128
Soylu Atalı: İndi mən qonumuzu başqa səmtə yönəltmək istəyi-
rəm. Ötənlərdə telefonla qardaşımız dedi, hansısa bir xeyir işdə
oldunuz. Dedi mən danışdım, sonra Elana məni davam eləmək istədi.
Çox uğurlu danışdı, bir sıra adamları düşündürdü. Ancaq orda özü nə
danışdı, Elana nə danışdı, onu mənə deməyib. Mən istəyirəm onu
bacımız desin, orda nə danışdın, hansı hal səni o cür ruhlandırdı,
gedib orda başladın danışmağa?
Elana Atalı: Mütləqim, Müqəddəsm, ulu peyğəmbərim Asif
Atanın adına səcdə ilə başlayıram. Bayrağımızı öpürəm.
Ağcabədi rayonunda qonşunun uşağının xeyir işi idi, böyük məc-
lis idi. Qonşu kimi, uşağın atasının ağsaqqal saydığı insan kimi, öncə
Günevə söz verildi. Qonşularla birlikdə. Günev danışdı. Mənim də
içimdə bir hal yarandı, eyni halda düşündüm Günevin sözünə söykək
mən də nəsə deyim. Mən də elə Günevin yanına gəldim, belə də baş-
ladım: “Ürəyinizdə Günəş olsun, əziz insanlar.
Ürəyinizdə Günəşin işığı, istisi ömür yollarınızın qaranlığına işıq
salsın, soyuqluğuna istilik gətirsin. Bu işıq altında qaranlıq həyatı-
nızdan çıxmağa, insanlıq yolunda insan kimi yaşamağa çağırıram
sizləri.
129
Hər kəs insan olduğu üçün xoşbəxtdir. Hər kəsi insan olduğuna
görə qutlayıram. Var olun sayğılı insanlar”.
Soylu Atalı: Doğru demisən. Yəni insan ailə qurur, ailə qurma-
sına görə onu xoşbəxt saymırsan, onu insan olduğuna görə qutlayır-
san. Çünkü ailə insan olduğunu gözə almazsa, onda heyvan kimi döl
artırmaq xassəsini ifadə edər. Mən də səni qutlayıram. Ayrı nə
deyərdin?
Elana Atalı: Həmişə olduğu kimi, Atanın sözünü danışdıqca
yaşamın adiliyindən ayrılır insan. Atamız Var olsun!
Soylu Atalı: Ailə Gününün məqsədi də elə odur. Ata hərdən hid-
dətlə deyirdi: “artmayan azalır”. O bizi çağırırdı, artmağa meyilli
olun. Necə artarsan? Ailə Günü keçir, söz de, amallaşmanla, kamil-
ləşmənlə, xalqlaşmanla bağlı söz de, yaşa! Bu səni nizamda saxla-
yacaq. Məsələn, gedib bir addım atırsan, bu bir nizamdır, qayıdıb
onun hesabatını verirsən, bu ayrı bir nizamdır. Ailə Günü özü bizim
artmağımızı sağlayır. Ona qulluq edir əslində. Uzaqlaşmırıq o anla-
yışlardan, o anlamdan, o tələbdən. Daim onunla bir araya gəlirik.
Ona görə içimizi, halımızı qoruyur o. Yenidən çölə addım atmağı-
mızı qoruyur. Ona görə Ailə Gününün məramı bizi daim kökləyir,
ayaqda saxlayır. Nə istimiz azalır, nə işığımız.
130
Hamı: Ata Ruhunu Ürəyimizdə aparırıq!
Atamız Var olsun!
Sonra Amal Bağı ziyarət olundu
Soylu Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Bizim, Ocaq baxımından, ayrı-ayrı tarixi günlərimiz var. O günlər
Ocağın törənlərinə, Atanın doğumuna, ölümünə, Ocaqda ruhani bəl-
gələrlə təsdiq olunan olaylara bağlıdır. Tarixi günlərimiz. Ancaq bu
günün özü də tarixi gündür. Söz yox, bu gün gələcək günlərdə təkrar
olunmayacaq. Ancaq Atagün Ailəsinin Ailə Günü bir tarixdir.
Atagün Ailəsinin Ailə Gününün tarixində Atanın ziyarət tarixi də
var.
Atanın 80 illiyi qarşısındayıq.
Biz Atanın torpağını ziyarət edirik. Mənim üçün dünyanın bütün
qutsal yerlərindən ən ucası, ən dəyərlisidir bu yer.
Ona görə mənim üçün bu ziyarətim bütün dünyanın gələcəyinə
bağlı qutsal ziyarət yeridir. Ataya üz tuturuq, Ataya hesabat veririk.
Onun yaratdıqlarını yaşatdıqlarımızla bağlı hesabat veririk, söz
deyirik.
131
Hər zaman Atanın qarşısında olmağımızla qürur duyuruq. Atanın
qarşısında olmağımız hər zaman bizi sorumlu edir. Biz nədən
sorumlu olduğumuzu dərk edirirk. Hər zaman Atanın hüzuruna
gələndə öz görəvimiz, öz işimiz yadımıza yüklənir, ağlımıza, ürəyi-
mizə yüklənir.
Ona görə ömrümüz bütövlükdə qutsal tarixə bağlanır. Belə bir
yerə bağlanır.
132
Atanı ziyarət eləyəndən sonra doluram.
Bu Ziyarət ucadır dedim. Ona görə ucadır, Atada bəşər yaşayır.
Atada insan anlamı yaşayır.
Biz Atayla insana yetdik. Atayla insanlığa yüksəldik. Biz Atayla
dünyanın mənasının insanlıqda olduğunu anladıq. Biz Atayla allahı
insanda tapdıq.
133
Biz Atayla dünyanı, yaşamı insanda, insanlıqda tapdıq. Ona görə
anladıq. Ona görə bildik. Ona görə Atanın dalınca düşüb “insanlaşın,
insanlaşdırın” harayını çəkdik.
Qutsal günümüz, qutsal ziyarətimiz hər zaman ömrümüzə fərəh
gətirsin, hər zaman qeyrətimizdən doğan günümüz Yola çevrilsin,
İşığa çevrilsin. Belə bir diləklə Atamızın hüzurunda baş əyirəm.
Atamızın bizə tapşırdığı, bizə öyrətdiyi idealları öz üzərimizdə saba-
ha daşıyırıq. Öz ömrümüzdə sabaha daşıyırıq. Qutsal günümüz qutlu
olsun.
Bir neçə kəlmə İnam Evimizlə bağlı deyim, indi İnam Evinə gi-
rəcəyik. Nə böyük bəxtiyarlıqdır – bax belə bir Bağda, belə bir yerdə
Atanın Evi var. Atanın Evi, yəni İnamın Evi. Ata İnam anlamı daşı-
yır. Atanın Evi qıraqdan baxanda yoxsul, hardasa baxımsız görünür.
Ancaq Atanın Evinin adı böyükdür, anlamı da dərindir. Allahın
Evindən daha ucadır. Çünkü Atanın Evində biz, bayaq dediyim
anlamı, mənanı tapırıq. Allahın Evində o anlam yoxdur. Allahın
Evində, təzadlı səslənsə də, deyim, insan özündən ayrılır. İnsan mü-
tiləşir. İnsan ulusdan ayrılır. Atanın Evində insan özünə dönür.
Ulusuna dönür, gələcəyinə dönür.
Ona görə Atanın Evi – İnam Evi çox böyük anlam daşıyır, biz bu
dərinliyin fərəhiylə yaşayaraq bu anlamı xalqımıza veririk.
Verməkdən usanmıırıq, yorulmuruq.
Mən Amaldaşlarıma bu anlamı yaşatmaqda, onu öz ulusuna ver-
məkdə yorulmazlıq ərdəmliyi diləyirəm. İstəyirəm Amaldaşlığım
həmin yorulmazlıq anlamına dayansın.
Həmin usanmazlığa bağlansın. Onu diləyirəm. Onda bizim Amal-
daşlığımız dərin qatlara işləyəcək. Onda uzaq hədəflərə gedib
çatacaq.
Bundan böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliklə yaşamaq istə-
yirəm. Elə hey bu xoşbəxtliklə nəfəs almaq istəyirəm. Hər gəlişimdə
mən o anlamı daşıyıram. Xoşbəxtliyin o çalarını içimdə daşıyıb gəti-
rirəm bura. Burdan da həmin çalarla dönürəm Bakıya. Bakıdan da
yenə başqa yerlərə gedəndə həmin halla, həmin havayla gedirəm.
Hər zaman Atanın yörəsində dolanıram! Atanın yörəsi Amal bağıdır,
Məbəddir, İnam Evidir, Atagün Elidir, Ailəsidir, Uluyol Ailəsidir,
Ulufərəh Ailəsidir. Ocaq səfərləridir. Atanın yörəsində dolanıram.
Atanın yörəsində böyüyürəm, dolğunlaşıram.
134
Bundan böyük xoşbəxtlik özüm üçün vurğu eləmərəm. Mən yaşa-
mın yörəsində deyiləm, Atanın Amalının yörəsindəyəm. Yəni mənim
əməlim, əməyim Atanın Amalının yörəsindədir. Ömrüm Atanın
Amalının yörəsində deyil, içindədir.
Bax, bu anlamı, bu məzmunu vermək gərəkdir. Sevgiylə, fərəhlə
bunu hər yerdə vermək gərəkdir. Qoy bizim xoşbəxtliyimiz boğaz-
dan yuxarı söz kimi qiymətləndirilməsin. O anlamı qoy bizim
heyrətimizin işığından görsünlər. Bax, Amaldaşlarımla bir yerdə, be-
lə bir havayla yaşamaqda tapıram mənanı, ruhani savaşın, döyüşün
yolunu, yönünü. Atamız Var olsun!
İşıq Ayı, 37-ci il. Atagün Eli.
(may, 2015. Örənqala).
135
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Nurtəkinin Yükümlüsü olduğu “Uluyol-Hünər”Ailəsinin
37-cı ildə III “Ailə Günü” törəninin
Gediş Yazısı
Gün: 26 İşıq Ayı; Yer: İnam Evi (İçərişəhər);
Başlanır: saat 16.00
Oda Törənin ruhuna uyğun hazırlanır. Gül-çiçək, qələm-
kağız hazırlanır. İşə sorumlu Ulusəs Atalıdır.
“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə uğurlaması dinlənilir.
Törən qonuları:
Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı.
Milli şüurun oyanmasında Ocağımızın etkisi.
Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər.
Qutsal Oxuma: “Təməl” kitabından oxunur və Ata fikirlərinə
Evlad açıqlaması verilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.
Carlar
İnam Ocağımız – Ruhani ucalığımız!
İnamsız bəşərə Mütləqə İnam harayı gərək!
Gediş Yazısını yazdı: İnamlı Atalı
19 İşıq Ayı, 37-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
20 İşıq Ayı, 37-ci il. Saray-Soylu.
136
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 26 İşıq Ayı, 37-ci ildə (may, 2015) İnam
Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi.
Törənin quralları yerinə yetiriləndən sonra “Uluyol-Hünər” Ailə-
sinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı. O,
öncə Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlamasını
oxudu:
“Uluyol-Hünər” Ailəsinə uğurlama
Ürəyinizdə Günəş olsun, ağır yükə sorumlu amaldaşlarım!
Biz, Ocaq olaraq, çox ciddi, sorumlu aqibət seçmişik. Bu aqibətin
yaşatdığı və yaşadığı olay Asif Ata Ocağının ruhani Ailəçilik məsə-
ləsidir. Bizim üçün hər şey burdan başlayır. Ancaq düşünmək gərək-
dir. Ailəçilər üçün doğrudanmı hər şey burdan başlayır, yoxsa yaşa-
mımızın əsas xətti məişətdənmi başlayır? Biz Ocağın, bu Yolun vur-
ğunuyuqmu, yoxsa özümüzü vurğun kimimi göstəririk? Vurğunu-
yuqsa, bu özünü nədə göstərir, vurğunu deyiliksə, özümüzü nədə
aldadırıq? Bu gün “Uluyol-Hünər” Ailəsi öz anlamına, daha doğrusu,
Ocağın ruhani tələblərinə tam uyğun yaşamır. “Uluyol-Hünər” Ailəsi
137
böyük tələblə tutuşduranda gah var, gah yoxdur. Ən çox birey olaraq,
Nurtəkinin çabaları var. Ailə yetkin Evladlaşma aşamaları yetirə
bilmir. Sarsıdıcı fikir, sarsıdıcı əməl, sarsıdıcı ömür halı ortada yox-
dur. Əgər hesab eləmək olarsa, elə bu gedişlə Ocaq adlanmaq müm-
kündür, kökündən yanlışlığa uğramaq olar. Ocaq eşq məsələsidir.
Aşiq məişətin əlində zarımaz, aşiq üçün məişət olduqca balaca
yükdür. Mən Ocağın Yükümlüsü olaraq, eləcə də Asif Atanın, Onun
Yolunun vurğunu olaraq, bildirirəm: belə Ocaqçılıqla nəinki dünyanı
dəyişmək olar, tərsinə, dünyada aldadıcı aqibət görüntüçüsü olmaq
olar. Hər bir Ailəçi özünü yoxlamalıdır. Görsün o, toplumda olan-
lardan nəyi ilə üstündür. Üstündürmü? Danışanda hər kəsi qınayırsı-
nız. Toplum aşağı yaşayır, millət olmaq istəmir deyə suçlayırsınız.
Ancaq özünüz “Olmaq”da qərarlı deyilsiniz. Bu, mənim sizdən amal-
daşlıq umacağım, tələbimdir. Ocağı ciddi öyrənin. Özünüzü ciddi öy-
rənin. Ocağa ciddi başlayın.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Ocaq Yükümlüsü Soylu Atalı
25 İşıq Ayı, 37-ci il. Atakənd.
Nurtəkin Atalı: Bu yazı həm bizim Ailə Gününə uğurlamadır,
həm də burda elə məsələlər qoyulub ki, növbəti “Ailə Günü”nün
qonularıdır. Bu, bizim qarşımızda həm də gerçək bir tələbdir.
Hər bir Ailəçi “Uluyol-Hünər” Ailəsi haqqında düşünsün.
Ay içində son 10 gündə Amallaşmaya vaxt ayırmışam. Çoxlu
Ocaq əməllərim olub, disklər hazırlamışam, tədbirlər kitablarından
çap etmişəm, tədbir kitablaşdırmışam və b.
Bütövlükdə götürəndə özüylə üz-üzə qalmağa, amallaşmaya ciddi
vaxt ayıra bilmirəm.
Xalqlaşma əməlim, bir məktəbdə görüş təşkil etmişdim, o da hələ
alınmadı, həmin gün zəng edib sonraya saxladılar. Bundan başqa
xalqlaşma əməlim olmayıb.
Bu ay mənim Ocağa gəlişimin 19 ili tamam oldu. Fərəhli bir
olaydır, ömrünün 19 ilini Ocağa vermək, ardıcıl bir yolda olmaq.
Bu, özü fərəhdir, bu başqa. Ancaq harda olmalıydım? Yaxud
hansı aşamaları aşmalıydım? Mən ideal Nurtəkinə, içimdəki Mütləqə
138
nə dərəcədə çatmışam? Bunlar məni ciddi düşündürür. Hər il hesabat
hazırlayırdım, bu il “Evlad Günü” törənində hesabat verəcəm.
İndi isə ayrı-ayrı yazılarımı oxumaq istəyirəm.
xxx
Yaşamağın sadəliyi – yolunu, yönünü bəlli eləməkdən keçir. O
yolda nələr yaşayacaqsan, bu ayrı məsələdir. Yol seçimi – Amal
Yolu seçimi – aydınlaşmadır, arılmadır. Mürəkkəblik – yolsuzluqdan
yaranır.
xxx
Həyatın fərəhi səthidir, üzdədir. Kədəri daha ağrılı, acılı, aman-
sızdır. Adam faciəyə düşəndə həyat gözündən düşür. Çünkü həyat
özündən, özümlüyündən qıraqdadır.
Amalçının başına fəlakət gələ bilər. Ancaq Amalçının Amal
gözündən düşməz. Çünkü Amallı olmaq – özümləşməkdir.
Başına nə olay gəlir gəlsin, ağrını içində əritməlisən. İnsanın özü-
nə inamının, idrakının, iradəsinin təsdiqi var bu qarşılaşmada. İnsan
sınmamalı, qırılmamalı, yerişində dayanmamalıdır faciəylə qarşıla-
şanda. Bu özünütəsdiq insanı da öz gözündə ucaldır, Amalın
gərəkliyini, dəyərini də anladır.
xxx
Haqqı qazanasan gərək. İnsan o zaman haqlı olur ki, haqqa
əzabla, özündənkeçmə ilə qovuşur. Haqq qıraqda olan olay deyil,
içində yaratdığın, yetdiyin həqiqətdir. Haqq – ruhun özüdür. Haqqa
toxunmaq – ruha toxunmaq demək olur.
139
xxx
Milli şüur onda oyanır ki, millətinin keçmişini öyrənirsən, həm
fəlakətini, həm dəyərlərini dərk edirsən, sabahı necə olmalıdır düşün-
cələriylə yaşayırsan.
Rahatsız, gərgin düşüncə-əməl birliyindən doğan ömür yaranır.
xxx
Adamlığa, Adam səviyyəsinə bir anda yenmək, düşmək olur.
Çünkü Adamlıq təbiətin verdiyidir. Sadəcə Adamlıq səviyyəsinə
düşməklə o aşkarlanır.
İnsanlığa bir anda yetmək, onu bir anda aşkarlamaq mümkün
deyil. İnsanlıq olanaqlarını aşkarlamaq üçün özünü qurursan, özüm-
lüyünə doğru yolu qurursan.
İnsanlaşma Göyləşməkdir, Göyə yüksəlmək üşün qanad gərəkdir.
O qanadları qurmaq, yaratmaq gərəkdir.
xxx
Dində günah anlayışı dinin özünün anlamına uyğundur. Əslində
bir günah var – İnsaniliyə yetməmək. Dinin insanın adına yazdığı
günahları dərk edəndə, insan din adlı günahdan çıxır.
xxx
Biz deyirik ki, yolumuz uzun yoldur. Sonucu min illərə hesabla-
nacaq bir yoldur. Mənim ömrüm yüz, min illərin davamlılığını
yaratmaq üçün elə qurulmalıdır, Yol da, ömür də doğrulsun.
xxx
Atanın “Dövlət” əsərində dövlətin, başçının necə olması haqqında
fikirləri var. İndiki gedişatda bu fikirlərin gerçəkləşməsi mümkünsüz
görünür. Çünkü xalq gözünü açıb özünü dövlətin basqısı altında gö-
rüb. Xalq özü kimdir, hüququ nədir, bilmədiyi kimi, dövlətin də
görəvlərini bilmir. Ona veriləni qəbul edir, tabe olur.
Dövlət xalqı qorumalıykən xalqdan özünü qorudu və xalqla özü
arasında sınır yarandı. Bu sınırı dövlət varıyla, zoruyla, zəhmiylə,
hökmüylə qoruyur.
Mədəniyyət xalqı təmsil etməli, xalqdan yaranmalı və xalqı
qorumalıykən, siyasəti təmsil edir, siyasət tərəfindən yaradılır.
İqtisadiyyat xalqa qulluq etməliykən xalqa qulluq etdirilir.
Mədəniyyətlə, iqtisadiyyatla xalq arasında sınır yaranır. Xalq dövlət-
140
çiliyi bilməli, ağlında, şüurunda dövlətçiliyi dərk edərək onu qurma-
lıdır.
xxx
Dinin ən böyük ödülü cənnətdir. Onu da öləndən sonra görmək
mümkündür. Adam ölənə kimi nigarançılıqda qalır, görəsən cənnətə
düşəcəkmi? Gerçək ömrü yaşaya bilmir, ölümünü gözləyir adam,
ömrü boyu ödülünü gözləyir. Ömrü, yaşamı bu dərəcədə qiymətsiz-
ləşdirən, dəyərsizləşdirən din həyatı ölüdürür.
xxx
Din adamın ağlına zor edir, onu öz istədiyi kimi düşünməyə,
yaşamağa qoymur.
Toplum, siyasət adamın ağlına zor edir, onu öz istədiyi kimi
düşünməyə, yaşamağa qoymur.
Zora tabe olduqca zor yönəldəcək adamları. Zor basqısından çıx-
maq üçün insanlaşmaq gərəkdir.
xxx
Yalanı doğru bilib özündənkeçmək faciəvilikdir. Yalana inan-
mağın özü faciəvidir.
Həqiqət üçün özündənkeçmək özünü təsdiqdir, həqiqəti təsdiqdir.
Həqiqəti yaşatmaqdır, özünü yaşatmaqdır.
xxx
Asılılıq duyğusu ilə yaşayır adamlar. Allahdan asılı olurlar, top-
lumdan, mühitdən, zamandan, ortamdan… Asılı olmadan yaşamağı
ağıllarına gətirmirlər.
Ölkələr də eləcə. Asılı olmadan yaşamağı olanaqsız sayırlar. Ona
görə “yiyə” axtarırlar, qurban bahasına mövcud olmağı gedişatla,
zamanla ayaqlaşmaq sayırlar.
Asılılıq duyğusu adamın içində olduqca o özünə yox yerdən də
olsa ağa tapacaq. Özümləşmək gərəkdir ki, asılılıqdan çıxasan.
Atamız Var olsun!
İnamlı Atalı Ataya səcdəylə sözünə başladı: Son bir neçə ayda
yörəmdə, şəxsi həyatımda baş verən bəzi olaylar məni toplumda baş
verən olaylara göz yetirməyə yönəltdi. Bütün günü avtobusda, işdə
diqqətimi insanların davranışına yönəltdim. Doğrudanmı hər şey belə
kökündən dəyişib. Bir az düşündüm, hardasa 15 il öncə toplumdakı
141
davranış, adamların bir-birinə qaba münasibəti – heç kim heç kimi
dinləmir, qəbul eləmir, hamı aqressiv. Başa düşürük, bunların kökün-
də sosial sorunlar var, yaşam sorunu var, maddi sıxıntı var, hər biri-
mizin iş yerində bizə olan basqılar var, ailədə doğmalıq itib. Düşün-
düm, kaş 15 il öncəyə qayıdardım, heç olmasa ondakı doğmalığı bir
də yaşayardım. Bugünkü toplumda insanlar arasındakı münasibət
yox səviyyəsindədir. Son çağlarda bunu izlədim, söhbət elədiyim
adamların danışıq tonuna fikir verdim, sonra Atanın kitablarına üz
tutdum insan, heyvan münasibətlərilə bağlı. Ata deyir heyvanı təbiət
yaradır, insanı təbiət doğur. Mən belə düşündüm, Ataya qədər nə
insan olub, nə xalq olub, nə bəşər. Niyə bu düşüncəyə gəldim? Ata
deyir, insan məxluq kimi dünyaya gəlir, adam kimi böyüyür, insan
kimi yenidən doğulur, yəni özünü yetkinləşdirir. Biz, insan olaraq,
hələ üçüncü aşamaya yetməmişik, əsasən məxluqla adam arasında
qalmışıq. Demək olar insan yaranmayıb. İnsan yaranmayıbsa, demə-
li, xalq da yaranmayıb. Xalq nə deməkdir? Ata deyir, sinfi, silki zid-
diyyətlərdən ayrılmış toplumun birliyi. Yəni ruhani, bağımsız birey-
lərin birliyindən yaranmış toplum. Xalq da yoxdursa, deməli, bəşər
yoxdur. Bəşər nədir? Bəşər də xalqların birliyindən yaranan olaydır.
Hamının yaxşı nəyi varsa, mədəniyyəti və b. onların qorunması,
birliyi bəşəri təmsil edir.
Nəyə görə xalq olmayıb, bəşər olmayıb?! Çünkü insan olmayıb.
İnsanla heyvan arasındakı fərq, demək olar, aradan qalxıb. Son bir
neçə ayda izlədiklərim də bu fikirlərimi oluşdurub.
Ata deyir heyvanı təbiət yaradır, insanı təbiət doğur. Heyvan da
təbiətdən gəlir, insan da. Heyvanla insanın fərqi təkcə onun şüurunda
deyil. İnsanın qarşısında borc var, o, mahiyyətinə yetməlidir, kamil-
ləşməlidir. Heyvanın qarşısında borc yoxdur. Onun işi-gücü dünyaya
bala gətirmək, balanı böyütməkdir. Heyvanla balası arasında da elə
bir doğmalıq yoxdur. İnsanda insan-ailə münasibəti, insan-insan mü-
nasibəti, doğmalığı var, bir-birinə həsrət çəkməsi var. İnsan bioloji
olaraq doğulur, əgər özü üzərində döyüşərsə, özünü ifadə edərsə, özü
özünü yenidən doğur. Ancaq heyvan özü-özünü yenidən doğa bilmir.
Heyvan təbiətdə doğulur, ölür, təbiətə qarışıb gedir. Heyvanın qoyub
gedəcəyi bir şey yoxdur. Ruhani varlıq deyil, ruh gəzdirmir özündə.
İnsan ruhani xilqət olduğundan onu təbiət doğsa da, o, yenidən do-
ğulur. Bundan sonra o, ölməzlik qazanır. İnsan özü üzərində qələbə
çalırsa, yaşarıya qovuşa bilir. Yaşarını bu dünyada yarada bilir.
142
İslam deyir ki, insan bu dünyaya imtahan vermək üçün gəlib.
Yanlışdır. Bizim yaşadığmız bu planet onun üçün deyil axı. İnsan bu
dünyaya özünü təsdiq eləmək üçün gəlib. Heç bir Allahın qarşısında
borc vermək üçün gəlməyib. Cənnət-cəhənnəmə düşmək düşüncəsiy-
lə yaşamağa gəlməyib. İnsan ona görə gəlib ki, öz ruhani təsdiqini
tapsın, insanlığını tapsın, mahiyyətinə bərabər olsun, özümləşsin. Bu
cür özümləşən bireylərin birliyindən xalq yaransın, dünya bəşərləş-
sin, bəşər gözəlləşsin, heyvanlaşmasın.
Atanın bir sözü var – deyir, toplumun məqsədi insanı təsdiq
etmək olmalıdır. Ancaq çağdaş toplum insanı təsdiq yox, inkar edir.
Əslində bu gün insan yoxdur, çünkü özündən ayrılmış insan ol-
mur. Toplumdakı çoxluq özündə yarı heyvan, yarı insan gəzdirir.
İnsanın özgürlüyü onun içindədir.
Mən məişət sorununda sıxılıram, istəyirəm, bu şey, o şey yaxşı
olsun. Mən görürəm, həmin şeyin əsarətinə düşürəm. Rahatsız olu-
ram, gecə yata bilmirəm, fikirli, qayğılı oluram, bir az da əsəbi
oluram. Bu ay çətinliyim oldu, özüm üçün keçinərəm, düşünürəm,
qadn var, uşaq var, çörək niyə yaxşı olmasın. Çörəyi qazanmaq kölə-
sinə çevrilirəm. Onda mən özgürlüyümü itirirəm.
Ata deyir, dünyada baş verənlər topuğundan olmasa, Ocaqlaşmaq
baş tutmaz. Bəşər ona görə xoşbəxtdir ki, insanlıq ölmür. Xalqın ölən
vaxtı olmaycaq. Bu da mənə nikbinlik verir.
143
Qonu ilə bağlı fikirlərimi deyim. Öncələr düşünürdüm, 5-3 nəfər-
lə nə edə bilərik. Mən əsasən gerçəkliyin gözüylə baxırdım. İnsanlaş-
maya yetən, insanlığa qulluq edən bir qurum varsa, o da Ocaqdır.
Dünyanın heç bir yerində Ata Ocağı qədər üstün bir ailə yoxdur.
Dünyanı qurmaq yönündə çabalar göstərən ikinci bir qurum, təşkilat
yoxdur. Mən buna tam əminəm, heç bir hissə qapılmadan deyirəm.
Nurtəkin Atalı: Sənin hansısa “Ailə Günü” törənində dediyin bir
fikir vardı. Dedin, Soylu Atalı ilə söhbətdə mənə dedi ki, düşünürsən,
əgər o düşüncə həqiqətə aparıb çıxarmırsa, deməli, doğru düşüncə
deyil.
Deməli, düşüncələrimizi biz özümüz yönəltməliyik.
Məişət məsələsinə toxundun, biz hər birimiz işləyirik, maddi
baxımdan asılı olmayaq, ailəmiz ac qalmasın. Ancaq işləsək də,
ruhumuzu işə vermirik. Eyni zamanda ağlımız, davranışımız bizə
yönəlik münasibəti formalaşdırır.
Ocağın, Ocaqçıların xalqa etkisi məsələsi. Biz sayca azıq, hər
birimiz Xalqlaşma əməllərinə cəhd göstəririk. Sayımız çox olarsa,
etki daha da çoxalar. Ayaz bəy burdadır, elə onun üzərində örnək
gətirmək istəyirəm. Əgər Soylu Atalı onunla ardıcıl söhbətlər apar-
masaydı, Atanı, Ocağı tanıtmasaydı, Ayaz bəy də Ocağı, Atanı bu
dərəcədə anlamazdı, ona doğmalaşmazdı. Hər birimiz öz yörəmizdə
insanlar yetirməliyik. Onda etki də çoxalacaq…
Ayaz Şıxalıoğlu dəyərlərimizdən danışaraq vurğuladı: heç bir
dəyərimiz yarımçıq qalmayıb. Birində sonlanıbsa da, o birində
yenidən üzə çıxıb. Sonucda Asif Atada təcəlla tapıb.
Millətin, bəşərin gələcəyinin Asif Ata dünyabaxışında olduğunu
vurğulayan Ayaz bəy özünün Ocağa doğmalığını və sevgisini də dilə
gətirdi.
“Ailə Günü”nün “Qutsal Oxuma” bölümündə “Təməl” bitiyinin
son hissələri oxundu.
Nurtəkin Atalı növbəti aydakı tədbirlərdən danışaraq, hər bir
törənə ciddi hazırlaşmağın gərəkliyini vurğuladı. Ailəçilər də bu
yöndə fikirlərini bölüşdülər.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsilə törən sona yetdi.
İşıq Ayı, 37-ci il. Atakənd.
(may, 2015. Bakı.)
|