Atu-ya yeni qəbul olmuş rezidentlərlə


Cənubi Koreyanın professorları



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
Cənubi Koreyanın professorları 

Tibb Universitetində olublar

Dünya Səhiyyə Təşkilatının (DST) 

təşəbbüsü ilə oktyabr ayının ikinci 

cümə axşamı hər il Dünya Görmə 

Günü (World Sight Day) kimi qeyd 

edilir.

Həmin gün təqvimə korluq, 

görmənin pozulması və reabilitasiya-

sı problemlərinə diqqəti cəlb etmək 

üçün salınıb. Dünya Görmə Gününün 

qeyd olunmasında müxtəlif əlaqədar 

təşkilatlar iştirak edirlər. Bu gün, 

həmçinin DST və korluğun qarşısının 

alınması üzrə Beynəlxalq Agentlik 

tərəfindən yaradılmış “2020-ci ildən 

baxanda: görə bilmək hüququ” qlobal 

təşəbbüsünün əsas hadisəsidir.

Korluğun qarşısının alınması üzrə 

Beynəlxalq Agentliyin məlumatına 

görə, hazırda dünyada təqribən 300 

milyona qədər insanın gözlə bağlı 

problemləri vardır. Onların 39 milyo-

nu görmə qabiliyyətini tamamilə iti-

rib. Hər il 19 milyondan çox uşaq göz 

xəstəliklərinə mübtəla olur, halbuki 

vaxtında müdaxilə olunarsa, korluq 

hallarının 80 faizinin qarşısını almaq 

mümkündür.

Korluq görmə qabiliyyətinin 

itirilməsidir. Xroniki korluğun əsas 

səbəbləri katarakta, qlaukoma, gözün 

tor qişasındakı sarı ləkənin yaşlanma 

ilə əlaqədar degenerasiyası, buynuz 

qişasının ləkələnməsi, zədə, uşaqlar-

da anadangəlmə göz xəstəlikləridir. 

Dünyada, həmçinin yaşın artması və 

nəzarət olunmayan şəkər xəstəliyi 

ilə bağlı korluq da geniş yayılıb. 

Mütəxəssislərin rəyinə görə, vaxtında 

müayinə və müalicə etməklə korluq 

hallarının 80 faizinin qarşısını almaq 

mümkündür.

Dünya Görmə Günü çərçivəsində 

göz xəstəliklərinin qarşısının alın-

masına yönəldilmiş maarifləndirmə 

və profilaktika tədbirləri aparılır. 

Akademik Zərifə Əliyeva adına Milli 

Oftalmologiya Mərkəzinin kollektivi 

həm Bakıda, həm də bölgələrdə göz 

xəstəlikləri ilə bağlı əhali arasında 

geniş maarifləndirmə tədbirləri apa-

rır, oftalmoloji xəstələrin müayinəsini 

və müalicəsini həyata keçirir.




Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin