Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240
Kerimli
223
Giriş
1990-cı illərdə müstəqilliyin bərpasından sonra
Azərbaycanda siyasi tarixin
yenidən öyrənilməsi istiqamətində bir sıra işlər görülməyə başlandı. Lakin
Azərbaycan Xalq Cümhuriyyətinə 1970-ci illərin sovet tarixşünaslığının
münasibətinin araşdırılmaması Cümhuriyyət tarixinin tədqiqində boşluqların
olduğunu ortaya qoyur.
Qeyd edək ki, 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində sovet
tarixşünaslığında oktyabr inqilabının tənqidi yönümündə yeni cərəyan for- malaşdı.
Belə ki, bir qrup tarixçi oktyabr inqilabı ərəfəsində
qüvvələr nisbə- tinin sovet
tarixşünaslığında qeyd edildiyi kimi olmadığını bildirirdilər. Yeni cərəyanın
nümayəndələri-Pavel Volobuyev, Konstantin Nikolayeviç Tarnovski, Aron
Yakovleviç Avrex, Leonid Mixayloviç İvanov və digərləri inqilabın
yetkinlik
dərəcəsinin və maddi şərtlərinin həddən artıq yüksəldil- məsi mülahizəsini irəli
sürdülər. Sözü gedən alimlər hesab edirdilər ki, ilk vaxtlarda bolşeviklərə qarşı olan
siyasi və sinfi qüvvələr bloku daha geniş idi.
1
Bu barədə 1988-ci ildə Moskvada
“Прогресс” nəşriyyatında tarix elmləri doktoru
Yuri Afanasyevin ümumi
redaktorluğu ilə alimlərin məqalə- lərindən ibarət “Перестройка: гласность,
демократия, социализм. Иного не дано” (Yenidənqurma: aşkarlıq, demokratiya,
sosializm. Başqa yol yoxdur) məcmuəsi nəşr olunmuşdur.
Akademik Aleksandr
Yevgeniyeviç Bovin topluda “Перестройка: правда о социализме и судьба
социализма” (Yenidənqurma: sosializm haqqında həqiqət və sosializmin taleyi) adlı
xatirəsində yazır ki, Xruşşovun gedişindən sonra stalinçilərin təzyiqi təkrarən
gücləndi.
Fikirlərinə davam edən müəllif, stalinizmin yenidən dirçəlməsini
L.İ.Brejnevin bu məsələyə birmənalı olmayan münasibətinə bağlayır.
2
Qeyd edilən
dövrdə sovet tarix elminin stalinizmə dönüşünü müşahidə edə bilərik. Məsələn,
1966-cı ilin fevralında SSRİ EA-nın Tarix İnstitutunda çıxış edən A.Y.Avrex
“Stalinin şəxsiyyətinə pərəstiş dövrü” fikrinin qeyri-elmi
və uğursuzluğunu irəli
sürərək, “Stalin və dövr” sözlərinin çıxarılmasını təklif etmişdir. Rafael Şalomoviç
Qanelin A.Y. Avrexin Stalinə bəraət qazandırmağa çalışdığını iddia edir
3
.
1
P.V.Volobuyev, “V.İ.Lenin ob obşix zakonomernostyax Velikoy Oktyabrskoy sosialistiçeckoy
revolyusii (V.İ.Lenin Böyük Oktyabr sosialist inqilabının ümumi qanunauyğunluqları haqqında )”,
Мoskva, 1966,s.48; K.N. Tarnovskiy “Sovetskaya istorioqrafiya Rossiyskoqo imperializma”
(Rusiya imperializminin Sovet tarixşünaslığı), Мoskva, 1964, s.244; Avrex A.Y. “Russkiy
absolyutizm i eqo rol v utverjdenii kapitalizma v Rossii”, (Rus
mütləqiyyəti və Rusiyada
kapitalizmin möhkəmlənməsində onun rolu), İstoriya SSSR, 1968, № 2, s. 82-104; L.M. İvanov
“Samoderjaviye i raboçiy klass: nekotorıye voprosı politiki tsarizma (Mütləqiyyət və fəhlə sinfi:
çarizmin siyasətinin bəzi məsələləri)” )”, Voprosı istorii. 1968, № 6, İyun, s. 38-53.
2
A.E.Bovin, “Perestroyka: pravda o sosializme i sudba sosializma”. Perestroyka: qlasnost,
demokratiya, sosializm.. İnoqo ne dano. Proqress, Moskva, 1988, s. 536.
3
R.Ş. Qanelin, “ Tvorçeskiy put A.Y.Avrexa”. İstoriya SSSR, 1990, № 4, Moskva, s. 105.