Atdd tüm Hakları Saklıdır


Akademik Tarih ve Düşünce Dergisi



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#44457
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Fiqh elminin metodologiyas v h dis nasl qla olan laq si ( i m zh bi kontekstind )[#632377]-829678

Akademik Tarih ve Düşünce Dergisi 

Cilt:6 / Sayı:3  

Quliyev / ss 1786-1801 

Eylül  2019 

 

1793 



 

bütün  müsəlmanlar  Quranın  müqəddəsliyi  və  ona  hörmət  edilməsi  barəsində  müttəfiq 

fikirdədirlər.  Lakin  müsəlman  ümməti  onun  təfsir  və  təvilində  (izahında)  ixtilaf 

etmişlər.  Kitabın  təfsir  və  təvilində  Şiə  məzhəbinin  mənbəyi  həzrət  Peyğəmbərin  (s) 

hədisləri və Əhli-beytin (ə) şərhləridir.

7

  



Sünnə  (hədis)  Məsumların  (ə)  söz,  fel  (hərəkət)  və  təqriləridir  (qərarlarıdır). 

Həzrət Peyğəmbərdən (s) başqa digər Məsumların (ə) elmi  ya ilham yolu ilə, yaxud da 

hər  İmamın  (ə)  özündən  sonrakı  İmama  (ə)  öyrətməsi  ilə  əldə  olunur.  Sünnənin  dəlil 

olması  onun  möhkəm  (çox  doğru)  olmasına  və  onun  rəvayət  ediliş  şəklinə  bağlıdır. 

Təvatür yolu ilə nəql edilən hədis həm əqidə, həm də əməl sahəsində dəlildir, höccətdir. 

Təvatür dərəcəsinə çatmamış (doğruluğu 100 faiz sübut olunmamış) hədislər dəlil olma 

baxımından  ixtilaflıdır.  Əxbarilərə  görə,  dörd  hədis  kitabında  (“Üsulül-kafi”,  “əl-

Fəqih”,  “Təhzibül-əhkam”,  “əl-İstibsar”)  keçən  hədislər  səhihdir  və  onlarla  əməl 

edilməlidir.  Bunu  da  qeyd  edək  ki,  Şiə  olmayan  ravilərin  nəql  etdikləri  hədisləri 

mötəbər dəlil sayan bəzi üsulçular da vardır. Ancaq burada Şiə olmayan ravinin dindar 

və  hədis  mövzusunda  yalan  söyləməyən  bir  şəxs  olması  şərtdir.  Bir  mövzuda  Şiə 

ravilərdən  rəvayət  nəql  olunmayıbsa,  digər  məzhəblərdən  sağlam  olan  ravilərin 

rəvayətləri ilə əməl edilir. 

Hədisin  (sünnənin)  bir  əsli  dəlil  olması,  onun  verdiyi  hökmə  əməl  edilməsi 

baxımından Kitabdan (Qurani-Kərimdən) bir fərqi olmaması mövzusunda heç bir ixtilaf 

yoxdur. Buna “əl-Həşr” surəsinin: “Peyğəmbər sizə nəyi verirsə onu götürün (ona əməl 

edin),  nəyi  də  qadağan  edirsə  ondan  uzaq  durun”,  ayəsi  dəlalət  edir.

8

  Şiə  məzhəbinə 



görə  sünnənin  dəlil  olması  məsum  İmamların  (ə)  sözü  ilə  də  sabitdir.  İmam  Musa 

Kazim (ə) buyurub:  “...Hər şey Allahın kitabında və Nəbinin sünnəsində  mövcuddur”.

9

 

İmam Cəfər Sadiq (ə) də Quran və sünnə haqqında belə buyurmuşdur: “Hər şey Quran 



və  Sünnəyə  qaytarılır,  hər hansı  bir  hədis  Allahın kitabına uyğun gəlmirsə, o uydurma 

bir sözdür”.

10

  

Göründüyü kimi, sünnə Quranın tamamlayıcısıdır və bunların hər ikisi də İslamın 



təməl qaynaqlarıdır. Qurani-Kərimdəki ayələr tam təfsilatlı şəkildə deyil və bu ayələrin 

“ümumluq”,  “xüsusluq”  “icmali”  və  “təfsili”  olmaq  yönündən  sünnə  tərəfindən  izaha 

                                                        

7

 əs-Seyyid Haşim Məruf əl-Həsəni,  Tarixül-fiqhil-Cəfəri, Tarihsiz,  12. 



8

 Qurani-kərimHəşr surəsi, ayə 7, Tərc: Z.Bünyadov, V.Məmmədəliyev, Bakı:  Azərnəşr, 1991. 

 

9

  əl-Küleyni,  Üsulul-kaf,    I  c.  “Elmin  fəziləti”,    Üsulul-kafi,    8  cilddə.  I  c.  Tehran:  Darul-kütubil 



islamiyyə,Tarixsiz

.  


10

 Həmin mənbə. 





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin