Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin və Göylünün
Yükümlüsü olduğu “Ulufərəh” Ailəsinin
37-ildə V Aylıq Törəninin
Gediş Yazısı
Yer: Atagün Eli (Örənqala); Tarix: 17 Od Ayı, Qismət Günü;
Başlanır: saat 10.00
Oda Törənin Ruhunu özündə daşıyan biçimdə hazırlanır. Gül-
çiçək, yazmaq üçün kağız-qələm, çəkiliş üçün gərəkən nəsnələr təşkil
olunur. İşə sorumlu Elana Atalıdır.
“Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır.
Törənin quralları yerinə yetirilir:
“Ataya Səhər Ricası”, “Özündəki Mütləqlə Səhər Təması” söylənilir.
Törənin qonuları:
1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;
2. Ocaq üstə yaşamağın çətinliyi hara kimidir, bu çətinliyi tam
aradan qaldırmaq olurmu, nə etməli, örnək varmı? Özünü aldatmadan
doğru aydınlatmalı.
Qutsal Oxuma: “Təməl” kitabının davamı oxunub aydınlıq gətirilir.
Qatılanlar olarsa fikirləri dinlənilir, sorğuları cavablandırılır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsiylə Gün başa çatır.
Gün’ün Carı
1) İnam Yolu yaşadıq – İnsan yükü daşıdıq!
2) “Atagün”də uğurlarımın özülü – Doğmalığım, Doğruluğum –
Sabah üstə yaşamağım!
Gediş yazısını yazdı: Soylu Atalı
Od Ayı, 37-ci il. Saray-Soylu.
(iyul, 2015.)
179
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Atagün” və “Ulufərəh” Ailələrinin
birgə keçirilmiş V “Ailə Günü” törənində
deyilmiş fikirlər
Asif Atanın Mütləqə İnam Ocağının “Atagün” və “Ulufərəh”
Ailələrinin Evladları Od Ayının 16-da Amal Bağını Ziyarət ediblər.
Ata cisminin ilk qoyulduğu torpağın üstündə səcdə sözü deyilib. İnam
Evinin (Məbədin) tikintisi ilə bağlı fikir bölüşmələri olub.
Soylu Atalı (Ataya səcdə edir – G. A.): Qutsal Ziyarət anımızdır.
Atamızın üz qoyduğu torpaq qutlu olsun. Onun üz qoyduğu torpağı
ziyarət edirik. Onun üz qoyduğu torpaq yurdumuzun ləyaqətinin, şə-
rəfinin, varlığının ruhani ifadəsidir. Atanın yaratdığı İnam insanı
vətənli, millətli, şəxsiyyətli olmağa çağırır. Ona görə də, hər dəfə
Atanın torpağını ziyarət edəndə ağlımda, düşüncəmdə, ürəyimdə bu
həqiqəti daşıyıram. Bu həqiqətlə yol alıram. Bu həqiqətlə gəlirəm.
Bu gün də həmin həqiqətlə dolub gəlmişəm. Həmin həqiqətlə Atanın
üz qoyduğu Torpağa səcdə qılıram.
180
Bütün dünyada, insanlıq tarixində, yaranan, haraylanan çağırışların hər
birindən Ata Həqiqətinin yüksəkdə durduğuyla qürur duyuram. Hər bi-
rindən yüksək olduğunu qəbul edirəm. Buna görə də içim daim zəngin,
daim fərəhlidir. İçim daim Atanın xalqının, eləcə də bütövlükdə insanlığın
qulluğunda durmağa hazır olub.
Atamızın yaratdığı İnam bizi böyük eləyir, kiçiltmir. Başqa baxışlardan
qat-qat yuxarıda durması da, onun insana münasibətinə bağlıdır.
181
Yönü millətinə, vətəninə, bütövlükdə bəşər övladına bağlıdır. Ona
görə də üzümü buradan topluma tutub ziyarətimin qutsallığını sunu-
ram. Sənin Atan, Onun yaratdığı hər şey, Onun üz qoyduğu torpaq
sənin qutsal yönündür deyirəm.
Ziyarətimiz qutlu olsun. Ata Ruhunu Ürəyimdə aparıram!
Türkel, neçənci dəfədir ziyarətə gəlirsən.
Türkel Atalı: Üçüncü dəfədir.
Soylu Atalı: Ürəyindən nələr keçirsə de.
Türkel Atalı: İndi deyəcəyim bəzi fikirləri sabah Ailə Günündə
də bölüşəcəm. Ocaq mühiti, tədbir məqamı elə bir andır ki, adamı
təbii yaşamda adi düşündüyü hər şeydən ayırır. Mən tədbir günündən
başqa, ay içində, bir çox şeylər fikirləşirəm, gərgin oluram.
Bayaq tədbirdə elə bir əhvala yüksəldim ki, neçə gündə düşünüb,
fikirləşdiyim, Ailə Gününə yaza bilmədiyim sözü yazdım. Bayaqkı
tədbir (Anım Törənini gözə alıb deyir – G.A.) halımı sistemləşdirib,
yön verdi mənə. Elə bir rahatlıqla, inamla düşüncələrimi qeyd elə-
dim, gördüm ki, doğrudan da, Ocaq mühiti tamam göydür. Onun
fərəhi, verdiyi hal başqa bir şeydir.
Soylu Atalı: Biz hər il gedirik Ağstafaya. Ağstafadadır, faktik
olaraq, Atanın cismi. Burdakı torpağa qoyulub çıxarılıb. Ancaq hal
182
baxımından, mənim üçün, ordakı ziyarətlə burdakı ziyarət arasındakı
hansısa başqalıq (fərq) görünmür. Yəni o hal, o məzmun içimə dolub
bütünlüklə. Baxmayaraq ki, burda əsasən özümüz oluruq. Bir də Ba-
kıdan gələn iki nəfər, üç nəfər qonaq olur. Ağstafada, ola bilər, 3-5
nəfər artıq olur. Buna baxmayaraq, mən çağıraram ki, ora gələn
insanlar elə bura da gəlsinlər. Sabah böyük tarixlər açılacaq, ortaya
çıxacaq. O tarixlər bir şeyi sübut eləyəcək ki, Asif Ata Ağstafada
torpağa qoyulmasına baxmayaraq, Onun istəyi bura idi. O, istəyiylə
bu torpağa qovuşub. Onun özünün istəyi, mənim üçün, Ruhani anlam
daşıyır.
Atamız Var olsun!
“İnam Evi”ndə söhbət
Soylu Atalı: Çox aşamalar keçdik. Ancaq yönümüz, halımız bir
oldu. Daim Atanın Mütləqilik ölçüsünə doğru ucalan, doğrulan bir
hal oldu.
“Atam Mütləqim. İnam Evindən İnam Yurduna yerişin mübarək
ol-sun! “Türküm Özümlük öyrətməni olsun!” (Divarda yazılan
carları oxuyur – G. A.) Bunu illər öncə yazmışıq.
Bu çağırışlar ən yüksək səviyyədə xalqın içində haraylandı. Ən
yüksək səviyyədə gerçəkləşdi, həyata keçdi. Ona görə deyirəm, ən
yüksək halları yaşadıq. Bundan sonra da bir neçə aşamalar keçə-
cəyik. Hər il, hər gəliş özü yeni zənginlik gətirir ömrümüzə. Yeni
183
hallar, duyğular yaradıb içimizdə. Həmin hallarla, duyğularla daim
xalqın içinə gedirik. Əgər biz Ocaq tədbirləri keçirməsək, Atagünə
gəlib Atanın torpağını ziyarət eləməsək, Ağstafaya gedib Atanın
sonevini ziyarət eləməsək, bu “İnam Evi”nə gəlib, içimizdə desək ki,
bu İnam Evi deyil, onda heç bir hünərimiz gerçəkləşə bilməzdi.
Bunun anlamı var, məzmunu var. Bu duyğularla dolu gəlirik,
duyğularımıza duyğu calanır.
Harda olmasından asılı olmayaraq, Bakıda, burada, başqa yerdə,
xalqın içinə gedirik. Bizim gəlişlərimizin, tədbirlərimizin yaratdığı
halların sonucudur ki, xalqın içinə belə cəsarətlə gedirik. O aşamaları
biz yaşayırıq, o aşırımları aşırıq. Çox düşünüləsi, ömürə çeviriləsi
məsələlərdir bunlar. Düşüncələrin özülünə qoyulası məsələlərdir
bunların hər biri. Ocaqçı öz içində, öz halında həmişə bu qürur duy-
ğusu ilə yaşamağı bacarmalıdır. O fərqi öz ömründə qoruyub saxla-
malıdır.
Toplumla bizim yanaşmamızın fərqini Ocaq yetirir, yaradır. Əgər
biz Ocaq olmasaydıq, Asif Ataya bir öyrətmən (müəllim) kimi
tapınsaydıq, Onun dediklərinə, Onun düşüncələrinə, inandırım sizi,
bizim bu çağa kimi yaratdığımız uğurların heç biri olmazdı.
Başqa hallarımız olmazdı. Halbuki, biz elə bir hallarla dolmuşuq,
elə bir səviyyələrə gəlib çatmışıq ki, ürəklə, cəsarətlə sözümüzü
ortaya qoyuruq. Biz toplumun yaşadığını yaşamırıq, toplumun
düşündüyünü düşünmürük. Bir sözlə, toplum kimi deyilik. Nəinki
başqayıq (fərq-liyik), hətta cəsarətlə deyə bilirik ki, qat-qat üstünük.
184
Bu üstünlüyü yaratmışıq, bu üstünlüyə yetmişik. Bu gəlişlərimizi o
üstünlüklər doğurur və o üstünlüklərimizi bu gəlişimiz təsdiq edir.
Bax, Ocaq bizi belə bir ortama alıb, belə bir əhvallarla doldurur.
Atamız Var olsun!
Od Ayı, 37-ci il.Atagün Eli.
(iyul, 2015. Örənqala.)
Ocaq Günsırası ilə 17 Od Ayı Atagün Elində “Atagün” və
“Ulufərəh” Ailələrinin birgə V “Ailə Günü” törəni keçirildi. Törən
quralları yerinə yetirildikdən sonra “Ulufərəh” Ailəsinin Yüküm-
lüsü Göylü Atalı Asif Ataya səcdə ilə sözünə başladı:
Əslində bizim ötən Ailə Günümüzdən bu günə kimi çox vaxt keç-
məyibdir. Ulufərəh Ailəsinin dörd Evladı Atagün Ailəsinə gəldiyi
üçün qərara aldıq ki, Ailə Gününü bir yerdə keçirək. Az vaxt keçsə
də, hər halda, bu zaman içində yaşamışıq. İndi yaşadıqlarımızın
hesabatını veririk. Ötən aydan bu günə kimi, bəlli biçimdə, durğun-
luqdan çıxmışam. Ata deyir, Ocaqda böyük-kiçik əməl yoxdur. Doğ-
rudan da, ən kiçik əməl belə adamı ayaqda saxlayır.
Ailə Günundən sonra tədbiri səsdən sözə çevirdim. Ötən Ailə Gü-
nündən sonra Atanı oxumuşam, dünya ədəbiyyatından oxumuşam.
Ümumiyyətlə, mənə elə gəlir ki, kitabı oxuyanda gərək elə şeylər
alasan ki, onu verə biləsən. Gərək oxuduğunu araşdırıb qiymətlən-
dirəsən. Onda bu, sözün doğru anlamında oxumaq olur.
Mənim son oxuduğum “Atalar və oğullar” əsəridir. Bu əsər haq-
qında danışmayacam, ancaq orda bir deyilişə yönəlik söz deyəcəm.
Deyilir ki, rus toplumunda oturuşmuş belə bir fikir var: rus kəndlisi
Allahına da kələk gələr. Bu nə dərəcədə doğru deyilmiş bir fikirdir.
Bir xalqı bununla ittiham eləmək də doğru bir şey deyil əslində.
Ancaq ifadənin özü məni düşündürdü – Allahına kələk gəlmək. Bu,
doğrudan da, insanlığın əyildiyi bir yerdir əslində. İnsan yalan
danışır – Allahına kələk gəlir; vicdanı gözardı eləyir – Allahına kələk
gəlir; qiybət eləyir – Allahına kələk gəlir. Bu, adamın içində gedən
bir prosesdir, yəni başqaları bunu görmür, eşitmir. Ancaq sən özün
görürsən axı, sən eşidirsən axı, sən bilirsən nə deməkdir bu. O vaxt
Allaha kələk gəlmirsən ki, özünlə üz-üzə qalırsan. Mənə elə gəlir, üç
məsələ ilə bağlı insan özü ilə üz-üzə qalmalıdır. Birincisi bilməz-
185
likdir, ikincisi ərincəklikdir, yəni özünü təhlil eləməyə ərinməkdir,
üçüncüsünə qorxu və utanc deyək. Yəni pis duyğularla üz-üzə gəl-
məkdən qorxmaq və ya utanmaq ki, öz gözündən düşərsən, yəni belə
bir duyğudur. Bu baxımdan yanaşanda, bu ay ərincəklik eləməyib
özümdə bir neçə cəhətlə üz-üzə qalmışam. Bunlardan birincisi həsəd
və uğursuzluğumun doğurduğu acıq duyğusudur. Düzdür, acıq duy-
ğusu məndə hər zaman olan bir şeydir. Ancaq başqasının uğuruna,
başqasının olanlarına həsəd aparmaq cəhətim, elə bilirdim, bu,
məndə islah olunmuş bir duyğudur. Ancaq sonra fərqinə varıram ki,
əslində mən o duyğunu islah eləməmişəm. Yəni özümü aldadıram,
tutalım, başqaları ilə ünsiyyətdə olanda özümü gizləyirəm, qoruyu-
ram. Yəni bir növ özümə yeridirəm ki, belə davranmaq gərəkdir, belə
danışmaq gərəkdir, bu cür olmaq gərəkdir. Bir sözlə, necə görünmək
gərəkdirsə, o cür görünməyə çalışıram. Ancaq bütün hallarda içdə
mən bu deyiləm axı. Bu duyğu ona görə meydana çıxır ki, mənim
özümə nəzarətim yoxdur, çalışmalarımda qalxıb-enmələr var. O
baxımdan özümü aldatmamağın gərəkliyini düşündüm.
İkinci bir cəhət odur ki, istəklərim ağlımın önünə keçir. Düzdür,
bu istəklərin, bəzən olur, həyati tərəfləri olsa da, daha çox ruhani
yönə meyillənirəm. Bununla belə, istək özü nə qədər gözəl olursa
olsun, yəni niyyət özü nə qədər ruhani olursa olsun, idrakın tələbində
olmalıdır. O şey ki, səni sonucda pis duruma salacaq, sonucda səni
səndən alacaq, deməli, bir daha düşünmək gərəkdir. Əslində o yetkin
istək deyilmiş. Yenə də deyirəm, istək özü gözəl ola bilər, ancaq
sonucu görə bilmirsənsə, deməli, o istəyin özünün üstündən cızıq
çəkməlisən.
Sonda belə dəyərləndirərdim: böyük əməllər birdən-birə olmur.
Gərək böyük əməllərə də illərlə zəhmət çəkib yetəsən. Birdən-birə
heç nəyə yetmək mümkün deyil. Böyük əməllərə yüyürə-yüyürə
yetmək olmur.
Buraya qədər, deyəsən, dolaşıq dedim fikrimi. Hər halda özümü
anlatmağa və deməyə çalışdım.
Xalqlaşma əməlim olmayıb. Elə bir auditoriya yoxdur. Ümumi-
likdə kimlərləsə ara-sıra söhbət eləyirəm. Bizim iş mühitinə gələnlər
çox olur. Yeri gəldikcə, gərəkən söhbətləri, bacardığım qədər edirəm.
Ancaq içimin halı məni rahatsız edir. Hal özü məni qane etmir. Eşqli
can atmağımı bərpa edə bilmirəm, o cəhətdən hələ ki, durğunam.
Dünənki Törəndə, məsələn, mənim o boyda yolu gəlməyim və qatıl-
mamağım, bu, əslində can atmamağın sonucudur. Bunu görürəm, bu
186
yorğunluq məsələsi deyil. İstənilən yorğunluğun altından çıxa bili-
rəm. Ancaq o istək, yəni toplumun içində özünü ifadə eləmək, dəyə-
rini ifadə etmək (özün şərt deyil, əsas odur dəyərini ifadə eləmək),
belə bir şans yaranır, mən bundan yararlanmıram. Bu, için durğun-
luğudur, bundan çıxmağım gərəkdir. Atamız Var olsun!
Günev Atalı: Asif Ataya səcdə ilə sözə başladı: Əslində 37-ci ildə
bizim Ailənin dördüncü Ailə Günüdür. “Ulufərəh” Ailəsinin V Ailə
Günüdür.
Qonularla bağlı bir neçə kəlmə demək istəyirəm.
Amallaşmamda mən “Mütləqə İnam”ı davam edirəm, bir neçə
yarpaq qeydlərim də var. Bu məndə gələnəyə çevrilib. Birinci, mən
nə üçün oxuyuram, ola bilər ki, mən yığcamlaşdırmağı düzgün elə-
mirəm. Sizə oxuyuram ki, nəyi düz etmirəmsə, aydınlıq gətirək.
“İnam və Şübhə” bölməsi:
“İnam həyatda Əzəli, Əbədi, Sonsuz, Kamil mahiyyət görür.
Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam
nə olsa belə həyatı təsdiqə layiq görür, Şübhə isə əksinə, mahiyyəti
görmür, həyatı təsdiqə layiq bilmir. Şübhə mütləq heç nə tanımır.
Gözəlliyi çirkinliyə nisbətən gözəl sayır. İnsan kimliyi haqda qəti
sözü yoxdur. Çünkü İnsanı təzahürlərdə axtarır. Gəncmi, qocamı,
torpağa çevrilənmi, aşiqmi, müdrikmi, vicdanlımı, günahlımı, nəşə
dəlisimi, atamı, anamı, əyilənmi, ucalanmı, nədədir həyat? Cəfəngiy-
yatmı, mənamı. Evmi, səhramı, yolmu, bulaqmı? Həyatın məntiqi
varmı? Mütləq tələblə yaşamaq mümkündürmü? – Həyatın məntiqi
məntiqsizlikdir, çünkü əsaslı məntiq yoxdur. Yaşamaq (dolanmaq)
üçün həqiqəti, ədaləti, mənəviyyatı qurban verməlisən. İnsanlar alda-
dan və aldananlara bölünür, inamsa əsil yaşamağı – insani tələblə,
vicdanlı, qeyrətli, vüqarlı yaşamaqda görür. Buna görə də həyatın
məntiqsizliyindən imtina etmək gərəkdir. Bu isə həyatı eşitmə-
məkdir.
Dünya mahiyyət etibari ilə Əzəli, Sonsuz, Kamildir. İnsan ölür,
insanlıq ölmür. Aşiq ölür, məhəbbət ölmür. Qeyrətli ölür, qeyrət öl-
mür. İnsan günaha meyil edəndə belə, günahı təsdiq etmir…
İnamla şübhənin döyüşündə inam tam qələbə çalmalıdır. Şübhə hə-
yatdan silinmir, yalançı inam səviyyəsində meydana çıxır. İnsanları o
dünya cəfəngiyyatı, yeri-göyü yaradan Allah uydurması ilə aldadır.
İnsan xurafata inandığı qədər Mütləqə inanmır. Şübhə insanı adi
187
həyatda saxlamağa çalışır. İnam insanı ali həyata yüksəldir. Ədalət
həyatda müxtəlif nişanələri ilə, zülm isə müxtəlif köklü hadisə kimi
təsadüf edir. Ədalət zülmlə döyüşür. Tam qələbə çala bilmir. Zülm
biçimini dəyişir və yaşayır. Ədalət dünyanı, cəmiyyəti, hamını sayır.
İnsanı qiymətləndirir. Həqiqəti insanın şərəfi sayır. Azadlığı haqqı
sayır. Ləyaqəti həyatının mənası sayır. Qanı-qadanı günah sayır.
İnsanın ağlının əşyaya çevrilməsini qəbahət bilir. İnsan azadlığının
əşyaya çevrilməsini qəbahət bilir. Məhəbbət, sədaqət, saflıq yaradır.
Dəyanətlə döyüşdə zülm ani geri çəkilir, cildini dəyişir, yenidən
peyda olur və yaşayır. Zülm dünyanı zora, gücə, hakimiyyətə məxsus
sayır. Cəmiyyəti vara, gücə əyilməli sayır. Onların qan tökməsini la-
büd sayır. İnsanın böyüklüyünü vara, zora, hakimiyyətə baş əymə-
sində görür. Ədalət donuna girə bilir. Qəbahət, fəlakət, cəhalət, əsarət
törədir. Xilaskar kimi görünməyə çalışır. Zülmdən qurtarmaq üçün
həyat ali həyata çevrilməlidir. Ədalətin zülm üzərində tam qələbəsi
Ali həyatda baş verir”.
Məncə, şərhə ehtiyac yoxdur, gözümüzlə gördüyümüz həyatdı.
İnternetdə qoyulan yazılarımızı oxuyuram.
İndi “Gediş Yazısı”nda Üstünün qoyduğu qonu ilə bağlı, – “İnam
və din” qonusu ilə bağlı deyim.
Ocaqçıların Ailə Günündə münasibəti var, Soylu ona elə yanaşıb
ki, mən bir də qayıdıb oxudum, o mənə elə bir dərs verdi ki.
Amallaşmaq üçün ən adi bir yazını oxuyanda istər-istəməz fikir
rəvanlaşır. Bir-iki gün oxumayanda mən sanki uğurlu cümlə qura
bilmirəm. Ancaq halım həmişə yerindədir, artmaqdadır. Özümün
halımda bir an belə geriləmə görmürəm, yolun çətinliyini, gücümün
çatıb-çatmazlığını, heç ağlıma da gətirmirəm. Əbədi bir yoldur.
Fikrimdən keçmir ki, tay mən çatdım, əbədi bir zirvədəyəm, bir az
dincəlim. Yox, yol əbədi bir yoxuşdur. Çətinlik də ondadır ki, öncə
yola düşəndə, obrazlı desək, adamı yolun yoxuşu etkiləndirir. Yolun
yoxuşluğunu ürəyinə oturdanda, zirvəyə qalxdıqca fərəhlənəndə,
insan daha yaxşı dərk edəndə çətinlik gözə görünməz. Bu elə o sualın
cavabıdır – insan bir məqamda yetkinləşir, yol asanlaşır. Çünkü artıq
sən elə çətinçisən də, yoxuşçusan da, zirvəyə qalxansan da. Bu
mənada mənim kamilləşməm irəliləyiş halımdır. Bir də bir məsələni
demək istəyirəm: məndə öncədən və bu gün də davam edən bir hal
var: Amalı özümdən bir az yüksək ifadə edə bilən bir qardaşımın
yanında ya susuram, ya da dilimin topuq çalmağı var. Bu hər kəsdə
188
var. Elana da vurğulayır ki, sənin yanında danışa bilmirəm, başqa
yerdə bülbül oluram.
Mənim ehtiyatla danışmağımda bir az xof məsələsi var. Yəni
qıraqdan üzərimdə amaldaş basqısı görürəm sanki. Bir dəfə tədbirin
birində Soylu qardaşım dedi: çox gözəl oldu ki, bu mərasimdə mən
Soylunun basqısını görmədim. Yəni mən özümü Soylunun yanında
azad hiss elədim. Azad danışdım.
Ancaq bu cür ehtiyatla davranmağın bir gözəl cəhəti odur ki,
ruhani tabeçilik var, bəli, bu olmalıdır.
Mənim nəfəsimi genəldən xalqlaşma işidir. Çünkü daim kənddə
bəlli yığıncaqlar olur, tədbirlər olur. Orda mən qulaq asıram, ümumi
ahəngi görürəm, sonra onlara münasibət bildirəndə bütün diqqətlər
Asif Ata Ocağına yönəlir. Məsələlərə Asif Atanın ölçüsü ilə yanaşı-
ram, yörəmdə də badalaq vurmaq istəyən, əngəl olmaq istəyən, qıs-
qanclıqla yanaşmaq istəyən daim seyrəlir. Bu günü dünənkindən az
maneəli görürəm. Bununla belə, davakarlıq yox da deyil. Bu
yaxınlarda Ağcabədidə bir hüzür məclisində söhbətlər elədik, bu
söhbətlər gözəl qəbul olundu. Sonra duranda (öncədən çoxları haqqı-
mızda eşitmişdilər) gəlib kitabımı istədilər, verdim. Orada Elananın
əmisi də vardı, oturub məni izləyirdi. Biz gələndən sonra deyib ki, bu
kimdir ki, siz ona qulaq asırsınız, onun kitablarını yandırmaq gərək-
dir, oxumaq gərək deyil. Ancaq ordakıların hamısı ayağa qalxıb o
adamın qadınını da, özünü də pis şəkildə ordan qovublar. Kimin
haqqında danışırsan, sən özün kimsən axı?!
Bu o adamdır ki, o vaxt Atayla görüşmüşdü, heyrəti var idi.
İndiyə qədər də ona çətin məqamlarında mən yiyə durmuşam, mənə
qarşı həmişə hörməti olubdu. İndi yenə paxıllıq duyğusu ayağa
durub, özünü o tədbirdə kölgələnmiş görür sanki. Bu halın bir səbəbi
də odur ki, bu adam daim pis işlərdə olub, oğru olub, tutulub
türmələrdə olub.
O məclisdə, o bir nəfərdən başqa, hamı Asif Ata Ocağının tərəfin-
də olub. Orda məni yaxşı tanıyırlar. Bir dəfə mən parkda camaatı
başıma yığaraq, söhbət edib ədəbiyyatlar paylamışdım. Bizə olan
münasibət getdikcə genişlənir.
Sonra Məbədlə bağlı çalışmam olubdur, gördüyünüz kimi, onun
pilləkən hissəsini işləyirəm, yolun qırağı olduğundan gəlib-gedən-
lərin marağına səbəb olur. Bu da bir xalqlaşma işidir.
Dünənki olay Ocaq tarixində yeni bir aşama idi. Yəni xalqlaşma
işimiz bu yöndə gedir. Yaxşı gedir, gözəl gedir. Dünənki gündə
189
bütün adamlar işıq apardılar burdan. Yeni yönü gördülər, gözləri ilə
şahid oldular. Kütlənin söz aparıb danışması bəzən mənim söz demə-
yimin etkisindən artıq olur.
İndi yenə qayıdıram bayaqkı qonunun üstünə – “Ocaqçılığın
çətinliyi hara qədərdi, bu çətinliyi aradan qaldırmaq olurmu?”: –
Ocaq üstə yaşamaq gərək. Bir az tutuşdurma aparım. Məlikməmmə-
din nağılını misal çəkim. Şərlə döyüşə gedir, yolda bunun sorumlu-
luğunu daha çox dərk edir. El içində qızışıb deyib də, mən şərlə
döyüşə gedirəm, ancaq yolun bir aşamasında artıq ona çatır ki, hara
gedir. Onda geri qayıtmaq istəyi olur. Ancaq elə bir hal gəlir, onun
öz istəyidir ki, yandım desəm də, çəkməyin. Bu, özünün istəyidir.
O əhvalda ki, gücüm çatacaqmı, çatmayacaqmı, mən buna dözə
bilərəmmi, qəbul edə bilərəmmi, bəzən bunu adam özünə deyir, elə
bir məqam olur ki, adam çaşır. O məqamda mən özümü tam ifadə
edə bilməmişəm. Elə hallar olub. O dövrü mən çox keçmişəm. Mən
çətinlik dövrünü keçmişəm. İndi mənə çətin gəlmir Ocaq. Hətta
mümkün olarsa, böyük auditoriya qarşısında özümə xas, Soylu Atalı
qədər olmasa da, çıxış edərəm.
Bir dəfə mən ilk dəfə, Mirzəağa Əliyev adına Aktyorlar evində
Atanın muğamlığımızla bağlı görüşünə qatıldım. Orda Ata bütünlük-
lə Ocağı dedi. Mən Ataya qulaq asdım və dedim, görüş apara
bilərəm. Ata hardan başladısa, fərəhlərimizdən kədərimizə qədər
deyə bilərəm, o ki qaldı suallar olar, bilmədiyimi Atadan, Ocaqdan
öyrənib deyərəm. O vaxtlar təbii ki, kal vaxtlar idi, ancaq hünərli
vaxtlar idi. O vaxt Mərkəzi Univermaqın yanında, köhnə kilsənin
yanında adamlar yığışmışdılar. Deyirdilər biz İslam ümmətiyik, biz
namaz qılanlarıq. Orda mən harayladım ki, biz kimik? Dünyaya səs
salan türk hanı? O vaxtlar açıq demək olmurdu Atanı, ancaq yenə də
Qorqudluğumuzu, Babəkliyimizi harayladım. Sonra getdim bunu
Elxangildə (keçmiş Əsil – G.A.) deyəndə, Elxan daş atıb başını tutdu
ki, Ata bunu bilsə, səni Ocaqdan qovar. Mənə də çatmadı ki, nə üçün
qovar. Ata bizdən elə bunu istəyir da. Bu, bəlkə də Elxanın
qısqanclığı idi.
İndi mən özümdə o gücü hiss edirəm ki, heç çəkinmədən görüş
keçirə bilərəm. Bir var adi toplantı, bir də var kütlə qarşısında
sistemli görüş keçirmək.
O ki qaldı örnək məsələsi ilə bağlı. Canlı örnək deyirsinizsə, mən
Soylu Atalını, o biri Ocaqçılarda yaxşı hünərli cəhətləri deyə
bilərəm… Atamız var olsun!
190
Üstün Atalı: Səcdə ilə sözünə başladı: Bu ayım fərəhli olub. Bir
iş yoldaşımla Ocaq yönündən söhbətim oldu, onu Soylu Atalı ilə gö-
rüşdürdüm. Bu görüşün uğurlu etkisi oldu. Rayona çıxmaq istəmişəm
alınmayıb, yaxın vaxtlara planlaşdırıram.
Amallaşmam: – Günev qardaşımızın kitabını oxumuşam, ordan
bəzi qeydlərimi deyəcəm.
Qardaşımız deyir ki, xalqın içində qədimliyimizdən danışdım,
Babək deyə, Nəsimi deyə lağa qoydular.
Burda iki məqam var: Qardaşımın xalqlaşma fərəhi və insanların
geriliyi. Mən təsəvvür edirəm ki, qardaşımız necə haray çəkirmiş.
İçində bulaq kimi qaynayıb, ancaq qarşılaşdığı hal, söz xalqın
daha uzaqlarda, daha geridə olduğunu göstərir. Bütün bunlara bax-
mayaraq, bu yükün altına girməkdən qürur duymaq xoşbəxtliyi vardı
bu yazıda.
Onun harayı çıxış yoludur, yatmışları, özündən ayrılmışları oyat-
maq fərəhidir. O yalvarmır, hökm eləmir, qorxutmur. “Qoy insanla-
rımız xəbər tutsun ki, onun içindən bir ər qopdu, ürəyinə peyğəm-
bərlik yükü götürdü. İnsanı yeniləmək, bəşəri yeniləmək yolu tutdu”
deyir.
Kitabda belə bir tutuşdurma var: “dinlərdə insanlar bəzi ritualları
həyata keçirir, onu vacib sayır, onu qorxudan eləyir”.
İnam dinə niyə çevrilir, çünkü ömrə çevrilmir. Burda İnsan yaran-
mır. Burda kimisə, nəyisə təkrarlama var, hər bir insanın bir fərd
olaraq içdən yaranması yoxdur, özünü aşkarlaması yoxdur. Onun
içindəki tələb sönür.
“İnsanlar bu gedişlə ömür adlı partiyanı həyata keçirirlər”. – Bu
da yaxşı ifadədir. Özləri də bilmədən, istəmədən həmin ömrü
yaşayır.
Bir də qonu ilə bağlı demək istəyirəm, Ocaq üstə yaşamağın
çətinliyi hara qədərdir? – Mənim ömrümdə o çətinlik o vaxta
qədərdir ki, dediyim sözü ömrümə çevirim. Dediklərim öz ömrümə
çevrilməyəndə mənim üçün çətinlik yaranır.
Öncələr mənim ömrümdə çətinlik xüsusilə dinlə bağlı olub, çünkü
dini söhbətlərə çox gedə bilmirdim. Çünkü hələ mən özüm tam dinin
xofundan, qorxusundan qurtara bilməmişdim. Tam əmin olandan
sonra, dərk edəndən sonra artıq o çətinlik aradan qalxmağa başladı.
Sualın örnək hissəsinə gəlincə, örnək gözümüzün qabağındadı. Ata-
nın ömrü, Soylu Atalının ömrü, Günevin ömrü, Nurtəkinin ömrü,
Göylünün ömrü…
191
Mən bəzən Göylünün etiraflarında özümü görürəm. Bəzən bənzər
halı mən də yaşayıram. Bu qüsurları özünə deyib bir daha qayıtma-
maq gərəkdir. Bu cür yanaşmalar bir-birimizə dayaq olmağımız
üçündür. Özün yetdikcə, yetirdikcə həm də örnəyə çevrilirsən.
Atamız Var olsun!
Dostları ilə paylaş: |