Academic Journal of History and Idea
Vol.6 /Num.3
Quliyev / pp 1786-1801
Sept. 2019
1796
dəlil yox, Quran və hədisi anlamaqda vasitə olaraq görmüşdür. Ona görə şəri dəlillər
Kitab, Sünnə və İcma olmaqla üçdür, ağıl isə şəri dəlilləri əldə edə bilmək üçün üç
yoldan biridir. Digərləri isə lisan (dil) və əxbardır (xəbərlərdir). Müəllifə görə, lisanı
bilən hər kəs nəsləri anlaya bilər. Ağıl təkbaşına dinin təməl əsaslarını və vəcibələrini
anlamaq imkanında deyildir. O, yalnız vəhyin rəhbərliyi altında hadisələrin həqiqətini
dərk edə bilər.
25
Əhli-sünnədən Qəzali (öl. 1111) və Şövkani (öl. 1834) də ağılı dəlil
olaraq qəbul etmişdilər. Bu dəlil Uca Allahın verdiyi ağılla Allah yanında olan hökmü
kəşf etməkdir. Bütün ağıllar bir şeyin yaxşı və gözəl olduğu nöqtəsində ittifaq etdikdə,
Allahın da o şeyin gözəl və yaxşı olduğuna, bu bir feldirsə onun failini tərifləyib
mükafatlandırdığına, etməyəni isə qınayıb cəzalandıracağına ağıl vasitəsi ilə hökm
edilir və ağıl bu mənada dini dəlillərə daxildir.Göründüyü kimi, Şiə məzhəbində dəlillər
ümumi olaraq Kitab (Qurani-Kərim), Sünnə, İcma və Əqldir (Ağıl). Kitab bu dörd şəri
dəlillərin birincisidir.
26
Dostları ilə paylaş: |