Atu-ya yeni qəbul olmuş rezidentlərlə



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
İnsan anatomiyası 

kafedrasının kollektivi

Ömrün 70-ci baharında



 



Böyük dünyanın din və qanun kitabı sayılan müqəddəs 

kitabımızda ­ “Qurani­Kərimdə” belə bir ibrətamiz 

kəlam diqqəti cəlb edir: “Elmin şamı kimin əlində yansa, onun 

çırağı ilə çoxlarının ömrünə işıq salınsa, o möhtərəm zatın 

yenidən doğulması və əbədi yaşaması mənim tərəfimdən onun 

mükafatı olacaq”. 

Nə xoş ki, doğma Azərbaycanımızda da içdiyi 

anda sadiq qalaraq bu adın şərəfini daim qoruyan 

həkimlərimiz yetərincədir. Harada işləmələrindən 

asılı olmayaraq özlərini tibbin sirrlərini öyrəndikləri 

ali təhsil ocağına – Azərbaycan Tibb Universitetinə 

borclu hesab edir, bütün göstəricilərinə görə 

öncüllüyünü qoruyub saxlaya bilən bir universitetin 

məzunu olmaqdan qürur duyurlar. Onlar universitet 

klinikalarında, dövlət və özəl xəstəxanalarındadır. 

Məqsədləri isə birdir – şəfa umanların ümidlərini 

sönməyə qoymamaq.

Azərbaycan Tibb Universitetinin məzunları ilə 

demək olar ki, hər gün qarşılaşır, xoş soraqları-

nı eşidəndə məmnunluq hissi keçiririk. Belə bir 

dogma hissi Kliniki Tibbi Mərkəzin təbabətin ən 

həssas sahəsi olan hemodializ şöbəsində də yaşadıq. 

Xəstələrin də, həkimlərin və tibb bacılarının da 

haqqında ürək dolusu danışdıqları Mirhaşim Rəhim 

oğlu Calalov da Azərbaycan Tibb Universitetinin 

məzunudur. O, 1984-cü ildə Bakı şəhərində ziyalı 

ailəsində anadan olub. 1990-cı ildə O.Mirzəyev 

adına 190 saylı orta məktəbin I sinfinə gedib və 

2000-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək 

Azərbaycan Tibb Universitetinin müalicə işi 

fakültəsinə qəbul olub, 2006-cı ildə ali tibb təhsilini 

fərqlənmə diplomu ilə başa vurub.

İlk əmək fəaliyyətinə hələ tələbə ikən Respublika 

Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsində 

texnik kimi  başlayan Mirhaşim Calalov 2006-

2007-ci illərdə elə həmin klinikada interna keçərək 

nefroloq ixtisasına yiyələnib. 2007-2011-ci illərdə adı 

çəkilən klinikada çalışan gənc həkim 2011-ci ildən 

Tibbi Klinik Mərkəzin hemodializ şöbəsində işləyib, 

2013-cü ildən isə şöbənin müdiridir.

2013-cü ildə tibb sahəsindəki səmərəli fəaliyyətinə 

görə Səhiyyə Nazirliyinin “Fəxri fərman”ına layiq 

görülüb. Azərbaycanda və xarici ölkələrdə məqalələri 

və tezisləri dərc edilib. Hal-hazırda tibb üzrə fəlsəfə 

doktoru elmi adını almaq üçün dissertasiya üzərində 

işləyir. 

“Türk Dünyası Transplantasiya Dərnəyi”nin 

üzvüdür.

Şöbənin həkim-rezidenti Əfsun Ənnağıyev 

həmkarı haqqında öz ürək sözlərini  bizimlə 

bölüşərək deyir ki, bəzi böyrək xəstəlikləri 

nəticəsində insanın böyrəkləri öz funksiyasını 

tam itirir və bu halda insan ömrünün sonuna kimi 

hemodializdən asılı olur. Yəni xüsusi diqqət və 

qayğıya  ehtiyacı olan belə xəstələrlə işləmək üçün  

həkimin təkcə peşəkarlığı deyil, həm də yüksək 

insani keyfiyyətləri çox vacibdir. Şöbənin müdiri 

Mirhaşim Calalovun tibbi personal qarşısında qoy-

duğu əsas tələblərdən biri də budur.  Çünki bütün 

proseduralar xəstəxana şəraitində həyata keçirilir 

xəstənin vəziyyətindən, çəkisindən, hemodializ 

aparatın növündən asılı olaraq 4-5 saata kimi davam 

edir. Prosedura zamanı xəstə yata, danışa, kitab oxu-

ya, televizora baxa bilər. Ona görə də bu müddətdə 

xəstə özünü evindəkindən daha rahat, daha güvənli 

hesab etməlidir. 

 Xatırladaq ki, dünyada 500 milyondan çox insan 

xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Çox 

təəssüf ki, Azərbaycanda da böyrək çatışmazlığın-

dan əziyyət çəkənlərin sayı ildən-ilə çoxalır. Ancaq 

ümidsiz də deyilik. Sözügedən xəstəliyin səbəbləri, 

çıxış yolları barədə tibbi araşdırmalar aparıldığının 

fərqindəyik və ümidvarıq ki, yaxın gələcəkdə daha 

səmərəli müalicə üsulları tapılacaq. 

Elə bu inamla da həyatlarını müqəddəs bir işə həsr 

edən məzunlarımıza uğurlar, bütün xəstələrə şəfa 

diləyirik.




Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin