Mənsur ƏLƏKBƏRLİ
Ü
mumdünya Səhiyyə Təş ki-
latının (ÜST) İctimai Sağ-
lamlıq Departamentinin Di rek -
toru xanım Maria Neira tərə findən
Azərbaycan Tibb Uni versitetinə
ünvanlanan mək tubunda ATU-
nun ÜST-ün Kimyəvi Risklərinin
Qiy mətləndirilmə
Şəbəkəsinin
üzvü olması barədə rəsmi
açıqlama verilib.
Azərbaycan Tibb Universitetinin
ÜST Şəbəkəsi ilə əlaqə koordinatoru,
dosent İsmayıl Əfəndiyevin verdiyi
məlumata görə, kimyəvi təhlükəsizlik
– XXI əsrin qlobal problemlərindən
biridir. 10 milyona qədər müxtəlif
kimyəvi maddələrin ətraf mühitdə
toplanması nəticəsində son onillikdə
bütün dünyada kəskin və xroniki
zəhərlənmə problemi xüsusi aktu-
allıq kəsb edib. Bu maddələrin çoxu
sənayedə, kənd təsərrüfatında və
məişətdə, başqa sözlə, biləvasitə in-
sanlarla kontakt sferasında istifadə
olunur.
Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə, təxirəsalınmaz yar-
dıma görə stasionara təcili daxil olan-
ların 1520%ni kimyəvi etiologiyalı
kəskin zəhərlənmələrə məruz qalan
şəxslər təşkil edir. İl ərzində 350.000
dən artıq insan isə ancaq təsadüfi
zəhərlənmədən ölür. Bundan başqa,
hər il dünyada ölümlə nəticələnən
1.000.000 suiqəsdlərin təqribən ¼i
müxtəlif kimyəvi maddələrin qəbulu
ilə əlaqədardır.
ÜSTün təyininə uyğun olaraq
zəhərlənməyə nəzarət anlayışına
potensial təhlükəli maddələrin aş-
kar olunması, onların qeydiyyatı,
öyrənilməsi, kimyəvi maddələrin in-
san orqanizminə toksiki təsir riskinin
azaldılması, həmçinin kəskin kimyəvi
zəhərlənmənin profilaktikası, diaq-
nostikası, müalicəsi, onların statistik
uçotu və proqnozlaşması daxildir.
Halhazırda ÜSTün Kimyəvi
Risklərin Qiymətləndirilmə Şəbəkəsinə
59 ölkənin 100dən artıq təhsil, elmi
tədqiqat və tibb müəssisələri daxil-
dir. Azərbaycan Tibb Universitetinin
bu Şəbəkənin üzvlüyünə qəbul olun-
ması ali təhsil ocağının beynəlxalq
nüfuzunun atmasının göstəricisidir
və gələcəkdə Ümumdünya Səhiyyə
Təşkilatının geniş potensialından
istifadə edilərkən, şübhəsiz ki, bütün
bunlar Azərbaycan əhalisinin kimyəvi
risklərlə üzləşmələrinin azalmasına
imkan verəcəkdir.
Dostları ilə paylaş: |