Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   2   3   4   5   6   7   8   9   10   ...   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
226 
Sovet hakimiyyətinin qurulmasında iştirakçılardan biri, hərbçi İvan 
Qriqoriyeviç Dudinin sovet hökumətinin 50 illiyinə həsr olunmuş, 1970-ci ildə 
Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxmış “Прорыв бронепоез- дов” (Zirehli 
qatarların yarıb keçməsi) avtobioqrafik kitabında
12
Azərbaycan Cümhuriyyəti qeyd 
edilmişdir. Məsələ ondadır ki, İ.Dudin Azərbaycanda sovet hakimiyyətinin qurulması 
prosesini təsvir etsə də, əslində Azərbaycan Cümhuriyyətinin süqutu fonunda 
Azərbaycanın işğalını gündəmə gətirir. XI Qırmızı Ordunun Qafqazın, xüsusilə 
Azərbaycanın istilasını həyata keçirmək məqsədilə yaradıldığı aydın olur. Ziddiyyətli 
mövqe sərgiləyən müəllif, Azərbaycan hökumətinin müqavimətini etiraf edərək
Cümhuriyyətin devrilməsinə müxtəsər şərh verir.
13
Qeyd edək ki, müəllif, Azərbaycan Cümhuriyyətini bir partiyanın 
maraqlarının və hakim siniflərin mənafeyinin müdafiəçisi ”əksinqilabi Mü- savat 
partiyası hökuməti” kimi göstərməklə xalqa heç bir dəxli olmadığını isbat etməyə 
çalışır. Ümumiyyətlə Azərbaycan hökuməti qeyd edilmir, lakin işğal qeyri-ixtiyari 
vurğulanır. Məsələ ondadır ki, sovet hakimiyyətinin qu- rulması Cümhuriyyətin 
devrilməsindən keçdiyinə görə bütün sovet müəllif- ləri-bəziləri açıq şəkildə, 
digərləri isə sətiraltı ifadələrlə Azərbaycan höku- mətini ortaya çıxarmalı olurlar. 
İ.Dudin isə Azərbaycanın işğalındakı bütün prosesləri peşəkar hərbçi dəqiqliyi ilə 
təsvir edərək, istilanın əvvəlcədən planlaşdırıldığını nəzərə çatdırır.
Azərbaycanda kommunist quruluşunun qələbəsinə əsərlər yazmış Aron 
Milman 1971-ci ildə çapdan çıxmış, sosializmin tərənnümünə həsr etdiyi 
“Азербайджанская ССР - суверенное государство в составе СССР” (Azərbaycan 
SSR - SSRİ-nin tərkibində suveren dövlətdir) əsərində Azərbaycan Cümhuriyyətinə 
münasibət bildirir. Müəllif, Cümhuriyyəti ziddiyyətli -“burjua-mülkədar müsavat 
dövlət aparatı”, “milli hökumət”, “Gəncədə toplaşmış Müsəlman “Milli şurası”nın 
“müstəqil Azərbaycan respublikası”, “Müsavat rejimi”, "Gəncədə formalaşdırılmış 
müsavat hökuməti”, “Müsavat dövlət aparatı”, “antixalq”, “türk, alman və ingilis 
müstəmləkəsi”
14
ifadələri ilə təqdim edir. 
Azərbaycanda sovet hakimiyyəti qurulması gedişini təsvir edərkən, 
Cümhuriyyətin bolşeviklərin silahlı müdaxiləsi yolu ilə devrildiyini açıqla- maqla 
təzadlı fikirlər irəli sürən müəllif, milli hakimiyyətin müstəqil olma- dığını 
vurğulayır, digər tərəfdənsə Cümhuriyyəti strukturları formalaşmış hökumət kimi 
interpretasiya edir.
15
A.Milman - hüquq elmləri doktoru, mövcud ideologiyanın nümayən- 
dələrindən biri simasında sovet Rusiyasının işğal faktını əsaslandırmaqdan ötrü rəsmi 
12
İ.Q.Dudin, Prorıv bronepoezdov, 1970, Azerneşr, Baku, s.67.
13
Dudin. a.g.e., s. 58-59. 
14
A.Ş. Milman, Azerbaydjanskaya SSR-suverennoe qosudarstvo v sostave SSSR, 1971, Azerneşr, 
Baku, s. 3-30. 
15
Milman, a.g.e. s. 41-44. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin