Məhsulların yüklənməsi və satışnn auditi
Məhsulların yüklənməsi və satışının düzgünlüyünün yoxlanması zamanı aşağıdakı məsələlərin müəyyən edilməsi vacibdir:
- hazır məhsulların göndərilməsi üzrə müqavilələrin baülanması və onların tərtib edilməsinin düzgünlüyü;
- məhsulların göndərilməsi üzrə sənədlərin tərtib edilməsinin düzgünlüyü;
- yüklənmiş məhsullara qiymətlərin tətbiq edilməsinin düzgünlüyü.
- baülanmış müqaviləyə müvafiq olaraq məhsulların malgöndərənlərdən alıcılara çatdırılması üzrə xərclər nəzərə alınmaqla buraxılış qiymətinin müəyyən edilməsinin düzgünlüyü;
- yüklənmiş mallar üzrə banka ödəmə tələbnamələrinin – tapşırıqların vaxtında təqdim edilməsi;
- məhsul (iş, xidmət) buraxılışı və satışının uçоtu üzrə mühasibat yazılış-larının tərtib edilməsinin düzgünlüyü;
- uçоt siyasətində satışın müəyyən edilməsinin sezilmiş variantına müvafiq olaraq məhsul (iş, xidmət) yüklənməsi və satışının analitik və sintetik uçоtunun aparılmasının düzgünlüyü;
- 601(45, 46) saylı hesablar üzrə analitik və sintetik uçоt yazılışlarının baş kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluüu.
Hazır məhsula mövcud standartlara və ya təsdiq olunmuş texniki şərtlərə cavab verən və anbara qəbul edilmiş məmulat və yarımfabrikatlar aid edilir. Yüklənmiş və ya buraxılmış məhsullar (iş, xidmətlər), baülanmış müqavilə əsasında alıcıya göndərilmiş, lakin dəyəri ödənilməmiş məhsullardır. Hazır məhsul buraxılışı üzrə müqavilədə malgöndərən və alıcı təşkilatın adı, ünvanı, məmulatın zəruri xarakteristikası, güzəşt (artım), hesablaşma qaydası, ƏDV və öhdəliyin digər rekvizitləri, iltizam, müqavilə şərtlərinin yerinə yetirilməsi üzrə zəmanət, dəymiş zərərin ödənilməsi və b. məsələlər əks etdirilir. Buraxılış qiyməti müəyyən edilərkən məhsulların malgöndərənlərdən alıcılara çatdırılması üzrə xərclərin kimin hesabına aparılacaüı müqavilədə göstərilir. Müqavilədə bu şərt «Franko» süzünün küməkliyi ilə əks etdirilir. Aşağıdakı franko – yer növlərini fərqləndirmək lazımdır (bunlara qədər məhsul buraxılışı üzrə bütün xərclər malgöndərənlər tərəfindən edilir):
- franko-anbar (malgöndərənin) – malların göndərilməsi ilə əlaqədar bütün xərclər malgöndərən-müəssisə tərəfindən alıcıdan almaq üçün əsas qiymətdən ayrı ödəmə tələbnaməsinə (tapşırıüına ayrıca sətirdə (anbarda, dəmir yolunda, yükləmə-boşaltma işlərinin dəyəri, daşımanın dəyəri və dəmir yolu tarifi) daxil edilir.
- franko-stansiya (göndərmə) – Bu halda satıcı alıcıya əsas qiymətdən savayı dəmir yolu tarifinin məbləüini və yükləmə və vaqonların dəyərini təqdim edir.
- franko-stansiya (təyinat yeri). Bu halda yükləmə və dəmir yolu üzrə tarif malgöndərən tərəfindən ödənilir.
- franko-anbar (alıcının). Bu halda malgöndərinin yuxarıda göstərilən xərcləri ilə yanaşı o, həmçinin, alıcının stansiyasında, onun anbarında boşaltma və digər oxşar xərcləri öz üzərinə götürür.
Ona görə də auditor baülanmış müqavilələrin mövcudluüunu və faktiki məhsul buraxılışı və göndərişinin müqavilənin şərtlərinə uyğunluüunu yoxlamalıdır. Bunun üçün aşağıdakı formada köməkçi cədvəl tərtib olunur (cədvəl 4).
Cədvəl 4
Alıcılara məhsulların yüklənməsi qrafikinin gözlənilməsinin yoxlanılması
Məhsulun
adı
|
Qrafik və ya müqа-
vilə üzrə göndərmə müddəti
|
Faktiki göndərmə
müddəti
|
Kənarlaşma,
(+; -)
|
Qeyd
|
|
|
|
|
|
Kənarlaşma aşkar edildikdə onun səbəbləri və təqsirkar şəxslər müəyyən olunur.
Yoxlama prosesində işçilər və ekspeditorlar tərəfindən sənədlərin müəssisənin mühasibatlıüına təqdim olunması qrafikinin gözlənilməsinə də diqqət verilir.
Məhsul satışı prosesinə nəzarət təsərrüfatdaxili nəzarətin çox əmək tutumlu bölməsi hesab olunur. Müəssisənin iqtisadi və sosial inkişafının biznes planı tərtib edilərkən satış prosesinə qabaqcadan nəzarət onun rəhbəri, baş mühasibi tərəfindən həyata keçirilir.
Məhsul buraxılışının yoxlanılması zamanı faktiki nəzarət üsullarından geniş istifadə olunur. Auditor satılmış məhsulun miqdarını, həcmini, keyfiyyətini, maya də-yərini və satışdan əldə olunan pul gəlirini yoxlayır. Bu zaman əmtəə-nəqliyyat qai-mələri, yük avtomobilinin marşrut vərəqləri, alıcılarla qarşılıqlı yoxlama aktları əsa-sında satılmış məhsulun naturada miqdarı və həcminin dürüstlüyü müəyyən olunur.
Əmtəə-nəqliyyat qaimələri, dəmir yolu qaimələri əsasında bank vasitəsi ilə hesablaşmaları aparmaq üçün alıcılara hesab və ödəmə tələbnamələri tərtib edilir. Ödəmə tələbnaməsində malgöndərənin və alıcının adı və ünvanı, müqavilənin nömrəsi, göndərmənin növü, alıcı tərəfindən ödəniləcək ödəmə məbləüi, ƏDV, ayrıca ödənilmiş tara və qablaşdırmanın dəyəri, nəqliyyat tarifi məbləüi göstərilir. Ödəmə tələbnaməsi tapşırıqla birlikdə növbəti gün banka təqdim edilməlidir. Hesablaşma sənədləri ödənildikcə (D-t 221 (50), 222 (51), 224 (52) (224), K-t 171, 175, 176, 211, 215, 216 (62), 443, 445(64)) mühasibat arayışı əsasında buraxılış qiyməti ilə satış üzrə yazılış aparılır: D-t 171, 175, 176, 211, 215, 216 (62), 443, 445(64), K-t 601(46). Ədədlə ölçülən məhsullar onların tam dəyəri ödənildikdə satışın həcminə daxil edilir. Belə məhsulların qismən ödənilməsi kreditor borcları kimi əks etdirilir. Dəyəri ödənilmiş, lakin aparılmamış məhsullar müvafiq qaydada sənədləşdirilmiş malgöndərənin məhsul saxlanmasında qalarsa məhsul satışının həcminə daxil edilir.
Satılmış məhsulun maya dəyərinin və satış qiymətinin düzgün müəyyən edilməsinə də diqqət verilməlidir. Hazırda hazır məhsulun qiymətləndirilməsi-nin altı növü vardır:
faktiki istehsal maya dəyəri üzrə. Bu qaydadan zox az, əsasən unikal ava-danlıq və nəqliyyat məhsulları buraxan müəssisələrdə istifadə olunur;
azaldılmış (ümumtəsərrüfat xərcləri daxil edilmədən) istehsal maya dəyəri üzrə. Yuхаrıdа qeyd etdiyimiz istehsallarda tətbiq olunur.
topdansatış qiyməti üzrə. Topdansatış qiymətləri sabit uçоt qiymətləri kimi tətbiq oluna bilər. Məhsulun faktiki maya dəyəri üzrə kənarlaşma ayrıca analitik hesablarda (203 (36), 204 (37) saylı hesablar) əks etdirilir. Sabit topdansatış qiymətinin tətbiqi şəraitində bu variant ən geniş yayılan variant hesab edilir. Belə ki, həmin variant məhsulun cari uçоt və hesabatda qiymətini müqayisə etməyə imkan verir.
plan (normativ) istehsal maya dəyəri üzrə. Bu göstərici sabit uçоt qiyməti kimi çıхış edə bilər. Bu zaman məhsulun faktiki istehsal maya dəyərinin plan və ya normativ istehsal maya dəyərindən kənarlaşması ayrıca nəzərə alınmalıdır. Hazır məhsulun qiymətləndirilməsinin bu qaydasının üstünlüyü planlaşdırma və uçоtda qiymətləndirmənin eyniliyinin təmin olunma-sı ilə xarakterizə olunur. Lakin əgər məhsulun plan (normativ) maya dəyəri tez-tez dəyişilirsə, onda hazır məhsul qalıüının yenidən qiymətləndirilməsi zətinləşir. Bu üsulun variantı kimi azaldılmış (üstəlik xərclər çıхılmaqla) normativ maya dəyərindən istifadə etmək olar.
sərbəst buraxılış qiyməti və tariflər üzrə (ƏDV məbləüində artırılmış). Bu üsuldan tək-tək sifariş və işlərin görülməsi zamanı istifadə olunur.
sərbəst bazar qiyməti üzrə. Qiymətləndirmənin bu variantı pərakəndə şəbəkə vasitəsi ilə satılan malların uçоtu üçün tətbiq edilir.
Satılmış məhsulun dəyərinin tam və vaxtında ödənilməsini yoxlanılması zamanı ödəmə sənədləri üzrə vəsaitlərin köçürülməsi və əmtəə-nəqliyyat qaimələri üzrə məhsulun qəbul edilməsi tarixləri üzləşdirilir. Məhsul satışından əldə olunan pul gəlirlərinin tam və vaxtında mədaxil edilməsi də auditin obyekti hesab olunur. Hər iki halda auditor köməkçi cədvəl tərtib edir (cədvəl 5, 6).
Cədvəl 5
Yüklənmiş malların dəyərinin vaxtında ödənilməsinin yoxlanılması
Məhsulun adı
|
Müqavilə
üzrə ödəmə
tarixi
|
Faktiki
ödəmə tarixi
|
Kənarlaşma
(+; -)
|
Müəssisəyə
ödəniləcək
cərimə
|
|
|
|
|
|
Cədvəl 6
Bazarda məhsul satıından pul gəlirinin tam mədaxil edilməsinin
yoxlanılması
Məhsulun
adı
|
Müəssisənin məlu-
matları üzrə pul
gəliri mədaxil
edilmişdir,
min man.
|
Yoxlama məlumatlarına
əsasən pul gəliri mədaxil
edilməlidir, min man.
|
Kənarlaşma
(+; -)
|
Qeyd
|
|
|
|
|
|
601 sаylı "Sаtış" (46 "Məhsul (iş, xidmət) satışı") hesabının debeti və 711 sаylı "Kоmmersiyа хərcləri" (43 "Kommersiya xərcləri") hesabının krediti üzrə mühasibat yazılışları nəzarət obyekti hesab olunur. Həmin hesаblаrın yохlаnılmаsı zаmаnı аşаüıdаkı məsələlər müəyyən оlunmаlıdır:
məsrəflərin kоmmersiyа хərclərinə dахil edilməsinin düzgünlüyü;
оnlаrın vахtındа sənədləşdirilməsi;
“Kоmmersiyа хərcləri” hesаbı üzrə аnаlitik uçоtun аpаrılmpаsının düzgünlüyü;
sintetik və аnаlitik uçоt üzrə yаzılışlаrın bаş kitаbdа və bаlаnsdа göstərilmiş məlumаtlаrа uyğunluüu.
Dostları ilə paylaş: |