Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz



Yüklə 4,91 Mb.
səhifə41/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
qızığı: ləzzəti). (duran: qalan. baqi).

sevgi canlılığın bəzəyi, sevimli könüllər gəzəyi. (gəzəyi: ovlağı. covlağası. seyrəngəhi).

sevgi cilov götürməz, kor tutduğun ötürməz.

sevgi daşı, təkin başda daşınmaz, iki könül çırpınmasa alınmaz. (təkin başda: təkin başla: bircə başla) (dənək, iki daşlı, sevgi, iki başlı). (hər nəyi dənəməyə dənək daşı, ölçüt, me'yar gərəkir. çin sevgidə iki yanlı, qarşıtlı, iki başlı olmalıdır. ().

sevgi deb bolma dilənçi ey könül, öylə bolqıl kim hamı sevsin səni.

sevgi dedik başı dibi bilinmiş, ucalığı dərinligi bəllənməz.

sevgi dedik könül dışı tapılmaz, heç bazarda satılmaz.

sevgi dediyin qanla utulmaz, qanla tutulmaz.

sevgi degən qıpı yox, dişi degən bığı yox.

sevgi dəğərin sevən bilməz, qanan bilər.

sevgi dərdi dadlıdur çəkmək olar, ayrılıq dərdi yaman çəkdin qırar.

sevgi dilə çönөndə, sınar qolu qanadı, sevgi qalar könüldə isti yeri qucağı.

sevgi doğan könüldə, yalnızlığa yer qalmaz, sevgi ölən könüldə, yalnızlığı qonaqlar.

sevgi dolça deyil gen qıslığı ölçülə.

sevgi dolsa könlüvə, yer göy itər sonsuz qapar evrənin.

sevgi donda qalmaz.

sevgi dosdu dilənişlə arama, bu iki dür sorağuşla tapılar. (sorağuşla: öğrənməklə).

sevgi duyqu götürməz.

sevgi duyu yox dili, onu sevənlər bili. (sevgi duyu: sevgi bir hissidir).

sevgi duyular, düşünülməz.

sevgi erkək dişi tanımaz.

sevgi evi könüldə.

sevgi əkdin, söygü dərdin qadası, düz tuxum yer seç biçirərsin lalası.

sevgi əldə deyil yapam qapısın, sevib sevilməyən çox olar.

sevgi ərklə deyil, sevilmə əldə deyil. (ərklə: istəklə. ixtiyarla).

sevgi gələr can alar, biz keçərik yol qalar.

sevgi gələr can verər, ölüm gələr can alar, biz köçəriz yol qalar.

sevgi girər baş itər. (sevgi girdi baş itdi).

sevgi gözdən su içir söz ürəkdən, gözdən ıraq sevgi batar, könül yoksa söz qatar. (qatar: qatlaşar. könlə yatmaz).

sevgi gözə kül eylər.

sevgi gözü könüldə olur. (başda yox).

sevgi gözü qarşılıqçı gözləməz.

sevgi gücü ölüm sıvay heç bir gücə əğilməz.

sevgi gücü, üstəlik ucu. (üstəlik ucu: qələbə açarı, rəmzi).

sevgi gülü tuxumsuz, söğmə kolu tikansız. (sevgi gülün tuxumu yox, söğməyin tikanı yox).

sevgi içində doğur, yanında olur.

sevgi ilə oynama, sevgini oynat.

sevgi ilə sevinc birgə yaranıb.

sevgi ilə sılaq yüz gəlsə, əlli əlli düz gələr. (sılaq: sıylaq: sayqı).

sevgi inamdan yaransa gərək, inam sevgidən ki yox.

sevgi inanc tanımaz, inanc sevgi doğurar.

sevgi işin qayınma, don dəğişər üz dəğişər tanınmaz. (qayınma: ciddi tutma).

sevgi işlə görünür sözlə səslənir.

sevgi keçmişdə qalmaz, sevgiyə keçmiş yaramaz. (eşqi, sevgini yaşamaq gərək).

sevgi kəndi gəlir, əlimdə deyil, ömür qısa, sevəni sev deyir.

sevgi kolu könüldə bitər, düşsə ələ dibindən itər.

sevgi korluğun bacılığıdır.

sevgi könüldə durur, bu dondu qurur.

sevgi qarnı doydurmaz.

sevgi qarnı doydurmur.

sevgi qarşılıqsız verilir, qarşılıqsız alınmır.

sevgi qaynaq ısığa ışığa, sevgisiz nə ısığ, nə ışıq olur.

sevgi nədir bilməyən, bayquş kimi tək ötər.

sevgi nədir, əlindəsə oyuncuq, əlindəsən qoyuncuq.

sevgi od kimi yaxar, od kimi sönməz.

sevgi odu tutunsa, öpgə ürək qavrılır.

sevgi oxu düz gedər, ovu ondan çaşmasa.

sevgi olar ölümsüz, doğmuş olsa içində.

sevgi olmasaydı, kini tanıyan olmazdı.

sevgi otdur düşdüyündə yandırar dörd bir yanı. (dörd bir yanı: dördbiryanı: hər yanı).

sevgi oyun götürməz, közə düşsə ötürməz.

sevgi oyun, başlanması bəllənməz, bitib batıb, sönər sönməz bilinməz.

sevgi oyun, itirəndə var qazananda, ötürəndə var, ötüşdürəndə, bıraxanda var bıraxılanda.

sevgi oyun, sindir içə ilk günün xoşluğunun, düşünmə heç son gününün qorxusun. (sindir içə: nuş elə).

sevgi oyun, yasasını bilgilən, sınmışisə, qalıqların silgilən. (qalıqların: xarabaların).

sevgi ölənə dək, hər yaşda yaşır. ama yaşla baş ara, uyar olmayınca, işlər çaşır. (uyar: təvafüq. munasiblik).

sevgi öz yolun gedər, sevənlər nisgilli düşər.

sevgi salsa ləngərin, sılağ onun dəngidir. (sılağ: sıylaq: sayqı).

sevgi savay hər nəyə var qarşılıq. (savay: alahı. istisna').

sevgi sayqı qovuşsa, ölməz evrən yaradar. .

sevgi sayqız bitməz olsun.

sevgi sevənin olsun. (iş yiyəsin tapsın, sevən sevənin). (aşiq mə'şuqlar birbirinə çatsınlar).

sevgi sevənlə doğur, sevməzlə ölür.

sevgi seviş bir yana, hər nəyə var qarşılıq.

sevgi seviş əldə deyil, könül başlar, aşar başı.

sevgi seviş qarşılığı bəkləməz.

sevgi seviş sevənləri dəğişər, onu tutan ululuğa ərişər.

sevgi sınav götürməz. (sevginin bir yönü inancdır).

sevgi sınır tanımaz, keçmişlərin anımaz. {(anlamadı bitməz olur sev yolu. (anlamadı bitməyi yox sev yolu). (sev: aşq. eşq)}.

sevgi sınır tanımaz, keçmişlərin anımaz. {(anlamadı bitməz olur sev yolu. (anlamadı bitməyi yox sev yolu). (sev: aşq. eşq)}.

sevgi sorqu sorağ götürməz, tutduğunu gücləməklə ötürməz.

sevgi sözləşmə götürməz (sözləşmə: gəngəş. danışıq).

sevgi tanış görünməz darıxdığın anında, könül gəzər sevdiyin, görməz, olan yanında.

sevgi varkən könüllərə ölüm yox.

sevgi varlıqların başıdır.

sevgi verilməli yox alınmalı.

sevgi verilmiş, alınmamış. (sevgi yolçuluq sevər, yox dilənçilik).

sevgi ya içdədir, ya öndə, sevgi geri art qalmaz. (geri art: ard dalı).

sevgi yakdur, sevgi od, düşsə yakar canan evin!. (düşsə yakar: düşmüş yakar).

sevgi yalan götürməz.

sevgi yarqı götürməz. (yarqı: qəzavət).

sevgi yaş tanımaz.

sevgi yoxsa bilməzəm varlıq nədir yoxluq nədir.

sevgi yoxsa könül işi açılmaz.

sevgi yolçusu ol, yox dilənçisi.

sevgi yolu nisgil dolu, sonsuz qolu, sevgiligin yürüşü, sevənlərin üzüşü.

sevgi yolu sayqı sılaq döşəli.

sevgi yolu sayqı yolundan keçmiş.

sevgi yolun tapar.

sevgi yüksüz olmaz.

sevgi yükü sevən kiminə düşər.

sevgi zor götürməz.

sevgi, coşun çaydan, bərkiliyin dağdan, dərinliyin dənizdən alır.

sevgi, içdə durmalı, sevən, onu sarmalı.

sevgi, ölümdən güclüdür.

sevgi, şüşədir, tez sınar.

sevgiara tanışlığlar yoşansa, ayrılığlar qın çətin. (yoşansa: xoşa gəlimsə. yoşdursa. xoşdursa).

sevgidə sınan nisgilli qalır, yenidən sevən, sevisin tapır. (sevisin: sevgisin).

sevgidən uzaq keçirsə anın, yazma onu keçən ömürdən, daşda bitən sevgili gülün, içər suyun can könüldən.

sevgidən, sevgi doğur, sevgisiz, ürəkli olur. (ürəkli: ürəyi qalmış). (sevgidən, sevgi doğar, sevgisiz, umacsız qalar).

sevgidəndir doğrulur ıstıq ışığ, sevgi yoxsa yoxdurar ıstıq ışıq.

sevgidir tanrım, nərdə bulsam tapınım.

sevgilər çoxu qıraqkən doğulur, yaxınkən boğulur.

sevgilər daldı qonur aşq quşu bir duraq olsun deyərək. {çırpıntılar talaşlar çabalar aşqlar kəndimiz üçün, sevgililər dolama (mahana)}.

sevgilər günü təkinə qalan, alahı günlər dosları yalan.

sevgilər könlüdə yaranır, başda ona yular aranır. (yular: cilov).

sevgilər sayqı əsiri qayğı əsiri, olmasaydı nə bu nə o, sevgi olardı yellər yesiri.

sevgilər sönük, əlllər soyuq, havada donuq, buz devrinə alışsaq.

sevgilər təzə, arzular yeni, könül çarpan, ürək qocalır.

sevgilər ucuz tapılır, inanclar gücünə.

sevgilər uçurkən başqalaşar, qonurkən daşqalaşır.

sevgilər verir ışıq yaşama, sevgisiz dirik deyil yaşama.

sevgilər yaşadır, sevgisiz ölür yaşamaq.

sevgilər yenidən yaşanmır, yenidən yaranır.

sevgilər yolu buruğqan, kimi kəndinə buyruqan. (kimi kəndinə buyruqdur: hər kim öz bildiin edər, sürər).

sevgilərdə kəndimizlə itişdik, sevgilərdə kəndimizlə görüşdük.

sevgilərdə kəndimizlə itişdik, sevgilərdə kəndimizlə tapışdıq. (sevgilərdə kəndimizdən itişdik, sevgilərdə kəndimizlə tapışdıq).

sevgilərin gedməsini güdməyən, bəllənməmiş qadalara tuş gəlir.

sevgili göz əğri bilməz. (görməz).

sevgili göz kor olar.

sevgili könül qəmsiz olmaz, sevgisiz dəmə dolmaz.

sevgili könül qəmsiz, sevgisiz könül dəmli qalmaz.

sevgili ölür, sevgilər yaşır. (sevgili: mə'şuq. məhbub).

sevgili ürək kövrək olur. (kövrək: yumşaq).

sevgilidə olma gülüm qar dənə, ayrı yağıb ayrı düşüb toxunmadan ərirsin.

sevgililər itərmiş, sevgiyə inanc itməsin.

sevgililər köngül içrə quylanırı, silinməz.

sevgililik bir dilək, dilənçilik götürməz, dilənçilik bir işdir, sevincilik ötürməz. (sevincilik: fəxr).

sevgilin gözü kor olur.

sevgilin gülü var, ciciyin, tikanı.

sevgilin qayğısı sevgi özü tək yoşqalıdır. (yoşqalı: ləzzətli. xoşa gəlim).

sevgilin uzaq, izini bıraq.

sevgilindən alanmasan sevdigin çək sevgivi. (çək: həd. dərək. qədər. əndazə).

sevgilinin qadasını alası, sevgi ocaq gözəlliklər balası.

sevgilinsə var sevgilinlə ol, sevgilinsə yox, sevgivi yaşat.

sevgilivə dərək ver, verənməsən dərib alınar, alındısa ahı qalınar. (yarıvı sevirsənsə qədir ver, qədir verməsən əlindən dərib, qoparılıb alnar, əldən verəndən son, nisgili, ahı yığılıb dağlarnar).

sevgilivə sevdigi gözlə yox, sevdigin gözlə bax.

sevgilsiz ürək köksüdə yükdür. (köksüdə: sinədə).

sevgim ana mən bir uşaq, vurub əzsə genə ondan qaçanmam. (sevgim: eşqim).

sevgin gedsə qayğırma, səninkiymiş gedməzmiş.

sevgini acı öldürmür, yalan öldürür. (sevgi acı ilə ölən deyil).

sevgini bildir, sayqını qoru, çəkini bil. (çəkini: həddi. həddini).

sevgini qorumaq, onu tapmaqdan çətindir.

sevgini öğrəş quyəşnin eşqidən, hər gecə ölgi, gözəl aynı deyib. (ölgi: ölmüş. batmış). (aynı: ay ışığı) (deyib: istəyib).

sevgini övməyə yaranmamış bir söz, ən böyük söz yansıtır ən kiçik parçacıq dağdan.

sevgini sevən yaradır, sevgini sevməmək '' yara ''dır.

sevgini tapmaq, onu qorumaqdan qolaydır.

sevgini ver sevənə gör nə edər.

sevginin ardınca ol, dalınca yox. (sevgi yolçusu ol, yox diləncisi).

sevginin ilkin dadı sona qalmaz.

sevgisi olmaq, onu verməyə kimsəsi olmaq, çağı olmaq, olası (imkanı) olmaq. hərəsi bir olay, macəra sayılır. hamısı bir kişidə toplanması, tapılması umay adlanır. (umay: şans).

sevgisin atan kim, sevgidən atılan kim.

sevgisin paylaşa bilən mutlular.

sevgisində kəndi özün itirən, sevgisində kəndi özün taparmış.

sevgisinə nə çatır bilirəm, sevgisində nə çatışmır bilmirəm.

sevgisini sevdiyinə deyənməz, günü gəlir söğüş söyər kəndinə.

sevgisiz başda, düşüncə yurd salmaz.

sevgisiz könül gor yatağı. (solumağa yardım gözləməyən, sevməyədə gözləməz).

sevgisiz könül olmaz, yönəsiz yel.

sevgisiz könül üşəgən olur, sevgiyə dolu diləgən. (üşəgən: çəkingən). (diləgən: istəgən. dovtələb. amator. könüllü).

sevgisiz sayqı yaranmamış, sayqısız sevgi duranmamış. .

sevgisiz ürәk qapısız qalır, ol ürəyi, pas kitir basır.

sevgisiz yaşam gor yaşamı.

sevgisiz yaşam, ölütün aşam. (ölütün: ölüsün: ölü kimi).

sevgisiz, varlığın nəyi var.

sevgivə düşdüyün seç.

sevgivi tanıtmaq üçün yaşma, sevgivi yaşatmaqla tanın.

sevgivi ver alana, yaman qalsın danana.

sevgivi ver sevənə gör nə edər.

sevgivin tümün heç nəyə vermə, hər nəyə hər kimə versən pay ver. (tümün: bütünün).

sevgivin tümün heç nəyə vermə, hər nəyə hər kimə versən pay ver. (tümün: bütünün).

sevgiyə aldanılan birdə inanmaz.

sevgiyə olma qul könül, çox sevdiyin alınır, külü başan savılır.

sevgiyə sayqu, sonuna qayqu, könülə duyqu gərək.

sevgiyə tapınan, sevgisin tapar, tapmmasa nisgilin yapar.

sevgiyə vergi qoyan ursansın. (ursanmaq: cəzalanmaq). (sevgi koşul tanımaz).

sevgiyə yad olanlar, tez atılar könüldən.

sevgiyə yad, könüldən at.

sevgiylə ölüm yarışı yaşam adlanır. (yarışı: gürəşi).

sevgiynən məhəbbət, yalançılar bazarında, alınar, satılar.

sevi aşqda bəkləyiş qadağ, bəkləyiş aşıqların belin qırar. (qadağ: məmnu').

sevi bir duzaq, ondan uzaq. (sevi: məhəbbət. eşq). (duzaq: tələ).

sevi sevənlərə, aşq aşıqlara oyunçaq. (sevi: məhəbbət).

sevi sevgi - (nə? niyə ? nasıl ?), götürməz!. (sevi sevgi: eşq məhəbbət).

sevi seviş yaşadır, aşq çəkir dara. (aşq: aşırı sevi. vunqunluq).

sevi yolu könüldən keçir.

sevi, sevgi, eşq, gerçək, kirtik, ''donsuz'' görkənə bilməz, deyilə almaz. {(sevi: məhəbbət). (gerçək: kirtik. həqiqət). (donsuz: simgəsiz) (görkənə: görsənə). (''sevi, sevgi, eşq, gerçək, kirtik'' bunları nərsə ilə bildirmək, carlamaq gərək}.

sevigin paylamaq bönlük, payın almaq dilənçilik deyil. (sevigin: məhəbbətin) (bönlük: səfehlik).

sevilənlər göz önündən gedirlər, sevgiləriz könlünüzdən ayrılmaz.

sevilibsə unudulmaz, görünməmiş yada düşməz.

sevilmədən deyilənlər sevilibdə deyilməyənlər, dərd olur hərdən.

sevilmək uman, umusuq qalar, nisgilə batar, sevgini atar.

sevilməməkdən qorxan kişi, çevrəsinə toxunar. (toxunar: zərər yetirər).

sevilməyə alqın, sevilməməkdən dalqın olan, kəndin ucuz satar. (alqın: aşiq). (dalqın: darqın. müşəvvəş. müztərib. iztirablı).

sevilməyi gözləmə, sevmisənsə bəkləmə.

sevilməyi gözləməm, sevməksizin qalmaram.

sevilməyi gözləyəndən boşqafa elə özüdür. bunlar içiqurdlularının yemidir. (boşqafa: qafası boş).

sevilməyi gözləyəndən gözlən. (gözlən: ehtiyatlı ol).

sevilməyi, sevdirməyi, sevməyini bacarmaq, hər kişidə tapılmaz.

sevilməyib yanızlığı yaşamaq, ilan kimi, yalnızların başın əzər bu evrən.

sevim, sevgi, sevmə ayaqsız yüryəməz, qabsız duramaz, nədənsiz olamaz.

sevimin dərdinə nə sən qarısan yaki yaşıl, düşdüyü ornu yaxıb küydürübən ol keçəcək. (yaşıl gənc. cavan). (dərdinə nə: vecinə nə). (ornu: yeri).

sevimli söz sıcaq tutar ürəyi.

sevimsiz daşa dönər, çevrəsin əzən başa.

sevin sevilin, sevgi yaşam dadıdır.

sevinc ara, çilə kəndi gəzir səni. (çilə: dərd). (gəzir: gəzib tapar).

sevinc çəkdən aşa dəlilik, eyilik çəkdən aşa kotanlıq adlanır.

sevinc duyqudan doğur.

sevinc güvən yaradar, kin öc qalxar aradan.

sevinc irəli atar, bilik yarını yapar.

sevinc qorusan, onla ucalarsan, sevişli qocalsan, qoca deyil, cavansan.

sevinc paylaşılır, mutluluq paylaşılamaz, yaratılır.

sevinc su üzdə doğulur, gecikdin batıb boğulur.

sevinc tükənməz baylıq, istəyincə tükət. (baylıq: xəzinə) (tükət: işlət).

sevinc üzdə, mutluq içdə olur.

sevinc, şadlıq özbaşına gəlməz, bələtçi güdər, qaxınc çilə başçı aramaz, özbaşa gəlir. {açıqsa qapı, öğünc avucu güdür, qapıqsa qapı, döğünc döğməmiş girir. (öğünc: sevinc) (avucu: qarşılayan. alıcı. alan. qəbul edən)}.

sevincə qanan, mutlu!.

sevincə qulluq, seviş tanrı yoludur.

sevinclər mutluluqlar keçərmiş, qırıqlıqlar könül içrə tutuşmaz. (tutuşmaz: bitişməz. toxdamaz).

sevindinsə tükənməgin bilgil, bəğəndinsə bıkındığın bilgil.

sevinən, sevgisin yaşır, sevindirən, sevdiyin yaşatır.

sevini tapan qıvanar. (məhbubu tapan sevinər).

sevinməyə tezikmə, ağır işdən qaçınmağa çevikmə. (çevikmə: ivəmə. tələsmә).

sevinməyə tezikmə, eyku işə gecikmə.

sevinməyin bilməyən, savdiyini, sevilməyin, üzülməyin nə bilir.

sevirdi istəməyi, istəyirdi sevilməyi, sevirdi sevməyi.

sevirəm demə, ağır olur sevməyin yükü.

sevirəm demək, and içməklə yarışmaz. (yarışmaz: tutmaz. doğrulmaz).

sevirəm deyən dillərə yox, ağlar duran gözlərə işən. (işən: inan).

sevirəm deyən sözlərə deyil, ağlar qalan gözlərə deyil, könül bulduğun yapır, baş bildiyin.

sevirəm sözünü gətir dilinə, sevirəm özünü görüt gözümə.

sevirən səni deməklə nə sən ayağa düşdün, nə sevgi alçaldı.

sevirsə səni acısında ut, sevmirsə səni balında unut.

sevirsən sev, sevmisən sevmə, bu sevgidən ayrılıqdır sənin payın, axdarda tap harda çıxır sənin ayın.

sevirsin sev, verirsin ver, sevilməyi, alınmağı gözləmə.

seviş dinməz girir, bağırdıb çıxır. (seviş: eşq).

seviş quşu yuva qurmuş könüldə, ötür genə umut mahnısın, ötürdə yaş sönmək üzrə irəlir, ötüb keçən keçip gedən keçmişlərdə itgi yox. (mutluluq carçısı).

seviş sevinclə doğulsun, yoxsa sevinc boğulsun. (sevmə, seviş dilənçisinə görməzdən gəlmə ən iyi yanıt).

seviş söğüş birgə doğmuş, başqa yaşamış. (seviş söğüş: eşq nifrət).

seviş söğüş yasal değil, yasa dır. (seviş söğüş: eşq lə nifrət).

seviş sözünə yalan qatan, düz ilqarı duz çörəyi alanmaz. (alanmaz: dərək verəməz).

sevişənlərə atmayn daş!, olun duydaş.

sevişlə söğüş, soxuşlu döğüş. (soxuşlu: birbirinə keçmiş, ayrılmaz. əşdoğarlı. doğaşıq. toxuşlu. ekizli).

sevişlə sövüş birgə doğmuş.

sevişlə söyüş birgə doğur, dirgə yaşır. (dirgə: digər. ayrı).

sevişlər keçmişdə qalır, indivə yalnız kölgə salır.

sevişmə tez, tanışma gec tuş gəlir bizə, dinclik uzaq, ayrılıq qolay ilişir bizə.

sevişmədə əlli əlli oxumaz.

sevişmənin izi yox, çox qurcasan içi pox.

sevişməyi bacaran, unutmağın öğrəşsin.

sevmə birin tümünə, ən sevdiyin, ən acıdan kimindir. (tümünə: dibinə).

sevmə özləm, sevgi nisgildi verir anlamını bu yaşamın!.

sevmədiyin arpız, burnuvun dibində qoxur.

sevmədiyin düşünmə, düşündüyün sevgilən.

sevmədiyin yarpız, burnuvun dibində qoxur.

sevməğənə söykənmə, untun gedər, min qızıllıq başın bir pul edər. (untun: unatın. bahan. qiymətin. (bir pul: bir qəpik).

sevmək başqadır. -aşıqlığın sonu yok, tezli gecli yanıb küyüb ötərsən. (ötərsən: bitərsən. keçərsən. yoxalarsan).

sevmək bir quş durur, yuvasın könüldə qurur.

sevmək cocuqlar işi, kişilik unutmaqda. (kişilik: kimçilik).

sevmək çətin deyil, sevməmək qolay (deyil).

sevmək doğmadırsa, unutmaq öğrəşmılidir.

sevmək dolmaqdır, sevilmək doldurmaq.

sevmək əldə, durmaq bilməz tələsər, unutmağa çox tələsmə çağ istər.

sevmək ilə güvənmək ayrıq seçik götürməz. (ayrıq seçik götürməz: mütəmayiz olanmaz).

sevmək inanmaqdır, inanmaq istəmək.

sevmək könül işi nədən bilməz, başın sözü qıyın könlə girməz. (nədən: dəlil. istidlad) (qıyın: çətin. müşgül).

sevmək könül işi, qırmaq evrən peşi. (peşi: peşəsi. işi).

sevmək nədir bilməyir sevilməyi gözləyir.

sevmək sevilmədən, düdüklərin işidir!.

sevmək sevilmək olan yerdə, küsmək və darılmağa yer qalarmı?.

sevmək üçün ürək gərək, sevməmək üçün də. (ürək: qab, cürət).

sevmək üçün yürək, sürmək üçün əmək. (əmək: iş. çaba. ağrıq. zəhmət). (sevənə, yürək, sürənə, əmək gərək).

sevmək yaşam, onsuz boşam.

sevməkdən sevimlisi bulunmaz.

sevməklə sən dəğişirsin, sevilən yok.

sevməsəndə sən toprağı, toprağ səni çox sevər. (toprağ səni qucumaq istər) (toprağa sayqı gərək).

sevməyə gülməyə, alqışa yarqışa yan baxma!.

sevməyə nədən yox, sevilməməyə nədən çox.

sevməyə tələsən, tanımaz sevər.

sevməyən ürək, qorxunc qulu.

sevməyənlər əksik qalır, sevəgənlər butun alır. (butun alır: diləyinə çatır).

sevməyənlərnə dusdaq, sevənlərin bulamazlar.

sevməyi öğrədirlər, unutmaq öğrəşilir. (bilki unutmağı öğrənməsən, söğüş, iğrənc, qısqanc, cicik (nifrət) içivi qapsar, çürürsün artıq).

sevməyi öğrən, sevimli böyü.

sevməyi sevəmən, içi yoxsada, sevməyi söğəməm, sonu yoxsada! (sevəmən: sevirəm). (söğəməm: nifrət edəməm).

sevməyi yaşamaq, yaşamı sevmək deyil.

sevməyi, kordan öğrəş.

sevməyin bacarmıyan, küsməyin bilməz. (bilməz: bacarmaz). (hər nəyin yolu var).

sevməyin başqa dili, qarlığa ya yaşlığa baxmazda gülüm, könlə hopsa, başı başdan, canı candan, təni təndən eylər. (qarlığa: qarılığa. qocalığa). (yaşlığa: gəncliyə. cavanlığa).

sevməyin bilməyən, sevənin incidir.

sevməyin öğrəşdin, unutmağın öğrəşməsin unutma.

sevməyin sonu, sevənə ayrılıq yoxdur.

sevməyini bacaran, yaxşılığa uğramış, sevməyini bacarman, yamanlığa uğrarmış. (bacarman: bacarmaz).

sevməyini bacarma, sevilməyin tanıma, mutluluğun haçarı.

sevməyini bacarmaz, süycü yaşam quranmaz. (süycü: dadlı. şirin).

sevməyini bacarmıyan, boş başına iş açar.

sevməyini bilməyən söğüşdən almış payın. (söğüşdən: nifrətdən).

sevməyini öğrəşən, unutmağın bilməli.

sevməz yaşam durmağı, sevdin bitdi öt keçə, sevgi odur qaynaya, daşdan dağdan öt keçə.

sevmir səni unut gedsin yadilə, sevir səni qalsın qatda dadilə. (qatda: yanda).

sevmisin sevənin yok, vermisin alanın yok, doğru sözün yalanın yok, fırladıban çıpar yerə bu evrən.

sevmәyәnə mutluq üzü gülməmiş.

sevmөyini bilmөyөn, qırmağını bacarmaz, darlıq günü görməyən, dinclikdə duranmaz.

sevnic tökülür sevgilə biləsən bunu, sevgilin törətməz sevinci sənə, gələn yollar gedərsiz olmaz, sevinc 'için keçməsə' doğmaz,.

sevsə könül önlənməz.

seziksiz yerdən gələn daş, yarar baş.

səbət içində görünür dolu qab, çün çıxartdın odur genə quru qab.

səfehdə susanda, ağıllı görünür.

səfehlik, düşünüb eləmax dəyir, düşünüb eləməmaxdi.

səfeyə ağıl oyrətməkdənsə, ondan ağıl öyrən.

səfeyin kiçi böyüyü olmaz.

səfeyin yolunu aç, uruşa qaç.

səfeyin, böyük çiçiyi olmaz.

səggiz sığır bəsləmə, səmiz sığır bəslə.

səhər durdun, günü görməsəndə, olduğuna inan.

səhərin uğurlu deyənlər, elə səni, günlərin bir günü, basdırıb yarıq (rəhmət) olsun deyər.

səksən doxsan bir gün yoxsan.

səlivər mala göz tikən, alıvar maldan qalar. (alıvar: almalı) (səlivər: salıvar. . səlləminə. yiyəsiz. ıssız).

sən ağa, mən ağa, inəkləri kim sağa. (hər qurumda verilər hər kəsin öz bəlli işi).

sən alma qələmi, yazma yazını, içində olan, necə yazılı.

sən atllıydın mən yürük, bir amaca yürüdük. (yürük: piyada).

sən baxmadan görməyəcək dan səni. (sən baxmadan gülməyəcək dan sənə).

sən baxmadan gülməyəcək dan sənə. (sən baxmadan görməyəcək dan səni).

sən bas yola ayağın, yol gərəkin baş çəkər. (baş çəkər: baş bilər).

sən bunu milli görüsən, sən məyə görmüsən.

sən damdırmağı öğrət, danmağı özü öğrəşər.

sən dəğməzsin, sən bir çöp, tutarsızsın, tutar bilməzsin. (tutar: qiymət).

sən doğru dur, əğri qadasın bulur.

sən dosları sorağla, düşman ocaq başında.

sən düşün qılın işlərivi, ötün atın acraş çapar. (ötün: zaman). (acraş: tələsik).

sən düşündüyün düşün, baş düşənin çəkər. (çevrəyi yoxlayıb düşünməsən, başa düşəni, başa düşməzsən). (düşəni: gələni).

sən evrənlə iyi davranmağın onun uğrunda deyil, qurd bilməzki sən onu yemək istəmirsən. (uğrunda: marağında).

sən ən gözəl duyqular, ən ağır sevgilər ölütü, yazıqlar sənə gedinən çağa. (ölütü: qatili). (gedivən: harcanan. xərclənən).

sən gedəli yuxu oldun gözümdə, təkcə səni görmək üçün yummalıyam gözləri.

sən gördüyün sevmisən, nə olduğun görmədən, olduğuyla yaşarsan, nə çəkdiyin görərsən.

sən gülüvü unutma, tikən gülü unutmaz.

sən gülüvü unutma, tikən unutmaz gülü.

sən kəndivi bəğəndiğintək kimsə səni bəğənəməz. kəndivə güvən.

sən kəndivi sevindirəntək kimsə səni sevindirəməz.

sən ki çıxmazdın yola, sevgin yanında olmasa, qopalırqa yolçuluq qıldın de bəs yalnız niyə. (qopalırqa: birdən. yügürək).

sən kimidin! yalan dolu yaratıq!. sən uydurdun yalanları, mən onları düz oxudum, qırıq ipdən, çürük sapdan mən sənə bir don toxudum.

sən könüldə dur yaşa, gözüm görməsə olar.

sən qalmağın diləndin, ol qaçmağa dirəndi.

sən qıl yaraq igitkən, yaşın keçsə devrir işin bəllənməz.

sən qoçaq oğlan ol, qaranlıq gecələr çoxdur.

sən maya qoy baxıb zad eləmə, gəlib burda yeri dar eləmə.

sən məminmləsən sevirəm, sevinirəm.

sən məndə sən mən səninlə yaşaram. -sən yoxikən, mən yaşardım olduğun, sənsiz olmaq alınmaz, nədir demək qanılmaz, sən yoxikən başqa səni taparam, sən olmasan başqasıda tapılmaz, ürək pası açılmaz.

sən mənə nə üzül, nə süzül (qırcan). (üzül!: mütəəssif ol!).

sən mənə, mən sənə salığ. (salıq: sancığ. bağlı).

sən o sən deyilsən, kəndivə güvən. keçinmiş kiçmişləri qoğ, gələnləri qutluğa yoğ. (keçinmiş: ölmüş) (yoğ: yor).

sən ona, mən ona, boq yemək qalar ona. (sən razı, mən razı, pox yedi aradaki qazı. (onamaq: razı qalmaq).

sən öğrəş, aldış axar ardıca. (aldış: adət).

sən ''sağ'' ol, qalan ''var'' olar. kəndivə güvən.

sən sandığın sanırsın, yaşam sürər öz yolun, öz ornuvu bulmağa, yaşamdan alqıl yolun. (ornuvu: yerivi).

sən sardığın sar, o sağdığın sağacağ. (sağmaq: açmaq. boşaltmaq. çözmək). ( sarmaq: 1. dolamaq. 1. doldurmaq).

sən sev səni sevəni, səni sevən sevəsin səni, sən sevməsən səni sevəni, səni sevən sevəməz səni.

sən sev, sevilmək kəndi gəlir.

sən sevdiyin atarsan, mən sevdiyim yaşar mən, sən dediyin utarsan, mən duyduğum anar mən. (utarsan: unutarsan).

sən sevən değil yoldaşın, səni sevən yoldaşın.

sən sevənivi tut dişlə, sevməyənivi qapma ama!.

sən səfehləsən, ya özüvü səfehliyə vursan, ikisidə bir gəlir.

sən sən ol, el sözüylə yola çıxma. el sözüylə yola çıxan, el yolunda yorular. (yorular: məhv olar).

sən sən olsan tanqalıqla barışma, tanqalıqla heç bir kişi başarmaz. (tanqalıqla: < tənhalıqla. yalnızlıqla).

sən unutma gülü, tikən yanında gülün.

sən yapdığın söylə, keçəməz böylə, bir gün barış, başqası yarış, bitər ayrılıq, başlayar yenə, yeni sevgilər, əsgi bir oyun, olamam qoyun.

sən yiyə çıx öz dilən, gələn quşaq yanmasın, gəlib ötən danmasın. (quşaq: nəsl).

sən, dadlı bir uyal, acı bir anısın. (uyal: xiyal).

səndə kəndi düşünü yap. gəlcəyin dart, artığın at.

səndən demək, ondan inanmaq.

səndən ey can azdıra bilməz məni illa əcəl. (azdıra bilməz: münqəti' qılmaz).

səndən qalan geridə ölmüş, lap yenisi yerini tutmuş.

səndən öndə yox yazı, öz əlindi yol yazı. (yazı: 1. tale'. 1. yazır. açır).

sənə bir sözdü deyildi, küsənin ardıca qaçma, keçəni bir daha anma.

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. (Araz Gunduz).

sənə sağır birinə, soğur olsan, götüvə güdən keçirir. (güdən: yoğun, qısa dayaq). (sənə kar birinin qarşısında kor olsan, əinə gələni yerləşdirər sənə).

sənə verdim bir öğüd, öz unuvu özün öğüt.

sənə yaxın səndən ıraq düşürsə, demək ona başqabiri yaklaşıb.

sənə yakışanı sev, yapışan olmasada. (yakışan: yaraşan).

sənətinə kim xor baxar, boynuna torba taxar.

səni adam edən dildir, sənə adamlıq öğrədən düşücən.

səni çox sevən səni gündə görən yox, səni gündə arıyandı.

səni görüm gözəlliyə dolasan, gözəllikdən doymuyasan.

səni qaldıranda süpürgədi, endirən də dәstәsi.

səni qutlu edən kim olası dənənmədən bəllənməz.

səni mutlu edən iç duyun.

səni özləyən ölmüş, gözləyən gedmiş, qalan geriyə, bir mənəm bir sən.

səni sevdiyim qədər, kəndimi sevseydim, sənə verdiyim dəğər, yarsını kəndimi verseydim.

səni sevəni ağıdursa ut, sevməyən səni baldursa unut!.

səni sevməyəni sevmək yazığlıq (bədbəxlik) deyil, hovanlıqdır, səfehlikdir. çürük iplə salıncaq, altın dərə boş quyu. (hovanlıqdır: axmaqlıqdır).

səni sevməyənləri başına bırax, sevənlərlə könüllü tutaş.

sənin başıva söz yoxdur, hər nə var quyruğundadır.

sənin köyün mənim köydən, bir yaşqadır ayıran, tutursa od, əsirsə yel, qalxar yaşıq, bu ayrıcı qayıran!!!. (yaşqa: yaşıq: pərdə).

sənin necə görünməyin necə olduğundan yox, başqaların necə baxdığından asılıdır. kəndivi düşün, özgədən üşün.

sənin özgün (sevgin) düşüb, göğsüm ara, od tütür.

sənin üçün dəğişən, səni satar, başqasiylə dəğişər.

Sənin yaşın böyüksə, mənim də yolum böyükdür. (Araz Gunduz).

səninlə olmayıb üzündə sökən, səninlə olub arxada sökəndən qorx. (biri ilə olmaq: əməkdaşlıqda, işbirliyində olmaq). (üzündə sökmək: gizli olmayıb açıq sözün deyib ilişdirən).

sənlə olan sənlə keçir, sənə ola sənə keçir.

sənsiz evrən tanışım, sənli günə alışmağa çalışdım.

sənsiz günüm aya dönər, xoşluq gedər vaya dönər.

sənsiz ötün ötmür, sənlə ömür yetmir. (ötün: çağ).

sənsizləsəm tayın bullam, yaxcı pisin yolun billəm.

sənsizligə alışmaq nə qolaymış, inanmayıb sanmadığım olaymış.

sənsizliyə yügürən bitər, sənsizliyi atan bitirər. (atan: tərk edәn).

sənsizliyi unutdum, indi keçən xoş günlərin eşqinə.

səpəndə sandıraş olsa, ötgündə (biçində. xərməndə), irtiş olmaz. (səpəndə sanış, biçəndə barış). (səpən gülüşü, biçənə qalmaz).

səpəndə sandıraş olsa, ötgündə (biçində. xərməndə), irtiş olmaz. (səpəndə sanış, biçəndə barış. - səpən gülüşü, biçənə qalmaz).

səpici (aşçı. dəriçi. dəbbağ), sevdiyi dəriyi yerdən yerə endirər. (çırpır).

səpidə izin olsun, bükətdə üzün olsun. (səpidə: əkində. tarlada). (bükətdə: xərməndə. xırmanda).

səpilən dən yığılır, deyilən söz qaçınır. (atılan ox qayıtmaz).

səpilməyən toxum göğərməz.

sərçə səmirsədə, batman olmaz.

sərçə, yağış yağsa balasın, dolu yağsa öz başın qoruyur.

sərçədən qorxan darı əkməz.

sərmaya: damızlıq. anamal. aramal.

səs ışıq tanımaz, göz qaranqunu danmaz.

səssiz gizli sevənlər, dinməz inlər ölərmiş.

səvərsən səvilməsən, səvərlər səvənməsən, sevdiyinlə yox, sevəninlə ol.

səyasətdə düzlük, oğurluqda uğurluq olmaz.

sıça sıça gedən, yallıya yallıya gələr. (iş, sorum altda özün batıran yellənə yellənə geri dönər).

sıçan bacanı gəzir, kişi açarı.

sıçan balası torba deşər.

sıçan çıxdığı deşiyi tanıyar.

sıçan görəndə pələngə dönən pişik, pələng görəndə, sıçana dönər.

sıçan keçər, yol salar.

sıçan kimi, bir gözü var dəlikdə.

sıçan kimi, hər dəliyə baş vurur.

siçan pişik qorxusundan kiçik qalır.

sıçan sığmaz ininə, qəlbir bağlar belinə.

sıçan yaşır, seçən yaşır karvan durmaz yolundan, seçimli dur yaşamda, dən götürqıl yoldaşın. (dən dənğ: uyqun).

sıçan yolun tapsa izlər, tapdığın oğurlayıb gizlər.

sıçan yuvasıda ışığın gündən alır.

sıçandan törən (törəyən) torba dələn olur.

sıçanlardı çıxan taxda, pişiklər olmayan yerdə.

sıçanotu ila qarnıvı yarağlayıb (doldurub), sağlıq gözləmə.

sığar məndə iki cahan, mən bu cahana sığmazam.

sığın amaca dönmə araca.

sığınma daxmava, orasında gün çıxmaz, gül bitməz, günəş çıxıb, yetər kəndivi sərə ver, tək bıraxma dosduvu, uzandı əl tuta ver.

sığır sayqı sılamaz. (sayqı sılamaq: sayqı sıylamaq: kəsinliklə hörməti iyi qarşılamaq. qatı ehtiram, gözətiş göstərmək).

sığır sılağ götürməz. (sılağ: saya. hörmət, ikram).

sığır su içər süt törür, ilan su içər ağu.

sığır sütü ağızdan, kişi özü könüldən, kişi sözü başından.

sığırın sütü ağzında.

sığırın sütü, yılxının gücü ağzından. (yılxının: heyvanın).

sığırlı el, ac qalmaz.

sığmaz dilə sözə anlığa, yığlaş gülmək, sevişmək. (anlığa: dərkə). (yığlaş: ağlama).

sıxıntıdan qorxan, qorxudan sıxıtınya düşər. (sıxıntıdan: məşəqqətdən. əzabdan).

sıxsa ayaq başmağın, dünya başa dar gələr.

siqaretlə savaş olar, gürəş olmaz. (gürəş: gücəşmə. yarışma).

siqarın, tüstünün gözəlliyənə söylənmiş. -çağında ağrıları kölgəlirdi o, indi kəndi dönüb ölməz ağrıya. (gözəlliyənə: gözəlləməsi. tə'rifində).

sılağ təkin yüz gəlsə, sılağ gəlsə əllidir. (sılaq: sıylaq: sayqı) (sayqı, hörmətsiz sevgi yaramaz).

sılağa gücün yoxsa, sıylama dilin bolsun. {(sılağa: sıylama əzizləməyə. təkrim edməyə). {birin əzizləməyə olasın yoxsa, dadlı dilivə nə gəlib. (olasın: imkanın)}.

sılağa sılağ, qınağa qınağ. (sılağ: hörmət). (yağırsa yağ, yığırsa yığ).

silah sahibinə düşmandır.

sılaşıq iki başlı. (sılaşıq: 1. sıylaşıq. sayqı dəğər vermə. 1. sıylaşqı. kef əhval).

silən keçmişin izin, öz elində yada qalar, ağlamaq bilməz gülməyin itirən, dilin cayıb gülüncə qalar.

sili bıraq sini tut. (zahiri bıraq batini tut). (qapını bıraq, qarına keç) (qarına: içəri) (qapıda durma, qarına keç). {baxar dona, qalar dona. (bax dona, qal dona). (baxda dona, qalma dona)}.

sınağda sınmağından yox, qaçmağından qorx.

sınağlardan sına sına keçirik.

sınaq sınmaq deyil qalxdınsa, sınmaq sınaq deyil qaldınsa. (qaldınsa: yatdınsa).

sınalğan sınaq, min pitikdən irdək. (sınaq: sınağ: təcrübə). (irdək: əfzəl. irəli).

sınamasa arsıqar, saqınmasa utsıqar: dənməsə aldanar, gözləyib diqqət edməsə utuzar.

sınamasa, ər sınar, sağınmasa utsuqar.

sınamazlar, sınmamış.

sınan sevgi iz qoymamış bıraxmaz.

sınan şüyşə, sınan güvən, tutmur yama.

sınan yerdə çox çalışma, qalanında itirirsin. (ölümü görməyən kəndin itirir).

sınanamadan qorxmayan, sınınmadan qorxamaz, sınınmadan qorxmayan, qılınmadan arqamaz. (arqamaz: yorqamaz. yorulmaz).

sınanmamış güvənc, yürgünməmiş at kimidir.

sınanmasa bəllənməz, yumuşmasa bellənməz. (yumuşmasa: işlənməsə, yumuşanmasa). (bazara çıxan görür baxtı açıqdır qapalı).

sınanmıyan sınsa sındırar.

sınar evin oxları, ev başdağı (başqanı) ölürsə. (ox: dirək. situn).

sinə vardır sin kimi, girmiş olsan çıxılmaz. (sin: qəbir).

sinədə qalan sinədə gedər. (sinədə: qəbrədə).

sinəklə, sınaq olmaz.

sınğırmadan sınanmaz, sınanmadan açılmaz. (sınğırmadan: içinə girib uğraşmadan).

sınıb qalma, yıxıldın dur.

sınığ baş, tanıq (şahid) götürməz.

sınıq könlə, ısıtan bir söz, min tonqala dəğər.

sınıq könül çağlamaz, kəndi düşən ağlamaz. (çağlamaz: gülməz).

sınıq könül umut qılma boşuna, gözəl gözdə, gözəl üzdə yox ilqar.

sınıq qapda su qalmaz.

sınıq qolun tutayım, qırıq könlün alayım, nə istəsən olayım, kölən olum qulunmu?. {sevən sevənə (oxu -dəli dəliyə)}.

sınıq ürək tapılmaz, sınıxçı var olan yerdə, sınıq qalırda ürək, beyinçi gay olan yerdə.

sınırsa könlü bir kəsin, bitmiyəcək qırıqlığı heç kəsin. (bu söz yalandır. kişilər ayrı, könüllər başqa).

sınırsa qəfəs, uçulur içi, tükənir gücü.

sinirsə qızıq canına can çıxınca durar. (qızıq: sıtma. tov. təb).

sınmadıq, qaldıq, dirçəlib aldıq.

sınmağı geriyə baxan görür, irgəli baxan durmadan yürür. (sınmağı: eşeki. şikəsti). (irgəli: irəli).

sınmaqdansa əğil. (yer var sınmamaq üçün əğilməlisən).

sınmayıb qalarıq, dirçəlib alarıq.

sınmış olsa keçmişin, tulla uzaq verilsin, ulduzların ələnsin, yeni tapış dənənsin. (tapış: şans).

sınsa sınır, qalmaz sayıq. (sayınğ: sayıq. sıyıq. sayqı).

sinsiyərmiş aldışından ayrılan. (aldış: alışqanlıq. adət).

sıpdırmadan izini, qoğdu yağını, oydu gözün qarasın, yırtdı ağını. (sıpdırmadan. sapdırmadan: itirmədən). (amansız duşmana, aman vermədən, qoğdu, düşmanın yolatasın qırıb, tılısin dağıtdı).

sıpdırmadan izini, qoğdu yağını, oydu gözün qarasın, yırtdı ağını. (sıpdırmadan. sapdırmadan: itirmədən).

sır alan mindi, sır verən birdə, yox.

sır saxlama ürəkdə, sırlı könül yaş qapır. (yaş qapır: tez qocalır).

sıra çatar qutsuza, güllük dönər otluğa.

sıra çatmış qutsuza, güllük çönər küllüyə.

sıra çatsa qutsuza, utsuz çıxar qarşına. (utsuz: utanmaz).

sıraz olursa işin, sapıq sapan aşar olur. (sıraz: mürəttəb). (sapıq sapan: toğan boğan. dağ dərə. əğri üğrü. dağ daş).

Sırça köşkte (büyük ve gösterişli ev) oturan, komşusuna taş atmamalı: Küçük bir dokunuşla, büyük zarar görecek kişi, üzerine düşmanlık çekecek davranışlardan kaçınmalıdır. ‎ (Bayram Özdemir).

sirkə qalsa acıyar, bilək qalsa çürüyər, bilik qalsa yeyilər (yeyilər: azalar). (Bekleyen yiyecekler belirli bir zamandan sonra bozulur, insanlar yaşar ve olürler. Biligler kalırsa yaşar gelişir ve insanlığa hizmet eder) (Özdemir).

sirkəşirə, sirkədən dadlı olur.

sırlar haçarı söz durur, biliş dilərsin, dil ara.

sırlar haçarı söz durur, bilmək için dil ara. (dilivə dərək dəğər biç). (başlaq söz, bitlək sözdür. dildə söz üçün. dilsiz, sözsüz. dilsiz ellər, ölməyə büktüm). (büktüm: məhkum).

sirr ucunu söz açar.

sirri birinə, sorağı (sualı) mininə.

sırrın bilmədik atın sırtın sıypama. (sırrın: için). (sıypama: oxşama).

sirrivi dosdan qıy, dosduvu yağudan (düşmandan).

sırt çevirməsən, sırtdan yeməzsin.

sırtıqdan qorun, -üz verirsən asdarın, gün verirsən ayların, bez verirsən arşının (istər). .

sıyan (orucun qıran, yeyən) ki uğruya (xeyr edmək) pisin (şərri) sava, yeğ oruc tutandan ki dünya qova.

siyasət yoldu yolağ, bilməz onu kordu çolaq. (yolağ: tədbir).

sıylarqa nəyin yoxsa, sıypayqa dilin olsun.

siz daş qoyan yerə, mən baş qoyaram.

sızlanma könül səndə çoğundan, ki yapan nərsə əlində,yox onunda, yorqun kimilər dincə otursun, düşmüş kimilər qalxa durunsun. . (sızlanma şikayətlənmə). ( çoğundan: fələkdən). (kimilər: kişilər. adamlar).

slın ayran, neslin ayran, kokarsa yağ kokar. bal kokmaz. her şeyin aslına döneceği anlamında. senin aslın kötü, ne kadar iyi görünsen aslına dönersin, ben iyiyim aslımda iyi. (Bayram Özdemir).

soğan acı olsada, sırfada öz yeri var.

soğan doğrar göz yaşını soğurar.

soğur gözdən yaş çıxmış, çin ürəkdən ağlamış.

soğur nə bilir sağura öğrətsin. (soğur: kor). (sağur: kar).

soğur sağur savul. (kor kar rədd ol).

soğur sağur, savul. (kor ol, kar ol, rədd ol).

soğura nə bükün nə oğna, sağura nə öt nə sarğay. (soğura: kora). (oğna: oyna). (sağura: kara). (sarğay: oxu. şarkı söylə).

soxma başın kolluğa, sanma görən yox səni. {kola soxmuş tülkü başın, gizləndiyin sanmış. (tülkü başını kola (tikanlıqa) soxanda, elə bilir onu heç kim görmür}.

soxma qonağ olunmaz, soxma qonağdan qorun. (soxma: basma. zoraki).

soxuda su döğülməz, ələkdə su daşınmaz. (soxuda: həvəhdə. həvəngdə).

soxulan bir soxuda soxqa kimi bil qısılar. (soxu: çivi, burqu kimi soxulan hər nə). (soxqa: soğaq. deşik. soxulan baca). (qısılar: sıxılar. zora düşər).

soxumlanmamış topraq, tuxum götürməz. (soxumlanmamış: şuxumlanmamış) (şuxumlamaq < soxumlamaq). (sürülmədən əkilməz) (təpilmədən əkilməz).

sol əlin soyuq unda, sağ əlin sarı yağda. (gəlinə söylənir).

sol göz görəni, sağ göz anar.

sol gözlə görən, sağ gözümlə anılır.

solan güldən tomurcuq, qalar açar yazların.

soldan vurur, sağdan biçir.

soluğum solmuyacaq, solmuş olursan səndə, yaşamım bağlı deyil sən solusan ya solasan. (kəndivə güvən).

soluk varikən, çəkiləməyən acı yoxdur, undulmayan xoşluq.

soluq varca, umut var, yarın varca, umuq var.

soluq varkən, solmamış demək.

solumağa yardım gözləməyən, sevməyədə gözləməz. (sevgisiz könül gor yatağı).

son bilməmiş uymallıqla kahıllıq. (kahıllıq: cahıllıq) (uymallıq: avanallıq. təəssüb. mütəssiblik).

son çağan gələr, əzreyil öz canın alar. (son çağan: axirəzzaman. axirüzzaman).

son kərə olsun belə, üz gözüvü o yıxar, heç acımaz ağ kələtə çulqalar. (kələtə: kəfənə).

son ökünüş yaramaz. (ökünüş: püşmançılıq. peşmançılıq). ( yaramaz: bərə verməz). (keçmişə qınaq yaramaz).

son peşmanlıq assı (asar. fayda) edməz, kəsilən baş geri bitməz.

Son pişmanlık fayda vermez (etmez): Bir iş düşünülmeden yapılırsa, insanı ya zarara ya da dönemeyeceği bir çıkmaza sokar. O zaman pişman olmak da bir şey değiştirmez. (Bayram Özdemir).

sonda gələn, qapını örtmüş.

sonğuku püşman, ötə düşman. (ötə düşman: oyana keçə bilməz. aşa bilməz. kara əlməz. nərpə yapamaz). (sonku peşmançılıq bərə verməz).

sonku peşmançılıq bərə verməz. {sonğuku püşman, ötə düşman. (ötə düşman: oyana keçə bilməz. aşa bilməz. kara əlməz. nərpə yapamaz)}.

Sonradan gelen devlet değildir, Her şey ihtiyaç duyduğunda, yararlanabileceğin çağda gerekir. İş işten geçtikten sonra gelen zenginlik, kısmetin bir anlamı yoktur. (Bayram Özdemir).

sonsuz arzular ölümlə bitir. (sonsuz arzular uçurum yolu).

sonsuz arzular uçurum yolu. (sonsuz arzular ölümlə bitir).

sonsuz dözüm ölümə bitir.

sonsuz olan yol batsın, başsız duran el batsın. (sonsuz olan yol batsın, başsız olan el batsın).

sonsuz umut kor elər. (sonsuz umut ölümə götürür). (sonsuz umut olanlardan azdırar, ölüm yolun gəzdirər).

sonsuz umut olanlardan azdırar, ölüm yolun gəzdirər. (sonsuz umut kor elər). (sonsuz umut ölümə götürür).

sonsuz umut ölümə götürür. (sonsuz umut kor elər). (sonsuz umut olanlardan azdırar, ölüm yolun gəzdirər).

sonsuzluğa inanmam, onsuzluğa inandım, böyləsinədə qandım. (qandım: razıyım).

sonsuzluq onun sonudur.

sonu boş yaşamı, dolu, sən yaşa.

sonu boşa uğradı oğulda baş olmasa, ata yurdun tez danar anadilin unutsa. (boşa > puça).

sonucun güdən batırlığa çatmadı. (batırlığa: qəhrəmalığa). (quşqu inancın, güvəncin sinin qazar). (sinin: qəbrin).

sonuncu an, yaman, ölüm, birdə acı, güc basar.

sonuza umut bəsilməz, daşlığa tuxum əkilməz.

sora qıl sən öküzə boş qatısa yer durumu. (işi qılandan sor).

sora sora bilgin artar, dama dama dəngin artar. (dəngin: ağırlığın).

Sora sora kabe (Bağdat) bulunur, İnsan bilmiyorsa, uzak, bulunması güç olan yerler bile sorula sorula bulunabilir. ‎ (Bayram Özdemir).

soran yıxıldı qalxdı, sormaz yıxıldı qaldı.

soraş, sözün yarısı, yanaş, sözün barısı. (düz sorqu (sual), cəvabın yarısıdır, düz cəvab, sözün hamısıdır).

sorayan yetər, soramayan itər.

sorğu verən sorağ tapar. (sual verən cəvab almış).

sorqu - sual, göydə deyil, yerdədir.

sorqu yoxkən, sorağ yoxdurur. (sorağ: cavab).

sorma kişi kimliyin, söyləşirsə bəllənir!. (söyləşirsə: danışırsa, danşığa gəlisə) (kişi sözündən bəllənir).

sormayan başın gora soxdu, sorayan açılmazı yordu.

sormaz adın, sormaz yaşın alır canın, sən yığdığın, tökər dünya, səpər dünya.

sorulsa söz baş şişər, sorulsa su, iç şişər.

sorumlarız çözülsün, açılmasa dözülsün. (sorumlarız: düğünləriz).

soruşan dağlar aşar, soruşmayan düzdə çaşar.

soruşan taptı, soruşmayan itdi.

soruşan, dağı aşmış, soruşmayan, yolu çaşmış.

soruşan, dağı aşmış, soruşmayan, yolu çaşmış. (soruşan, dağlar aşar, soruşmayan, düzdə çaşar).

soruşan, dağlar aşar, soruşmayan, düzdə çaşar.

soruşdu halın necədi, söylədi: - baxtı çönmüşün, halı nec olar.

soruşdular: baxt istəyirsin, taxt. – söylədi: baxt olsa, taxt gələr.

sovğacda para, qumlluqda su durmaz. (sovğacda: müsrifdə).

sovğacda para qalmaz, qumlluqda su. (sovğacda: müsrifdə).

sovğat dediyində, kiçik böyük yoxdu.

sovqasa mal tez tükər, qazandınsa qut tökər. (qut tökər: bərəkət gətrər).

sovqatın bir adı var.

soydum əkdim, soyundum əkdim, genə soyuna çəkdi.

soylu xoruz, yumurtada ötər.

soyuq aş odlu qazan. (içi dışı əş olmayan. içi dışı uyuşmaz. içinində olmayanı üzdə artığına göstәrәn).

soyuq davranış üşüdür könül. (üşüdür: çəkindirir).

soyuq dəmir döğülməz.

soyuq girsə arıya, ipək sular qat olur, tam istilər yad olur.

soyuq ildə taxıl cücərər, yağışlıqda, ot.

soyuq söz ürəyə yetməzdən buza dönər, sıcaq söz boza. (boza: şəraba. məlhəmə).

soyuq söz, ürəyə çatınca, buza dönər.

soyuq suyu yanar odlar qaynadar, qaynab daşırsa sular, yanar odu uçdurar. (uçdurar: söndürər).

soyuq təndir kündəsinə küt deyər. (soyuq təndirə yoğur (xəmir) yapışmaz). (hər gərəyin gərəci var). (gərəci: gərəkli ayqıtı).

soyuqdan keçinən ilan, birinci onu ısıtan kişini çalmış. (çalmış: çaqmış).

soyun danan, küyməmiş yanar.

soyun dandı, demək yandı.

soyunmuş sudan qaytmaz, gəzingən yağıdan qaytmaz. (qaytmaz: qorxmaz). (soyunmuş olan sudan qorxmaz, kəzləyən, nişanlayan düşmandan qorxmaz).

söğə söğə sevilən, sevə sevə söğər.

söğəndə sevgi ocağı arama, sevmiyən söğürsə, qınama.

söğmə tikanı, sevgi gülündən su içər, orax gəlsə, kollu güllü biçər.

söğmənin tikanı yox, sövmənin tükanı yox.

söğüddən maşa, se. . . . paşa çıxmaz.

söğüşə, sağur! (sağruq ol). (yamana kar ol. yamana qarşı qulaqların tıxa).

söğüşlə seviş bir odada yaşanmaz. (söğüşlə seviş: nifrətlə eşq).

söğüşləşən yağışlar. (yamanlaşma sonunda düşmanlığa bitər).

söğüşüb tutuşub, otra don didişür.

söğüşüb vuruşub, ortada don didişir.

söğüt sulına, qayınğ qasına. (söğüd sulu, yumşaq yeri sevər. qan ağacı qas, bərk yeri).

söğüt sulınqa, qayınq qasınqa. (söğüdə yumşaqlıq, sululuq (ölülük, tərlik), qan ağacına qasnalıq, quruluq, qalınlıq yaraşır).

sökəl sökün sağ bilməz, acın qarnın tox bilməz. (sökəl sökün: xəsdə ağrısın).

sökərsə dan, sökülməz ürək, çox iş qalır, görülə gərək. (iş kişisindən asılıdır).

sökərsə dan, sönər gecə. (dan sökdü, yandı gecə. örtük düşdü, dan söküldü. başlıq düşdü, baş göründü. taqqa düşdü, kəl göründü).

sömürgəçiliyə ikisi gərək. -bolluca kotalan, azacıq danqalan. (sömürgəçiliyə: müstə'mərəçiligə) (kotalan: kahıl. cahil. hovan. qanmaz. axmaq). (danqalan: döngələn. kökün danan. xain).

sönməz uçmaz bolan, parlab duran sevgim.

sönük ocaq körük, kahıllıq ışıq sevməz.

söyənmədim evrənə yara mən, bitirdim işi ölüm yetmədən. (e'tibar edmədim dunyağə dosda mən, əcəl gəlmədən işlərimi bitirdim).

söykəndiyin sevməyən, sevdiyinə söykənməz.

söykənişən yıxılmaz, yalanışan ac bolmaz.

söykənişən yıxılmaz. (söykənişən: dayanan. dayağı olan). (kəndivə güvən, bırak söykənişi unutma). (bırak: ama).

söykənməqıl soyuva, tovun gedər suyuva, bacar edin yaşamı, bayındırlıq yazıva. (tovun: gücün).

söyləb durma dedin başla. (dedin başla: düş işə).

söylədi kimi yavlak sevərsin, didi: - səndən başqa sevdiyim kim olar yalaq.

söylədiğin bilgilən, hər bildiyin söyləmə. (nə sözlüsün bilgilən, hər bildiyin söyləmə).

söylədin öylə, adalın eylə. (adalın: aynısın). (söylədin öylə, dediyin eylə).

söylədin öylə, dediyin eylə. {söylədin öylə, adalın eylə. (adalın: aynısın)}.

söylədiyin yapdıran, istədiyin qoparan.

söyləmək gümüşsə, susmaq süm altun. {gəpləməklik gümüşsə, gəpləməzlik süm altun. (süm: şümş)}.

söyləməzdən, dib oyla. (ağzuvu açmadan, işin, konunun için, dibin düşün, açıqla, qan).

söyləməzlik söyləməkdən güc basar.

söylənəcək varsa sözün de gəlsin, saklı sözlər, gizli üzlər kölgələnər iç boğar.

söylənməsə duyulmaz.

söylənməzdən duyumaz.

söylər ağız durmasın, görən əllər armasın.

söyləsəm daşdı tutamaz, susursam, könül cıdamaz. (cıdamaz: dözməz). (deyirəmsə, qanmazdı, anlamır, demirəmsə ürək dözmür). (tanrım kimsəyi düşünməz ilə, küt ilə salmasın, tuş edməsin).

söyləsəm etgələməz, sussam dingələməz. (desəm könlün etgiləməz, deməsəm könlüm dincəlmir).

söyləsən ellər ara ayqıl oğul, bolqasız gəpdən, ucuz sözdən çəkin!. (ayqıl: 1. söylə. 1. ayıq ol). (bolqasız: ucuz. bihudə. boş. puç. . ola bilməyən).

söyləsən söz qəmbasan söylə açılsın könlümüz.

söyləvçi çaşırsa ağız, dinləvçi başlı gərək.

söyləyən dərdin, dərman bular, söyləməz dursa, it kimi ular. (it kimi ulamaq: pis günə qalmaq).

söyləyən var, söylədəndə.

söyləyənə yox, söylətinə bax.

söyləyiş gümüşdürsə, dinləyiş qızıl sayılmışdır.

söyləyücü qanmazun, dinləyici kar gərək. (qanmazun: qanmazsa).

söyüncsüz salıq gəlsə, güc gələr. (salıq: xəbər). (söyüncsüz: sevincsiz. muştuluqsuz. müjdəsiz).

söz açılsa aydınır, sevgi sözsüz yartınır. (yartınır: ışıqlanır). (sevgi, eşqin genişliyin, dərinligin açan söz yaranmış hələ).

Söz ağızdan çıkar, Mert olan, sözüne sadık insanlar sözlerini tutarlar. Sözlerini tutmaları kayt gamet gerekmez. ‎ (Bayram Özdemir).

söz ağızdaykən qulundur, çıxdısa, qulusan.

söz ağızdaykən ləpədi, eşiyə çıxdı dəvədi. (ağızdaykən: ağızdakən).

söz ağrısın ər çəkər, yük ağrısın nər çəkər.

söz anası qulaq, su anası bulaq.

söz artığı baş pozar, duz artığı dad pozar.



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin