1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 228
Cümhuriyyətin müstəqil olmadığına diqqət çəksə də, bütün strukturları formalaşmış
dövlət formasında vurğulayır.
19
Göründüyü kimi, Ə.Sumbatzadə sovet siyasi baxışlarının təsirilə yazdığı
əsərdə qeyri-sabit mövqe sərgiləyir. Çünki əsər boyu müəllifin bir cümləsi digər
ifadəsini təkzib edir. Birpartiyalı sistemin yazılmamış qanun- larına görə
Ə.Sumbatzadə Azərbaycanda sovet quruluşundan əvvəl hər han- sı bir hakimiyyətin
mövcudluğunu inkar etməlidir. Lakin tarixi hadisələrin obyektiv qanunauyğunluqları
müəllifə siyasi prosesləri sıfırlamaq imkanı vermir. Məhz bu səbəbdən müəllif,
tarixdən silməyə çalışdığı Azərbaycan Cümhuriyyətini yenidən xatırladır.
Partiya-dövlət nomenklaturasının göstərişi ilə 1970-ci illərdə kollektiv işlərin
yazılması davam edirdi. Belə ki, 1973-cü ildə Azərbaycan SSR Elmlər
Akademiyasının “Azərbaycan tarixi” kitabı nəşr edildi. Kitabın əsas hissəsi
Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunmuş- dur. Müəllif
kollektivi Zaqafqaziya Seyminin dağılmasından bəhs etməklə Cümhuriyyətin siyasi
situasiyanın tələbilə yarandığını bildirir. Ümumiyyət- lə, müəlliflər Cənubi Qafqazın
üç respublikasının müstəqillyini “Sovet Rusi- yası”ndan ayrılmaq cəhdi kimi
qiymətləndirərək, Cümhuriyyətin qeyri-qanuni olduğunu nəzərə çatdırırlar, digər
tərəfdənsə Azərbaycan hökumətini tam tərkibdə açıqlayırlar.
20
Cümhuriyyəti
ziddiyyətli ifadələrlə vurğulayan müəlliflər, “Müsavat hökuməti”
21
adlandırdıqları
Cümhuriyyətin dövlət aparatı şəklində formalaşdığını ortaya qoymaqla əvvəlki
mülahizələrini inkar edirlər. Təzadlı mövqelərinə davam edən müəlliflər, hökumətin
müstəqil olmadığını, fəhlə və kəndlilərin mənafeyinə zidd siyasət yeritdiklərini
bildirir, ikinci tərəfdənsə əmək nazirliyinin təsisi və parlament komissiyasında torpaq
layihəsinin aylarla davam edən müzakirəsindən danışırlar.
22
Müəllif kollektivi sovet
hökumətinin qələbəsini Cümhuriyyətin fəaliyyəti və süqutuna bağlamaqla, milli
hakimiyyəti əsas mövzuya çevirirlər.
Beləliklə, sovet tarixçiləri Azərbaycanda sovet hökumətinin qurul- ması
tarixini yazarkən Cümhuriyyətin 23 aylıq fəaliyyətini təfsilatlı şəkildə diqqətə
çatdırmşlar. Ümumiyyətlə, Cümhuriyyət tədqiqatın mahiyyətini təşkil etməsi ilə
Rusiyanın işğalçılıq siyasəti ortaya çıxır. Məsələ ondadır ki, sovet doktrinasının
tələblərinə əsasən Cümhuriyyət haqqında danışılmamalı idi, lakin müəlliflərin
hadisələri xronoloji ardıcıllıqla təsviri Azərbaycan milli hökumətini əsərin motivi
kimi vurğulayır. Əsər sovet hökumətinin qurulmasını deyil, Azərbaycan
Cümhuriyyətinin tənqidi aspektdən təhlilini xatırladır. Bir sözlə, Azərbaycan Elmlər
Akademiyasının təşəbbüsü ilə nəşr edilmiş “Azərbaycan tarixi” kimi mühüm
19
A.S.Sumbatzade, Sosialno-ekonomiçeskie predposılki pobedı Sovetskoy vlasti v Azerbaydjane.
1972, Nauka, Moskva, s. 185-213.
20
Azərbaycan tarixi. 1973, Elm, Bakı, s. 124, s. 439.
21
A. g. e., s. 152.
22
A. g. e., s. 184.