1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 224
1967-ci ildə Sov.İKP.MK-nın “İctimai elmlərin kommunist qurucu- luğunda
rolunun yüksəldilməsi və gələcək inkişafı üzrə tədbirlər haqda” qə- rarı tarix elmində
ehkamçılığın və əzbərçiliyin tədrici dirçəlişi prosesini sü- rətləndirdi.
4
1969-cu ildə “Kommunist” jurnalında bir qrup alimin-Aqdas Xusai- noviç
Burqanov, Boris Moiseyeviç Leybzon, Vladimir Aronoviç Dunayevski, Yuri
Andreyeviç Krasinin kəskin tənqid edildiyi “За ленинскую партийность в
освещении истории КПСС” (Leninçi partiyalılıq Sov. İKP tarixinin
işıqlandırılmasında) adlı məqalə dərc olundu
5
.
Siyasi rejim repressiyalar yolu ilə elmi müxalifəti zərərsizləşdirmək- lə,
hərbi-siyasi işğaldan iqtisadi-mədəni işğala keçidi sürətləndirdi. Qeyd edilən siyasi
repressiyalar tarix elmində gözlənilən nəticəni verməsə də, fərqli düşüncəyə malik
analitik təfəkkürlü sovet alimlərinin SSRİ-dən mü- hacirətə getməsini şərtləndirdi.
Bu isə özlüyündə tarix elmində hərtərəfli boşluqlara yol açdı.
Yuxarıda göstərdiyimiz kimi, siyasi dairələr tarix elmi sahəsindəki intibahın
qarşısını almaq məqsədilə repressiyalar həyata keçirsə də, tarixi həqiqətin bərpasına
mane ola bilmədilər. Belə ki, 1970-ci illərdən başlaya- raq yazılan əsərlərdə oktyabr
çevrilişindən əvvəlki dövr və siyasi qüvvələr mübarizəsi daha geniş surətdə
işıqlandırılmağa başlandı.
Bununla yanaşı, sovet dövlətinin son iyirmi ilində totalitar rejimin
legitimliyinin əsaslandırılması məqsədilə Azərbaycanda sovet hakimiyyəti- nin
qurulmasına həsr olunmuş tədqiqatların yazılması davam edirdi. Bu dövrdə qələmə
alınan əsərlərdə
6
oktyabr çevrilişi dünya siyasətinin istiqamətini dəyişən hadisə kimi
xarakterizə edilir, kommunist partiyası isə dünyada hegemon qüvvə kimi təqdim
olunur. Lakin bütün səylərə baxmayaraq, tədqiqatlarda sovet hökumətinin işğalçı
siyasəti üzə çıxır, SSRİ-nin keçmiş Rusiya imperiyasının varisi olması məsələsi
təsdiqlənir. Bu baxımdan 1950-60-cı illərin tarixşünaslığında olduğu kimi 1970-ci
illərdə meydana çıxan tədqiqatlarda Azərbaycan Cümhuriyyəti kommunist