Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
230 
sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizəni verərkən
30
, Cümhuriyyətin 
süqutunu qeyd edir. Müəllif, 1920-ci ilin fevralında Azərbaycan kommunist 
partiyasının məhz sovet hakimiyyəti qurmaq məqsədilə yaradıldığını vurğulayaraq, 
Cümhuriyyətin bolşevik Rusiyasının əvvəlcədən hazırladığı sui-qəsd planı əsasında 
devrildiyini açıq mətnlə bildirir. Eyni zamanda müəllif, sovet hakimiyyətinin qan 
tökülmədən qalib gəldiyini
31
qeyd etməklə, ziddiyyətli məqamlara yol verir.
İdeloji təbliğatın gücləndirilməsini daim nəzarətdə saxlayan siyasi rəhbərlik 
kollektiv monoqrafiyaların yazılmasına xüsusi diqqətlə yanaşırdı. Belə ki, Naxçıvan 
Muxtar Sovet Sosialist Respublikası yaradılmasının 50 illiyi münasibətilə 
X.H.Vəzirov, C.B.Quliyev, A.A.Hüseynov və Q.Ə.Mədətovun 1974-cü ildə birgə 
tərtib etdikləri “Lenin milli siyasətinin yetirməsi” kitabçası
32
nəşr olunmuşdur. 
Müəlliflər, Böyük oktyabr inqilabını burjua-mülkədarların istismarı, milli 
zülmün ləğvi və fəhlə və kəndlilərin hakimiyyətinin qurulması kimi xarakterizə 
edir.
33
1924-cü ildə Naxçıvan Muxtar respublikasının yaradılma- sını Lenin milli 
siyasətinin nəticəsi olaraq qiymətləndirən müəlliflər, milli qüvvələri “əksinqilabçı 
qüvvələr və burjua ziyanın başqa orqanları”, Cüm- huriyyəti isə “oyuncaq burjua 
dövləti”, 
“müsavat Azərbaycanı”, bir partiya- nın hakimiyyəti, xarici 
müdaxiləçilərin, onlara nökərçilik edən daşnak və müsavatçıların azğın hökmranlığı, 
qanlı rejimi”, “burjua-mülkədar zülmü” adlandırmaqla Azərbaycan Xalq 
Cümhuriyyətinin qeyri-legitimliyini ictimai şüura yeridirlər.
34
Beləliklə, Naxçıvanda sovet hakimiyyətinin qurulmasına həsr olu- nan 
araşdırmada Cümhuriyyət şərh edilir. Başqa sözlə, müəlliflər, sovet hakimiyyətinin 
Azərbaycan Cümhuriyyəti üzərində qurulduğunu etiraf et- məyə məcbur olurlar. 
Məsələ ondadır ki, motivin sovet hakimiyyətinin qu- rulması olmasına baxmayaraq, 
siyasi hadisələrin mürəkkəb əlaqə və münasibətlərində Cümhuriyyət müəyyənedici 
məzmun xətti kimi təzahür edir. Bu mənada, qeyd edilən məsələ diqqəti 
Cümhuriyyətin üzərinə yönəldir və ictimaiyyət alternativ hakimiyyətin nəinki 
mövcudluğu, hətta fəaliyyəti haqda məlumat alır. Yaranmış situasiya isə totalitar 
rejimin müəyyənləşdirdiyi rəsmi tarix konsepsiyası ilə ziddiyyət təşkil edərək, 
mötəbərliliyinə kölgə salır. Hakimiyyətin siyasi tələblərinə müvafiq mənfi müstəvidə 
formulirovka vermələrinə rəğmən, Azərbaycan Cümhuriyyətinə müəlliflərin loyal 
münasibəti müşahidə olunur.
Tatyana Fyodorovna Şoloxovanın Sovet hakimiyyətinin 60 illiyi mü- 
nasibətilə Azərbaycan SSR “Bilik” Cəmiyyəti tərəfindən mühazirəçiyə kö- mək 
seriyasından nəşr olunmuş “Azərbaycan SSRİ xalqlarının vahid ailəsin- də” 
kitabçasında Azərbaycan Cümhuriyyətindən üstüörtülü-müxtəsər şəkil- də bəhs 
30
Mikoyan , a. g. e. s. 76-79 
31
Mikoyan , a. g. e. s. 80. 
32
Lenin milli siyasətinin yetirməsi. 1974, Azərnəşr, Bakı, s.94.
33
Lenin milli siyasətinin yetirməsi, s.5-6 
34
Lenin milli siyasətinin yetirməsi, s. 23-27. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin