A.KAMRANOĞLU
Ümidləri doğruldan gənc həkim
Həkimlik bütün dövrlərdə ən müqəddəs peşə
sayılıb. İnsanlar sağlamlıq keşikçilərinə həmişə
xüsusi hörmətlə yanaşıblar.
u
Gəncə şəhərinin 2016cı ildə “Avropa
Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar
Azərbaycan Milli Elmlər Akademiyası Gənc
Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər
İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
1014 oktyabr 2016cı il tarixlərində qədim
Gəncə şəhərində bu mühüm hadisəyə həsr
olunan “XXI əsrdə dünya elminin inteqrasiya
prosesləri” mövzusunda gənc alim və
mütəxəssislərin beynəlxalq Forumu baş
tutmuşdur.
Bu mötəbər elmi tədbirə
ümumilikdə 25 ölkənin 530 gənc
alim və mütəxəssisləri müraciət
edib. Elmi Təşkilat Komitəsinin
ekspertizasına uyğun olaraq 350-
yə yaxın gənc tədqiqatçının əsəri
qoyulan tələblərə cavab vermiş və
qəbul olunmuşdur. Foruma on iki
ölkədən 26 gənc alim və mutəxssis
dəvət olunsa da, onların 22-nin
iştirakı təmin edilmişdir. Xarici
ölkələrdən - Türkiyə, Makedo-
niya, Belorusiya, Rusiya, Polşa,
Almaniya, Gürcüstan, Özbəkistan,
İran, İraqdan eyni zamanda
Azərbaycanın müxtəlif bölgələrindən Foruma
təşrif buyuran gənc alimlər həm panel, həm də
poster müzakirələrində məruzələrini təqdim
etmiş və fikir mübadiləsi aparmışdır.
Eyni zamanda Forum - dünyanın müxtəlif
ölkələrini təmsil edən gənclərin qlobal aktu-
allıq kəsb edən məsələlər, o cümlədən tarixi,
dini, mədəni və s. mövzular ətrafında birgə
fikir mübadiləsi aparması məqsədini daşı-
yır. Beynəlxalq tədbir çərçivəsində, həmçinin
müxtəlif elmi sahələrdə fəaliyyət göstərən
gənclərin dünya elminin inkişafı üçün mühüm
əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə
apardıqları tədqiqatlara dair disskusiyalarla
təmin olunmuşlar. ATU-nun əməkdaşı Biokimya
kafedrasının kiçik elmi işçisi Hafiz Osmanov
da bu Forumda universitetimizi təmsil edərək
həmməruzəçi qismində iki tezis ətrafında fikir
mubadiləsi aparmış,muxtəlif olkələrdən gəlmiş
gənc alimlərin işləri ilə yaxından taniş olmuş,
interaktiv elmi müzakirələrdə fəal iştirak etmiş-
dir.
Dostları ilə paylaş: |