1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 235
bəylər
52
sözlərilə təqdim edilirlər. Müəliflər, S.G.Şaumyanı “Azərbaycanda sovet
hakimiyyətinin qurucusu kimi təqdim etməklə, əslində onun Cümhuriyyəti yıxmaq
üçün pozuculuq işləri apar- dığını nəzərə çatdırırlar. Azərbaycan hökumətini
bolşevik leksikonu ilə xa- rakterizə edərək, ona bir qrupun hakimiyyəti kimi təqdimat
verən müəlliflər, sovet hakimiyyətinin qurulması prosesində Cümhuriyyətə dövlət
kimi yanaşırlar. Başqa sözlə, ideoloqlar, sovet hakimiyyətinin bərqərarının
Cümhuriyyətin süqutundan keçdiyini göstərməyə məcbur olurlar.
Hacıbaba Əzimovun 1971-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap olunmuş
“Azərbaycan qəzalarında sovetlər (1917-1918-ci illər)” əsərində Azərbaycanda sovet
hakimiyyətinin qurulmasının sosial-siyasi zəminini əsaslandırmağa cəhd göstərir
53
.
Bolşeviklərin Bakıya iddialarını “sovet ha- kimiyyəti uğrunda mübarizə” kimi
qələmə verən müəllif, kütlənin bolşevik ideyalarına inamını isbata çalışır
54
. Milli
qüvvələrə “kənd burjua ziyası, qol- çomaqlar və əksinqilabi ünsürlərə qarşı
mübarizə” şərhini verir, digər tərəf- dən sovetləri Azərbaycanda yeganə qanuni
hakimiyyət
kimi vurğulamaqla, Cümhuriyyətin yaranmasına “Türkiyənin
Azərbaycanı işğalı” aspektindən yanaşılır
55
. Cümhuriyyəti “Azərbaycanda ingilis
müdaxiləçilərinin və müsavat burjua-mülkədar hökumətinin hökmranlığı”nın
bərqərarı kimi qeyd edən müəllif, milli dövlətin mövcudluğuna diqqət çəkmədən
sovet hakimiyyətinin qurulmasını obyektiv qanunauyğunluq kimi deyil, fakt kimi
ortaya qoyur. H.Əzimov, qarşıda duran əsas vəzifənin proletar diktaturası qurmaq
olduğunu qeyd etməklə, Azərbaycanda yeni quruluşu-sovet hakimiyyətini fəhlə-
kəndli hökuməti statusunu formalaşdırmaq məqsədini güdür.
Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsi yanında Marksizm-
Leninizm İnstitutunun Azərbaycan filialının KP MK Partiya Tarixi İnstutunun
materialları əsasında 1970-ci ildə nəşr olunan “В.И. Ленин об Азербайджане”
(V.İ.Lenin Azərbaycan haqqında) kitabçasında Azərbaycanda sovet hakimiyyətinin
qurulması haqqında müxtəsər şəkildə məlumat verilir. V.İ.Leninin Azərbaycanda
sosialist inqilabının qələbəsi uğrunda Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlıq
mübarizəsini diqqətlə izlədiyi bildirilir
56
. Müəlliflər, V.İ.Leninin Azərbaycanda
Sovet hakimiyyə- tinin taleyindən narahatlıq keçirdiyini qeyd edərək, Azərbaycan
zəhmətkeş- lərinin sosial və milli zülmdən azad olunmasının ilhamvericisi
adlandırırlar. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında V.İ.Leninin
təxirəsalın- maz kömək göstərilməsi üçün göstərişlər verdiyinə dair
57
Qafqaz hərbi
inqi- lab komitəsi cəbhəsinə göndərdiyi məktubunu nümunə gətirirlər. Əsər hegemon
partiyanın sifarişi ilə sovet dövlətinin banisi V.İ.Leninin idollaşdırılması məqsədilə
52
Əzizbəyova, a..g.e., s.128-132.
53
H.Əzimov, Azərbaycan qəzalarında sovetlər (1917-1918-ci illər), 1971, Elm, Bakı, s. 166-167.
54
Əzimov, a.g.e.s.169-172.
55
Əzimov, a.g.e. s. 173-184.
56
V.İ.Lenin ob Azerbaydjane, İnstitut İstorii Partii SK KP Azerbajdane Filial İML pri SK KPSS,
Azerneşr, Baku, 1970, s. VI.
57
V.İ. Lenin ob Azerbaydjane, s. VII.