Azərbaycan səhiyyəsinin son illərdə
tərəqqisini beynəlxalq qurumlar da təsdiqləyir
Cənubi Koreyanın tanınmış
tibb professorları Azərbaycan
Tibb Universitetində qonaq
olublar.
ATU-nun beynəlxalq əlaqələr üzrə pro-
rektoru Rəhimə Qəbulova Tibbi Liderlər
Korporasiyasının (MLC) baş katibi Sanq-
Min An və Kyung Hee Universitetinin
paradontologiya fakültəsinin stomatolo-
qu professor Joon Bonq Parka ilk öncə
Tibb Universitetinin fəaliyyəti, təhsil
sistemi, klinikaları haqqında məlumat
verib. O, qonaqlara son illər universitetdə
görülən işlərdən, açılan yeni klinikaların
fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, universitetin Stoma-
toloji, Onkoloji, Tədris-terapevtik və
Tədris-cərrahiyyə klinikalarının hər
birində ən müasir tibbi avadanlıqlar qu-
raşdırılıb. Dünyanın aparıcı şirkətlərinin
istehsalı olan bu cihazlar müayinə və
müalicə işini ən yüksək səviyyədə həyata
keçirməyə tam imkan verir.
Prorektor həmçinin qonaqlara ATU-
nun xarici ölkə universitetləri, klinikaları
ilə olan sıx əməkdaşlığından da bəhs
edib. Bildirib ki, bu ali təhsil ocağı artıq
22-dən çox xarici ölkədən tələbə qəbul
edib.
Görüşdə iki ölkə universiteti arasında
elmi işlərdən söhbət açılıb, gələcəkdə
qarşılıqlı, birgə elmi iş yaratmaq fikri
müzakirə edilib.
Dostları ilə paylaş: |