Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti, 15 noyabr 2016-cı il) dərc
olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1007, Ənvər Qasımzadə, 14:
Telefon: (012) 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
KA FED RA LAR ÜZRƏ
AŞA ĞI DA KI YERLƏRİ TUTMAQ
ÜÇÜN
MÜSA BİQƏ ELAN EDİR
Bakı şəhəri, Yeni Günəşli
qəsəbəsi, AB massivi, ev
72, mənzil 33-də yaşayan
Əsədova (Əliyeva) Səriyyə
Alış qızının adına verilmiş
çıxarış vərəqəsi itdiyi üçün
etibarsız sayılır.
Stomatologiya fakültəsinin V
kurs, 770
b
qrup tələbəsi Əlixanlı
Kamran Əlixan oğlunun adına
verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Odlar Yurdu Universitetinin
humanitar və dillər fakültəsinin
filologiya ixtisası üzrə II kurs,
638/1 qrup tələbəsi Babayev Yu-
sif Aydın oğluna verilmiş tələbə
bileti itdiyi üçün etibarsız sayılır.
Əczaçılıq fakültəsinin I kurs,
802
b
qrup tələbəsi Əmircanov
Ülvi Samir oğlunun adına veril-
miş tələbə bileti itdiyi üçün eti-
barsız sayılır.
I müalicə-profilaktika fakül-
təsinin VI kurs, 164
a
qrup
tələbəsi Muradov Şahbaz Elşən
oğlunun adına verilmiş tələbə
bileti itdiyi üçün etibarsız sayılır.
Qəzetimizin 30 sentyabr 2016-cı il tarixli № 16 (1634) sayının sonun-
cu səhifəsində dərc olunan
“Kafedralar üzrə aşağıdakı yerləri tutmaq
üçün müsabiqə elan”
ının
“Kafedraların professorları”
bölümündəki
3-cü abzas-İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası -1 yer aşa-
ğıdakı kimi oxunmalıdır:- İctimai sağlamlıq və səhiyyənin təşkili kafed-
rası -1 yer (0,25 vahid )
“Kafedraların dosentləri”
bölümündəki 22-ci abzas -İctimai sağ-
lamlıq və səhiyyənin təşkili kafedrası -1 yer (0,5 vahid) aşağıdakı kimi
oxunmalıdır:- İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası -1 yer
Qəzetimizin 15 oktyabr 2016-cı il tarixli № 17 (1635) sayının sonuncu
səhifəsində dərc olunan
“Kafedralar üzrə aşağıdakı yerləri tutmaq
üçün müsabiqə elan”
ının
“Kafedraların professorları”
bölümündəki
1-ci abzas -Uşaq yoluxucu xəstəlikləri kafedrası – 1 yer aşağıdakı kimi
oxunmalıdır: -Yoluxucu xəstəliklər kafedrası – 1 yer
Tədbirdə iştirak üçün xarici ölkəyə ezamiyyətə
gedən əməkdaşlarımızın nəzərinə!
Hörmətli həmkarlar
!
Xarici ölkələrdə keçirilən konfranslara, konqreslərə, təlimlərə gedərkən
ezamiyyət üçün ərizələrinizi 2 həftə öncədən elmi hissəyə verməyiniz xahiş
olunur. Əks təqdirdə ərizələrinizə baxılmayacaq.
ATU-nun mühasibatlıq
şöbəsinin əməkdaşları və
“Təbib” qəzetinin kollektivi
müahsibatlıq şöbəsinin əməkdaşı
Vüqar Qasımova atası
Ağa müəllimin
vəfatından kədərləndiklə-
rini bildirir və dərin hüznlə
başsağlığı verirlər.
Allah rəh mət elə sin!
u
Bakıda “Gənclik və
dövlət müstəqilliyi:
gələcəyə baxış”
mövzusunda gənclərin
respublika konfransı keçirilib.
Gənclər və İdman Nazirliyi-
nin təşkil etdiyi konfrans Dövlət
müstəqilliyinin bərpasının 25-ci
ildönümünə həsr olunub. Tədbirdə
Azərbaycan Prezidentinin İctimai-
siyasi məsələlər üzrə köməkçisi,
Prezident Administrasiyasının İcti-
mai-siyasi məsələlər şöbəsinin mü-
diri Əli Həsənov, gənclər və idman
naziri Azad Rəhimov, Milli Məclisin
gənclər və idman komitəsinin sədri
Fuad Muradov, deputatlar, dövlət
qurumlarının və qeyri-hökumət
təşkilatlarının nümayəndələri
iştirak ediblər.
Azərbaycan Prezidentinin
İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov bildirib
ki, ölkənin 25 ildə əldə etdiyi
uğurlardan biri də vətənpərvər
gənclərin yetişməsidir. Gənclər
və idman naziri Azad Rəhimov
gənclər və idman sahəsində 25
ildə əldə olunan uğurlardan bəhs
edib. Nazir vurğulayıb ki, ölkə
əhalisinin 27 faizini gənclər
təşkil edir.
Konfransda, həmçinin
gənclər arasında vətənpərvərlik,
azərbaycançılıq, dövlətçilik,
dünyəvilik ideyalarının təbliğ
edilməsi istiqamətində görülən işlər
barədə danışılıb.
Tədbirdə Azərbaycan Tibb Uni-
versiteti Tələbə Gənclər Təşkilatının
sədri Tural Əzizov “Dövlət Gənclər
Siyasətinin həyata keçirilməsində”
göstərdiyi fəallığa görə Fəxri
Fərmanla təltif edilib.
N
oyabrın 12-
də Azərbaycan
Respublikasının
Konstitusiya gününə həsr
olunmuş “Tarixin sirləri”
universitetlərarası məntiqi
intellektual komanda oyunu
keçirilib. “Code Tusi” və
Azərbaycan Milli Tarixi
Muzeyinin təşkilatçılığı ilə baş
tutan oyunda Azərbaycan Tibb
Universitetinin tələbələri ən
yüksək nəticə əldə edərək qalib
gəliblər.
ATU-nun komandasının üzvü İs-
mayıl Əliyevin sözlərinə görə, ya-
rışmada 36 komanda qeydiyyatdan
keçib. Onlardan yalnız 6 komanda
seçim turuna vəsiqə qazanıb: “Belə
yüksək nəticə göstərən komandalar-
dan biri də ATU-nun tələbələri oldu.
Komandalar 5 nəfərdən ibarət idi.
Yarışmanın əsasını 8 sual
təşkil edirdi. Suallar tari-
xi, məntiqi və intellektual
biliklərə əsaslanırdı”.
Məntiq və diqqət tələb
edən yarışmada sualları ən
tez və düzgün, daha dol-
ğun cavablandıran komanda
kimi ATU komandası qalib
çıxıb. Tibb Universitetinin
komandasının kapitanı Ley-
la Hüseynova, digər üzvləri
Mirzeynal
Hüseynov,
Ayxan Bağırov və Rəşid
Qaçabəyov olublar. Qaliblər
medal, diplom və Nəsrəddin Tusiyə
həsr olunmuş xüsusi kitabla mükafat-
landırılıblar.
Qeyd edək ki, yarışmadan öncə
tələbələr üçün Milli Tarix Muzeyinə
ekskursiya təşkil olunub. 10 illik
təcrübəyə malik “Code Tusi” məntiqi
intellektual komanda oyunudur. Oyu-
nun əsas mahiyyəti kodlaşdırılmış
açarların tapılmasıdır.
ATU-nun Tələbə Gənclər Təşkilatının sədri
Fəxri Fərmanla təltif edilib
Tələbələrimizin intellektual yarışmada
yeni uğuru
İ
nsanların ömürlərinin azalmasına
səbəb olan bu xəstəliyə diqqətin
cəlb olunması məqsədilə 1991-ci ildən
DST-nin və Beynəlxalq Diabet Fede-
rasiyasının tövsiyələrinə görə, no-
yabrın 14-ü Dünya Diabet Günü kimi
qeyd edilir. BMT-nin Baş Məclisinin
2006-cı il dekabrın 20-də qəbul etdiyi
qətnaməyə əsasən Dünya Diabet Günü
2007-ci ildən başlayaraq BMT-nin
rəsmi günü elan edilib. Noyabrın 14-ü
Fredirik Bantinqin anadan olduğu
gündür. Bu görkəmli insan Çarlz Best
ilə 1922-ci ildə insulini kəşf etməklə
diabetli insanların müalicəsində yeni
bir eranın başlanğıcını qoyublar. Hər
il Dünya Diabet Günü müxtəlif şüarlar
altında qeyd edilir. Bu il isə Dünya Dia-
bet Günü “Diabet zamanı gözlər” devi-
zi ilə xəstəliyin fəsadlarına həsr edilib.
Hazırda dünyada 415 milyona ya-
xın insan şəkərli diabetdən əziyyət
çəkir. Bu xəstəliyin profilaktikası
və müalicəsi vaxtında aparılma-
sa, çox ciddi fəsadlar törədə bilər.
Böyük sürətlə yayılan bu xəstəlik
ciddi sosial–tibbi problemlər ya-
radaraq ölkələrin iqtisadiyyatına,
ailələrin maddi durumuna təsir edir.
Dünya Səhiyyə Təşkilatının (DST)
proqnozlarına görə, 2040-cı ilədək
diabetdən əziyyət çəkənlərin sayı
642 milyona çata bilər.
Azərbaycanda şəkərli diabetlə
mübarizə
istiqamətində
mü-
hüm addımlar atılıb və bu məsələ
Azərbaycan
qanunvericiliyində
də əksini tapıb. “Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan
Respublikasının Qanununu tətbiq
edilməsi buna bariz nümunədir.
Bundan əlavə, Nazirlər Kabinetinin
2010-cu il 26 noyabr tarixli qərarı ilə
“2011-2015-ci illər üçün şəkərli dia-
bet üzrə Tədbirlər Proqramı” təsdiq
edilib.
Azərbaycanda isə 212 577 nəfər di-
abet xəstəsi rəsmi olaraq qeydiyyat-
dadır. Onlardan 28924-ü I tip şəkərli
diabet xəstəsi, 183653-ü II tip şəkərli
diabet xəstəsidir. Bu il üçün dövlət
büdcəsindən şəkərli diabetlə bağlı
dövlət proqramına 40,1 milyon ma-
nat vəsait ayrılıb.
14 noyabr - Dünya Diabet Günüdür