Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın


ATU-da ana və uşaq sağlamlığına dair



Yüklə 11,22 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix02.01.2022
ölçüsü11,22 Mb.
#2458
1   2   3   4   5   6   7   8   9   ...   19
Dünya azərbaycanlılarına

Bütün  soydaşlarımızın  azərbaycançılıq  ideologiyası 

ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi 

məsələsinə  xüsusi  diqqət  yetirən  ümummilli  lider 

Heydər  Əliyev  bu  sahədə  tarixi  qərarlar  qəbul 

etmiş,  xaricdə  məskunlaşmış  həmvətənlərimizin 

hüquqlarının  qorunmasına,  diaspor  quruculuğunun 

geniş  vüsət  almasına  yönələn  əhəmiyyətli  tədbirlər 

həyata  keçirmişdir.  Aparılan  məqsədyönlü  siyasətin 

nəticəsi  olaraq,  bu  gün  diaspor  təşkilatlarımız 

fəaliyyət 

göstərdikləri 

ölkələrdə 

Azərbaycan 

həqiqətlərinin  təbliği,  milli  maraqlarımızın  müdafiəsi 

və  respublikamızın  digər  dövlətlərlə  qarşılıqlı  faydalı 

münasibətlərinin  dərinləşməsi  işinə  öz  töhfələrini 

verirlər.

Hazırda  davam  edən  qlobal  maliyyə-iqtisadi 

böhrana  baxmayaraq,  hamımızın  doğma  vətəni 

olan  Azərbaycan  Respublikasında  2015-ci  ildə  də 

sosial-iqtisadi  artım  dinamikası  qorunub  saxlanmış, 

müxtəlif  sahələri  əhatə  edən  dövlət  proqramları  və 

infrastruktur  layihələri  ardıcıl  icra  edilmişdir.  Ölkəmiz 

Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan 

nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata 

keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli 

qoyulmuş  TANAP  layihəsi  də  daxil  olmaqla,  zəngin 

qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində 

nəzərdə  tutduğumuz  planların  gerçəkləşdirilməsi 

Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq 

aləmdəki  rolunu  daha  da  artıracaq,  respublikamızın 

gələcək  inkişafı  və  xalqımızın  rifahının  yüksəldilməsi 

yolunda yeni perspektivlər açacaqdır.

Bu  il  Azərbaycan  böyük  idman  bayramına  -  Birinci 

Avropa  Oyunlarına  ev  sahibliyi  etmişdir.  Qitənin 

50  ölkəsinin  idmançılarının  iştirakı  ilə  keçirilən  bu 

tədbir  yüksək  səviyyədə  təşkil  olunmuş,  beynəlxalq 

ictimaiyyətdə  dövlətimizin  potensialı,  xalqımızın 

çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi 

və  tolerantlıq  ənənələri  barədə  müsbət  təəssüratlar 

yaratmışdır.

Son  dövrlər  dünyanın  müxtəlif  guşələrində  hərbi-

siyasi  münaqişələrin  və  iğtişaşların  artmasına 

baxmayaraq,  Azərbaycanda  mövcud  olan  ictimai-

siyasi  sabitlik,  hakimiyyət  və  xalq  arasında  etimad 

mühiti  daha  da  möhkəmlənmişdir.  Noyabr  ayında 

demokratik  və  şəffaf  şəraitdə  keçirilmiş  növbəti 

parlament  seçkiləri  də  cəmiyyətin  nikbin  əhval-

ruhiyyəsinin,  xalqımızın  aparılan  siyasətə  dərin 

rəğbətinin parlaq təzahürü olmuşdur.

Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar 

siyasəti  və  qeyri-konstruktiv  mövqeyi  ucbatından 

hələ  də  həllini  tapmamış  Ermənistan-Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsi  hamımızı  narahat  edən 

taleyüklü  problem  kimi  qalır.  Bu  gün  Azərbaycan 

Respublikası  güclü  iqtisadiyyata  və  torpaqlarımızı 

hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli 

orduya  malikdir.  Lakin  biz  yenidən  qan  tökülməsinin 

qarşısını  almaq,  regionda  gərginliyi  artırmamaq 

məqsədilə  münaqişənin  beynəlxalq  hüquq  normaları 

çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab 

edirəm  ki,  bundan  sonra  da  səylərimizi  birləşdirməli, 

işğal  edilmiş  ərazilərimizin  azad  edilməsi  uğrunda 

ardıcıl  və  məqsədyönlü  iş  aparmalıyıq.  Bu  sahədə 

diaspor  təşkilatlarımızın  da  üzərinə  mühüm  vəzifələr 

düşür.  Azərbaycanın  suverenliyinin  qorunması  və 

ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz 

və  birgə  fəaliyyətimizlə  sanballı  töhfə  vermək  bizim 

başlıca amalımız olmalıdır.

Sizi  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü 

münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə 

xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2015-ci il.




Yüklə 11,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin