Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib


ATU-nun əcnəbi tələbələri “Multikulturalizm



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.12.2016
ölçüsü9,57 Mb.
#3541
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
ATU-nun əcnəbi tələbələri “Multikulturalizm 

ili”nə həsr olunmuş tədbirlərdə iştirak ediblər

Müxtəlif etnik köklərə



dinlərə malik insanlar əsrlər boyu 

Azərbaycanda sülh, əmin-amanlıq 

şəraitində yaşamış və müstəqillik 

illlərində də bu müsbət meyl daha 

da güclənib. Ölkəmizdə müxtəlif 

mədəniyyətlərə mənsub olan dini 

abidələr qorunub saxlanılıb, mul-

tikulturalizm və dini dözümlülük 

Azərbaycan dövlət siyasətinin bir 

istiqamətinə çevrilib. 

ATU-nun mətbuat xidməti


http://www.amu.edu.az

30 noyabr  2016-cı il

4

Aqil  Əlirza  oğlu  Əliyev  1926­cı  il 



dekabrın  10­da  Naxçıvan  şəhərində 

anadan olmuşdur. Naxçıvan şəhərində 

orta məktəbi bitirdikdən sonra 1946­

cı ildə Bakı Dövlət Universitetinə daxil 

olmuş və 1951­ci ildə oranı bitirmiş-

dir. 1953­cü ilə qədər Azərbaycan EA 

tarix institutunda elmi işçi vəzifəsində 

çalışmışdır. İqtisad elminə böyük ma-

rağı  olduğundan  1953­cü  ilin  may 

ayında  Azərbaycan  Tibb  İnstitutu-

nun siyasi ­ iqtisad kafedrasında işə 

başlamış  və  ömrünün  sonuna  qədər 

burada  çalışmışdır.  O,  1970­cı  ildə 

iqtisad  elmləri  namizədi,  1983­cü 

ildə  iqtisad  elmləri  doktoru  alim-

lik  dərəcəsinə,  1973­cü  ildə  dosent, 

1979­cı  ildə  professor  elmi  adları-

na  layiq  görülmüşdür.  2001­ci  ildə 

Azərbaycan  MEA­nın  müxbir  üzvü 

seçilmişdir.

A.Əliyevin elmi ­ pedaqoji fəaliyyəti 

sahəsindəki  xidmətləri  ayrı  ­  ayrı 

dövrlərdə  dövlətimiz  tərəfindən 

layiqincə  qiymətləndirilmişdir.  O, 

əməkdar  elm  xadimi  fəxri  adına, 

“Şöhrət”  və  “Qırmızı  əmək  Bayrağı” 

ordenlərinə və s. medal, fəxri fərman 

və təltiflərə layiq görülmüşdür.

Azərbaycan  MEA­nın  müxbir  üzvü, 

professor 

A.Ə.Əliyevin 

apardı-


ğı  tədqiqat  işləri  çoxsahəli  olsa  da, 

onun  elmi  yaradıcılığında  əsas  yeri 

sosial  iqtisadi  problemlər,  əhalinin 

həyat səviyyəsinin yüksəldilməsi, ər­

zaq  və  istehlak  problemlərinin  həlli, 

səhiyyənin iqtisadiyyatı, əhalinin sağ­

lamlığının  sosial­iqtisadi  və  demo­

qrafik  inkişaf  aspektlərinin  tədqiqi 

və s. tutur. Bu problemlər onun 190­

a  yaxın  elmi­tədqiqat  əsərində,  13 

san ballı  monoqrafiyada,  6  dərslik 

və dərs vəsaitində, 3 tədris­metodik 

göstəricidə  öz əksini tapmışdır.

Azərbaycanda  ilk  dəfə  olaraq 

“Şəxsi  istehlakın  iqtisadiyyatı  və 

problemləri”,  “Aqrar  iqtisadiyyatının 

aktual  problemləri”,  “Kənd  əhalisinin 

həyat  səviyyəsinin  yüksəldilməsi 

problemləri”,  “Səhiyyədə  iqtisa-

diyyat,  planlaşdırma,  idarəetmə, 

maliyyələşdirmə  və  əməyin  elmi 

təşkili”,  “ASK­nın  aqrar  bölməsində 

elmi ­ texniki  tərəqqini sürətləndirmə 

problemləri” və sair sanballı monoq-

rafiyaların müəllifidir.

Yalnız  bazar  iqtisadiyyatına  ke-

çid  şəraitində  A.Ə.Əliyevin  80  elmi 

əsəri  çap  olunmuşdur.  Onlardan 

“Azərbaycanın  sosial  ­  iqtisadi    in-

kişafında islahatların rolu”, “İpək Yo-

lunun  bərpası  bəşəriyyətin  tərəqqi 

yoludur”, 

“Azərbaycanda 

bazar 


münasibətləri  şəraitində  əhalinin 

sosial  problemləri”,  “Səhiyyənin  iq-

tisadiyyatı”,  “Azərbaycanda  əhalinin 

səviyyəsinin  yüksəldilməsinin  aktual 

problemləri”, “Naxçıvan Muxtar Res-

publikası:  nailiyyətlər,  problemlər”  (I 

və II cild), “Bazar iqtisadiyyatına keçid: 

dövlətin iqtisadi siyasi”, “Bələdiyyələr. 

Metodik  kömək”,  “Dünya  iqtisadiy-

yatı:  müasir  dövrün  problemləri”, 

“Müstəqil Azərbaycan iqtisadiyyatının 

aktual  problemləri”  və  sair  sanballı 

kitabları yazmışdır.

Aqil müəllim barəsində bu gün keç-

miş zamanda danışmağa adamın dili 

gəlmir,  ona  görə  ki,  Aqil  müəllimin 

bütün  əməlləri  və  fəaliyyəti  xeyir-

xah  niyyətli  idi.  Müdrik  və  xeyirxah 

insanlar  mənən  həmişə  qəlblərdə 

yaşadıqları  üçün  sonradan  onların 

həyatda yoxluqları son dərəcədə ağrı 

və təəssüf hissi doğurub. Bu cür in-

sanlar millətin sərvəti hesab edilərək 

xalq  tərəfindən  ölümsüzlük  statusu 

qazanıblar. Onlar uzun müddət unu-

dulmayıblar.  Elədikləri  yaxşılıqlarda, 

başlarını sığalladıqları yetimlərin du-

alarında,  qollarından  tutub  qaldır-

dıqları kimsəsizlərin ruhlarında yaşa-

yıblar.  Yaşayırlar…  Aqil  müəllim  bax 

beləcə ömür sürmüş alim­ziyalı idi. 

Tarixdə  nə  baş  verirsə,  onu  insan 

edir. İnsanın yaratdığı böyük dəyərlərə 

qiymət verərkən biz tarixdən kənara 

çıxırıq.  K.Yaspers  yazırdı:  “Biz  insanı 

özünün  yaratdığı  nəhəng  əməllərdə 

görərkən  tarixin  sərhəddini  keçi-

rik;  bu  əməllərlə  insan  varlığı  tapıb 

başa  düşür  və  onu  başqaları  üçün 

də əlçatan edir”. Professor A.Əliyevin 

elmi  və pedaqoji fəaliyyətinin özəyini 

məhz bu ali məqam əhatə edir.

Aqil  müəllimin  bir  alim  kimi  qoyub 

getdiyi irsi ­ kitabları və elmi ­ peda-

qoji fəaliyyətini bir qəzet məqaləsində 

əhatə edə bilmərik. Lakin elmi ideya-

ları bilavasitə praktikaya tətbiq edən 

alim xalqının tarixində özünəməxsus 

bir yer tutur.

Ulu  öndərimiz  H.Əliyevin  sözləri  ilə 

desək: “Hər bir alim qiymətlidir. Ancaq 

nəzəriyyəni  təcrübə  ilə  birləşdirən, 

fikirlərini tətbiq edə bilən və onlardan 

əməli nəticə götürə bilən, cəmiyyətə, 

ölkəyə,  xalqa  konkret  fayda  gətirən 

insanlar alimlərin sırasında xüsusi yer 

tutur”. 

Aqil müəllim bütün zamanlarda belə 

alimlər sırasında özünü göstərmişdir.

Aqil müəllim zəngin elmi ­ pedaqo-

ji  təcrübəsi,  təfəkkürün  məntiqiliyi, 

natiqliyi,  əməldə  fəzilətçilik  və  xe-

yirxahlığı,  fəaliyyətdə  mübarizliyi  və 

tükənməz  səbri  sayəsində  insanlıq 

zirvəsini fəth etmişdir. Bu zirvə yalnız 

müdriklik səlahiyyəti verilən insanlara 

nəsib ola bilər. Aqil müəllim uzun illər 

gənc nəslin və həkim kadrlarının elmi 

dünyagörüşünün  formalaşmasında  

çox böyük xidmətlər göstərmişdir.

Aqil  müəllim  həddən  artıq  tələbkar 

idi.  O,  biganəliyi  xoşlamırdı.  Eli-

nin  obasının  qədrini  bilən  idi,  xalqa 

xidməti  həyatının  məna  və  məqsədi 

hesab  edirdi.  Aqil  müəllim  saf  

əqidəsi  və  məsləki  olan  ziyalı  idi. 

Onun  əqidəsi  humanizmə,  həqiqətə, 

ədalətə söykənirdi. 

Aqil  müəllim  öz  müdrikliyi,  zəkası, 

dünyanı dərketmə qabiliyyəti ilə baş-

qalarından fərqlənən vətəndaş alim ­ 

ziyalı idi. Antik dövr filosofu Epikürün 

şagirdlərindən onları müəllimə bağla-

yan nədir, sualına, şagirdləri belə ca-

vab vermişlər: “Bizi Epikürə bağlayan 

onun  həmişə  özü  ­  özünə  bərabər 

olmasıdır”.  Bu  epitet  tamamilə  Aqil 

müəllimə  aiddir:  o  həmişə  özü  ­ 

özünə  bərabər  idi,  təkrarsız  idi  ­ 

həmişə Aqil müəllim idi! Aqil müəllim 

insanlığı, şəxsiyyəti, səmimiyyəti uca 

tutub  qiymətləndirən,  onu  qoruma-

ğı bacaran nadir bir şəxsiyyət idi. O, 

adamlar arasında  özünün xoş olduğu 

ən ülvi keyfiyyətləri ilə seçilən ­ sayı-

lan,  nüfuz  sahibi  idi.  Təbiətən  sakit, 

mülayim,  həddən  artıq  nəvazişli  və 

qayğıkeş idi.

Sokratdan  “İnsanda  ən  çox  nəyi 

qiymətləndirirsən?” ­deyə soruşanda 

filosof tərəddüd etmədən “İnsaniyyəti, 

insana  layiq  keyfiyyətləri”  cavabını 

verərdi. Hər bir insan üçün insaniyyətə 

tam  sahib  olmaq  ən  böyük  şərəfdir. 

Məhz Aqil müəllimlə təmasda olarkən 

həmişə  onun  söz  ­  söhbətlərindən, 

davranışından,  özünə  münasibətdə 

belə bir ilahi fikir nur kimi ətrafa ya-

yılırdı: “İnsanlar, insan olun, bu Sizin 

birinci  vəzifənizdir!”.  Müdrik  el  ağ-

saqqalının nəsillərə anlatmaq istədiyi 

saf əqidə və məslək bu idi.

Aqil 

müəllim 


cəmiyyətimiz 

tərəfindən  birmənalı  şəkildə  qəbul 

edilən,  hamı  tərəfindən  sevilən  bir 

ağsaqqallıq  zirvəsində  dünyasını 

dəyişdi ­  haqqın dərgahına qovuşdu. 

Yaşamış olsaydı, indi onun 90 yaşını 

qeyd edərdik… Bu ad günü ərəfəsində 

Ulu Tanrıdan ona rəhmət diləyirik!




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin