31 dekabr 2015-ci il
http://www.amu.edu.az
7
Toplantı
Cərrahi xəstəliklər şöbəsinin müdiri, professor
Xaləddin Musayev, tibb üzrə fəlsəfə doktoru, I cərrahi
xəstəliklər kafedrasının assistenti Solmaz İmanova, tibb
üzrə fəlsəfə doktoru Aynur Safiyeva və Cərrahı xəstəliklər
kafedrasının dosenti, Tibb Elmlər Doktoru Eldar Əliyevin
təşkilatçılığı altında həyata keçirildi.
T
oplantının birin ci
hissə sin də pro-
fessor Xa ləd din
Musayev «Azər baycan
kolon və rektum cərrahi
dərnəyi» adlı cəmiyyətin
yara dılması ilə bağlı
plan dan söhbət açdı.
Plan laşdırılan dərnəyin
yara dılmasında məqsəd
dərnək üzvlərinin bu
sahədə haqlarının qorunması,
on la ra öz ixtisasları üzrə
ixti saslaşmalarına
yardım
etmək, standartlara uyğun
olaraq həkimlərin xəstələrə
xidmət göstərməsini təmin
etməkdir.
Dərnəkdə təlimləndirici se-
mi nar ların, treninqlərin ke-
çirilməsi, elmi konfranslar,
simpozium və seminarların
keçiril məsi, elmi məqalələrin dərc edilməsi, Beynəlxalq səviyyədə
(Türkiyə, Rusiya, Avropa) iş birliyi aparmaq, yeni praktika və bacarıqların
əldə edilməsi üçün xarici ölkələrdən mütəxəssislərin dəvət olunmasının
planlaşdırılması barədə söhbət açıldı.
Bundan əlavə, əhalini maarifləndirmək məqsədi ilə kütləvi informasiya
vasitələrindən istifadə etmək nəzərdə tutulur.
Həmçinin dərnəyin vəzifə və hüquqları, üzvləri, etik qruplar, etik
standartlar və s. mövzulardan da söhbət açıldı. Toplantının ikinci
hissəsində tibb üzrə fəlsəfə doktoru, I cərrahi xəstəliklər kafedrasının
assistenti Solmaz İmanova «Pararektal fistulların müalicəsində seton
tətbiqi zamanı müşahidə olunan fəsadlar» mövzusunda məruzə ilə
cıxış etdi. Məruzədən sonra iştirakçılar ilə mövzu ətrafında maraqlı
disskusiyalar aparıldı.
“Fəlsəfənin nəzəri əsasları:
problemlər, anlayışlar,
prinsiplər” adlı dərs vəsaiti
(mühazirələr kursu) fəlsəfənin
aktual problemlərinə həsr
olunmuşdur. Bu kitabda
fəlsəfənin digər problemləri ilə
yanaşı, fəlsəfənin təbabətlə
əlaqəsi müasir yanaşmalar
prizmasından işıqlandırılmış
və ümumbəşəri dəyərlər
sistemində fəlsəfənin yeri və
əhəmiyyəti göstərilmişdir.
Tələbələrə və geniş oxucu
kütləsinə təqdim edilən bu
dərs vəsaitində həmçinin
düha aləmi olan fəlsəfədən, fəlsəfi biliklərin
insan və cəmiyyət həyatındakı rolundan,
yeni dünyagörüşün formalaşmasında fəlsəfi
irsin müstəsna əhəmiyyətindən və nəhayət
fəlsəfənin özünü dərk etməsindən söhbət açılır.
Zaman keçdikcə insan təcrübəsinin intellek-
tual potensialı artmış, elmi biliklərin tətbiqi
daha praktik məna kəsb etmiş, fəlsəfə də elm
sahəsi kimi özünə yenidən “nəzər
salmış” və metodoloji funksiya-
larına nəzəri-tənqidi yanaşmağa
başlamışdır. Kitabda həmçinin
fəlsəfənin əsas funksiyası kimi bu
gün də mürəkkəb təbiət-cəmiyyət
aləmində insana ləyaqətli yaşam
dünyagörüşü aşılanmışdır.
On beş fəsildən ibarət olan dərs
vəsaitində ilk dəfə olaraq insan
sağlamlığının fəlsəfəsi, fəaliyyətin
fəlsəfəsi problem kimi araşdırıl-
masına, elmin və onun etikasına,
elmi axtarışlarda azadlıq və
tədqiqatçının sosial məsuliyyətinə
və fəlsəfi problemlərinin cədvəl
və diaqramlarda işıqlandırılmasına geniş yer
verilmişdir.
Bu dərs vəsaiti elmi işçilər, tibb işçiləri, fəlsəfə
nəzəriyyəsinə marağı olanlar, tədqiqatçılar,
tələbələr, aspirantlar və geniş oxucu kütləsi
üçün faydalı ola bilər.
Dostları ilə paylaş: