Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

 

32 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq ilsırasının 37-ci ili 

“Atagün” Ailəsinin I “Ailə Günü”nün 

Gediş Yazısı 

 

İlsıra: 27 Günəş  Ayı,  Qismət  Günü;  Vaxt: saat 16:00-da; Yer: Atagün 

Eli. 


  “Ailə  Günü”  Günev  Atalının  evində  keçirilir.  Öncədən  Oda  Ocaq 

Ruhuna  uyğun  biçimdə  hazırlanır.  Bayraq,  stol  üstünə  çiçək,  yazı  üçün 

qələm-kağız,  foto  və  görüntü  çəkilişlərini  yerinə  yetirmək  araçları  və  b. 

Hazırlıq işlərinə Elana Atalı sorumludur. 

  “Ailə  Günü”  –  “Ata  Ruhuna  pənah  gətirmişik!”  səcdəsilə  başlayır. 

Sonra ayaq üstə Ata Sözündən (Günev seçir) bir parça oxunur. 

 

Törənin qonuları: 

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

2) Ocaq – Toplumun, bütövlükdə insanlığın (bəşərin) yönünü qutsallığa 

çevirmək üçün yaranıb. 

3) Dini gedişləri aktivləşdirən nədənlər. Dində insanlar qutsallığa deyil, 

zorakılığa meyil edirlər. 

 “Ailə Günü”nə qatılan qonaqlara söz verilir. 

 “Ailə Günü”ndə ruhani hədiyyələr sunulur. 

 

Qutsal  oxuma: “Hüquqdan  Haqqa”  Bitiytindən  bir  parça  oxunub 

aydınlaşdırılır. 

 

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 



“Atamız Var olsun!”  səcdəsi ilə Gün başa çatır. 

 

CARLAR: 

Asif Ata İnamı – Ulusal Özünüqoruma Sistemi! 

Ata Amalı – İnsanı yaşadan ruhaniyyat özülü! 

 

Gediş Yazısını yazdı: Soylu Atalı 

25 Günəş Ayı, 37-ci il. Atakənd. 

(mart, 2015. Bakı). 


 

33 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

“Atagün” Ailəsinin I aylıq törənində 

deyilmiş fikirlər 

 

 



 

“Ailə  Günü”nün  quralları  yerinə  yetirildikdən  sonra  Ailənin 

Yükümlüsü Günev  Atalı Ataya  səcdə  ilə  sözə  başladı:  “Gedişat” 

yazımızda  bir  tələb  var  –  “Ata  Sözü”ndən  seçib  oxumaq.  Bilirsiniz 

ki,  bu  günlərdə  xalqımızın  ulusal  dəyərlərindən  biri  olan  Novruz 

bayramı  keçirildi.  Bu  bayram  anlamına  görə  hiss  olunmadı,  ancaq 

süfrə bəzəkləri göstərildi. Ona görə mən bu gün oxumaq üçün Atanın 

“Novruzluğumuz” yazısını seçdim. 



(Günev Atalı adı vurğulanan yazını oxudu – S.A.) 

İndi  mən  əsas  qonumuza  keçirəm,  Amallaşma,  Kamilləşmə, 

Xalqlaşma  hesabatı  verirəm.  Amallaşma  ilə  bağlı  Asif  Atanın 

Mütləqə  İnam  bitiyindən  özümləşdirib  yazdığım  hissələri  oxumaq 

istəyirəm. 

(Burada  Günev  “Mütləqə  İnam”dan  ümumiləşdirdiyi  parçaları 

oxudu – S.A.) 

Kamilləşmə əməli ilə bağlı deyə bilərəm ki, Amallaşdığım dərə-

cədə  artıram,  mənəvi  durumum  yerində  saymır,  irəliləyir.  Son  ay 

ciddi  düşündüm:  həyatımda  nə  yenilik  və  nə  gerilik  var  deyə. 

Anladım  ki,  əslində  bundan  sonra  mənim  həyatımda  gerilikdən  söz 

gedə  bilməz.  Bəs  irəlilik  varmı,  nədə  özünü  göstərir?!  –  Yaşantıla-

rımı, düşündüklərimi ümumiləşdirib desəm, bu soruya necəsə cavab 


 

34 


vermiş olaram. Bu gün Yurdumuzda çoxlu sayda çalışqan qurumlar 

yaranıb  ortaya  çıxır,  ancaq  gedişatın  əyilməsinə  qarşı  dirəniş 

göstərən  bir  qüvvə  var,  o  da  Asif  Ata  Ocağıdır.  Bir  neçə  gün  öncə 

İbrahim  Elxasgilin  köyündə  söhbət  edirdik.  Dünyanın  gözü  qaba-

ğında  hər  cür  dağıdıcılıq  edən  İŞİD  adlı  qüvvədən  söz  düşdü. 

İbrahim  Elxas  söz  açıb  dedi  ki,  mənim  dərin  bilgilərim  olmasa  da, 

fəhm  edirəm  ki,  əgər  Asif  Ata  Ocağı  öz  gücünü  yeni  bir  aşamaya 

çıxarmasa, yenidən sürətini artırmasa, bu xalqın gələcəyi sual altına 

düşəcək.  Çünkü  İŞİD  və  bu  kimi  başqa  faktlar  Azərbaycandan  çox 

aralı deyil, başqa sözlə, Azərbaycan izlədiyimiz bu təhlükələrin heç 

birindən  sığortalanmayıb.  21-ci  yüzildə  Allahu-əkbər  bağırıb  insanı 

yandırır, bir ucdan doğrayırlarsa, buna qarşı hansı ideya ilə, qüvvə ilə 

dayanmaq  olar,  toplumu  dirənişə  qaldırmaq  olar?!  Ona  görə  biz 

deyəndə ki, Asif Atanın Baxışı Qurtarıcı Olaydır, heç də bəlağətə yol 

vermirik.  Baxın,  İŞİD-çilərə  qoşulmaq  üçün  Türkiyədə  bir  qrup 

haqqında bu günlərdə televiziyadan eşitdim. Sonra öz-özümə düşün-

düm ki, görəsən onlar oraya nə üçün getmək istəyirlər?! Əslində bu 

gün dini gedişlər insanların ağlını, ürəyini heç eləyir, onların qutsal-

lığa yetmək olanaqlarını aradan qaldırır. Bununla da insanların içində 

heyvanlıq  baş  qaldırır,  heyvanlıq  yırtıcı  əməllər  ortaya  gətirir.  Baş 

kəsmək,  qan  tökmək,  maddi  nələrsə  əldə  etmək  istəyi  özünün  də 

həyatını təhlükəyə atır, ailəsinin də, vətəninin də, millətinin də. Ərəb 

belə  acınacaqlı  əməllərə  sarılır,  bizim  insanlar  da  onlara  qoşulur. 

Soylu  demiş,  bu  elə  Məhəmmədin  davamıdır.  Bu  necə  Allahın 

böyüklüyünü təsdiq eləməkdir ki, “onun şah əsəri olan” insanı diri-

diri  yandırır,  heyvan  kimi  başını  kəsirsən?!  Mən  özüm  burada 

insanlığın  gələcəyi  ilə  bağlı  qorxuya  düşürəm.  Bəs  kim  bunun 

qarşısını alacaqdır?! Ona görə biz deyirik ki, Asif Atanın Ocağı söz-

ideya-əməl  ortaya  qoymaqla  ulusal  və  hətta  bəşəri  dirəniş  yetirir. 

Bundan başqa  qüvvə  yoxdur  bu  yöndə  çaba  göstərən.  Varsa,  kimsə 

mənə  göstərsin,  mən  də  bilim.  Dünya  əyilib,  bütün  çalışmalar, 

əməklər  də  onu  daha  da  əyməyə  yönəlib.  İzləyənlər,  seyr  eləyənlər 

də öz başının hayına qalıb. Hamı özünün bugününü düşünür… 

Xalqlaşma yönündə də bir neçə kəlmə deyim: Bu əməlimin birin-

ci çaları “İnamlı İllərimin Harayı” kitabımın işıq üzü görməsidir.  

Mən özüm onu bir daha oxudum və ürəkləndim, çünkü Ocağımızı 

tanıtmaq  baxımından  uğurlu  bir  bitikdir.  Təbii  ki,  bu  bitiyi  araya 

gətirdiyi üçün mən Soyluya səcdəli minnətdarlıq edirəm. Onun üzə-

rində  Soylu  böyük  əmək  qoyub,  bilirəm  ki,  asan  deyil,  onun  bil-


 

35 


gisayarda  yazılması,  redaktə  olunması,  dönə-dönə  yoxlanılması, 

tərtib  olunması  ağır  zəhmət  istəyir.  Soylu  bu  zəhmətlərin  altına hər 

zaman ürəklə girir. Soylu hər birimizin əlindən Asif Ata kimi tutub 

qaldırır,  böyüdür.  Hər  zaman  vurğu  edirəm  ki,  Soylu  Atalı  mənim 

üçün Asif Atadan sonra bənzərsiz qurucu,  qayğıkeş, özündən keçən 

bir  şəxsiyyətdir.  Ona  mənim  münasibətim  ancaq  səcdəli  münasi-

bətdir. O öz ömrü, ərdəmliyi ilə bunu qazandı. Baxmayaraq ki, mən-

dən bir il sonra Ocağa gəlib, cismani yaşı da 10 il məndən kiçikdir. 

Ancaq mən onu özümün ağsaqqalım, böyüyüm sayıram, Asif Ataya 

layiq  bir  pillədə  durur.  Bu  gün  bizim  üçün,  Asif  Atanın  cismani 

yoxluğundan yaranan boşluğu doldura bilir. Soylu Asif Ataya layiq 

olduğu  dərəcədə  səcdə  olunası  ləyaqət  göstərir.  Bütün  bu addımları 

özü üçün atmadı, Asif Atanı davam eləmək üçün atdı. 

 

 



 

Sonra,  Soylunun  yaratdığı  maraqdan  Tolstoyun  “Etiraflarım” 

əsərini  oxudum.  Bundan  başqa  “Anna  Karenina”  əsərini  oxudum. 

Doğrusu  o  kitabın  həcmi  məni  yordu.  Baxmayaraq  ki,  rus  kübar 

toplumunun həyatını dolğunluğu ilə təsvir edir, ondan bəhrələnmək, 

öyrənmək  üçün  bu  həcm  yormayacaq  dərəcədə  az  da  ola  bilərdi. 

Bununla belə, Tolstoyun böyüklüyünə heç bir şübhəm yoxdur, Soylu 

demiş,  “Tolstoy,  həyatın  anlamını  olayların  üzərinə  qaldıran  sənət 

dahisidir!”. 

Sonrakı  əməli  işim  İnam  Məbədinin  tikintisi  ilə  bağlı  olub. 

Bütünlükdə ikicə gün işləsəm də, uzun zamandır maddi sorunlardan 

yana  ara  verdiyim  tikinti  işini  qabağa  apardım.  Bərk  yel  vardı, 



 

36 


çətinliklə  işləyirdik,  hətta  azarlamağımla  sonuclanan  bir  çalışma 

oldu. İndi sağlıq durumumu qaytarmışam, böyük istilər düşməmiş işi 

önəmli bir aşamaya gətirib çatdıracam. Bu mənim xalqlaşma işimin 

bir  hissəsidir.  Orada  gedən  iş,  danışıqsız  hər  kəsə  söz  deyir. 

Bunlardan başqa tək-tək fərdi görüşlərim də davam edir. 

Dünən bir nəfərlə, 20 il sonra görüşdüm və ciddi söhbət elədim. 

Ocaq haqqında elə igiləndi ki, Bakıda keçirilən tədbirlərimizə qatıl-

maq  istəyini  bildirdi.  Bakıya  dönməsəydi,  bu  gün  Ailə  Günü”müzə 

qatılacaqdı.  Mən  ona  Ocaq  ədəbiyyatları  bağışladım.  Danışdıq  ki, 

telefon bağlantısı quraq, gəlsin-getsin. 

Fikirlərim bu qədər. Atamız Var olsun! 

İndi  qardaşımız  Soylu  Atalını  dinləyək.  İstəyərdim,  öncə  Elana 

danışsın, ancaq nədənsə o, Soyludan sonra danışmaq istəyir. Şəxsən 

mən  Soylunun  çıxışından  sonra  söz  deməyə  çətinlik  çəkirəm.  Soy-

lunun o cür yanğılı, heyrətli çıxışından sonra söz demək asan deyil. 

 

Soylu  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya  –  İnam  Ataya  ali  səcdə  ilə!  Ocaq  ilsırasının  37-ci  ilində 

Atagün  Ailəsinin  1-ci  aylıq  toplantısına  hesabat  verməzdən  öncə 

Bayrağımızı öpür və Ataya səcdə qılıram. 

Öncə  bir  neçə  məsələyə  aydınlıq  gətirmək  istəyirəm.  Sonra  dü-

şündüyüm,  sonuca  vardığım  fikirlərimi  bölüşəcəm.  Birinci  deyə-

cəyim  məsələ,  biz  bir  sıra  hallarda  nələrisə  izah  eləməklə  giriş 

veririk, sonra Atanın adı ilə sözümüzə davam edirik. Bu cür gələnəyi 

aradan qaldırmaq gərəkdir. Birbaşa Atanın adı ilə sözə başlamaq, hər 

şeyi  bundan  sonra  demək  doğrudur.  Öncələr  mənim  özümdə  də  bu 

hallar olub. Biz hesab etmişik ki, ilkin olaraq nələrisə izah etməliyik, 

bu  izahlar  da  sanki  yardımçı  sözlərdir,  sonra  əsas  sözə  başlayanda 

Atanın adı ilə başlamalıyıq. Əslində bu doğru deyil, sözmüz yardım-

çı  və  əsas  olmaqla  bölünmür,  birbaşa  Atanın  adı  ilə  başlamalıyıq. 

Sonra, qardaşımızın “izin versəydi Soyluya səcdə eləyərdim” demə-

si.  Belə  ifadə  işlətdi.  Bu  gərək  deyil.  Bunu  oluşdurmaq  zərərdir. 

Niyə? Biz Azərbaycanda peyğəmbərlik olayı yaradırıq. Uzun yüzil-

lərdir xalqın həyatında sıradan çıxarılmış “özünü qoruma sistemi”ni 

bərpa edirik.  Başqa  sözlə  onu  yenidən  yaradırıq.  Nə  ilə  yaradırıq  – 

peyğəmbərlik  olayı  ilə.  Azərbaycanda  “Özünü  qoruma  sistemi” 

Babəkin yenilməsindən sonra başlayıb. O vaxtdan biz özümüzə gələ 

bilməmişik.  Biz  çox  passionar  xalqıq.  İçimizdə  güclü  enerji  var  və 

çox gözəl ulusal olanaqlar var. Onu ayrı-ayrı çağlarda aşkarlaya bili-


 

37 


rik. Onu biz Babəkdə aşkarladıq, Nəsimidə aşkarladıq, indi də Asif 

Atada  aşkarladıq.  Hər  birinin  arasında,  aşağı-yuxarı  yarımminillik 

zaman  olub.  Mən  başqa  olayların  adını  çəkmirəm,  deyək  ki,  Asif 

Atanın “Azərbaycanımız-Azərbaycanlığımız” dəyər sistemində adla-

rını  çəkdiyi  olayların.  Mən  vurğu  edirəm  ideoloji-ruhani  faktları-

mızın  adlarını.  Babək  ruhaniyyat  olayıdır,  özündən  min  beş  yüz  il 

öncəki  Zərdüştlükdən  qaynaqlanan  bir  dünyagörüş.  O  Zərdüştçülük 

ki,  onun  da  özülündə  Tanrıçılıq  dururdu.  Deməli,  Xürrəmdinlik 

türkün  öz  içində  daşıdığı  ruhani  olanaqları  idi  ki,  bu  da  Babəkdə 

özünü aşkarladı. Babəkdən yarımminnillik sonra bu olanaqlar Nəimi-

də, Nəsimidə özünü göstərdi. Baxmayaraq ki, Hürufilikdən öncə də 

böyük  olaylar  vardı  –  Sufilik  vardı.  Sufilik  də  bir  təriqət  idi, 

Hürufilik də. Ancaq Sufilik milli özünüqoruma sistemi deyildi. Hü-

rufilik  isə,  daşıdığı  məna  gücündən  asılı  olmayaraq,  milli  özünü-

qoruma sistemi idi. Məna gücü dedim, biz onu Asif Atanın Mütləqə 

İnam  Dünyabaxışı  ilə  tutuşduranda  üstünlüyü  Asif  Ataya  veririk. 

Ancaq bunu ona görə eləmirik ki, biz Asif Atanın Yolunda-yıq, onun 

davamçılarıyıq. Asif Ata bizim olduğu qədər Hürufilər də bizimdir. 

Məsələ  Hürufilərin  təriqət,  Asif  Atanın  isə  bütöv  bir  Dün-yabaxış 

olmasındadır. Bax, biz onları bu məsələ ilə fərqləndiririk. Hürufilər 

bir  təriqət  olaraq  İslam  dünyabaxışının  içindən  ayrılıb  ortaya  çıxdı. 

Bir  az  da  İslamın  ayrı-ayrı  atributlarını  özlərində  göstərmək  xətti 

(indiki  dilnən  desək,  taktikası)  tutdular.  Yəni  ayrıca  bir  dünyabaxış 

kimi  çıxmadılar  ortaya.  Dünyabaxış  daha  geniş,  daha  sistemli  bir 

olaydır.  Bu  Olayın  etkisi  də  geniş  və  sistemli  olur.  Təriqət  isə, 

dediyimiz  kimi,  yanlışları  qırağa  qoyaraq  içindən  çıxdığı  Baxış 

Sisteminin üzərində qurulan qalxınma (inkişaf) tendensiyasıdır. 

Qayıdıram  milli  özünüqoruma  sistemi  məsələsinə.  Hürufilərdən 

yarımminil  sonra  Asif  Ata  Olayı  ortaya  gəldi.  Özündən  öncəkilərin 

üstünlüklərindən  yararlanaraq  yeni  bir  dünyabaxış  araya  gəldi.  Bu 

dünyabaxış qədimliyin üstün milli-insani özəlliklərini içinə almaqla, 

onu  xalqa  qaytarmağa  başladı.  Eyni  halda,  özünün  yaratdığı  yeni 

ruhaniyyat  olayı  ilə  dağılmaqda  olan  milli-bəşəri  sivilizasiyanın 

yönünü dəyişmək işinə girişdi. Bu, çox incə, ancaq həm də, çox ciddi 

məsələdir. 

Yeri gəlmişkən, burda başqa bir məsələyə də aydınlıq gətirmək istə-

yirəm. Dedik ki, Asif Ata dünyabaxış sistemidir, Hürufilik təriqətdir. 

Min ildən  bir  az  artıq  vaxtda  bizim  xalqımızın  içində  gedən  ruhani 

proses,  bu  məsələyə  dayanmaqla,  ciddi  öyrənilməli,  araşdırılmalı 


 

38 


məsələdir.  İçimizdən  Xürrəmdinlik  dünyabaxışı  yarandı.  Bunun 

mayasında insanın,  millətin  özgürlük  tələbi  dayanırdı.  Ərəb  özünün 

güclü  xilafət  ordusu  ilə  millətimizi  qırğına  verib  Xürrəmdinliyi 

ortadan  qaldırdı,  fəlsəfəsini  yandırdı.  Sonra  Hürufilik  ortaya  çıxdı. 

İslam  xilafətini  sarsıtmağa  başladı.  İslamın  yaratdığı  cahil,  azğın 

toplum  Hürufiliyin  yaradıcılarını  edam  edib  bu  prosesi  də  əngəl-

lədilər. Üstündən yarımminil də keçdi. Asif Atanın timsalında milli 

varolmanın yeni dalğası başladı. Onun da haqqında, içəridən və dışa-

rıdan, qarışıqlıq yaratmağa, balaca-balaca təriqətlərə bölünmüş kimi 

göstərməyə çalışırlar. Bu işdə İran daha çox maraqlıdır. Sapı bizdən 

olanların  diliylə  ara-sıra  bu  yöndə  təbliğatlar  elətdirir,  elətdirəcək. 

Dışarıda  qıraq  qüvvələrin  qucağında  oturanlar  da  bu  işə  qoşulur, 

qoşulacaqdır.  Onlardan  biri  öncələr  Güntay  adı  ilə  Ocaqda  olmuş 

Cavanşir  Maniçehr  İspər  oğludur,  əslən  Ərdəbillidir,  indi  Finlan-

diyada onun-bunun dəyirmanını fırlatmağa çalışır. 

Biz  Asif  Atanın  ünvanına  püskürdülən  üfunətlərə  qarşı  hazırıq, 

Ocaqsevərlər  də  belə  şeylərə  hazır  olmalıdır.  Mən  yetərincə  açıq 

danışıram.  Biz  heç  bir  məsələni  özünəyarar  biçimə  salmağa  çalış-

mırıq,  həqiqətəyarar  biçimdə  vurğulamağa  çalışırıq.  Hər  bir  fikir 

həqiqətəyarar  olduğu  dərəcədə insanın,  yaxud  Qurumun  özünəyarar 

olur. Biz də həqiqətlə özümüzün arasında sınır deyil, birlik yaradırıq. 

Ona  görə  olanı  qırağa  qoyub  olmazı  demək,  nəyisə  nəyə  görəsə 

hesablamaq, bunu deməyim, onu deyim, birdən belə olar, elə olar… 

“Birdən”  söhbəti  yoxdur  Ocaqda.  Yenə  deyirəm,  Ocaq  xalqın  mi-

nillik özünüqoruma sistemidir. Burada qıraq fikirlər, qıraq deyilişlər 

ola  bilməz,  yan  yön  ola  bilməz.  Axıra  kimi  doğru  olan  deyilməli, 

mənasız  pünhanlıq  rədd  edilməlidir.  Mən  hər  zaman  demişəm,  biz 

özümüzü  döyürük,  yanlışlarımızı  görüb  ortadan  qaldırırıq,  bizi 

qıraqdan döyməyə gərək yoxdur. 

Asif  Atanın  ölümündən  sonra  Ocaqda  dağılmalar  oldu,  hərə  bir 

yanda  Ocaq  adına  çabalar  göstərməyə  çalışdı,  özünü  Ocaq  adına, 

Ocağı öz adına sunmaq istəyənlər oldu, bu gün də var, bundan sonra 

da  olacaq.  Ancaq  bilmək  gərəkdir  ki,  ayrı-ayrı  adamların  Ocaqçılıq 

adına iddia etməsi Ocağın təriqətə bölünməsi anlamına gəlmir. Bunu 

düşünmək  böyük  yanlışlığa  yol  verməkdir.  Bunu  arı  niyyətli  yurd-

sevər  insanlar  düşünə  bilməz,  çaşdırmaq  istəyiylə  pis  niyyətli 

adamlar yaya bilərlər. Asif Atanın Ocağında təriqət yoxdur və olma-

yacaq. Niyə yoxdur və niyə olmayacaq? İndi buna aydınlıq gətirmək 

istəyirəm.  Birinci,  Hürufilik  təriqətinin  adını  elə-belə  çəkmədim. 


 

39 


Təriqət  yol  deməkdir.  Bu  yol  kiminsə,  kimlərinsə  həvəsi  ilə  yaran-

mır. Hürufilik təriqətini yaradanlar möhtəşəm təfəkkür yiyələri idilər. 

Bunlardan başqa da təriqətlər olub. O təriqətləri yaradanlar da sıra-

dan adamlar deyil, onların təfəkkürü var, ideyası var. Nə dərəcədə bu 

ideyalar  dolğundur,  yaxud  yanlışlıdır,  bu,  məsələnin  ayrı  yanıdır. 

Təriqət  yaradanda  iradə  var,  cəsarət  var,  düşüncə  var,  onu  ortaya 

qoyur. Asif Ataya qoşulub Ocaqdan ayrılanların hansı birinin təriqət 

yaradacaq  qədər  təfəkkürü  var,  heç  birinin.  Onlar  toplumun  haylı-

həşirli gələnəklərinə qarışıb öz məişət yaşamlarını sürürlər. Ən yaxşı 

halda,  onlar  internetdə  sosial  şəbəkə  çalışqanlarıdır  (fəallarıdır). 

Onların  hansı  birinin  elə  cəsarəti  var  ki,  Asif  Atanın  Ocağının 

içindən təriqət yarada və Asif Atanın hansı yanlışlarını ortaya çıxara 

bilərsən ki, durub yeni yol yaratmaq istəyinə düşəsən?! Bu mümkün 

deyil.  Niyə?  Asif  Atanın  Ocağı  sağlam  milli  və  insani  özüllər 

üzərində yaşayan insanların Ocağın bütün prinsiplərini qoruması və 

yaşatmasıdır.  Ocaqdan  qıraqda  olanlardan  birini  göstərin  ki,  ağır 

zəhmətlərə  qatlaşıb  Ocağın  bütün  tələblərini  yerinə  yetirsin.  Eləcə 

də,  umacaqsız  olaraq,  yurdunu  qarış-qarış  gəzib  Atanın  ideyalarını 

xalqının  insanlarına  verməyə  çalışsın,  özündən  keçsin,  rahatlığını 

pozsun, kimdir o?! Asan deyil Ocaq olmaq, Yolu yaşatmaq. Bunun 

üçün  böyük  milli-insani  ərdəmlik  və  hünər  gərəkdir.  Alverçiliknən 

uğraşıb,  arada  bir  internetdə  Asif  Atanın  bir  yazısını  paylaşmaq 

Ocaqçılıq  hünəri  deyil.  Asif  Ata ölən  gündən bu  çağa  kimi  hər  kəs 

Ocağın yaşamını, çalışmalarını (fəaliyyətini) gəlib araşdırsa, görəcək 

ki,  Ocaq  bizim  hünərimizlə  bir  xətt  üzrə,  bir  nizamla  yaşadılıb  və 

yaşadılmaqdadır.  Ocağı  Ocaqdan  başqa  həyatı  olmayanlar  yaşada 

bilər.  Ocağı  Ocaqçılıq  vərdişiylə  yaşatmaq  mümkün  deyil,  aşiqlik 

gərəkdir,  hünər  gərəkdir,  beyin  gərəkdir,  ürək  gərəkdir.  Ayrı-ayrı 

adamlar  Asif  Atanın  çağında  Ocaqçılığa  vərdiş  etmişdilər,  indi  də 

özlərini  Ocaq  adlarıyla  sunurlar.  Bu  gün  Ocağı  milli-insani  açıdan 

geniş  araşdıranlar  yoxdur,  sabah  Ocağın  bütün  yönü  araşdırılıb  üzə 

çıxarılacaq.  Bu  gün  özünü  aldadanlar  heç  nəyi  dərk  eləmirlər.  Elə 

bilirlər  ki,  toplumu  üzdə  aldatmaqla  özünə  təsəlli  vermək  ruhani 

yaşamaq  deməkdir.  Deyil!  Bir  daha  vurğu  edirəm,  Ocağı  quran, 

qoruyan,  yaşadan  fərdlər  ayrı,  Ocaqçılıq  adına  iddia edən  vərdişkar 

fərdlər ayrı. Bu baxımdan Asif Atanın Ocağında heç bir təriqət-filan 

yoxdur, olmayacaq da. Ocaq birdir – bir xətdir! Niyə olmayacaq, biz 

deyirik  Ocaqda  təriqət-filan  olmayacaq,  bu  elə-belə  təbliğat  üçün 

deyilmir.  Nə  vaxtsa,  kimlərsə  nəsə  yarada  bilər,  ancaq  o  yeriməyə-


 

40 


cək. Niyə? Baxın, İslam dünyabaxışdır, bu baxışın ortasında (mərkə-

zində) Allah dayanır – insandan qıraqda, insanla birliyi olmayan bir 

qüvvə.  İnsan  özündən  qıraqda  ideal  saydığı  bir  qüvvə  yaradır  və 

həmin  qüvvə  ilə  özünü  yönəldir  (idarə  edir).  Sonucda  yanlış 

yönəldir, doğru yön yarada bilmir, çünkü o qüvvə uydurulmuş qüv-

vədir. Uydurulmuş qüvvə ilə özünü düzgün yönəldə bilməzsən həqi-

qətə  doğru.  Ancaq  insan  həqiqətsiz  yaşaya  bilmir,  o  daim  doğrunu 

axtarır.  Ona  görə  də  İslamın  tələbləri  özünü  doğrulda  bilmədikcə, 

yeni  axtarışlar  oldu,  təriqətlər  ortaya  çıxdı.  Demirəm  ki,  Allah 

ideyasına  qarşı  idi  bu  təriqətlər,  ancaq  doğru  olmayan  gerilədici 

yönləri inkar eləməklə yeni gedişlər edirdilər. 

Asif Ata ortaya qoyur insanı və insan üzərində İnsanlaşma harayı 

çəkir. İnsan içində Mütləq daşıyır, yəni içində allah daşıyır. İnsanın 

içində  allah  olmaq  olanağı  (imkanı)  var.  Dini  kəsim  buna  inanmır, 

necə yəni insanın içində allah var. Onlar allahı insanüstü fövqəladə 

bir  qüvvə  kimi  təsəvvür  elədiklərinə  görə,  insanın  içində  allah 

olanağının  olmasını  ağıllarına  yaxın  qoymurlar.  İnsanın  içindəki 

allahlıq olanağı Evrənin (kainatın) iç qüdrəti olan Dünyalığın bir ça-

larıdır. Bunun adı İnsanlıqdır. İnsan içindəki olanaqları aşkarladıqca 

–  İnsanlaşdıqca,  içindəki  allaha  tən  yaşayır.  Allahlıq  olanağına  tən 

olmaq nədir – baxın, Asif Ata insanlığa özgün (aid) olan anlayışların 

adını çəkir və hər birinin qarşısında “mütləq” sözünü işlədir. Əslində 

“mütləq” sözünü işlətməmək də olar. Ancaq hər kəs, dünya, gedişat 

nisbi  ilə  barışdığına  görə  Ata  hər  bir  insani  keyfiyyəti  “mütləq” 

sözüylə  birgə  çəkir:  mütləq  ədalət,  mütləq  həqiqət,  mütləq  dostluq, 

mütləq  atalıq,  mütləq  analıq.  Buna  yetirsən,  allahlıq  odur.  Nisbiyə 

yetirsən allahlaşmırsan, allahnan sənin aranda sınır qalır. Bununla da 

sən  insanlaşmırsan,  mahiyyətinə  yetmirsən.  Görürsünüzmü,  Asif 

Atanın  “İnsanlaşın,  İnsanlaşdırın”  çağırışı  üzdəki  sözdən  oluşan 

deyil, nə qədər dərin məna daşıyır. 

Din  insanla  allah  arasında  uçurum  yaradır,  deyir  sən  bəndəsən, 

allah səndən çox  uzaqdadır,  hündürdədir.  Bununla  da  din  ayaq  yeri 

saxlayır  ki,  yeni  təriqətlər  ortaya  çıxsın.  Asif  Ata  o  ilgəyi  vermir, 

barmaq  keçirib  ora-bura  çəkəsən.  İnsanın  üzərində  vurğu  edir.  Ona 

görə  Asif  Atanın  müstəvisi  üzərində  dayanıb  demək  ki,  mən  də  bu 

yana  yol  açacam,  mümkün  deyil.  Bu  müstəvinin  bütün  xətləri 

İnsanlaşma  çağırışına bağlıdır :  “İnsanlaşın  –  İnsanlaşdırın,  Bəşərin 

qurtuluşu İnsanlaşmaqdadır!”. Ayrı nə desən onun içində olacaq. So-

sial sorunlarımı çözmək istəyirsən, dünyanın pozulmuş gedişatınımı 


 

41 


çözmək  istəyirsən,  hamısı  bu  prinsipin  içindədir,  ayrı  deyil. 

İndi  başqa  bir  çaları  aydınlaşdıraq.  Asif  Ata  deyir  insan  içində 

Mütləq  gəzdirir.  Başqaları  da  deyir  bu  necə  mümkündür.  Bizə 

bəziləri təəccüblə baxır ki, “mütləqim, müqəddəsim Asif Ata” deyir-

siniz. Axı Asif Ata necə mütləq ola bilər?! – Biz onların diqqətini bir 

məsələyə  çəkmək  istəyirik.  Baxın,  hər  kəs  öz  fiziki-cismani 

yaşamında hər şeyi mütləq istəyir. Adam gedir bazardan kartof alma-

ğa,  seçib  ən  yaxşıları  alır,  yalvarsan  da  bir  az  ora-burası  göyərmiş 

kartof  almaz.  Ev  tikəndə  onun  kimi,  bağ  salanda,  meyvə  yığanda 

onun kimi. Niyə bütöv olana, mütləq olana can atırsan, razılaşmırsan 

adi  olanlarla.  Burada  bütün  olanaqları  açıb  ortaya  qoy-maq  və 

yararlanmaq  istəyirsən.  Niyə  fiziki-cismani  yaşamında  nisbi  ilə 

barışmırsan, mütləq olana can atırsan, ancaq ruhunda, mənəviyyatın-

da  mütləqə  yetmək  istəmir,  nisbi  olanlarla  barışırsan?!  Mütləqə 

yetməni  mümkünsüz  sayırsan.  Asif  Ata  isə  mümkünlü  sayır.  Özü 

buna  yetir,  sənə  də  deyir  ruhunda  nisbi  olanlarla  barışma:  qardaşlı-

ğında nisbiliklə barışma, dostluğunda nisbiliklə barışma, sədaqətində 

nisbiliklə  barışma,  məhəbbətində  nisbi  olma.  Onda  gör  dünya  necə 

gözəl olacaq. İndi bunu hər kəs bacaracaqmı, yox, hər kəsin işi deyil. 

Allah  kütləvi  olmur,  təkcələrin  işidir.  Bacaranlar  yol  yaradacaq, 

mənəviyyat  nizamı  yaradacaq,  gedişatı  buna  yönəldəcək.  Bununla 

belə, kimin nəyi bacarıb-bacarmamağından asılı olmayaraq, hər kəs 

buna can atmalıdır. Çünkü insan yaşamının anlamı budur. İnsanların 

ağlına  bu  həqiqət  gec  girir,  çünkü  mütləqə  tən  yaşamaq  əzabına, 

zəhmətinə  qatlaşmaq  istəmir.  Onu  adi  saxlayan  tələblərdən  imtina 

eləmək istəmir, nəfsinin başına bir qapaz vurmaq istəmir. Tamahının 

öhdəsindən  gələ  bilmir.  Ona  görə  mütləqləşə  bilmir.  İçindəki 

balacalığa haqq vermək üçün deyir insan mütləq ola bilməz. Asif Ata 

isə  ömrü  ilə  sübut  edir  ki,  insan  özüylə  uğraşarsa,  içindəki  olanaq-

larını  üzə  çıxara  bilər,  içindəki  mütləqə  tən  yaşaya  bilər,  kamil  ola 

bilər. “Kamil” sözü boşuna yaranmış söz deyil, kamil olmaq fizikanı, 

biologiyanı  üstün  bilməkdə  deyil,  ruhu,  mənəviyyatı  arı,  duru 

olmaqdadır,  düşüncəsi,  idrakı  arı,  duru  olmaqdır,  iradəsi  arı,  duru 

olmaqdır,  imtinanı  bacarmaqdır,  inamı  arı,  duru  olmaqdır,  inamına 

inamsızlıq qatmamaqdır. 

Baxın,  (Günevgil)  deyirsiniz  Asif  Atanın  Ocağı  pozulmuşluğa 

qarşı dirəniş göstərən yeganə olaydır. Axı Ocaqdan qıraqda da türk-

çülük sevgisi az deyil. Ona görə bunu deyirsiniz ki, Ocaqdan qıraq-

dakı addımlar, ağır səslənsə də deməliyik ki, üzdən atılır. İş kültürdə 


 

42 


gedir,  mədəni  qatlarda  gedir.  Bəli,  ərəb  qafası  ilə  yaşayaraq,  ərəb 

psixologiyasının etkisi altında çabalayaraq heç vaxt ulusal qalxınma 

tarixini  (milli  inkişaf  tarixini)  özümləşdirə  və  dirçəldə 

bilməyəcəksən.  Ərəbçilik  sənin  ruhuna  doğma  deyil,  yaddır,  səni 

qorumur,  mənimsəyir.  Səni  ayağa  salır,  sənə  deyir  mənim  ümmə-

timsən, millət deyilsən. Millət deyilsənsə sənin mədəniyyətin, tarixin 

və  bunları  ifadə  eləyən  dilin  sənə  yar  olmayacaq.  Deməli,  Dünya-

baxış  olayı  çox  önəmli  məsələdir.  Asif  Atanın  Ocağı  Dünyabaxış 

üzərində  quruculuqla  uğraşır.  Elə-belə  qınaqlarla  uğraşmır,  –  filan 

şey  pisdir,  filan  şey  olmamalıdır,  biz  millət  kimi  geridə  qalmışıq, 

yaxud  biz  türküz,  hamıdan  yaxşıyıq.  Ocaq  belə  üzdəkiliklə  (zahiri-

liklə) özünü aldatmır.  

Deyir İnam gərəkdir, inanmaq gərəkdir. Nəyə inanmaq?! – Milli 

kimliyin  özülündə  duran  incilərə  inanmaq  gərək,  onu  görə  bilmək, 

sevə  bilmək  və  yaşatmaq  gərəkdir.  Bunun  üzərində  dirçəlmək,  içini 

ortaya  qoymaq  –  Olmaq  gərəkdir!  Onda  ulusal  kimliyini  təsdiq 

edərsən,  bəşər  səviyyəsinə  qalxarsan.  Bunu  heç  bir  fəlsəfə,  heç  bir 

din,  dünyabaxış  deməyib.  Ən  yaxşı  halda  deyib  arı-duru  ol,  ancaq 

bunu deməyib. Bunu Asif Ata deyir. 

 

 



 

Deyir  ki,  bu  qoşullar  (şərtlər)  içrə  sən  milli  qüvvəyə  çevrilə-

cəksən.  Milli  qüvvəyə  çevriləndən  sonra  xalqın  başında  duran  sən 

olacaqsan.  O  zaman  sən  xalqa  qarşı  yağı  olmayacaqsan.  Yiyə  ola-

caqsan. Yiyəlik başlayacaq ondan sonra. Bəli, ondan sonra gözləmə-

yəcəksən  ki,  görək  Azərbaycanda  9  milyon  insan  nə  vaxt  kamil-



 

43 


ləşəcək. Heç vaxt xalq kütləvi şəkildə birdən-birə kamil olmayacaq. 

Hər kəs yaşamında doğulduğu çağdan ölənədək özü öz ömrünü ka-

milləşdirə  bilər. Kimsə  kamilləşdirəcək,  kimsə  kamilləşdirməyəcək. 

Ancaq  Sistem  yaranmalıdır.  Milli  strategiya  deyirlər  onun  adına.  O 

strategiya olmalıdır. Milli strategiyanı nə yaradır? Milli şüuru ayaqda 

saxlayan,  milli  şüuru  dirçəldən  və  qabağa  aparan  özül  prinsiplər 

yaradır onu. O da Asif Atanın yaratdığı dünyabaxışdır. Biz ona görə 

deyirik  qurtuluş  Asif  Atadadır.  Ona  görə  deyirik  ki,  əsil  döyüş,  əsil 

mübarizə Asif Atadadır. Demirik ki, mübarizələr yoxdur. Var. Ancaq 

deyirik  ki,  əsil  mübarizə,  əsil,  həqiqi,  dərin  milli  özünüqoruma 

sisteminin yaranması bağlıdır Asif Atanın yaratdığı dünyabaxışa. 

Sonra, mən qayıdıram söhbətimin öncəsinə. Günevin dediyi Soy-

luya münasibət məsələsində bir məqamla bağlı etiraz elədim. Adama 

deyərlər  ki,  sizin  hədəfiniz  insan  deyilmi?  İnsana  münasibətin  niyə 

döşündən  itələyirsiniz?  Yox,  biz  insana  münasibətin  döşündən 

itələmirik.  Hətta  deyirik  ki,  insanın  insana  münasibəti  layiq  olduğu 

dərəcədə yalnız səcdəli münasibət olmalıdır. Səcdə münasibəti yox, 

səcdəli  münasibət.  Səcdə  münasibəti  tək-tək  olaydır.  Niyə?  Mən 

burda təvazökarlıq elədimmi? Təvazökarlıq eləmədim. Burada bizim 

başladığımız  bir  iş  var,  bir  məsələ  var.  O  məsələyə  hər  hansı  bir 

səviyyədə  kölgə  düşməməlidir.  Paralellik  yaratmaq  olmaz.  Biz 

peyğəmbər  veririk,  onunla  paralellik  yaratmaq  özünüuydurma  olar. 

Söz yox, biz Peyğəmbərin kölgəsi deyilik. Onun davamçılarıyıq. Biz 

onun işinin, təliminin, yolunun öyrətmənləriyik. Balaca söhbət deyil 

bu.  Evlad  sözü  öyrətmən  deməkdir.  Nəyi  öyrədir?  Milli  ruhu,  milli 

kimliyi,  insani  kimliyi,  insani  gələcəyi  və i.a.  Bu  gün  biz  Azərbay-

cana  peyğəmbər  verdiyimiz  üçün,  peyğəmbərlik  hadisəsi  yaratdı-

ğımız üçün bizim əsasən səcdə münasibətimiz bir anlamlı olaraq Asif 

Atanın  üzərində  dayanır.  Ona  dayanıb  biz  Peyğəmbəri  verməliyik 

axıra qədər. Çünkü qurtuluş peyğəmbərdədir. Çünkü bizim içimizdə 

yad  dünyabaxış  peyğəmbəri  ilə  oturur.  Bizim  içimizdə  xalqımızın 

onu əyən peyğəmbərə münasibəti Göyə münasibət kimidir. Mən onu 

qısqanmıram,  əgər  o  bizi  qurtarıcı  olsaydı,  mən  də  ona  səcdə 

eləyərdim. Mən də ona o cür münasibət bəsləyərdim. Mən ona o cür 

münasibət  bəsləyə  bilmirəm,  çünkü  o  bizi  qurtarmır.  O  (yəni 

Məhəmməd)  istəyərəkdən,  istəməyərəkdən  bizi  endirib.  Bizim  milli 

özünüqoruma sistemimizi dağıdıb. Öz yaratdığıyla, öz ümmətçiliyiy-

lə, öz daha nələriylə, öz yalanlarıyla bizim özünüqoruma sistemimizi 

dağıdıb. Onun yurdumuzdan çıxmasını istəyirsənmi? Onun etkisinin 


 

44 


sənin xalqının ürəyindən çəkilməsini istəyirsənmi? Onda sənin Asif 

Ataya münasibətinin bir anlamı var – xalqın gələcəyinə münasibət. 

İndi  qayıdıram  belə  bir  məsələyə.  Bəzən  görürsən  vurğu  edirlər, 

anlamırlar.  Çünkü  heç  bir  məsələni  axıra  qədər  düşünmür,  uğraş-

mırlar. Elə ağına, bozuna baxmadan nə gəldi danışırlar. “Şəxsiyyətə 

pərəstiş” sözü atıblar ortaya. Sən demə, biz də Asif Ataya Şəxsiyyətə 

pərəstiş  səviyyəsində  münasibət  bəsləyirikmiş.  Anlamırlar  ki,  Şəx-

siyyət  ayrı  şeydir.  Şəxsiyyətə  sevgi  olmalıdır  də.  Sən  niyə  ağaya 

münasibətlə  Şəxsiyyətə  münasibəti  qarışdırırsan.  Məgər  Asif  Ata 

ağadır? Niyə sən Stalinə, Xomeyniyə, lap elə Teymura münasibətlə 

Asif  Ataya  münasibəti  qarışdırırsan?!  Onlara  sevgili  münasibət 

əyilmədir, bu münasibətdə sevgi anlamını itirir. Asif Ataya isə səcdə-

li  münasibət  yüksəlmədir.  Səcdə  ürəyin  gücüdür,  ürəyin  böyüklü-

yüdür. Səcdə eləyən ürək çox möhtəşəm ürəkdir. Xudbin ürək deyil, 

balaca ürək deyil. Balaca ürəyin səcdəsi olmur. Böyük ürəyin səcdəsi 

olur.  Çünkü  böyük  ürək  böyük  həqiqəti  içinə  ala  bilir.  Anlaya  bilir, 

dərk edə bilir. Qurtarıcılıq həqiqətini dərk edir. Mənim qurtarıcımdır. 

Onda yaranır o hal, onda yaranır o səcdə. Onda yaranır o sevgi. Şəx-

siyyətə  sevgi  olmalıdır.  Şəxsiyyətdir  bu!  Stalin  şəxsiyyət  idimi?  Si-

yasi anlamda da şəxsiyyət ifadəsi işlədirlər. Ruhani-mənəvi anlamda 

o şəxsiyyət deyil. Məni zəlil günə qoyan necə Şəxsiyyət ola bilər?! 

Qarışdırmayın, ağlınız olsun! Asif Ata məni qurtarmağa gəlib. İmtina 

edə-edə,  qurban  verə-verə,  hər  şeyindən  imtina  elədi,  gəldi  məni 

qurtarmağa. Çiynini verib mənim ayağımın altına ki, yüksəlim, xalq 

olum, sən də deyirsən şəxsiyyətə pərəstiş. Mənim ağlımı elə işıqlan-

dırır,  mənim  ürəyimi  elə  qüvvətləndirir,  məni  elə  heyərtləndirir,  o 

heyrətin qabağında mən ona ayrı cür münasibət bəsləyə bilmərəm. 

Bir də görürsən sənin körpə uşağın elə naz edir, elə cilvələnir ki, 

az qala yemək istəyirsən. O  münasibətdir ey o. Orda bəyəm şəxsiy-

yətə pərəstiş var?! Orda uydurmaq var? İnsan duyğularına qarşı çıxıb 

niyə  bu  duyğuları  öldürürsünüz?  İnsanın  içində  sevmək,  səcdə 

eləmək eşqi, hərarəti var. Niyə öldürürsən onu. Niyə xudbinləşirsən. 

Nəyin  var  sənin?  Haqq  edənə  münasibət  bəsləyərlər.  “Çörəyi  ver 

çörəkçiyə, birini də üstəlik”. 

Baxın, Asif Ataya münasibət məsələsiylə bağlı çox qısqanclıqlar, 

paxıllıqlar qaynayır  Azərbaycanda.  Bu  qısqanclıq  təkcə  onun  yaşıd-

ları  içində  qaynamır,  ondan  sonrakı  nəslin  içində  də  qaynayır.  O 

səviyyədə  qaynayır  ki,  durub  Asif  Ata  haqqında  müsahibə  götürür. 

Hansısa  keçmişdə  Ocaqdan  çıxmışın  birindən.  O  nə  qanır  Asif  Ata 


 

45 


kimdir.  O,  satılmış,  ələ  alınmış,  idarə  olunan,  yönəldilən  bədbəxtin 

biridir.  O  Asif  Ata  haqqında  nə  deyəcək?  Bir  adam  ki,  Babəki  heç 

edir,  bir  adam  ki,  Nəsimini  heç  edir,  bir  adam  ki,  Şah  İsmayılı  heç 

edir, sənin bütün dəyərləinin üstündən xətt çəkir, o nə qanır Asif Ata 

nə deməkdir? Baxın, ona görə bu məsələlərdə biz ayığıq, neylədiyi-

mizi də gözəl bilirik, ağlımız da uşaq deyil, özümüz də uşaq deyilik. 

Xalqın kimliyini gözəl tanıyırıq. Mənəvi olanaqlarını da gözəl tanıyı-

rıq. Münasibətdə yalanı heç kim bizə sırıya bilməz. 

Görün,  heç  bir  peyğəmbərdə  ruhani  dövlət  idealı  yoxdur.  Asif 

Atada var. Nədən yarandı? Yenə insana münasibətdən. Dövlət insana 

münasibəti çox aşağılayıb. Dövlət hesab edir ki, insanı basqı altında 

saxlamaq  gərəkdir.  Basqı  altında  saxlayarsan  o  sənin  kölən  olar, 

üzünə ağ olmaz. Onu yönləndirə, idarə edə bilərsən. Anlamır ki, in-

sanı  nə  qədər  basqı  altına  salarsan,  bir  o  qədər  simasını  itirir, 

yaltaqlanır, xəyanətləşir, satqınlaşır, təhlükəyə çevrilir. Üzünə gülər, 

ancaq sənin özün üçün də təhlükəyə çevrilər. İnsanı simasızlaşdırma. 

Simasız  təhlükədir.  Yaxud  da  demirəm  insanı  sərbəst  burax.  İçi 

yaranmamış, qurulmamış insanı sərbəst buraxarsan, özbaşınalıq edər, 

sorumsuzluq  edər.  Onlara orta,  gözəl,  qızıl  münasibət  yaratmalısan. 

Bu  məsələ  ümumi  topluma  özgündür.  Nədən  qaynaqlanmalıdır  o 

münasibət? İnsana inam ideyasından. Dövlət isə bunun tərsinə gedir. 

İnsanı basqı altına alır və simasızlaşdırır. Dövlət insanı simasızlaşdı-

ran  aparat,  qurum  olmalı  deyildi.  Dövlət  insanı  qurtaran,  yönəldən, 

bəşər səviyyəsində təmsil eləyən qurum olmalı idi. Asif Ata o ideya-

nı  ortaya  gətirib.  Burada  yenə  onun  qonusu,  diqqəti  gəlib  insanın 

üzərində dayanır. 

Xalqlaşma  işiylə  bağlı  bir  neçə  kəlmə  söz  deyim.  Sizi  çox 

yükləyib  yormaq  istəmirəm.  Ötənlərdə  xalqlaşma  məsələsiylə  bağlı 

fikir  demişdim.  Bizim  Ocaqçılarımız  elə  hesab  edir  ki,  xalqlaşma 

yalnız insanlarla canlı ünsiyyət deməkdir. Xalqlaşma təkcə insanlarla 

canlı  ünsiyyət  demək  deyil.  Mən  gördüyüm  işləri  sadalamayacam 

sizi yormamaq üçün, vaxtınızı almamaq üçün. 

Ulusəsin kitabını hazırladım, ondan öncə Günevin kitabını hazır-

ladım. Bu özü xalqlaşma işidir. Tədbir işləyirik, mətbuata çıxardırıq, 

bu xalqlaşma işidir. Nə iş görürüksə, xalqlaşma işidir. Çünkü xalqın 

gələcəyi  üçün  hazırladığımız  zəmindir.  Bəli,  xalqlaşmanın  birinci 

şərti, özəyi odur ki, insanlarla canlı ünsiyyət qurasan. Ancaq hesabat 

verirkən  onu  da  demək,  bunu  da  demək  gərəkdir.  Bəzən  Ocaqçılar 

hesaba gəlməyən işlər görürlər, hesabat verəndə deyirlər bu ay xalq-


 

46 


laşma  işim  olmayıb.  Yaxşı,  ünsiyyətin  olmayıb,  başqa  işlərin  ki, 

olub. Bunu vurğulamaq gərəkdir. Mən xalqlşamamla bağlı ona görə 

geniş  demirəm  ki,  bilirsiniz,  mənim  hər  zaman  fərdi  və  kütləvi 

görüşlərim olur. Bunu da sitələrimizdə yazıb yayırıq. Mə-nim ən çox 

işim  xalqlaşmadır.  Mənim  xalqlaşma  işim  Asif  Atanın  öldüyü  gün-

dən başlayıb. Yəni sistemli olaraq ordan başlayıb. Asif Atanın sağlı-

ğında da çox ciddi xalqlaşma işləri görmüşəm. Borçalıda Asif Atanın 

9  görüşünü  təşkil  etmişəm.  Bu  elə-belə  bir  məsələ  deyil.  Masallıda 

təşkil  eləmişəm,  sonra  Bakıda  və  s.  Sistemli  şəkildə  isə  xalqlaşma 

işim Asif Atanın ölümündən sonra oldu, görüşlər keçir-məyə başla-

dım. Üst-üstə yüzlərlə orta, yüksək oxullarda, mədəniyyət evlərində, 

tarix-diyarşünaslıq muzeylərində, redaksiyalarda ayrı-ayrı aydınlarla, 

gənclərlə, sadə insanlarla çoxsaylı görüşlərim olur. Davamlı şəkildə 

Asif Atanı, o çağdan bu çağa qədər, verməyə çalışmışam. İdeya ola-

raq, prinsip olaraq, xalqın qurtarıcısı olaraq. 

Bununla  da  mən  sözümü  bitirirəm.  Çox  sağ  olun  dinlədiyinizə 

görə, təşəkkürlər! Sözümü Atamızın sözüylə bitirirəm. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın bayrağını öpürəm. 

 

Günev  Atalı:  Bu  qədər  ehtizazlı,  bu  qədər  gözəl,  vəcdli  bir… 

Fikirləşirəm ki, buna nə qədər qulaq assam yorularam? Mən elə başa 

düşürəm  ki,  nə  qədər  nəfəsim  gəlir,  mən  qulaq  assam  yorulmaram. 

Çünkü insan hər cümlədən güc alır, böyüyür. Böyüdükcə, ucaldıqca 

yorulmaq əhvalı ondan uzaqlaşır. Çox sağ ol, qardaş. 

İndi Elana buyursun söz desin. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin