Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240
Kerimli
225
Z.İbrahimovun yeni quruluşun bərqərarında V.İ.Leninin “müstəs- na” rolunu
işıqlandırdığı, 1970
-ci ildə çap olunmuş “Lenin və Azərbaycanda sosialist inqilabının
qələbəsi” monoqrafiyası qeyd edilən əsərlər sırasında- dır.
Müəllifin məqsədi
sosialist inqilabının qələbəsindəki proseslərdə V.İ. Leninin fəaliyyətini önə çəkməklə
“əvəzsiz lider” statusuna “möhür” vur- maqdır və qarşıya qoyulmuş vəzifənin
öhdəsindən “layiqincə” gəldiyini əminliklə deyə bilərik. Amma bununla bərabər,
müəllif, “siyasi səhv”lərə yol verir. Belə ki, müəllifin
fikirlərində ideoloji
konsepsiyadan kənara çıxmalar müşahidə olunur ki, bu da təbiidir. Çünki sovet
hakimiyyəti Cümhuriyyətin devrilməsi nəticəsində
qurulmuşdu və müəllif,
bolşeviklərin mübarizəsinin yönəldiyi hədəfi mütləq göstərməli idi. Cümhuriyyətin
“sovet hakimiyyəti və boşevizmi”i məhv etmək üçün yaradılmasını önə çəkən
müəllif
7
, kommunist ideologiyasının siyasi əhəmiyyətini
genişləndirmək məqsədini
güdür. Belə ki, müəllif, sovet hakimiyyəti uğrunda mübarizəni işıqlandırar- kən, milli
hökumətə “Müsavat Azərbaycanı”, “Müsavat hökuməti” burjua-mülkədar”,
“müsavat əksinqilabı”, “müdaxiləçilər və müsavatçılar, mülkə- dar hökmranlığı”,
“Usubbəyov və Xanxoyski hökuməti”, “müsavat ağalığı” ifadələri ilə izah verərək,
inqilabın daxildən yetişdiyi fikrini formalaşdırma- ğa çalışır. Z.İbrahimov,
Cümhuriyyətin rəsmi adını
bir dəfə çəkmir, lakin tədqiqatda “Azərbaycan
respublikası hökuməti”, “Azərbaycan hökuməti”
8
, istilahlarına müraciət etməklə
Azərbaycan Cümhuriyyətinin qanuniliyini təsbitləyir.
9
Z.İbrahimovun xələfi Xasay Əliyev 1970-ci ildə nəşr edilmiş, Azər- baycanda
siniflər mübarizəsini və sovet hakimiyyəti ərəfəsində mövcud ictimai-siyasi
vəziyyyətin təhlilini apardığı “Azərbaycanda sosialist inqila- bının bəzi
xüsusiyyətləri” tədqiqatında Cümhuriyyətə toxunur.
Qeyd edək ki, digər sovet
müəllifləri kimi X.Əliyev, siyasi quruluşun ideoloji üstün- lüyünü ortaya çıxaran əsər
yazmalı idi. Məhz qeyd edilən səbəblərdən do- layı X.Əliyev, yaranmasını
bildirmədiyi Azərbaycan Cümhuriyyəti zama- nındakı siyasi proseslərdən bəhs edir.
X.Əliyev sovet rejiminin təbliğinə həsr etdiyi araşdırmasının “Müsavat zamanı
bolşeviklərin taktikası” bölü- mündə Cümhuriyyəti müzakirəyə çıxararaq, hərtərəfli
təhlilini verir
10
.
Müəllif, Cümhuriyyəti “müsavat və xarici müdaxiləçilərin ağalığı”, “hakim
siniflərin hökmranlığı, “milli qüvvələrin “müstəqil” burjua-mülkə- dar Azərbaycanı”,
“müsavatçı quldurlar” kimi xarakterizə edir.
11
Gördüyü- müz kimi, X.Əliyev,
Cümhuriyyəti kommunist partiyasının yaranma səbəbi kimi işıqlandırmaqla,
hadisələrin mərkəzinə çıxarır.
7
Z. İbrahimov, Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi, 1978, Azərnəşr, Bakı, s. 387-
290.
8
a. g. e. s. 288-394
9
a..g. e. s. 390
10
X.Əliyev, Azərbaycanda sosialist inqilabının bəzi xüsusiyyətləri, 1970, Azərnəşr, Bakı, s. 118.
11
Əliyev, a.g.e. s. 50-69.