Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.12.2016
ölçüsü9,57 Mb.
#3541
1   2   3   4   5   6   7   8   9   ...   28
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2016-cı il.



2

3

3

7

6

5

3

5


http://www.amu.edu.az

30 noyabr  2016-cı il

2

Bundan  sonra  gündəlikdə  du-



ran  məsələlərin  müzakirəsinə 

başlanıldı  və  ilk  olaraq  “Azər­

baycan  Tibb  Universitetinin 

Stomatoloji  Klinikasında  diaq-

nostika, müalicə, tədris işlərinin 

vəziyyəti  və  onların  yaxşılaş-

dırılması”  barədə  klinikanın  di-

rektoru, dosent Alqış Səfərovun 

hesabatı dinlənildi.

Azərbaycan  Tibb  Universite-

tinin  Stomatoloji  Klinikasının 

2002­ci ilin sentyabr ayında uni-

versitetin  ilk  klinikası  kimi  Ulu 

Öndərin  sərəncamı  ilə  yaradıl-

dığını  vurğulayan  məruzəçi  bil-

dirdi ki, klinika öz fəaliyyətində 

Azərbaycan 

Respublikasının 

qüvvədə  olan  qanunvericiliyini, 

Səhiyyə  Nazirliyinin  normativ 

sənədlərini,  Azərbaycan  Tibb 

Universitetinin  Nizamnaməsini, 

Universitet  Elmi  Şurasının  qə­

rar larını,  rektorun  əmr  və  sə­

rən camlarını  və  Stomatoloji 

Klinikanın Əsasnaməsini rəhbər 

tutur.

Klinikanın  maddi­texniki  ba-



zası  və  fəaliyyət  istiqaməti 

haqqında  ətraflı  məlumat 

verən  A.Səfərov  stomatolo-

giya  fakültəsinin  bütün  pro-

fil  kafedralarının  bu  klinikada 

yerləşdiyini  dedi:  “Stomatoloji 

Klinikanın  strukturu  5  kafed-

radan  və  7  şöbədən  ibarətdir 

ki,  bunlara  terapevtik  stoma-

tologiya,  ortopedik  stomato-

logiya,  uşaq  stomatologiyası, 

ümumi  stomatologiya,  ağız  və 

üz­çənə  cərrahiyyəsi  kafedra-

ları,  eyni  zamanda  klinikanın  I 

mərtəbəsində  yerləşən  praktiki 

şöbə və kabinetlər aiddir. Prak-

tiki şöbə və kabinetlərə terapiya, 

cərrahiyyə,  ortopediya  şöbələri, 

fizioterapiya,  rentgen,  LOR 

kabinetləri və diş texniki labora-

toriyası daxildir. 

Beynəlxalq  təhsil  qaydala-

rına  uyğun  olaraq,  həkim­

stomatoloq  hazırlığı  məqsədilə 

2014­cü  il  sentyabr  ayından 

Stomatoloji  Klinikanın  Tədris 

Mərkəzi fəaliyyətə başlamışdır”. 

Klinikada 

304 

nəfərdən 



ibarət  universitet  əməkdaşının 

fəaliyyət  göstərdiyini,  onlardan 

128  nəfərin  professor­müəllim 

heyəti,  o  cümlədən  7  nəfərin 

tibb  üzrə  elmlər  doktoru,  pro-

fessor, 4 nəfərin tibb üzrə elmlər 

doktoru, dosent, 30 nəfərin tibb 

üzrə fəlsəfə doktoru, dosent, 51 

nəfərin isə tibb üzrə fəlsəfə dok-

toru olduğunu deyən A.Səfərov 

klinikada  stomatologiya  ixti-

sası  üzrə  60  həkim­rezidentin 

təhsilini  davam  etdirdiyini,  4 

nəfərin  doktorantura  kursu 

keçdiyini,  əməkdaşlardan  22 

nəfərin dissertasiya işi üzərində 

çalışdığını  da  söylədi.  Onu  da 

qeyd etdi ki, klinikada III, IV və 

V kursların tələbələri üçün isteh-

salat təcrübəsi aparılır”. 

Kafedraların  və  şöbələrin  1  il-

lik  fəaliyyəti  haqqında  məlumat 

verən 

klinikanın 



direktoru 

bir  yeniliyi  də  şura  üzvlərinin 

diqqətinə çatdırdı: “Tibb Univer-

sitetinin Stomatoloji Klinikasında 

respublikada ilk dəfə olaraq am-

bulator şəraitdə ümumi ağrısız-

laşdırma  altında  müalicə  işləri 

aparılır.  Bu  anesteziya  növünün 

cərrahiyyə  şöbəsində  tətbiqi 

nəticəsində  klinikaya  müraciət 

edən  əhaliyə,  eləcə  də  fiziki  və 

əqli  çatışmazlığı  olan  xəstələrə 

yüksək  keyfiyyətli  stomatoloji 

xidmətin  müasir  səviyyəyə  uy-

ğunlaşmasını  həyata  keçirməyə 

imkan yaradır. Fürsətdən istifadə 

edərək  hörmətli  rektora  bu  ye-

niliyi  tədbiq  etmək  üçün  ver-

diyi  razılığa,  təşkilati  dəstəyə, 

göstərdiyi  yardıma  və  diqqətə 

görə  klinikamızın  əməkdaşları 

və burada şəfa tapmış xəstələrin 

adından  təşəkkürümüzü  bildiri-

rik”.


Bir  il  müddətində  universitetin 

orta  hesabla  1500  tələbəsinin 

stomatologiya  fənləri  üzrə 

tədris  keçdiyi  klinikada  yara-

dılan  şəraitlə  bağlı  fikirlər  də 

məruzədə öz əksini tapdı: “Sto-

matoloji  Klinikada  yerləşən  138 

tədris­kliniki  kabinetin  ən  mü-

asir  stomatoloji  qurğu  və  tibbi 

avadanlıqlarla  təchiz  olunması, 

3  geniş  monitorla  təchiz  olun-

muş mühazirə zallarında stoma-

tologiya  fakültəsi  tələbələrinin, 

eləcə də V kurs I və II müalicə­

profilaktika,  III  kurs  tibbi­pro-

filaktika,  V  kurs  hərbi­tibb,  II 

kurs hərbi­feldşer fakültələrinin 

tələbələrinin  tədris  proqramla-

rına  uyğun  mühazirə  və  prak-

tik  dərslərin  qabaqcıl  üsullarla 

aparılması dünyada qəbul olun-

muş  standartlara  uyğunluğun 

nümunəsidir”.

Bu 1 il ərzində Bakı şəhərində 

təşkil olunan 15 beynəlxalq se-

minar  və  konfranslarda  klinika-

nın  yaratdığı  şərait  nəticəsində 

stomatologiya  fakültəsinin  tə­

lə bə ləri  və  rezidentlərinin  ödə­

nişsiz iştirak etdiyini vurğulayan 

klinikanın direktoru eyni zaman-

da tələbələr və rezidentlər üçün 

müxtəlif mövzularda seminarlar 

və  master­klasların  keçirildiyini 

də diqqətə çatdırdı.

A.Səfərov  hesabat  məruzə­

sində  professor­müəllim  heyəti 

tərəfindən 

aparılan 

elmi­


tədqiqat  işlərinin  nəticələrinə 

də  toxundu:  “2015­2016­cı 

illər  ərzində  tamamlanmış  və 

Müdafiə Şurasından keçmiş dis-

sertasiyaların  sayı  13  təşkil  et-

mişdir.  Hal­hazırda  Stomatoloji 

Klinikada tibb üzrə elmlər dok-

toru adı almaq üçün 14, tibb üzrə 

fəlsəfə  doktoru  adı  almaq  üçün 

25  nəfər,  eyni  zamanda  ixtisas 

kafedralarında 6 nəfər doktorant 

elmi­tədqiqat  işlərini  davam 

etdirirlər.  Stomatoloji  Klinikada 

yerləşən  kafedra  əməkdaşları 

tərəfindən 

elmi­tədqiqatların 

nə ti cələri barəsində 108 məqalə 

və  tezis,  o  cümlədən  respubli-

kada 52, xaricdə 56 elmi iş çap 

olunmuşdur”.    

A.Səfərov  məruzəsinin  sonun-

da bu gün Stomatoloji Klinikada 

aparılan diaqnostika və müalicə 

işlərinin  dünya    stomatologiya-

sının  müasir  nailiyyətlərini  tam 

əks  etdirməsinə  baxmayaraq, 

hələ də qarşıda həllini gözləyən 

məsələlərin  durduğunu  və  kol-

lektivin bu məsələləri həll etmək 

üçün səylərini daha da  artıraca-

ğına əminliyini bildirdi.

Məruzə  ətrafında  çıxış  edən 

ümumi  stomatologiya  kafedra-

sının  müdiri,  professor  Tamara 

Hüseynova  klinikada  təchizatın 

daha  da  yaxşılaşdırılmasının, 

səhər  konfransları  keçirərək 

burada  uğurların  və  səhvlərin 

müzakirə edilməsinin vacibliyini 

söylədi.


Klinikada  nailliyyətlərin  də, 

çatışmazlıqların  da  olduğunu 

bildirən  uşaq  stomatologiyası 

kafedrasının  müdiri,  professor 

Rəna Əliyeva tədrisin keyfiyyətinə 

xüsusi  önəm  verilməsi  və  sub-

yektiv  amillərin    iş  prossesinə 

təsiri ilə bağlı fikirlərini bölüşdü. 

Ağız  və  üz­çənə  cərrahiyyəsi 

kafedrasının  müdiri,  profes-

sor  Çingiz  Rəhimov    hələ  sovet 

dönəmində  təsərrüfat  hesablı 

stomatoloji  xidmətin  olduğunu 

diqqətə  çatdıraraq  bildirdi  ki, 

yüksək  keyfiyyət  kifayət  qədər 

yatırımın sayəsində qazanılır. 

Müasir tədris mərkəzində geniş 

imkanların  yaradıldığını  deyən 

terapevtik  stomatologiya  ka-

fedrasının müdiri, professor Ağa 

Paşayev buradakı avadanlıqların 

daim yenilənməsinin, dərsliklərin 

hazırlanmasının  zəruriliyindən 

danışdı.


Tədris  hissə  müdiri,  dosent 

Nəsimi  Qasımov  tarixə  eks-

kurs  edərək  bu  gün  hesabatını 

dinlədiyimiz  klinikanın  yaradıl-

ması istiqamətində qarşıya çıxan 

çətinliklərdən söhbət açdı. 

Müzakirələrə yekun vuran rek-

tor  klinikaların  yaradılmasını 

universitetimizin ən böyük tarixi 

nailiyyəti kimi dəyərləndirdi. Hər 

il Böyük Elmi Şuranın yığıncaqla-

rında  klinikaların  hesabatlarının 

dinlənilməsinin  zəruriliyini  vur-

ğulayaraq,  bu sıradan bir neçə il 

əvvəl professor Surxay Musaye-

vin çox dolğun hesabat məruzəsi 

ilə  çıxış  etdiyini  xatırlatdı.  Onu 

da qeyd etdi ki, klinikaların he-

sabatları kafedraların hesabatla-

rı üzərində qurulmamalıdır. 

Yeni  ildən  tədris  terapevtik 

və  cərrahi  klinikala rın  döv lət 

tərəfindən  ma       liy   yə ləşdiril mə­

sinin  dayan dı rı   lacağını  söyləyən 

rektor bunun mü əyyən baxımdan 

bir sınaq, müsbət hal olduğunu 

dedi:  “İndi  bütün  ümidlər  klini­

kanın  özünə,  orada  işləyən 

həkimlərədir.  Klinika  özünü 

doğ rul dacaqsa, bir müalicə mü­

əssisəsi  kimi  fəaliyyət  gös tə­

rəcək. Əks təqdirdə elə 4 divar, 

stol, stul və tələbələr qalacaq”. 

Diqqəti hesabatda da öz əksini 

tapan  bəzi  rəqəmlərə  yönəldən 

rektor,  Stomatoloji  Klinikanın 

gəlirinin  universitetin  klinika-

ya  ayırdığı  vəsaitdən  xeyli  az 

olmasının  təəssüf  doğurduğu-

nu  bildirdi.  Artıq  bir  neçə  ay-

dır  ki,  müsabiqəyə  təqdim  olu-

nan xasiyyətnamələrə rektor və 

Həmkarlar  İttifaqı  Komitəsinin 

sədri  ilə  bərabər  klinika  di-

rektorlarının  da  qol  çəkdiyini 

söyləyərək qeyd etdi ki, müalicə 

məsələlərində  iştirak  etməyən 

assistent  müalicə  stafkasından 

məhrum  olmalıdır.  Ancaq  bu 

yolla  klinikaların  fəaliyyətində 

irəliləyişlərə  nail  olmaq  müm-

kündür. 


Tibbi  şuranın  fəaliyyətinə 

də  toxunan  rektor    hesabat 

və  çıxışlarda  səslənən  digər 

məsələlərə  də  aydınlıq  gətirdi, 

klinikada yerləşən avadanlıqların 

cüzi  bir  hissəsinin  universitetin 

balansına daxil edildiyini, bunun 

isə universitetin nizamnaməsinə 

zidd olduğunu vurğuladı.

Universitetin  elmi  katibi,  do-

sent  Nazim  Pənahov  klinika-

ların  mövcud  əsasnamələrində 

bəzi  dəyişikliklərin  edilməsi 

haqqında  təklifləri  şura  üzv­

lərinin  diqqətinə  çatdırdı.  Dəyi­

şikliklərə  əsasən,  klinika  di-

rektorları  rektorun  təqdimatı 

əsasında  səhiyyə  naziri,  klinika 

direktorlarının  müavinləri  isə 

klinika  direktoru  və  ya  tədris, 

müalicə  işləri  üzrə  prorekto-

run  təqdimatı  əsasında  rektor 

tərəfindən təyin və azad olunur. 

Həkimlərin işə qəbulu müsabiqə 

yolu  ilə  mərkəzləşdirilmiş  qay ­

dada,    Səhiyyə  Nazirliyi  tə rə­

findən  həyata  keçirilir.  Orta 

tibb  heyətinə  aid  olan  işçilər 

müsabiqə yolu ilə işə qəbul olu-

nurlar.    Bu,  əsasən  onkoloji  və 

stomatoloji  klinikalara  aiddir. 

Belə  ki,  onların  qüvvədə  olan 

əsasnamələrində  qeyd  olunan 

işçilərin  müsabiqə  yolu  ilə  işə 

qəbul olunması əks olunmayıb. 

Bütün  prosedurlardan  keçdik­

dən  sonra  namizədliyi  irəli 

sürülən  professor  Elxan  Kəri­

movu  ortopedik  stomatologi-

ya,  professor  Nadir  İsmayılo-

vu  isə  psixiatriya  kafedrasına 

məsləhətçi­professor seçən Bö-

yük  Elmi  Şura  müsabiqə  mə­

sələlərini  həll  etməklə  öz  üşini 

yekunlaşdırdı.


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin