Soylu Atalı: Bacımız ondan asılı olmayan səbəblərdən az qala 4
aya yaxındır Ocaqdan uzaqlaşıb. Xəstəliyi ilə bağlı Rusiyada müalicə
alırdı. Ayda bir yol biz burda tədbir keçiririk. Bakıda tədbir olanda
da arada-bərədə gəlirsiniz. Özünüz bu bölgədə ayrı-ayrı ünvanlara
gedib söhbətlər aparırsınız, ədəbiyyatlar veririsiniz. Bir ədəbiyyat
götürüb oxuyursunuz. Bir görüntümüzü götürüb izləyirsiniz. Bütün
bunlar hamısı içdən insanı Ocağa bağlayır. Özünün Ocağa inamını
bərkidir. Özünün atdığı addımlara inamını bərkidir. Birdən-birə belə
ayrılma istər-istəməz Ocaq və həyat qarşılığı yaradır. Həyat etkisi
insanın üzərində bütün gücüylə bərkiməyə çalışır. Eyni halda həyat
47
anlamı insanın gözünün qabağında bütün çılpaqlığıyla aydınlaşır. Bu
yöndə təbii ki, bacımızın sözü ilginc olacaq.
Elana Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Atanın adına səcdəylə başlayıram sözümə və bayrağımızı öpürəm!
Əsil türk oğluna xas olan bir haldır, belə yanğıyla danışmaq, ruhani
döyüşə çağırmaq. Soylu qardaşımın yanğısı adamı döyüşə çağırır,
Ocağa bağlayır. Mən də Elana kimi, türk xanımı kimi bu çağırışın
qarşısında var olmağa çalışıram.
Ata Evladıyam. Soylunun həmişə yanındayam. Ocaqdayam və
bundan sevinirəm. Ocaqdan bir müddət aralı qaldığıma baxmayaraq,
özümü həmişə Ocaqda hiss etmişəm. Yörəmdəkilərin içərisində ol-
duqca Ocağın nə qədər gözəl olduğunu bütün aydınlığı ilə hiss
etmişəm. Ocağın nə qədər gərək olduğunu ürəyimə yeritmişəm. Daha
aydın görünüb ki, Ocaqsız dünyanın gələcəyi qurulmaz. Bir az
xalqımızdan qırağa çıxanda dünyanı qurtaracaq ruhun türkdə ol-
duğunu adam özü üçün bir daha təsdiq edir. Obrazlı desək, təbiətin
gözəl seçimi var, Asif Atanı türkdən seçib.
Bu ruhun böyüklüyü hesab edirəm ki, ancaq bizim millətə – türkə
xasdır. Gördüyüm üzlər, izlədiyim olaylar, gedişat bunu deməyə əsas
verir. Türk ruhu bənzərsizdir. Dünyanı da insan ruhla xilas edə bilər.
Ürəklə xilas edə bilər. İnsanlıqla xilas edə bilər. Atanın Ocağının
dediyi kimi.
48
Mən bir o qədər kitab oxuya bilmirəm. Ancaq Günevin söhbət-
lərini dinləyirəm, kasetlərə baxırıq, başqa Ocaq Ailələrinin “Ailə
Günü” disklərinə baxırıq, ordan biliyim artır, sözüm artır. O söhbət-
lərlə, o sözlərlə mən qıraqda hansı məclislərdə oluramsa, söhbətlə-
rimdə seçilirəm. Həm də istər-istəməz düzgün münasibət bildirirəm.
Birdən istəyirəm ki, yox, bu sözə qarışmayım, bir az başqa cür
yozular, ancaq dözə bilmirəm və Ocağın mütləqilik ölçüsüylə o işə
münasibətimi bildirirəm. Bu da mənə həmişə sayğı gətirib. Yəni mən
seçilmişəm qıraqdan. Bu da Ocağımızın verdiyi bir uğurdur.
Bir də mən Asif qardaşıma (Asif Ozanı gözə alır - G.A.) xoş
gəlmisən deyirəm. Bayaq gələndə qardaşım Soylu Asif bəylə bir
söhbət elədi. Asif bəyin insanların ruh doğmalığı haqqında dediyi
söhbəti eşitdim. Bir az da durub qulaq asdım. O söhbət məni çox
sevindirdi. İnsanların Ocaqla bağlı ruh doğmalığından bəhs etməsi
qurulma halıdır. Qardaşıma buraya həmişə gəlməsini diləyirəm.
Mən çox həyəcanlıyam. Rusiyadan gələndən sonra çox yerlərə
get-mişəm, çox söhbətlər eləmişəm. Ancaq dünəndən çox gərginəm.
Çox məsuliyyətli bir gün bilirəm bunu. Ona görə də başqa yerdə
geniş söhbətlər eləsəm də, burada danışmağa çətinlik çəkirəm.
Mənim Elxas qardaşımdan da umduğum bir hal var. Özü dönə-dönə
təsdiq edir ki, Ocaqdan qıraqda dünyanın qurtuluşu görünmür. Elə
bunun üçün özü daim bu halnan Ocaq tədbirlərinə gəlsin. Atamız
Var olsun!
Günev Atalı: Burda Ailənin bu üç Evladından başqa Ocaqçılar və
Ocaqsevərlər də var. Onları da dinləyək. Üstün Azərbaycanın 17 ra-
yonuna səfərlər edib söz deyib, Atanın ideyalarını yayıb, bu hünərdir.
Az-az olan hünərlərdəndir.
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram.
Hər dəfə bu Ailə Günü tədbirinə yeni bir hisslə, yeni bir həyə-
canla gəlirəm. Hər dəfə də yenilənir ruhum Atagündə. Ona görə
yenilənir ki, burda Ocağı sönməyə qoymayan qardaşımız, bacımız
var. Biz döyüşümüzlə təklənmişik cəmiyyətdə.
Ancaq nə qədər təklənsək də, cəmiyyətə özündən çox gərəyik.
Mənim əsasən gənclərlə ünsiyyətim çox olur. Onları həm qınayıram,
həm də qınamıram. O kəsləri qınayıram ki, bütün gözəllikləri görüb
bundan yan qaçan, hələ mən cavanam, sonra buna qayıdaram deyən-
49
lər var, o kəsləri qınamıram ki, eşitməyiblər, bilmirlər. İndi bu ömür-
lər ki, yaranıb Ocaqda, bunlar özü bir örnəkdir.
Gənclik bu örnəkləri görməlidir. Gözünü açıb cəmiyyətdə nə
görür? Bir-birini aldatma, görür ki, hər kəs öz yuvasını qoruyur.
O, doğrudan da görməlidir ki, ləyaqət nə deyən şeydir. Qeyrət nə
deyən şeydir, insanilik nə deyən şeydir. Bunu həyatda görməlidir ki,
onun kimi olmağa can atsın. Əslində mənim ömrüm onun üçün bir
örnək olmalıdır. Onda onlar ulusallığa, qədimliyə bağlanar.
Özünütəsdiq elə budur.
Atamız Var olsun!
Günev Atalı: Var ol. Hər gəlişin bizim üçün şərəfdir.
Bizim Güntayımız yaxın vaxtlarda Ocağa gəlib. Gəldiyi gündən
öz cəngavər ruhuyla Ocağın işlərinə yaradı. O qədər güvənirəm ki, o
qədər sevinirəm ki, elə bil gəlişiylə mənə təpər verdi, ürək verdi.
Sözün varsa, buyura bilərsən.
Güntay Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya İnam Ataya ali səcdəylə!
Siz var olun. Gözəl bir törən keçirdiniz. Atagün Ailəsinin ruha-
niyyat tariximizdə özünəməxsus yeri var. Qutlayıram sizi. Nədir bizi
bura gətirən? Eyni qaynaqdan gələn bir dərd təkləri yığıb bura.
Bacımız deyir ki, bizi təkləyiblər cəmiyyətdə. Biz təklənməmişik.
Hansı ağlın qüdrəti çata bilər ki, Asif Ata Ocağını təkləsin. Asif Ata
50
Ocağı bütün yadlıqlara qarşıdır, bütün qıraqdan gələn ideyalara
qarşıdır.
Bəli, bu anlamda təkik. Heç bir ideya səni millət eləməyə gəlmə-
yib bura. Səni böyütməyə gəlməyib. Səni qurutmağa gəlib.
Səni məhv eləməyə gəlib. Özünü sənin üzərində var eləməyə
gəlib. Bütün bu yadlıqlara qarşı dirəniş göstərir Ocaq. Bu dirənişi
sistemli şəkildə ağıllara yazır. Fərdlərin ağlına yazır.
Bu çox çətin, bənzərsiz bir yoldur. Bəşəriyyətin halı elə mənim
xalqımın halından bəllidir. Bu gün, Soylu Atalı demişkən, gərək
faciə hamının qapısını döysün ki, ağlına salsın döyüşməyi. Düşünsün
ki, mən fərd olaraq dirəniş göstərməliyəm.
Ona görə Asif Atanın yolunda gedirik. Bəli, mən özümə sahib
çıxmaqla xalqıma sahib çıxıram, xalqıma sahib çıxmaqla bəşərə
sahib çıxıram. İnsan olmağım hər cür neqativ prosesləri addamağın
yolunu göstərir. Mən Asif Ataya söykənib onu göstərirəm. O qədər
nikbinəm ki. Doğrudur, bilirəm ki, cismani ömrümdə çox dəyişik-
likləri görməyəcəm, ümumiyyətlə ruhani dəyişiklik gözlə görünmür
axı. Bayaq Soylu qardaşımız misal çəkir, ruhaniyyat yavaş-yavaş
ağıllara, dillərə yeriyir. Əməllərə yeriyir. Onu biz görə bilərik. Onu
Asif Ata Ocağı görə bilər. Çünkü işin içindəyik, bizim gördüyümüz
işin bəhrəsi nədir bilirik. Nə vaxt dəriləcək onun meyvəsi, onu da biz
bilirik. Ona görə gedişat məndə heç bir ruh düşkünlüyü yaratmır.
