«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


ХIII MÖVZU. MƏHSUL (IŞ, XIDMƏT) BURАХILIŞI VƏ SATIŞI ÜZRƏ ƏMƏLIYYATLARIN AUDITI



Yüklə 354,65 Kb.
səhifə103/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   99   100   101   102   103   104   105   106   ...   109
audit

ХIII MÖVZU. MƏHSUL (IŞ, XIDMƏT) BURАХILIŞI VƏ SATIŞI ÜZRƏ ƏMƏLIYYATLARIN AUDITI


  1. Hazır məhsul burахılışının аuditi

  2. Məhsulların yüklənməsi və satışnn auditi




  1. Hazır məhsul burахılışının аuditi

Bazar iqtisadiyyatı şəraitində hazır məhsulun uçotda vaxtında və düzgün əks etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki son nəticədə o, müəssisənin səmərəli fəaliyyətini şərtləndirir.

Hazır məhsulun auditi qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

 anbar təsərrüfatının və məhsulun saxlanması şəraitinin yoxlanması;

 hazır məhsul buraxılışı ilə əlaqədar əməliyyatların mühasibat uçоtunda əks etdirilməsinin düzgünlüyü;

 hazır məhsulların istehsal maya dəyərinin müəyyən edilməsinin düzgünlüyü;

 hazır məhsul buraxılışının uçоtu üzrə mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyü;

 inventarizasiyanın vaxtında aparılmasının və tamlıüının və onun nəticələri

üzrə qəbul edilmiş tədbirlərin yoxlanılması;

 anbarda hazır məhsul qalıqlarının reallıüının yoxlanılması;

 hazır məhsulların qiymətləndirilməsinin düzgünlüyü;

 203 (36), 204 (37) və 204 (40) saylı hesablar üzrə analitik və sintetik uçоt yazılışlarının baş kitabda və balansda göstərilən yazılışlara uyğunluüu;

 məhsulun israfçılıüı, çatışmazlıüı və oüurlanması faktlarının aşkar edilməsi və bunda günahı olan vəzifəli şəxslərin müəyyən edilməsi.

Istehsal olunmuş məhsulların mövcudluüu, hərəkəti və saxlanması üzrə ilkin sənədlər uçot, nəzarət və təhlili üçün əsas hesab olunur. Ilkin sənədlərlə yanaşı anbar uçotu kitabları və ya kartoçkaları, maddi məsul şəxslərin hesabatları, analitik və sintetik uçot registrləri, Baş kitab, mühasibat balansı auditor yoxlamasının informаsiyа mənbəyi hesab edilir.

Müəssisəyə əmtəə-material qiymətlilərinin daxil olması üzrə nəzarətin təşkili zamаnı ilk növbədə öz istehsalı olan məhsulların tam və vaxtında mədaxil olunmasına diqqət verilməlidir. Bu zaman cari uçotun və nəzarətin düzgün qurulması mühüm əhəmiyyət kəsb edir. Çünki belə olduqda hazır məhsullardan qeyri-qanuni istifadə, korlanma və ya oüurluq faktlarını vaxtında aşkar və xəbərdarlıq etmək mümkün olur. Sənədli nəzarət üsulları ilə yanaşı bu halda faktiki nəzarət üsullarından da (nəzarət inventarizasiyası, laboratoriya təhlili və s.) istifadə etmək olar ki, bu hazır məhsulun saxlanması üzərində cari nəzarətin təsirini artıra bilər.

Məhsulun mədaxil edilməsi üzrə ilkin sənədlər forma və mahiyyət etibarı ilə təhlil edilir və yoxlanılır. Yoxlama zamanı həmin sənədlərin tərtib edilməsi-nin düzgünlüyü, onların həqiqi olması, əks olunmuş əməliyyatların reallıüı və məlumatların obyektivliyi yoxlanılır. Məhsulların mədaxili sənədləri əmək haqqının hesablanması üzrə sənədlərlə qarşılıqlı üzləşdirilir. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl 1).

Cədvəl 1

Hazır məhsulun vaxtında və tam mədaxil olunmasının yoxlanılması



Məhsulun adı


Ilkin sənədlər üzrə məhsul mədaxil

edilmişdir




əmək haqqı hesab-lanmış məhsulların

miqdarı



Kənаrlаşmа,

(+; -)



Qeyd
















Əgər kənarlaşma müəyyən olunarsa, auditor onun səbəblərini və təqsirkar şəxsləri müəyyən etməlidir. Bəzi hallarda məhsulların miqdarının süni artırılması məqsədi ilə onun ayrı-ayrı istiqamətlər üzrə sərfini bilərəkdən artırılır. Buna görə də auditor məhsulun hərəkəti balansını tərtib etməklə onların daxil olması və istifadəsi üzrə sənədləri yoxlayır. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəli tərtib edir (cədvəl 2).

Cədvəl 2

Məhsulların hərəkəti balansı



Məhsulun

adı



Ölçü

vahidi



Istehsaldan

daxil


olmuşdur


Istifadə olunub


Kənаrlаşmа,

(+; -)



Dövlətə

satılmışdır




Bazarda

satılmışdır




və s.

Cəmi

istifadə

olunub


























Hazır məhsulun tam və vaxtında mədaxil edilməsinin auditi zamanı nəzərə аlmаq lazımdır ki, bütün texnoloji mərhələləri keçmiş müvafiq texniki şərtlərə və standartlara uyğun məhsullar mədaxil edilməlidir. Hazır məhsulun mədaxili üzrə ilkin sənədlər (qəbul-təhvil qaimələri, aktları və s.) onların mədaxili üzrə anbar müdirlərinin hesabatının məlumatları ilə, eləcə də analitik uçot məlumatları ilə üzləşdirilir. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəli tərtib edir (cədvəl 3).

Cədvəl 3

Öz istehsalı olan məhsulların mədaxil edilməsinin tamlıüının yoxlanılması




Məhsulun

adı



Mədaxil edilmişdir


Kənarlaş-ma,(+; -)


Sintetik uçot

məlu-


matları

üzrə, məbləü



Ilkin sənədlərin məlumatlarına əsasən


Anbar müdirinin

məlumatları üzrə




Analitik uçot

registrlərinin

məlumatları üzrə


miqdar

məbləü


miqdar

məbləü


miqdar

məbləü





























Kənarlaşma aşkar edildikdə auditor həmin kənarlaşmaların səbəblərini və təqsirkar şəxsləri müəyyən edir.

Audit prosesində məhsul buraxılışının ahəngdarlıüı və alıcılara vaxtında göndərilməsi yoxlanılır. Bunun üçün məhsul buraxılışı və göndərilməsi qrafikinə əməl olunmasına diqqət yetirir. Məhsul satışının auditi zamanı yoxlama üçün material-lara məhsulların аnbardan buraxılması və yüklənməsi qaimələrini, məhsulun qəbulu üzrə tədarük təşkilatlarının qəbzləri, kassa mədaxil orderləri və alınmış məhsullara görə naüd pulla ödəniş cədvəlləri, məhsulların (iş, xidmətlərin) satışı üzrə sənədlərin reyestri, maddi məsul şəxslərin hesabatları, məhsul (iş,xidmət) satışının uçotunun toplayıcı cədvəlləri, müvafiq jurnal-order, baş kitab, mühasibat balansı aid edilir.




  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin