Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib


diqqətinə çatdırdı. O, universitetin elmi katibi vəzifəsinə isə tibb



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.12.2016
ölçüsü9,57 Mb.
#3541
1   2   3   4   5   6   7   8   9   ...   28
diqqətinə çatdırdı. O, universitetin elmi katibi vəzifəsinə isə tibb 

elmləri doktoru, ortopedik stomatologiya kafedrasının dosenti Nazim 

Pənahovun təyin olunduğunu dedi.    

Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir


30 noyabr   2016-cı il

http://www.amu.edu.az

3

D

ini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

sifarişi ilə hazırlanan, dini ekstremizmin 

və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” 

sənədli filmi noyabrın 22- də Azərbaycan Tibb 

Universitetində  təqdim olunub.

Filmin  nümayişindən  əvvəl 

ATU–nun  rektoru,  professor 

Gəray  Gəraybəyli  qeyd  edib 

ki,  hazırda  terrorçuluq  nəinki 

Azərbaycanda,  eləcə  də  bü-

tün  regionda  və  dünyada  aktu-

al problemlərdən birinə çevrilib: 

“20 il bundan əvvəl ekstremizm 

və  terrorizm  ifadələrindən  çox 

nadir  hallarda  istifadə  olunur-

du.  Ancaq  son  illərdə    hər  gün 

bu  sözləri  eşidirik.  Hətta  eks-

tremizmin  dini,  siyasi  və  digər 

növləri də yaranıb. İndi dünyada 

elə bir ölkə yoxdur ki, özünü ekstremizmdən 

və  terrorçuluqdan  sığortalanmış  hesab  et-

sin. Təəssüf ki, Azərbaycan hələ 20 il əvvəl 

beynəlxalq miqyaslı terrorizmlə üzləşib”. 

Sözünə  davam  edən    rektor  vurğula-

dı  ki,  ölkəmizin  hər  yerində  olduğu  kimi 

universitetimizdə də  Prezident İlham Əliyevin 

2016­cı ilin Azərbaycanda “Multikulturalizm 

ili” elan edilməsi ilə bağlı Sərəncamından irəli 

gələn vəzifələrin icrası, həmçinin Azərbaycan 

xalqının  zəngin  multikultural  və  tolerantlıq 

ənənələrinin təbliği, eyni zamanda, dini radi-

kalizm və ekstremizmlə mübarizə məqsədilə 

silsilə tədbirlər təşkil edilir. 

G.Gəraybəyli  müasir  dövrdə  daha  çox 

gənclərin  dini  ekstremizmə  cəlb  olun-

duğunu,  onların  müxtəlif  vədlərlə  alda-

dılıb  terrorçuluğa    çəkildiyini  bildirib.  O, 

xüsusilə  gənclərin  radikal  dini  cərəyanların 

təsiri  altına  düşməməsi  və  bu  istiqamətdə 

məlumatlandırılması üçün “Fitnə” sənədli fil-

minin  böyük əhəmiyyət daşıdığını söyləyib. 

Onun  sözlərinə  görə,  radikal  dini  qruplara 

qoşulan gənclərə yalnız maarifləndirmə yolu 

ilə kömək etmək mümkündür.

Tədbirdə  çıxış  edən    Dini  Qurumlarla  İş 

üzrə Dövlət Komitəsinin sədri Mübariz Qur-

banlı qeyd edib ki, bu gün dünyada bir sıra 

maraqlı güclər öz istəklərini yerinə yetirmək 

üçün dindən alət kimi istifadə edirlər. Məhz 

bu  məqsədlə  radikal  dini  qruplar  yaradı-

lır, xüsusilə də sülh dini olan İslamın adın-

dan  istifadə  olunur.  M.Qubranlı  komitə 

tərəfindən  radikal  dini  cərəyanların 

yaratdığı  qruplaşmalara  qarşı  hüqu-

qi,  iqtisadi  və  ideoloji  formada  aparı-

lan  tədbirlər  barədə  geniş  məlumat  ve-

rib. Komitə sədri əlavə edib ki, xüsusilə 

gənclərin  radikal  dini  cərəyanların  təsiri 

altına  düşməməsi  və  bu  istiqamətdə 

maarifləndirmənin  gücləndirilməsi  üçün 

müxtəlif  tipli  tədbirlərin  keçirilməsi  va-

cibdir.    Dini  radikalizmlə  mübarizə 

çərçivəsində həyata keçirilən tədbirlərdən 

danışan komitə sədri bildirib ki, bununla 

bağlı  respublikanın  bütün  bölgələrində 

çoxsaylı  seminarlar,  görüşlər  keçirilir, 

həmçinin  müxtəlif  kitab  və  digər  çap  ma-

terialları  nəşr  edilərək  yayılır.  Bu  səbəbdən 

də  Dövlət  Komitəsinin  təşəbbüsü  ilə 

radikalizmlə  mübarizənin  dini,  psixoloji, 

hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlan-

dırıldığı “Fitnə” adlı sənədli filmi hazırlanıb. 

  Sonra filmin nümayişi olub.     

Adından  da  göründüyü  kimi  film    dini 

radikalizmə qarşı mübarizənin psixoloji, hü-

quqi, siyasi və mənəvi aspektlərindən bəhs 

edir. Filmdə  dini radikalizmin qurbanı olmuş 

insanların,  eləcə  də  cinayət  məsuliyyətinə 

cəlb edilmiş şəxslərin timsalında bu proble-

min həm cəmiyyət, həm də dövlətimiz üçün 

nə  qədər  təhlükəli  olduğu  bir  daha  dolğun 

şəkildə açıqlanır.

Tədbirin sonunda  mövzu ilə bağlı tələbələri 

maraqlandıran suallar cavablandırılıb. Çıxış-

larda    dövlət­din  münasibətlərinin  əsasının 

ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 

qoyulduğu  diqqətə  çatdırılıb.  Ölkəmizdə 

dövlət­din  münasibətlərinin  inkişafı  üçün 

hər cür şəraitin yaradıldığı və respublikamı-

zın    tolerantlıq  mərkəzi  kimi  tanındığı  bil-

dirilib.

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin