partiyasının vahidliyi və Leninin rolunun fetişləşdirilməsi fonunda arxa plandan
müşahidə edilir.
4
Sovetskaya istorioqrafiya 70-х-pervoy polovinı 80-x qodov XX veka (Sovet tarixşünaslığı XX
əsrin70-ciilləri
və
80-ci
illərin
birinci
yarısında),
https://studme.org/59663/istoriya/sovetskaya_istoriografiya_70-h_pervoy_poloviny_80-
h_godov_veka, Erişim:20-07-2018.
5
V.Qolikov, S.Muraşov, İ.Çxikvişvili i dr. “Za Leninskuyu partiynost v osveşenii istroii KPSS”.
Kommunist, 1969, № 3, Moskva, s. 72.
6
T.F.Şoloxova, Azərbaycan SSRİ xalqlarının vahid ailəsində, 1977, Bakı, 50 s.; A.S.Sumbatzade,
Sosialno-ekonomiçeskiye predposılki pobedı Sovetskoy vlasti v Azerbaydjane, 1972, Nauka, Moskva,
254 s.; eqo je: “Zarya Oktyabrya i rojdeniye Sovetskoqo Azerbaydjana”. Velikiy Oktyabr i rassvet
ekonomiki i kulturı Sovetskoqo Azerbaydjana, Elm, Baku, 1977, s. 5-18; M.Rüstəmbəyli, Xalqın
səadəti uğrunda, 1971, Azərnəşr, Bakı, 11 s.; və s.
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240
Kerimli
225
Z.İbrahimovun yeni quruluşun bərqərarında V.İ.Leninin “müstəs- na” rolunu
işıqlandırdığı, 1970-ci ildə çap olunmuş “Lenin və Azərbaycanda sosialist inqilabının
qələbəsi” monoqrafiyası qeyd edilən əsərlər sırasında- dır. Müəllifin məqsədi
sosialist inqilabının qələbəsindəki proseslərdə V.İ. Leninin fəaliyyətini önə çəkməklə
“əvəzsiz lider” statusuna “möhür” vur- maqdır və qarşıya qoyulmuş vəzifənin
öhdəsindən “layiqincə” gəldiyini əminliklə deyə bilərik. Amma bununla bərabər,
müəllif, “siyasi səhv”lərə yol verir. Belə ki, müəllifin fikirlərində ideoloji
konsepsiyadan kənara çıxmalar müşahidə olunur ki, bu da təbiidir. Çünki sovet
hakimiyyəti Cümhuriyyətin devrilməsi nəticəsində qurulmuşdu və müəllif,
bolşeviklərin mübarizəsinin yönəldiyi hədəfi mütləq göstərməli idi. Cümhuriyyətin
“sovet hakimiyyəti və boşevizmi”i məhv etmək üçün yaradılmasını önə çəkən
müəllif
7
, kommunist ideologiyasının siyasi əhəmiyyətini genişləndirmək məqsədini
güdür. Belə ki, müəllif, sovet hakimiyyəti uğrunda mübarizəni işıqlandırar- kən, milli
hökumətə “Müsavat Azərbaycanı”, “Müsavat hökuməti” burjua-mülkədar”,
“müsavat əksinqilabı”, “müdaxiləçilər və müsavatçılar, mülkə- dar hökmranlığı”,
“Usubbəyov və Xanxoyski hökuməti”, “müsavat ağalığı” ifadələri ilə izah verərək,
inqilabın daxildən yetişdiyi fikrini formalaşdırma- ğa çalışır. Z.İbrahimov,
Cümhuriyyətin rəsmi adını bir dəfə çəkmir, lakin tədqiqatda “Azərbaycan
respublikası hökuməti”, “Azərbaycan hökuməti”
8
, istilahlarına müraciət etməklə
Azərbaycan Cümhuriyyətinin qanuniliyini təsbitləyir.
9
Z.İbrahimovun xələfi Xasay Əliyev 1970-ci ildə nəşr edilmiş, Azər- baycanda
siniflər mübarizəsini və sovet hakimiyyəti ərəfəsində mövcud ictimai-siyasi
vəziyyyətin təhlilini apardığı “Azərbaycanda sosialist inqila- bının bəzi
xüsusiyyətləri” tədqiqatında Cümhuriyyətə toxunur. Qeyd edək ki, digər sovet
müəllifləri kimi X.Əliyev, siyasi quruluşun ideoloji üstün- lüyünü ortaya çıxaran əsər
yazmalı idi. Məhz qeyd edilən səbəblərdən do- layı X.Əliyev, yaranmasını
bildirmədiyi Azərbaycan Cümhuriyyəti zama- nındakı siyasi proseslərdən bəhs edir.
X.Əliyev sovet rejiminin təbliğinə həsr etdiyi araşdırmasının “Müsavat zamanı
bolşeviklərin taktikası” bölü- mündə Cümhuriyyəti müzakirəyə çıxararaq, hərtərəfli
təhlilini verir
10
.
Müəllif, Cümhuriyyəti “müsavat və xarici müdaxiləçilərin ağalığı”, “hakim
siniflərin hökmranlığı, “milli qüvvələrin “müstəqil” burjua-mülkə- dar Azərbaycanı”,
“müsavatçı quldurlar” kimi xarakterizə edir.
11
Gördüyü- müz kimi, X.Əliyev,
Cümhuriyyəti kommunist partiyasının yaranma səbəbi kimi işıqlandırmaqla,
hadisələrin mərkəzinə çıxarır.
7
Z. İbrahimov, Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi, 1978, Azərnəşr, Bakı, s. 387-
290.
8
a. g. e. s. 288-394
9
a..g. e. s. 390
10
X.Əliyev, Azərbaycanda sosialist inqilabının bəzi xüsusiyyətləri, 1970, Azərnəşr, Bakı, s. 118.
11
Əliyev, a.g.e. s. 50-69.
|