduğumuza  görə  demirik,  sadəcə  olaraq  biz  onu  dərk  edirik,  başa 

düşürük. Asif Atanın dediyi, kitabları ki, ömrünü ona verib, hər şeyi 


 

72 


qurban verib, bu, insanlığa çağırışdır, bu həmin o Allaha çağırışdır. 

Bu, insanın özünə olan çağırışdır. 

Caviddə belə söz var: 

 

Yaşadan kainatı qüvvətdir, 



Gücsüzün həqq cəzası zillətdir. 

Əvət, məzlumların cəzası budur. 

Kim məzlum olursa, zalim odur. 

 

Biz, insan olaraq, məzlumuq, həqiqəti tanımadığımız üçün. Məz-



lum  olduğumuz  üçün  də  zalimik.  Səni  kölə  edib  o  din.  Asif  Ata 

içindəki o zalımı, köləliyi öldürür. O məzlumluğu öldürəndə o zalımı 

öldürür. Bu cür bir-birini tamamlayır. 

Ağşın  Ağkəmərli:  Tanrı  anlayışı  həm  şəxsi  fikir  və  düşüncə 

anlamı ilə bərabər, eyni halda millət düşüncəsindən qaynaqlanan bir 

şeydir.  Mən  sizin  söhbətinizlə  razılaşıram  ki,  Musəvilikdə  Allaha 

başqa cür  baxırlar,  İsəvilikdə  başqa  cür  baxırlar,  İslamda  başqa  cür 

baxırlar.  İslamın  özünü  də  gözə  alanda,  Səudiyyə  Ərəbistanda  olan 

İslama  baxışla  bizim  baxışımız  fərqlidir.  Çində  olan  islama,  Allaha 

baxışla  bizim  baxışımız  fərqlidir.  Türkiyədə  olan  müsəlmançılıq, 

Əfqanıstanda  olan  müsəlmançılıq,  Əlcəzairdə  olan  müsəlmançılıq, 

Afrikada  olan  müsəlmançılıq  bir-birindən  fərqlidir.  Fərqliliyi  də 

toplumsal  gələnək-görənəklərindən  aldıqları  bir şeydir.  Aldıqları ilə 

bərabər şəxsi düşüncələrini də ortaya qoyub bir baxış açısı verir. 

Sizin  söhbətinizdən  mən  belə  başa  düşdüm  ki,  düşüncələr  iki 

əsasda  olur.  Həm  fərdin  dünya  anlayışından,  həm  də  xalqın  adət-

ənənələrindən qaynaqlanan bir məqam. 

Nəsimi  haqqında  deyim.  Bizdə  hər  şey  yarımçıq  qalıb.  Qırıqlıq 

vardır. Təkamül bütöv yoxdur. Nəsimi millətin içində qırıqdır. Nə bu 

başı  var,  nə  o  başı  var.  Ortada  ay  kimi,  günəş  kimi  çıxan  bir 

ulduzdur.  Olağan  üstü  insanların  öz  yeri  var.  Olağan  üstü  şəxsiy-

yətlərin öz yeri vardır, dünyabaxışları və s. ilə bir yerdə. Ancaq bun-

ların  heç  biri  məni  bir  araya  gətirmir.  Asif  Atanın  fikir  və  məfku-

rəsindən  sevindiyim  məqam  burdan  irəli  gəlir  ki,  bunların  ha-mısı 

təsbehin dənələri kimi bir araya gəlib. Bizi bir araya, bütövləşməyə 

aparan  bir  yoldur.  Bizim  böyük  qüsurumuz  odur  ki,  millətləşmə-

mişik.  Qonşu  xalqlarda,  millətlərdə  belə  deyil.  Farslarda  cahili  ya 

alimi,  ağıllısı  ya  ağılsızı,  onlarda  millətləşmə  formalaşıb.  Bizim 

üzdəniraq qonşumuz ermənilər – millət kimi formalaşıbdı. Formalaş-



 

73 


dığına  görədir  ki,  bu  gün  haqqını  ala  bilir.  Özü  qondardığı  haqqı 

deyirəm. Bu da özünə inamdan irəli gəlir. Söhbət ondan gedir ki, 200 

ildir  zəmin  hazırlayıblar  buna,  bu  gün  də  uğur  qazanır.  Bu  gün  bu 

qonşu  mənə  iynəni  batırmaqla  mən  öz  ayağımı  yığışdırıram.  Duru-

ram  Çanaqqala  savaşını  misal  gətirirəm,  toplu  məzarları  üzə  çıxa-

rıram, onun təpkisinin sonucudur ki, bu hisslər yaranır, yoxsa mənim 

şüurumun əsasında deyil. Onun təpkisinin sonucudur. 

Keçənlərdə  sosial  şəbəkədə  gördüm,  bir erməni  qız yazmışdı  ki, 

“Biz haçanacan Qarabağın qarovulunu çəkəcəyik. Bu bizim başımıza 

bəla  olub”.  Dostlarımız  da  bunu  paylaşmışdılar.  Dostlardan  biri  ilə 

söhbətdə dedim ki, bir qız öz fikrini deyibdir, sən nə qədər sevincə, 

təşvişə  düşmüsən.  Bu  o  millətin  düşüncəsi  deyil  axı.  Bu  fikir  səni 

niyə bu qədər vəcdə gətiribdir. 

Dediyim  kimi,  qonşu  millətlərdə  olan  millətləşmə  və  bizə  olan 

təpkiləri,  bizə  qarşı  düşmənçilikləri  olmasa,  bəlkə  bizim  hələ  də 

oyanmağımıza  çox  qalıb.  Ancaq  Asif  Atanın  fəlsəfəsində  bu  məsə-

ləyə  son  qoyulur.  İşıqçılıqdan  tutmuş,  Dədə  Qorqudçuluqda,  sazda, 

muğamda  təkmilləşir,  Füzulidə  canlanır,  Hürufulikdə  yaranır.  Məni 

Ocağa bağlayan məqam budur. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin