1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 234
isbata çalışmalarına rəğmən, Azərbaycan Cümhuriyyəti araşdırmanın arxa plandan
məzmununu təşkil edir.
M.Allahverdiyevin “Коренные изменения социальной структуры
населения” (Əhalinin sosial strukturunun əsaslı dəyişiklikləri) məqaləsində oktyabr
inqilabının qələbəsi və Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra
əhalinin strukturunda köklü dəyişikliklərin meydana gəlməsi araşdırılır. İstismarın və
onun törətdiyi bütün səbəblərin aradan qaldırılması ilə fəhlə və kəndlilərin, yeni
ziyalı təbəqəsinin formalaşdığını qeyd edən müəllif, əvvəlki siyasi quruluşun
mövcudluğunu ortaya qoyur. M.Allahverdiyev, sovet hakimiyyətini mədh etməklə,
tarixdən silməyə çalışdığı Azərbaycan Cümhuriyyətini sətiraltı ifadələrlə dönə-dönə
vurğulayır. Müəllif, Cümhuriyyəti “türk-alman və ingilis müdaxiləçiləri və
müsavatçıların ağalığı” kimi şərh edərək, “1920-ci ildə Azərbaycanda sovet
hakimiyyətinin qurulması”
47
ifadəsilə milli hakimiyyətin devrilməsinə interpretasiya
verir. Lakin “istismarçı siniflərin yaratdığı köhnə dövlət maşını” ifadəsində müəllif,
milli hökuməti nəzərdə tutur
48
. Müəllif, Azərbaycan SSR-nin təsisinin həyatın
müsadirəsi”, “zülmkar siniflər”, “sinfi prinsiplər”
49
istilahları bütün sahələrindəki
inkişafından bəhs etməklə, Cümhuriyyətin antixalq siyasətini “ifşa etmək” məqsədini
izləyir.
50
Topludakı digər müəlliflərdən fərqli olaraq M. Allahverdiyev,
Cümhuriyyəti daha geniş formada ifadə edir. Doğrudur, müəllif, Cümhuriyyətin
rəsmi adını qeyd etmir, lakin “sovet hakimiyyətinin qələbəsi”, “istismar”, “mülkədar,
burjuaziya”, “bəy-xan torpaqlarının ilə milli hakimiyyəti ictimaiyyətə çatdırır.
Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz, Bakı sovetinin rəhbəri
Stepan Şaumyanın 100 illik yubileyi münasibətilə Püstəxanım Əziz- bəyova və
Məmməd Qazıyevin həmmüəllifliyi ilə 1978-ci ildə “Stepan Şaumyan” bioqrafik
əsəri çapdan çıxmışdır. Müəlliflər S.Şaumyanı icti- maiyyətə Azərbaycanda sovet
hakimiyyəti uğrunda Bakı sovetinin rəhbəri kimi sovet ideologiyasının direktivləri
əsasında çatdırmışlar. Azərbaycan Cümhuriyyətinin “Zaqafqaziya burjua millətçi
partiyalarının bu diyarı par- çalamaq” məqsədindən yarandığını bildirən müəlliflər,
ardınca F.Xoyskinin sədrliyi ilə “müstəqil Azərbaycan” hökumətinin təşkilini qeyd
edirlər. Təd- qiqatçılar, milli hakimiyyətin yaranmasını “daxili və xarici əksinqilabın
Ba- kıdakı Sovet hakimiyyətini boğmaq” kimi qiymətləndirir. Azərbaycan Cüm-
huriyyətinin təsisi “Sovet Rusiyasına qarşı, Sovetlər hakimiyyətini boğmaq uğrunda
mübarizə üçün dünya imperializmi ilə sövdələşən Zaqafqaziya əks- inqilabçıları”nın
qurumu simasında qələmə verilir
51
. Cümhuriyyət və türk qoşunlarının Bakını azad
etməyə yönəlmiş əməliyyatlarını “hərbi müdaxilə və vətəndaş müharibəsi”,
Cümhuriyyət xadimləri isə “Zaqafqaziya əksinqi- labçıları müsavatçılar, xanlar,
47
M.Allaxverdiev, “Korennıye izmeneniya sosialnoy strukturı naseleniya”. Velikiy Oktyabr i
rassvet ekonomiki i kulturı Sovetskoqo Azerbaydjana, Elm, Baku, 1977, s. 84-86.
48
Allahverdiyev, a. g. m. s. 87.
49
Allahverdiyev,
a. g. m. s. 84-89.
50
Allahverdiyev, a. g. m. s. 88-89.
51
P.Ə.Əzizbəyova, M.A .Qazıyev. Stepan Şaumyan, 1978, Azərnəşr, Bakı, s.125.