I. Fiqh üsulunun əhəmiyyəti, predmeti və əsas qaynaqları
Miladi XI əsrin böyük fiqh üsulu alimləri Şeyx Müfid (945-1022) və onun tələbəsi
Seyid Mürtəzanın (öl. 1044) böyük cəhdləri nəticəsində Əxbarilər öz təsirlərini itirdilər.
Şeyx Müfid hədislərin başa düşülməsi üçün ağıldan (əql) istifadə etməsi, lazım gəldikdə
rəvayətlərin səhihlik baxımından tədqiq edilməsi və tələbələri Seyid Mürtəza ilə Şeyx
Tusinin (öl. 1067) bu üsul qaydalarını tənzimləyərək inkişaf etdirmələri Əxbarilərin
zəifləməsinə və Üsuli anlayışın rəvac tapmasına səbəb oldu.
1
Yuxarıda qeyd edildiyi kimi, Əxbarilər dəlil olaraq yalnız Kitab (Qurani-Kərim)
və Məsumların (ə) söz, fel və təqrirlərindən ibarət olan sünnəni (hədisləri) qəbul edirlər.
Buna görə də Əxbari alimlərinin dəlillərin təsnifatı və digər üsul mövzularında fikirləri
azlıq təşkil edir. Üsulçu alimlər isə dəlillər və digər üsula aid mövzularında bir çox
metodlar (qaydalar) ortaya qoymuşlar.
Üsuli-fiqh elminə aid ilk əsəri əhli-sünnə məzhəbində Məhəmməd bin İdris əş-
Şafei (öl. 820) yazmışdır. Onun yazdığı əsərin adı “ər-Risalə”dir. Amma Şiə məzhəbinə
gəldikdə isə, qeyd etmək lazımdır ki, bu sahədə ilk addım İmam Məhəmməd Baqir (ə)
(676-733) və oğlu İmam Cəfər Sadiqin (ə) (699-765) dövründə atılmışdır. Belə ki, hər
iki İmamın (ə) yaxın tələbəsi olmuş Hişam bin Həkəm (öl. 795) bu sahədə ilk əsər
yazan müəllif kimi qeyd edilir. Onun yazdığı əsərin adı “Risalə fil-əlfaz”dır. Müəllif adı
1
Hayreddin Karaman,“Caferiyye”, Diyanet İslam Ansiklopedisi, VII c. İstanbul: TDV Yayınları, 1996, 2.
|