Atdd tüm Hakları Saklıdır


Akademik Tarih ve Düşünce Dergisi



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#44457
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Fiqh elminin metodologiyas v h dis nasl qla olan laq si ( i m zh bi kontekstind )[#632377]-829678

Akademik Tarih ve Düşünce Dergisi 

Cilt:6 / Sayı:3  

Quliyev / ss 1786-1801 

Eylül  2019 

 

1791 



 

çəkilən  əsərində  fiqh  və  hədis  elmlərinin  fundamental  metodoloji  problemlərinə 

toxunmuşdur. 

Bundan başqa Şiə məzhəbində dövrünün qüdrətli alimlərindən olmuş Şeyx Həsən 

bin Əli bin Üqeyl əl-Əmaninin (öl. 941) yazdığı “əl-Mütəməssik bi həbli Alir-Rəsul (s)” 

adlı  əsəri  də  fiqh  üsulu  tarixində  mühüm  yerə  sahibdir.  Amma  əfsuslar  olsun  ki, 

yuxarıda adını çəkdiyimiz əsərlərin heç biri dövrümüzədək gəlib çıxmamışdır. 

Fiqh üsulu mövzusunda dövrümüzədək gəlib çıxmış ilk kitab Şeyx Müfidindir (öl. 

1022).  Onun  əsəri  “ət-Təzkirə  bi-üsulil-fiqh”dir.  Kitab  “Bilin  ki,  şəri  hökmlərin  əsası 

üçdür:  Allahın  kitabı,  Peyğəmbərin  (s)  sünnəsi  və  məsum  İmamların  (ə)  sözləridir”, 

cümlələri  ilə  başlayır.

2

  Həmin  cümlələrdən  məlum  olur  ki,  Şeyx  Müfid  şəri  ehkamın 



qaynağını  Kitab  (Qurani-Kərim),  Peyğəmbərin  (s)  sünnəsi  və  Məsumların  (ə)  sözləri 

olaraq  qəbul  etmişdir.  Ona  görə  bu  qaynaqlardakı  şəri  elmi  (məlumatı)  əldə  etməyin 

yolları  üçdür.Bunlardan  birincisi  ağıldır  (əql).  Ağıl  Qurani-Kərimin  höccət  (dəlil) 

olmasının  və  hədislərin  dəlalət  etdiyi  şeylərin  bilinməsinə  aparan  vasitədir.İkincisi 

lisandır (dil). Lisan kəlmələrin mənalarının bilinməsi üçün bir vasitədir. 

Üçüncüsü  isə  hədislərdir  (əxbar)  ki,  bu  Quran,  Peyğəmbərin  (s)  sünnəsi  və 

İmamların (ə) dediklərinin isbatı üçün lazımi vasitədir.

3

 



Şeyx Müfidin “ət-Təzkirə bi üsulil-fiqh” əsərindən sonra ən əhəmiyyətli üsul əsəri 

Seyid  Mürtəzanın  (öl.  1044)  “əz-Zəriə  ila  üsuliş-şəriə”sidir.  Seyid  Mürtəzanın  digər 

üsul əsəri də “Rəsailüş-Şərifi Mürtəza”dır.  

Seyid  Mürtəza  ağılı  (əql)  digər  əsas  dəlillərə  əlavə  edərək  onu  şəri  elmi 

(məlumatı) əldə etmək üçün bir vasitə deyil, onu müstəqil bir dəlil olaraq  Quran, Sünnə 

və İcma kimi  əsas qaynaqların arasına daxil etmişdir. Bunlara baxmayaraq o, “ictihad” 

məfhumuna qarşı çıxmışdır.

4

 



Şeyx  Tusi  (öl.  1067)  də  üsul  alimlərindəndir.  Onun  bu  mövzuda  yazdığı  ən 

qiymətli  əsəri  “əl-Üddətu  fi  üsulil-fiqh”dir.  Şeyx  Tusi  fiqhi  dəlilləri  tədqiq  edərkən 

Quran,  Sünnə,  lisan  (dil)  və  əqli  dəlilləri  qeyd  etmişdir.  O,  yeri  gəldikdə  Seyid 

Mürtəzanın fikirlərinə də yer vermiş və onun ifadələrini işlətmişdir.

5

 

Şeyx Tusidən sonra Əbu Əli Həsən bin Fəzl ət-Təbərisinin (öl. 1153) yazdığı “ət-



Təmhid  fil-üsul”,  Mühəqqiq  əl-Hillinin  (öl.1277)  “Şəraiul-İslam  fi  məsailil-halal  vəl-

                                                        

2

 Şeyx Müfid, ət-Təzkirə bi-üsulil-fiqh,  IX c. Beyrut: Darul-Müfid, 1993, 28. 



3

 Həmin mənbə. 

4

 Əbülqasim əl-Mürtəza,  əz-Zəriə ila üsuliş-şəriə. II c. Tehran: İntişarate-Daneşgahe-Tehran, 1363, 792-



794. 

5

 Şeyx ət-Tusi,  əl-Üddə fi üsulil-fiqh. I c., 1417, 99-101. 





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin