Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
#16983
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

İsa Mehdioğlu: Gənclərin elə bir vaxtı olur ki, onlar nəsə axtarır-

lar.  Bu  hal  çox  qorxuludur.  Fanatiklərin  əksəriyyəti  elə  onlar  olur. 

Cavan  oğlandır,  çağdaş  elm  adamıdır,  onillik  oxulu  bitirib.  Onilliyi 


 

221 


bitirən  adam  XI  yüzildə  yaşayan,  o  təfəkkürdə  olan  birinin  hədisini 

qəbul  edə  bilərmi?  Çünkü  o  zamanın  təfəkkürü  fərqlidir.  Bugünkü 

gənclik bunu qəbul edə bilmir. Qəbul edə bilməyəndə onlarda aclıq 

yaranır. Həmin aclıq onları axtarmağa məcbur edir. Bəzən səhv yola 

da düşür. Başqa dinə gedirlər. İnsanda nəyəsə inam olmalıdır. 

Asif  Atanın  İnamı  özü  elə  dindir.  Din  ərəbcə  yol  deməkdir.  Siz 

bir  Amal  yolu,  ideya  yolu  gedirsiniz.  Gənclər  nə  isə  axtarmalıdır. 

Gəlməlidirlər bura. Eləsi var ki, tapa bilmir. Ərəbistanda vuruşanlar 

hamısı dinin fanatikləridir. Onlarda axtarma ehtiyacı olub. Bu axtar-

ma ehtiyacını orta oxullarda vermək gərəkdir uşaqlara.  

Heyif  ki,  yanlış  verirlər.  İnam  elə  olmalıdır  ki,  çağdaş  elmə,  tə-

fəkkürə  zidd  olmasın.  Bu  İnamı  orta  oxulda  verə  bilsək,  düzgün 

yönləndirə bilsək, gələcəyimiz yaxşı olar. 

Din siyasətdir, ondan hər kəs öz xeyrinə yararlanır. 

 

Soylu  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Ocaq  olaraq  bizim 

işimizin özülü ən çox tədbirlər deməkdir. Çünkü hər bir əməlin, hər 

bir yerişin, səfərin yaranması tədbirlərdən başlayır. 

 

 



 

Çünkü tədbir söz deməkdir, ruhani  şüur deməkdir, mənəvi gəliş-

mə deməkdir. Bunu həyata keçirən insan özündə güc, istək tapır ki, 

qırağa çıxır, addım atır. 

Bir  neçə  fikir  tədbirin  gedişi  ilə  bağlı  deyim,  sonra  fikirlərimi 

bölüşəcəm. 



 

222 


Birinci, mən bunu xatırlatma kimi deyirəm, tənqid kimi demirəm, 

çünkü Ocaq tədbirlərinin yönü, mənası həmişə diqqətdə saxlanılma-

lıdır,  doğru bilinməlidir  ki,  o  bizim  əsas  hərəkətverici  gücümüzdür. 

Onda  qırağaçıxmalar  olmamalıdır.  Məsələn,  tədbirin  əsas  işi  yerinə 

yetirilməmiş  çox  dialoqlara  gedilir.  Onda  tədbirin  anlamı  itir,  fikir 

səpələnir. Fikir səpələnir, yığmaq olmur. Məzmun azalır, qonular qa-

rışır bir-birinə. Bu da son anda yoruculuq gətirə bilər, qarışıqlıq olar. 

Mən bunu Amaldaşlarıma bir daha xatırladıram, stolun başında otur-

maq  çox  ağırdır.  Çox  çətindir,  çox  böyük  sorumluluqdur.  Asif  Ata 

ölən çağda bizim 50-yə yaxın adamımız vardı. Onlarla, Asif Ataının 

ölümündən sonra ilk günlərdəcə, fikir ayrılığı başladı. Niyə başladı? 

Çünkü heç kim Asif Atanın dediyinin içinə girmir, doğru öyrənmirdi. 

Öyrənmir  ki,  sorumluluq  məsələsi  var  burda.  Dünyanın  qabağına 

nəylə  çıxmısan?  Hayla-həşirlə  dünyanın  qabağına  çıxmaq  olar? 

Sənin  nə  qədər  dərin  ağlın,  düşüncən,  məntiqin  olmalıdır.  Nizamın 

olmalıdır ən əsası. Onlar bu başdakı stulu boş qoyurdular. Bu, ağıl-

sızlıqdan irəli gəlirdi. Stulu boş qoyurdular ki, bura Asif Atanın yeri-

dir. Yaxşı, əgər həmişəlik o stulda heç kim otura bilməyəcəksə, onda 

sənin  səviyyən  nədir?  Bu  o  deməkdir  ki,  Ocaq  dayanacaq.  Çünkü 

Ocaq  başqa  oturub  söz  deməyi,  yönəltməyi  bacarmaq  deməkdir. 

Burada  o  vaxt  oturursan  ki,  fikir,  düşüncə  zənginliyin  olur.  Nizam 

zənginliyin  olur.  Yön  verirsən.  Hər  şeyi  bilirsən,  yəni  Ocaqla  bağlı 

hər şeyi bilirsən. Mən demirəm ki, sən gedib antropologiyanı da bil. 

Burdan Ocaq bir nizam tapır. Bu, Ocaq üçün olduqca önəmlidir. 

Mən bunu dönə-dönə deyirəm. Amaldaşlarımız bunları öyrənməlidir, 

bunlara dönə-dönə qayıtmalıdır. Sabah biz olmayacağıq, ancaq Ocaq 

olacaq. Ocağın olması üçün bu nizam öyrənilməlidir. 

Məsələn,  yadınıza  salıram,  hansısa  partiyadan  bir  qadın  bizim 

tədbirə  gəlmişdi.  O  cür  adamlar  partiyadan  gətirdiyi  əhvalla  bura 

gəlir. Burada ona səbəb verilməməlidir ki, ordakı kimi davransın. O 

deyir ki, mən istəyirəm filankəs danışsın. Soruşmaq gərək, sən kim-

sən  ki,  istəyirsən.  Bura  demokratiya  qurumu  deyil.  Bura  hər  kəsin 

istəyi, arzusu ilə, necə gəldi yönələn qurum deyil. 

Baxın,  bu  gün  dünyanı  qatıb-qarışdıran  o  əhvaldır,  özbaşınalıq. 

Bir  nizam  olmalı,  bu  nizamın  yiyəsi  olmalıdır.  “Mən  istəyirəm 

filankəs danışsın”. Filankəs hazırlanmış adamdır bəlkə. Sən onu irəli 

niyə  verirsən?  Deməli,  bizim  nizamımızı  pozmaq  üçün  verirsən. 

Ondan irəli gəlir bu, bilərəkdən, ya bilməyərəkdən. 



 

223 


Nizamı pozmaq yolverilməzdir. Kim danışsın, nədən danışsın, o, 

burda oturanın nizamına bağlıdır. Tərsinə olanda alınmır. 

 Biz Asif Ataya bağlı adamlarıq. Bura qıraqdan da adamlar gəlir. 

Elm adamları, filan. Onların hamısı iddialıdır. Ocaq tədbirini aparan 

Ocaqçı o iddiaların hamsına meydan versə, bu tədbirin adı nə olar?! 

Burda iddia keçmir. Sənin elmin var, alimsən, kimsən, ancaq burada 

bir xətt var, nizam var. Bura ruhaniyyat yeridir. O xətdən qırağa çı-

xarsan, orda din də olar, avropaçılıq da olar, hər şey olar. Biz dindara 

da söz veririk, avropaçıya da söz veririk, danış, bilək nə düşünürsən, 

ancaq dağıtma. Sözün sorumluluğunu bilmirsənsə danışma. Biz bura-

da milli yön yaradırıq, insan yaradırıq. İnsanı yaradan söz de. Milləti, 

bəşəriyyəti yaradan söz de. Yox, ona uyğun deyə bilmirsən, onda da-

nışma.  Mənə  dinin  “möcüzələrini”  yeritmə.  Onun  yeri  deyil  bura. 

Mənə  Avropanın  əqliyyətçiliyini  yeritmə.  Mənim  “ağıla”  ehtiyacım 

yoxdur. 

Bu qırım olmalıdır Asif Atanın Ocağında və onun yörəsində. Bu 

qırım  da,  dediyim  kimi,  insani  qırım  olmalıdır,  idrak  qırımı.  Heç 

kimi basıb əzməməlidir. 

Bayaq  İnamlı  kamilləşmə  yönündə  danışanda,  paxıllıq  duyğusu 

haqqında  epizodik  vurğuladı.  Mən  istəməzdim  epizodik  olsun.  Bir 

vaxtlar  İnamlıda  özünüqoruma  duyğusu  çox  güclü  idi.  Atanın  Oca-

ğında  böyüdüyü  üçün  o  duyğu  getdikcə  azaldı.  O  duyğular  zəiflə-

dikcə onun ağlında da, düşüncələrində də gəlişmə başladı. 

Ancaq deyirsən o duyğunu ötdüm. Onu gərək düşünəsən, doğru-

danmı  ötdüm?  O  duyğuları  ötmək  asan  deyil.  Bir  dəfə  ilə  olmur  o. 

Adam özünü arxayın salmamalıdır. Mən Soylu olaraq gündəliyimdə 

yazıram, elə duyğu var ki, onun üzərində dayanıram, o duyğunu asan 

ötə bilmirəm. Üzdə görünmür ha. Ancaq içimdə bilirəm o qalır. Elə 

duyğular var, onu tanısan da, bir dəfəyə getmir. Bir dəfəyə o vaxt ge-

də bilər ki, sənin içində kamillik etkisi bitkin, yetkin bir şəklə düş-

sün. Əgər bu yoxdursa, onda arxayınlaşmaq demək olar ki, filan duy-

ğunu özümdə gördüm və ötdüm. 

Sonra,  qıraqda  balaca  çıraqların  işığına  sevinmək  olmaz.  Ocaq 

ömründə o qədərmi adidir ki, kimdənsə biz deyənə bənzər söz eşidən 

kimi  sevincin  parıldayır?!  Bir  dəfə,  Asif  Atanın  sağlığında,  Ocağın 

törənində Ocaqçılardan kimsə dedi ki, filan professor Atanı öyürdü. 

Bunu həmin Ocaqçı sevinə-sevinə dedi. Bu hal Ataya yaxşı gəlmədi. 

Dedi ki, hansısa professorun, alimin Ata haqqında öygüsünə sevinir-

siniz. Belə çıxır ki, Asif Ata qüsurludur. Asif Atada qüsur var ki, o 


 

224 


balaca, rütbədən asılı olan alim Atanı öyür… Balaca işartılara sevin-

mək uşaqlıq olar. 

Ramin, Ayaz bəy danışanda, soruşdu ki, çıxış yolu nədədir. Ayaz 

bəy dedi ki, hər kəs oxuyub öz üzərində işləməlidir. Bu, maraqlı bir 

məsələdir. Biz insanların hamısına deyə bilmərik ki, sən oxumalısan 

və  özünü  qurmalısan.  Bu, az  adamlara  nəsib olan  bir  şeydir.  Bütün 

millət oxuyan deyil axı. Hamının oxumaq olanağı yoxdur. Oxumaq 

kimə  xasdır?  O  kəsə  ki,  ağlı,  düşüncəsi  var,  o  kəs  ki,  içində  millət 

var, vətən var, ona özgündür oxumaq. Sən oxuyub nizam yaratmalı-

san, sən oxuyub milli quruluş yaratmalısan. Oxumayan, təsərrüfatla 

uğraşan,  uşaq  böyüdən  sənin  yaratdığın  quruluşun  içində  o  nizamla 

yaşamalıdır. Oxuyanların ağlı o nizamı yaratmalıdır. 

İndi  mən  Ocağımızın  ayrı-ayrı  məsələlərlə  bağlı  baxışını  demək 

istəyirəm.  Çünkü  biz  ruhsal  oxuluq,  öyrənən  və  öyrədən.  Öyrənirik 

özümüzdən, öyrədirik özümüzdən. Bir də Ocaqçıların bilməsi gərək, 

bayaq  söhbətimin  başlanğıcında  dediyim  kimi,  biz  bilməyərəkdən 

müsəlmanların  yolunu  gedə  bilərik.  Müsəlmanlar  ancaq  və  ancaq 

“Quran”ı oxumağı tövsiyə edirlər. Asif Atanın Ocağı təkcə Asif Ata-

nın  kitablarını  oxumağı  tövsiyə  eləmir.  Bizə  qədər,  bu  çağa  qədər 

yazılan  uğurlu  kitabları  tapıb  oxumaq  gərəkdir,  öyrənmək  gərəkdir. 

Dünyada  oxunası  kitablar  var.  O  kitablardan  çox  gözəl  bəhrələn-

mələr mümkündür. O kitablardan bəhrələnməklə Asif Atanın yoluna 

qulluq  eləmək  mümkündür.  O  şəxsiyyətlərlə  Asif  Atanı  bir-birinə 

bağlamaq mümkündür. 

İndi  mən keçirəm bəzi məsələləri, Ocağın ölçüsündən, açısından 

yanaşmaqla,  qiymətləndirməyə.  Bu  yaxınlarda  Borçalıya  yasa  get-

dim. Borçalıya gedərkən tələskənliyimdən pasportumu evdə qoydum

zəng edib arxadan gələnlərə, pasportumu gətirtdim. Onlar gəlib çata-

na  kimi  8  saat  Qırmızı  Körpüdə  qaldım.  Çayçıda  oturub  başladım 

yazı yazmağa. Sonra endim Kür qırağına. Kürün həzin şırıltısı, ağac-

lar, təbiət yüksək əhval yaradırdı məndə. Qayıdıb yenə çayçıda otur-

dum. İkinci bir yazı yazdım. İkinci yazıda qonu psixologiya ilə bağlı 

idi. Biz, Ocaq olaraq, psixologiya elminin insana sınırlı yanaşmasını 

rədd edirik. Psixologiya insana qiymət verməkdə yanıldı. O yanlışlığı 

bilimə  çevirdi,  bu  gün  də  həmin  bilim,  o  yanlışlıqla  insana  qarşı 

çalışır. Bu nədə özünü göstərir? 4 temperament deyirlər, insanları bu 

4 temperament içrə öyrənirlər. Onun xarakterini – xolerik, sanqvinik, 

melanxolik  və  fleqmatik  adlanan  temperamentlərlə  bəlli  edirlər.  Bu 

temperamentlərin  hərəsinin  özünəxas  xarakterik  cəhətləri  var.  Yəni 


 

225 


hansı xarakterli insanlar xolerikdir, ya fleqmatikdir. İnsanları xarak-

terlərinə  görə  bölürlər.  Psixologiya  burdan  yaranıb.  İnsan  bioloji 

varlıq  sayılıb.  İnsanın,  bioloji  olaraq,  özündə  daşıdığı  xarakter 

Adamlıq xarakteridir. İnsana yox, Adama xasdır. 

Adam daha çox bioloji yaşayır, daha çox bioloji keyfiyyətlərdən, 

xarakterlərdən oluşur. Onu həmin xarakterin üzərində öyrənir və de-

yir  ki,  bu  insanın  psixologiyası  budur.  Asif  Ata  biranlamlı  olaraq, 

həmin sınırlılığı (məhdudluğu) rədd edir. O deyir, insan ruhani var-

lıqdır  və  insan  hallardan  oluşur.  İnsanın  halını  nə  yaradır?  İnsanın 

halını üz tutduğu nəsnə yaradır. Nəyə üz tutursansa o yaradır. Məsə-

lən, sən gerçəlkliyə, deyək ki, məişət qayğılarına, sosial məsələlərə, 

siyasi  məsələlərə,  sənin  üçün  sunulan  toplumsal  gedişlərə  üz  tutur-

sansa, sənin halını o yaradar. Yəni onun qarışıqlığından, gedişindən, 

pozuntularından  asılı  olaraq  sənin  halın  formalaşır  və  dəyişir.  Əgər 

insan mənaya üz tutursa, özünün içindəki Allaha üz tutursa, Mütləqə 

üz tutursa, insanın halını həmin Mütləq yaradır. Bütün o gözəlliklər, 

duyğular, hamısı. Əgər insan gerçəkliyə üz tutarsa, onda onun xarak-

terik olaraq öyrənilməsi psixologiya adlanan bilimin ixtiyarına keçir. 

Ancaq insan öz üzərində işləyərsə, özünü içəridən ruhsal varlıq kimi 

yaradarsa, onda psixologiyanın ona əli girmir. Çünkü adamlıq xassə-

lərini ötür insan. Temperamentdəki cəhətləri, cılızlığı, paxıllığı və s. 

bunları insan ötür. İnsan ötəndən sonra psixologiyanın əli oraya gir-

mir. Artıq onu ruhaniyyat öyrənir, fəlsəfə öyrənir. İnsan özünü yarat-

mırsa,  necə  var,  elə  də  qalırsa,  özünün  Adamlıq  xassələri  ilə  yaşa-

yırsa,  onda  psixologiya  onu  o  xassələrə  tən  götürür,  bu  səviyyə 

bilimə gətirilir, tədrisə gətirilir, insan dəyişmir. Necə var elə də qalır. 

Yəni  insan  xarakterinə  tən  qalır.  Bu  da  dinin  dediyinə  uyğundur. 

Çünkü  din  deyir  ki,  insan  anadangəlmə  günahkardır,  ulu  babasıyla, 

ulu nənəsinin günahlarını daşıyır. Yəni əzəli günahkardır insan. Əzəli 

günahkar  olan  insana  Allah  möhür  vurub.  Qismətçilik  məsələsi 

psixologiya tərəfindən qorunur əslində. İnsanın alnına filan xarakter 

yazılıb,  insan  ondan  qırağa  çıxa  bilməz.  Asif  Ata  onu  rədd  edir. 

Deyir  ki,  İnsan  ruhsal  varlıqdır,  o,  temperamentlərdən  çıxa  bilər  və 

çıxmalıdır. İnsan dünyaya ona görə gəlib. 

Heç  kim  heç  kimin  yerinə  gəlməyib  bu  dünyaya.  Hər  kəs  öz 

yerinə  gəlib  və  hər   kəs  öz  yerinə  öz  içindəki  ilə  gəlib.  Hər  insan 

içində,  mayasında  Allahla  gəlir.  Yəni  Mütləqlə.  Onun  mayasında 

Mütləq var. Ana bətnində gedən proseslərin mayasında var – Mütləq. 

İnsan Mənanın təzahürü kimi, Allahın gerçəkliyi kimi dünyaya gəlir. 


 

226 


Gəlir ki,  mayasında olan həmin  mənanı üzə çıxartsın və onu təsdiq 

eləsin.  Ancaq  adını  çəkdiyimiz  din,  psixologiya  onun  qarşısını  alır. 

Dünyada gedən proseslər, siyasət, bütün oyunlar, insana münasibət, 

əyintilər  hamısı  ordan  başlanğıc  götürür.  Həmin  psixologiyanın 

yaratdığından  başlanğıc  götürür.  Dindən  başlanğıc  götürür  və  deyir 

ki,  bu  insan  düzələn  deyil.  O  bu  xarakterin  yiyəsidir,  bunun  başına 

qapaz  vurub  onu  idarə  eləmək  gərəkdir.  Siyasət  ordan  başalyır. 

İnamsızlıqdan.  İnanmır,  ona  görə  başlayır  siyasət,  oyun,  kələk, 

münasibətlərdə əyrilik. 

Asif  Ata  Yeni  Sivilizasiya  gətirdi,  Yeni  Nizam  gətirdi,  Yeni 

Quruluş  gətirdi.  İnsana  inamdan  başlamalıdır  quruluş.  İnsana 

inamdan  yaranmalıdır  gediş.  İnsana  inamdan  başlamalıdır  nizam. 

İnsana inamın əsasında biçimlənməlidir dövlət. İnsana inamın təsdi-

qinə  qulluq  eləməlidir  dövlət.  Asif  Ata  bunu  deyir.  Zarafat  məsələ 

deyil.  Ocaqçılar  çox  böyük  gücün  yiyəsidirlər.  Onu  dərk  eləmək 

gərəkdir.  Bizim  sayımızın  azlığı-çoxluğu  məsələsi  burda  rol  oyna-

mır.  Çox  böyük  ideya  daşıyıcılarıyıq  biz.  O  ideyaya  yiyələnməklə 

dünyanın axarını dəyişmək olar. Zatən Asif Ata ona görə gəlib. Yeni 

Bəşər Halı yaratmaq üçün. 

Dünyada  nə  baş  verir  versin,  mən  sizə  səmimiyyətlə  deyirəm. 

Buna dayanıb çox nikbin yaşamaq olar. Bilirsiniz ki, mən çox oxu-

yan adamam. Çox şey oxuyuram, çox şey düşünürəm. Mənim düşün-

mədiyim saniyə yoxdur. Oxumadığım məqam yoxdur. Nə dediyimin 

fərqindəyəm. 

İlham Soylunun danlamaq məsələsinə toxundu. Əslində mən heç 

vaxt münasibətlərdən sui-istifadə etməmişəm. İlham mənim sözümü, 

dediyimi ölçü kimi götürüb. Mən İlhamın söhbətində, sözündə doğru 

olmayan, yanlış bir şey görəndə onu demişəm. Bu danlaq anlamına 

gəlmir. 

Ata da bizi danlayırdı, düz eləyirdi. “Ruhani hökmlər”də yazıb ki: 

“Ata danlağı məktəbdir. Ata danlağı su kimi içilməlidir”. Elə olmasa, 

ruhaniyyat  yaranmır.  Nizam  olmasa,  ruhsal  tabelik  olmasa,  onda 

özbaşınalıq olur. 

Deyirlər  masonlar  belə  getdi  və  s.  Heç  birinin  etkisi  mənim 

qulağıma girmir. Bunu səmimiyyətlə deyirəm. O qədər güvənirəm, o 

qədər inanıram, o qədər dayanıram Asif Ataya. Min il bundan sonra 

qələbə  çalacaq,  qoy  çalsın.  Mason  tipli  əyriliklərin,  imperiyaların 

sonu  yoxdur.  İnsan  bunu  axıra  qədər  uda  bilmir.  Ayağa  durur,  onu 

məhv  eləyir.  Yetər  ki,  insanın  içində  elə  bir  qüdrəti  üzə  çıxarasan. 


 

227 


Ona  görə  dünya  məhv  oldu,  əyildi,  getdi,  o  belə  idarə  elədi,  yaraq 

belə getdi, bomba belə qaldı-filan. Bunların heç biri mənim qulağıma 

girmir.  Bu  saat  bayıra  çıxanda  bomba  təpəmə  düşsə  belə,  mənim 

qulağıma  bunun  etkisi  girmir.  Girməyəcək  də.  Asif  Atadan  mən 

o  ilhamı almışam. Dünyanın dağılıb yox olacağına inanmıram. 

İsa müəllim sual verdi ki, niyə Asif Atanın şəkli Günəşdədir. Asif 

Ata “Azərbaycanımız – Azərbaycanlığımız” adlı dəyər sistemi yara-

dıb.  O  dəyərdə  Azərbaycanın  ruhsal  mahiyyətini  bütünlüklə  biçim-

ləyib,  izhar  edib.  Dünənimiz,  bugünümüz,  sabahmız  deyə,  həmişə 

görüşlərdə  vurğu  edirdi.  Dünənimiz  Azərbaycanın  ruhsal  mahiyyə-

tindən oluşur, onu da “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər 

sistemində  göstərir.  Həmin  “Azərbaycanımız  –  Azərbaycanlığımız” 

dəyər  sistemini  mən  bütün  yazılarımda  açmışam.  Bu  Dəyər  sistemi 

Azərbaycanın işıqçılıq mahiyyətidir. Azərbaycanın mahiyyəti işıqçı-

lıq  deməkdir.  Mənəvi  işıqçılıq.  Zərdüştdə  işıqçılıq,  Dədə  Qorqudda 

ağsaqqallıq  –   işıqçılıq.  Babəkin  Xürrəmdinliyində  –  Fərəhçiliyində 

işıqçılıq. Nəiminin hürufiliyində – insançılığında işıqçılıq. Füzulinin 

aşiqliyində  işıqçılıq.  Muğamın  mənəvi  təmizləməsində  işıqçılıq. 

Sazın  tanrıçılığında  işıqçılıq.  Hamısı  işıqçılıq  mənası  daşıyır.  Asif 

Ata bunların hamısını öz içinə alan yeni bir dəyər yaradıb. 6 ideya-

sıyla. Bu da işıqçılıqdır. Asif Atanın işi mənəvi işıqçılıqdır. O mənə-

vi işıqçılığın simgəsəl (rəmzi) ifadəsi Günəşdir. Asif Atanın günəşi, 

işığı, mənəvi işığı, mənəvi qüdrəti. 

 

İsa  Mehdioğlu: Mən  sizin  herbinizdə  görmüşəm,  alovu  4  dilli 

verirsiniz. O nə deməkdir? 

 

Soylu  Atalı: O, mənim  ideyamdır. O herbin bütün biçimini mən 

vermişəm. Bu herb Ocağın deyil, Uluyurd Hərəkatının herbidir. Asif 

Atanın  ayrıca  Uluyurd  Hərəkatı  adlanan  ideyası  var.  Biz  ruhani 

hərəkatıq.  Bizim  işimiz  on  illərə,  yüz  illərə  dayanır.  Ancaq  bizdən 

asılı  olmayan  proseslər,  gedişlər  var.  Azərbaycanın  siyasi  nizamı 

olmalıdır.  Bu  siyasi  nizamı  ələ  alan  hərəkat  olmalıdır.  Bu  hərəkat 

tam siyasət olmasa da, siyasətə etki göstərən, onu öz etkisi altına alan 

hərəkat olmalıdır. Onun adına Asif Ata Uluyurd Hərəkatı deyir. 

Uluyurd  Hərəkatının  beş  prinsipi  var.  Bunlarla  bağlı  burada 

danışmayacam. Çox vaxt gedər. Herbdə iki bayrağın qovuşması var 

– Uluyurdun və Ocağın.  


 

228 


Onun  üstündə  yeni  abe  ilə  “Azərbaycan  –  Türkel  Dövləti”  sözü 

yazılıb. İçində də alov verilib, Azərbaycanın işıqçılıq anlamı kimi. 

 

 

 



O dörd dil də Asif Atanın insanda ruh anlayışına verdiyi tərifdən 

irəli gəlir. Asif Ata ruhu 4 keyfiyyətin birliyi kimi götürür. Deyir ki: 

İnsan – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. Ruh budur. Həmin 

ruhdan yaranan işıqdır herbdəki simgə (rəmz) – dörd alov dili. 



 

İsa  Mehdioğlu: Bu elə  bir  ideyadır  ki,  dünya  getdikcə  bəlkə  bir 

xalq  yox,  bir  neçə  xalq  buna  inandı.  Bunu  siz  hansı  yolla  qəbul 

edirsiniz – ateizmləmi, teizmləmi? 

 

Soylu Atalı: Nə deizmdir, nə teizmdir, nə ateizmdir. Mütləqçilik-

dir.  Teizm  –  Allahın  varlığını  dinə,  quruma  bağlı  olaraq  götürür  və 

din,  qurum  birliyində  ibadətlərin,  Allaha  münasibətlərin  formalaş-

masını özündə saxlayır. 

Deizm  –  dinin  məscid,  kilsə  və  bunların  əsaslılığını  irəli  sunan 

baxışı qəbul etmir, onun hegemonluğunu, ona ayrıca münasibət for-

malaşdırmağı qəbul etmir, yalnız Allahın olmasını qəbul edir. 

Ateizm – bunların hamısını inkar edir, rədd edir. Ateizm üçün nə 

Mütləq olan var, nə əzəli olan var, nə qutsal olan var, heç nə yoxdur. 

Maddiyyatçılığa dayanır bütövlükdə. 

 


 

229 


İsa  Mehdioğlu: Onda  sən  kainatı  bütövlükdə  qəbul  eləmirsən. 

Sən onun bir hissəsisən. Mütləq varlığın, böyük varlığın bir hissəsi-

sən. 

 

Soylu Atalı: Mütləq varlıq deyə bir şeyin hissəsi deyiləm. Mütləq 

varlıq deyə ayrıca bir şey yoxdur. Kainatın özünün içsəl qüdrəti var, 

nizamı var, uyumu var. Mən də kainatın qüdrətinin daşıyıcısıyam, o 

qüdrət məndə var. Bütövlükdə o Dünyalıq adlanır, məndəki İnsanlıq 

adlanır.  Kainat  Mütləqə  özgün  (aid)  deyil.  Mütləq  Kainatın  yiyəsi 

deyil. Yəni kainat ona özgündürsə, onda Mütləq olur kainatın yiyəsi. 

Bu, deizmdir. Asif Atada kainatın yiyəsi yoxdur. Kainatın içsəl qüd-

rəti  var.  Bu  qüdrət  kainatın  ağası  deyil,  nizamıdır,  uyumudur, 

anlamıdır. 

 

İsa  Mehdioğlu: Onda  belə  çıxır  ki,  hər  hansı  bir  layihəverici 

qüvvə bunları idarə edir. 

 

Soylu Atalı: Bizdə eləmir. 

 

İsa Mehdioğlu: Siz bu qüvvəni qəbul eləmirsiniz. 

 

Soyu Atalı: Biz idarəçiliyi qəbul eləmirik. 

 

İsa Mehdioğlu: Bu var axı, sən qəbul eləsən də var, eləməsən də 

var. Günəşin dalınca gecə gəlir, gecənin dalınca gündüz. 

 

Soylu Atalı: O idarə deyil. 

 

İsa  Mehdioğlu: Kainat  hamısı  zəncirlə  bir-birinə  bağlıdır.  Sən 

cazibə qüvvəsinə inanmrsan? 

 

Soyu Atalı: Öz üzərimdə izah edirəm. Mənim daşıdığım İnsanlıq 

adlı  qüdrət  məni  əşya  kimi,  mexanizm  kimi  idarə  eləmir.  Mən 

içimdəki İnsalığın tələbi ilə yaşayıram. İdarə olunmuram. 

 

İsa Mehdioğlu: İnsanlıq deyəndə, insanlığı sən idarə edirsən. 

 

Soylu  Atalı: İnsanlıq  idarə  olunmur.  O  ayrı  şeydir,  təzahür  ayrı 

şey.  Onun  görüntüyə  gəlişi  ayrı  şeydir,  onun  yaratması  ayrı  şey. 



 

230 


Deizmdə  o  qüdrət  yaradır.  Həmin  qüdrət  kainatda  nə  var,  hamısını 

yaradır.  Ancaq  Asif  Atada  kainatdakıları  kainatın  qüdrəti  yaratmır. 

Kainatın  qüdrəti  kainatdakılar  biçimində  təcəlla  tapır,  təzahür  edir, 

görüntüyə gəlir, üzə çıxır (aşkarlanır), yaratmır onu. Böyükdür fərq. 

Kainatın  içsəl  qüdrəti  kainat  biçimində  təcəlla  tapır,  təzahür  edir, 

görüntüyə gəlir. Belə bir harmoniya var, uyum var, nizam var. Öncə 

yaradır, sonra onu yönətir (idarə edir) ki, ay sən çıx, günəş sən bat, 

belə şey yoxdur. O, Asif Atada yoxdur… 

“Atagün” və “Ulufərəh” Ailə Günündə vurğu elədim, yazımda da 

var, Asif Ata türkə bəşəri sima yaradır. Bu nədə özünü göstərir? Bü-

tün  xalqlar,  Hindi,  Çini  çıxsaq,  dünyanın  yerdə  qalan  kəsimi  semit 

dünyagörüşünün  etkisindədir.  Asif  Ata  semit  dünyagörüşünün  etki-

sindən  türkü  çıxarıb,  onun  öz  içindən,  mahiyyətindən  gələn  dünya-

görüş ortaya qoyur. Bu əslində türkə bəşəri sima yaratmaqdır. 

Bunu  daha  incəliyinə  qədər  açmışam,  burda  çox  vaxt  almaq 

istəmirəm. 

Həm  də  bəşəriyyətə  milli  sima  yaradır.  Bəs  bu  nədə  özünü 

göstərir? Bütün dünyabaxışlarda millət anlayışı dışlanır. Asif Ata hər 

bir  milləti,  öz  dəyərləri  əsasında  bütün  keyfiyyətlərini  üzə  çıxarıb 

bəşər olmağa çağırır. Bu böyük ideyaya qulluq göstərir.  

Asif Ata deyir ki, millətsiz bəşər yoxdur və bəşər millətlərin uca 

keyfiyyətlərinin birliyidir. 

Bu  hikmət,  bu  məntiq  ona  gətirir  ki,  Asif  Ata  bəşəriyyətə  milli 

sima yaradır. 

Onun  ardınca  yazmışam,  Asif  Ata  bəşəri  peyğəmbərdir,  yəni 

İnam dünyagörüşü yaradıcısıdır. Peyğəmbər o demək deyil ki, Cəb-

rayılın  qanadlarında  daşınan  ayələri  topluma  diktə  edə.  Yəni  soraq 

gətirən  anlamını  daşımır.  Biz  Peyğəmbərliyin  fəlsəfi  mənasını 

götürürük. 

Yəni yeni inam dünyabaxışı yaradıb. Yaratdığı yeni dünyabaxışı 

ilə bəşəridir. Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil. 

Çünkü ayrı-ayrı millətlərin etnik kimliyinə əl uzadır, mahiyyətinə 

soxulur  və  həmin  millətin  milliliyini  rədd  edib  onu  ümmətçiliyə 

bağlayır. Milləti inkar edən millətin peyğəmbəri ola bilməz. Millətin 

peyğəmbəri ola bilməyən bəşərin peyğəmbəri sayıla bilməz. Asif Ata 

hər bir millətin oluşmasını təsdiq elədiyi üçün bəşəri peyğəmbərdir. 

 

 


 

231 


İsa Mehdioğlu: Peyğəmbər sözünü türkləşdirmək olarmı? 

 

Soylu  Atalı:  Əgər  biz  peyğəmbər  sözündən  bu  gün  əl  çəksək, 

peyğəmbərlik  meydanını  Məhəmmədə  buraxmış  olacağıq.  Asif 

Atanın baxışı türkdə oturuşduqdan sonra yalnız Ata sözü qalacaq. 

 

İsa  Mehdioğlu: Hər  şeyi  biləndir  peyğəmbər.  Çevirmədə  elə 

verilir. Farsca – hər şeyi qabaqcadan bilən. Türkcə Bilqamıs elə hər 

şeyi bilən deməkdir. 

 

Soylu Atalı: Peyğəmbər hər şeyi bilməyə də bilər. Hər şeyi bilən 

o  mənada  ki,  yaşamla  bağlı,  dünyanın  insanca  nizamı  ilə  bağlı  hər 

şeyi bilən. Yoxsa başqa mənada hər şeyi bilən deyil. 

Peyğəmbər anlamı, məzmunu bu gün bütünlüklə cəm olur həmin 

sözün başında. O sözün başında cəm olduğuna görə, türkün ağlında, 

istər  farsın  sözü  olsun,  istər  ingilisin,  peyğəmbər  sözü  oturub.  Asif 

Ata qəbul olunub bəşərə çıxandan sonra, o aşama başlayandan sonra 

peyğəmbər  sözü  aradan  gedəcək,  qalacaq  Atalıq  məsələsi.  Ata  hər 

şeyi  görəndir,  hər  şeyi  nizamlayandır,  elə  həmin  peyğəmbər 

anlamıdır… 

  

“Ailə  Günü”   “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var 



olsun!” səcdəsilə sona yetdi. 

  

 

Qürub Ayı, 37-ci il. Atakənd. 

(avqust, 2015. Bakı.) 

 

 

 



 

 

232 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin