Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın



Yüklə 11,22 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix02.01.2022
ölçüsü11,22 Mb.
#2458
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
A.KAMRANOĞLU

Fotolar Cənnətalı Çingizindir

5 İL SAĞLIĞINIZIN KEŞİYİNDƏ

Dekabrın  25-də  Azərbaycan  Tibb 

Universitetinin Tədris Terapevtik Kli-

nikasının 5 illik fəaliyyətinə həsr olu-

nan toplantı keçirildi.



31 dekabr 2015-ci il

http://www.amu.edu.az

5

      Kofransı giriş sözüylə açan univer-



sitetin elmi işlər üzrə prorektoru, profes-

sor İbrahim İsayev qeyd etdi ki, ölkəmizdə 

ulu öndər Heydər Əliyevin qoyduğu 

gözəl bir ənənə var. Hər zaman xalqımız, 

mədəniyyətimiz, elmimiz, təhsilimiz 

qarşısında xidmətləri olan insanların xatirəsi 

anılır, yubileyləri keçirilir. Bu ənənə  bizim 

universitetdə də daim qeyd edilir. Professor 

Adil Nəcəfovun həyat və fəaliyyəti haqqında 

qısa məlumat verən prorektor  bildirdi ki , 

Adil müəllim fəlsəfə kafedrasına rəhbərlik 

etdiyi dövrdə elmi, ictimai və pedaqoji 

fəaliyyəti ilə yanaşı, universitetimizdə gənc 

kadrların hazırlanmasında əvəzsiz  xidmətlər 

göstərmiş və onu tanıyanların qəlbində 

özünün möhtəşəm heykəlini ucaltmışdır.      

ATU-nun ictimai fənlər kafedrasının 

müdiri, professor Qoşqar Əliyev professor 

Adil Nəcəfovun həyat və fəaliyyəti haqqında 

geniş məruzə ilə çıxış etdi:

“Professor Nəcəfov Adil Məşədi Yusif 

oğlu 1925-ci il fevralın 12-də Azərbaycan 

Respublikasının Naxçıvan şəhərində ana-

dan olmuşdur. Əmək fəaliyyətinə o, 1942-

ci ildə Naxçıvanda çıxan “Şərq qapısı” 

qəzetində korrektor kimi başlamışdır. 

1943-1944-cü illərdə Böyük Vətən 

müharibəsində döyüşlərdə iştirak etmiş və 

ağır yaralanmışdır. Ordudan tərxis olunduq-

dan sonra 1946-cı ildə Azərbaycan Dövlət 

universitetinin tarix fakültəsinin fəlsəfə 

şöbəsinə daxil olmuş və 1950-ci ildə oranı 

bitirmişdir. 1950-1953-cü illərdə Moskva 

şəhərində aspiranturada təhsilini davam 

etdirmiş və 1953-cü ildə Moskvada SSRİ 

EA-nın Fəlsəfə institutunda namizədlik 

dissertasiyası, 1967-ci ildə Bakı şəhərində 

“Sosialist millətlərinin mədəniyyətlərinin 

yaxınlaşması” mövzusunda doktorluq 

dissertasiyası müdafiə etmiş, 1968-ci ildə 

professor olmuşdur.

Professor A.Nəcəfov 1963-cü ildə 

N.Nərimanov adına Azərbaycan Tibb Uni-

versitetinin Fəlsəfə kafedrasının yaradıcısı 

və 1989-cu ilə qədər fəlsəfə kafedrasının 

müdiri vəzifəsində çalışmışdır. Professor 

A.Nəcəfov nəcib, qayğıkeş, insanları qəlbən 

sevən, sözün həqiqi mənasında “həyat fi-

losofu” idi. Ona görə də kafedranın kolle-

ktivi, tələbələr və institutun professor və 

müəllim heyəti onu sevir və şəxsiyyətinə 

hörmət edirdilər. Onun rəhbərlik etdiyi 

dövrdə ATU-nun fəlsəfə kafedrasında on-

larla müəllim namizədlik dissertasiyası 

müdafiə etmişdir. Kafedraya rəhbərlik et-

diyi dövrdə professor A.Nəcəfovun çox 

böyük köməyi və məsləhəti sayəsində kafe-

dra üzvlərindən Q.Bayramov və R.Əliyev 

doktorluq dissertasiyalarını müdafiə 

etmişdirlər. Bunlarla yanaşı respublikamızda 

çoxlu sayda doktorluq işlərinin, aspirant və 

iddiaçıların elmi rəhbəri, elmi məsləhətçisi 

və rəsmi opponenti olmuşdur. A.Nəcəfov 

respublikamızda nəşr edilmiş fəlsəfə və 

fəlsəfə tarixinə dair bir sıra dərs vəsaiti və 

monoqrafiyaların elmi redaktoru olmuşdur. 

(“Marksizmə qədər fəlsəfənin əsas inkişaf 

mərhələləri”, Bakı, 1962; “Dialektik mate-

rializm”, Bakı, 1972; “Tarixi materializm”, 

Bakı, 1968 ) və s”.    Sözünə  davam edən 

Q. Əliyev dedi ki, professor A.Nəcəfov 

harada və hansı vəzifədə işləməsindən 

asılı olmayaraq böyük hörmət və nüfuz 

sahibi olmuşdur. “Professor  A.Nəcəfov 

Azərbaycan EA-nın Fəlsəfə və Hüquq 

İnstitutunun və Bakı Dövlət Universitetinin 

fəlsəfə üzrə elmi şuralarının daimi üzvü 

olmuşdur. Professor A.Nəcəfovun ictimai-

siyasi və elmi-pedaqoji fəaliyyəti demək olar 

ki, həmişə Azərbaycan Tibb Universiteti 

ilə bağlı olmuşdur. O, fəlsəfə kafedrasının 

müdiri olmaqla yanaşı, uzun illər institu-

tun partiya komitəsinə rəhbərlik etmişdir. 

Professor A.Nəcəfovun elmi maraq dairəsi 

əsasən milli mədəniyyət problemlərinin 

tədqiqi ilə bağlıdır. Bu problemə dair 

35-dən yuxarı monoqrafiya və məqalə 

çap etdirmişdir. Onlardan: “Ölkəmizdə 

mədəniyyətlərin inkişafı və yaxınlaşmasında 

keçmiş irsin rolu”. Bakı, 1964 (8 ç.v.); 

“Сближение культур социалистических 

наций”, Баку, 1970; “İnkişaf etmiş sosializm 

və mədəniyyət”, Bakı, 1978; “Литература 

и искусство-могучее средство нравст-

венного воспитания”, Баку, 1978; 

“Ədəbiyyat və incəsənət mənəvi tərbiyənin 

qüdrətli vasitəsidir”, Bakı, 1978 və s. profes-

sor A.Nəcəfov təbabətin fəlsəfi, etik və este-

tik problemləri ilə yaxından məşğul olmuş, 

respublikanın tibb ictimaiyyətinin mənafeyi 

naminə yorulmadan çalışmışdır. Onun 

“Həkimlik sənətinin mənəvi əsasları”, Bakı, 

1986 və “İncəsənət və səhhət”, Bakı, 1979 

kitabları təbib-tələbələrin və bütövlükdə 

tibb işçilərinin stolüstü kitabı olmuşdur. 

“Ölkəmizdə milli mədəniyyətlərin inkişafı 

və yaxınlaşmasında keçmiş irsin rolu”, 

(Bakı, 1964) əsərində keçmişin mədəni 

irsinə münasibət məsələsi mədəniyyətin 

inkişafının mühüm qanunauyğunluğu 

olan varisliyin təkcə maddi mədəniyyətin 

deyil, həm də mənəvi mədəniyyətin 

inkişafındakı rolu geniş şəkildə şərh 

edilmişdir. “Sosialist millətlərinin 

mədəniyyətlərinin yaxınlaşması”, (Bakı, 

1976) kitabından professor A.Nəcəfov 

Azərbaycan xalqının mədəniyyətinin başqa 

xalqların mədəniyyətləri ilə təması, mədəni 

əlaqələrin qarşılıqlı mübadiləsi, xalqların 

mənəvi sərvətlərinin mübadiləsinin 

mədəniyyətlərin inkişafının hərəkətverici 

qüvvə amili olması məsələləri araşdırılır. 

Professor A.Nəcəfovun “Həkimlik sənətinin 

mənəvi əsasları”, (Bakı, 1986) adlı kitabı 

təbabətin etik və estetik problemlərinə həsr 

edilmişdir. Müəllif kitabda ümumbəşəri 

əhəmiyyət kəsb edən insan sağlamlığı, onu 

qorumaq problemləri və bu sahədə səhiyyə 

işçiləri qarşısında duran vəzifələri araşdırır. 

Kitabda göstərilir ki, yaxşı həkim ancaq 

yüksək sənətkarlıq, müasir bilik səviyyəsi, 

təmiz qəlb, aydın təfəkkürlə həmahəng 

olanda yetişir. Ona görə də həkimlik əxlaqı 

prinsiplərini rəhbər tutan, tibb elmi və 

sənətinin müasir səviyyəsinə cavab verən, 

geniş dünyagörüşlü, təmiz fikir, təmiz 

əqidəyə malik olan həkimlər yetişdirmək 

mürəkkəb və asan olmayan bir prosesdir. Pro-

fessor A.Nəcəfov Respublikanın, eləcə də 

institutun ictimai-siyasi həyatında yaxından 

və fəal iştirak edirdi. 1988-ci ildə başlanan 

erməni təcavüzü dövründə  A.Nəcəfov 

çoxsaylı müxtəlif yığıncaqlarda, tələbələr 

arasında etdiyi çıxışlarda hadisələrə öz 

kəskin münasibətini bildirmiş, bu təcavüzü 

pisləmişdir. Həmin dövrdə öz doğma yurd-

yuvalarından qovulmuş soydaşlarımızın 

düşdüyü acınacaqlı vəziyyət, doğma 

torpaqlarımızın erməni faşistləri tərəfindən 

zəbt edilməsi, hadisələrin sonrakı axarı Adil 

müəllimi mənəvi-psixoloji cəhətdən ci-

ddi sarsıtdı. O, 1989-cu ilin oktyabrın 7-də 

qəflətən vəfat etdi”. 

Məruzəçi çıxışında bildirdi ki, pro-

fessor A.Nəcəfovun xidmətləri dövlət 

tərəfindən yüksək mükafatlar və adlarla 

qiymətləndirilmişdir: “I dərəcəli Vətən 

müharibəsi ordeni; Qırmızı Əmək Bayrağı 

ordeni; “Hərbi xidmətə görə”, “Almaniya 

üzərində qələbəyə görə”, “Fədakar Əməyə 

görə”, “Böyük Vətən müharibəsinin 30 il-

lik qələbəsi” medalları ilə təltif edilmişdir. 

O, “Azərbaycan Respublikası əməkdar elm 

xadimi”, “Səhiyyə əlaçısı” kimi fəxri adlara 

da layiq görülmüşdür.

Bu gün Adil müəllimi xatırlayan çoxmin-

li həkim mütəxəssislər var. Onun çoxsaylı 

dostları da bu gün yaşayırlar onun haqqında 

çox xoş xatirələr söyləyirlər. Prof.A.Nəcəfov 

hazırda bizimlə olmasada onun xatirələri 

həmişə onu tanıyanların qəlbində yaşayır. 

Allah rəhmət eləsin!”

Sonra xatirə çıxışları oldu. Akademik 

Böyükkişi Ağayev, Tədris Terapevtik 

Klinikasının direktoru, professor Surx-

ay Musayev, oftalmologiya kafedrasının 

müdiri, professor Paşa Qəlbinur, Mərkəzi 

Elmi- Tədqiqat  Laboratoriyanın direktoru,  

professor Qalib Qarayev,  professorlar Na-

dir İsmayılov və  Çingiz Rəhimov, dosent 

Cümşüd Cümşüdov  professor A.Nəcəfovun 

Tibb Universitetinin həyatındakı əvəzsiz 

xidmətlərindən söhbət açdılar, onunla 

yaxın dostluq əlaqələrindən  bəhs edən 

şirin xatirələrini dilə gətirdilər. Professor 

A.Nəcəfovu respublikamızın, eləcə də o 

dövrdə SSRİ-nin fəlsəfə ictimaiyyətinin 

istedadlı alim, qayğıkeş insan kimi tanıdığın, 

və hörmət etdiyini söylədilər.

Natiqlər çıxışlarında böyük alimin 

həyat və fəaliyyətinin işıqlandırılması üçün  

ayrıca internet səhifəsinin yaradılmasını 

təklif etdilər.  Onlar vurğuladılar ki, əsl 

Azərbaycan ziyalısı kimi  bütün keyfiyyətlərə  

malik  olan müdrik insan, professor Adil 

Nəcəfov Tibb Universitetinin məzunlarının, 

professor-müəllim heyətinin yaddaşında 

daim xeyirxah, obyektiv, ədalətli, eləcə də 

prinsipial bir filosof-müəllim kimi indi də 

yaşamaqdadır.

Alimin ailə üzvləri adından çıxış 

edən Kəmalə Əfəndiyeva  professor Adil 

Nəcəfovun xatirəsinə göstərilən bu ehtira-

ma görə Tibb Universitetinin rəhbərliyinə, 

ictimai fənlər kafedrasının kollektivinə  və 

eləcə də bütün tədbir iştirakçılarına dərin 

təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları ictimai fənlər 

kafedrasının foyesində professor Adil 

Nəcəfovun məqalə və kitablarından ibarət 

təşkil olunmuş stentlə də tanış olmuşlar.


Yüklə 11,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin