http://www.amu.edu.az
31 dekabr 2015-ci il
4
H
ər kəsi salamla-
yaraq bu günkü
toplantının kli-
nikanın 5 illik fəaliyyətinə
baxış məqsədi daşıdığı-
nı söyləyən klinikanın di-
rektoru, professor Surxay
Musayev öncə II daxi-
li xəstəliklər kafedrasının
müdiri, professor Vəsadət
Əzizovu anadan olmasının
60 illiyi münasibətilə kol-
lektiv adından təbrik etdi.
Bundan sonra “5 il sağ-
lığınızın keşiyində” hesa-
bat məruzə ilə çıxış edən
S.Musayev 2010-cu il oktyab-
rın 1-də ölkə başçısı cənab
İlham Əliyev və ölkənin birinci
xanımı Mehriban Əliyevanın
iştirakı ilə klinikanın təntənəli
açılış mərasiminin keçiril-
diyini bildirdi. 5 il ərzində
bir çox uğurlara imza atıl-
dığını söyləyən direktor bu
işdə peşəkar və savadlı kol-
lektivin rolunu xüsusi vur-
ğuladı. S.Musayev ümumi
sahəsi 25 min kvadratmetr
olan, 15 mərtəbəli, 380 çar-
payılıq stasionar şöbələrə və
gündəlik 300-350 xəstəyə
tibbi xidmət göstərə bilən
konsultativ-diaqnostik po-
liklinikaya malik klinikada
müayinə, müalicə və reabli-
tasiya üçün hər cür şəraitin
yaradıldığını dedi: “Əmək in-
tizamını möhkəmləndirmək
və
təhlükəsizliyi
təmin
etmək üçün klinikada işə gi-
riş və çıxış elektron kartlar-
la qeydiyyata alınır, elektron
tabellər tərtib edilir. Per-
sonal kartlar eyni zamanda
klinikanın xidməti liftlərinin
istifadəsini səmərələşdirmək
üçün istifadə olunur. Klini-
ka intizama və təhlükəsizliyə
nəzarət üçün 64 ədəd
müşahidə kamerası, yanğın
təhlükəsizliyi üçün həssas
siqnalizasiya sistemi, elə-
cə də baş verə biləcək
qəzalara təcili müdaxilə üçün
vasitələrlə təchiz edilmiş-
dir. Klinikada eyni vaxtda
640 nəfərlik tutumu olan 8
mühazirə zalı və 70 məşğələ
otağının xidmətindən gün
ərzində 2500-3000 nəfər
istifadə edir ki, bu da kifayət
qədər böyük rəqəmdir. Bun-
dan əlavə, klinikada reziden-
tura və doktorantura xətti
ilə yüksək ixtisaslı kadrların
hazırlanması həyata keçirilir.
Klinikanın və laboratoriya-
nın idarəetmə sistemlərini,
eləcə də PAKS sistemini
özündə birləşdirən 300-ə
yaxın kompyuter, 20 modul-
dan ibarət şəbəkə bütün tibbi
sənədləşmə prosesini sürətlə
icra etmək, arxivləşdirmək,
statistik işləmək, görüntüləri
və laborator müayinələrin
nəticələrini müalicə həkim-
lərinə, eləcə də dünya-
nın hər hansı ölkəsindəki
mütəxəssisə ötürmək imka-
nına malikdir. Burada xarici
ölkələrin qabaqcıl klinikaları
və dünyanın görkəmli tibb
mütəxəssisləri ilə video-
əlaqə quraraq müzakirələr
aparıb, məsləhətlər almaq
mümkündür”.
Klinikada əhaliyə müalicə-
diaqnostik xidmətin əsasən
2 istiqamətdə – konsultativ-
diaqnostik xidmət və stasio-
nar müalicə xidməti – qurul-
duğunu söyləyən S.Musayev
əsas ağırlığın konsultativ-
diaqnostik
poliklinikanın,
ixtisaslaşdırılmış
kabinet
və laboratoriyaların üzərinə
düşdüyünü vurğuladı. Bil-
dirdi ki, klinikada fəaliyyət
göstərən işçilərin say tərkibi
470 nəfərdən ibarətdir. Bun-
lardan 221 nəfəri klinikanın,
249 nəfəri isə kafedraların
əməkdaşıdır.
5 il müddətində on min-
lərlə xəstəyə tibbi xidmət
göstərilmişdir ki, bunlar-
dan 20 minə yaxını sta-
sianor, 150 minə yaxını
ambulator, digərləri isə labo-
ratoriya, rentgen, USM, KT,
EEQ, EMQ və mammoqrafiya
xidmətlərindən yararlanmış-
dır.
Amerika, Yaponiya, Al-
maniya, Fransa, Türkiyə və
Cənubi Koreyanın aparıcı
şirkətlərinin ən müasir cihaz
və avadanlıqları ilə təchiz
olunan klinikada Ürək Da-
mar Mərkəzinin, hemato-
logiya, pulmonologiya-al-
lerqologiya və nefrologiya,
revmatologiya və qastro-
enterologiya, endokrinolo-
giya şöbələrinin, qan ban-
kının, molekulyar genetika
bölməsinin, peyvənd otağı-
nın və 4 yataqlı təcili yardım
xidmətinin yaradılmasını ar-
tıq reallaşan hədəflər adlan-
dıran S.Musayev görüləcək
işlərin də hələ çox olduğunu
diqqətə çatdırdı. Ürək Da-
mar Mərkəzinin ölkəmizdə
aritmiyaların diaqnozu və
müalicəsi də daxil olmaqla,
bütün kardioloji xidmətlərin
bira arada verildiyi yeganə
mərkəz olduğu, habelə kar-
diologiya sahəsində rezident
hazırlığı ilə məşğul olan 3
mərkəzdən biri olduğu vur-
ğulandı. Azərbaycan Tibb
Universitetinin tarixində ilk
dəfə olaraq ən yüksək stan-
dartlara cavab verən he-
matologiya şöbəsinin yara-
dıldığını və şöbənin bütün
əməkdaşlarının - həkim, tibb
bacısı və xadimələrinin dün-
yanın ən nüfuzlu klinikaların-
da ixtisaslaşmaq üçün kurs-
lara göndərildiyini və hazırda
ən ağır qan xəstəliklərinin
müasir protokollara uyğun
müalicə olunduğunu xüsusi
qeyd etdi.
Klinikanın mərkəzləş diril-
miş diaqnostik laboratoriya-
sının imkanları üzərində geniş
dayandı: “Gündəlik həyatda
keyfiyyət ehtiyacdır, labora-
toriyada isə məcburiyyətdir.
Laboratoriya nəticələri əksər
hallarda
rəqəmsal
olur,
verilən rəqəmin doğru olub-
olmadığını yalnız rəqəmlərə
baxaraq demək mümkün de-
yil. Xəstəyə verilən nəticənin
doğruluğundan əmin olmaq
lazımdır. Laboratoriyamız-
da bu prinsiplərə xidmət
edən həm daxili, həm də
xarici keyfiyyətə nəzarət
sistemi mövcuddur. Xüsu-
si soyuq hava deposunun və
depo proqramının mövcud-
luğu reaktivlərin yararlılıq
müddəti keçmədən, səmərəli
istifadəsinə şərait yaradır.
Laboratoriyamız keyfiyyətə
xarici nəzarət üçün “Türk
Klinik Biokimya Uzmanlıq
Dərnəyi Eksternal Kontrol”
(KBUDEK) şəbəkəsinə qo-
şulmuşdur və əksər testlərə
görə laboratoriyamız 500-
ədək laboratoriya arasında
ilk 10-a daxildir”. S.Musayev
növbəti hədəflərinin sümük
iliyi transplantasiyası, insult
mərkəzi, anadangəlmə ürək
qüsurlarının invaziv üsullarla
bərpası, uşaq psixonevrologi
mərkəsi, pediatrik şöbələrin
ixtisaslaşması olduğunu bil-
dirdi.
ATUKA (Azərbaycan Tibb
Universitetinin Kardiologiya
Akademiyası) və ATUREK-in
(Azərbaycan Tibb Univer-
siteti Rezidentlərinin Elmi-
təcrübi Konfransı) uğur-
lu fəaliyyətindən də söhbət
açan S.Musayev klinikanın
mütəmadi olaraq beynəlxalq
səviyyəli konqres və konf-
ranslara ev sahibliyi etdi-
yini də diqqətə çatdırdı. O,
marketinq işlərinə də ciddi
fikir verildiyini vurğulaya-
raq bütün hallarda müalicə-
diaqnostik
xidmətin
və
tədrisin prioritet məsələ ola-
raq qaldığını söylədi.
Tədbirdə çıxış edən ka-
fedra müdirlərindən pro-
fessor Əlihüseyn Hidayətov,
professor Amaliya Əyyubova,
professor İsfəndiyar İsmayı-
lov, Ürək Damar Mərkəzinin
rəhbəri, dosent Fərid Əliyev
klinikanın 5 il ərzində inkişaf
edərək ən müasir standart-
lara cavab verən bir mərkəzə
çevrildiyini vurğuladılar.
Azərbaycan Tibb Univer-
sitetinin rektor əvəzi, tədris
işləri üzrə prorektor, pro-
fessor Sabir Əliyev çıxışın-
da bildirdi ki, bu klinikanın
ərsəyə gəlməsi ilk növbədə
ölkə prezidentinin, səhiyyə
nazirliyinin və universi-
tet rəhbərliyinin çox böyük
diqqət və qayğısı sayəsində
mümkün olub.
Klinikada müalicə işlərinin
ən müasir standart və pro-
tokollara
uyğun
aparıl-
dığını söyləyən prorek-
tor qazanılmış təcrübənin
tədris
prosesinə
tətbiqi
istiqamətində
müvafiq
tövsiyələrini verdi: “Bütün
görəcəyimiz işlər ən əvvəl
tədrisə istiqamətlənməlidir.
Tələbələrin tibbi bacarıqlara
yiyələnməsi və rezidentlərin
hazırlığı
istiqamətində
istənilən səviyyəyə nail ola
bilmək üçün inkişaf et-
miş ölkələrin təcrübəsini
dərindən mənimsəməliyik.
Təbii ki, universitet klini-
kası həmişə digər klinika-
lardan bir addım qabaqda
olmalıdır. Çünki burada ça-
lışan alimlər, professorlar
demək olar ki, Azərbaycan
səhiyyəsinin istiqamətverici
mütəxəssisləridir. İndi tibb
çeviklik tələb edir. Hər hansı
bir klinikanın uğuru dünyada
baş verən yenilikləri öz ba-
zasına daha tez gətirməsi ilə
ölçülür. Avropa ölkələrində,
Türkiyədə bu məsələyə çox
diqqətlə yanaşılır, mütəxəssis
hazırlığına ayrıca önəm veri-
lir.
Son illərdə klinikaları-
mızda müasir standartlara
əsaslanan laboratoriyaların
yaradılması, yeni diaqnostik
vasitələrdən istifadə edilməsi
və müalicə işlərinə universitet
rəhbərliyinin təşəbbüsü ilə
təhsil üçün Türkiyə və digər
ölkələrə göndərilmiş yüksək
ixtisaslı mütəxəssislərin cəlb
olunması bizə arzuladığımız
səviyyəyə çatmaq üçün geniş
imkanlar verir”.
S.Əliyev görülən işlər
barədə ictimaiyyətin daha
ətraflı məlumat landırıl ması-
nın vacibliyini də vurğula-
dı. Başqa klinikalarımızla
müqayisədə Tədris Terapev-
tik Klinikanın təşkilati işin
qurulması, müalicə prinsipi,
diaqnostik aparatların alın-
ması və rezidentlərin hazırlı-
ğı baxımından yaxşı mənada
fərqləndiyini deyən prorek-
tor bu böyük kollektivin hər
bir üzvünü qarşıdan gələn
Dünya
Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il
bayramı münasibəti ilə təbrik
etdi, onların ailələrinə ruzi-
bərəkət arzuladı.
Sonda professor Sur-
xay Musayev də fəaliyyət
göstərdikləri 5 il müddətində
ölkə Prezidentinin, səhiyyə
nazirliyi və universitet rek-
torluğunun diqqət və qay-
ğısını daim hiss etdiklərini
xüsusi
qeyd
edərək
təşəkkürünü bildirdi. Bütün
tibbi personalı və tədbir iş-
tirakçılarını qarşıdan gələn
Dünya
Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə təbrik
edərək doğma kollektivə yeni
uğurlar dilədi.
Toplantıda
kollektivə
özündə klinikanın simvolla-
rını əks etdirən hədiyyələr də
təqdim olundu.
.
Dostları ilə paylaş: