1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 229
layihəsində Azərbaycan Cümhuriyyəti hadisələri müəyyənləşdirən katalizator olaraq
təsbit olunur.
Sovet partiya nomenklaturasında uzun illər yüksək postlar tutmuş Anastas
İvanioviç Mikoyan siyasi mövqeyinin tələbinə, həmçinin Azərbaycanda sovet
hakimiyyətinin qurulmasında iştirakına görə qeyd edilən mövzuda 1971-ci ildə çap
etdirdiyi “Дорогой борьбы” (Mübarizənin yolları ilə) avtobioqrafik əsərində
Azərbaycan Cümhuriyyətini şərh etmişdir. Müəllif, əsərini sovet hakimiyyətinin
qurulması münasibətilə qələmə almışdır. Lakin sovet hakimiyətinin qurulmasını
təsvir edərkən, əsas maneə kimi olan ortaya çıxan Azərbaycan Cümhuriyyətini qeyd
etməyə məcbur olur. Azərbaycanın istilasını “Sovet Azərbaycanı” şüarı ilə
pərdələyən, onun hansı dövlətin əsasında qurulduğunu göstərməyən
23
A.Mikoyan,
milli hökuməti “müsavatçılar”
24
, “Azərbaycan burjua ziyalılarının dövləti” ifadələri
ilə vurğulayır. Müəllif, hökumət adlandırdığı Cümhuriyyətin
25
, xalqın vəziyyətini
yaxşılaşdırmaq üçün bir iş görmədiyini bildirməklə, əhalini “Sovet Azərbaycanı
uğrunda mübarizəyə”- üsyana qaldırmağın labüdlüyünü əsaslandırmağa çalışır
26
,
sovet hakimiyyətinin qurulmasını qeyd etməsilə Cümhuriyyətin devrilməsini sətiraltı
ifadə ilə bildirir
27
. Müəllif, Azərbaycan hökumətinin antixalq siyasətini qeyd
etməklə, işğalın zəruriliyini əsaslandırır, digər tərəfdənsə bolşeviklərin sərbəst və
azad fəaliyyətini ortaya qoyur.
28
Gördüyümüz kimi A.Mikoyan, sovet rəhbərlərindən biri kimi Azər- baycanın
işğalını fəhlə-kəndli hökumətinin qurulması aspektindən işıqlan- dırır. A.Mikoyan
Azərbaycan xalqının sovet quruluşunu könüllü qəbul etdi- yini isbatlamaqla, tarixdən
silmək fikrində olduğu Cümhuriyyəti xarakte- rizə etməli olur. Belə ki, müəllif,
bolşeviklərin məhz Azərbaycan milli hö- kumətinə qarşı mübarizə apardığını bildirir.
Müəllif, mənfi yönümdən təsvir etdiyi Azərbaycan Cümhuriyyətini qeyri-iradi dövlət
kimi vurğulayır. Bax- mayaraq ki, müəllifin məqsədi Azərbaycanda sovet hakimiyyət
qurulmasını ideologiyanın tələbləri çərçivəsində ictimaiyyətə çatdırmaq idi.
Müəllifin Azərbaycan hökumətini inkar cəhdi iflasa uğrayır, çünki təsvirlərdə yer al-
masa belə, Cümhuriyyət əsərin bazisini təşkil edir.
A.İ.Mikoyan Sovet hakimiyyətinin qurulmasında V.İ.Leninin əvəz- olunmaz
rolunu işıqlandıran “Мысли и воспоминания о Ленине” (Lenin haqqında
düşüncələr və xatirələr) adlı bioqrafik xatirəsində Azərbaycan Cümhuriyyətinə yer
vermişdir. “Lenin bəsirəti” başlığında Lenin haqqında çoxlu monoqrafiya və
araşdırmaların yazıldığını xatırladan
29
A.İ.Mikoyan, üç Zaqafqaziya respublikasında
23
A.İ. Mikoyan, Doroqoy borbı. Kn. 1, 1971, Politizdat,Moskva, s.148.
24
Mikoyan, a. g. e. s. 149-171, 360 s.
25
Mikoyan, a. g. e. s. 361.
26
Mikoyan , a. g. e. s. 362.
27
Mikoyan , a. g. e. s. 369.
28
Mikoyan , a. g. e. s. 370-395.
29
A.İ. Mikoyan, Mısli i vospominaniya o Lenine. 1970, Politizdat, Moskva, s. 3.