Mənim yolumda ləngimələrim ola bilər, ancaq sapmam olmur. Ol-
mayacaq da. Çünkü mən özümü tanımışam, mən həqiqəti tapmışam,
51
həqiqəti görmüşəm. Mən işığa doğru yön götürmüşəm. Çox nik-
binəm, çox sevinirəm Atanı, Ocağı tapdığıma görə, Ataya Evlad
olduğuma görə. Atamız Var olsun!
Günev Atalı: Bax, hər birimizin üzünə qayğı çöküb. Hər birimi-
zin danışığından, münasibətindən sonra şərqin, bəşərin, dünyanın
hansı durumda olduğu göz qabağına gəlir. Ancaq bununla belə, bu
cür qayğılarla yüklənmiş ürəklərin fərəhi də heç yanda yoxdur. Bu
boyda yükü çəkmək fərəhi ki, bizim içimizdədir, inanın ki, özümü
həmişə göylərdə hiss edirəm. Bu cür fərəh, bu cür yaşamaq eşqi
qaynayır mənim içimdə.
Bir dəfə Soylu zarafatla dedi ki, qardaş hələ ən azı 20 il
yaşamalısan. Dedim mən 40 il yaşamalıyam. Bu gözəlliyi, bu
mübarizəni qoyub hara gedirəm. Adam burda ölərmi?!
Soylu Atalı: Onda xahiş edirəm xəstələnmə. (Zarafatla - G.A.)
Günev Atalı: Baş üstə.
İndi qardaşlar buyursun. Asif bəy.
Asif Ozan: Təşəkkür edirəm. Hamınızı qutlayıram ürəkdən.
Günaydın! Günev bəyə balaca bir şərh verim ki, Ocağı tanıdığım
gündən (90-cı illərdən) mən Ocaq təlimini, Ocaqçılığı daşıyan insan-
larla ünsiyyətdəyəm. Bunun çox ciddi səbəbləri var. Yəqin ki, danı-
şanda o səbəbləri də açıqlayacam. Bu gün mən Azərbaycanın gözəl
torpaqlarından biri Beyləqandayam. Beyləqana gəlişim birinci səfə-
rimdir. Atagün Ailəsində və Atagün Elindəyəm. Mən bayaq da qeyd
elədim ki, sizin Soylu bəylə və bütövlükdə Ocaqla bir yerdə İnam
bağını yaratmağınız Örənqalanı – Beyləqanı, Azərbaycanın bu guşə-
sini gələcəyimiz üçün qutsallaşdırır. Bu yolda uğurlar arzulayıram.
Mən ideoloji yönümə görə Ocaqçı deyiləm.
Ancaq başqa bir məsələ də var. Ocağı mənə doğmalaşdıran
səbəblər var. Bilirsiz, elə bir həqiqət var ki, ona hər bir adam ayrı
yolla gedə bilər. Ola bilər Ocaqçılardan fərqli yolla gedirəm, ancaq
həqiqət bizi doğmalaşdırır. Mən eyni həqiqətə doğru getdiyimizi
bildiyimdən sizlərlə bir yerdəyəm. Daha doğrusu, doğmalığın,
yaxınlığın kökündə bu dayanır.
Mən burda hər bir kəsə təşəkkür edirəm. Elana xanıma təşəkkür
edirəm.
52
Burda hər kəs uzun, ya qısa danışmağından asılı olmayaraq dərin,
məzmunlu çıxış etdi. Bu çıxışların hamısının arxasında bir ürək var,
bir ruh var.
Deməli, Günev bəy, mən məsələyə həmişə bir aspektdən yanaşı-
ram ki, dünyada hal-hazırda yeni bir keyfiyyət, sivilizasiya yaran-
maqdadır. Bu informasiya sivilizasiyasıdır. Artıq dünya silahlarla,
siyasi və hərbi güclə yox, informasiya ilə idarə olunur.
Bu proses çoxdan başlayıbdır. Azərbaycanda SSRİ dağılandan
sonra yaranan ideoloji boşluqda. Nəzərə alaq ki, Sovet dövründə
sovet ideologiyası beyinləri qapsamışdı. Ancaq Sovetlər dağılandan
sonra yaranan boşluqdan Batı və başqa ilginc qüvvələr böyük usta-
lıqla qullanıb həmin ideoloji boşluğu doldurmağa çalışdılar. Nə yaxşı
ki, həmin dövrdə Azərbaycan xalqının ruhani dünyasında bu boşluğu
doldura biləcək bir ideoloji xətt, bir təfəkkür, bir milli fəlsəfə
mövcud idi. Bunu Asif Ata yaratmışdı. Bu gün dünyada ideoloji
sferada döyüş gedir. Biz bu gün Qarabağın bir bölgəsindəyik və
bizdən yaxın arada düşmənlərlə bir cəbhə xətti keçir. Bu cəbhə xətti
bizim üçün o qədər qorxulu deyil. Çünkü bizim içimizdə bir əminlik
var. Mən də əminəm ki, gec-tez biz o cəbhədə qalib olacağıq,
olmalıyıq. Ancaq bu cəbhədən qat-qat qorxulu bir cəbhə var dünya-
da. Bu ideoloji cəbhədir. Bu gün dünyada qloballaşma adı altında
vahid bir dünyagörüş, düşüncə tərzi, vahid stereotiplər və təfəkkür
modelləri başqa xalqlara sırınmaqdadır. Bu tədricən başqa xalqları
əritməyə, tarix səhnəsindən onun milli kimliyini silməyə qulluq edir.
Əgər bu milli cəbhədə bizim döyüşmək üçün milli silahımız
olmayacaqsa, milli əsgərimiz olmayacaqsa, deməli, biz gec-tez məh-
və məhkum olunmuş bir xalqıq. Ancaq nə yaxşı ki, bu gün Ocaq-
çıların simasında bizim milli ruhumuza, dəyərlərimizə, milli gələnək-
lərimizə söykənən, ondan doğan bir fəlsəfi düşüncəmiz, bir ideya-
mız, bir mübarizə cəbhəmiz mövcuddur. Bunun yaradıcısı təbii ki,
Asif Atadır. Bu milli cəbhənin bu gün döyüşçüləri Soylu Atalı, bu
gün Günev bəy, Güntay bəy, Üstün xanım, Elana xanım və bunlar
kimi onlarla insanlar gerçəkdən də, Üstün xanım dediyi kimi, cəmiy-
yətin özülüdür, təməlidir. Cəmiyyət bəzən bir insanın hesabına xilas
ola bilir. Biz nəzərə alsaq ki, tarixdə belə faktlar bəs qədərdir.
Türkiyənin məğlubiyyət qarşısında olduğu bir dönəmdə Atatürkün
ortaya çıxması bütöv türk dünyasını qurtardı. Mən qəti əminəm ki,
bu gün sizin arxasında durduğunuz, milli kökə, milli ruha söykənən
53
bu ideya bizim milli ruhumuzun gələcəkdə qurtarması üçün bir zə-
min hazırlayır.
Məni tanımayan bəzi adamlar düşünə bilərlər ki, Asif müəllim
özü Ocaqçı olmadığı halda nəyə görə bu təlimə bu qədər isti yanaşır.
Bayaq milli özünüqoruma sistemi haqqında danışdıq. Milli
özünüqoruma sistemi milli ideala söykənməlidir. Yəni sənin söykə-
nəcəyin bir milli təməl olmalıdır.
Bu gün bu milli təməl, özül mövcuddursa və bu milli ruhun
özündən doğubsa, biz bunun dəyərini və qədrini bilməliyik.
54
Hesab edirəm ki, o dəyəri bilən, onu qiymətləndirməyi bacaran,
onun gərəkliyini, zərurətini başa düşən, eyni zamanda özü də o yolda
olan insanlardan biriyəm. Ona görə də Ocaqçılara vaxtilə, gücüm
çatan qədər, ideyanı yaymaları üçün auditoriya ortamı yaratmışam,
bundan sonra da bacardığımı eləyərəm. Bu yolda sizə uğurlar
arzulayıram. Bu gün gerçəkdən şadam. Ən azından mən Günev bəyin
simasında, Elana xanımın simasında həqiqətən çox fədakar insanlar
gördüm.
Günev Atalı: Elxas qardaşımızı dinləyək, sözü varsa buyursun.
Elxas: Elana bacımız deyir ki, mən burada daim olum. Mən
bacardığım işləri görürəm. Heç vaxt məni burdan heç kim ayıra
bilməz. Bizdə belə bir şey var. Mən yaşadığım köydə elə hal var ki,
sanki din burda yaranıbdır. Bunlar yaradıbdır dini. Elə bir kənddə,
eldə yaşayıram…
Sizə qulaq asdıqca mən insanlaşıram.
Mən demirəm qıraqda sizin kimi böyük işlər görərəm, ancaq
özüm elə təpərlənirəm ki, bu mənim üçün hər şeydir.
Soylu Atalı: Asif Atanın Ocağı, məktəbi bireylərə (fərdlərə) elə
bir qapı göstərir ki, o qapını açmaqla tarixdə özünə xas səhifə
yazmaq olar. Bu fürsəti əldən qaçırmaq doğru deyil. Burda Ocaqçılar
var. Davamlı şəkildə onlardan bəhrələnmək gərəkdir. Ayda bir yol
bir araya gəlmək məsələsi var. Ayda bir yol özünü ifadə eləmək, gör-
düyü işləri ifadə eləmək, izhar eləmək, hesabat vermək, həm də
bəhrələnmək həmin qapını açmağa doğru aparır adamı.
Müqəddəs Oxuma: “Təməl” kitabından “İnamın Təməli” hissəsi
oxundu.
Sonra Ailəyə ruhani hədiyyələr bağışlandı.
Günev Atalı: Günümüzə qiyməti Ocaq Yükümlüsü versin.
Soylu Atalı: Biz burda carlar yazmışıq. (Divardakı carları göstərir
–G.A.)
1. Ata Amalı – İnsanı yaşadan ruhaniyyat özülü.
2. Asif Ata İnamı – ulusal özünüqoruma sistemi.
55
Mən bayaq söhbətimin bir hissəsini carın üzərində qurdum. Asif
Atanın yaratdığı dünyabaxış xalqın ruhani immunitetidir. Bax, bu
gün bizim söhbətimizin yönü xalqın həmin ruhani immunitetinə göz
atmaq, onu aydınlaşdırmaq, öyrənmək, onunla olmaq və onun əsasın-
da da dolğunlaşmaq fikri yürütdük. Bizim keçirdiyimiz Ailə Günü-
nün başlıca etkisi onunla bağlıdır ki, burada, bu bölgədə Asif Atanın
milli-insani özünüqoruma sisteminin ağıllarda bərkiməsi və yayıl-
ması üçün bir ünvan var, bir orta (mərkəz) var. Bu ortada həmin fikir
yaxın-uzaq bölgələrə daşınır. Bu Ailə Günü o daşınmanın təminat-
çısıdır. Onu yaradır, ona təkan verir. Biz daim Ailə Günündə
hesabatlaşırıq, öyrənirik, doluruq, dolğunlaşırıq. İçimiz dolduqca
çıxırıq qırağa.
Biz İnamın, ideyanın daşıyıcılarıyıq, onu gələcəyə daşıyırıq.
Gələcəyə – yəni toplumun ürəyinə, ağlına, düşüncəsinə.
Ailə Günümüzün yönü belə bir məzmunda izhar olundu,
biçimləndi və hesab edirəm ki, Asif Atanın qarşısında üzüağ olmaq
qənaəti yaratdı. Həm də umudumuzu yenilədi. Düşüncəmizi yenilədi.
Görəcəyimiz işləri, atacağımız addımları yenilədi. Yenilənmə halı
gətirdi. Bugünkü törənimiz uğurlu oldu. Uğurlu olduğu dərəcədə
qutlu oldu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, Atamız Var olsun!” səcdə-
siylə Gün başa çatdı.
56
Sonra Amal Bağı, İnam Məbədi, Atanın ilk Torpağı ziyarət
olundu, qutsal söz deyildi.
Günəş Ayı, 37-ci il.
Atakənd.
(mart, 2015, Bakı.).
57
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin
37-cı ildə II “Ailə Günü”nün
Gediş Yazısı
Gün: 24 Çiçək Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 16.00
Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca işlərə sorumlu
Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Ocaq Yükümlüsü Soylu Atalının Ailələrə uğurlaması
dinlənilir.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
37-ci ildə qarşımda hansı aşamaları görürəm?
Eyni yolu getmək mənəvi birliyə yetməkdirmi?
Qutsal Oxuma: “Təməl” kitabının davamı oxunur, şərh edilir.
Qatılanların düşüncələri dinlənilir və sorğulara cavab verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsiylə Gün başa çatır.
Carlar
Ataya səcdəyə yüksəlmək – ömürdə Mütləqiliyi yetirməkdir!
Ömürdə yandırılan ruhani işıqla – şər qaranlığını yarmaq gərək!
GedişYazısını yazdı: Nurtəkin Atalı
16 Çiçək Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
16 Çiçək Ayı, 37-ci il. Saray-Soylu.
58
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” və “Uluyol-Hünər” Ailələrinin
birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 24 Çiçək Ayı, 37-ci ildə (aprel, 2015) İnam
Evində “Atagün” və “Uluyol-Hünər” Ailələrinin birgə “Ailə Günü”
toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə
Günü” başladı.
“Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə
ilə söz dedi. O, tədbirə yeni qatılanlar üçün Ocaq tədbirlərinin ümu-
mi məzmunu haqqında qısa bilgi verdi. “Ailə Günü” toplantısının
tələblərinə uyğun olaraq, öz hesabatına başladı: “Bu ay, keçən ayla
tutuşduranda Amallaşmaya vaxt ayırmışam. Atanın “Mütləqləşmək –
Var olmaq” kitabını oxuyuram. Bu ay başqa Ocaq əməllərim də çox
olub: Keçən ayın “Ailə Günü” tədbirini kitablaşdırmışam, Ata Bitiq-
lərini çap üçün yenidən hazırlamışam. Atanın rusca “Mütləqilik”
kitabını (Göylü bilgisayarda yazıb) düzəldib quruluşunu işləmişəm.
Bu işlərin hər biri mənə fərəh gətirib.
Xalqlaşma işimdə bir addım irəliləmişəm. Bu ayda 4 oxula
getdim. İki oxul direktoru görüş keçirməyə razılıq vermədi. Bir
direktor görüş üçün gələn aya söz verdi. Kollecin direktorunun isə
özəl qarşılama günləri var, onda getməliyəm. Direktor yardımçısı ilə
söhbət elədim. Asif Atadan sorağı var idi, Ocağın çalışmalarının bu
gün də davam etdiyini eşidəndə sevindi.
59
Çox istəyərdim ki, özüm də görüş keçirəm, Ocaq Yükümlüsü
üçün də görüş təşkil edəm. Evdən çıxmağımın özü məni etkiləndirdi.
Bundan başqa Ocaq Yükümlüsü ilə birlikdə Ata kitablarının və Ocaq
Evladlarının kitablarını kitab evlərinə verdik. Mən evdə də Ocaq
işləri görürəm. Ancaq evdən çıxmaq, söhbətlər aparmaq – içimdə
həsrət var buna. Bir yerdə söhbət edəndən sonra başqa yerdə yenə də
söhbət eləmək istəyirəm.
“Ailə Günü”nün “gedişat”ında qonumuz var: qarşımda hansı
aşamaları görürəm?!
O aşamaları görürəm ki, Xalqlaşma işlərimi artırım.
Bəzi yazılarımı oxuyacam.
xxx
Mən öz yaxamdan yapışıram, özümdən əl çəkmirəm, özümdən əl
çəkmədikcə boyum ucalır. Özümdən əl çəkdikcə yaşam, məişət mən-
dən sallanıb boyumu balacalaşdırır. Özümü ayaqda saxlamaq, ba-
ğımsız saxlamaq, həm yaratmaq, həm qorumaq sorumluluğu daşıyı-
ram.
Uçuruma düşənin bir yolu var, ondan çıxmaq. Yana da getsən, yarıda
da qalsan uçurumda sayılırsan. Yalnız çıxmaq özgürlük sayılır. Çıx-
mağın adı özünü yaratmaqdır. Ancaq və ancaq Mütləq tələblə özümü
yaratmalıyam.
xxx
Atanı ardıcıl oxumaq, “Rica”ları demək – özümə münasibətimi
formalaşdırır. Adam öz ağlıyla uğraşmayanda, ağlı gərəkli düşün-
cələrə yönəltməyəndə nə gəldi düşünür. Ağlı, beyni qıraqdan mühit
yönəldir. Adam özünün varlığını duymur.
Ancaq ağlı ruhani axtarışlara, həqiqətlərə yönəldəndə ruhani hal
yaranır. İnsanın özünə münasibəti formalaşır, varlığını – ruhani var
olmağını sağlayır və duyur.
xxx
Var aktiv çalışma, var doğru çalışma. Bəzi örgütlərin, partiyaların
çalışmaları aktivdir, ancaq doğru deyil. Özlərinin məqsədləri üçün
çalışmaqdadırlar, xalq üçün yox. Bizim çalışmamız doğru çalışmadır.
Özünü yarada-yarada çalışmaq – ruhaniyyat yolu getməkdir. İçindəki
qorxu ilə yol gedə bilməzsən, içindəki qısqanclıqla, kinlə yol gedə
bilməzsən, dayanarsan. Ona görə də bizim yol getməmiz yavaşdır,
çətindir, ancaq fərəhlidir.
İçdəki qüsur – əməli bütövləşməyə qoymur, sabahlaşmağa qoy-
mur. Arıldıqca, adamlıq yükündən özgür olduqca yerimək – çətin və
60
gərgin döyüş istəyir. Özünə qarşı həm amansızlıq, həm sevgi istəyir.
Özünə həm inam, həm şübhə istəyir. Şübhənin sınırı hardadır, inamın
sınırı harda – sorulara cavab axtara-axtara, tapa-tapa yol getmək –
bunlarla yaşamaq vaxt istəyir. Gərgin əmək istəyir. Ciddi özüylə
döyüş istəyir.
xxx
Adam sürülükdən çıxıb toplum yaratdı və toplumda sürüləşdi.
Özünə inanmamaq, öz iradəsiylə hərəkət etməmək, toplum ölçüsü ilə
yaşamaq – sürüləşməkdir.
xxx
Qaralama əsəri heç kim oxumur. Oxucu yazarın minbir əziyyə-
tindən sonra, artıq şeylərdən ayırdığı, arıtladığı, yetirdiyi, yetkin-
ləşdirdiyi və özünə inanaraq işıq üzünə çıxardığı ağlama əsərini
oxuyur. İnsanın özünü yaratması da ağlama əsər kimidir. Onu
sunursan, çünkü arıldıb, duruldub, yetirib, yaşayıb yaratmısan.
xxx
Hər bir olaya on il sonranın gözüylə bax. Onda görəcəksən əyər-
əskiyi. Onda biləcəksən nəyi demək olar, nəyi olmaz, nə solacaq, nə
qalacaq. On il öncənin və ya gələcəyin gözüylə baxanda balaca duy-
ğuların balacalığını da görmək olur, böyük duyğuların böyüklüyünü
də.
xxx
Hər bir tarixi hərəkatın görünən və görünməyən üzü var. Bir
çağlar qəhrəman sayılan inqilabçıların indi əsil üzü ortaya çıxır. İndi
çoxsaylı sənədli filmlər, araşdırmalar ortaya çıxarırlar, ələşdirirlər.
Ocağı, Ocaqçıların ömürlərini isə hansı yandan öyrənsələr, yalnız
heyrətlənəcəklər.
xxx
Yaşamağın özündə sirr var, cəzb var. Yaşamı dəyərləndirən onun
məqsədidir. Nə üçün yaşamaq? Bu sorunun doğru yanıtına hər kəs
çatmır. Çünkü doğru araşdırmır. Çatmadığı üçün, ömrünü doğru
məqsədə həsr etmədiyi üçün ömrü öz soyundan qırağa çıxmır.
Ailə və xalq anlamı birdir. Ailənin məqsədi xalqı yalnız soy
artımı ilə sabaha çatdırmaq deyil. Fərdin yaşam tərzi ailəni də
yönləndirir, bütövləşdirir və ailə xalqla birləşir. Fərdin sabahı –
ailənin sabahı və xalqın sabahı yüksək məqsədlə qurulur.
61
xxx
Özüylə döyüşdə Əzəliliyə qayıdış var və əbədiliyi qurmaq,
yaratmaq var. Milli-insani dəyərlər əzəliliyimizdir və o özül üzərində
zənginləşmək, artmaq, yaratmaq gərəkdir. Kamilləşdikcə əzəliliyə
qovuşuram və özümü qurmaq əzmim artır.
xxx
Təbiət dəyişkəndir. Bu dəyişkənlikdə dəyişməz olan qayda var.
Təbiət nə qədər dəyişsə də, bitmir. Adam da həyatda dəyişkəndir. Bu
dəyişkənlikdə dəyişməz olan həyatın qaydasıdır. Adam içdən dəyişə-
dəyişə tükənir, bitir. Adam həyatın yaşatdığı bütün olaylarda həyatın
ölçüsünə uyğun yaşayır və dəyişkənlikdə özünü itirir.
Amal insanı dəyişdirə-dəyişdirə dəyişməz mahiyyətə yetirir.
Amal ölçüsü ilə yaşamaq İnsanı həyatın fövqünə qaldırır. İnsan
dəyişməzliyində tükənmir. Mütləqə yetmək üçün özüylə döyüşdə
sonsuz üfüqlər açılır.
xxx
Özünə, öz düşüncələrinə yiyə olmaq qədər çətin, sorumlu, eyni
halda fərəhli olay yoxdur.
Hər durumdan çıxış yolu var – axtarsan.
Hər sorunun yanıtı var – araşdırsan.
Hər çətinliyin sonunda fərəh var – yetirsən, yetsən.
xxx
Adam özünü haqlı sayır. Ona görə özünü qoruyur. Yalnız Həqiqət
haqlıdır və özünü qorumaq – Həqiqəti qorumağa tən olmalıdır, ədalə-
ti qorumağa tən olmalıdır.
Haqqı Həqiqət verir, ədalət verir.
xxx
Hər kəs başqasından ağıllı olmaq istəyir. Ağıllı olmaq istəyi –
üstün olmaq istəyinə bağlıdır.
xxx
Mahiyyəti dərk edəndən sonra həyatda hansı məqsədin heç nə
olduğunu, hansı məqsədin insanı var etdiyini bilmək olur. Ancaq
“heçnə”yin “heçnə” olduğunu dərk etmək üçün öz yaxanı Amala
verməlisən. Öz yaxanı özünün əlinə verməlisən. Çünkü nə qədər ki,
adamın yaxası həyatın əlində olacaq, “heçnə”lər onun məqsədi ola-
caq. Həyatın içində ola-ola həyatdan, həyatın adi istəklərindən imtina
62
etmək çətindir. Amal insanı həyatdan ayırır. İnsan Amala tapınmaqla
həyat adiliyindən ayrılır.
xxx
Həyatda yollar çoxdur – siyasi, dini, elmi… Siyasəti demirəm,
çünkü orda hər kəsin öz maraqları var, orda birlikdən söhbət gedə
bilməz.
Elmdə böyük qanunlar kəşf edənlərin bir-biriylə münasibətləri yaxşı
olmayıb. Eyni yolda olmasına baxmayaraq, bir-birini həzm etməmək
mənəvi birliyə yetməni əngəlləyir.
Musiqi sahəsində də həmçinin. Qısqanclıqla, rəqabətlə eyni
sahədə olanlar birləşə bilmirlər.
Dində olanlar – özlərini mənəvi bacı-qardaş sayırlar. Dində
allahımız birdir, dualarımız eyni dildədir deyə mənəvi birliyə yetmək
mümkün deyil. Çünkü mənəvi birlik ruhun, xarakterin özümləş-
məsindən, kamilləşməsindən başlayır.
Özünü o dərəcədə arılamaq, yetkinləşdirmək ki, özünü başqasında
görə biləsən. Əgər Allaha sevgi insana sevgi ilə birləşmirsə, heç bir
birlikdən söhbət gedə bilməz.
Mənəvi birlik – insan içindəki naqisliklə, balacalıqla döyüşdükcə
baş verir. Həqiqətə, Ədalətə yetdikcə baş verir. Başqasıyla görüş-
dükdə həqiqətlə görüşürmüş kimi qarşılaşmalıdır insan. Həqiqət,
Ədalət uğrunda döyüşlə qurulur mənəvi birlik.
Fərq də bundadır. Din yolunda gedənlər dini yaşatmaq üçün
başqalarını öldürürlər.
Amalçı isə insanların doğru, gözəl yaşaması üçün həqiqət, ədalət
uğrunda döyüşür.
Birlikdən insanlara, dünyaya İnsanilik saçılmalıdır. İnsana,
İnsaniliyə qarşı olan nə varsa şərdir.
Tarixdən bəllidir, mənəvi birliyə yetənlər – Şəms-Rumi, Nəsimi-
Nəimi birliyi işıq kimi saçılıb.
xxx
Hər yaşanan bir iz qoyur. Bəzən gözəl diləklər həsrətlə, göz
yaşıyla ürəyə axır. Gözlər gülsə də kədər boylanır baxışlardan. Üzlər
gülsə də kədər boylanır ürəyin dərinliyindən.
Hər yaşanan bir iz qoyur. Fərəhə yetəndə üzə, gözlərə qonur
fərəh, işıqlanır fərəhin işığında. Ürək isinir, üz doğmalıq saçır, baxa-
nın ürəyini işıqla doldurur, göylərə ucaldır.
63
Yaşadıqlarımız geridə qalsa da, ömrümüzlə qabağa apardığımız
kədərimizdə, fərəhimizdə yetkinləşməyimizdir.
xxx
Ocağın 37-ci ilində Atanın bizim üçün qoyduğu bütün tələblərdə
yetkinləşmək, yenilənmək aşamaları görürəm qarşımda. Özümə tələ-
bim yetkinləşməlidir. Xalqlaşma çox önəmlidir. Söhbət edəndə mən
Həqiqəti dərk etməyin və deməyin xoşbəxtliyini anlayıram. Nə qədər
gözəldir Həqiqəti dərk eləmək. Öz kimliyinə bağlanmaq. Bu, bizim
sabahımızı yaradan bir olaydır. Bu baxımdan, həm özümü yaratmaq,
həm xalqlaşma əməllərimin artması – qarşımda qoyduğum tələb-
lərdir. Aşamalar deyəndə o tələblərə yetməyi gözə alıram.
AtamızVar olsun!”
Günev Atalı Ataya səcdə ilə sözünə başladı. O, “Mütləqə İnam”
Bitiyindən “Mütləqsizlik”, “Sürüləşmə” və “Ruhsuzluq” bölmələrin-
dən özümləşdirdiklərini oxudu.
Kamilləşmə hesabatını verəndə qeyd elədi ki: Halımda sabitəm.
Özümdə gerilik hiss eləmirəm. Əksilməkdən söz gedə bilməz. Çünkü
Amalımız ömrümüzün yüksək məqsədidir. İdealımız, dünyanı dəyiş-
mək istəyimiz içimdə elə gözəl yer tapıb ki, mən ömrümü onsuz
düşünmürəm. Ona görə də əksilmək məndə ola bilməz.
Xalqlaşma ilə bağlı. Birinci xalqlaşma işim – Məbədin ağır daş
işini, demək olar ki, qurtarmışam. Bütün sütunlar taca qədər qalxıb.
64
Daşla bağlı az iş qalır. Ümumi “Kəmər” işini bitirəcəm. Ocağın
37-ci ilində Məbədin dəmir-beton işini tamamlamaq istəyirəm…
Bölgələrdə, kəndlərdə ən yaxşı auditoriya yas mərasimləridir.
Orda məni daha çox dinləyənlər tapa bilirəm. Başqa auditoriya,
oxulda görüşün alınması çətindir. Ancaq istər xeyir işlərdə, istər yas
yerlərində elə hal yaranıb ki, mənə mikrofon veriləndə hamı qulaq
kəsilir. Bilirlər ki, hansısa bir gözəllik haqqında söz açılacaq. Yeni
bir şey eşidəcəklər. Diqqətlə dinləyirlər. Keçmiş Ocaqçı Nadirin
anasının yasında yaxşı söhbət elədim. O kənddə mən dəfələrlə “Fikir
Evi” görüşləri keçirmişəm. Atanın orda görüşü olubdur. Toplum bizi
tanıyır və bizə əyri münasibəti olan yoxdur. Dinləmək istəyirdilər və
ortam da yaratdılar. Bir gün axşamacan orda danışdım. Yaxşı sorular
da sorurdular. Son dərəcə razı qaldılar. Mollanın özü üçün də ilginc
idi. Bir də söhbəti elə qururam ki, bilinsin biz nə istəyirik.
Sən elə Dünyabaxış yanlısısan ki, “Yaradıcı”nın ətəyindən yapış-
mısan və onu verirsən. Onun harayını çəkirsən, onun gərəkliliyini
göstərirsən, onu çatdırırsan. Bu baxımdan bu ay məni xalqlaşma işim
çox sevindirdi.
“Ailə Günü”ndə qoyulan qonu ilə bağlı deyim ki, ən böyük aşama
– xalqlaşma işlərim davam eləməlidir. Həm də dediyim kimi, bu il
Məbədin dəmir-beton işini qurtarmalıyam.
Bu yaxınlarda illərlə Ocaqçı adını daşımış 8 nəfər “Amal Bağı”na
gəlmişdilər. Görünən işlərə heyrətlə yanaşanlar da oldu, başqa
duyğularla yanaşanlar da. Onlar bizim sorağımızı, Məbəd haqqında
eşidirlər və soruşurlar ki, maliyyəsi hardandır…
Ocağı bizim özündənkeçmə hünərlərimiz yaşadır. Bunu anlamaq
çoxlarına çətindir. Olsun! Əsas odur ki, iş getsin. Mənim yaşamağım,
mənim yanmağım budur. O olan yerdə nəsə tapılır.
Atamız Var olsun!
Dostları ilə paylaş: |