1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 236
tərtib edilmişdir. Azərbaycanda sosializm quruluşunun təsisində Leninin
əvəzolunmaz roluna diqqət çəkən müəlliflər, “milli zülm” klişesi ilə Azərbaycan
Cümhuriyyətini üstüörtülü şəkildə ifadə edirlər.
Sonuç Gördüyümüz kimi, 1970-ci illərdə Azərbaycan Xalq Cümhuriyyə- tinin tarixi
sovet tarixşünaslığının ziddiyyətli xarakterindən dolayı təzadlı aspektdən şərh
edilmişdir. İsitisnasız olaraq, bütün müəlliflər faktoloji materiallara istinad etməklə,
Azərbaycan Cümhuriyyətini hadisələrin mərkəzinə çıxarmışlar.
Əgər 1920-30-cu illərdə A.Rayevski, Y.Rathauzer, A.Steklov
58
və digərləri
“Müsavat” partiyasına dair əsərlər yazmaqla kommunist partiyası- nın üstünlüyünü
isbata çalışırdılarsa, artıq 1950-ci illərdən etibarən rəsmi tarix konsepsiyasına
müvafiq olaraq mövcud rejimin hegemonluğuna dair tədqiqatlarda alternativ
qüvvələr arxa plana keçirilirdi.
1970-ci illərdə proses davam etdirilmiş, sosializm ideologiyasının dünya
miqyasında vahidliyinin isbatına həsr olunmuş araşdırmalar meydana gəlmişdir.
Lakin siyasi konyuktura yönümündən yazılmış əsərlərdə Azərbaycan Xalq
Cümhuriyyəti hadisələrin fundamental səbəbi kimi qeyd olunmaqla, sovet
quruluşunun müqəddəs elan etdiyi kultların ideoloji səbat- sızlığını ortaya çıxarır.
Nəticə etibarilə, ideoloji xəttin təsirilə yazlmiş araş- dırmalarda Cümhuriyyət
təkzibolunmaz faktlarla dövlət statusunda təqdim edilməklə, totalitar rejimin
müəyyənləşdirdiyi senzura qaydalarının pozul- ması müşahidə olunur.
Bir sözlə, inzibati-bürokratik sistemin təməl prinsiplərinin əsas gö- türüldüyü
bu
tədqiqatlarda
mənfi
aspektdən
interpretasiya
verilməklə,
Azərbaycan
Cümhuriyyətinin tarixi təhrif edilərək saxtalaşdırlımışdır. Lakin sovet ideoloqlarının
təkvektorlu yanaşmasına baxmayaraq, milli hökumət ictimai-siyasi fikrə tarixi
hadisələrin katalizatoru kimi təqdim edildiyindən Azərbaycan Xalq Cümhuriyyətinin
legitimliyi təsdiqlənmişdir.
58
A. Rayevskiy, Anqliskaya intervensiya i Musavatskoye pravitelstvo (İngilis müdaxiləçiləri və
Müsavat hökuməti). 1927, Азqiz, Baku, 195 s.; еqо jе: Аnqliyskiye “druzya” i Musavatskiye
“patriotı” (İngilis “dostlar” və Müsavat vətənpərvərləri), 1927, Азqiz, Baku, 72 s.; еqо jе: Partiya
Musavat i yeyo kontrrevolsionnaya rabota (Müsavat partiyası və onun əksinqilabi fəaliyyəti. 1929,
Baku, 64 s.; Y.Rathauzer, Bakıda inqilab və vətəndaş müharibəsi. 1917-1918-ci illər. 1928, Azqiz,
Bakı, 224 s.; onun; Şura Azərbaycanı uğrunda mübarizə, 1929, Azqiz, Bakı, 116 s.; A.Steklov,
Armiya Musavatskoqo Azerbaydjana. (Müsavat Azərbaycanının ordusu), 1928, Azqiz, Baku, 70 s.