Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın


olaq:  Septik  (bakterial,  mikobakte-



Yüklə 11,22 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix02.01.2022
ölçüsü11,22 Mb.
#2458
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
olaq:  Septik  (bakterial,  mikobakte-

rial, laym xəstəliyi),  mikrokristallik 

artritlər:  (podaqra,  pirofosfat  kalsi-

um, hidroksiapatit və kalsium oksa-

lat kristallarının oynaqlara çökməsi), 

travmalar 

(sınıqlar, 

oynaqdaxili 

zədələnmə,  hemartroz),  osteoartroz, 

yuvenil  revmatoid  artrit,  koaqulopa-

tiyalar,  aseptik  nekrozlar,  villezono-

dulyar piqment sinoviti, sinovioma.   

   

  

Poliartritlə  müşayiət  olunan  bir  sıra 

xəstəliklərdə başlanğıcda bəzən bir oyna-

ğın zədələnməsi özünü göstərir: revma-

toid artrit, yuvenil revmatoid artrit, virus 

artritləri,  sarkoidoz,  Reyter  sindromu, 

psoriaz,  Uippl  xəstəliyi,  Kron  xəstəliyi, 

qeyri-spesifik xoralı kolit.

Həmişə  olduğu  kimi  diaqnoza  aparan 

yolda anamnez öz mühüm əhəmiyyətini 

sax layır.  Anamnez  toplayarkən  C.Ster-

linqə görə aşağıdakı 9 sualı vermək va-

cibdir:

1.  Ağrılar  bir  neçə  saniyə  və  dəqiqə 

ərzində  qəflətən  baş  verdimi  (Oynaq-

daxili  zədələnmə  və  ya  sınıq  şübhəsinə 

görə)?

2.  Ağrı  bir  neçə  saat  və  ya  1-2  gün 



ərzində inkişaf edibmi (Ehtimal olunur: 

infeksiya,  mikrokristallik  artrit,  palind-

rom revmatizm)?

3.  Ağrı  tədricən  bir  neçə  gün  və  ya 

həftə  ərzində  inkişaf  edibmi  (Ehtimal 

olunur: gizli keçən mikobakterial və ya 

göbələk  infeksiyası,  osteoartroz,  şişlər, 

kristalların çökməsi)?

4. Yaxın və ya uzaq keçmişdə oynağın 

zədələnməsi, oynağın yüklənməsi olub-

mu (Travmatik səbəblər baxımından)?

5.  Anamnezdə  venadaxilinə  narkotik 

yeridilməsi  varmı?  Yaxın  keçmişdə  in-

feksiyaya yoluxma varmı (infeksiya eh-

timalı)?

6. Əvvəllər oynaqların hansı birindəsə 

kəskin  ağrı  və  ya  ödəm  olmuşdurmu 

(Mikrokristallik artrit və ya oynaqda il-

tihabi proses ehtimalı)?

7. Xəstə son dövrlər uzunmüddətli qlü-

kokordikoid alıbmı (Sümüklərin infeksi-

on  zədələnməsi  və  ya  osteonekros  ehti-

malı)?

8.  Xəstədə  dəri  səpgiləri,  beldə  ağrı, 



diareya,  uretradan  ifrazat,  konyunk  ti-

vit, ağız boşluğunda eroziyalar müşahidə 

edilibmi (Reyter sindromu, psoriatik art-

rit, bağırsaq patologiyasi ilə bağlı artritlər 

ehtimalı)?

9.  Anamnezdə  qanaxma  olubmu  An-

tikoaqulyantlarla  müalicə  alıbmı?  (He-

martroz ehtimalı)?

Yuxarıdakı  suallarla  yanaşı  infeksi-

ya  amillərini  nəzərə  almasaq  xəstələrin 

yaş  qrupları  da  differensial-diaqnostik 

əhəmiyyət daşıyır. Uşaq və yeniyetmələr 

üçün bud-çanaq oynağının anadangəlmə 

displaziyası,  bud  sümüyü  başının 

yerdəyişməsi, yuvenil revmatoid artritin 

monooynaq  forması  daha  çox  xarakte-

rikdir. Bu yaş qrupu üçün mikrokristal-

lik artrit az ehtimallıdır. Gənc yaş qrup-

larında  seroneqativ  spondiloartropatiya, 

revmatoid artrit, oynaqdaxili zədələnmə 

daha  çox  təsadüf  edir.  Yaşlı  şəxslərdə 

isə  xüsusən  mikrokristallik  artrit,  os-

teoartroz,  osteonekroz  və  oynaqdaxili 

zədələnmələr az xarakterikdir.

İlk dəfə təyin olunmuş monoartritin di-

aqnozunda ən mühüm sinovial mayenin 

tədqiqidir.  İnfeksiyayaya, mikronkrista-

allik artritə, hemartroza şübhə olduqda, 

eləcədə  artrit  və  artrozların  diferensial 

diaqnozu baxımından artrosentezin apa-

rılması  əsas  göstəriş  hesab  olunur.  Bir 

sıra müayinələr monoartritlərin diaqnos-

tikasını  asanlaşdırır:  Zədələnmiş  oyna-

ğın eyniadlı sağlam oynaqla 

birgə rentgenoqrafiyası; Qa-

nın klinik analizi; Qanın və 

sidiyin  əkilməsi,  koaquloq-

ramma, eritrositlərin çökmə 

sürəti, antinuklear antitellər 

və revmatoid amilin seroloji 

müayinəsi, sidik turşusunun 

zərdabda konsentrasiyası.

Xroniki 

monoartritə 

gəlincə  bu  bir  oynağın 

zədələnmə 

simptomla-

rının  6  həftədən  çox  da-

vam  etməsi  başa  düşü-

lür.  Bu  zaman  yuxarıdakı  

müayinələrlə yanaşı bir sıra  müayinələr 

də aparılır: oma-qalça oynaqlarının rent-

genoqrafiyası  (spondiloartrtopatiyaların  

başlanğıc mərhələsi üçün), döş qəfəsinin  

rentgenoqrafiyası  (keçirilmiş  vərəm  və 

ağciyər  sarkoidozu),  dəri  tuberkulin  sı-

naqları.

Xroniki monoartritlərin diferensial di-

aqnostikası baxımından aşağıdakı əlavə  

müayinələr aparılır: 1. Artroskopiya  2. 

Sinovial  qişaların  biopsiyası  –  bu  üsul-

la  şişlərə,  villyozonodulyar  piqment 

sinovitinə, sinovial xondromatoza, sino-

viomalara, sarkoidoz artritinə, göbələk və 

vərəm  infeksiyalarına  diaqnoz  qoymaq 

mümkündür.  3.  Oynaqların  maqnit-re-

zonans müayinəsi- bu müayinə ilə asep-

tik nekroza, osteomielitə, diz oynağının 

oynaqdaxili  patologiyasına,  oynaqətrafı 

sümük  toxumasının  dağılmasını  aşkar 

edə  bilir.  4.  Sümüklərin  sitsintiqrafiya-

sı-aseptik nekroz, osteomielit hallarında 

mühümdür.

 


Yüklə 11,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin