Kolorektal cərrahların və rezidentlərin
iştirakı ilə toplantı keçirildi
Yeni ixtira olunmuş aparat ürəyin orqanizmdən
kənarda döyünməsini təmin edir
Fəlsəfənin nəzəri əsaslarına dair dərs vəsaiti
Dekabrın
18-də
Azərbaycan
Tibb
Universitetinin (ATU) Mərkəzi Metodik
Komissiyasının (MMK) iclası keçirilib. İclası
açıq elan edən komissiya sədri, tədris
işləri üzrə prorektor Sabir Əliyev tədbir
iştirakçılarını gündəliklə tanış edib.
Daha sonra komissiya üzvləri 2015/2016-cı
tədris ilində ilk imtahan sessiyasına hazırlıq-
la bağlı müzakirələr aparıblar. ATU-nun tədris
şöbəsinin müdiri, dosent Nəsimi Qasımov
qış imtahan sessiyası ilə əlaqədar görülən
işlər, nəzərdə tutulan tədbirlər planı haqqında
məlumat verib. O qeyd edib ki, imtahan ses-
siyasının təşkili zamanı universitet tərəfindən
tərtib olunmuş tədris planlarına və mövcud
təlimatlara riayət edilməlidir. Həmçinin, ses-
siyanı mövcud qaydalara uyğun təşkil etmək,
tələbələrin
biliyinin
qiymətləndirməsində
şəffaflığın və obyektivliyin təmin olunmasının
vacibliyi qeyd olunub. Bununla yanaşı, ötən
tədris ilindəki payız imtahan sessiyasından kre-
dit borcu qalan tələbələrin kredit borclarını ləğv
edə bilmələri üçün dərslərdə iştirak etmələrinə
şərait yaradılmasının önəmi də vurğulanıb.
Sonda 2015/2016-cı tədris ilinin payız (qış)
imtahan sessiyasının şəffaf, təlimata uy-
ğun şəkildə keçirilməsi üçün hazırlıq işləri ilə
əlaqədar müvafiq göstərişlər verilib.
Dostları ilə paylaş: |